Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1424/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə QƏTNAMƏSI (açar sözlər: əmək haqqından tutulmuş sosial sığorta ödənişlərinin aidiyyatı üzrə köçürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Imanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, Iddiaçı İddiaçı, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı əmək haqqından tutulmuş sosial sığorta ödənişlərinin aidiyyatı üzrə köçürülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları ##.##.2000-ci il tarixli ****** nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. “xxxx” ASC-nin Abşeron rayon filialının ** nömrəli, ##.##.2005-ci il tarixli əmrindən görünür ki, İddiaçı filiala ## ###### 2005-ci il tarixdən əmək müqaviləsi üzrə hüquq-texniki təminat bölməsinə təhlükəsizlik üzrə baş mütəxəssis vəzifəsinə qəbul edilməsi, əmək haqqı ştat cədvəli üzrə 780 manat ödənilməsi əmr edilmişdir. “xxxx” ASC-nin Abşeron rayon filialının ** nömrəli, ##.##.2011-ci il tarixli əmrindən görünür ki, İddiaçı filialın təhlükəsizlik üzrə baş mütəxəssisinin vəzifəsinin ## ### 2011-ci il tarixdən ştat cədvəlinə əsasən ləğv edilməsi, 2 aylıq müavinət verilməsi əmr edilmişdir. “xxxx” ASC-nin Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına ünvanladığı ##.##.2022-ci il tarixli, **/**** nömrəli məktubundan görünür ki, “xxxx” ASCnin “Abşeron” filialı tərəfindən 2006, 2007 və 2008-ci illərin “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar”-ın (Forma B3) təqdim edilməsi üçün həmin illər üzrə əmək haqqı cədvəlləri bankda aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli, ******/**** saylı məktubundan görünür ki, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində olan fərdi şəxsi hesabında 2006-2008-ci illər üzrə məlumat əks olunmamışdır. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 2005-ci ildən 2009-cu ilə qədər olan dövr üzrə onun əmək haqqından tutulan məcburi sosial sığorta vəsaitlərinin Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülməsi öhdəliyinin “xxxx” ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ## ######## 1962-ci ildə Masallı rayonunda dünyaya gəlmişdir. 1979-cu ildən etibarən Masallı rayonu Həzi Aslanov adına üzümçülük sovxozunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1984-cü ildən 2002-ci ilədək X7 xidmət etmişdir. ## ###### 2005-ci il tarixdə “xxxx” ASC-nin Abşeron rayon filialında təhlükəsizlik üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir və ## ###### 2016-cı il tarixədək həmin filialda müxtəlif vəzifələrdə işləmişdir. Həmin filialda işlədiyi vaxt 2006-cı ildən etibarən hər ay onun əmək haqqından məcburi sosial sığorta haqqları tutulmasına baxmayaraq, bu yaxınlarda ona məlum olub ki, 2005-ci ildən 2009-cu ilə qədər olan dövr üçün onun əmək haqqından tutulan vəsaitlər Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülməyib. Bu hala aydınlıq gətirilməsi üçün o, iyun 2024-cü il və oktyabr 2024-cü il tarixlərdə rəsmi ərizə ilə “xxxx” ASC-yə müraciət etmiş, lakin onun müraciətinə mahiyyəti üzrə cavab vermək əvəzinə ona işə qəbul olunma və işdən azad olunma əmrlərinin surətlərini göndərilmişdir. Cavabdehə dəfələrlə şifahi müraciətləri də heç bir müsbət nəticə verməmişdir. “DOST” Agentliyinin Abşeron “DOST” Mərkəzindən cavab olaraq ona bildirilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” altsistemində “xxxx” ASC-nin Abşeron Rayon Filialının 2006-2008-ci illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat”-a (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”-lar (Forma B3) aşkar edilməmişdir. Onun iradəsindən asılı olmayan səbəblərdən əmək haqqından tutulan vəsaitlər Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülməmişdir. Bu da onun qanuni hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının mülahizəsi: ##.##.2024-cü il tarixli məktuba əsasən İddiaçı ##.##.2005-ci il tarixli, ** nömrəli əmrlə işə qəbul edilmiş, ** nömrəli əmrlə işdən azad edilmişdir. Iş materiallarında olan 2009-cu ilin yanvar ayından etibarən iddiaçı İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmağa başlanılmışdır. 2009-cu il tarixindən əvvələ, yəni iddia tələbi üzrə 2005-2009-cu illər üzrə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məlumat üçün bildirilir ki, İddiaçı müraciətində hüquqi varisi olduğu sığortaedən "xxxx" ASC-nin Abşeron rayon Filialı (SUN: 20150000026) (bundan sonra - Abseron Filialı) tərəfindən 2006-2008-ci illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqqlarının fərdi şəxsi hesabında əks olunmadığını bildirmiş və bu məsələnin həllində köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEIS) "Sığorta" (Hesabat) altsistemində "xxxx" ASC-nin Abşeron rayon Filialının 2006-2008-ci illər üzrə "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat" (Forma B1) (bundan sonra - Forma B1) uyğun olaraq "Məcburi dövlət sosial sığorta haqqı üzrə siğortaolunanlar haqqında məlumat" (Forma B3) (bundan sonra - Forma B3) məlumatları aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, 2006-2008-ci illər üzrə Forma “B1”ə uyğun olaraq Forma “B3” məlumatlarının MEIS-ə yüklənilməsi ilə bağlı Filial tərəfindən "xxxx" ASC-nin Abşeron rayon Filialının hüquqi varisi olan "xxxx" ASC-yə (SUN: 20150000026; VÖEN: **********) ünvanlanmış ##.##.2022-ci il tarixində *********** nömrəli xəbərdarlıq məktubuna "xxxx" ASC tərəfindən Filiala ünvanlanmış ##.##.2022-ci il tarixli (daxilolma tarixi və nömrəsi: ##.##.2023-cü il; 23610005526) cavab məktubunda Abşeron Filialının sözügedən illər üçün məlumatların təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Müvafiq dövrdə qüvvədə olan "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial Sığorta haqlarının uçotunu aparmaq, bu baradə sığortaçıya hesabat vermək və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Bildirilir ki, "xxxx" ASC tərəfindən hüquqi varisi olduğu Abşeron Filialının 2006-2008-ci illər üzrə “Forma B1”-ə uyğun olaraq “Forma B3” məlumatlan Filiala təqdim edildikdən sonra Abşeron Filialına dair məlumatların “MEIS”ə yüklənilməsi ilə əlaqədar məsələsinə baxılacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirmişdir ki, iş üzrə mübahisə ilə bağlı bankın arxivindən sənədləri əldə etməyə çalışırlar. Köhnə sənəd olduğuna görə onlar da əldə edə bilmirlər və hazırda məlum deyil ki, sənədlər tapılacaq ya yox. Əlavə olaraq bildirir ki, hazırkı mübahisəyə bənzər başqa məhkəmə iddiası olmuşdur. Həmin zaman Sosial Müdafiə fondundan alt sistemi deyilən bazadan məlumatlar tapılıb ki, ödənişlər olunub və həmin zaman iddiaçı iddiasını geri götürmüşdür. Ola bilməz ki, hansısa işçinin məlumatları sistemdə göndərilməsin. Əgər bank heç bir məlumat verməsəydi, bank cərimələnə bilərdi. Iş üzrə mübahisə inzibati orqanın səlahiyyətinə aiddir. Tərəflərindən zəruri sənədlər təqdim edilmişdir. Lakin həmin sənədlər tapılmır. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 izahatında bildirmişdir ki, vətəndaşların məlumatları sistemə ancaq işlədikləri müəssisədən sığortada forma “b1” və “b3” göndərilir. Ondan sonra sistemə işlənilir. Əgər sistemdə köçürülmələr yoxdursa, bunun səbəbi işlədiyi müəssisədir. Onlar sistemə baxıblar. Daha öncə 2006-cı ildə “xxxx” ASCyə 2 dəfə xəbərdarlıq məktubu da göndərmişlər. Lakin onlara məktubda heç bir məlumat verməyiblər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X2 izahatında bildirmişdir ki, sığortanın tam vaxtında ödənilməsi sığorta edənin vəzifəsinə aiddir. Hesabatı aparmaq sığortaçının hüququdur, vəzifəsi deyildir. Onlarda da nə ödəniş, nə də iddiaçının məlumatı var, ümumiyyətlə heç nə təqdim olunmayıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı da vardır ki, ödəniş yoxdursa, bu dövlət orqanına aid deyil. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh “xxxx” ASC tərəfindən ödənilməli olan məbləğ hesabatda əks olunmaqla, iddiaçı İddiaçı 2006, 2007 və 2008-ci illər üzrə əmək haqqından tutulan məcburi dövlət sosial sığorta məbləğinin Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyinin cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulması, cavabdeh “xxxx” ASC-dən 70 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ##.##.2005-ci il tarixdən ##.##.2011-ci il tarixədək “xxxx” ASC-nin Abşeron rayon filialında əmək müqaviləsi üzrə hüquqtexniki təminat bölməsinə təhlükəsizlik üzrə baş mütəxəssis vəzifəsində işləmişdir. Iddiaçı şəxsi hesabı ilə bağlı sosial arayış alarkən müvafiq icra hakimiyyəti orqanında ona bildirilmişdir ki, onun şəxsi sığorta hesabına 2006, 2007 və 2008-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqları köçürülməmişdir. Bu barədə iddiaçı tərəfindən “xxxx” ASC-yə müraciət olunmuş, sonuncu tərəfindən iddiaçının müraciətində qeyd edilən tarix aralığına aid işə qəbul və işdən çıxma əmrlərinin aşkarlandığı bildirilmiş və qeyd olunan əmrlər iddiaçıya tədqim edilmişdir. DSMF-nin Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı öz məktubunda qeyd edir ki, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində olan fərdi şəxsi hesabında 2006- 2008-ci illər üzrə məlumat əks olunmamışdır. Üçüncü şəxslər qeyd edir ki, sığortaedən (cavabdeh) tərəfindən təsdiqedici sənədlər tam və düzgün şəkildə təqdim edildikdən sonra müvafiq məlumatların MEIS-ə yüklənməsi ilə əlaqədar məsələyə baxılacaqdır. Hazırda iddiaçı “xxxx” ASC-də təhlükəsizlik üzrə baş mütəxəssis vəzifəsində çalışdığı 2005-ci ildən 2009-cu ilədək olan dövr üzrə ödənilməmiş məcburi dövlət sosial sığorta ödənişlərinin həyata keçirilməsi vəzifəsinin cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulmasını xahiş edir. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi isə iddianı qəbul etməyərək, tərəflərindən zəruri sənədlərin təqdim edildiyini və iş üzrə mübahisənin inzibati orqanın səlahiyyətinə aid olmasını əsas gətirib, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ##.##.2005-ci il tarixdən ##.##.2011-ci il tarixədək “xxxx” ASC-nin Abşeron rayon filialında hüquq-texniki təminat bölməsinə təhlükəsizlik üzrə baş mütəxəssis vəzifəsində işləməsi mübahisələndirilmir. Işin mübahisəli halı məcburi dövlət sosial sığorta ödənişlərinin edilib-edilməməsi ilə bağlıdır. Məcburi dövlət sosial sığorta sahəsində idarəetməni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirdiyinə görə onun səlahiyyətli qurumları müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. DSMF-nin Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi məlumata əsasən, 2006-2008-ci illər üçün təqdim edilmiş məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda sığorta olunan kimi iddiaçının məlumatları aşkar edilməmişdir. Məhkəmə mübahisənin yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin maddi hüquq normalarına istinad edərək qeyd etmişdir ki, sığortaedən olaraq cavabdeh sığortaolunanlar haqqında qanunla müəyyən edilmiş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməli idi. Bu, sığortaedənin vəzifəsidir. Buna baxmayaraq, cavabdeh həmin məlumatları və məcburi dövlət sosial sığorta haqlarını müvafiq icra hakimiyyəti orqanına təqdim etməmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanunun və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməmişdir. Cavabdeh tərəf zəruri məlumatların təqdim edildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə işdə olan cavabdehin cavab məktublarında, habelə nümayəndənin verdiyi izahatda müvafiq sənədlərin bankda aşkarlanmadığı bildirilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələbində 2005-ci ildən 2009-cu ilədək müvafiq ödənişlərin həyata keçirilməli olduğunu bildirsə də, həm özünün verdiyi izahatda, həm də DSMFnin Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının məktublarında ödənişlərin həyata keçirilmədiyi dövrün 2005-2008-ci illəri əhatə etdiyi bildirilmişdir. Belə olan halda məhkəmə məhz həmin dövrə aid hissədə iddianın təmin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyada) 9, 43, 54, 287, 304, 306, 307-ci maddələrinə, “Dövlət Sosial Sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2, 2.0.1, 2.0.2, 20.0.3, 2.0.4, 2.0.5, 2.0.6, 7.1, 9.2, 9.2.1, 9.2.2, 9.2.3-cü maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2, 10, 14.1, 18, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 191.3, 217.3 və 217.4-cü maddələrinə, “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında # ##### 1997-ci il tarixli, *** nömrəli Azərbaycan Respublikası Prezindentinin Fərmanının 2.1-ci bəndinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissədə ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək 2005-ci ildə 2009-cu ilə qədər olan dövr üzrə onun əmək haqqından tutulan məcburi sosial sığorta vəsaitlərinin Dövlət Sosial Müdafiə Fondunun hesabın köçürülməsi öhdəliyinin “xxxx” ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” ASC tərəfindən ödənilməli olan məbləğ hesabatda əks olunmaqla, iddiaçı İddiaçı 2006, 2007 və 2008-ci illər üzrə əmək haqqından tutulan məcburi dövlət sosial sığorta məbləğinin Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyinin cavabdeh “xxxx” ASC-ni üzərinə qoyulması, cavabdeh “xxxx” ASC-dən 70 manatın tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Hesab edilir ki, sözügedən qətnamə tamamilə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarına əlavə olunmuş ## ###### 2005-ci il tarixli, 81 №li əmrin surətinə əsasən İddiaçı “xxxx ASC-nin Abşeron filialına ## ###### 2005-ci il tarixdən əmək müqaviləsi üzrə hüquqi, texniki təminat bölməsinə təhlükəsizlik üzrə baş mütəxəssis vəzifəsinə qəbul edilmiş, əmək haqqı ştat cədvəli üzrə 780.000 manat ödənilməsi müəyyən olunmuşdur. Lakin iddiaçının hansı müddətdə həmin vəzifədə işləməsi, aylıq əmək haqqı məbləğinin sabit qalıb-qalmamasını müəyyən etmək mümkün deyildir. Bu isə qətnamənin hansı formada icra olunmasını sual altında qoyan məqamdır. Bundan başqa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının *-**-*/*-******/**** nömrəli, ##.##.2024-cü il tarixli sığorta olunanın fərdi şəxsi hesabı haqqında məktubunda və ## ###### 2025-ci il tarixli mülahizədə araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEIS) sığorta (hesabat) altsistemində “xxxx” ASC-nin Abşeron rayon Filialının 2006-2008-ci illər üzrə məcburi dövlət sosial sığorta üzrə rüblük (illik) hesabat (forma B1) uyğun olaraq Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat (forma “B3” məlumatları) aşkar edilməmişdir. Qeyd olunan hal da sübut edir ki, cavabdeh “xxxx” ASC tərəfindən həmin dövrdə sığorta ödənişləri həyata keçirilmiş, lakin ödənişlərin konkret kimlərə aid olması müəyyən olunmamışdır. Hesab edilir ki, ödənişlər konkret şəxslər (işçilər) barəsində olduğundan qeyd olunan əsasları Dövlət Sosial Müdafiə Fondunun Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən araşdırılmalı və “B3” məlumatları aydınlaşdırılmalıdır. Əgər bank tərəfindən ödənişlər olunmasaydı bu hal qanunla nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə səbəb olardı ki, buna da nəzarəti X3 fondu həyata keçirirdi. Iş materiallarına əlavə olunmuş Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarının 18 və 19-cu hissələrində məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sığortaedən tərəfindən 2009-2010-cu illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlara (Forma “B1”) uyğun məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma “B3”) təqdim edilmədiyindən həmin dövlər üzrə məlumatlar iddiaçının fərdi şəxsi hesablarında əks olunmamışdır. Yəni məcburi dövlət sosial sığorta haqları hesablanılıb, ödənilib, lakin sığortaolunan haqqında məlumatlar (forma “B3”) təqdim olunmadığından iddiaçının əmək pensiyası tam hesablanıb ödənilməmişdir. Əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqqlarının aidiyyəti üzrə ödənilməsi, habelə məcburi dövlət sosial haqqı üzrə sığortaolunanlar haqqında illik məlumatlar (Forma “B3”) göndərilməsinə nəzarət iddiaçının imkanları xaricində olmaqla birbaşa olaraq səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir. Həmçinin hesab edilsə ki, qətnamə dəyişdirilmədən saxlansa onun hansı formada icra olunması, hansı məbləğin Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi də aydın olmadığından qətnamənin icrası sual altında qalacaqdır. Qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Cavabdeh “xxxx” ASC tərəfindən həmin dövrdə sığorta ödənişləri həyata keçirilmiş, lakin ödənişlərin konkret kimlərə aid olması müəyyən olunmamışdır. Hesab edilir ki, ödənişlər konkret şəxslər (işçilər) barəsində olduğundan qeyd olunan əsasları Dövlət Sosial Müdafiə Fondunun Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən araşdırılmalı və “B3” məlumatları aydınlaşdırılmalıdır. Əgər Bank tərəfindən ödənişlər olunmasaydı bu hal qanunla nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə səbəb olardı ki, buna da nəzarəti Dövlət Sosial Müdafiə fondu həyata keçirirdi. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Belə mübahisələr inzibati qaydada həll edilməlidir. Şikayətçinin nümayəndəsi məhkəmə iclasında da bu məsələyə diqqət çəkmişdir. Qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır. Məhkəmə öhdəliyin yerinə yetirilməsini qərara alarkən konkret məbləği müəyyən etməmişdir. Qətnamədə yalnız "hesabatda əks olunmaqla" ifadəsi işlədilmiş, lakin sosial sığorta haqlarının hansı məbləğdə ödənilməli olduğu göstərilməmişdir. Bu isə qətnaməni icra baxımından qeyri-müəyyən edir. Hər tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı tərəfindən əmək haqqından sosial sığorta haqlarının tutulduğunu təsdiq edən əmək haqqı cədvəlləri, bank çıxarışları və ya digər maliyyə sənədləri məhkəməyə təqdim edilməmişdir. Məhkəmə isə bu sübutsuzluğa baxmayaraq iddianı təmin etmişdir. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin qismən, yəni iddia tələbinin qismən təmin edilməsi - cavabdeh “xxxx” ASC tərəfindən ödənilməli olan məbləğin hesabatda əks olunmaqla, iddiaçı İddiaçı 2006, 2007 və 2008-ci illər üzrə əmək haqqından tutulan məcburi dövlət sosial sığorta məbləğinin Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi öhdəliyinin cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulması, cavabdeh “xxxx” ASC-dən 70 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayıb şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X2 apellyasiya şikyəti ilə razılaşmayıb şikayətin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının digər sosial ödənişlər üzrə məhkəmə mübahisələri departamentinin müdiri Emil Iskəndərli tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2026-cı il tarixli mülahizədə göstərilmişdir ki, ##.##.2024-cü il tarixli məktuba əsasən İddiaçı ##.##.2005-ci il tarixli, ** nömrəli əmrlə işə qəbul edilmiş, ** nömrəli əmrlə işdən azad edilmişdir. Iş materiallarında olan 2009-cu ilin yanvar ayından etibarən iddiaçı İddiaçı fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmağa başlanılmışdır. 2009-cu il tarixindən əvvələ, yəni iddia tələbi üzrə 2005-2009-cu illər üzrə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məlumat üçün bildirilir ki, İddiaçı müraciətində hüquqi varisi olduğu sığortaedən "xxxx" ASC-nin Abşeron rayon Filialı (SUN: 20150000026) (bundan sonra - Abşeron Filialı) tərəfindən 2006-2008-ci illər üzrə məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinə nisbətdə məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunmadığını bildirmiş və bu məsələnin həllində köməklik göstərilməsini xahiş etmişdir. Araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEIS) “Sığorta" (Hesabat) altsistemində "xxxx" ASC-nin Abşeron rayon Filialının 2006 - 2008-ci illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat”a (Forma “B1”) (bundan sonra - Forma “B1”) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat" (Forma “B3”) (bundan sonra - Forma B3) məlumatları aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, 2006-2008-ci illər üzrə Forma B1ə uyğun olaraq Forma “B3” məlumatlarının MEIS-ə yüklənilməsi ilə bağlı Filial tərəfindən "xxxx" ASC-nin Abşeron rayon Filialının hüquqi varisi olan "xxxx" ASC-yə (SUN. 20150000026; VÖEN: **********) ünvanlanmış ##.##.2022-ci il tarixində *********** nömrəli xəbərdarlıq məktubuna "xxxx" ASC tərəfindən Filiala ünvanlanmış ##.##.2022-ci il tarixli (daxilolma tarixi və nömrəsi: ##.##.2023-cü il; 23610005526) cavab məktubunda Abşeron Filialının sözügedən illər üçün məlumatların təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. Müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Bildirilir ki, "xxxx" ASC tərəfindən hüquqi varisi olduğu Abşeron Filialının 2006-2008-ci illər üzrə Forma “B1”ə uyğun olaraq Forma “B3” məlumatları Filiala təqdim edildikdən sonra Abşeron Filialına dair məlumatların “MEIS”ə yüklənilməsi ilə əlaqədar məsələsinə baxılacaqdır. “Dövlət sosialsığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili ##.##.2006-cı il tarixdən başlamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının (bundan sonra - Qayda) 4.1.1-ci bəndinə əsasən ##.##.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o, olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş * nömrəli Əlavəyə əsasən aparılır. Bir daha bildirir ki, Forma “B1” hesabatlarına uyğun olaraq Forma “B3” məlumatlarının “MEIS”ə yüklənilməsi ilə bağlı Filial tərəfindən sığortaedənə (surəti hüquqi varisi olan ’”xxxx” ASC-yə (SUN: 20150000026; VÖEN: **********) göndərilməklə) ## ###### 2022-ci il tarixdə *********** nömrəli xəbərdarlıq məktubu ünvanlanmış, "xxxx" ASC ## ###### 2022-ci il tarixli, **/**** nömrəli cavab məktubunda 2006, 2007, 2008-ci illər üzrə məlumatlarının təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Belə ki, həmin illər üzrə əməkhaqqı cədvəlləri aşkar edilməmişdir. Bundan əlavə Mərkəzi Filial tərəfindən "xxxx" ASC-yə ##.##.2024-cü il tarixli məktub ünvanlanaraq 2006, 2007, 2008-ci illər üzrə Forma “B1”ə uyğun olaraq Forma “B3” məlumatlarının təqdim edilməsi xahiş edilmişdir. Lakin təqdim edilmə mümkün olmamışdır. Bu səbəbdən qeyd olunan illər üzrə məcburi dövlət sosial haqqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınması mümkün olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsində də qeyd olunmuşdur ki, məhkəmə mübahisənin yarandığı dövrdə qüvvədə olan qanunvericiliyin maddi hüquq normalarına istinad edərək qeyd edir ki, sığortaedən olaraq cavabdeh sığortaolunanlar haqqında qanunla müəyyən edilmiş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməli idi. Bu, sığortaedənin vəzifəsidir. Buna baxmayaraq, cavabdeh həmin məlumatları və məcburi dövlət sosial sığorta haqlarını müvafiq icra hakimiyyəti orqanına təqdim etməmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanunun və "Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməmişdir. Cavabdeh tərəf zəruri məlumatların təqdim edildiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əksinə işdə olan cavabdehin cavab məktublarında, habelə nümayəndənin verdiyi izahatda müvafiq sənədlərin bankda aşkarlanmadığı bildirilmişdir. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh “xxxx” ASC-yə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. II. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. III. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. IV. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. V. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyası): Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: l)sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək; j) işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta , habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək; Maddə 43.
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial sığorta və digər sığorta olunması; Maddə 54.
1. Işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir: peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi; əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi; əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi; sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması;
2. Bu Məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 304.
2. Işəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sığortalanmasını ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar hökmən göstərilməlidir. Maddə 306.
2. Işçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır. Maddə 307.
4. Işçilərin sosial sığorta hüquqlarını məhdudlaşdıran və ya pozan hər hansı fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.2. fərdi şəxsi hesab – hər bir sığortaolunana sığortaçı tərəfindən fərdi identifikasiya nömrəsi (FIN) ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesab. Maddə 2.0. Fərdi uçotun məqsədləri aşağıdakılardır: 2.0.1. dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazasının yaradılması; 2.0.2. əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, əməkhaqqı (gəlir) və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi; 2.0.3. məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində sığortaolunanların maraqlarının artırılması; 2.0.4. ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarına köçürülməsinə nəzarət etmək üçün sığortaolunanlara şərait yaradılması; 2.0.5. sığortaolunanlara əmək pensiyaların təyin edilməsi qaydalarının sadələşdirilməsi və təyinolunma müddətinin tezləşdirilməsi; 2.0.6. hər bir sığortaedən tərəfindən fərdi uçot üçün hesablanan və köçürülən məcburi dövlət sosial sığorta haqqı məbləği ilə sığortaçıya daxil olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin uyğunlaşdırılması. Maddə 7.1.Sığortaedən, məcburi dövlət sosial sığorta haqqını ödədiyi bütün işçiləri haqqında məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. 9.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır: 9.2.1. dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək; 9.2.2. hər bir sığortaolunan haqqında təqdim olunmuş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına vermək; 9.2.3. sığortaolunanın dövlət sosial sığorta şəhadətnaməsində qeyd edilən məlumatların onun şəxsiyyətini təsdiq edən sənədlə uyğun gəlməsini yoxlamaq. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan redaksiyası) Maddə 2. Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün fərdi əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. Maddə 10. Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; Maddə 14.1 Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Maddə 29. Sosial sığorta ilə əlaqədar sığortaedənlə sığortaolunan arasında yaranan mübahisələrə Fərdi əmək mübahisələrinin həlli haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, sığortaçı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə sığortaedən arasında yaranan mübahisələrə isə bilavasitə məhkəmələrdə baxılır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Bənd 2.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində, 23-cü maddəsinin birinci hissəsində və 24-cü maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin edildiyindən, cavabdeh qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları, tərəflərin təqdim etdikləri sübutlar üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara düzgün hüquqi qiymət verilmişdir. Belə ki, hazırkı iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı ##.##.2005-ci il tarixdən ##.##.2011-ci il tarixədək “xxxx” ASC-nin Abşeron rayon filialında əmək müqaviləsi üzrə hüquq-texniki təminat bölməsində təhlükəsizlik üzrə baş mütəxəssis vəzifəsində işləmişdir. Iddiaçı şəxsi hesabı ilə bağlı sosial arayış alarkən onun şəxsi sığorta hesabına 2006, 2007 və 2008-ci illər üzrə məcburi dövlət sosial sığorta haqqlarının cavabdeh tərəfindən köçürülmədiyi məlum olmuşdur. Bundan sonra iddiaçı “xxxx” ASC-yə müraciət etsə də, cavabdeh onun müraciətini təmin etməmiş, nəticədə iddiaçı hazırkı tələbi ilə məhkəməyə müraciət etmişdir. Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, iddiaçının ##.##.2005-ci il tarixdən ##.##.2011-ci il tarixədək “xxxx” ASC-nin Abşeron rayon filialında hüquq-texniki təminat bölməsinə təhlükəsizlik üzrə baş mütəxəssis vəzifəsində işləməsi mübahisələndirilmir. DSMF-nin Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi məlumata əsasən, 2006-2008-ci illər üçün təqdim edilmiş məcburi dövlət sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda sığorta olunan kimi iddiaçının məlumatları aşkar edilməmişdir. Göründüyü kimi işin mübahisəli halı məcburi dövlət sosial sığorta ödənişlərinin edilibedilməməsi ilə bağlıdır ki, bu halı da sübut etmək vəzifəsi cavabdehə aiddir. Belə ki, mübahisənin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə əsasən, sığortaedən olaraq cavabdeh sığortaolunan olan iddiaçı haqqında qanunla müəyyən edilmiş məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etmək vəzifəsi daşımışdır. Sığortaedən olaraq cavabdeh öz vəzifəsinin icrası ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini qətnamənin mübahisələndirilən hissəsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas olaraq qəbul etmir. Belə ki, cavabdeh öz öhdəliklərini vaxtında yerinə yetirmədiyindən iddiaçının sosial təminat hüquqları pozulmuşdur. Kollegiya cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsinin icrasının mümkün olmayacağı ilə bağlı dəlilləri üzrə qeyd edir ki, cavabdehin məhkəmə aktının hansı qaydada icra edəcəyini bilməməsi iddiaçının pozulmuş sosial təminat hüququnun bərpasından imtina edilməsi üçün əsas ola bilməz. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi
Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.