Məhkəmə qərarları › İş №2(3-6)-1431/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1431/2026

06.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1431/2026 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı MTK-nın cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul ) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Işin halları

1. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışdan görünür ki, İddiaçı MTK ##.##.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış, qurumun əvvəlki adı “xxxx” MTK olmuşdur.

2. “xxxx” MTK və Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli notarial müqavilənin surətindən görünür ki, “xxxx" MTK ünvan 1 ünvanında yerləşən, mülkiyyətçiyə məxsus ** saylı mənzilin söküntüsünü apararaq, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməyi, sökülən həmin binada "Mülkiyyətçi"nin söküntüsü nəzərdə tutulmuş paylı mülkiyyətində olan 22 kv.m. mənzilin ümumi sahəsinə əlavə etməklə, yeni tikiləcək binada, 60 kv.m təmirli yeni mənzili "Mülkiyyətçi"nin mülkiyyətinə verməyi öhdəsinə götürmüş, o cümlədən, əlavə 12 kv.m. ödənişlə almağını nəzərə alaraq mülkiyyətçi ümumi sahəsi 72 kv.m olan mənzilə payçı qəbul ediləcəkdir. Əlavə hesablanan 12 kv.m mənzilin hər kvadratmetrı üçün 1500 manat, ümumi olaraq 18000 (on səkkiz min) manatı 24 ay müddətində ödəməyi və bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MTK-ya təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi Mülkiyyətçi öz öhdəsinə götürmüşdür.

3. İddiaçı MTK tərəfindən təqdim edilmiş arayışdan görünür ki, cavabdeh Cavabdeh müqavilə üzrə ödəməli olduğu məbləğ 6.600 manat təşkil edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı MTK cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh İddiaçı MTK-nın xeyrinə 10.100 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddiaçı İddiaçı MTK iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MTK ilə cavabdeh arasında bağlanmış ## #### 2021-ci il tarixli müqavilənin 1.1-ci bəndinin şərtinə əsasən cavabdehə 24 ay ərzində sökülən mənzilin əvəzinə (paylı mülkiyyətdə olan) əlavə olaraq 1 m2 -i 1500 manat olmaqla 12 m2 -ə görə 18000 manat ödəmək şərti ilə 72 m2 mənzil verilməli idi. İddiaçı MTK tərəfindən öhdəliklər vaxtında icra edilərək ## #### 2021-ci il tarixdə təmirli mənzil cavabdehə təhvil verilmişdir. Lakin Cavabdeh 2 ildən çox keçsə də, 10.100 manat borcunu bu günə qədər ödəməmişdir.

6. Iddiaçının nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası MPM-nin 53- cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 6.600 manat borcun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə prosesi ərəfəsində cavabdeh 4.150 manat vəsait ödəmişdir. Hazırda cavabdehin borcu 6.600 manat təşkil edir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Vüsalə Musayeva) ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh ## #### 2021-ci il tarixli müqavilə üzrə 6.600 (altı min altı yüz) manat əsas borcun və ödənilmiş dövlət rüsumunun 86 (səksən altı) manatının tutularaq iddiaçı İddiaçı MTK-ya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun qalan 35 (otuz beş) manatının iddiaçı İddiaçı MTK-nın özünə aid edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 425.1, 442, 448.1, 445.2.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 191.3, 217.3, 216- 220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxılarkən tərəflər arasında yaranmış münasibətlər, mövcud hesablaşmalar və iş üzrə digər mühüm hallar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. Bunun nəticəsində iş üzrə faktiki vəziyyət tam müəyyən edilmədən qətnamə qəbul edilmişdir. Iddiaçı xxxx MTK tərəfindən irəli sürülmüş iddia tələbi tərəflər arasında mövcud olan hüquq münasibətlərinə əsaslandırılmışdır. Lakin iş materiallarından göründüyü kimi, tərəflər arasında yaranmış hüquq münasibətlərinin mahiyyəti və həmin münasibətlərdən irəli gələn öhdəliklərin həcmi tam müəyyən edilməmişdir. Öhdəlik hüququnun ümumi prinsiplərinə görə hər hansı pul tələbinin irəli sürülməsi üçün həmin öhdəliyin yaranması, məzmunu və icra edilməməsi halları aydın və dəqiq şəkildə müəyyən edilməlidir. Iş üzrə isə iddiaçı tərəfindən tələb edilən pul məbləğinin hansı əsaslarla yarandığı və həmin məbləğin hansı hesablamalara əsasən müəyyən edildiyi kifayət qədər əsaslandırılmamışdır. Bundan əlavə, tərəflər arasında mövcud olmuş münasibətlər çərçivəsində aparılmış qarşılıqlı hesablaşmaların olub-olmaması və öhdəliklərin hansı həcmdə icra edildiyi məsələsi də tam araşdırılmamışdır. Bu isə iddia olunan borcun faktiki mövcudluğunu və məbləğini müəyyən etməyə imkan vermir. Maddi hüquq münasibətlərinin düzgün müəyyən edilməsi üçün tərəflər arasında yaranmış öhdəliyin əsası, tərəflərin qarşılıqlı hüquq və vəzifələri, həmçinin həmin öhdəliyin hansı həcmdə və hansı formada icra olunması məsələləri dəqiq müəyyən edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən bu hallar tam araşdırılmadan iddianın qismən təmin edilməsi barədə nəticəyə gəlinmişdir. Belə olan halda iş üzrə maddi hüquq münasibətləri düzgün müəyyən edilməmiş və nəticədə qəbul edilmiş qətnamə işin faktiki hallarına və tərəflər arasında mövcud olan hüquq münasibətlərinə uyğun gəlmir. Bu səbəbdən qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş sənədlərini, müqavilə şərtlərini və digər sübutları tam və obyektiv şəkildə araşdırmamışdır. Məhkəmə yalnız iddiaçı İddiaçı MTK-nın təqdim etdiyi sənədlərə istinad edərək qətnamə qəbul etmiş, cavabdehin izahatlarını və təqdim etdiyi sübutları nəzərə almamışdır. Bu səbəbdən tərəflər arasında faktiki vəziyyət tam müəyyən edilməmiş, cavabdehin həyata keçirdiyi ödənişlər və müqavilədən irəli gələn öhdəliklər düzgün qiymətləndirilməmişdir. Məhkəmənin bu yanaşması cavabdehin hüquqlarının məhdudlaşdırılması və iş üzrə obyektiv nəticənin əldə edilməməsi ilə nəticələnmişdir. Bundan başqa, cavabdehin təqdim etdiyi izahatlar və sübutlar məhkəmə tərəfindən lazımi diqqətə alınmamış, tərəflər arasında aparılmış hesablaşmalar və öhdəliklərin yerinə yetirilməsi düzgün qiymətləndirilməmişdir. Nəticədə, iş üzrə qətnamə yalnız iddiaçının təqdim etdiyi məlumatlara əsaslanaraq qəbul edilmiş, cavabdehin arqumentləri nəzərə alınmamışdır. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə faktiki hallar və təqdim olunmuş sübutları tam araşdırmadığı üçün qətnamə qanuni və əsaslı hesab edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

14. 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

15. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

23. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

24. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Hazırki halda, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri də mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

32. Iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında ## #### 2021-ci il tarixli müqavilə bağlanmış, “xxxx" MTK (qurumun əvvəlki adı) ünvan 1 ünvanında yerləşən, mülkiyyətçiyə məxsus ** saylı mənzilin söküntüsünü apararaq, həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirməyi, sökülən həmin binada "Mülkiyyətçi"nin söküntüsü nəzərdə tutulmuş paylı mülkiyyətində olan 22 kv.m. mənzilin ümumi sahəsinə əlavə etməklə, yeni tikiləcək binada, 60 kv.m təmirli yeni mənzili "Mülkiyyətçi"nin mülkiyyətinə verməyi öhdəsinə götürmüş, o cümlədən, əlavə 12 kv.m. ödənişlə almağını nəzərə alaraq mülkiyyətçi ümumi sahəsi 72 kv.m olan mənzilə payçı qəbul ediləcəkdir. Əlavə hesablanan 12 kv.m mənzilin hər kvadratmetrı üçün 1500 manat, ümumi olaraq 18000 (on səkkiz min) manatı 24 ay müddətində ödəməyi və bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MTK-ya təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi Mülkiyyətçi öz öhdəsinə götürmüşdür.

33. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, cavabdeh isə müqavilədə müəyyən edilmiş qaydada və müddətdə iddiaçıya pul məbləğini ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.

34. Kollegiya apellyasiya şikayətinin dəlillərini münasibətdə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərə əsasən təmin edilə və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Belə ki, cavabdeh müqavilədə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı MTK tərəfindən təqdim edilmiş arayışdan görünür ki, cavabdeh Cavabdeh müqavilə üzrə ödəməli olduğu məbləğ 6.600 manat təşkil edir. Iş materiallarında mövcud sübutlarla müəyyən edilmiş halları təkzib edən və cavabdehin istinad etdiyi halları təsdiq edən hər hansı mötəbər sübut mövcud deyil.

35. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Kollegiya hesab edir ki, hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar