Məhkəmə qərarları › İş №2(3-6)-1467/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1467/2026

14.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1467/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X8 ibarət tərkibdə iddiaçılar X1 və X2 cavabdehlər cavabdeh6 X11, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X10 və Dağ-X4 Agentliyi, Bakı Şəhər Icra Hakimiyyəti, “LiftTəmir” Istehsalat Birliyi, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Yasamal Rayon Icra Hakimiyyəti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3rşı “cavabdehlərin üzərinə öhdəliyin qoyulması və s. tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan iddiaçı Elçin Musayevin verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDI: Iddiaçıların cavabdehlərə qarşı irəli sürdüyü “cavabdehlərin üzərinə öhdəliyin qoyulması və s. tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad ilə iddia ərizəsinin və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almışdır. Iddiaçılardan biri olan Elçin Musayev həmin qərardaddan şikayət vermişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan – Məhkəmə) hesab edir ki, mülki iş üzrə apellyasiya icraatı mümkün deyil, çünki iddiaçının apellyasiya şikayəti prosessual hüquq normasının tələbinin pozulması ilə verilmişdir. Belə ki, iddiaçı, qərardaddan verdiyi şikayətdə, şikayətin baxılması nəticəsi ilə hansı qərardadın qəbul edilməsini, Rayon Məhkəməsinin həmin qərardadı qəbul edərkən hansı pozuntuya yol verdiyi göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1.4-cü maddəsinə görə, məhkəmə aktından verilmiş şikayətdə şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. MPM-in 361.1.5-ci maddəsinə görə, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları şikayətdə göstərməlidir. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti qaytarılır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının qərardaddan verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Şikayət Rayon Məhkəməsi tərəfindən qaytarılmalı idi. Lakin Rayon Məhkəməsi şikayəti qaytarmamış, şikayətə baxmış, şikayəti təmin etmədiyi üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. MPM-in 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 366, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Iddiaçılar X1 və X2 cavabdehlər cavabdeh6 X11, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X10 və Dağ-X4 Agentliyi, Bakı Şəhər Icra Hakimiyyəti, “LiftTəmir” Istehsalat Birliyi, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Yasamal Rayon Icra Hakimiyyəti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3rşı “cavabdehlərin üzərinə öhdəliyin qoyulması və s. tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan iddiaçı Elçin Musayevin verdiyi şikayət üzrə apellyasiya icraatı qeyri-mümkün hesab edilsin və şikayətin qaytarılması üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Iddiaçı X1 hazırkı qərardaddan, qərardad ona rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Iş üzrə digər şəxslər hazırkı qərardaddan kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar