Məhkəmə qərarları › İş №2(3-6)-1471/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1471/2026

29.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1471/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdehxxxx“MMMC-nin qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh Yasamal-55” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti İddia tələbi MMMC-nin qeydiyyatının etibarsız hesab edilməsi Qəbul edilmiş məhkəmə aktı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (qərardad, qətnamə və s.) ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə aktının şikayət Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (apellyasiya şikayəti) verən ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi tərəfə göndərilmə və alınma ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı elektron tarixi kabinetinə yerləşdirilmişdir. Apellyasiya şikayətinin İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti (şikayətin) məhkəməyə daxil ##.##.2026-cı il tarixdə birinci instansiya olduğu tarix məhkəməsinə daxil olmuşdur Hüquqi əsaslandırma Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələri 361.1, 363.1.1, 364 və 366 Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Qeyd olunan qanunvericilik normaları kontekstində kollegiya qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı elektron kabinetinə yerləşdirilməsi iş materiallarından müəyyən edilir. Lakin iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da qətnamədən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü, şikayətə isə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Qanunvericiliyin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət ona qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət iddiaçıya geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar