Məhkəmə qərarları › İş №2(3-6)-1475/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1475/2026

04.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1475/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh Cavabdeh vurulmuş maddi ziyana görə 5.000 manat, mənəvi zərərə görə isə 10.000 manat olmaqla, cəmi 15.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(006)-4298/2025 nömrəsi qətnaməsininh ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(006)-4298/2025 nömrəsi qətnaməsindən apellyasiya şikayəti verilməsindən ötrü buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı Həcəfqulu oğlu iddiaçı kimi oğlu X2 yol nəqliyyat hadisəsi zamanı ölməsi faktı ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə cavabdeh Cavabdeh qarşı maddi mənəvi ziyanın ödənilməsinə dair verdiyi iddia ərizəsinə baxaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli 2(006)-****/**** №-li qətnaməsi ilə iddia tələbinin qismən təmin olunmasına dair qətnamə qəbul edilmişdir. Həmin qətnamə ona ## ###### 2026-cı il tarixdə verildiyinə görə iddiaçının qətnamənin məzmunu və ondan şikayət vermək hüququ (müddətin keçməsinə görə) pozulmuşdur. O, qətnamənin surətini aldıqdan sonra cavabdeh tərəfin ##.##.2026-cı il tarixdə nümayəndəsi tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verməsi məlum olmuşdur. Həmin qətnamədən apellyasiya şikayətinin verilməsinə 1 ay müddətin nəzərdə tutulmasına baxmayaraq qərarın surəti ##.##.2026-ci il tarixə aldığından həmin qətnamədən apellyasiya şikayətinin verilməsinə dair müddət ondan asılı olmayan səbəblərə görə buraxılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi və həmin qətnamədən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərarddan cavabdeh Cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini, iddiaçı İddiaçı tərəfindən məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsindən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsinə dair qərardad çıxarılmasını, əks təqdirdə şikayətin 7 gün müddətində iş ilə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən qətnamə iddiaçı İddiaçı məxsus şəxsi elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. Məhkəmə müddətin bərpası barədə ərizəni təmin edərkən iddiaçının apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən buraxmasını təsdiq edən hər hansı mötəbər və yol verilən sübuta istinad etməmişdir. Qərardadda iddiaçının qətnaməni ##.##.2026cı il tarixdə alması barədə göstərilən hal qətnamənin alınma vaxtı üçün əsas götürülə bilməz. Məhkəmə qətnamənin ##.##.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilməsinə dair xüsusata ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə yalnız iddiaçının subyektiv izahatına əsaslanmaqla nəticəyə gəlmişdir ki, bu da prosessual qanunvericiliyin tələblərinə ziddir. Tərəflərin elektron kabinet vasitəsilə məhkəmə aktlarına çıxış imkanının mövcudluğu şəraitində iddiaçının uzun müddət ərzində qətnamə ilə tanış olmaması barədə arqumentləri inandırıcı və əsaslı hesab edilə bilməz. Məhkəmə həmin halları araşdırmadan, hüquqi qiymət vermədən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Qanunuvericiliyin tələbindən məlum olur ki, buraxılmış prosessual müddət yalnız onun üzrlü səbəbdən buraxıldığı məhkəmə tərəfindən müəyyən edildiyi halda bərpa edilə bilər. Üzrlü səbəbin mövcudluğu isə ərizəçi tərəfindən sübut olunmalıdır. Hazırkı halda isə iddiaçı tərəfindən müddətin buraxılmasının obyektiv və aradan qaldırılması mümkün olmayan səbəblərdən irəli gəldiyi sübuta yetirilməmişdir. Məhkəmə qətnaməsi ##.##.2025-ci il tarixdə elektron kabinetə yerləşdirilmişdir ki, bu da iddiaçının qətnaməni rəsmi qaydada almasını, nəticədə apellyasiya şikayəti üçün nəzərdə tutulmuş 1 ay müddəti ötürdüyünü göstərir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ## ###### 2025-ci il tarixdə iddiaçıya məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. Göründüyü kimi qanunvericiliyin tələbləri baxımından iddiaçı tərəfin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axımı ##.##.2025-ci il tarixdən başlamış və ##.##.2026-cı il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Buna baxmayaraq, qeyd edilən qətnamədən apellyasiya şikayəti iddiaçı tərəfindən ## ###### 2026-cı il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş 1 aylıq mübahisələndirmə müddəti ötürülməklə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi apellyasiya şikayəti verilməsi müddət 1 aydan artıq olmaqla ötürülmüşdür. Birinci instansiya məhkəməsi isə hesab etmişdir ki, iddiaçının məhkəmə hakimiyyətinə etimadı və onun məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmaması nəzərə alınmaqla ərizə təmin edilməli və qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzrlü hesab edilməklə, buraxılmış prosessual müddət bərpa edilməli və iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün, özü də prosessual hərəkəti edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzürlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsində qeyd olunan üzürlü səbəblər dedikdə, müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Üzürlü səbəblər sırasına, məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, xidməti ezamiyyətdə olma, ailə üzvlərindən hər hansı birinin ölməsi və s.aid edilə bilər. Hər bir halda konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının göstərdiyi səbəb müddətin bərpa edilməsi üçün əsas hesab edilə bilməz. Çünki mübahisələndirilən qətnamə iddiaçıya məxsus elektron kabinetə məhz ## ###### 2025-ci il tarixdə yerləşdirilmişdir. Bu isə o deməkdir ki, iddiaçının həmin tarixdən qətnamədən məlumatlı olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi cavabdehin şikayətinin təmin edilməməsi barədə nəticəyə gələrkən hesab etmişdir ki, tərəflərin iştirakı ilə aparılan məhkəmə icraatı zamanı iddiaçının elektron kabinetə malik olması inkar edilməsə də, iddiaçının bütün sübutlarını davamlı olaraq poçt vasitəsilə və ya şəxsən təqdim etməsi də aşkar olmuşdur, bu isə onun elektron sistemdən hansı həddə istifadə imkanlarına malik olmasını qiymətləndirməyə yetərli hesab edilə bilər. Məhkəmə və qanun qarşısında hər bir kəsin bərabərliyi prinsipi qorunmaqla hazırki halda məhkəmə iddiaçının elektron kabinetdən istifadəsinin onun üçün nisbətən vərdişdənkənar olmasını nəzərə almaqla, iddiaçının məhkəmə qətnaməsindən şikayət vermə müddətinin qətnaməni fiziki qaydada əldə etdiyi andan hesablanmasını sonuncunun konstitusiya ilə təsbit edilmiş məhkəmə qərarlarından şikayət vermək hüququnu reallaşdırması baxımından məqsədəuyğun hesab edir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə də razılaşmır. Belə ki, Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən Elektron Məhkəmə İnformasiya Sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarından həmçinin görünür ki, iddiaçıya məxsus elektron kabinet olmuş, eyni zamanda iddia ərizəsi də elektron kabinet vasitəsi ilə verilmişdir. Belə olan halda Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən hesab edir ki, mübahisələndirilən qətnamə iddiaçıya məxsus elektron kabinetə ## ###### 2025-ci il tarixdə yerləşdirildiyindən qətnamə həmin tarixdən rəsmi qaydada verilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin üzrlü səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir. Nəticə etibarilə iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apellyasiya şikayətini vermək iqtidarında olmamasını sübut edəcək hər hansı dəlil, sübut da təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı apellyasiya şikayətini vaxtında vermək imkanının olmadığını, bu müddətin isə özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut edə bilməmişdir. Əks yanaşma isə ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının qanunla müəyyən edilmiş prosessual hüquqlarından prosessual müddətlər daxilində həyata keçirilməməsi üçün hər hansı üzürlü səbəb olmadığından, onun ərizəsinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilməli və buraxılmış müddətin bərpası haqqında ərizə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qaəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar