Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1477/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından İddiaçı şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 ASC-yə və cavabdeh1 ASC-yə qarşı borc tələbinə dair iddiası təmin edilməmiş, qətnamədən şikayət verilməsi qaydası və müddəti izah edilmişdir. İddiaçı qətnamədən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti, eləcə də şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Ərizədə göstərib ki, maddi imkanı olmadığı üçün apellyasiya şikayətinin verilməsi üçün məhkəməyə müraciət edərək dövlət hesabına vəkillə təmin edilməsi xahiş edilmişdir. Məhkəmə ərizəsini təmin etmişdir. Həm apellyasiya şikayətinin tərtibi ilə bağlı, həm də əlil olduğu üçün səhhətində yaranmış ciddi problemlərə görə Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddət üzrlü səbəblərə görə ötürülmüşdür. Mülki Prosessual Məcəllənin 133-cü maddəsinə əsasən, Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməklə iş materialları ilə birlikdə apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim İlyas Həsənov) ərizənin təmin edilməməsi, qətnamədən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi, apellyasiya şikayəti və şikayətin verilməsi üçün ödənilmiş 24 (iyirmi dörd) manat məbləğində dövlət rüsumunun İddiaçı qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iddiaçı tərəfindən mübahisələndirilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi tələb edilən qətnamə məhkəmə tərəfindən ##.##.2025-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirilmiş, iddiaçının nümayəndəsi X1 ##.##.2025-ci il tarixdə qətnaməni təhvil almışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçının Bakı Apellyasiya Məhkəməsinə müraciət etməsi məqsədilə vəkillə təmin edilməsi barədə qərardad qəbul edilmişdir. İddiaçının dövlət hesabına təmin edilmiş vəkili Vəkil ##.##.2025-ci il tarixli vəkil orderini əldə etmiş, ##.##.2025-ci il tarixdə məhkəməyə ##.##.2025-ci il tarixli vəkil orderini vəkil müraciətinə əlavə etməklə göndərmiş, vəkil kimi elektron sistemə əlavə edilməsini xahiş edilmişdir. ##.##.2025-ci il tarixdə vəkil elektron sistemə əlavə edilmişdir. İddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti ilə birlikdə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsi əsassız olduğundan təmin edilməməlidir. İddiaçının nümayəndəsi X1 ##.##.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və iddia tələbinin rədd edilməsi barədə xəbərdar olmuşdur. ##.##.2025-ci il tarixdə qətnamənin surətini təhvil almışdır. ##.##.2025- ci il tarixli ərizə ilə iddiaçının vəkillə təmin edilməsi xahiş edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə iddiaçı dövlət hesabına vəkillə təmin edilmişdir. Daha sonra iddiaçının dövlət hesabına təmin edilmiş vəkili Vəkil ##.##.2025-ci il tarixli vəkil orderini əldə etmişdir. Buna baxmayaraq, apellyasiya şikayəti və prosessual müddətin keçməsi barədə ərizə ##.##.2026cı il tarixdə, yəni order əldə edildikdən iki ay müddət keçdikdən sonra iddiaçı tərəfindən elektron qaydada məhkəməyə göndərilmişdir. İddiaçının məhkəmə qətnaməsinin surətini rəsmi qaydada aldıqdan sonra prosessual müddəti 3 aydan kifayət qədər çox ötürməklə apellyasiya şikayəti verməsi və müddətin hansı üzrlü səbəblərdən ötürülməsi barədə sübut təqdim etməməsi prosessual müddətin bərpasına əsas ola bilməz. İddiaçı müddətin ötürülməsinin səbəbini əlilliyi və apellyasiya şikayətinin tərtib edilməsi ilə əsaslandırmışdır. İddiaçının əlil olması prosessual müddətlərə əməl etməməsinə əsas ola bilməz. Həmçinin, apellyasiya şikayətinin tərtib edilməsinə 3 aydan çox vaxt sərf edilməsi isə olduqca absurd səbəbdir. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri özündə ehtiva edən sübutları ərizəsinə əlavə etməlidir. Başqa sözlə, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində müddətin buraxılmasının ondan asılı olmayan səbəblərdən baş verdiyini, müvafiq hərəkətləri etməsinə maneə və məhdudiyyətlərin yaranmasını sübut etməlidir. Məhkəmə nəzərə alıb ki, iddiaçı dövlət hesabına vəkillə təmin edilməsi üçün əlavə vaxt sərf etmişdir, lakin iddiaçı həmin vaxt nəzərə alınsa belə, dövlət hesabına təmin edilmiş vəkil təyin edildikdən və vəkil orderi əldə edildikdən 2 aydan çox müddət keçdikdən sonra apellyasiya şikayəti vermişdir. Yəni, prosessual müddət dövlət hesabına peşəkar hüquqi yardım göstərməli olan şəxsin - vəkilin də təmin edilməsinə baxmayaraq ötürülmüşdür. Məhkəmə qətnaməsi ilə razılaşmayan tərəfin, eyni zamanda peşəkar hüquqi yardım göstərən vəkilin bu formada müddəti ötürməsi prosessual qanunvericiliyin və nizam-intizamın pozulmasına səbəb olmuşdur. “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası yalnız elə səbəblərdən üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın” (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2008-ci il # ### tarixli Qərarı). İddia tələbi rədd edilmiş, yəni əleyhinə qətnamə qəbul edilmiş tərəf olaraq iddiaçı qətnamədən xəbərdar olduğu andan növbəti mərhələlərlə maraqlanmalı, yekun qətnaməni vaxtında əldə etdikdən sonra apellyasiya şikayəti verilməsində maraqlı olmalı idi. İddiaçı vəkillə təmin edilsə də qətnamə elan olunduğu andan təxminən 4 ay sonra şikayət verilmişdir. İddiaçının dəlillərini formal və əsassız mülahizələr sayan məhkəmə hesab edib ki, hazırkı ərizənin təmin edilməsinə əsaslar yoxdur. Buna görə də ərizə təmin edilməməlidir. İddiaçı İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməmə barədə mövqeyini isə bununla əsaslandırmışdır ki, şikayətdə qeyd edilmiş dəlillər mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Məhkəmə iddiaçının əlilliyi və səhhətində yaranmış ciddi problemlərə görə müddətin ötürülməsi ilə bağlı dəlilinə *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadında münasibət bildirmişdir. Məhkəmə bir daha bildirib ki, iddiaçı müddətin ötürülməsinə üzrlü səbəb kimi qəbul edilə bilən sağlamlıq problemləri ilə bağlı məhkəməyə hər hansı əsaslı sübut təqdim etməmiş, iddiaçı və onun vəkili keçirilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. Həmçinin, iddiaçının əlil olması prosessual müddətlərə əməl etməməsinə əsas ola bilməz. Təsadüfi deyildir ki, iddiaçının əlilliyi davam etməsinə baxmayaraq, hazırkı şikayəti prosessual müddəti ötürmədən vermişdir. İddiaçı şikayətində bildirir ki, “məhkəmə tərəfindən prosessual müddətin bitməsinə son gün kimi dəqiq vaxtla bağlı nə vəkilə, nə də mənə bildiriş verilməyib”. İddiaçının bu dəlilinə münasibətə məhkəmə bildirir ki, mülki-prosessual qanunvericilikdə müddətin dəqiq bitmə vaxtı ilə bağlı məhkəmə tərəfindən proses iştirakçılarına bildiriş verilməsi nəzərdə tutulmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin nəticə hissəsində mülki-prosessual qanunvericiliyə uyğun olaraq apellyasiya şikayəti verilməsi üçün tələb olunan müddət və onun başlama vaxtı göstərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər tərəfindən sübut, etiraz və ya izahat məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərkibi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi üçün kifayət etmir. Əvvəla, birinci instansiya məhkəməsi həm ərizənin, həm də şikayətin dəlilləri üzrə mükəmməl hüquqi dəyərləndirmə aparmaqla, düzgün nəticəyə gəlib. Çünki qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 3 aydan artıq bir müddət keçdikdən verilib, bununla da prosessual müddəti buraxılıb. Müddətin buraxılmasının üzrlü səbəbi barədə isə məhkəməyə mötəbər sübut təqdim edilməyib. Yəni, mütləq deyil ki, apellyasiya şikayəti müddətin bitməsinin sonuncu günü yaxud müddət bitdikdən sonra versin. Demək, apellyasiya şikayətini elə müddətdə verməlidir ki, hər hansı bir nöqsana yol verdiyi halda şikayət vermənin qalan müddəti ərzində onu aradan qaldırıb yenidən apellyasiya şikayəti vermək üçün də müddət qalsın. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-1477/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1477/2026
27.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver