Məhkəmə qərarları › İş №2(3-6)-1517/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1517/2026

01.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1517/2026 01.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “mənzilin sökülməsi, yeni mənzilin verilməsi və kirayə xərcinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nizami Rayon Məhkəməsinin “qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması barədə” ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadından cavabdeh cavabdeh1 şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, cavabdeh cavabdeh1 qarşılıqlı iddia ərizəsi geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qərardad onunla əsaslandırılıb ki, qarşılıqlı iddia ərizəsinin verilməsi müddəti keçib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə görə, qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin müddət 20 gündür, müddətin axımı isə cavabdeh iddia ərizəsinin surətini aldıqda başlayır. Cavabdeh həmin müddəti ötürüb. Birinci insansiya məhkəməsinin qərardadında bu hal düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinin göstərişini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Nizami Rayon Məhkəməsinin “qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması barədə” ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar