Məhkəmə qərarları › İş №2(3-6)-1526/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1526/2026

29.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1526/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X1 oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 5000 (beş min) manat məbləğində pulun və ödədiyi 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaiti və 70 (yetmiş) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə ##.##.2025-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün göndərilmişdir. Hazırda cavabdeh Cavabdeh Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verərək buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həmin qətnaməni cavabdeh Cavabdeh xəstə olduğuna görə məhkəmə iclaslarında iştirak etmədiyinə və “Asan imza”sı, Elektron kabineti olmadığına görə də qətnaməni ##.##.2026-cı il tarixdə əlbə-əl almışdır. Qətnamə qanunsuz, ədalətsiz və əsassız olduğuna görə qətnamədən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi qətnamədən verdiyi apellyasiya şikayətini geri qaytarmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsi öz qərardadında göstərmişdir ki, ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış cavabdehə məxsus şəxsi elektron kabinetə ##.##.2025-ci il tarixdə yerləşdirilmiş, lakin qətnamədən verilən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə elektron sistemə yüklənmişdir. Bununla da, güya cavabdeh qanunvericilikdə qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində müəyyən edilmiş şikayət vermə müddətini ötürmüş, prosessual müddətin bərpası barədə vəsatət isə məhkəməyə təqdim edilməmişdir. O, yuxarıda qeyd etdiyi kimi, onun “Asan imza”sı və şəxsi Elektron kabineti yoxdur. Ağır ürək xəstəliyi, kəskin bronxit və Essencial hipertenziya xəstəsi olduğuna görə ##.##.2025-ci ildən ##.##.2025-cı il tarixədək müalicə qəbul etdiyinə görə məhkəmənin nə qərar qəbul etdiyini bilməmişdir. Qətnamənin nə vaxt çıxdığından xəbəri olmamışdır. Xəbəri isə ##.##.2026-cı ildə olmuş və rəsmi olaraq qətnaməni imza edib götürmüşdür Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadı ilə ərizənin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Cavabdeh Cavabdeh şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsi, ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh kimi onun məhkəmə iclaslarında iştirakını təmin etməmiş və bunun nəticəsində hərtərəfli məhkəmə araşdırması aparılmadan, onun mövqeyi və sübutları nəzərə alınmadan, iddiaçının işlədiyi və yüksək məbləğdə əmək haqqı almadığı nəzərə alınmadan qanuni, ədalətli və əsaslı olmayan birtərəfli qərardad qəbul edilmişdir. Məhkəmə özünün qanunsuz, əsasız və ədalətsiz qərardadını qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq cavabdehin xəstə olmasını və işin diqqətəlayiq hallarını nəzərə almamışdır. Bütün bu qanunsuzluqlara görə də Qərardad ləğv olunmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 128.1, 130.3, 133.1, 360, 362 və 363-cü maddələrini nəzərə alaraq, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh Cavabdeh məhkəmənin ## #### 2025-ci il tarixli iclasında iştirak etmiş və həmin gün iş üzrə qətnamə qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfin elektron kabineti mövcuddur və qətnamə ##.##.2025-ci il tarixində kabinetə yerləşdirilmişdir. Göründüyü kimi cavabdeh Cavabdeh qətnamədən məlumatlı olmuşdur. Mülki Prosessual Məcəllə ilə məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün konkret qayda və prossual müddət göstərilmişdir. Mülki Prosessual Məcəllə normativ hüquqi aktdır və normalarının tələblərinə riayət olunmalıdır. Həmin Məcəllənin tələbləri hər hansı şəxsin öz sərbəst düşüncə və fikirlərinə görə əsassız pozula bilməz. Vəkil ərizəsində cavabdehin müddəti ötürməsinin hansı üzrlü səbəbdən baş verməsini əsaslandırmamış, müddətin ötürülməsi səbəbi kimi cavabdehin elektron kabinetini nəzarətdə saxlamaması, qətnaməni sonradan görməsi göstərilmişdir. Bu cür əsaslandırmanın müddətin bərpası üçün məqbul hesab edilməsi hər kəsin öz mülahizəsinə görə qanunun tələblərini pozmasının yolverilən olduğu mənasına gəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmələrdə gedən çəkişmələr uzun müddətdir davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu kontekstdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının müvafiq müddət ərzində mübahisələndirilməməsi, daha sonra isə ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Belə ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № *****/**, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Beləliklə, yuxarıda göstərilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar