Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1572/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında iclasında baxaraq, m ü ə y y ə n e t d i:
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğv olunaraq cavabdeh tərəfindən mənzilə ödənilmiş dəyərin iddiaçıya həvalə edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra Cavabdeh İddiaçı qarşı “mülkiyyətə qəsdə son qoyulması, mənzillərin giriş hissəsində mövcud olan sahənin giriş qapısının açarının təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
3. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən ilkin iddianın rədd edilməsi, ilkin iddia üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı tərəfindən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küçəsi, ev 13, * saylı mənzildən Cavabdeh istifadə hüququna qoyduğu maneəyə son qoyulması, Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küçəsi, ev 13, * saylı mənzilə ümumi istifadədə olan giriş qapısının açarının (açarları) Cavabdeh verilməsinin İddiaçı həvalə edilməsi, qarşılıqlı iddia üçün ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsi və vəkil xidmətinə görə ödənilmiş haqqın 1200 (min iki yüz) manat hissəsi İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
4. Iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh qətnaməni mübahisələndirməmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra Məhkəmə) *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin ##.##.2025 tarixli qətnaməsindən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
7. Iddiaçının nümayəndəsi və vəkili vəkil1 ##.##.2025-ci il tarixdə yenidən elektron qaydada apellyasiya şikayəti vermişdir.
8. Rayon məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının ##.##.2025-ci il tarixli apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
9. Rayon məhkəməsinin eyni saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının ##.##.2025-ci il tarixli apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
10. Iddiaçının nümayəndəsi və vəkili ##.##.2026-cı il tarixdə apellyasiya şikayətini qanunla müəyyən olunmuş müddətdə verilmiş hesab edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə yenidən rayon məhkəməsinə müraciət etmişdir.
11. Rayon məhkəməsinin eyni saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
12. Iddiaçı ##.##.2026-cı il tarixdə həmin qərardaddan şikayət vermişdir.
13. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən apellyasiya şikayətinin vaxtında göndərilməsini nəzərə almamışdır. Halbuki apellyasiya şikayəti ilk dəfə elektron məhkəmə sisteminə vurulandan sonra mülki işi texniki səhv olaraq etibarnamə iş materialına əlavə olunmadığı üçün geri qaytarılmışdır. Lakin ondan sonra ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti yenidən məhkəmə elektron sisteminə yerləşdirilmiş, lakin məhkəmə mülki işin yenidən geri qaytarılması üçün ##.##.2026-cı il tarixdə qərardad qəbul etmiş, həmin qərardadı məhkəmə “Məhkəmə Elektron Sistemi” nə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Bundan əlavə müddətin ötürülməməsi barədə elektron sistemə ərizə yerləşdirilmişdir, lakin məhkəmə ona münasibət bildirməmişdir.
14. Rayon məhkəməsinin eyni saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
17. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, rayon məhkəməsinin qərardadı ləğv edilməli, iddiaçının apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməlidir.
18. Belə ki, mülki iş materiallarında olan poçt zərfindən (i\v səh. 129,130) müəyyən olur ki, iddiaçıya qətnamə sifarişli poçt göndərişi (məktubu) vasitəsilə göndərilsə də, ünvanın tam olmaması əsası ilə poçt zərfi geri qaytarılmışdır.
19. Eləcə də, mülki işdə olan məhkəmə qəbzindən (i\v səh.131) görünür ki, iddiaçı sözügedən qətnaməni ##.##.2025-ci il tarixdə rəsmi qaydada almışdır. Apellyasiya şikayəti isə ilk dəfə ##.##.2025-ci il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi üçün 1 (bir) aylıq prosessual müddət ərzində verilmişdir.
20. Hazırkı işin hallarından müəyyən olduğu kimi iddiaçının həmin apellyasiya şikayəti elektron qaydada yalnız vəkil tərəfindən imzalansa da, şikayəti iddiaçının adından imzalamasına dair səlahiyyət verən müvafiq etibarnamə şikayətə əlavə edilmədiyindən və mülki iş materiallarında da mövcud olmadığından, şikayətə yalnız vəkilin orderi əlavə edildiyindən Bakı Apellyasiya Məhkəməsi tərəfindən ##.##.2025-ci il tarixli qərardadla geri qaytarılmışdır.
21. Iddiaçının nümayəndəsi və vəkili dərhal - ##.##.2025-ci il tarixdə apellyasiya şikayətindəki nöqsanları aradan qaldıraraq, yəni şikayətə onun səlahiyyətlərini müəyyən edən etibarnaməni əlavə edərək yenidən apellyasiya şikayəti vermişdir.
22. Rayon məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti üçün müəyyən edilmiş müddət ötürülmüşdür.
23. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətinə əlavə edilmiş etibarnaməsindən onun ##.##.2024-cü il tarixdə 3 il müddətinə verildiyi və ##.##.2027-ci il tarixədək qüvvədə olduğu müəyyən olur. Demə ki, hazırkı mülki iş üzrə məhkəmə icraatı başlamamışdan daha əvvəlki tarixlərdə vəkil vəkil1 iddiaçını məhkəmələrdə təmsil etmək, məhkəmə aktlarından şikayətlərin verilməsi (imzalanması), iddiaçının adından işin həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsi və s. səlahiyyətləri olmuşdur.
24. Məhkəmə qeyd edir ki, həmin etibarnamə ilk dəfə apellyasiya şikayəti veriləndə şikayətə əlavə edilməsə də, vəkilin iddiaçının adından qətnamədən apellyasiya şikayəti verməkdə, onu imzalamaqda səlahiyyətli olmuşdur. Eləcə də, apellyasiya şikayətinə vəkilin orderinin əlavə edilməsi iddiaçı ilə vəkil1 arasında hüquqi yardım göstərilməsi haqqında müqavilə olduğunu göstərir.
25. Məhkəmə etibarnamənin anlayışı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Mülki Məcəllənin 362-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.
27. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər.
28. Qeyd edilən Məcəllənin 360.2-ci maddəsinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
29. Məcəllənin 780-ci maddəsinə görə vəkalət alan aldığı tapşırığı bir sıra istisna hallardan başqa, şəxsən özü icra etməlidir. Əgər vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil edibsə (780.1.1), tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəlirsə (780.1.2), icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəlirsə (780.1.3). Yəni qeyd edilən istisna hallarda qanunvericilik vəkalət alana səlahiyyət verir ki, aldığı tapşırığın icrasını digər şəxslərə versin.
30. Həmin normaların məzmunundan da məlum olur ki, təmsil olunanın təmsil edənə verdiyi vəkalət mahiyyət etibarı ilə tapşırıq müqaviləsi olmaqla, bu vaxt yazılı etibarnamənin olması barədəki göstəriş yalnız təmsil olunanın və təmsil edənin, eləcə də verilən tapşırığın məzmun və həddlərinin müəyyən edilməsi üçün əhəmiyyətlidir.
31. Göründüyü kimi, rayon məhkəməsi iddiaçının vaxtında – müddət ötürülmədən verilən apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmış, iddiaçının nümayəndəsi və vəkili isə dərhal etibarnaməni apellyasiya şikayətinə əlavə etməklə, ##.##.2025-ci il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. Rayon məhkəməsi iddiaçının ##.##.2025-ci il tarixli şikayətini etibarnamənin əlavə edilməməsi əsası ilə geri qaytarsa da, ##.##.2025-ci il tarixli apellyasiya şikayətini isə müddətin ötürülməsi əsası ilə geri qaytarmış, müddətin ötürülməsinin iddiaçıdan asılı olmayan səbəblərlə bağlı olmasını - əvvəlki apellyasiya şikayətinin əvvəlcə apellyasiya instansiyası, daha sonra birinci instansiya tərəfindən qaytarılmasını, beləliklə də apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsini həmin hallarla bağlı olmasını da nəzərə almamışdır.
32. Rayon məhkəməsi iddiaçının müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə əlavə edilmiş növbəti apellyasiya şikayətini də buraxılmış prosessual müddətin bərpası barədə ərizə olmadığına görə geri qaytarmışdır. Iddiaçının nümayəndəsi və vəkilinin həmin ərizəsindən isə müəyyən olur ki, onun iddiaçının təmsil etmək üçün etibarnaməsi mövcud olsa da, texniki yanlışlığa görə sistemə əlavə edilməmişdir. Vəkil buna görə də apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, vəkilin həmin ərizəsi mahiyyət etibarı ilə həmin ərizəyə baxan məhkəmə üçün elə müddətin müzakirə edilməsi üçün yetərli əsas idi. Halbuki hazırkı işin yuxarıda qeyd edilən halları ilə müəyyən olunduğu kimi, iddiaçı tərəf rayon məhkəməsinin qətnaməsindən qanunla müəyyən olunmuş müddət ərzində iradəsini ifadə edərək apellyasiya şikayəti vermiş, yalnız texniki səbəblərdən onun şikayəti geri qaytarılmışdır. Demək ki, iddiaçı tərəf qanunla müəyyən olunmuş müddət ərzində məhkəmə aktını mübahisələndirmək istəyi və iradəsini yazılı şəkildə bildirmişdir. Məhz bu səbəbdən də onun şikayəti vaxtında verilmiş hesab olunmalıdır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu “Bakı şəhəri Nərimanov rayon Icra Hakimiyyətinin şikayəti üzrə” ## ##### 2004-cü il tarixli X3 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: “Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərin öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.
34. Qeyd edilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, aşkar şəkildə iddiaçının məhkəməyə müraciət – çatım hüququnun pozulduğu müəyyən olur. Yuxarıda istinad edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında da qeyd edildiyi kimi şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.
35. Beləliklə, Məhkəmə qeyd edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş hesab edilməlidir.
36. Nəzərdən qaçırmaq olmaz ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlətin pozitiv öhdəlikləri mövcuddur. Bu öhdəliklər məhkəməyə müraciət edən şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqi yardımın göstərilməsi və sairlə yanaşı, həm də qeyd-şərtsiz və davamlı olaraq hüquqların izah edilməsini nəzərdə tutur.
37. Təsadüfi deyildir ki, məhkəmələrin bu öhdəlikləri MPM-in məhkəmə baxışının prinsiplərini müəyyən edən normasında (14-cü maddəsində) təsbit olunmuşdur.
38. Məcəllənin 14.1-ci maddəsində imperativ olaraq müəyyən olumuşdur ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
39. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.
40. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X6rşı işlər).
41. “X8rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”.
42. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüququ və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.
43. Avropa Məhkəməsi bir çox qərarlarında, o cümlədən də Centro Europa 7 S.R.L. və X2rşı 2012-ci il işində göstərmişdir ki, “... qanun həm də müəyyən keyfiyyət standartlarına cavab verməlidir”, “... norma vətəndaşlara öz davranışlarını tənzimləmək imkanı vermək üçün kifayət qədər dəqiqliklə ifadə olunmadığı halda qanun hesab edilə bilməz...”, “... müvafiq olaraq, bir çox qanun labüd olaraq, daha çox və ya az dərəcədə qeyri-müəyyən ifadələrlə formulə edilmişdir və onların təfsiri və tətbiqi təcrübənin işidir... ”
44. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə olan hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (X7 San Marinoya qarşı iş).
45. Insan Hüquqları üzrə Avropa Məhkəməsi özünün presedent hüququnun inkişafı baxımından qərarlarında dəfələrlə göstərmişdir ki, durmadan inkişaf edən ictimai münasibətlər zəminində hüquq münasibətləri də inkişaf edir və dəyişir. Bu baxımdan da hüququn inkişafı və müvafiq olaraq əvvəlki mövqelərdən fərqli mövqelərin ortaya çıxması qaçılmazdır.
46. Bundan başqa, Ali Məhkəmənin apellyasiya şikayətlərinin qeyri-mümkünlüyü ilə bağlı qərardadlardan verilmiş şikayətlərə əsasən qəbul etdiyi qərarların təhlilindən də müəyyən olunur ki, kassasiya instansiyası məhkəməsi məhkəməyə çatım hüququnun “praktiki və effektiv” olması ilə bağlı Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə əsasən apellyasıya instansiyası məhkəmələrinin eyni - formal əsaslarla apellyasiya şikayətlərinin qeyri-mümkün hesab edilməsinə dair qərardadlarını əsassız hesab edərək, onları ləğv etmişdir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
48. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
49. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv olunsun və iddiaçı İddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin və həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar olduğundan onun apellyasiya şikayəti mümkün hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.