Məhkəmə qərarları › İş №2(3-6)-1574/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1574/2026

30.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1574/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı 2 cavabdeh Cavabdeh 2 qarşı (maraqlı şəxs qismində X16 cəlb edilməklə) nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi məqsədilə məcburi lazımı sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliklərin icra edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: müəyyən öhdəliklərin cavabdehin üzərinə qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X17 (sədrlik edən və məruzəçi), X18 və X19 ibarət tərkibdə, məhkəmə iclasının katibi X20 katibliyi ilə, iddiaçı Iddiaçı 2 cavabdeh Cavabdeh 2 qarşı (maraqlı şəxs qismində X16 cəlb edilməklə) nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi məqsədilə məcburi lazımı sənədləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliklərin icra edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2026-cı il tarixli, 2(001)-7216/2025 nömrəli qətnaməsindən cavabdeh Cavabdeh 3 tərəfindən verilimiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Cavabdeh 3 ilə Eyvazlı Elşad Sərdar oğlu arasında bağlanmış ## ###### 2022-ci il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsinin surətindən görünür ki, Ələkbərova Aygül Hüseyn qızının etibarnamə əsasında nümayəndəsi Mirzəyev Elçin Bəhram oğlu satılacaq BA157070 nömrəli ## ###### 2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh 2 məxsus olan XTA212401C2066477 ban nömrəli, 9486831 mühərrik nömrəli, 2012-ci il buraxılışlı **MF*** dövlət nömrə nişanlı, VAZ 21214 minik markalı avtomobili 8690 manata qiymətləndirir, avtomobil həmin qiymətə Eyvazlı Elşad Sərdar oğluna satmağı, Eyvazlı Elşad Sərdar oğlu isə avtomobili 8690 manata almağı öhsəinə götürmüş, sonuncu satış məbləğini ## #### 2022-ci il tarixindən etibarən hər ay 432 manat olmaqla 20 ay ərzində ödəməyi satış qiymətindən qalan 50 manatı avtomobilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür.

2. Ödəniş qəbzlərinə əsasən müəyyən olunur ki, Eyvazlı Elşad Sərdar oğlu tərəfindən Miriyev Adil Mirmöhsüm oğlunun hesabına ##.##.2022-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il tarixlərdə 430,84 manat, ##.##.2022-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il, ##.##.2022-ci il tarixlərdə 432 manat, ##.##.2022-ci il tarixdə 440 manat məbləğində ödənişlər edilmişdir.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-2(011) 2499/2023 nömrəli qətnaməsinə əsasən iddiaçı Ələkbərova Aygül Hüseyn qızının cavabdeh Eyvazlı Elşad Sərdar oğluna qarşı “avtomobilin qaytarılması və pul” tələbinə dair iddiası qismən təmin edilmiş, 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, 99 MF 330 dövlət qeydiyyat nişanlı avtomobilin Eyvazlı Elşad Sərdar oğlundan alınaraq Cavabdeh 2 qaytarılması, Ələkbərova Aygül Hüseyn qızının iddiasının qalan hissədə təmin edilməməsi qət edilmiş, Iddiaçı 2 Cavabdeh 2 və Mirzəyev Elçin Bəhrəm oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbinə dair iddiası qismən təmin edilmiş, 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, 99 MF 330 dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh 3 ilə Eyvazlı Elşad Sərdar oğlu arasında ##.##.2022-ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsi, 9396 manat pulun Ələkbərova Aygül Hüseyn qızından tutularaq Eyvazlı Elşad Sərdar oğluna ödənilməsi, Iddiaçı 2 iddiasının qalan hissədə təmin edilməməsi, 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, 99 MF 330 dövlət qeydiyyat nişanlı avtomobilin Eyvazlı Elşad Sərdar oğlundan alınaraq Cavabdeh 2 qaytarılması ilə 9396 manat pulun Ələkbərova Aygül Hüseyn qızından tutularaq Eyvazlı Elşad Sərdar oğluna qaytarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, 2(103)-2334/2024 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh 3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-2(011)-2499/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Ələkbərova Aygül Hüseyn qızının cavabdeh Eyvazlı Elşad Sərdar oğluna qarşı “cavabdeh Eyvazlı Elşad Sərdar oğlu ilə aralarında bağlanmış ##.##.2022-ci il tarixli ilkin müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən 2012ci il buraxılışlı, “VAZ 212014” markalı, 99 MF 330 dövlət qeydiyyat nişanlı avtomobilin Elşad Eyvazlıdan alınaraq ona qaytarılması, ödənişin gecikdirildiyi iki aya görə, hər gün 10 manat olmaqla 600 manat pulun və 110 manat dövlət rüsumunun Elşad Eyvazlıdan tutularaq ona ödənilməsi” barədə iddia ərizəsi rədd edilmiş, iddiaçı Iddiaçı 2 cavabdehlər Cavabdeh 2 və Mirzəyev Elçin Bəhrəm oğluna qarşı “cavabdeh Aygül Ələkbərova ilə aralarında bağlanmış ##.##.2022-ci il tarixli “Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı” müqaviləsinin etibarsız hesab edilməsi, onun tərəfindən ödənilmiş 9396 manat pulun, ödənilmiş 114 manat dövlət rüsumunun Aygül Ələkbərova və Elçin Mirzəyevdən tutularaq ona qaytarılması” barədə iddiası rədd edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, 2(102)-3229/2024 nömrəli qərarına əsasən iddiaçı Cavabdeh 3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, 2(103)-2334/2024 nömrəli qətnaməsi ilkin iddianın rədd edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır.

6. Eyvazlı Elşad Sərdar oğlu tərəfindən Cavabdeh 2 ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziyanın surətindən görünür ki, sonuncuya öhdəliyin icra edilməməsi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı Eyvazlı Elşad Sərdar oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nəqliyyat vasitəsinin uçot kartoçkası BA157070 nömrəli ##.##.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, Cavabdeh 2 məxsus olan TA2121401C2066477 ban nömrəli 2012-ci il buraxılışlı, ** MF *** dövlət qeydiyyat nişanlı, VAZ 21214 minik markalı, nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi (alqı-satqı) məqsədilə, lazımı sənədləşdirilmə öhdəliyinin ona verilməsinə dair cavabdeh Ələkbərova Aygül Hüseyn qızının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Iddia işin yuxarıda qeyd olunan halları ilə əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, cavabdeh Ələkbərova Aygül Hüseyn qızının etibarnamə əsasında nümayəndəsi Mirzəyev Elçin Bəhram oğlu öz öhdəsinə götürmüşdür ki, iddiaçı Eyvazlı Elşad Sərdar oğlu müqavilə üzrə göstərilən məbləği tam ödəyib bitirdikdə, avtomobilin özgəninkiləşdirilməsinə dair etibarnamə və digər lazımı sənədlər verəcəkdir, ya da, avtomobilin alqı-satqısını gəlib AR DIN-nin Baş Dövlət Yol Polis Idarəsində qanuna müvafiq qaydada həyata keçirəcəkdir. ## ###### 2022-ci il tarixli ilkin müqaviləyə əsasən iddiaçı Cavabdeh 3 mülkiyyətində olan 2012-ci il buraxılışlı ** MF *** dövlət qeydiyyat nişanlı, VAZ 21214 minik markalı nəqliyyat vasitəsinin cavabdeh Eyvazlı Elşad Sərdar oğluna satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Razılıq günü səlahiyyətli nümayəndə Mirzəyev Elçin Bəhram oğluna şahidlər Məmmədov Ilkin Məhəmmədiyyə oğlu, Eyvazlı Fərid Sərdar oğlu və Abdullayev Ozal Ətraf oğlunun və digər şahidlərin iştirakı ilə nağd qaydada 5500 manat məbləğində pul vəsaiti vermişdir. Bundan sonra Mirzəyev Elçin Bəhram oğlunun təqdim etdiyi "Unibank" bank hesabına ##.##.2020-ci ildə 432 manat, ##.##.2022-ci ildə 432 manat, ##.##.2022-ci ildə 432 manat, ##.##.2022-ci ildə 432 manat, ##.##.2022-ci ildə 432 manat, ##.##.2022-ci ildə 432 manat, ##.##.2022-ci ildə 440 manat, ##.##.2022-ci ildə 432 manat, ##.##.2022-ci il tarixdə 432 manat, ümumilikdə 9396 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsi “VAZ 21214” markalı, 99 – MF - 330 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini fiziki olaraq iddiaçıya təqdim etmiş, o cümlədən, nəqliyyat vasitəsinin idarə edilməsinə dair 20 ay müddətində etibarnamə vermişdir. Iddiaçı üzərinə düşən öhdəliyi tam yerinə yetirməyinə baxmayaraq, cavabdeh Cavabdeh 3 və səlahiyyətli nümayəndəsi Mirzəyev Elçin Bəhram oğlu avtonəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnaməni ləğv etmiş və nəticədə nəqliyyat vasitəsini idarə edilməsinə məhdudiyyət qoymuşdur. Avtomobilin özgəninkiləşdirilməsınə dair sənədləşdirməni şəxsən özü və ya etibarnamə əsasında nümayəndəsi vasitəsilə avtomobilin alqı-satqısını AR DIN-nin Baş Dövlət Yol Polis Idarəsində həyata keçirməmişdir. Əlavə olaraq avtomobil əvvəl Seyidzadə Ayxan Rza oğlunun mülkiyyətində olmuş (o, avtomobili ##.##.2020-ci il tarixdə Məlikova Fərqanə Ilqar qızından alqı-satqı yolu ilə almışdır), mülkiyyət hüququ ##.##.2020-ci il tarixdə qeydiyyata alınmaqla, bu barədə ona eyni tarixdə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobilə dair Seyidzadə Ayxan Rza oğlu ilə Aygül Ələkbərova arasında ##.##.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, eyni tarixdə Aygül Ələkbərovanın mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla, bu barədə ona nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Müqavilədə avtomobilin 7800 manata satılması qeyd edilmişdir. Həmçinin, ##.##.2022-ci il tarixdə Aygül Ələkbərova ilə Elşad Eyvazlı arasında avtomobilə dair notarial qaydada təsdiq edilməklə, “Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi” bağlanmışdır (müqavilənin 1.1-ci bəndi). Müqavilənin şərtlərinə görə Aygül Ələkbərova avtomobili ##.##.2023-cü il tarixədək 8690 manata cavabdehə satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Eyni zamanda, müqavilənin digər şərtlərinə görə, Aygül Ələkbərovanın nümayəndəsi Elçin Mirzəyev satılacaq avtomobili 8690 manata qiymətləndirərək cavabdehə satmağı, sonuncu isə həmin pulu Aygül Ələkbərovaya, ##.##.2022-ci il tarixdən etibarən hər ay 432 manata (20 ay müddətinə), ödəməyi öhdəsinə götürmüşdür (müqavilənin 2.1-ci bəndi). ##.##.2022-ci il tarixdə Aygül Ələkbərovanın nümayəndəsi Elçin Mirzəyevin vasitəçiliyi ilə cavabdehə nəqliyyat vasitəsini idarə etmək üçün ##.##.2023-cü il tarixədək etibarnamə verilmiş, avtomobilə dair mübahisə yarandıqdan sonra Aygül Ələkbərova tərəfindən verilmiş həmin etibarnamə ləğv edilmişdir. Iddiaçı Cavabdeh 3 cavabdeh Eyvazlı Elşad Sərdar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Elşad Eyvazlı ilə aralarında bağlanmış ##.##.2022-ci il tarixli ilkin müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən 2012ci il buraxılışlı, “VAZ 212014” markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Elşad Eyvazlıdan alınaraq ona qaytarılması, ödənişin gecikdirildiyi iki aya görə, hər gün 10 manat olmaqla 600 manat pulun və 110 manat dövlət rüsumunun Elşad Eyvazlıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı iddiaçı Eyvazlı Elşad Sərdar oğlu cavabdehlər Cavabdeh 2 və Mirzəyev Elçin Bəhrəm oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Aygül Ələkbərova ilə aralarında bağlanmış ##.##.2022-ci il tarixli “nəqliyyat vasitəsinin ilkin alqısatqısı” müqaviləsinin etibarsız hesab edilməsi, onun tərəfindən ödənilmiş 9396 manat pulun, ödənilmiş 114 manat dövlət rüsumunun Aygül Ələkbərova və Elçin Mirzəyevdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə Elşad Eyvazlının Aygül Ələkbərovaya və Elçin Mirzəyevə qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi” barədə iddiası üzrə e-2(011)-4308/2023 saylı mülki iş Aygül Ələkbərovanın Elşad Eyvazlıya qarşı “avtomobilin qaytarılması və pul tələbinə” dair 2(011)-2499/2023 saylı mülki işə birləşdirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, e 2(011)-2499/2023 nömrəli qətnaməsi ilə Ələkbərova Aygül Hüseyn qızının Eyvazlı Elşad Sərdar oğluna qarşı “avtomobilin qaytarılması və pul tələbinə” dair iddiasının qismən təmin edilməsi, 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, 99 MF 330 dövlət qeydiyyat nişanlı avtomobil Eyvazlı Elşad Sərdar oğlundan alınaraq Cavabdeh 2 qaytarılması, Ələkbərova Aygül Hüseyn qızının iddiası qalan hissədə təmin edilməməsi, Cavabdeh 3 tərəfindən ödənilmiş 110 manat dövlət rüsumunun onun özünə aid edilməsi, Iddiaçı 2 Cavabdeh 2 və Mirzəyev Elçin Bəhrəm oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul tələbi” barədə iddiasının qismən təmin edilməsi, 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, 99 MF 330 dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh 3 ilə Eyvazlı Elşad Sərdar oğlu arasında ##.##.2022-ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi” etibarsız hesab edilməsi, 9396 manat pulun Ələkbərova Aygül Hüseyn qızından tutularaq Eyvazlı Elşad Sərdar oğluna ödənilməsi, Iddiaçı 2 iddiasının qalan hissədə təmin edilməməsi, Eyvazlı Elşad Sərdar oğlu tərəfindən ödənilmiş dövlət rüsumunu onun özünə aid edilməsi, 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, 99 MF 330 dövlət qeydiyyat nişanlı avtomobilin Eyvazlı Elşad Sərdar oğlundan alınaraq Cavabdeh 2 qaytarılması ilə 9396 manat pulun Ələkbərova Aygül Hüseyn qızından tutularaq Eyvazlı Elşad Sərdar oğluna qaytarılması eyni vaxtda icra edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı Cavabdeh 3 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən ləğv edilərək iddiaçı Ələkbərova Aygül Hüseyn qızının Eyvazlı Elşad Sərdar oğluna qarşı iddia tələbinin tam təmin edilməsi və iddiaçı Iddiaçı 2 cavabdeh Cavabdeh 2 qarşı iddianın təmin edilən hissədə- 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, 99 MF 330 dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh 3 ilə Eyvazlı Elşad Sərdar oğlu arasında ##.##.2022-ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi” etibarsız hesab edilməsi, 9396 manat pulun Ələkbərova Aygül Hüseyn qızından tutularaq Eyvazlı Elşad Sərdar oğluna ödənilməsi hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2334/2024 nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh 3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, e-2(011)-2499/2023 nömrəli qətnaməsi ləğv edilmişdir. Iş üzrə yeni qətnamə qəbul edilmişdir. Iddiaçı Ələkbərova Aygül Hüseyn qızının cavabdeh Eyvazlı Elşad Sərdar oğluna qarşı “cavabdeh Elşad Eyvazlı ilə aralarında bağlanmış ##.##.2022-ci il tarixli ilkin müqavilənin ləğv edilməsi, həmin müqaviləyə əsasən 2012-ci il buraxılışlı, “VAZ 212014” markalı, 99 MF 330 dövlət qeydiyyat nişanlı avtomobilin Elşad Eyvazlıdan alınaraq ona qaytarılması, ödənişin gecikdirildiyi iki aya görə, hər gün 10 manat olmaqla 600 manat pulun və 110 manat dövlət rtismunun Elşad Eyvazlıdan tutularaq ona ödənilməsi” barədə iddia ərizəsi rədd edilməsi göstərilmişdir. Iddiaçı Iddiaçı 2 cavabdehlər Cavabdeh 2 və Mirzəyev Elçin Bəhrəm oğluna qarşı “cavabdeh Aygül Ələkbərova ilə aralarında bağlanmış ##.##.2022-ci il tarixli “Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı” müqaviləsinin etibarsız hesab edilməsi, onun tərəfindən ödənilmiş 9396 manat pulun, ödənilmiş 114 manat dövlət rüsumunun Aygül Ələkbərova və Elçin Mirzəyevdən tutularaq ona qaytarılması” barədə iddiası rədd edilməsi göstərilmişdir. Elşad Eyvazlıya müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyindən avtomobilin alqı-satqısı üçün lazımi sənədlərin müqavilə tərəfindən tələb edilməsi ilə bağlı hüququnun olması izah edilməsi göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh 3 Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən birinci iddia ərizəsinin rədd edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iddiaçı Cavabdeh 3 tərəfindən verilmiş kassasiya şikayətini təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2024-cü il tarixli, 2(103)-2334/2024 saylı qətnaməsi ilkin iddianın rədd edilən hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Üçpilləli məhkəmə araşdırmalarının nəticəsindən sonra, cavbdehə dəfələrlə xahiş etmişdir ki, üzərinə götürdüyü öhdəliyi icra etsin və aidiyyatı orqanda avtomobilin alqı satqısını onunla həyata keçirsin. Cavabdeh tərəfindən dəfələrlə söz verilsə də, aidiyyatı orqana gəlib alqı-satqını həyata keçirilməsindən yayınmışdır. Yalan vədlər verərək, günü gündən vaxtı bu günə qədər uzatmışdır. O da, aldandığını başa düşüb, Binəqədi Rayon Prokurorluğuna müraciət etmişdir. Binəqədi Rayon Prokurorluğuna Cavabdeh 3 və qeyriləri barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Ələkbərova Aygül Hüseyn qızı, bu günə qədər götürdüyü öhdəliyi, avtomobilin aidiyyatı orqanda özgənikiləşdirilməsi üçün lazımı sənədləri təqdim etməklə yerinə yetirməmişdir, işi vicdanla icra etməmişdir və hesab edir ki, avtomobilin vicdanlı alıcısı olmasına baxmayaraq, cavabdeh tərəf min bir bəhanə ilə alqı-satqı prosesindən yaymır və aralarında yaranan mübahisə məhkəmə qaydasında həllini tapmalıdır. Belə ki, AR DIN-in Baş Dövlət Yol Polis Idarəsi, Ələkbərova Aygül Hüseyn qızının özü və ya etibarnamə üzrə nümayəndəsinin şəxsən idarənin müvafiq şöbəsinə gəlib avtomobilin özgənikiləşdirilməsi üçün lazımı sənədləri təqdim etməklə imzalamalıdır, ya da, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında, həyata keçirilməli olacağı zərurətini bildirirlər. Iddiaçı üzərinə düşən öhdəliyi tam yerinə yetirməyinə baxmayaraq, cavabdeh Cavabdeh 3 və səlahiyyətli nümayəndəsi Mirzəyev Elçin Bəhram oğlu avtonəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnaməni ləğv etmiş və nəticədə nəqliyyat vasitəsini idarə edilməsinə məhduduyyət qoymuşdur. Nəqliyyat vasitəsinin uçot kartoçkası BA157070 nömrəli, ##.##.2022-ci il tarixli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən, Cavabdeh 2 məxsus olan TA2121401C2066477 ban nömrəli 2012-ci il buraxıhşlı **MF*** dövlət nömrə nişanlı VAZ 21214 minik markalı avtomobilin özgəninkiləşdirilməsini (alqı-satqı) cavabdeh tərəfindən bu günə qədər, mənimlə həyata keçirməkdən yayınmışdır və lazımı sənədləşdirmə etməmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2026-cı il tarixli, 2(001)- 7216/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, nəqliyyat vasitəsinin uçot kartoçkası BA157070 nömrəli, ##.##.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh 2 məxsus olan TA2121401C2066477 ban nömrəli, 2012-ci il buraxılışlı, **-MF-*** dövlət nömrə nişanlı, VAZ 21214 minik markalı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi (alqı-satqı) məqsədilə lazımı sənədləşdirilmə öhdəliyinin iddiaçı Eyvazlı Elşad Sərdar oğluna verilməsinə dair cavabdeh Ələkbərova Aygül Hüseyn qızının üzərinə öhdəlik qoyulması qət edilmişdir.

10. Qətnamənin əsaslarına görə, iddiaçı və cavabdeh arasında ##.##.2022-ci il tarixdə nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Ələkbərova Aygül Hüseyn qızının etibarnamə əsasında nümayəndəsi Mirzəyev Elçin Bəhram oğlu satılacaq 2012-ci il buraxılışlı **MF*** dövlət nömrə nişanlı, VAZ 21214 minik markalı avtomobili 8690 manata qiymətləndirmiş, avtomobili həmin qiymətə Eyvazlı Elşad Sərdar oğluna satmağı, Eyvazlı Elşad Sərdar oğlu isə avtomobili 8690 manata almağı öhsəinə götürmüş, Eyvazlı Elşad Sərdar oğlu satış məbləğini ##.##.2022 ci il tarixindən etibarən hər ay 432 manat olmaqla 20 ay ərzində ödəməyi satış qiymətindən qalan 50 manatı avtomobilin alqı-satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən iddiaçı öhdəliklərini tam şəkildə yerinə yetirsə də, cavabdeh tərəfindən öhdəliklər qismən yerinə yetirilmişdir. Belə ki, müqavilə üzrə iddiaçı ödəməli olduğu pul məbləğini tam şəkildə ödəsə də, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyə əməl edilməmiş, iddiaçıya müvafiq sənədləri verməmişdir. Bununla bağlı iddiaçı və cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müvafiq iddialarla müraciət etmişlər, və ən sonda həmin iddialar rədd edilmiş və iddiaçı Eyvazlı Elşad Sərdar oğluna müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyindən avtomobilin alqı- satqısı üçün lazımi sənədlərin müqavilə tərəfindən tələb edilməsi ilə bağlı hüququnun olması da izah edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi öz təsdiqini tapdığından, iddiaçı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, nəqliyyat vasitəsinin uçot kartoçkası BA157070 nömrəli ##.##.2022-ci il tarixli AR Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsinə əsasən Cavabdeh 2 məxsus olan TA2121401C2066477 ban nömrəli 2012-ci il buraxılışlı **-MF-*** dövlət nömrə nişanlı VAZ 21214 minik markalı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi (alqı-satqı) məqsədilə lazımı sənədləşdirilmə öhdəliyinin iddiaçı Eyvazlı Elşad Sərdar oğluna verilməsinə dair cavabdeh Ələkbərova Aygül Hüseyn qızının üzərinə öhdəlik qoyulmalıdır.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 385.2, 386.1, 386.2, 442, 567, 568.1, 568.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh Cavabdeh 3 həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual pozuntularla qəbul edilmişdir. Işin aidiyyəti üzrə kommersiya məhkəməsinə aid olmasına dair ərizə verilmiş, lakin məhkəmə buna əhəmiyyət verməyərək qətnamə qəbul etmişdir. Halbuki, aidiyyətlə əlaqədar məhkəmə təqdim edilən yazılı ərizəyə məhkəmə qərardadı ilə hüquqi qiymət verməli idi. Eyni zamanda bunu etməyən məhkəmə cavabdehi müdafiə hüququndan məhrum etmişdir. Belə ki, aidiyyətlə əlaqədar ərizədən də görünür ki, müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar qarşılıqlı tələb olduğu halda məhkəmənin aidiyyət qaydalarını pozmaqla yekun məhkəmə qətnaməsini qəbul etməsi ilə cavabdeh müqavilə üzrə hüquqlarının tələb edilməsindən məhrum edilmişdir. Ikincisi, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən Eyvazlı Elşad Sərdar oğluna müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyindən avtomobilin alqı-satqısı üçün lazımi sənədlərin müqavilə tərəfindən tələb edilməsi ilə bağlı hüququnun olması izah edilmişdir. Cavabdeh 1 ilə Iddiaçı 1 arasında bağlanmış ##.##.2022-ci il tarixli Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsinin 2.4-cü bəndinə əsasən Cavabdeh 1 Iddiaçı 1 avtomobilin özgəninkiləşdirilməsinə dair etibarnamə verilməsi öhdəliyi götürmüşdür. Göründüyü kimi müqavilə üzrə öhdəlik etibarnamə verilməsi öhdəliyi olduğu halda məhkəmə tərəfindən cavabdehin üzərinə - lazımı sənədləşdirilmə öhdəliyinin iddiaçı Iddiaçı 1 verilməsinə dair qətnamə qəbul etmişdir. Müqavilədə cavabdehin öz öhdəliyini hazırkı halda iddiaçıya verilməsi öhdəliyi şərti yoxdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsində də - lazımi sənədlərin müqavilə tərəfindən tələb edilməsi qeydi verilmişdir. Cavabdeh sahibkarlıq subyekti olmaqla mübahisə məhz bu nəqliyyat vasitəsinin alqı-satısına dair bağlanmış müqavilədən irəli gələn öhdəliklərlə əaədar mübahisə yarandığı işin mübahisəsiz halıdır. Göründüyü kimi müqavilə üzrə öhdəlik etibarnamə verilməsi öhdəliyi olduğu halda məhkəmə tərəfindən cavabdehin üzərinə lazımı sənədləşdirilmə öhdəliyinin iddiaçı Eyvazlı Elşad Sərdar oğluna verilməsinə dair qətnamə qəbul etmişdir. Müqavilədə cavabdehin öz öhdəliyini hazırkı halda iddiaçıya verilməsi öhdəliyi şərti yoxdur. Məhkəmənin qətnaməsi prossesual pozuntularla qəbul edilmişdir. Işin aidiyyəti üzrə kommersiya məhkəməsinə aid olmasına dair ərizə verilmiş məhkəmə buna əhəmiyyət verməyərək qətnamə qəbul etmişdir. Halbuki aidiyyətlə əlaqədar məhkəmə təqdim edilən yazılı ərizəyə məhkəmə qərardadı ilə hüquqi qiymət verməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Iddiaçı Eyvazlı Elşad Sərdar oğlu 03 aprel 2026-cı tarixində “Elektron Məhkəmə” Informasıya Sistemi vasitəsi ilə birinci instansiya məhkəməsinə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 fevral 2026-cı il tarixli, 2(001)-7216/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətinə etirazın dəlilləri iddia ərizəsi və işin halları ilə eyni məzmunda əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 402.1. Ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə 402.2. Ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. Ilkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Maddə 402.3. Ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Maddə 402.4 Ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Maddə 402.6. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 569.2. Əgər alqı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər. Maddə 575.1. Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alqısatqı müqaviləsinin icrasından imtina edə bilər. Maddə 599.1. Alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Maddə 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 599.3. Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Maddə 599.4. Satıcı qabaqcadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etmədikdə və alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya verildiyi və ya qabaqcadan ödədiyi məbləğin ona qaytarıldığı günədək qabaqcadan ödəniş məbləğindən bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə satıcının alıcıdan qabaqcadan ödəniş məbləğini aldığı gündən həmin məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinin və "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin dördüncü hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ### 2026-cı il tarixli qərarı: “... Tərəflərdən biri müqavilənin bağlanmasından imtina edərsə, digər tərəf müqavilənin bağlanılması (icrası mümkün müqavilələr üzrə) və ya müqavilə bağlamaq öhdəliyinin pozulması səbəbi ilə dəymiş zərərin əvəzinin ödənilməsi barədə iddia qaldırmaqda haqlıdır. ... Mülki Məcəllənin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Qanunvericiliyin ilkin müqavilədə əsas müqavilənin mühüm şərtlərinə dair aydınlığın təmin edilməsi ilə bağlı tələbi tərəflərin mümkün sui-istifadəsinin qarşısının alınmasına, yarana biləcək mübahisələrin həll edilməsinə, o cümlədən müqavilənin bağlanmasına məcburetmə haqqında iddialar daxil olduğu təqdirdə məhkəmələrin əsas müqavilənin şərtlərini müəyyən etməsinə xidmət edir. ... ilkin müqavilə öhdəlik hüquqi xarakter daşıdığından Mülki Məcəllə ilə nəzərdə tutulmuş öhdəlik hüququna dair müddəalar bu müqaviləyə münasibətdə də tətbiq edilir. Bu baxımdan, ilkin müqavilənin tərəfləri yaratmış olduqları öhdəliyin (gələcəkdə müqavilə bağlamaq) icra olunmasının təmin edilməsi üsulunu müəyyən edə bilərlər. ... ... Ilkin müqavilə üzrə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin dördüncü hissəsi ilə nəzərdə tutulmuş qaydada həmin müqavilə üzrə öhdəliyin icrasının təmini xarakterli və ya əsas müqavilənin bağlanılmasının təşkil edilməsi üçün zəruri olan xərclərə dair ödəniş həyata keçirilə bilər.”

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə dəyişdirilməlidir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə üzrə öhdəlik - etibarnamə verilməsi öhdəliyi olduğu halda məhkəmə tərəfindən cavabdehin üzərinə - lazımı sənədləşdirilmə öhdəliyinin iddiaçı Iddiaçı 1 verilməsinə dair qətnamə qəbul etmişdir, müqavilədə cavabdehin öz öhdəliyini hazırkı halda iddiaçıya verilməsi öhdəliyi şərti yoxdur.

23. MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

24. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2024-cü il tarixli, 2(103)-2334/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir: “Göstərilən işin faktiki və müəyyən edilmiş halları baxımından məhkəmə kollegiyası hesab edir ki, ## ###### 2022-ci il tarixli müqavilənin şərtlərinə görə Cavabdeh 1 nümayəndəsi Elçin Mirzəyev satılacaq avtomobili 8690 manata qiymətləndirərək cavabdehə satmağı, sonuncu isə həmin pulu Cavabdeh 1, ## #### 2022-ci il tarixdən etibarən hər ay 432 manata (20 ay müddətinə) ödəməyi öhdəsinə götürməsinə dair müqavilənin 2.1-ci bəndi tam yerinə yetirilmişdir. Göründüyü kimi Iddiaçı 1 tərəfindən avtomobilə görə müqavilə ilə razılaşdırılmış vəsaiti Cavabdeh 1 ödəmişdir. Lakin Cavabdeh 1 (nümayəndəsi Elçin Mirzəyev) müqavilədə göstərilən pulu (8690 manat) tam ödəyib bitirdikdən sonra avtomobilin özgəninkiləşdirilməsinə dair Iddiaçı 1 etibarnamə verilməsinə dair müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi (2.4cü bənd) yerinə yetirməmişdir. ... Məhkəmə kollegiyası göstərilən nəticələrə gəlməklə yanaşı həmçinin Iddiaçı 1 müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyindən avtomobilin alqı – satqısı üçün lazımi sənədlərin müqavilə tərəfindən tələb edilməsi ilə bağlı hüququnun olmasını izah edir”.

25. Həmin qətnaməyə əsasən Cavabdeh 1 müqavilənin ləğvi, avtomobilin Iddiaçı 1 alınaraq ona qaytarılması və pul tələbi barədə və kəsici müddəti keçdiyindən Iddiaçı 1 müqavilənin etibarsızlığı və pul vəsaitinin qaytarılması barədə iddiaларı rədd edilmişdir.

26. Hazırkı situasiya ondan ibarətdir ki, Iddiaçı 1 ilkin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi - 8690 manat tam ödədiyi halda digər tərəf öz öhdəliyini yerinə yetirmir, müqavilənin etibarsızlığı və ödənilmiş pulun geri qaytarılması barədə iddia isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən rədd olunmuşdur. Bu halda hazırkı iddianın da rədd olunması iddiaçını bütün hüquqi müdfaiə imkanlarından məhrum edilməsi ilə nəticələnir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2024-cü il tarixli, 2(103)-2334/2024 nömrəli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış əqdin etibarsızlığı qənaətinə gəlinsə də, kəsici müddətin keçməsi əsası ilə bu barədə irəli sürülmüş iddia rədd edilmiş, eyni zamanda Iddiaçı 1 müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyindən avtomobilin alqı – satqısı üçün lazımi sənədlərin müqavilə tərəfindən tələb edilməsi ilə bağlı hüququnun olmasını izah edilmişdir.

28. Mülki Məcəllənin 351-ci maddəsinə əsasən əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Əqdin etibarsız olduğu halda belə iddiaçı tərəfindən ödənişlər həyata keçirilməklə, cavabdeh tərəfindən isə bu ödənişlər qəbul olunmaqla əqdi hər 2 tərəf təsdiq etmişdir.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşsa da qeyd edir ki, yekun aktının nəticəvi hissəsində qeyri müəyyənlik mövcuddur, belə ki, cavabdehin üzərinə “nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi (alqı - satqı) məqsədilə lazımi sənədləşdirilmə öhdəliyinin iddiaçıya verilməsinə” öhdəlik qoyulur.

30. Cavabdehin apellyasiya şikayətinin dəlili də bundan ibarətdir ki, üzrə öhdəlik etibarnamə verilməsi öhdəliyi olduğu halda onun üzərinə nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi (alqı - satqı) məqsədilə lazımi sənədləşdirilmə öhdəliyi qoyulmuşdur.

31. Məhkəmə kollegiyası həm yekun aktının nəticəvi hissəsində göstərilən qaydada, həm də apellyatorun qeyd etdiyi kimi etibarnamə verilməsi öhdəliyinin qoyulması ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının hazırkı tələbi irəli sürməkdə əsas məqsədi, həqiqi niyyəti avtomobilin öz adına rəsmiləşdirilməsidir.

32. Gələcəkdə qətnamənin icrası zamanı qeyri – müəyyənliyin yaranmamasını, həmçinin, ## ###### 2022-ci il tarixli müqavilənin də ilkin alqı – satqı müqaviləsi olmasını nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək cavabdehin üzərinə nəqliyyat vasitəsinin iddiaçının adına özgəninkiləşdirilməsi (alqı – satqı müqaviləsinin bağlanması) öhdəliyi qoyulmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh 1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilərək BA****** nömrəli, ## ###### 2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh 1 məxsus olan TA2121401C2066477 ban nömrəli, 2012-ci il buraxılışlı, ** MF *** dövlət qeydiyyat nişanlı, VAZ 21214 minik markalı nəqliyyat vasitəsinin Iddiaçı 1 adına özgəninkiləşdirilməsi (alqı-satqı müqaviləsinin bağlanması) öhdəliyi Cavabdeh 1 üzərinə qoyulsun. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar