Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1583/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı iddiaçı2, İddiaçı iddiaçı1, Cavabdeh cavabdeh4, Cavabdeh cavabdeh3, Cavabdeh cavabdeh1 iştirakı ilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “fərdi yaşayış evindən çıxarılma və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh4 xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsindəki ** saylı evə olan qeydiyyatdan çıxarılması; cavabdehlər cavabdeh4, arvadı Talıbova (Qurbanova) Aidənin, X1 (1998-ci il təvəllüdlü) və cavabdeh3 (1995-ci il.) mülkiyyətlərindəki Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsindəki ** saylı evdən çıxrarılaraq evin (otağın) onlar tərəfindən boşaldılaraq onlara təhvil verilməsi; cavabdehlərin əvəzinə tərəflərindən ödənilmiş: - təbii qaza görə 75 (yetmiş beş) manat, suya görə 1700 (bir min yeddi yüz) manat pulun cavabdehlər cavabdeh4, arvadı Talıbova (Qurbanova) Aidədən, X1 və cavabdeh3 müştərək qayada tutularaq (alınaraq) onlara ödənilməsi; hazırki iddia üzrə tərəflərindən ödənilmiş 147 (yüz qırx yeddi) manat dövlət rüsumu və məhkəmə xərclərinin də cavabdehlər cavabdeh4, arvadı Talıbova (Qurbanova) Aidədən, X1 və cavabdeh3 müştərək qayada tutularaq (alınaraq) onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddiaçı2 və iddiaçı1 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh4 9.760,32 manat məbləğində kompensasiya verilməklə, istifadə hüququna xitam verilməsini, onun və digər cavabdehlər: Talıbova (Qurbanova) Aidənin, X1, cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi, ev 29-dan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququna iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən müştərək qaydada 13.000 (on üç min) manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilməsi və cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 həmin yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı nömrəli qətnaməsindən cavabdeh cavabdeh4 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar iddiaçı2, iddiaçı1, cavabdehlər cavabdeh4, cavabdeh1 Vasif qızı və cavabdeh3 izahatlarında cavabdeh cavabdeh1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin mümkünlüyünün yoxlanması üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh cavabdeh2 rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh cavabdeh2 məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Mddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki işin sənədlərindən müəyyən olunur ki, cavabdeh cavabdeh1 ##.##.2026-cı il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verməklə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərardadı ləğv edilərək mülki iş apellyasiya baxışından çıxarılmalı, cavabdeh cavabdeh1 müraciətinə baxılması və apellyasiya şikayəti ilə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qərara aldı: Apellyasiyanın mümkünlüyü barədə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qərardadı ləğv edilsin, mülki iş apellyasiya baxışından çıxarılsın, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətlə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-1583/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1583/2026
01.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver