Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-160/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən cavabdeh cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun özünün və onu vəkili (nümayəndəsi) nümayəndə1, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili (nümayəndəsi) Xəlilov İlkin Ələkbər oğlunun iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı ASC-nin buna səlahiyyəti olan nümayəndəsi ASC-nin adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, subroqasiya qaydasında 133.096 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ASC tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 423,10 manat məbləğində pulun cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, (hazırkı iş üzrə tərəf olmayan) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyət, iddiaçı ASC ilə “Könüllü sığorta müqaviləsi” bağlayaraq özünə məxsus olan və ünvan 1 ünvanında yerləşən daşınar və daşınmaz əmlakları ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək yanğından və digər əlavə risklərdən sığortalamış, bununla bağlı olaraq ASC tərəfindən həmin MMC-yə AZ/****** nömrəli “Sığorta şəhadətnaməsi” verilmişdir. Sığorta müddətində, yəni ##.##.2024-cü il tarixdə, saat təxminən 13:00 radələrində yanğın hadisəsi baş vermiş və nəticədə MMC-yə məxsus 3 anbar tikilisi, iki mərtəbəli inzibati binanın bir hissəsi və 1 istehsalat sahəsi (içərisində olan əşyalarla birlikdə) yanmışdır. MMC-yə dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı qiymətləndirmə işləri həyata keçirilmiş və müəyyən edilmişdir ki, MMC-yə 135.996 manat məbləğində maddi zərər dəymişdir. Bu barədə ##.##.2024-cü il tarixli “xxxx” tərtib edilmişdir. İddiaçı ASC, onunla MMC arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq, müqavilədən nəzərdə tutulmuş 2.900 manat azadolma məbləğini çıxmaqla MMCyə 133.096 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Baş vermiş yanğın hadisə ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən araşdırmalar aparılmış və İdarə tərəfindən ##.##.2025-ci il tarixdə qəbul edilmiş qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, yanğın qəsdən törədilməyib, lakin yanğı MMC-nin direktoru cavabdeh1 və MMC-nin yanğın təhlükəsizliyi qaydalarına cavabdeh olan şəxs cavabdeh2 onların üzərinə qoyulmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməli səbəbindən baş vermişdir. Göründüyü kimi, hadisə ilə bağlı aparılmış təhqiqatın nəticəsi ilə müəyyən edilmişdir ki, hadisə hazırkı iş üzrə cavabdehlərin onların üzərinə qoyulmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməli səbəbindən baş vermişdir. Belə olan halda iddiaçı ASC-nin, onun tərəfindən sığortalı şəxsə ödədiyi sığorta ödənişinin cavabdehlər tərəfindən ona subraqasiya qaydasında ödənilməsini tələb etmək hüququ yaranmışdır. Cavabdehlər həmin məbləği ASC-yə könüllü olaraq ödəmədikləri üçün, ASC, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə dövlət rusumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianı təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ASC-nin iddia ərizəsində qeyd etdiyi hallar məhkəmə baxışı zamanı təsdiq edildiyindən və həmin halların mövcudluğu iddianın əsaslı hesab edilməsinə zəmin yaratdığı üçün iddia təmin edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdehlərdən biri olan cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayətində qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
7. Apellyator - cavabdeh cavabdeh1 və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. cavabdeh1 vəkili (nümayəndəsi) əlavə olaraq bildirdi ki, iddiaçı ASC və onun iddia tələbini əsaslı hesab etmiş Rayon Məhkəməsinin istinad etdikləri, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən qəbul edilmiş “cinayət işinin başlanması rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərar cavabdeh1 şikayəti əsasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarı ilə ləğv edilmiş, Nərimanov Rayon Məhkəməsinin həmin qərarı isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Belə olan halda müəyyən edilir ki, iddianın təmin edilməsi üçün əsas olmuş hal aradan qalxmışdır. Bu səbəbdən də Rayon Məhkəməsinin qətnaməsi ləğv, iddia isə rədd edilməlidir.
8. İddiaçı ASC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi.
9. Digər cavabdeh cavabdeh2 apellyasiya baxışı iclaslarının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iclaslarda iştirak etməmiş və bunun səbəbləri haqqında Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəfin gəlməməsi işə baxılmasına mane olmur. e) hazırkı iş üzrə apellyasiya baxışının həddi haqqında məlumat
10. Hazırkı apellyasiya baxışının həddi ilə bağlı Məhkəmə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçı ASC-nin iddiasını hər iki cavabdehə münasibətdə təmin etsə də, cavabdehlərdən biri – cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermiş, digər cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verməmişdir.
11. Buna baxmayaraq Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsinin əsaslığı tam həcmdə, yəni hər iki cavabdehə münasibətdə yoxlanılmalıdır. Belə ki, mübahisə predmeti bölünməzdir.
12. MPM-in 372.6-ci maddəsinin tələbinə görə isə, mübahisə predmeti bölünməz olduqda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam həmdə yoxlanılır. f) apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi və mülki mübahisənin həlli
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir.
14. Belə ki, iddiaçı ASC tərəfindən (hazırkı iş üzrə tərəf olmayan) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş AZ/****** nömrəli “xxxx” və işdə olan sənədlərdən görünür ki, həmin MMC, onunla iddiaçı ASC ilə “Könüllü sığorta müqaviləsi” bağlayaraq özünə məxsus olan və ünvan 1 ünvanında yerləşən daşınar və daşınmaz əmlakları ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək yanğından və digər əlavə risklərdən sığortalamışdır.
15. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan görünür və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, “Sığorta şəhadətnaməsində” nəzərdə tutulmuş sığorta müddətində, yəni ##.##.2024cü il tarixdə, saat təxminən 13:00 radələrində yanğın hadisəsi baş vermiş və nəticədə MMC-yə məxsus 3 anbar tikilisi, iki mərtəbəli inzibati binanın bir hissəsi və 1 istehsalat sahəsi (içərisində olan əşyalarla birlikdə) yanmışdır.
16. İşdə olan sənədlərdən görünür ki, MMC-yə dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi ilə bağlı qiymətləndirmə işləri həyata keçirilmiş və müəyyən edilmişdir ki, MMC-yə 135.996 manat məbləğində maddi zərər dəymişdir. Bu barədə ##.##.2024-cü il tarixli “xxxx” tərtib edilmişdir. İddiaçı ASC, onunla MMC arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq, müqavilədən nəzərdə tutulmuş 2.900 manat azadolma məbləğini çıxmaqla MMC-yə 133.096 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir.
17. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin həmin qərarından görünür ki, yanğın qəsdən törədilməyib, lakin yanğı MMC-nin direktoru cavabdeh1 və MMC-nin yanğın təhlükəsizliyi qaydalarına cavabdeh olan şəxs cavabdeh2 onların üzərinə qoyulmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməli səbəbindən baş vermişdir.
18. İddiaçı MMC də, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” FHNnin Əməliyyat-İstintaq İdarəsinin ##.##.2025-ci il tarixli qərarına istinadən hesab edir ki, yanğın hadisə hazırkı iş üzrə cavabdehlərin onların üzərinə qoyulmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməli səbəbindən baş verdiyindən onun tərəfindən sığortalı şəxsə ödədiyi sığorta ödənişinin cavabdehlər tərəfindən ona subraqasiya qaydasında ödənilməsini tələb etmək hüququ yaranmışdır.
19. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər (maddə 2.; hissə 2.). 3. Könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir (maddə 2., hissə 3.). İcbari sığortanın növləri, şərtləri və aparılması qaydası Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilir (maddə 2.; hissə 4.).
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır (maddə 922.1.). Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (maddə 926.1.). Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir (maddə 926.2.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2.).
21. Göründüyü ki, hazırkı iş üzrə iddiaçı ASC-nin hazırkı iş üzrə cavabdehlərə qarşı subraqasiya qaydasına pul tələbini irəli sürmək üçün cavabdehlərin sığortalı şəxs olan “xxxx” MMC-yə münasibətdə “zərərvuran şəxs” statusunda olmaları tələb olunur. Lakin hazırkı iş üzrə cavabdehlərin “zərərvuran şəxs” statusunda olmalarını müəyyən edən, FHN-nin Əməliyyat-İstintaq İdarəsi tərəfindən qəbul edilmiş “cinayət işinin başlanması rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərar cavabdeh cavabdeh1 şikayəti əsasında Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi ##.##.2025-ci il tarixli qərarı (iş № *(005)-303/2025) ilə ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli qərarından (iş № *(3-6)-83/2026) görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından hazırkı iş üzrə iddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı dəyişdirılmədən saxlanılmışdır.
22. Göründüyü kimi iddianın təmin edilməsi üçün əsas olmuş hal aradan qalxmışdır.
23. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
24. Məhkəmə həmçinin bildirir ki, müvafiq tədqiqat və ya istintaq orqanı və ya müvafiq məhkəmə tərəfindən yuxarıda qeyd edilən yanğın hadisəsi ilə bağlı yekun qərara qəbul edildikdən sonra, iddiaçı ASC, həmin yekun qərarla “zərərvuran şəxs” kimi tanına şəxsə (şəxslərə) qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddia irəli sürülə bilər. Belə ki, həmin iddia tələbinin əsasını artıq başqa yekun qərar təşkil edəcəkdir. g) apellyasiya baxışının nəticəsi
25. Beləliklə də yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdehlər cavabdeh2 və cavabdeh1 hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.