Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1620/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “ZEYNALLI İNŞAAT” MMC-yə qarşı mülki iş üzrə Açar sözlər: vurulmuş zərərin əvəzinin tutulması Hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “ZEYNALLI İNŞAAT” MMC-yə qarşı “müqavilənin ləğv edilməsi və vurulmuş zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh “ZEYNALLI İNŞAAT” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, **** saylı bağl sahəsi (Yeni qaydalarla: AZ 1059, ünvan 4) ünvanında yerləşən ümumi sahəsi 0,0992 ha olan torpaq sahəsi ##.##.2023cü il tarixdən İddiaçı (bundan sonra iddiaçı) mülkiyyətindədir.
2. İddiaçı-Sifarişçi ilə Podratçı “Zeynallı İnşaat” MMC (bundan sonra cavabdeh) arasında bağlanmış ##.##.2023-cü il tarixli, *** saylı müqaviləyə əsasən “Podratçı” “Sifarişçiyə” məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlan, **** saylı torpaq sahəsində “Sifarişçinin” göstərdiyi yerdə layihə əsasında (Əlavə № *), çöl divardan - çöl divara ümumi sahəsi 301 kv.m olmaqla, (234 kv.m ev, evə bitişik olan 48 kv.m, terras, 19 kv.m balkon və pilləkən hissə), 6x4 ölçüdə (24 kvadrat) skimmer hovuz (tam təmirli-istifadəyə hazır), (12 kvadrat hədiyyə) və 9 x 4 ölçüdə qarajın tikinti və təmir işlərini həyata keçirir. “Podratçı” hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan “Qiymətlərin razılaşdırma protokolu”nda (Əlavə № *) göstərilən tikinti, təmir mallarının və materiallarının siyahısını və qiymətini “Sifarişçiyə” təqdim edir, “Sifarişçi” isə öz növbəsində “Qiymətlərin razılaşdırma protokolu”nda qeyd edilmiş qiymətlərə əsasən muzd (avans) ödəyir. 1.2. Bu müqavilənin 1.1-ci bəndində inşa edilən fərdi yaşayış evi “Sifarişçi” imzalayaraq təsdiq etdiyi və “Podratçıya” təqdim etdiyi fərdi yaşayış evinin Sabunçu rayonu İH ilə razılaşdırılmış Layihə - Eskizi əsasında inşa edilir (Əlavə № *). 1.3. “Podratçı” tərəfindən inşa edilən layihənin ümumi sahəsi - 301 kv.m-dir. 1.4. Fərdi yaşayış evi çöl divarları 0.4 m iki sıra mişar daşından inşa edilir. 3.1. “Sifarişçi” “Podratçıya” həvalə etdiyi fərdi yaşayış evinin tikintisi üçün 190.000 manat manat pul ödəməyi öhdəsinə götürür. Bu məbləğin 9.600 manatı Qaraj, 7.800 manat Hovuz, geridə qalan 172.600 manat proyektin layihənin tikintisini əhatə edir. 3.2. “Sifarişçi” fərdi yaşayış evinin tikintisi üçün ilkin olaraq (avans), bu müqavilə bağlandığı anda 50.000 manat pulu ödəməlidir, ödənişin qalan hissəsi mərhələli olaraq 56.000 manat, 42.000 manat, və yenidən 42.000 olan hissələrlə ödənilir. Ümumi məbləğ 4 (dörd) hissəli olaraq ödənilir. 6.1. “Sifarişçi” xidmət haqqının ilk ödəniş etdikdən sonra, “Podratçı” 336 (üç yüz otuz altı) gün ərzində müqavilədə nəzərdə tutulan işləri yerinə yetirir. 6.3. İşlərin icra müddəti: işlərin başlanması "18" iyun 2023-ci il, işin başa çatması "18" may 2024-cü il. 7.2. İşlərin yerinə yetirilməsi müddətlərinin pozulmasına görə "Podratçı" "Sifarişçinin” yazılı tələbi ilə sonuncuya dəbbə pulunu 0,2% məbləğdə müqaviləni gecikən mərhələsinin qiymətindən hər gün gecikdirdiyi üçün ödəməyə borcludur. 7.3. İşlərin ödənilməsi müddətlərinin pozulmasına görə "Sifarişçi” “Podratçının" yazılı tələbi ilə sonuncuya dəbbə pulunu 0,2% məbləğində müqavilənin gecikən mərhələsinin hər gün gecikdirdiyi üçün ödəməyə borcludur. Həmin müqaviləyə edilmiş əlavələr: * saylı Əlavə (bağ evinin planı), * saylı Əlavə olan qiymətlərin razılaşdırma protokolu (smeta) və * saylı əlavə olan layihə üzrə görüləcək işlərin plan-qrafiki məhkəməyə təqdim edilmişdir.
3. ##.##.2023-cü il, ##.##.2023-cü il, ##.##.2024-cü il, ##.##.2024-cü il və ##.##.2024cü tarixli kassa mədaxil orderlərinə əsasən iddiaçı tərəfindən cavabdehin hesabına müvafiq olaraq 57.000 manat, 39.900 manat, 39.900 manat, 6.500 manat və 10.000 manat olmaqla, ümumilikdə 153.300 manat ödənilmişdir.
4. “xxxx” ASC ilə borcalanlar qismində iddiaçı və X6 arasında ##.##.2023-cü ildə bağlanmış ev tikintisi üzrə kredit müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,0992 ha olan torpaq sahəsində yaşayış sahəsinin tikintisi məqsədi ilə bank tərəfindən borcalanlara ##.##.2038-ci ilədək kreditdən istifadəyə görə illik 10 (##.##.2033-cü ildən 11 faizlə) faiz ödəmək şərti ilə 133.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 0,0992 ha olan torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir.
5. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizəyə əsasən o, podrat müqaviləsinə ləğv edilərək xitam verilməsini, podratçı tərəfindən şifarişçiyə vurulmuş 65.500 manat maddi ziyanın, ##.##.2024-cü il tarixdən başlayaraq 02% dəbbə pulun hesablanaraq ödənilməsini və 5.000 manat mənəvi ziyanın ödənilməsi, ərizəyə ##.##.2024-cü il tarixədək cavab verilməsini və ##.##.2024-cü il tarixədək müqavilənin 10.4-cü bəndinə əsasən üzləşmə aktının tərtib edilməsini cavabdehdən xahiş etmiş, ##.##.2024-cü il tarixədək ərizəyə cavab verilmədiyi halda, mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə müraciət olunacağı və bununla bağlı dövlət rüsumları və vəkilə ödənilən xərcin tələb olunacağı barədə cavabdehi xəbərdar etmişdir.
6. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2025-ci il tarixli, **/****-*/**** nömrəli rəyinə əsasən 1. X3 ilə “Zeynallı İnşaat” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, *** nömrəli Podrat müqaviləsinin əlavələrində (qiymətlərin razılaşma protokolu) qeyd olunan materiallardan bir qismindən (sement, şifer, taxta, armatur, beton, qum, taxta, mişar daşı, şpatlyovka, elektrik xətti və isti döşəmə üçün nəzərdə tutulmuş materiallardan) istifadə olunduğu, müqavilədə göstərilən qalan tikinti materiallardan istifadə olunmadığı müəyyən edilib. 2. ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan torpaq sahəsi üzərində inşa olunan tikililərdə (sement, şifer, taxta beton, armatur, qum, taxta, mişar daşı, şpatlyovka, elektrik xətti və isti döşəmə üçün nəzərdə tutulmuş materiallardan) istifadə edildiyi müəyyən edilib. 3. Həmin torpaq sahəsi üzərində inşa olunan tikililərin ##.##.2023-cü il tarixli, *** saylı Podrat müqaviləsinə və layihəyə uyğun (qismən ölçülərdə fərqlərin olduğu müəyyən edilib) inşa olunduğu müəyyən edilib. Lakin yaşayış evinin faktiki olaraq semmetrik görünüşü layihəyə uyğun gəlmədiyi müəyyən edilib.
7. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, MB18/0904 qiymətləndirmə hesabatına əsasən ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus olan torpaq sahəsi üzərində inşa olunan tikilillərə, tikintisi və təmiri üçün sərf edilmiş məbləğ 78.854 manat təşkil edir.
8. “xxxx” MMC tərəfindən keçirilmiş qiymətləndirmə üzrə rəyinə əsasən Qiymətləndirmə predmetinin xarakteristikası və məhdudlaşdırıcı şərtlər nəzərə alınaraq daşınmaz əmlakların xərc yanaşması üzrə dəyərinin müəyyən edilməsi üçün işlər aparılmış və iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən **** saylı torpaq sahəsinin üzərində ümumi sahəsi 306 kv.m olan, 24 kv.m sahədə hovuz və 48 kv.m terras 19 kv.m balkon və 36 kv.m qaraj sahəsindən ibarət tikilinin xərc yanaşması metodundan istifadə etməklə fərdi yaşayış evinin ##.##.2025-ci il tarixinə smeta dəyəri ümumilikdə 433 kv.m tikilinin hər 1 kv.m üçün bazar dəyəri 565 manat olmaqla = 245.000 manat həcmində müəyyən edilmişdir.
9. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, CC/QH-***-**** saylı qiymətləndirmə hesabatına əsasən Qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəymiş zərərin dəyərini müəyyən etmək üçün xərc yanaşmasından istifadə etməklə, yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin müqayisə elementldəri və vahidin dəyəri korrektə edilmiş və nəticədə qiymətləndirmə obyektinin yekun dəymiş zərərin dəyəri müəyyən edilmişdir. Bütün göstərilənləri nəzərə alaraq, aparılan təhlil və hesablamalar nəticəsində ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus olan torpaq sahəsi üzərində tikililərə sərf edilmiş tikinti və təmir xərci 83.036,09 manat təşkil etdiyi müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı İddiaçı cavabdeh “ZEYNALLI İNŞAAT” MMC-yə qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, onunla “Zeynallı İnşaat” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, *** nömrəli Podrat müqaviləsinin ləğv edilərək xitam verilməsi, ona cavabdeh tərəfindən vurulmuş 74.446 manat maddi ziyanın, 5.000 manat mənəvi ziyanın, 5.745,60 manat dəbbə pulun, 4.200 manat kirayə pulun, hüquqi yardımın göstərilməsi ilə bağlı ödənilmiş 2.300 manat pulun, mütəxəssis rəyin verilməsi ilə bağlı ödənilmiş 1.000 manat pulun və ödənilmiş 340,94 manat dövlət rüsumunun, ümumilikdə 93.032,54 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, ümümilikdə podratçıya 153.300 manat məbləğində ödənişlər edilməsinə baxmayaraq müvafiq olaraq 1-ci, 2-ci, 3-cü və sonuncu 4-cü mərhələlərə aid işlər indiyədək tam təhvil verilməyib. Lakin aşağıda qeyd olunan əsaslarla hesab edir ki, podratçının gördüyü işlərin keyfiyyəti və təmir-tikinti prosessində istifadə etdiyi materialları onların arasında bağlanmış müqaviləyə və ona əlavə olunan sənədlərə uyğun deyil. Belə ki, 1-ci mərhələyə aid olan: 1. Beton təməl qidroizolyasiya edilməyib (ölçüsü - 9m* 16m*0.5m, xərci - 300 manat); 2. Terrasın beton döşəməsi tamamlanmayıb (ölçüsü - 6 m2 , xərci - 60 manat); 3. Evin taxta qəlibləri sonadək çıxarılmayıb (xərci - 20 manat); 4. Evin qabaq inşaatında İcra Hakimiyyəti ilə razılşdırılmış layihədə göstərilən 0.4m*0.4m*7.5m ölçüdə 16 beton sütündan 6-sı sifarişçinin göstərişlərinə baxmayaraq inşa edilməyib. Layihənin digər 2 tələbi: “xarici divarların öz aralarında və sütunlarla birləşmə yerlərində hörgünün hündürlüyü boyunca hər H-60 sm-dən bir metal tor qoyulmalıdır” və “... əhəng daşından olan arakəsmələr üfüqi istiqamətdə 6 cərgədən bir 2f4 BI-İ markalı məftillə gücləndirilir” yerinə yetirilməyib. Xərclər müvafiq İnternet saytlarından, podratçının smetasından, onun işçilərindən və mütəxəssislərdən şifahi yolla əldə edilən məlumatlara istinadən göstərilib. Nəticədə, podratçı tikintiyə ayrılan vəsaitdən 1.900 manat mənimsəyib (hər bir sütun 250 msnst, divarların metal torla və məftillə gücləncirilməsi 400 manata başa gəlir), layihənin tələblərini pozaraq evi əvvəlcədən şərtləşdirilmiş keyfiyyətə uyğun tikməyib. 2-ci mərhələyə aid olan: 1. Anbarın damı və döşəməsi işlənilməyib (ölçüləri: 1 m*2m, xərci - 40 manat); 2. Hovuzun divarı əlavə beton qatı ilə bərkidilməyib (ölçü: 4m* 1.5m*0.15m, xərci - 150 manat). Hovuzun qaba inşaatında yaranan qüsurlar (daş hörgü və betonun taxta qəlibi beton verilən zaman uçub) sonradan aradan qaldırılsa da, hazırda hovuz istifadəyə yararlı deyil, çünki əlavə beton qatı ilə bərkidilməyən divarı digərlərinə nisbətən daha həssasdır və su buraxır. Hovuzun ölçüləri sonradan əlavə edilən beton qatlarına görə azaldığından hovuz da əvvəlcədən şərtləşdirilmiş keyfiyyətə uyğun deyil. 3. Su deposunun taxta qəlibləri çıxarılmayıb (xərci - 20 manat); 4. Ön və yan pəncərələrin yerləri mərkəzləşdirilməyib (xərci 50 manat). Tikintiyə əvvəldən sonadək nəzarət edən baş usta təyin edilmədiyindən podratçının işçiləri evin sağında ön və yan pəncərələrin yerlərini səhv ölçülərlə tikiblər. Podratçının eskiz layihəsi üzrə hazırlanıb İcra Hakimiyyətlə razılaşdırılmış layihə üzrə digər düzəlişlər tələb edən qüsurlar olub. 5. Qarajın sütunları tamamlanmayıb (armaturun çıxıntıları və qəliblər qalıb, xərci - 50 manat); 6. Qarajın damı 30 sm həyətə tərəf çəkilməyib (xərci - 50 manat). Podratçı qarajın tikintisində, qarajın damını saxlamalı olan dörd tərəfli beton kəmərin bir tərəfini qonşu həyətlə aralarında olan divarla əvəz edib. Bu hərəkət müqavilədən kənarlaşma ilə yanaşı qonşunun əsaslı narazılığına səbəb olub. 7. Podratçı müqavilənin şərtlərinə zidd olaraq qarajı təmir etməkdən imtina edib. Nəticədə, qarajın təmir və tikintisinə ayrılan 9.600 manat vəsaitdən ən azı 4000 manat mənimsəyib. 3-cü mərhələyə aid olan: 1. Santexnika işləri görülməyib (xərci 1.000 manat); 2. Elektrik işlərinin bir hissəsi qalıb (xərci - 500 manat); 3. Daxili suvaq işləri tamamlanmayıb (70 m2 sanitar qovşaqlar, xərci - 300 manat);
4. 2-ci mərtəbənin hamarlayıcı qatı çəkilməyib (ölçüləri: 8m*11 m*0.05m, xərci - 700 manat);
5. Ambarın suvağı və boyası işlənilməyib (ölçüsü 12 m2 , xərci - 100 manat); 6. Alçipan pilləkanın üzərində və s/q-da tavana vurulmayıb (15 m2 qalıb, xərci - 150 manat); 7. Otaqların isti döşəmələri kollektorlara qoşulmayıb (xərci - 300 manat); 8. Sanitar qovşaqların isti döşəmələri işlənilməyib (sahə 12 m2, xərci - 300 manat); 9. Pəncərə altıqları alınmayıb (xərci 200 manat); 10. Tavana paduqalar alınmayıb və işlənilməyib (ölçüsü 60 m, xərci - 300 manat);
11. Navalçalar alınmayıb (ölçüsü 40 m, xərci - 200 manat); 12. Məhəccərlər alınmayıb və quraşdırılmayıb (ölçüsü 26 m, xərci – 4.500 manat); 13. Hovuzun suvağı, izolyasiyası, kafeli vurulmayıb (ölçüsü 54 m2, xərci – 1.500 manat), 14. Su deposunun suvağı, izolyasiyası, kafeli vurulmayıb (ölçüsü 11 m2, xərci - 300 manat). Müqavilənin 3 mərhələsi üzrə ödənişlərdən sonra podratçıya 2024-cü ilin fevral ayında 6.500 manat terrasın artırılması üçün müqavilədən kənar muzd ödəniş olub. Bu işə cəlb edilən ustanın ona zəhmət haqqısının podratçı tərəfindən tam verilmədiyinə dair evin üzərində 2024-cü ilin may ayında yazdığı şikayətini, digər ustaların və inşaat mallarının satıcılarının oxşar şikayətlərini və podratçının öz xahişini nəzərə alıb podratçıya sonuncu, başlanılmayan 4-cü mərhələyə aid olan 10.000 manat muzd ödəniş olunub. Bunun əvəzində, podratçı aşağıdakıları öhdəsinə götürüb: 4-cü mərhələyə aid olan: 1. Evin daxili divarlarına üz suvağı çəkdirmək (ölçüsü 550 m2 , xərci – 4.400 manat), 2. Evin tavanına üz suvağı çəkdirmək (ölçüsü 200 m2, xərci - 1600 manat); 3. Terrasın tavanına suvaq çəkmək (ölçüsü 36 m2, xərci - 280 manat); 4. Terrasın divarını “qabançik" daşı ilə işləmək (ölçüsü 25 m2 , xərci – 600 manat); 5. Sanitar qovşaqlara kafel alıb düzmək (ölçüsü 85 m2 , xərci - 2800 manat); 6. Sanitar qovşaqların metlağını alıb düzmək (ölçüsü 15 m2 , xərci - 500 manat). Lakin “Zeynallı İnşaat” MMC bu mərhələdə qeyd olunan işləri yerinə yetirməyib. Müqavilənin ləğv edilməsini və yuxarıda sadalanan işlərin, tikintidə əvvəlcədən şərtləşdirilmiş keyfiyyətə uyğun gəlməyən və aradan qaldırılması mümkün olmayan amillərin, podratçının müqavilənin şərtlərini pozaraq mənimsədikləri müqabilində, podratçıya ödənilmiş 26.500 manat geri qaytarılmasını tələb edir. Bundan əlavə olaraq qeyd edilməsini zəruri hesab edir ki, müqavilənin 3.5-ci bəndində “ ...hər dəfə sifarişçi tərəfindən ödənilməli muzdun məbləği tərtib edilmiş smeta sənədləri əsasında podratçı tərəfindən müəyyən edildiyi” barədə qeyd olsa da, bütün muzd ödənişlər Müqavilənin 3.6-ci bəndinə uyğun olaraq, yəni ümumiləşdirilmiş “planqrafik” əsasında, detallı smeta tərtib olunmadan edilib. Müqavilənin 2.2.6-cı bəndində “İşlərin yerinə yetirilməsi üçün təqdim olunan xammal, tikinti materialları və avadanlıqların siyahısı müqaviləyə * saylı Əlavədə (Əlavə № *) göstərilmişdir” qeyd olsa da, “Smeta” adı verilən həmin * №-li Əlavadəki siyahı xərclərin təyinatını açıqlamır. Podratçı onun tələbinə baxmayaraq, xərclərə aid qəbz və ya hesab faktura da təqdim etməyib. Muzd ödənilən vəsaitlərin nə üçün və nə qədər xərcləndiyini o, yalnız müqavilə üzrə tikinti-təmir işlərinə görə kredit aldığı banka podratçının göndərdiyi təqribi smetada görüb. Həmin smetada bəzi mal-materialların alışı və işçilik üçün xərclər əsassız olaraq çox göstərilib. Bu səbəbdən, podratçının maddi ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərindən irəli gələn artıq xərclərin araşdırılmasını və onun tərəfindən ödənilmiş vəsaitdən 27.000 manat geri qaytarılmasını tələb edir. Müqavilənin 7.2-ci bəndinə əsasən işlərin yerinə yetirilməsi müddətlərinin pozulmasına görə, “Podratçı” “Sifarişçinin” yazılı tələbi ilə sonuncuya dəbbə pulunu 0,2% məbləğdə müqavilənin gecikən mərhələsinin qiymətindən hər gün gecikdirdiyi üçün ödəməyə borcludur. Yuxarıdakını nəzərə alaraq, podratçı inşaat işlərinin bütün mərhələlərində yaranan ləngimələrə görə gecikdirilən sonuncu 4-cü mərhələnin qiymətindən (53.200 manat) müqavilənin müddəti bitdiyi ##.##.2024-cü il tarixdən başlayaraq (53200*0,2%) 106,4 manat gündəlik ödəməlidir. Əlavə olaraq qeyd edir ki, müqavilə üzrə ##.##.2024-cü ildə tam hazır vəziyyətdə təhvil veriləcəyi vəd edilən bağ evini şifarişçi yay aylarında icarəyə vermək və əvəzində əldə olunan gəlirə tikinti üçün bankdan götürdüyü kreditin müəyyən hissəsini ödəmək niyyətində idi. Lakin ümumi işlərin bu günədək təxminən 70%-dək icra edilməsi buna imkan vermir. Həmin ərazidə yerləşən oxşar bağ evlərinin yay aylarında icarə haqqı 4.000 manat edir. Bağlanmış müqavilənin 7.4-cü bəndinə əsasən “Göstərilən sanksiyalardan başqa müqavilə üzrə öhdəlikləri icra etməmiş tərəf müqavilədə nəzərdə tutulmuş əsaslardan artıq zərərin tam məbləğdə digər tərəfə ödənilməsini öhdəsinə götürür“. Müqavilə üzrə işlərin vaxtında təhvil verilməməsi nəticəsində yaranan əldən çıxmış fayda müqabilində podratçıdan 2024-cü ilin hər yay ayı üzrə 4.000 manat (ümümulikdə 12.000 manat) təzminat tələb edir. Qiymət müvafiq İnternet saytlarından və mütəxəssislərdən şifahi yolla əldə edilən məlumatlara istinadən göstərilib. Bundan əlavə olaraq qeyd edilməsini zəruri hesab edir ki, müqavilənin 3.2-ci bəndinə əsasən ödənişlər 4 hissəyə bölünərək ilkin avans olaraq 50.000 manat, sonra 56.000 manat, 42.000 manat və yenidən 42.000 manat qeyd olunsa da, müqavilənin tərkib hissəsi olan * saylı əlavədə ödənişlər 4 mərhələyə bölünüb və 1ci mərhələdə 57.000 manat, 2-ci mərhələdə 39.900 manat, 3-cü mərhələdə 39.900 manat, 4cü mərhələdə isə 53.200 manat qeyd olunub. Müqavilədə və müqavilənin tərkib hissəsi olan * saylı əlavədə ödənişlərin fərqli qeyd olunması faktiki olaraq bir daha göstərir ki, podratçının müqavilədə qeyd olunan şərtləri faktiki icra işləri ilə uyğun gəlməyib. Cavabdehə müraciət edilərək, yuxarıda qeyd olunanlar yazılı şəkildə diqqətinə çatdırılıb Qeyd olunan ərizə ##.##.2024-cü il tarixində onun tərəfindən göndərilib və ##.##.2024-cü il tarixində cavabdehə poçt vasitəsilə çatdırılıb, lakin bu günə kimi cavabdeh işin məhkəmədəyədək həll edilməsi ilə bağlı heç bir hərəkət etməyib və ərizəni cavabsız saxlayıb.
12. İddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, mülki iş üzrə mütəxəssis rəyin alınması zərurəti yaranmışdır və məhkəməyə təqdim edilən mütəxəssis rəyinə əsasən inşa olunan tikilillərə tikintisi və təmiri üçün sərf edilmiş məbləğ 78.854 manat, layihəyə uyğun olaraq evin aylıq kirayə haqqı 4.200 manat təşkil edir. Əvvəl qeyd edildiyi kimi, layihəyə uyğun olaraq evin, hovuzun və qarajın tikilməsi üçün cavabdehə 153.300 manat məbləğində ödəniş olunmuşdur. Qeyd olunan 153.300 manatdan inşa olunan tikilillərə tikintisi və təmiri üçün sərf edilmiş məbləği 78.854 manatı çıxılaraq, yerdə 74.446 manat pul qalır və qeyd olunan məbləği cavabdehdən tələb edilməsində tam haqlıdır. Bundan əlavə olaraq layihəyə uyğun olaraq ev vaxtında inşa olsaydı ən azı bir ay müddətinə kirayə verilməsi mümkün idi və buna görə də, cavabdehdən bir aylıq kirayə pulun 4.200 manatı tutularaq ona ödənilməsi tələbi də haqlıdır. Bildirir ki, Müqavilənin 7.2.-ci bəndinə uyğun olaraq ödənilməli olan dəbbə pulun ödənişini ##.##.2024-cü il tarixindən başlayaraq (evin layihəyə uyğun olaraq təhvil verilməsi tarixi), ##.##.2024-cü il tarixinədək (iddia tələbi ilə məhkəməyə müraciət edilən tarix) hesablanmalıdır. Beləliklə, dəbbə pul gündəlik 106,4 manat məbləğdə olmaqla 54 günə vurulmalıdır (106.4*54= 5745,60) və alınan məbləğ 5.745,60 cavabdehdən tutulmaldır. Bundan əlavə olaraq, onun çəkdiyi mənəvi ziyan 5.000 manat, hüquqi yardım göstərilməsi ilə bağlı 2.300 manat, mütəxəssis rəyin verilməsi ilə bağlı ödədiyi 1.000 manat və ödədiyi 340 manat dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir.
13. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi tamamilə əsassızdır və şirkətdən qazanc məqsədi ilə pul almaq maraqlarının təmin edilməsinə xidmət edir. İlk növbədə qeyd edir ki, iddiaçı ilə "Zeynallı İnşaat" MMC arasında ##.##.2023-cü il tarixli, *** saylı Podrat müqaviləsi əsasındə tikinti ##.##.2024cü ildə başa çatıb. İddia ərizəsində qeyd etdikləri kimi müqavilə şərtinə əsasən ödənişlər 4 mərhələdən ibarət olub və hər mərhələ üzrə ödəniş edildikdən sonra həmin mərhələ üzrə tikinti işləri davam etdirilib. İddiaçı iddia ərizəsində etiraf etdiyi kimi, tikintiyə başlanılması üçün ##.##.2023-cü il tarixdə 57.000 manat ödəniş edib və tikintiyə başlanılıb və müqavilə şərtinə əsasən 1-ci mərhələ üzrə tikinti işləri mübahisəsiz olaraq yerinə yetirilərək başa çatdırılıb. Bunun nümunəsi olaraq iddiaçı tərəfində etiraf etdiyi kimi 2-ci mərhələnin başlanılması üçün ##.##.2023-cü il tarixdə 39.900 manat ödəniş etməsini və tikintinin 2-ci mərhələsi üzrə davam etdirilməsini sübut kimi təqdim edə bilər. Həmin ödənişdən sonra isə tikinti davam etdirilib və müvəffəqiyyətlə başa çatdırılıb. 2-ci mərhələnin mübahisəsiz və tam şəkildə keyfiyyətlə baş çatdırılmasının sübutu tərəfin də etiraf etdiyi kimi ##.##.2024-cü il tarixdə 39.900 manat ödəniş etməklə digər, yəni 3-cü mərhələnin davam etdirilməsini tələb etməsi olub. 3-cü mərhələ üzrə ödəniş edildikdən sonra isə müqavilə şərtlərinə uyğun olaraq tikinti və təmir işləri davam etdirilib və tam şəkildə keyfiyyətlə başa çatdırılıb. 4-cü mərhələdə isə ##.##.2024-cü il tarixdə 10.000 manat ödəniş edilib və bildirib ki, hazırda maddi imkanı məhduddur, kredit götürəcək və bir neçə gün sonra həm müqavilə şərtləri üzrə mərhələli ödəniş zamanı əskik ödədiyi ümümilikdə 7.100 manat məbləği, 4-cü mərhələ üzrə 42.000 manat məbləği, eyni zamanda müqavilədən kənar qarşılıqlı razılaşma əsasında aparılmış əlavə təmir tikintinin pulunu ödəyəcəyinə söz verərək tikintinin dayandırılmayaraq davam etdirilməsi barədə şifahi razılıq əldə edilib. Bundan sonra isə şirkət olaraq etimad göstərilmiş və əldə edilmiş razılıq əsasında tikinti davam etdirib. Bundan əlavə ##.##.2024-cü il tarixdə 6.500 manat ödəniş edib və digər ödənişlər üçün isə 2 gün möhlət istəyib. Lakin iddiaçı verdiyi sözü tutmayıb və bu səbəbdən şirkət tikinti təmir işlərini saxlayıb. Məhkəməyə sübut olaraq təqdim edilən tərəflər arasında bağlanmış podrat müqaviləsindən də göründüyü kimi, müqavilə üzrə öhdəlik 190.000 manat təşkil edib. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi hansı ki, etiraf edir ki, müqavilə üzrə öhdəliyi tam yerinə yetirməyərək 153.300 manat ödəniş edərək müqavilə şərtlərini pozub və müqavilənin qüvvədən düşməsinə səbəb olub. Məhkəmənin nəzərinə çatdırır ki, əgər şirkət öz işini vaxtında və qüsursuz yerinə yetirməsəydi digər mərhələlər üzrə ödəniş olardımı? və ya şirkət öz işini vaxtında və ya deyildiyi kimi keyfiyyətsiz şəkildə davam etdiribsə nə üçün digər mərhələlər üzrə tikinti-təmir işlərinin davam etdirilməsi üçün ödəniş edilirdi? Qeyd edilənlərə əsasən görünür ki, iddiaçının iddiası tamamilə əsassızdır və iddiaçının şirkətə borcu var. Qeyd edilənlərə əsasən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı (sifarişçi) İddiaçı ilə cavabdeh (podratçı) “Zeynallı İnşaat” MMC arasında bağlanılmış ##.##.2023-cü il tarixli, *** saylı Podrat müqaviləsinin ləğv edilmiş hesab edilməsi, cavabdeh “Zeynallı İnşaat” MMC-dən 70.263,91 manat məbləğində maddi ziyan, 3.192 manat dəbbə pulu, cəmi 73.455,91 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri üzrə cavabdeh “Zeynallı İnşaat” MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 286,40 manat, əmlakın qiymətləndirilməsinin dəyərinin əvəzi kimi 1.232,60 manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 350 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia üzrə ödənilməli olan əlavə 9,67 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 17,8 manat hissəsinin iddiaçı İddiaçı və 82,20 manat hissəsinin cavabdeh Zeynallı İnşaat” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X11, Kod 210005, Müxbir hesab AZ41NABZ01360100000000003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumunun 62,10 manat və əmlakın qiymətləndirilməsi üzrə ödənilmiş 267,40 manatın iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir (hakim X1).
15. Məhkəmə iddianın “podrat müqaviləsinə ləğv edilərək xitam verilməsi” tələbinə dair hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, hazırki iş üzrə tərəflər arasında podrat münasibətləri olmuşdur. Tərəflər arasında olan razılaşmaya əsasən onlar fərdi yaşayış evinin tikintisi, görüləcək işlər, həmin işlərin dəyəri və s. haqqında razılaşmışlar. Lakin müqavilə üzrə təmir və tikinti işləri vaxtında icra edilmədiyindən iddiaçı müqavilənin ləğv edilərək xitam verilməsi və dəymiş ziyanın ödənilməsi barədə ##.##.2024-cü il tarixdə cavabdehə müraciət etmişdir. Bu səbəbdən də artıq iddiaçı müqavinin ləğvi barədə iradə ifadəsini cavabdehə bildirdiyindən mübahisələndirilən müqavilə ləğv edilmiş hesab edilməlidir.
16. Məhkəmə “maddi ziyanla” bağlı tələbinə münasibətdə isə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçıya məxsus ünvanda görülmüş işlərlə bağlı kompleks məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünlıq ekspertizası təyin edilməsi, mülki iş üzrə icraatın ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2025ci il tarixli, **/****-*/**** nömrəli rəyinə əsasən X3 ilə “Zeynallı İnşaat” MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli, *** nömrəli Podrat müqaviləsinin əlavələrində (qiymətlərin razılaşma protokolu) qeyd olunan materiallardan bir qismindən (sement, şifer, taxta, armatur, beton, qum, taxta, mişar daşı, şpatlyovka, elektrik xətti və isti döşəmə üçün nəzərdə tutulmuş materiallardan) istifadə olunduğu, müqavilədə göstərilən qalan tikinti materiallardan istifadə olunmadığı, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus olan torpaq sahəsi üzərində inşa olunan tikililər ## #### 2023-cü il tarixli *** saylı Podrat müqaviləsinə və mülki işin materiallarında olan layihəyə uyğun (qismən ölçülərdə fərqlərin olduğu müəyyən edilib) inşa olunduğu, lakin yaşayış evinin faktiki olaraq semmetrik görünüşü layihəyə uyğun gəlmədiyi müəyyən edilib. Qiymətləndirmə ilə bağlı suallar cavabdandırılmamışdır. Bu səbəbdən məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə əmlakın qiymətləndirilməsinın aparılması, iş üzrə icraatın qiymətləndirmə aktı məhkəməyə təqdim edilənədək dayandırılması qərara alınmışdır. Qeyd edilməlidir ki, qiymətləndirici qarşısında suallar tərəflərlə razılaşdırılmaqla, ünvanda görülmüş işlər nəzərə alınmaqla qoyulmuşdur. Məhkəmənin qərardadına əsasən “xxxx” MMC Qiymətləndirmə Şirkəti tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının ##.##.2025-ci il tarixli MB18/0904 qiymətləndirmə hesabatına əsasən ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus olan torpaq sahəsi üzərində inşa olunan tikilillərə, tikintisi və təmiri üçün sərf edilmiş məbləğ 78.854 manat təşkil edir. Cavabdeh tərəf isə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini əsaslandırmaq üçün “xxxx” MMC tərəfindən keçirilmiş qiymətləndirmə üzrə rəyini məhkəməyə təqdim etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraatına qəbul edilməsindən imtina edilmişdir. Bundan başqa, cavabdeh iddiaçıya məxsus ünvanda tərəflər arasında olan şifahi razılığa belə bir razılıqla bağlı məhəməyə heç bir sübut təqdim etmədiyindən hazırki məhkəmə araşdırmasının predmeti müqavilə və ona edilmiş əlavələr üzrə görülmüş işlər olub. Məhkəmənin təşəbbüsü ilə məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə təkrar əmlakın qiymətləndirilməsinın aparılması, iş üzrə icraatın qiymətləndirmə aktı məhkəməyə təqdim edilənədək dayandırılması qərara alınmışdır. Qeyd edilməlidir ki, qiymətləndirici qarşısında eyni suallar qoyulmuşdur. Məhkəmənin qərardadına əsasən “xxxx” MMC tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının ##.##.2026-cı il tarixli, CC/QH-***-**** saylı qiymətləndirmə hesabatına əsasən ünvan 4 ünvanında yerləşən İddiaçı məxsus olan torpaq sahəsi üzərində tikililərə sərf edilmiş tikinti və təmir xərci 83.036,09 manat təşkil edir.
17. Məhkəmə, “xxxx” MMC-nin qiymətləndirmə hesabatı ilə razılaşaraq bu qənaətə gəlmişdir ki, “Zeynallı İnşaat” MMC tərəfindən ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus olan torpaq sahəsində görülümüş işlərin dəyəri, daşınma xərci və usta haqqı daxil olmaqla, ümumilikdə 83.036,09 manat təşkil edir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə almışdır ki, həmin rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
18. Məhkəmə görülümüş işlərin dəyəri, daşınma xərci və usta haqqı daxil olmaqla, ümumilikdə 83.036,09 manat təşkil edilməsini nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə qismən əsaslıdır və iddiaçı İddiaçı tərəfindən görülmüş işlərə münasibətdə “Zeynallı İnşaat” MMC-yə artıq məbləğdə pul ödənildiyi müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia mübahisələndirilən hissədə qismən əsaslıdır və 70.263,91 (153.300-83.036,09) manat məbləğində pul cavabdeh “Zeynallı İnşaat” MMC-dən iddiaçı İddiaçı xeyrinə tutulmalıdır.
19. Məhkəmə iddia tələbinin “5.745,60 manat dəbbə pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə tərəflər arasında bağlanmış müqavilə üzrə işlərinin vaxtında yerinə yetirilməməsinə görə müqavilənin gecikən mərhələsinin hər gün gecikdirdiyi üçün üçün 0,2%, yəni 106,4 manat (53200x0,2%) dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. İş materialları, ekspert və mütəxəssis rəyi ilə cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin tam və vaxtında icra edilmədiyi müəyyən edilir. Hazırda iddiaçı 54 gün üçün, ##.##.2024-cü ildən ##.##.2024-cü il tarixinədək olan müddət üçün 5.745,60 manat dəbbə pulunun ödənilməsi tələb edib. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin ##.##.2023-cü il tarixli müqavilə üzrə 5.745,60 manat məbləğində deyil, 3.192 manat (30 gün x 106,4) məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab etmişdir.
20. Məhkəmə iddia tələbinin “bir aylıq 4.200 manat kirayə haqqının tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələbinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İddiaçı tələbində qeyd etmişdir ki, müqavilə üzrə ##.##.2024-cü ildə tam hazır vəziyyətdə təhvil veriləcəyi vəd edilən bağ evini şifarişçi yay aylarında icarəyə vermək və əvəzində əldə olunan gəlirə tikinti üçün bankdan götürdüyü kreditin müəyyən hissəsini ödəmək niyyətində idi. Lakin ümumi işlərin bu günədək təxminən 70%-dək icra edilməsi buna imkan vermir. Bu səbəbdən bir aylıq kirayə haqqı kimi 4.200 manat məbləğində vəsait tələb edilmişdir (“xxxx” MMC Qiymətləndirmə Şirkətinin rəyinə uyğun olaraq). Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə tikilən evin hansı məqsədlə tikildiyi məlum deyil, məhkəmə araşdırması, tərəflər arasında bağlanmış müqavilə ilə evin fərdi yaşayış üçün, yoxsa kirayə verilməsi məqsədi ilə tikildiyi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi “bir aylıq 4.200 manat kirayə haqqının tutulması” hissəsində öz təsdiqini tapmadığından təmin edilməməlidir.
21. Məhkəmə iddia tələbinin “dəymiş mənəvi ziyana görə 5.000 manat pulun cavabdehdən tutulmasına” münasibətdə qeyd etmişdir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə iddianın təmin hissədə təmin edilməməsi qənaətinə gəlmişdir.
22. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 286,40 manat, hüquqi xidmət xərcinin 350 manat hissəsi, iddiaçı tərəfindən ödənilmiş 1500 manat qiymətləndirmə xərcinin 1.232,60 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli, iddiaçı üzrə ödənilməli olan əlavə 9,67 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat məbləğində pulun 17,80 manatı iddiaçıdan, 82,20 manatı cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməlidir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 152-ci, 385.1-ci, 390.1-ci, 405.1-ci, 421-ci, 442-ci, 448.1-ci, 462-463-cü, 752-753-cü, 762-ci, 1096- 1097-ci, 1115-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77-ci, 80-ci, 88-ci, 103.1-ci, 107-ci, 119.1-ci, 217-218-ci maddələrinə və Azərbaycan Respublikasının Konstitusiya və Ali Məhkəməsinin Plenumunun, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
24. Cavabdeh “ZEYNALLI İNŞAAT” MMC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Cavabdeh apellyasiya şikayətini iddiaya qarşı verdiyi etirazın dəlillərinə uyğun əsaslandıraraq, əlavə olaraq göstərmişdir ki, 3 mərhələ tam ödənilib, 4-cü mərhələ qalıb. Amma şirkət 4-cü mərhələnin ödənişinin məbləğindən də artıq işlər icra edib. 4-cü mərhələnin ödənişi olduqdan sonra artıq orada şpaklovka işləri olmalı, digər üzlüklər, alçipan vurulmalı, santexnika işləri olmalı idi. Şirkət o işləri yerinə yetirib. Lakin həmin 4-cü mərhələnin pulu ödənilməyib. Ona görə də, ev təhvil verilməyib. Bildiriş göndərildiyi andan müqavilə ləğv olunmuş hesab edilir. İddiaçının ustaları orada söküntü işləri aparırdı, ustalarla birlikdə evin hazırki vəziyyətdə, oktyabr ayının 6 və ya 7-də şəkillərini çəkiblər (##.##.2025-ci ildə keçirilən məhkəmə baxış iclasında). Hər iki qiymətləndirmə rəyi ilə razı deyillər, əlavə görülmüş işlər nəzərə alınmayıb. Onların iştirakı təmin edilməyib, rəylərdə məbləğlər fərqlidir. İ mərhələ üzrə 57.000, II mərhələ üzrə 39.000, III mərhələ üzrə 39.900 alınıb. III mərələ üzrə hovuzun mozaykası tamamlanmayıb, çünki hovuz tikilməmişdən əvvəl hovuzda və terrasda artırmalar olunub, su deposu əlavə edilib, evin arxasında əlavə tikintilər olub. 39.900 manatı da həmin tikililərdən beh kimi alıblar. İddiaçı qalanı da hissəvi şəkildə icra etməli idi. Əlavə tikililər şifahi razılıq əsasında aparılıb. Müqavilədə göstərilən vaxtda ödənişlər edilməyib, sonuncu 39.900 manat əlavə görülmüş işlər üzrə ödənilib, III mərhələ üzrə deyil. Ekspert müqavilə üzrə bir kvadratın qiymətini 565 manat yazılıb, amma müqavilə üzrə 650 manatdan hesablanıb. Bütün müştəri görülən əlavə işlərə görə ödənişləri edir, iddiaçı onlara ödəniş etməmək üçün ödənişlərdən yayınıb. 10.000 manat əlavə tikililər üçün ödənilib, IV mərhələ üzrə ödənilməyib. IV mərhələ üzrə layihənin kafel, metlax işləri tamamlanıb, tavan və divarların astar və üzkül işləri tamamlanıb, qalan işlər edilməyib. Hovuz 96 kv.m nəzərdə tutulub, lakin sonradan şifahi razılıqla ölçüləri artırılıb. Məhkəmənin nəzərinə çatdırırlar ki, əlavə işlər görülübdür və həmin işlərin dəyəri ödənilməyibdir. İş üzrə qiymətləndirilmə aparılmışdır. Tərəflərindən təqdim edilmiş sübutlarda görülmüş işlərin dəyəri 245.000 manat müəyyən edilmişdir. İş üzrə təqdim edilmiş rəylərdə isə görülən işlərin 73.000-78.000 manat olduğu müəyyən edilmişdir. Həmin rəylərin heç biri ilə razılaşmırlar. Rəylər işin həqiqi hallarını əks etdirmir. Lakin işə baxan məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Sifarişçi demək olar ki, görülümüş işlərin dəyərini ödəməmişdir. Ödəmək niyyətində də deyil. Podratçı tərəfindən iş hər bir halda qüsursuz icra edilmişdir. Podrat işində heç bir qüsur yoxdur. Podrat işləri müqavilədə nəzərədə tutulan işlərdən artıq görülmüşdür. İddiaçının hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətəndirilməlidir. Məhkəmə qərar qəbul edən zaman yalnız iddiaçının mənafelərini əsas götürmüş, cavabdehin maraqlarını isə nəzərə almamışdır. Məhkəmə hazırki iş üzrə işdə olan sübutlara düzgün hüquqi qiymət verə bilmədiyindən hazırki halda məhkəmənin qətnaməsi qanuni və əsaslı deyil.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin apellyasiya şikayəti işin faktiki hallarını təhrif etmək, birinci instansiya məhkəməsi tərəfindən artıq araşdırılmış və rədd edilmiş əsassız iddialardan ibarətdir. Maddi ziyanın məbləği məhkəmənin təşəbbüsü ilə iki fərqli ekspertiza ilə təsdiq edilib. “xxxx” MMC-nin rəyində (##.##.2025) görülən işlərin dəyəri 78.854 manat müəyyən edilib, “xxxx” MMC-nin təkrar rəyində görülən işlərin dəyəri 83.036,09 manat müəyyən edilib. Müstəqil ekspertiza rəyləri arasındakı rəqəmsal fərqlər qiymətləndirmə metodologiyasının xüsusiyyətləri ilə izah olunur və işin əsas nəticəsinə təsir etmir. Birinci instansiya məhkəməsi mövcud fərqi nəzərə alaraq cavabdeh üçün daha əlverişli olan yanaşmanı seçib. Bu da, məhkəmənin ədalətli və balanslaşdırılmış mövqe tutduğunu sübut edir. Qeyd edir ki, tərəfindən cavabdehə 153.300 manat ödəniş edilmişdir. Məhkəmənin hər iki rəyə istinad edərək aradakı fərqi (70.263,91 manat) maddi ziyan kimi tanıması tam obyektivdir. Məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2025-ci il tarixli rəyi göstərir ki, cavabdeh müqavilə şərtlərini pozub. Belə ki, müqavilədə nəzərdə tutulan bir çox materiallardan istifadə olunmamışdır. Tikilən evin faktiki görünüşü layihəyə uyğun gəlmir (simmetriya pozulub). Cavabdeh Mülki Məcəllənin 762.1-ci maddəsinin (qüsursuz iş görmə öhdəliyi) tələblərini yerinə yetirməyib. Müqavilə öhdəlikləri müəyyən olunan müddətlərdə icra edilməyib. Cavabdeh işlərin ##.##.2024-cü il tarixdə başa çatdığını iddia etsə də, sübutlar bunu təkzib edir. Yaşayış evi, hovuz və qaraj müqavilə müddəti bitsə də, tam və hazır vəziyyətdə təhvil verilməmişdir. Müqavilə məbləğinin (190.000 manat) 80%-dən çoxunu (153.300 manat) qabaqcadan ödəməyinə baxmayaraq, cavabdeh işin heç 55%-ni belə əvvəlcədən şərtləşdirilmiş keyfiyyətə uyğun icra etməmişdir. Cavabdeh 39.900 manat ödənişin əlavə işlər üçün olduğunu iddia edir. Lakin Mülki Məcəllənin 753.2-ci maddəsinə əsasən işin həcmi artdıqda yeni qiymət yazılı şəkildə razılaşdırılmalıdır. Cavabdeh birinci instansiya məhkəməsinə belə bir razılaşmanı təsdiq edən heç bir yazılı sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında cavabdeh nümayəndəsinin izahatları ziddiyyətli olub. Cavabdeh işi onun ödənişi tam etməməyi səbəbindən dayandırdığını bildirir. Lakin işlərin keyfiyyətsiz və yarımçıq olduğunu gördüyü üçün qalan məbləği ödəməkdən imtina etməyi Mülki Məcəllənin 441-ci maddəsinə (qarşılıqlı öhdəliklərin icrası) tam uyğundur. İşlər ##.##.2024-cü ildə tam hazır təhvil verilməli idi. Cavabdeh gecikməni ödənişin edilməməsi ilə bağlasa da, məhkəmə müəyyən etmişdir ki, o, müqavilə məbləğinin 80%-dən çoxunu ödəmiş, amma cavabdeh işin heç 55%ni belə keyfiyyətlə icra etməmişdir. Məhkəmə tərəfindən dəbbə pulunun 3.192 manat məbləğində təmin edilməsi tam obyektivdir. Bildirir ki, tikinti işlərini maliyyələşdirmək üçün ipoteka krediti götürmüş, “Zeynallı İnşaat” MMC-yə ödənilmiş, lakin cavabdeh tərəfindən icra olunmamış işlərə görə, hazırda banka həm əsas borc, həm də faiz ödənişləri edir. Bu səbəbdən məhkəmənin müəyyən etdiyi dəbbə pulu həm də cavabdehin yaratdığı əlavə maliyyə yükünün də nəticələrini əks etdirir və bu baxımdan müəyyən edilmiş məbləğ ədalətli və əsaslıdır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin olunmasını nəzərə alaraq, çəkdiyi xərclərin cavabdehdən tutulmasını düzgün müəyyən etmişdir: Yuxarıda göstərilənləri nəzərə alaraq, birinci instansia məhkəməsinin qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılması və cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin və apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat vermiş, əlavə olaraq da bildirmişdir ki, cavabdeh təşkilatın əlavə tikdiyini iddia etdiyi işlərin hər biri ilkin müqavilədə var idi. Onların məqsədi məhkəməni yanıltmaqdır. Müqavilədən kənar yalnız balkon hissə artırılıb. Həmin işin görülməsi üçün əlavə olaraq 6.500 manat pul ödəmişdir. Bunu təsdiq edən qəbz mövcuddur. Qəbzin üzərində ödənişin hansı iş üçün həyata keçirilməsi qeyd olunub. Qeyd etdikləri digər işlər müqavilənin predmeti hissəsində nəzərdə tutulub. 24kv.metr hovuzun 12 kv.metr hissəsinin ödənişini etmiş, 12 kv.metr hissəsi hədiyyə olunmuşdur. Ekspert rəyi ilə təsdiq olunur ki, ev qüsurlu tikilib, materialların hamısından istifadə edilməyib və müqavilədən kənar tikili yoxdur. Müqaviləyə əsasən cavabdeh şirkət 2 mərtəbəli ev, hovuz və qaraj tikməli idi. İşlər 11 aya görülməli, 2024-cü ilin may ayında bitməli idi. Təmir şirkəti işlərin 50 faizini icra edib. 153.000 manat nağd pul ödəmişdir. Cavabdeh təşkilat əlavə işlər gördüyünü bildirsə də, bunu heç nə ilə təsdiq edə bilmir. Ev hazırda təmir edilib. Ekspert rəy verən zaman ev yarımçıq vəziyyətdə idi, təmir edilməmişdi. İşlər 4 mərhələdə icra olunmalı idi. Hər dəfə söz verirdilər ki, işləri yekunlaşdıracaqlar. Son mərhələdə pulun bir hissəsini ödəməmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
28. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən cavabdeh “ZEYNALLI İNŞAAT” MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır; 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir; 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır; 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur; 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur; 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir;
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
32. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Apellyasiya şikayətində qətnamənin ləğv edilib, iddianın rədd edilməsi xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin və ona etirazın dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilərək, həmin hissədə iddianın rədd edilməsinə, habelə həmin hissədə qətnamənin dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında ##.##.2023-cü il tarixdə podrat müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh “Zeynallı İnşaat” MMC iddiaçı İddiaçı sifarişi əsasında sonuncuya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlan, **** saylı torpaq sahəsində iddiaçının göstərdiyi yerdə layihə əsasında (Əlavə № *), çöl divardan - çöl divara ümumi sahəsi 301 kv.m olmaqla, (234 kv.m ev, evə bitişik olan 48 kv.m terras, 19 kv.m balkon və pilləkən hissə), 6x4 ölçüdə (24 kvadrat) skimmer hovuz (tam təmirli-istifadəyə hazır, 12 kvadrat hədiyyə) və 9 x 4 ölçüdə qarajın tikinti və təmir işlərini həyata keçirməyi, iddiaçı isə ümumilikdə 190.000 manat pulun ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Fərdi yaşayış evinin tikintisi üçün 190.000 manat məbləğin 9.600 manatı Qaraj, 7.800 manatı Hovuz, geridə qalan 172.600 manatı isə layihənin tikintisini əhatə edir. İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ilkin olaraq (avans), bu müqavilə bağlandığı anda 50.000 manat pulu ödəməlidir, ödənişin qalan hissəsi mərhələli olaraq 56.000 manat, 42.000 manat və yenidən 42.000 olan hissələrlə ödənilir. İşlərin ##.##.2023-cü il tarixdə başlanması, ##.##.2024-cü il tarixdə isə başa çatması razılaşdırılmışdır. Tərəflər həmçinin, həmin müqaviləyə əlavələr edərək, * saylı Əlavə ilə bağ evinin planı, * saylı Əlavə ilə qiymətlərin razılaşdırma protokolu (smeta) və * saylı əlavə olan layihə üzrə görüləcək işlərin plan-qrafiki barədə razılaşmışlar. Sonuncu əlavə üzrə görüləcək işlərin 4 mərhələ üzrə həyata keçirilməsi, hər mərhələ üzrə müvafiq olaraq 57.000 manat, 39.900 manat, 39.000 manat və 53.200 manat ödənişin edilməsi nəzərdə tutulmuşdur.
36. Hazırda iddiaçı fərdi yaşayış evinin tikintisinin ##.##.2024-cü il tarixdə başa çatmalı olmasına baxmayaraq, nəinki bu tarixdə, hətta bundan sonra da cavabdehin təqsiri üzündən yekunlaşmadığını, tərəfindən cavabdehə ümumilikdə 153.300 manat məbləğində pulun ödənildiyini, lakin görülmüş işlərin həcminin məbləğ etibarı ilə qat-qat aşağı olduğunu, işlərin ümumiyyətlə qüsurlu icra edildiyini əsas gətirərək, hazırki iddia ilə məhkəmə müraciət etmişdir.
37. Cavabdeh isə iddianı qəbul etmir, razılaşdırılmış 4 mərhələnin İ, II, III mərhələləri üzrə işlərin tam, IV mərhələ üzrə işlərin bir qisminin icra edildiyini, IV mərhələ üzrə ödənişin edilməməsi səbəbindən tikintinin vaxtında başa çatdırılmadığını, daha sonra isə iddiaçı tərəfindən ancaq İ və II mərhələ üzrə ödənişlərin edildiyini, 39.900 manatın III mərhələ üzrə deyil, tərəflərindən əlavə görülmüş işlərə görə, 10.000 manatın isə IV mərhələr üzrə deyil əlavə tikililər üçün ödənildiyini, məhkəmə tərəfindən ünvanda görülmüş əlavə işlərin, tikililərin nəzərə alınmadığını, “xxxx” MMC-nin qiymətləndirmə rəyinə əsasən torpaq sahəsində görülmüş işlərinin dəyərinin 245.000 manat həcmində olduğunu bildirir.
38. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Bu sahəni tənzimləyən qanunvericilik podratçı tərəfindən podratın nəticələrinin qüsursuz icra edilməsi vəzifəsini təsbit etmiş, eyni zamanda, qüsurlara bərabər tutulan və qüsurlardan azad hesab edilən podratın nəticələrini ayırd etməklə, həmin nəticəyə uyğun olaraq tərəflərin mümkün davranışlarını, habelə hüquq və vəzifələrini müəyyən etmişdir.
39. Bu kontekstdə məhkəmə kollegiyası vurğulayır ki, podrat müqaviləsinə * saylı əlavə ilə layihə üzrə görüləcək işlər 4 mərhələyə bölünməklə, hər mərhələ üzrə görüləcək işlər və ödəniləcək məbləğlər (İ mərhələ 57.000 manat, II mərhələ 39.900 manat, III mərhələ 39.900 manat və IV mərhələ 53.200 manat) müəyyən edilmiş və iddiaçı tərəfindən cavabdehə hər üç mərhələ üzrə ümumilikdə 136.800 manat, 4-cü mərhələ üzrə 10.000 manat və balkon tikintisi üçün əlavə 6.500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdeh tikinti və təmir işlərini ##.##.2024-cü il tarixdə başa çatdırmalı olmasına baxmayaraq, işləri nəinki bu tarixdə, hətta bundan sonra da yekunlaşdırmamışdır. Bununla belə, işlər mərhələli şəkildə həyata keçirilmiş və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı IV mərhələ üzrə 10.000 manat ödəniş edilməsinə baxmayaraq, III mərhələ də tam yekunlaşmamışdır. Cavabdeh özü də apellyasiya şikayətində III mərhələ üzrə hovuzun mozaykasının tamamlanmadığını etiraf etmişdir. Öhdəliyin icrası müddətinin ##.##.2024-cü il tarixdə bitməli olmasına baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi tam və qüsursuz icra etməmiş, o cümlədən işlərin vaxtında görülməsini təmin etməmişdir. Tərəflər arasında öhdəliyin icrası müddətinin uzadılması barədə razılıq da olmamışdır. Cavabdeh işlərin sonuncu mərhələ üzrə ödənişlərin edilməməsi səbəbindən gecikdiyini bildirsə də, əvvəlki işin nəticəsinin qüsurlu olması (müqavilədə göstərilən bəzi tikinti materiallardan istifadə olunmadığı, inşa olunan tikililərin qismən ölçülərdə fərqlərin olduğu, yaşayış evinin faktiki olaraq semmetrik görünüşünün layihəyə uyğun gəlmədiyi) müəyyən edilmişdir (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2025-ci il tarixli **/****-*/**** nömrəli rəyinə əsasən). Birinci instansiya məhkəməsindəki icraat zamanı məhkəmə iclasında cavabdeh tərəf ilkin olaraq hər üç mərhələ üzrə ödənişin tam edildiyini qeyd etsə də, sonradan 39.000 manatın III mərhələ üzrə deyil, görülmüş əlavə işlər (artımlar, tikililər və s.) üçün ödənildiyini bildirmiş, bununla da biri-birinə zidd olan izahatlar vermişdir. Hazırki apellyasiya şikayətində də eyni qaydada ziddiyyətli dəlillər irəli sürmüşdür.
40. Hər bir halda, 39.000 manat əlavə işlərin dəyəri qismində ödənilsə idi, ilk növbədə bu hal ödəniş qəbzində, yəni bu məbləğin məhz əlavə işlərin dəyəri olaraq ödənildiyi öz təsdiqini tapardı. Lakin III mərhələnin dəyəri ilə üst-üstə düşən bu məbləğin məhz görülmüş əlavə işlərin dəyəri olduğunu təsdiq edən hər hansı sübut mövcud deyil.
41. İddiaçıya məxsus ünvanda əlavə tikililərin inşa edilməsi və hovuzun sahəsinin artırılması ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilədə 24 kv.m sahəli hovuzun 12 kv.m sahəsinin hədiyyə olduğu birbaşa göstərilmiş, həmçinin iddiaçı eyvanın tikintisi üçün əlavə 6.500 manat ödəniş etməsi barədə sübut təqdim etmişdir. Lakin cavabdeh tərəfindən ümumiyyətlə hər hansı əlavə tikintinin inşa edilməsi, o cümlədən əlavə işlərin görülməsi müəyyən edilmir. Cavabdeh bu mövqedən çıxış etsə də, aralarında bununla bağlı hər hansı formada (şifahi və ya yazılı) razılaşmanın mövcud olmasını sübuta yetirə bilmir. Hər bir halda, belə bir razılaşma olsa idi, müqavilə tərəfi olaraq ilk növbədə iddiaçının bu barədə məlumatı və ən əsası da buna razılığı olardı. Cavabdeh də tərəfindən görüləcək hər bir işi yazılı şəkildə razılaşdırdığı bir halda, belə bir razılaşmanı da yazılı şəkildə bağlayardı. Görünən odur ki, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməyən, ödənilən məbləğin dəyərinə uyğun şəkildə işləri yerinə yetirməyən cavabdeh, nəinki razılaşdırılmamış, ümumiyyətlə öz təsdiqini tapmayan hansısa əlavə işlərin yerinə yetirildiyini, hətta ödənişin bir hissəsinin də məhz bu məqsədlə həyata keçirildiyini iddia edir. Halbuki, əlavə işləri görmək qabiliyyətinə malik olan bir cəmiyyət olaraq, cavabdeh ilk növbədə müqavilədən irəli gələn və razılaşdırılmış işləri görməli idi.
42. Ümumiyyətlə iddiaçının mövqeyinə əsasən cavabdeh ona xeyli məbləğdə əlavə pul da ödəməlidir. Lakin bu mövqedən çıxış etsə də, cavabdeh iddiaçıya qarşı pul tələbini irəli sürmür, ondan hər hansı məbləğdə vəsait tələb etmir. Belə çıxır ki, cavabdeh aldığı 153.200 manat məbləğində pul müqabilində 245.000 manat dəyərində (daha yüksək məbləğdə) iş görmüş, lakin gördüyü işin dəyərini tam almasa da, nə az, nə çox (245.000 – 153.200 = 91.800) 91.800 manat qalıq dəyəri tələb etmir. Hər bir halda, cavabdeh xeyriyə cəmiyyəti deyil, əsas məqsədi gəlir əldə etməkdən ibarət olan məhdud məsuliyyətli cəmiyyətdir, görülməli olan işləri və onların dəyərini tam təfərruatı ilə müqavilə və ona əlavələrdə göstərmişdir. Halbuki, 91.800 manat dəyərində işləri görüb onun pulunu tələb etməyən bir cəmiyyət olaraq, ümumiyyətlə müqavilə bağlamamalı, gəlib tikinti və təmir işlərini görüb, sonda da görülmüş işlərin dəyərini iddiaçının mülahizəsinə buraxmalı idi. Bu səbəbdən cavabdehin bu yanaşmasının özü onun mövqeyinin nə dərəcədə əsassız olduğunu və həqiqəti əks etdirmədiyini təsdiq edir.
43. Göstərilənlərə əsasən məhkəmə araşdırmasının predmeti məhz müqavilə və ona edilmiş əlavələr üzrə görülmüş işlər olmuşdur. Məhkəmə kollegiyası xüsusilə onu da qeyd edir ki, mövcud vəziyyətdə bu qaydada (bu barədə hər hansı razılaşmanın olmadığı bir halda) hər hansı işlər görülmüşdürsə də (halbuki, görülməmişdir) həmin işlər bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri baxımından müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər olduğundan iddiaçı ümumiyyətlə onların dəyərini ödəmək öhdəliyi daşımır. Hətta iddiaçının tələbi ilə cavabdeh belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, iddiaçı onları cavabdehin özünün hesabına da aradan qaldıra bilər.
44. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus ünvanda cavabdeh tərəfindən görülmüş işlərin müəyyənləşdirilməsi məqsədilə iki dəfə qiymətləndirilmə həyata keçirilmişdir. “xxxx” MMC Qiymətləndirmə Şirkətinin ##.##.2025-ci il tarixli qiymətləndirmə hesabatına əsasən mübahisəli ünvanda iddiaçıya məxsus olan torpaq sahəsi üzərində inşa olunan tikilillərə, tikintisi və təmiri üçün sərf edilmiş xərc 78.854 manat, “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli qiymətləndirmə hesabatına əsasən isə həmin torpaq sahəsi üzərində tikililərə sərf edilmiş tikinti və təmir xərci 83.036,09 manat təşkil edir. İddiaçı da birinci rəyə uyğun maddi zərərin əvəzi kimi cavabdehdən pul tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi isə cavabdehin mənafeyinə uyğun olaraq, tikinti və təmir işlərinin dəyərini “xxxx” MMC-nin hesabatına uyğun olaraq 83.036,09 manat məbləğində müəyyən etmişdir. Nəticədə, məhkəmə iddiaçının etdiyi ödənişlərdən görülmüş işlərin dəyərin çıxmaqla, iddiaçıya dəymiş ziyanın həcmini hesablamış və bu zaman da xərclərin nisbətən yüksək müəyyən edildiyi (daha çox cavabdehin maraqlarına uyğun olan) rəydə göstərilən xərc məbləğini, yəni 83.036,09 manatı əsas götürərək, maddi zərəri (153.300-83.036,09 = 70.263,91) 70.263,91 manat məbləğində müəyyən etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası maddi ziyana münasibətdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.
45. Apellyasiya şikayəti 3.192 manat dəbbə pulunun tutulması hissəsində əsaslandırılmasa da, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə işlərinin vaxtında yerinə yetirilməməsinə görə müqavilənin gecikən mərhələsinin hər gün gecikdirdiyi üçün 0,2%, yəni 106,40 manat (53200x0,2%) dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. İş materialları, ekspert və mütəxəssis rəyi ilə cavabdeh tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin tam və vaxtında icra edilmədiyi müəyyən edilir. Hazırda iddiaçı 54 gün üçün, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan müddət üçün 5.745,60 manat dəbbə pulunun ödənilməsini tələb etsə də, birinci instansiya məhkəməsi cəriməni azaldaraq 3.192 manat (30 gün x 106,4) məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası tərəfindən bu məbləğin bir qədər də dəyişdirilməsi (azaldılması) üçün heç bir əsas müəyyən edilməmişdir.
46. Məhkəmə kollegiyası məhkəmə xərcləri ilə bağlı hissədə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bu xərcləri iddianın təmin edilmiş hissəsinə mütənasib hesab edir.
47. Məhkəmə kollegiyası iddiaçının xüsusi qərardad çıxarılması ilə bağlı vəsatətinə münasibətdə qeyd edir ki, xüsusi qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Lakin məhkəmə kollegiyası hazırki iş üzrə xüsusi qərardadın çıxarılması üçün hər hansı əsas müəyyən etməmişdir.
48. Məhkəmə kollegiyası yuxarıda sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh “ZEYNALLI İNŞAAT” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsi cavabdeh “ZEYNALLI İNŞAAT” MMC-nin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh “ZEYNALLI İNŞAAT” MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.