Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1622/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər: X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Əhməd oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə və iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borc məbləğinin qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə birləşdirilmiş icraatda Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dair iş üzrə İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 40.000 manat borcun, vəkilə ödənilmiş 326 manat və 211 manat məbləğində dövlət rüsumunun tutulub, iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında notarial qaydada bağlanmış ##.##.2025-ci il tarixli borc müqaviləsinə əsasən cavabdehə 40.000 manat məbləğində borc verilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, borcun ödənilməsinə dair iddiaçı tərəfindən edilmiş müraciətləri isə cavabsız qoymuşdur. Belə olan halda iddiaçı borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim İ.Qaralov) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 40.000 manat məbləğində pul, 326 manat vəkil xərci və 211 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında cavabdehə ##.##.2025-ci il tarixədək qaytarmaq şərtilə 40.000 manat məbləğində borc verilməsi hazırkı iş üzrə mötəbər sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır. Hər bir tərəfin öz tələb və etirazlarının əsaslandığı halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduqları barədə mülki prosessual qanunvericiliyin tələbinə əsasən, iddiaçı tərəfindən cavabdehə 40.000 manat məbləğində pulun borc kimi verilməsi faktı öz təsdiqini tapdığından, pulu qaytarmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmək vəzifəsi cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddia ərizəsi və məhkəmə bildirişini almasına, məhkəmə iclaslarından xəbərdar olmasına, hətta elektron kabineti vasitəsilə işin aidiyyəti kommersiya məhkəməsinə göndərilməsinə dair vəsatət və vəsatətin təmin edilməməsi barədə məhkəmə qərardadından şikayət verməsinə baxmayaraq, nə iddia ərizəsinə əsaslandırılmış etirazını, nə də borcdan hər hansı bir məbləğdə ödəniş etməsinə dair dəlillərini və ya bu dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti üzrə cavabdeh öz öhdəliyini pozduğundan, iddia təmin edilməli, cavabdeh Cavabdeh 40.000 manat məbləğində pul, 326 manat vəkil xərci və 211 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İddiaçı verilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:
5. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında ##.##.2025-ci il tarixdə borc müqaviləsi bağlanmış və müqavilə Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən reyestrdə 3M-*** nömrə ilə qeyd olunmaqla təsdiq edilmişdir. Müqaviləyə görə, iddiaçı 40.000 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsi ilə cavabdehə verməyi, cavabdeh isə həmin pulu ##.##.2025-ci il tarixədək qaytarmağı öhdəsınə götürmüşdür. Müqavilə müddəalarından müəyyən olunur ki, ilkin olaraq iddiaçı tərəfindən borc məbləği notariusun depozit hesabına mədaxil etməli, cavabdeh isə həmin borcu hesabdan məxaric etməli idi. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə işə baxarkən göstərilən halları (iddiaçı tərəfindən pulun notariusun depozit hesabına ödənilib-ödənilməməsini, cavabdehin isə pulu hesabdan çıxarıb-çıxarmamasını) araşdırmamışdır. Digər tərəfdən, iddiaçı cavabdehdən hüquqi yardıma görə 326 manat xərcin ödənilməsini tələb etsə də, həmin vəsaitin kimin hesabına ödənildiyi məlum deyil. Həmin vəsait müəyyən kart hesabına ödənilmişdir ki, həmin kart məlumatlarının kimə məxsus olması aydın görünmür. Beləliklə, məhkəmə həqiqətə nail olamaq, iş üzrə qanuni və əsaslı qətnamənin qəbul edilməsindən ötrü, cavabdeh tərəfindən iddiaçıdan borcun alınıb-alınmamasını və s. məsələləri müəyyən etməli idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi işi ətraflı araşdırmamış, nəticədə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. İddiaçı ilə cavabdeh 40.000 manat məbləğində pulun borc şəklində cavabdehə verilməsi barədə razılığa gəlsələr də, iddiaçı tərəfindən öhdəliyin icra edilməsi, başqa sözlə borcun həqiqətən cavabdehə verilməsi məlum deyil. İstisna olunmur ki, borc müqaviləsi bağlansın, lakin borc cavabdehə ödənilməsin. Belə olduğu təqdirdə, cavabdehin iddiaçı qarşısında öhdəliyi (borcun qaytarılması) yarana bilməz. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək, hüquq normasının pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız iddiaçının nümayəndəsinin izahatına və özünün subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə dair iş üzrə
İşin halları, iş üzrə məhkəmə icraatı:
7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borc məbləğinin qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 110.000 manat borcun, vəkilə ödənilmiş 326 manat və 401 manat məbləğində dövlət rüsumunun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə aralarında notarial qaydada bağlanmış ##.##.2025-ci il tarixli borc müqaviləsinə əsasən sonuncuya 110.000 manat borc verilmişdir. Cavabdehlə aralarında borc müqaviləsi Bakı şəhəri Binəqədi rayonunda yerləşən ** saylı Notariat ofisində bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürmüş öhdəliyi lazımı qaydada icra etməmiş, tərəfindən olunmuş borcunun ödənilməsinə dair müraciətləri cavabsız qoymuşdur. Belə olan halda borcun alınmasına dair iddia ərizəsilə məhkəməyə müraciət etməli oldu.
Birinci instansiya məhkəməsində icraat:
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi ilə (hakim E.Vəliyeva) iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh 110.000 manat məbləğində pulun, hüquqi yardım üçün ödənilmiş 326 manat pulun və ödənilmiş 401 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
10. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsi ilə bağlı razılıq əldə edilmiş, nəticədə iddiaçı tərəfindən cavabdehə borc pul verilmişdir. İddiaçı tərəfindən cavabdehə 110.000 manat məbləğində pulun ##.##.2027-ci il tarixədək qaytarmaq şərtilə verilməsi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı məhkəməyə borc müqaviləsini təqdim etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri:
11. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında ##.##.2025-ci il tarixdə borc müqaviləsi bağlanmış və müqavilə Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu Məmmədov İlqar Aydın oğlu tərəfindən reyestrdə 3M-151 nömrə ilə qeyd olunmaqla təsdiq edilmişdir. Müqaviləyə görə, iddiaçı 110.000 manat məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə həmin pulu/borcu ##.##.2027-ci il tarixədək qaytarmağı öhdəsınə götürmüşdür. Müqavilə müddəalarından müəyyən olunur ki, ilkin olaraq iddiaçı tərəfindən borc məbləği notariusun depozit hesabına mədaxil edilməli, cavabdeh isə həmin borcu hesabdan məxaric etməli idi. Bundan əlavə, borcun qaytarılma müddəti ##.##.2027-ci il tarixədək müəyyən edildiyi halda, iddiaçı həmin müddət tamam olmamış, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə işə baxarkən göstərilən halları iddiaçı tərəfindən pulun notariusun depozit hesabına ödənilib-ödənilməməsini, cavabdehin isə pulu hesabdan çıxarıb-çıxarmamasını və s.) araşdırmamışdır. Digər tərəfdən, iddiaçı cavabdehdən hüquqi yardıma görə 326 manat xərcin ödənilməsini tələb etsə də, həmin vəsaitin kimin hesabına ödənildiyi məlum deyil. Həmin vəsait müəyyən kart hesabına ödənilmişdir ki, həmin kart məlumatlarının kimə məxsus olması aydın görünmür. Beləliklə, məhkəmə həqiqətə nail olmaq, iş üzrə qanuni və əsaslı qətnamənin qəbul edilməsindən ötrü, cavabdeh tərəfindən iddiaçıdan borcun alınıb-alınmamasını və s. məsələləri müəyyən etməli idi. Göründüyü kimi, birinci instansiya məhkəməsi işi ətraflı araşdırmamış, nəticədə qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Tərəflər arasında bağlanmış borc müqaviləsindən göründüyü kimi, tərəflər öhdəliyin icrası müddətini (##.##.2027-ci il tarixədək) dəqiq təyin etmişlər. Bu mənada iddiaçı həmin müddət çatanadək onun icrasını tələb edə bilməz. İddiaçı ilə cavabdeh 110.000 manat məbləğində pulun borc şəklində cavabdehə verilməsi barədə razılığa gəlsələr də, iddiaçı tərəfindən öhdəliyin icra edilməsi, başqa sözlə borcun cavabdehə verilməsi məlum deyil. İstisna olunmur ki, borc müqaviləsi bağlansın, lakin borc cavabdehə ödənilməsin. Belə olduğu təqdirdə, cavabdehin iddiaçı qarşısında öhdəliyi (borcun qaytarılması) yarana bilməz. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməyərək, hüquq normasının pozuntusuna yol vermişdir. Birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, yalnız iddiaçının izahatına və özünün subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Məhkəmə cavabdehin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş və çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin icraatında olan, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borc məbləğinin qaytarılması tələbinə dair” *(*-*)-****/**** saylı mülki iş, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “borc müqaviləsi üzrə pul tələbinə dair” 2(3-6)- ****/**** nömrəli mülki işlə bir icraatda birləşdirilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
15. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəmələrinin qətnamələrinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər.
Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı işdə iddia tələbləri təmin edildiyindən və qətnamələr cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamələrin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamələr dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin hallarından görünür ki, tərəflər arasında hazırkı mübahisənin yaranmasına səbəb olan iki notarial qaydada bağlanmış müqavilə mövcuddur.
23. Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixli, 3M-*** reyestr nömrəli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 40.000 məbləğində pul borc vermiş, borc alan Cavabdeh isə krediti ##.##.2025-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər.
24. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, borc müqaviləsi üzrə öhdəliyin 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir.
25. Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu Məmmədov İlqar Aydın oğlu tərəfindən təsdiq edilmiş ##.##.2025-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh ##.##.2027-ci il tarixədək qaytarmaq şərtilə 110.000 manat borc vermişdir.
26. İddiaçı tərəfindən Cavabdeh məktub ünvanlanaraq 110.000 manat məbləğində borcu qaytarmaq üçün 3 gün vaxt verilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
27. İddiaçı hazırkı iddia tələblərində müqavilələr üzrə ödənilməmiş borcun cavabdehdən tutulmasını xahiş etmişdir.
28. Məhkəmə kollegiyası iddia tələblərinin təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəmələrinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutları – qanunvericiliyin tələbinə əsasən tərtib edilmiş, notarial qaydada təsdiq edilmiş müqavilələri məhkəməyə təqdim etmişdir, bununla da iddia tələblərini sübut etmişdir.
29. Mülki Məcəllənin 739.2-cü maddəsinin tələbinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
30. Cavabdeh tərəfindən müqavilələr üzrə götürülmüş borcun ödənilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
31. Cavabdehin hər iki iş üzrə apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, mübahisə predmeti olan müqavilələr üzrə verilmiş pulun həqiqətən faktiki olaraq cavabdeh tərəfindən götürülüb-götürülməməsi araşdırılmamışdır.
32. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı İddiaçı ilə Cavabdeh arasında bağlanmış, reyestrdə 3M-151 nömrə ilə qeyd edilmiş ##.##.2025-ci il tarixli borc müqaviləsinin predmetini təşkil edən 110.000 manat məbləğində pul vəsaitinin borc verən İddiaçı tərəfindən notariusun depozit hesabına köçürülüb-köçürülməməsi, habelə həmin pul vəsaitinin borc alan Cavabdeh tərəfindən notariusun depozit hesabı vasitəsilə qəbul edilib-edilməməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi məqsədilə Bakı şəhəri ** saylı Notariat Ofisinə sorğu göndərilmişdir.
33. Həmçinin, işə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı İddiaçı ilə Cavabdeh arasında bağlanmış, reyestrdə 3M-*** nömrə ilə qeyd edilmiş ##.##.2025-ci il tarixli borc müqaviləsinin predmetini təşkil edən 40.000 manat məbləğində pul vəsaitinin borc verən İddiaçı tərəfindən notariusun depozit hesabına köçürülüb-köçürülməməsi, habelə həmin pul vəsaitinin borc alan Cavabdeh tərəfindən notariusun depozit hesabı vasitəsilə qəbul edilib-edilməməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi məqsədilə Bakı şəhəri ** saylı Notariat Ofisinə sorğu göndərilmişdir.
34. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri ** saylı Notariat Ofisinin ## ### 2026-cı tarixli, **** nömrəli məktubu ilə 3M-*** nömrə ilə qeyd edilmiş ##.##.2025-ci il tarixli borc müqaviləsi və müqaviləyə əlavə edilmiş sənədlərin surətləri təqdim edilmişdir. Məktuba əlavə edilmiş “xxxx” ASC tərəfindən təqdim edilmiş çıxarışdan görünür ki, ##.##.2025-ci il tarixdə ***********/********* nömrəli sənəd üzrə ##.##.2025-ci il tarixli borc müqaviləsi üzrə 40.000 manat hesaba daxil edilmişdir. Məktuba həmçinin, Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən “xxxx” ASC-nin ** saylı şöbəsinə ünvanlanmış məktub da əlavə edilmişdir. Məktubda qeyd edilir ki, borc müqaviləsi üzrə ödənilməli olan 40.000 manat məbləğində pul müvafiq müqavilə təsdiq edildikdən sonra Cavabdeh (FİN: *******) verilməsi üçün bankda olan AZ**AIIB******G************* nömrəli depozit hesabına qəbul edilməsi xahiş edilmişdir.
35. Məhkəmənin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin ## #### 2026-cı tarixli, *-**-*-***/*-******/**** nömrəli məktubu ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış, reyestrdə 3M-151 nömrə ilə qeyd edilmiş ##.##.2025-ci il tarixli borc müqaviləsi və müqavilə ilə əlaqədar sənədlər təqdim edilmişdir. Məktuba əlavə edilmiş müqavilənin surətində Cavabdeh xətti ilə yazılmış qeydlərdən görünür ki, Cavabdeh borc müqaviləsinin iradəsinə uyğun olmasını, pulu aldığını, borcu qaytarmadığı təqdirdə notariusun icra qeydi əsasında tutulması ilə bağlı qanunun tələblərinin ona izah olunduğunu təsdiq etmişdir.
36. Məktuba həmçinin tərəflərin ərizələri, pul vəsaitinin bankda olan AZ**AIIB******************** nömrəli depozit hesabına qəbul edilməsi ilə bağlı Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu İ.A.Məmmədov tərəfindən “xxxx” ASC-nin ** saylı şöbəsinə ünvanladığı ərizələri əlavə edilmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş sənədlərdən də göründüyü kimi, hər iki müqavilə üzrə pul vəsaitləri İddiaçı tərəfindən notariat ofislərinin depozit hesablarına köçürülmüş, bundan sonra Cavabdeh tərəfindən qəbul edilmişdir.
38. Belə olan halda iddiaçı İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bildiyi halda, cavabdeh Cavabdeh pul vəsaitini qəbul etmədiyi barədə dəlillərini təsdiq edən sübutları, həmçinin iddiaçıya hər hansı borcunun olmaması və s. ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
39. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin tərəflərin öhdəliyin icrası müddətini ##.##.2027-ci il tarixədək təyin etmələri, bu mənada iddiaçının həmin müddət çatanadək onun icrasını tələb edə bilməməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış birinci müqavilə (40.000 manatla bağlı) üzrə müqavilənin cavabdeh tərəfindən icra olunma müddəti (##.##.2025-ci il tarixədək) başa çatmasına baxmayaraq, müqavilə üzrə cavabdeh tərəfindən götürülmüş öhdəlik yerinə yetirilmədiyinə görə iddiaçı ikinci müqavilə üzrə müqavilənin icra müddəti başa çatmamış (cavabdehin bu cür davranışı nəzərə alınaraq) iddia qaldırmaqda haqlı olmuşdur.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
41. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
42. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il ## #### tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probatio (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Makhmudov v. Russia, № 35082/04, § 68, ## #### 2007-ci il).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında da göstərilmişdir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətlərinin dəlilləri olaraq qeyd etdiyi hallar qətnamələrin ləğvinə əsas vermir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Məmməd Məmmədov