Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1635/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: istehlakçı hüquqlarının müdafiəsi, maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edə və məruzəçi), Mərdanova Xumar Afət qızı və X3 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh X6rşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Satış qəbzindən görünür ki, iddiaçı Cavabdeh MMC-dən ##.##.2025-ci il tarixdə, saat 19:44-də 1 ədəd 5,88 manat dəyərində “Oven ballı rulet” adlı məhsul almışdır.
2. “X2” MMC tərəfindən istehsal olunan 6,90 manat dəyərində olan “Ballı rulet” adlı məhsulun paketlənmə tarixi ##.##.2025-ci il, son istifadə tarixi isə ##.##.2025-ci il qeyd olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh X6rşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-dən iddiaçıya və ailə üzvlərinə vurulmuş 900 manat mənəvi, 100 manat maddi zərərin, habelə 30 manat dövlət rüsumunun tutularaq ümumilikdə 1030 manat məbləğin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi, iş üzrə müəyyən edilmiş hallarla bağlı səlahiyyətli inzibati orqanlara məlumat verilməsi məsələsinə hüquqi qiymət verilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il saat 19:40 radələrində Bakı şəhəri Xəzər rayonu binə qəsəbəsi ərazisində yerləşən Tamstor adlı marketdən bir neçə yeyinti məhsulu almışdır. Bişinti məhsullarına baxan işçidən iddiaçıya şirniyyat məhsulu verməsini xahiş edib. O da "Oven" ballı rulet şirniyyatını məsləhət bilib və iddiaçıya təqdim edib. Həmin vaxt işdən çıxıb evə getdiyi üçün yorğun olub, mağazanın işçisinə və marketlər şəbəkəsi olmasına etibar edib məhsulun istifadə müddətinə baxmayıb və məhsulların kassada ödənişini edib evə gəlib. Elə həmin gün axşam az yaşlı uşaqları həmin şirniyyatı yemişlər. Gecə saatlarında az yaşlı qızının qarnı ağrımış və getdikcə bədənində qızartılar yaranmışdır. Yoldaşı tibb işçisi olduğundan dərhal müdaxilə etmişdir. Ancaq uşağın bədənindəki qızartılar getməmişdir. Onlar bunun nədən olduğunu bilmirdilər. Tanış bir neçə həkimdən məsləhət alıblar onlar qan analizi verilməsini məsləhət biliblər. Ancaq maddi vəziyyəti imkan vermədiyindən analizlərə apara bilməyib. Səhəri gün evin zibil paketlərini yandıraraq məhv edib bu zaman aldığı həmin şirniyyatın paketini görüb. Anidən gözünə paketin üzərində olan istehsal tarixi görünüb. İddiaçı həmin paketin üzərinə baxdıqda aşkar edib ki, məhsulun istifadə müddəti ##.##.2025-ci il tarixdə bitmişdir. Ancaq istifadə müddəti bitməsinə baxmayaraq, ##.##.2025-ci il saat 19:40 radələrinə qədər satışdan çıxarmayaraq iddiaçıya satış etmişlər. İddiaçı həmin gün marketə gedib marketin şirniyyat yerinə baxdıqda görüb ki, eyni məhsuldan yəni ##.##.2025 tarixində istifadə müddəti bitmiş Oven ballı şirniyyatdan hələ də satışda var. İddiaçı həmin vaxt mağaza işçisini çağırıb öz iradını bildirib. İşçi ona heçnə olmamış kimi cavab vermişdir. İddiaçı Tamstoer Marketlər şəbəkəsinin "Facebook" səyfəsində olan elektron ünvanına yazaraq iradını bildirib və onlardan bu məhsulun Sertifikatını tələb edib. Ancaq hələ də Sertifikatı təqdim etməyiblər. Bu hadisə az yaşlı uşağının zəhərlənməsi ilə nəticələnərək iddiaçı və ailə üzvləri əsəb stres keçirmiş və bu onlara çox böyük mənəvi təsir etmişdir. Odur ki, cavabdehin iddiaçıya və ailə üzvlərinə vurduğu maddi və mənəvi ziyanı min (1000) manat qiymətləndirərək ödənilməsini tələb edir.
5. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia edilən zəhərlənmə faktını təsdiq edən hər hansı sübutun təqdim edilmədiyi müəyyən edilir. Qida zəhərlənməsi faktının mövcudluğunun təsdiqi üçün epikriz, təcili tibbi yardım müraciəti barədə qeydlər, laborator müayinələrin nəticələri, toksikoloji analizlər və ya tibbi ekspertiza rəyi kimi rəsmi sənədlərin təqdim olunması zəruridir. Lakin bu sənədlərin heç birinin təqdim edilməməsi iddianın tibbi əsaslandırmadan məhrum olduğunu göstərir və zəhərlənmə faktının baş verməsi barədə irəli sürülmüş məlumatlar sadəcə ehtimala əsaslanır. Beləliklə, iddia üzrə yetərli tibbi sübutların təqdim edilməməsi iddia edilən halın mövcudluğunu təsdiq etməyə imkan vermir və bu səbəbdən iddianın faktiki və hüquqi əsasını ortadan qaldırır. İddia tələbi irəli sürülərkən həmin halı təsdiq edən sənədlərin, o cümlədən tibbi rəy və digər müvafiq sübutların təqdim edilməsi iddiaçının sübutetmə vəzifəsinin tərkib hissəsidir. Lakin iddiaçı tərəfindən irəli sürülmüş tələbin mövcud və əsaslı sübutlarla hüquqi cəhətdən əsaslandırılmaması iddianın əsassız xarakter daşıdığını göstərir. Bundan əlavə, məhsul ilə iddia edilən nəticə arasında səbəb-nəticə əlaqəsini təsdiq edə biləcək sübutlar da təqdim edilməmişdir. Məhsuldan nümunə götürülərək laboratoriya analizlərinin aparılması, qida təhlükəsizliyi üzrə ekspert rəyi və ya zəhərlənmənin məhz həmin məhsulla bağlı olduğunu göstərən rəsmi sənədlər təqdim edilmədiyindən iddialar yalnız subyektiv mülahizələrdən ibarət olur və obyektiv nəticə çıxarmağa imkan vermir. Bu səbəbdən məhsulun iddia edilən nəticəyə səbəb olması barədə söylənilənlər faktiki sübutlara əsaslanmayan fərziyyə xarakterli iddia kimi qiymətləndirilir. Həmçinin, iddiaçı tərəfindən tələb olunan 1000 manat məbləğində kompensasiyanın mahiyyəti, zərərin konkret olaraq nədən ibarət olduğu, hansı xərclərə əsaslandığı və bu məbləğin hansı hüquqi norma əsasında tələb edildiyi barədə hər hansı məlumat təqdim edilməmişdir. Maddi və mənəvi ziyan tələbinin irəli sürülməsi zamanı zərərin mənbəyini, həcmini və tərkibini təsdiq edən sənədlərin, həmçinin tələb olunan məbləğin hüquqi əsasını göstərən izahların təqdim edilməsi iddiaçının sübutetmə vəzifəsinə daxildir. Lakin bu məlumatlar təqdim edilmədiyindən, zərərin mövcudluğu, miqdarı və hüquqi əsasları müəyyən olunmur və iddianın kompensasiya ilə bağlı hissəsi də hüquqi cəhətdən əsaslandırılmamış hesab edilir. Mövcud materialların faktiki və hüquqi baxımdan kifayət etməməsi səbəbindən iddia tamamilə fərziyyələrə əsaslanan, sübutlarla təsdiq olunmayan və hüquqi cəhətdən əsaslandırılmamış xarakter daşıyır. Qeyd olunan halları nəzərə alaraq müəyyən edilir ki, irəli sürülmüş iddianın mövcud materiallar əsasında qiymətləndirilməsi üçün zəruri tibbi sənədlər, ekspert rəyləri, məhsul ilə iddia edilən nəticə arasında əlaqəni təsdiqləyən sübutlar, eləcə də tələb edilən kompensasiya məbləğinin hesablanmasına dair əsaslandırıcı məlumatlar təqdim edilməmişdir. Bu səbəbdən iddianın faktiki əsaslarının müəyyən edilməsi mümkün deyil və mövcud sübutlar iddianın hüquqi baxımdan qiymətləndirilməsini təmin etmir.
6. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinin əsassız olduğunu qeyd edərək, təmin edilməməsini xahiş etmişdir. Bildirmişdir ki, sağlamlığa dəyən ziyan və zəhərlənmə faktı barədə sübut yoxdur. MMC-dən alınan məhsulun zərər verməsini təsdiq edən heç bir sübut yoxdur. İddiaçı şirniyyatı ayın 3-ü alıb, məhsulun üzərində 2-si tarixində müddətinin bitməsi qeyd olunub. Ola bilsin vitrində unudulub qalıb. Keyfiyyətə nəzarət şöbəsinə şikayət daxil olmayıb.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddianın təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Cavabdeh MMC-dən aldığı məhsulun son istifadə müddətinin bitməsi ilə bağlı qida zəhərlənməsi baş verməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Qida zəhərlənməsi faktının mövcudluğunun təsdiqi üçün təcili tibbi yardım müraciəti barədə qeydlər, laborator müayinələrin nəticələri, toksikoloji analizlər və ya tibbi ekspertiza rəyi kimi rəsmi sənədlər, həmçinin zəhərlənmənin məhz həmin məhsulla bağlı olduğunu göstərən rəsmi sənədlər təqdim edilməmişdir. Mövcud materialların faktiki və hüquqi baxımdan kifayət etməməsi səbəbindən iddia sübutlarla təsdiq olunmayan və hüquqi cəhətdən əsaslandırılmamış xarakter daşıyır. Bu səbəbdən iddianın faktiki əsaslarının müəyyən edilməsi mümkün deyil və mövcud sübutlar iddianın hüquqi baxımdan qiymətləndirilməsini təmin etmir. İddiaçının bildirdiyi hallar – qida zəhərlənməsi, maddi və mənəvi zərərin dəyməsi ehtimal xarakteri daşıyır və hazıki işdə bu halların heç biri mövcud deyil.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1115, 1118.1, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 88, 106.1, 216- 220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qətnamə işin faktiki hallarını düzgün qiymətləndirməmiş, təqdim edilmiş sübutlara – kassa qəbzi və məhsulun qablaşdırmasının fotoşəkilinə – hüquqi qiymət verməmişdir. Məhkəmə iddiaçının zərəri sübut etmədiyini əsas gətirmişdir. Lakin son istifadə müddəti bitmiş qida məhsulunun satışı özü istehlakçı hüquqlarının pozulmasıdır və hüquqi məsuliyyət üçün kifayət edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. O, zəhərlənmə ilə bağlı birinci instansiya məhkəməsində təqdim edilməsi mümkün olmayan hər hansı sübut təqdim etməmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. O, istifadə müddəti keçmiş məhsulun satışı faktını inkar etməsə də, zəhərlənmə ilə bağlı hər hansı sübut olmadığından iddianı əsassız hesab etdiyini bildirdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
18. Maddə 584.1. Qanunvericilik, dövlət standartlarının məcburi tələbləri və ya digər məcburi qaydalar ilə əşyanın təyinatı üzrə istifadəyə yararlığına hədd qoyan müddət (yararlıq müddəti) müəyyənləşdirilə bilər.
19. Maddə 584.2. Satıcı yararlıq müddəti müəyyənləşdirilmiş əşyanı alıcıya elə hesabla verməlidir ki, yararlıq müddəti bitənədək əşyadan təyinatı üzrə istifadə edilə bilsin.
20. Maddə 585. Əşyanın yararlıq müddəti onun hazırlandığı gündən hesablanan, istifadəyə yararlığını göstərən vaxt dövrü ilə və ya əşyanın istifadəyə yararlığının bitdiyi tarixlə müəyyənləşdirilir.
21. Maddə 614.1. Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür.
22. Maddə 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir.
23. Maddə 615. Əgər pərakəndə alğı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alğı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə 6.2. Zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala (işə xidmətə) əlavə olunan digər sənəddə göstərilir. Tez xarab olan və insanların sağlamlığına, həyatına və əmlakına, habelə ətraf mühitə təhlükə kəsb edən qida məhsullarının, dərmanların, ətriyyat-kosmetika vasitələrinin, kimya məhsullarının və başqa malların (işlərin, xidmətlərin) üzərində (qablarında) və ya onlara əlavə edilən müvafiq sənədlərdə yararlılıq müddəti göstərilməlidir. Yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir. Zəmanət müddətləri əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, malın istehlakçıya verildiyi məqamdan, yararlılıq müddətləri isə hazırlandığı gündən hesablanır.
28. Maddə 19.2.4. İstehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını yerinə yetirən müvafiq icra hakimiyyəti orqanı mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş malların ticarət dövriyyəsindən çıxarılmamasına, onların satılmasına yol vermiş şəxslərin müvafiq qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması üzrə tədbirlər görür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia qismən təmin edilməlidir.
39. İşin hallarından göründüyü kimi iddiaçı ##.##.2025-ci il tarixdə saat 19:44-də cavabdehin Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən mağazasından 5,88 manat dəyərində “Oven ballı rulet” məhsulu almışdır. Lakin məhsulun son istifadə tarixi ##.##.2025-ci il olmuşdur. Yəni cavabdeh tərəfindən iddiaçıya istifadə müddəti bitmiş qida məhsulu satılmışdır.
40. İstifadə müddəti bitmiş məhsulun satışı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında cavabdehin nümayəndələri tərəfindən də inkar edilməmişdir.
41. Yuxarıda sadalanan qanunvericilik aktlarının müddəalarından da göründüyü kimi, yararlıq müddəti bitmiş məhsulun satılması iddiaçının istehlakçı kimi hüquqlarının pozulmasını özündə ehtiva edir.
42. Bu səbəbdən də kollegiya hesab edir ki, məhsulun alınmasına görə iddiaçı tərəfindən ödənilmiş dəyərin əvəzi olaraq 5,88 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
43. Ailə üzvlərinin zəhərlənməsi ilə əlaqədar iddiaçı ona dəymiş maddi zərərin əvəzinin ödənilməsinə münasibətdə kollegiya qeyd edir ki, qeyd edilən halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən bu hissədə iddia tələbi əsaslı hesab edilə bilməz.
44. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.
46. İddiaçı qeyd edilən hissədə tələbini sübuta yetirə bilməmişdir.
47. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2025-ci il tarixli ** nömrəli qərarının 3.3.4-cü bəndində əsasən, istehlakçıya dəyən zərər onun seçimindən asılı olaraq, istehsalçı (xxxx, satıcı) tərəfindən ödənilməlidir. Nəzərə alınmalıdır ki, “xxxx” iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar olmaqla, xidmət sahəsində mənəvi zərərin ödənilməsinə cavab verməli olan şəxsdir. İstehlakçıya ödənilməli olan mənəvi zərərin həcmi malın (işin, xidmətin) dəyərindən və ya tutulmalı olan dəbbə pulunun məbləğindən asılı olmayaraq, ümumi meyarlar əsasında müəyyən olunur (bənd 3.3.5).
48. Həmin qərarın 7.5-ci bəndinə əsasən, mənəvi zərərə görə təzminatın həcmi maddi zərər və sair əmlak xarakterli tələblər ilə bağlı təmin edilmiş iddianın miqdarından asılı olmamalıdır. Təzminatın həcmi məhsulun (işin, xidmətin) dəyərinə və ya cərimə cəzasının məbləğinə əsasən müəyyən edilə bilməz, təzminat hər bir konkret hala münasibətdə zərərçəkmişə vurulmuş mənəvi sarsıntı və (və ya) iztirabların xarakterinə və həcminə əsaslanmalıdır. Mənəvi zərərə görə təzminatın ödənilməsi istehlakçıya dəymiş itkilərin və əmlaka dəymiş zərərin ödənilməsindən asılı olmayaraq həyata keçirilir.
49. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının istehlakçı hüquqlarının pozulmasının əvəzi olaraq 300 manat mənəvi zərər müəyyən edilməlidir.
50. İş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən azad olunmasına baxmayaraq 30,4 manat dövlət rüsumu ödəmişdir.
51. Məhkəmə kollegiya hesab edir ki, həmin məbləğin əvəzi cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir.
52. Eyni zamanda apellyasiya şikayətinin verilməsinə görə 15 manat dövlət rüsumunun əvəzi tutularaq dövlət büdcəsinə ödənilməlidir.
53. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh X6rşı “maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddiası qismən edilsin. Cavabdeh Cavabdeh X7 maddi zərərin əvəz olaraq 5,88 manat, mənəvi zərərin əvəzi olaraq 300 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,4 manat tutularaq iddiaçı İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsinə 15 manat dövlət rüsumu cavabdeh Cavabdeh X7 tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.