Məhkəmə qərarları › İş №2(3-6)-1654/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1654/2026

19.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1654/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X4 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən X5 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsi, X5 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, bəraət alması ilə əlaqədar X5 cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilməsi, bəraət alması ilə əlaqədar İddiaçı cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olmasının izah edilməsi, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən X14 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi, X14 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin ləğv edilməsi, bəraət alması ilə əlaqədar X14 cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olmasının izah edilməsi, X5, İddiaçı və X14 iş üzrə olan 131 (bir yüz otuz bir) manat 43 (qırx üç) qəpik ekspertiza xərcinin ödənilməsindən azad edilmələri və həmin məbləğin dövlətə aid edilməsi hökm edilmişdir.

2. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasınn ##.##.2025-ci il tarixli, *(***)- ***/**** saylı qərarı ilə dövlət ittihamçısı X6 təərfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsini ## ######## 2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə kassasiya protestinin təmin edilməməsi, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, İddiaçı və X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

4. xxxx QSC-nin ##.##.2025-ci il tarixli, *****/**** saylı məktubundan görünür ki, ADY-nni Yük Daşımaları departamentinin Yük vaqonlarının istismarı xidmətinin Cənub vaqon istismar deposunun Hacıqabul texniki xidmət məntəqəsinin Qarasu nəzarət məntəqəsində vaqon baxıcısı-təmirçisi peşəsində çalışan İddiaçı Şirvan şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı ##.##.2022-ci il tarixdən, bəraət verilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-**/**** saylı hökmü ADY-yə təqdim edilən ##.##.2024-cü il tarixinədək işdə olmadığı müddətdə ona əməkhaqqı hesablanmayıb və əmək məzuniyyəti hüququndan istifadə etməyib.

5. xxxx QSC-nin İddiaçı yük daşımaları departamentinin Yük vaqonlarının istsmarı xidmətinin Cənub vaqon istismarı deposunda işlədiyi 2021-ci il tarixindən 2024-cü il tarixinədək olan müddətdə əmək haqqı barədə arayışdan görünür ki, İddiaçı 2022-ci ilin dekabr ayından 2024-cü ilin avqust ayın aqədər həbsdə olduğundan aylıq əmək haqqı ödənişi edilməmişdir.

6. xxxx QSC-nin İddiaçı yük daşımaları departamentinin Yük vaqonlarının istsmarı xidmətinin Cənub vaqon istismarı deposunda işlədiyi 2021-ci il tarixindən 2024-cü il tarixinədək olan müddətdə məzuniyyət haqqı barədə arayışdan görünür ki, həmin illər üçün cəmi məzuniyyət məbləği 2188,38 manatdır.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının ##.##.2025-ci il tarixli, ******/**** saylı məktubundan görünür ki, Fondun Maddi-X26 üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-*-*****/**** nömrəli məktubuna əsasən vətəndaş İddiaçı ailə üzvü X15 ailəni təmsil edən şəxs qismində sosial yardımın verilməsi ilə bağlı VEMTAS-a daxil etdiyi ##.##.2022-ci il tarixli ***************-*** nömrəli müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq ailənin maddi-məişət şəraiti yoxlanılmış və “Ərizə-bəyannamə”də qeyd olunmuş məlumatlara görə uyğunsuzluq aşkarlanmadığı üçün VEMTAS tərəfindən ailəyə ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək aylıq 494.52 manat məbləğində sosial yardım təyin olunmuş və müddətin sonuna kimi ödənilmişdir. İddiaçı ailəni təmsil edən şəxs qismində VEMTAS-a daxil etdiyi ##.##.2023-cü il tarixli ***************-*** nömrəli müraciətə ailə üzvünün istifadəsində nəqliyyat vasitəsinin olması, ##.##.2023-cü il tarixli ***************-*** nömrəli müraciətə ailə üzvünün "hal-hazırda muzdla işləyəndir" seçimi barədə məlumatın öz təsdiqini tapmaması, ##.##.2023-cü il tarixli ***************- *** nömrəli müraciətə qaz abonent kodunun aşkarlanmaması səbəblərindən sistem tərəfindən ilkin yoxlanış əsasında imtina verilmişdir. Vətəndaşın ##.##.2023-cü il tarixli ***************-*** nömrəli müraciətinə abonent kodu barədə məlumatın düzgün qeyd edilməməsi (“Ərizə-bəyannamə”də qeyd olunan abonent kodları ilə sayğac nömrələri arasında uyğunsuzluq aşkarlanmışdır), ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi (T.M.Həsənovanın gəlirləri ilə bağlı məlumatlar düzgün qeyd edilməmişdir), telefon nömrəsinin yanlış qeyd edilməsi (“ərizə bəyannamə”də qeyd olunan stasionar telefon nömrəsinin başqa şəxsə aid olduğu aşkarlanmışdır) səbəbləri ilə, ##.##.2024-cü il tarixli ***************-*** nömrəli müraciətinə ailə üzvünün məşğulluğunun öz təsdiqini tapmaması (təmsilçi son 1 il ərzində adı rəsmi iş yerində getsə də, işə getmədiyini və əməkhaqqı almadığını bildirmişdir), telefon nömrəsinin yanlış qeyd edilməsi (stasionar telefon nömrəsi düzgün qeyd olunmamışdır), Qaydaların 3.7.6cı yarımbəndinə əsasən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 faizinə bərabər və ya ondan yuxarı olması səbəbləri ilə maddiX26 sonrası imtina verilmişdir. Vətəndaşın sonuncu ##.##.2024-cü il tarixli ***************-*** nömrəli müraciətinə ailə üzvünün məşğulluğunun öz təsdiqini tapmaması (T.M.Həsənovanın məşğulluğu öz əksini tapmamışdır), maddi-X26 üçün baxış keçirilməsinə şərait yaradılmaması (evin həyətində olan və təmsilçinin qardaşına məxsus olduğu bildirilən otağa baxış keçirmək mümkün olmamışdır) səbəbləri ilə maddi-X26 sonrası imtina verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçı vurulmuş ziyanın iddiaçının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həbs və ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı ## ###### 2022-ci ildən ## ####### 2024-cü il tarixədək olan müddətdə almalı olduğu cəmi 23.793 manat əmək haqqının, 2022 və 2023-cü illər üzrə almalı olduğu cəmi 1400 manat məzuniyyət pulunun, 2023-cü ilin fevral ayından 2025-ci ilin fevral ayına kimi olan müddət ərzində təyin edilmiş ünvanlı sosial yardıma görə cəmi 11.880 manat pulun, ümumilikdə 37.073 manat məbləğində maddi ziyanın, iddiaçının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həbs və ev dustaqlığı qətimkan tədbirinin seçilməsi və həmin qətimkan tədbirinin 02 il, 08 ay, 03 gün davam etməsi ilə bağlı vurulmuş mənəvi ziyana görə 32.000 manat məbləğində kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şirvan şəhər polis şöbəinin istintaq bölməsində ## ###### 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1 maddəsi ilə balanmış və istintaq aparılmış ********* nömrəli cinayət işi üzrə Şirvan şəhər PŞ-nin istintaq bölməsinin baş müstəntiqi Əhməd Baloğlanov tərəfindən ## ###### 2022-ci il tarixli qərarla əməl Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, ## ###### 2022-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, həmin tarixdə də Şirvan ŞPŞnin istintaq bölməsinin baş müstəntiqi Əhməd Baloğlanov tərəfindən İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün Şirvan şəhər məhkəməsinə taqdimat verilməsi barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokuroru qarşısında vəsatət qaldırılmış, ## ###### 2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokuroru tərəfindən vəsatət əsaslı hesab edilərək Şirvan şəhər məhkəməsinə təqdimat verilmiş, Şirvan Şəhər Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə İddiaçı barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həmin qərardan İddiaçı müdaifəçisi Ağabba Qədirov tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Şirvan Apellyasiya Məhkəmesinin ## ###### 2022-ci il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmış, Şirvan Şəhər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə İddiaçı həbsdə saxlama müddəti 3 (üç) ay müddətinə uzadılmış, Şirvan Şəhər Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə isə müdafiəçi Ağabba Qədirovun vəsatəti təmin edilərək İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Həmin cinayət işi üzrə istintaq tamamlanaraq tərtib edilmiş ittiham aktı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokuroruna təqdim edilmiş,ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X10 ilə) ##.##.2024-ci il tarixli, 1(099)- **/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmiş və barəsində seçilmiş "ev dustaqlığı" qətimkan tədbiri ləğv edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri X7 (sədrlik edən), Xasməmmədov Elçin İsgəndər oğlu və X11 ibarət tərkibdə 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarı ilə dövlət ittihamcısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmis, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli, *(***)-**/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəmesinin Cinayət Kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qerarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X9 ibarət tərkibdə ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə dövlət ittihamçısı tarəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il ## ###### tarixli, *(***)-***/**** nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Əlcanov Əli Fazil oğlu başlanmış cinayət işi ilə bağlı əsassız olaraq ## ###### 2022- ci il tarixdə saat 17.45-də Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs gismində tutularaq, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə hagqında Şirvan Şəhər Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri secildiyindən o, uzun müddət gərginlik şəraitində, mənəvi iztirab və əziyyət içərisində yaşamış, ailəsi və övladları onun bu ağır vəziyyətini və acısını yaşamışlar. Belə ki, Şirvan ŞPŞ-nin əməkdaşlarının səhlənkarlığı nəticəsində İddiaçı ## ###### 2022-ci il tarixdən əsassız olaraq 4 ay 6 gün müddətinə həbsdə qalmış, əvəz edilmiş ev dustaqlığı qətimkan tədbiri isə 27 ay 27 gün davam etmişdir. Heç bir əsas olmadan ## ###### 2022-ci ildən ## #### 2023-cü il tarixədək ailə üzvlərindən uzaqda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən * saylı İstintaq Təcridxanasında saxlanılmışdır. Bütün bu müddət ərzində ailəsi sarsılmış, eyni zamanda azyaşlı uşaqlarına görə iddiaçı daima narahat olmuşdur. Eyni zamanda barəsində bəraət hökmü çıxarıldıqdan sonra dövlət ittihamçısı tərəfindən apellyasiya və kassasiya protestləri verildiyindən məhkəmə istintaqı davam etdirilmiş, bu da onun və ailə üzvlərinin mənəvi sarsıntı keçirməkdə davam etmələrinə səbəb olmuşdur. şdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür, İddiaçı həyat yoldaşı X15, övladları-214.07.2010-cu il təvəllüdlü X1, ##.##.2024-cü il təvəllüdlü X2 və ##.##.2012-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. İddiaçı əsassız olaraq həbsdə saxlanması və barəsində "ev dustaqlıği" qətimkan tədbiri seçilməsi nəticəsində o, tam 2 (iki) il, 08 (səkkiz) ay, 03 (üç) gün ərzində ailəsini dolandırmaq, zəruri tələbatları ödəmək üçün əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. O, həbs olunmazdan əvvəl, yəni ##.##.2021-ci il tarixli müddətsiz əmək müqaviləsi ilə xxxx Səhmdar Cəmiyyəti, Yük Daşımaları Departamentinin Yük vagonlarının istismarı xidməti, Cənub vagon istismar deposu, Hacıqabul texniki xidmət məntəqəsi, Qarasu nəzarət məntəqəsi, Hacıqabul rayonu, Qarasu st,Əsas Vaqon baxıcı təmirçisi vəzifəsində çalışmış, hər ay rəsmi olaraq 521,92 manat məbləğində əmək haqqı, gecə növbəsində çalışdığına görə isə 200 manat əmək haqqına əlavə almışdır. Əsassız olaraq həbs edildiyinə görə işdən kənarlaşdırılmış və əmək haqqı ala bilməmişdir. Əmək haqqı ona təqdim edilmiş Azərbaycan Beynəlxalq Bankına aid əmək haqqı kart hesabına köçürüldüyündən, Azərbaycan Beynəlxalq Bankının Hacıqabul rayon şöbəsinə müraciət edərək ödəniş kartı üzrə çıxarış almış, həmin çıxarışa əsasən onun sonuncu xidmət yeri üzrə vəzifə maaşı aylıq,əlavə ilə birlikdə 721 (yeddi yüz iyirmi bir ) manat olmuşdur. İddiaçı xxxx Səhmdar Cəmiyyəti, Yük Daşımaları Departamentinin Yük vaqonlarının istismarı xidməti, Cənub vaqon istismar deposu, Hacıqabul texniki xidmət mənteqəsi, Qarasu nəzarət mənteqəsi, Hacıqabul rayonu, Qarasu st,Əsas Vaqon baxıcı təmirçisi vəzifəsinə ancaq ## ####### 2024-cü il tarixdə bərpa edilmişdir. Belə olan halda İddiaçı 2 (iki) il, 09 (doqquz) ay ərzində əvvəlki əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. Həmçinin İddiaçı 2 (iki) il, yəni 2022 və 2023ci illər üzrə məzuniyyət pulunu, yəni hər il üçün nəzərdə tutulmuş 700 manatı ala bilməmişdir. Bundan başqa, İddiaçı həbs olunmazdan əvvəl, hər ay üçün 495 manat məbləğində ünvanlı sosial yardım təyin edilmiş, o,əsassız olaraq həbsdə saxlanması və barəsində "ev dustaqlığı" qətimkan tədbiri seçilməsi nəticəsində əmək fəaliyyəti ilə məşğul ola bilmədiyinə görə əmək müqaviləsi dayandığından, 2 (iki) il, yəni 2023-cü ilin fevral ayından 2025-ci ilin fevral ayına kimi olan müddət ərzində hər ay üçün təyin edilmiş 495 manat ünvanlı sosial yardımı, cəmi (24 x 495=11.880 ) on bir min səkkiz yüz səksən manat pulu ala bilməmişdir. Göründüyü kimi İddiaçı 2 (iki) il 09 (doqquz) ay ərzində (33 x 721 əmək haqqı)=23.793+1400 (iki ilin məzuniyyət pulu)=25.193+11.880 (ünvanlı sosial yardım)=37.073 (otuz yeddi min yetmiş üç) manat məbləğində maddi zərər vurulmuşdur. İşdə olan əmək müqaviləsinin surətindən görünür, İddiaçı ilə İşəgötürən Azərbaycan Dəmir X13 Cəmiyyəti arasında ##.##.2021-ci il tarixdə əmək müqavilesi bağlanmış, həmin əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Dəmir X13 Cəmiyyəti, Yük Daşımaları Departamentinin Yük vaqonlarının istismarı xidməti,Cənub vaqon istismar deposu, Hacıgabul texniki xidmət məntəqəsi,Qarasu nəzarət məntəqəsi,Hacıqabul rayonu, Qarasu st,Əsas Vaqon baxıcı təmirçisi işinə müddətsiz işçi kimi qəbul edilmiş,həmin müqavilədə işçiyə hər ay 521,92 manat məbləğində əmək haqqı təyin edildiyi göstərilmişdir. İşdə olan Azərbaycan Beynəlxalg Bankının Hacıqabul rayon şöbəsi tərəfindən verilmiş İddiaçı adına olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, iş yeri üzrə əmək haqqı 721 (səkkiz yüz iyirmi bir) manat olmuşdur. İddiaçı hansı tarixdə əmək fəaliyyətini dayandırması, hansı tarixdə yenidən əmək fealiyyətinə başlaması, ## ###### 2022-ci il tarixdək aylıq hansı məbləğdə əmək haqqı alması,əmək fəaliyyətinin dayandırılması müddətində əmək haqqı alib-almaması,əmək haqqı almamışdırsa, hansı il,ay və günlər almaması,2022,2023 və 2024-cü illərdə məzuniyyətə çıxıb-çıxmaması və həmin illər üzrə məzuniyyət pulunun məbləği barədə arayışın verilməsi ilə bağlı tərəfimdən Azərbaycan Dəmir X13 Cəmiyyətinə vəkil sorğusu verilmiş, Azərbaycan Dəmir X13 Cəmivyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli,**-*/*-*****/** saylı cavab məktubda, "sorğunuza əlavə edilmiş EQ-****VK*****/** nömrəli elektron vəkil orderin surətindən görünür ki, tapşırığın yerinə yetirilməsi nəzərdə tutulan orqan,təşkilat kimi yalnız Bakı şəhəri Nəsimi rayon Məhkəməsi qeyd olunub, ADY isə qeyd olunmamışdır. Məhz bu səbəbdən, sorğuda tələb olunan məlumatların təqdim edilməsi məqsədəmüvafiq hesab edilmir" göstərilməklə sorğunun icrasından əsassız olaraq imtina edilmişdir. Həmçinin, iddiaçı İddiaçı ##.##.2025-ci il tarixli ərizə ilə Azərbaycan Dəmir X13 Cəmiyyətinə müraciət edərək, hansı tarixdə əmək fəaliyyətini dayandırması,hansı tarixdə yenidən əmək fəaliyyətinə başlaması,## ###### 2022-ci il tarixdək aylıq hansı məbləğdə əmək haqqı alması, əmək fəaliyyətinin dayandırılması müddətində əmək haqqı alıb-almaması, əmək haqqı almamışdırsa, hansı il, ay və günlər almaması,2022,2023 və 2024-cü illərdə məzuniyyətə çıxıb-çıxmaması və həmin illər üzrə məzuniyyət pulunun məbləği barədə arayışın verilməsini xahiş etsə də,bu günə kimi müraciətinə cavab verilməmiş, cavab verildiyi halda məhkəməyə təqdim ediləcəkdir. ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilərək İddiaçı 2022,2023 və 2024-cü illərdə ünvanlı dövlət sosial yardımının təyin edilib-edilməməsi təyin edilmişdirsə, hansı məbləğdə ünvanlı dövlət sosial yardımın təyin edilməsi və ünvanlı dövlət sosial yardımının yenidən təyin edilməsindən hansı əsasla imtina edilməsi barədə arayış verilməsi xahiş edilmiş, lakin bu günə kimi sorğuya cavab verilməmiş, sorğuya cavab verildiyi halda məhkəməyə təqdim ediləcəkdir. İddiaçı teqsirləndirilən şəxs qismində cəlb olunduğu və barəsində həbs qətimkan tədbiri seçildiyi andan onun hüquqları cinayət prosesini həyata keçirən orqanlar tərəfindən kobud pozulmuş, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçildiyinə görə mənəvi iztirab və sarsıntılara məruz qalmış, fəal ictimai həyat tərzindən məhrum olmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, həmin müddətdə İddiaçı mənəvi sarsıntı keçirmiş, depresiyaya düşmüş, bu isə öz növbəsində onun səhhətinə pis tesir göstərmişdir. Hazırda barəsində bəraət hökmünun olmasına baxmayaraq, bəzi dost, tanış, qohumlar ondan uzaqlaşıblar. Ailəsi maddi-mənəvi məhrumiyyətlərlə üzləşmiş, ona istintaq orqanın səhvi nəticəsində yapışdırılmış "narkotacir" damğası ilə yaşamaq məcburiyyətində qalmışdır. Qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edildiyindən şəxsiyyətinə və mənliyinə elə zərbə vurulmuşdur ki, bu günə qədər də, bəzi dost və qohumları ondan qaçmağa çalışır. Həyatın istənilən sferasında bunu hiss edir. Hətta əvvəllər hər gün bir yerdə olduğu adamların yanında hörmətdən düşmüşdür. Belə ki, həmin şəxslərin bir qismi ona cinayətkar kimi yanaşmışlar. O, uzun müddət ərzinde istintag organının əsassIz ittihamının əziyyətini çəkmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi müəyyən etmişdir ki, cinayət işi açıq-aşkar əsasSIz və qanunsuzdur və bunun nəticəsində onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmənin çıxardığı hökm tam əsaslı və qanuni olmuşdur.Cinayət prosesini həyata keçirən orqanların bu hərəkətləri nəticəsində İddiaçı hüquqları pozulmuş, ona küllü miqdarda maddi zərər dəymiş və mənəvi istirablar çəkmiş, işgüzar nüfuzuna xələl gətirilmişdir. Mənəvi zərərin miqdarını müəyyən edilməsi ilə bağlı hesab edirik ki, hazırkı İş üzrə məhkəmə mənəvi zərərin migdarını müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığını, bu sarsıntı və iztirabların kifayət qədər uzun bir müddət ərzində, yəni 2 (iki) il, 08 (səkkiz) ay, 03 (üç) gün müddət ərzində davam etməsi, həbsdə qaldığı 4 ay 6 gün və barəsində seçilməklə 2 (iki) il 3 (üç) ay 27 gün davam etmiş ev dustaqlığı qətimkan tədbiri nəzərə alınmalı, mənəvi zərərin miqdarını həbs və ev dustaqlığı qətimkan tədbiri ilə bağlı hər ay üçün 1.000 (bir min) manat müəyyən edilməlidir. Hazırda formalaşmış məhkəmə təcrübasinə göre, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.000 manat, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı təqribən 500 manat, "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı isə təqribən 300 manat müəyyən edilir. Ona görə də hesab edilir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi kimi müəyyən ediləcək pulun məbləği ən azı 32.000 manat müəyyən edilə bilər. Göstərilənlərə əsasən hesab edilir ki, maddi ziyan olaraq 37.073 manat, mənəvi ziyan olaraq isə 32.000 manat olmaqla cəmi 69.073 manat pul kompensasiya şəklində İddiaçı ödənilməlidir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərə görə 13033 manat və maddi zərərə görə 14,192.54 manat cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

11. Məhkəmə mənəvi zərərə münasibətdə qeyd etmişdir ki, İddiaçı əsassız olaraq həbs edilməsi və ev dustaqlığında saxlanılması ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Həbs və ev dustaqlığı növündə qətimkan tədbirlərinə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir.

12. Məhkəmə hesab etmişdir ki, İddiaçı 4 ay 6 gün müddətində həbsdə saxlanılması, 1 il 5 ay 20 gün müddətində ev dustaqlığı qətimkan tədbirinə məruz qalması nəticəsində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün 4 ay 6 gün həbs müddətinə görə hər ayı üçün 1.000 manat, 6 günə görə isə 200 manat hesablanmaqla 4200 manat məbləğində, 17 ay 20 günlük ev dustaqlığına görə isə ayı 500 manat, 20 günə görə 333 manat hesablanmaqla 8833 manat, ümumilikdə isə 13033 manat müəyyən olunmalıdır.

13. Maddi zərərə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı həbsə alınanadək əmək fəaliyyəti ilə məşğul olaraq əmək haqqı almış və barəsində müvafiq qətimkan tədbirlərinin seçilməsindən sonra həmin gəlirlərindən məhrum olmuşdur. Belə olan halda məhkəmə həmin dövrə görə görə aylıq əmək haqqının əmək müqaviləsində 521.92 manat olmasını nəzərə almaqla, 1 il 11 aya (işə bərpa olunduğu vaxtadək) görə 12,004.16 manat (521.94 manat x 23 ay) məhrum olduğu əmək haqqının, habelə həmin dövr üzrə istifadə edə bilmədiyi məzuniyyət illərinə görə “xxxx” QSC-nin arayışı nəzərə alınmaqla, 2188,38 manat maddi zərərin əvəzinin iddiaçının xeyrinə tutulmasını məqsədəmüvafiq hesab etmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İ- IV, Mülki Məcəllənin 21.1, 1096.1, 1097.1, 1101.1, 1101.2, 1115, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.4, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

15. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

16. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 68, İ hissə. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.

20. Maddə 68, II hissə. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.

21. Maddə 68, III hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

22. Maddə 68, IV hissə. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

27. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

28. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

29. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir

30. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

34. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. Maddə121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. İddiaçının barəsində əsassız olaraq ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixinədək (4 ay 6 gün) həbsdə saxlanılması, ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixinədək (1 il 5 ay 20 gün) ev dustaqlığı qətimkan tədbirinə məruz qalması, həmin müddətdə barəsində qanunsuz olaraq cinayət təqibinin aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi nəticəsində ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır.

43. Kollegiya qeyd edir ki, iddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, tutulmaqla, barəsində “həbs” və “ev dustaqlığı” qətimkan tədbirləri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalması, bu müddət onun faktiki olaraq azadlığının qanunsuz məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla azadlıq hüququ məhdudlaşdırılmışdır.

44. İddiaçın 4 ay 6 gün müddətində həbsdə saxlanılması, 1 il 5 ay 20 gün müddətində ev dustaqlığı qətimkan tədbirinə məruz qalması nəticəsində iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün 4 ay 6 gün həbs müddətinə görə hər ayı üçün 1.000 manat, 6 günə görə isə 200 manat hesablanmaqla 4200 manat məbləğində, 17 ay 20 günlük ev dustaqlığına görə isə ayı 500 manat, 20 günə görə 333 manat hesablanmaqla 8833 manat, ümumilikdə isə 13033 manat müəyyən edilməsini Kollegiya, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli sayır.

45. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.

46. İşin hallarından göründüyü kimi, iddiaçı barəsində proessual məcburiyyət tədbirləri tətbiq olunan tarixədək daimi işləmiş, maddi gəlir əldə etmişdir.

47. Qanunsuz tətbiq edilmiş prosessual məcburiyyət tədbirləri nəticəsində o maddi gəlirdən məhrum olmuşdur.

48. Həmin dövrə görə görə aylıq əmək haqqının əmək müqaviləsində 521.92 manat olmasını nəzərə almaqla, 1 il 11 aya (işə bərpa olunduğu vaxtadək) görə 12,004.16 manat (521.94 manat x 23 ay) məhrum olduğu əmək haqqının, habelə həmin dövr üzrə istifadə edə bilmədiyi məzuniyyət illərinə görə “xxxx” QSC-nin arayışı nəzərə alınmaqla, 2188,38 manat maddi zərərin əvəzinin iddiaçının xeyrinə tutulmasını kollegiya əsaslı hesab edir.

49. Nəzərə alınmalıdır ki, cavabdeh verdiyi apellyasiya şikayətində tutulmuş maddi və mənəvi zərərin əvəzinin miqdarını ümumiyyətlə mübahisələndirməmişdir.

50. Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin # ###### 2009-cu il tarixli, ** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

51. Eyni zamanda maddi və mənəvi zərərin məbləği iddiaçı tərəfindən də mübahisələndirilmədiyindən və tutulmuş məbləğin ağlabatan olduğundan kollegiya həmin hissəyə əlavə şərh verməyi zəruri hesab etmir.

52. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qətnamənin surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar