Məhkəmə qərarları › İş №2(3-6)-1718/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1718/2026

17.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1718/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı İddiaçı Borısovıçin cavabdeh Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *in(**)-****/**** nömrəli, ## #### 2013-cü il tarixli qərarından görünür ki, iş üzrə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri. Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən ** nömrəli evin ** saylı mənzilinə dair mənzil-kirayə müqaviləsinin iddiaçı X7 bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, 2- *(***)-****/**** nömrəli qərardadından görünür ki, cavabdeh X12 tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, apellyasiya şikayəti mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)- ****/**** saylı ##.##.2024-cü il tarixli qərardadından görünür ki, Bakı Apeliyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərardadından cavabdeh X12 tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, 2- *(***)-****/**** saylı qərarından görünür ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)- ***/**** saylı, ##.##.2016-cı il tarixli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Nizami rayon Polis İdarəsinə qarşı Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə "Bakı şəhər Nizamı rayon Polis İdarəsinin hərəkətinin qanunsuz hesab edilməsi və Cavabdeh Borisovnanın ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhər Nizamı rayon Polis İdarəsinin üzərinə vəzifə qoyulması bərədə qərar çıxarılması" təbinə dair iddiasının təmin edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən 3-cü şəxs Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, * saylı Bakı Inzibati-lqtisadi Məhkəməsinin *-*(**)- ***/**** saylı, ##.##.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ***/**** saylı ##.##.2025-ci il tarixli qərardadından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, 2- *(***)-****/**** nömrəli qərarından üçüncü şəxs Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayıb.

5. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin ##.##.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh * saylı Bakı Inzibati-lqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ##.##.2016-cı il tarixli qərardadı əsasında ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılıb.

6. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin ##.##.2024-cü il tarixli arayışının surətindən görünür ki, Cavabdeh ##.##.2016-cı ildə ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılıb.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 51,9 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır.

8. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, Nümayəndə tərəfindən 552209******** nömrəli kart hesabına 500 manat məbləğində vəsait köçürülmüşdür. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, Nümayəndə tərəfindən 552209******** nömrəli kart hesabına 500 manat məbləğində vəsait köçürülmüşdür. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, Nümayəndə tərəfindən 552209******** nömrəli kart hesabına 1000 manat məbləğində vəsait köçürülmüşdür. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, Nümayəndə tərəfindən 552209******** nömrəli kart hesabına 1000 manat məbləğində vəsait köçürülmüşdür. ##.##.2024-cü il tarixli ******* nömrəli orderin surətindən görünür ki, "Alyans” Vəkil Bürosunun vəkili X2 David Borisoviçə inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərəcəkdir. ##.##.2024-cü il tarixli ******* nömrəli orderin surətindən görünür ki, "Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili İskəndərov Ərəstun Binnət oğlu X7 "qeydiyyatdan çıxarılma” tələbi üzrə Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərəcəkdir. ##.##.2024-cü il tarixli ******* nömrəli orderin surətindən görünür ki, "Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili İskəndərov Ərəstun Binnət oğlu X7 "inzibati orqanların qərarlarından şikayət” işi üzrə Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərəcəkdir. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı X7 tərəfindən məhkəməyə müraciət etmək üçün 80 manat dövlət rüsumu ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Cavabdeh qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun xeyrinə maddi ziyana görə 3000 (üç min) manat, mənəvi ziyana görə 3000 (üç min) manat, dövlət rüsumuna görə ödədiyi 80 (səksən) manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh böyük bacısıdır. Onlar uşaqlıqdan valideynlərinə aid olan və Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən ** saylı evin ** saylı mənzilində yaşayıblar. Bacı Cavabdeh ailə qurduqdan sonra həmin mənzildən köçüb gedib və bir daha həmin mənzildə yaşamayıb. 2002ci ildə cavabdeh öz razılığı ilə qeydiyyatda olduğu həmin mənzildən pasport qeydiyyatından çıxıb. 2007-ci ildə cavabdeh saxta qeydiyyat vəsiqəsindən istifadə edərək razılığı olmadan yenidən yaşadıqları həmin mənzilə qeydiyyata düşüb. 2010-cu ildə onun iddiasına əsasən məhkəmə qətnaməsi ilə onun qeydiyyat vəsiqəsi etibarsız hesab edilib və qeydiyyatı da ləğv edilib. Həmin qətnamə Bakı Apellyasiya Məhkməsinə və Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvəsində saxlanılıb. Bundan sonra yaşadığı həmin mənzilə dair mənzil- kirayə müqaviləsinin bağlanılması barədə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə müraciət edib, lakin hazırda cavabdeh razılıq vermədiyindən İcra Hakimiyyəti bundan imtina edilib. Bu səbəbdən də məhkəməyə müraciət etməyə məcbur olub. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *in(**)-****/****/**** saylı, ## #### 2013-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilib və Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən ** saylı evin ** saylı mənzilinə dair mənzil kirayə müqaviləsinin onunla bağlanılması öhdəliyi Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin üzərinə qoyulub. Daha sonra həmin mənzilə dair mənzil-kirayə müqaviləsi bağladıqdan sonra özəlləşdirib və hazırda da xüsusi mülkiyvətindədir. Həmin vaxtdan 12 il keçdikdən sonra hazırda cavabdeh olan Cavabdeh * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *in(**)-****/**** saylı, ##.##.2013-cü il tarixli qərarından 2024-cü ildə apellyasiva şikayəti, eyni zamanda da apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddətin bərpası barədə ərizə verib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli Qərardadı ilə cavabdehin prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməyib, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *in(**)-****/**** saylı, ##.##.2013-cü il tarixli qərarından cavabdeh Cavabdeh tərəfindən verilmiş apelliyasiya şikayəti mümkün sayılmayıb və apellyasiya şikayətinin veriləsindən imtina edilib. Yenidən cavabdeh X13 Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadından Ali Məhkəmənin İnzibati Kollegiyasına kassasiya şikayəti verib və həmin Kollegiyanın ##.##.2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə kassasiya şikayəti mümkün sayılmayıb və kassasiya şikayətinin qəbulundan imtina edilib. Son 15-16 il müddətində cavabdeh Cavabdeh təqsiri üzündən dəfələrlə məhkəmə mübahisələrinə cəlb olunmağa məcbur olub. Məhkəmə mübahisələri nəticəsində ona xeyli miqdarda maddi ziyan dəyib, hüquqi yardımla əlaqədar ödənişlər edib. Həmçinin də, məhkəmələrə gedib-gəlməyə görə də nəqliyyat xərcləri çəkib, işlərində məşğul ola bilməyib və maddi ziyan çəkib. Ümumilikdə cavabdehin təqsiri üzündən məhkəmə mübahisələri ilə əlaqədar olaraq 3000 (üç min) manat maddi ziyana düşüb. Bundan başqa cavabdehin hüquqlarından sui-istifadə edərək onu hüquq-mühafizə orqanlarına gedibgəlməyə, məhkəmə mübahisələrinə cəlb etməyə məcbur etdiyinə görə sarsıntılar keçirib, iztirablara məruz qalıb. Nəticədə, ona mənəvi ziyan dəyib. Ona cavabdeh tərəfindən dəymiş mənəvi ziyanı 3000 (üç min) manat məbləğində qiymətləndirir. Ona vurduğu maddi və mənəvi ziyanları dəfələrlə cavabdehdən tələb etsə də, heç bir müsbət nəticəsi olmayıb. Ona görə də, məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Belə hesab edir ki, cavabdeh tərəfindən əsassız və qərəzli olaraq məhkəmə mübahisələrinə cəlb olunduğuna görə hüquqi yardıma görə ödədiyi məbləğ, o cümlədən dövlət rüsumları cavabdehdən onun xeyrinə tutulmalıdır. Bununla əlaqədar olaraq maddi ziyan 3000 (üç min) manat məbləğindədir və həmin məbləğ cavabdehdən onun xeyrinə olaraq alınmalıdır. Eləcə də, 2012-ci ildən başlayaraq hal- hazıradək olan müddətdə cavabdehin qərəzli münasibətləri nəticəsində hüquq-mühafizə orqanlarına, habelə məhkəmələrə gedib-gəlməyə məcbur olduğu üçün əsəblərinin pozulmasına və çəkdiyi mənəvi sarsıntılara, iztirablara görə də cavabdeh ona kompensasiya ödəməlidir. Mənəvi ziyana görə cavabdehdən onun xeyrinə olaraq 3000 manat pul məbləğində tələb edir. Əlavə olaraq ödədiyi 80 manat dövlət rüsumu da cavabdehdən onun xeyrinə tutulmalıdır.

11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim X1)

12. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, həmin iddialar üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün inzibati məhkəməyə mübahisələndirmə haqqında və məcburetmə haqqında iddialar ilə müraciət etmişdir. Həmin hallarla bağlı cavabdehin hüquqa ziddi əməli müəyyən edilmir. Bundan sonra, cavabdeh həmin işlər üzrə verdiyi apellyasiya və kassasiya şikayətləri ilə pozulduğunu iddia etdiyi hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edib və şikayətlərinin qeyri-mümkün hesab ediməsi üçün əsaslar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən aparılmış araşdırmasının nəticəsində müəyyən edilib. Cavabdehin apellyasiya və kassasiya şikayətləri ilə məhkəmələrə müraicət etməsi hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilmir. Həmçinin, iddiaçı həmin işlər üzrə hüquqlarının müdafiəsi üçün ümumilikdə 3320 manat xərc çəkdiyini bildirsə də, məhkəmə qeyd edir ki, iddiaçı könüllü qaydada vəkillərlə hüquqlarının Bakı Apellyasiya Məhkəməsində müdafiəsi üçün müqavilələr bağlayıb. Qanunvericiliklə iddiaçının həmin işlər üzrə mütləq vəkillə təmsil olunması ilə bağlı norma mövcud deyil. Məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya ziyan vurmaq niyyəti ilə qanunvericiliklə ona verilmiş hüquqlardan sui-istifadə edilməsi halları müəyyən edilməmişdir. İddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, iddiaçının mülki hüquq pozuntusu törədilməsi, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi "3000 manat məbləğində mənəvi zərərin ödənilməsi” hissəsində təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı, 21-ci, 560-cı, 1096-cı, 1099-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-cı, 77.1-ci, 80-cı, 81-ci, 119.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətinin məzmununu iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, Cavabdehin əsassız və müddəti ötürülmüş şikayətlən nəticəsində iddiaçı 3320 manat hüquqi yardım xərci çəkmişdir ki, bu da birbaşa həmin prosessual hərəkətlərin nəticəsidir. Səbəbli əlaqə mövcuddur: cavabdehin şikayəti olmasaydı, iddiaçı əlavə hüquqi müdafiə xərcləri çəkməyəcəkdi. Qətnamədə təqdim olunmuş maliyyə sənədləri və vəkil orderləri formal olaraq sadalansa da, onların hüquqi nəticəsi təhlil edilməmiş, xüsusilə cavabdehin şikayətlərinin mümkün sayılmaması faktı ilə iddiaçının hüquqi müdafiə xərcləri arasında səbəbli əlaqə qiymətləndirilməmişdir. Bu isə sübutların tam və hərtərəfli araşdırılması prinsipinin pozulmasıdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmadı. ç) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasında iştirak təmin etməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3-cü maddəsinəəsasən hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.2. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 -ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Apellyasiya instansiyası məhkəməsi instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. İddiaçı tərəfindən qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

25. İşin faktiki hallarına əsasən iddiaçı İddiaçı hüquqlarının müdafiə edilməsi üçün vəkil Eyvazova Qumru və Ərəstun İskəndərova ümumilikdə 3320 manat pul ödənildiyini qeyd edərək, cavabdehdən 3000 manat maddi və 3000 manat mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır.

26. İddiaçı iddia ərizəsində son 15-16 il ərzində cavabdehin təqsiri üzündən dəfələrlə məhkəməyə müraciət etdiyini, məhkəmə mübahisələrinə cəlb olunduğunu, ona xeyli miqdarda ziyan dəydiyini, hüquqi yardımla əlaqədar ödənişlər etdiyini, nəqliyyat xərcləri çəkdiyini (bununla bağlı sübut təqdim edilməyib), işləri ilə məşğul ola bilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında isə X2 və İskəndərov Ərəstun Binnət oğluna hüquqlarının müdafiəsi üçün 3320 manat pul ödənildiyini, məhkəmədən həmin vəsaitinin maddi ziyanın əvəzi olaraq cavabdehdən tutumasını xahiş etmişdir.

27. Belə ki, iddiaçı "Alyans” Vəkil Bürosunun vəkili X2 ilə ##.##.2024-cü ildə inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsində, ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərində "Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili İskəndərov Ərəstun Binnət oğlu ilə uyğun olaraq "inzibati orqanların qərarlarından şikayət” və "qeydiyyatdan çıxarılma” işləri üzrə Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərilməsi üçün müqavilələr bağlamışdır. İddiaçının verdiyi məlumata əsasən o, X2 320 manat və İskəndərov Ərəstun Binnət oğlu ümumilikdə 3000 manat ödəniş etmişdir.

28. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *in(**)-****/**** nömrəli, ## #### 2013cü il tarixli qərarı ilə iddiaçının iddiası təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən ** nömrəli evin ** saylı mənzilinə dair mənzil-kirayə müqaviləsinin iddiaçı X7 bağlanması öhdəliyinin cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh isə 2024-cü ildə həmin qərardan şikayət və prosessual müddətin bərpası barədə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadı ilə cavabdeh X12 tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, apellyasiya şikayəti mümkün sayılmamışdır. Daha sonra cavabdeh həmin qərardaddan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ****/**** saylı ##.##.2024-cü il tarixli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.

29. Həmçinin, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı, ##.##.2016-cı il tarixli qərarı ilə iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Nizami rayon Polis İdarəsinə qarşı Cavabdeh üçüncü şəxs qismində cəlb edilməklə "Bakı şəhər Nizamı rayon Polis İdarəsinin hərəkətinin qanunsuz hesab edilməsi və Cavabdeh Borisovnanın ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması vəzifəsinin Bakı şəhər Nizamı rayon Polis İdarəsinin üzərinə vəzifə qoyulması bərədə qərar çıxarılması" təbinə dair iddiasının təmin edilməsi qərara alınmışdır. Hazırki iş üzrə cavabdeh isə 2024- cü ildə 3-cü şəxs kimi həmin qərardan şikayətlə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına müraciət edib və həmin məhkəmənin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *- *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmayıb.

30. Belə ki, * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *in(**)-****/**** saylı iş üzrə iddiaçının məhkəməyə müraciət etməsinin səbəbi cavabdehin mənzil-kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına razılıq verməməsi olmuşdur. Bu səbəbdən iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, * saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı iş üzrə cavabdehin adına vermiş mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi ləğv edildiyindən onun mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı iddia təmin edilmişdir. Qeyd edilir ki, həmin iddialar üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün inzibati məhkəməyə mübahisələndirmə haqqında və məcburetmə haqqında iddialar ilə müraciət etmişdir. Həmin hallarla bağlı cavabdehin hüquqa ziddi əməli müəyyən edilmir.

31. Bundan sonra, cavabdeh həmin işlər üzrə verdiyi apellyasiya və kassasiya şikayətləri ilə pozulduğunu iddia etdiyi hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edib və şikayətlərinin qeyri-mümkün hesab ediməsi üçün əsaslar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən aparılmış araşdırmasının nəticəsində müəyyən edilib. Cavabdehin apellyasiya və kassasiya şikayətləri ilə məhkəmələrə müraicət etməsi hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilmir. Həmçinin, iddiaçı həmin işlər üzrə hüquqlarının müdafiəsi üçün ümumilikdə 3320 manat xərc çəkdiyini bildirsə də, məhkəmə qeyd edir ki, iddiaçı könüllü qaydada vəkillərlə hüquqlarının Bakı Apellyasiya Məhkəməsində müdafiəsi üçün müqavilələr bağlayıb. Qanunvericiliklə iddiaçının həmin işlər üzrə mütləq vəkillə təmsil olunması ilə bağlı norma mövcud deyil. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya ziyan vurmaq niyyəti ilə qanunvericiliklə ona verilmiş hüquqlardan sui-istifadə edilməsi halları müəyyən edilməmişdir. Şəxsin məhkəmə müdafiəsi hüququndan istifadə edilməsi qarşı tərəfin maddi zərərə məruz qoyulması kimi şərh edilə bilməz.

32. Eyni zamanda iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, iddiaçının mülki hüquq pozuntusu törədilməsi, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir.

33. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar