Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1729/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 MMC-yə və cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “maddi və mənəvi zərərin ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə və cavabdeh cavabdeh1 iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçı X1 cavabdehlər cavabdeh2 MMC-yə və cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 9,820 (doqquz min səkkiz yüz iyirmi) manat məbləğində maddi ziyanın, 5,000 (beş min) manat məbləğində mənəvi zərərin, ümumilikdə 14,820 (on dörd min səkkiz yüz iyirmi) manat pul vəsaitinin və ödənilmiş 134,46 (yüz otuz dörd manat qırx altı qəp) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DIN BDYP Idarəsinin ## #### 2023-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, İddiaçı məxsus “Audi A 7” markalı, 2012-ci il istehsalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi etibarnamə əsasında onun istifadəsindədir. ## ###### 2025-ci il tarixdə, saat 08:15-də Yeni Günəşli qəsəbəsində cavabdeh2 MMC-nin ******** nömrəli yol vərəqəsi əsasında cavabdeh1 idarə etdiyi “Isuzu NMR 71E” yük markalı, **-JE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etməsi nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi cavabdeh2 MMC-nin sürücüsü olan cavabdeh1 tərəfindən törədilmişdir. O, yol hərəkəti qaydalarını pozaraq, idarə etdiyi nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına çıxıb manevr etmiş və nəticədə onun idarəsində olan avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində idarə etdiyi avtomobilə ciddi ziyan dəymişdir. Belə ki, nəqliyyat vasitəsinin zədələnməsi barədə ****** nömrəli arayışa əsasən, nəqliyyat vasitəsinin qabaq kapotu, sağ qanadı, qabaq buferi və fənəri zədələnmiş, motorxana sıxılmış, sağ təkər yararsız hala düşmüş, salon hissəsində isə 4 ədəd hava yastığı açılmış, həmçinin ön panel (şit) zədələnmişdir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar “Isuzu NMR 71E YÜK” markalı, **-JE-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü cavabdeh1 barəsində IXP ******* nömrəli inzibati protokol tərtib edilmiş və o, AR IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 (qırx) manat məbləğində cərimə tətbiq edilmişdir. Cavabdeh cavabdeh1 əmək vəzifəsini yerinə yetirərkən, işəgötürənin tapşırığı ilə hərəkət edən zaman bu hadisəni törətmişdir. Ona görə də “xxxx" MMC öz işçisinin hüquqazidd hərəkətinə görə məsuliyyət daşıdığı üçün cavabdehlik daşıyır və işçisinin törətdiyi əmələ görə delikt öhdəliyi vardır. ## ######## 2025-ci il tarixində “xxxx" MMC onun avtomobilinə dəymiş real ziyanı qiymətləndirmiş və bu barədə qüsur aktı tərtib olunmuş, nəticədə avtomobilə ümumilikdə 14,820 (on dörd min səkkiz yüz iyirmi) manat məbləğində maddi ziyan dəyməsi müəyyən olunmuşdur. Həmin məbləğin 5.000 (beş min) manatı “xxxx" ASC tərəfindən ödənilmişdir. O, avtomobilə vurulmuş ziyanın qalan 9.820 (doqquz min səkkiz yüz iyirmi) manat məbləğində pulu cavabdehlərdən tələb etsə də, bu günədək ona vurulmuş ziyan ödənilməmişdir. Cavabdehin hərəkəti nəticəsində onun avtomobilinə dəymiş ziyan yalnız maddi itki yaratmamış, eyni zamanda onun gündəlik həyat keyfiyyəti və psixoloji vəziyyətinə də mənfi təsir göstərmişdir. Avtomobili gündəlik iş, şəxsi və sosial fəaliyyətlərində vacib vasitə olduğundan, onun istifadəyə yararsız vəziyyətdə olması onun üçün əlavə stress, narahatlıq və emosional əziyyət yaratmışdır. Yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş mənəvi zərərin qarşılığı olaraq 5,000 (beş min) manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsini tələb edir.
3. Rayon məhkəməsinin ##.##.2026-cı il tarixli iclasında X1 əsl iddiaçı İddiaçı ilə əvəz edilmişdir.
4. Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Həqiqət Əhmədova) ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh2 MMCdən və cavabdeh1 İddiaçı Vüqar oğlunun xeyrinə maddi ziyan qismində 9000 manat, mənəvi zərər qismində 300 manat vəsaitin və ödənilmiş 113 manat dövlət rüsumunun əvəzinin tutulması, X1 tərəfindən ödənilmiş qiymətləndirmənin dəyəri olan 300 manat vəsaitin əvəzinin cavabdehlər cavabdeh2 MMC-dən və cavabdeh1 tutularaq X1 ödənilməsi müəyyən edilmiş, qalan hissədə iddia təmin edilməmişdir.
5. Iddiaçı və cavabdeh MMC qətnamədən apellyasiya şikayəti vermiş, cavabdeh cavabdeh1 qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri:
6. Iddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, rayon məhkəməsi mülki iş üzrə yekun məhkəmə aktı çıxararkən yol nəqliyyat hadisəsini törətmiş cavabdeh1 cavabdeh2 MMC-nin sürücüsü olmasını, cavabdehin cavabdeh2 MMC ilə rəsmi əmək müqaviləsinin olmasını, hadisənin törədildiyi tarixdə MMC-nin ******** nömrəli yol vərəqəsi əsasında cavabdeh1 idarə etdiyi nəqliyyat vasitəsi ilə MMC-nin tapşırıqlarını yerinə yetirməsini (mağazaya mal aparmasını) nəzərə almamış, qanunvericiliyin normalarına zidd olaraq vurulmuş ziyanın MMC-dən deyil, hər iki cavabdehdən tutulması barədə qətnamə çıxarmışdır. Mülki Məcəllədə hüquqi şəxsin öz işçisi tərəfindən törətdiyi hüquq pozuntusuna görə məsuliyyət daşıması imperativ norma olaraq öz əksini tapmışdır, rayon məhkəməsi qeyd olunan normanın tələblərini kobud şəkildə pozmuş və vurulmuş ziyanın cavabdeh MMC-dən deyil, hər iki cavabdehdən tutulması barədə qətnamə çıxarmışdır. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsini, cavabdeh cavabdeh2 MMC-dən maddi və mənəvi zərərin əvəzi olaraq 14,820 (on dörd min səkkiz yüz iyirmi) manat məbləğində pulun alınaraq iddiaçıya verilməsinə dair qətnamə edilməsini xahiş etmişdir.
7. Cavabdeh MMC apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Işin hallarından da göründüyü kimi, cavabdeh cavabdeh1 nəqliyyat vasitəsini qanuni əsaslarla idarə etmiş, həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur. MMC-nin sürücülərin hər hansı nəqliyyat vasitəsini idarə etməsinə işəgötürənin nəzarət imkanları məhduddur. Belə ki, sürət həddi və digər hallara elektron nəzarət sistemləri üzərindən nəzarətetmə imkanı olsa da, digər qayda pozuntularına, xüsusən də manevrla bağlı qayda pozuntularına nəzarət etmə və ya qarşısını alma imkanı yoxdur. Bu səbəbdən törədilmiş qayda pozuntusu işəgötürənin nəzarət imkanları xaricindədir. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında da verilmiş hüquqi mövqe ondan ibarətdir. Lakin bu hallar rayon məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Bundan başqa iddiaçı mənəvi ziyan görməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etmədiyi halda mənəvi ziyan tələbi əsassız olaraq qismən təmin edilmişdir. Odur ki, qətnamənin ləğv edilməsini, xxxx MMC-ə aid hissədə iddia tələbinin təmin edilməməsi, həmçinin mənəvi ziyanla bağlı hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında iddiaçı öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh MMC-nin şikayətinin təmin edilməməsini və ona dəymiş maddi və mənəvi zərərin yalnız cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bununla belə, iddiaçı cavabdeh cavabdeh1 qarşı iddia tələbindən imtina etmək istəmədiyini bildirdi. 9.
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 MMC-nin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və qeyd etdi ki, iddiaçıya hər hansı mənəvi zərər vurulmamışdır, iddiaçı buna dair sübutlar təqdim etməmişdir. Həmçinin bildirdi ki, iddiaçının tələb etdiyi pulun ondan tutulmasına razıdır (?!). Sübutların tədqiqi:
11. cavabdeh2 MMC-nin ******** nömrəli, ##.##.2025-##.##.2025-ci il tarixlərdə etibarlı olan yol vərəqəsinə əsasən, marşrutu Bakı şəhəri, Respublika daxili rayonların ərazisi olan sürücü cavabdeh1 Ramazan oğlunun idarə etdiyi “Isuzu NMR 71E” yük markalı, **-JE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi texniki cəhətdən sazdır, hərəkətinə icazə verilir.
12. Suraxanı Rayon DYPŞ-nin ##.##.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, cavabdeh1 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində o, IXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir.
13. “xxxx” Texniki Xidmət Mərkəzinin ##.##.2025-ci il tarixli, **/A saylı qüsur aktına və Nəqliyyat Vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə ##.##.2025-ci il tarixli Hesabata əsasən “Audi A 7” minik markalı **- ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 14820 manat olaraq hesablanmışdır.
14. İddiaçı tərəfindən “xxxx" ASC-yə ünvanlanan müraciət ilə “Audi A 7” minik markalı, **- ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə “xxxx" ASC-də icbari sığortalanmış avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi zərərə görə 5000 manat sığorta məbləğinin ona məxsus “xxxx” ASC-nin hesabına köçürülməsi xahiş edilmişdir.
15. Mərkəzi Ekspertiza Bürosunun ##.##.2026-cı il tarixli, MEB-m***-**** saylı qiymətləndirmə hesabatında qeyd edilmişdir ki, ixtisaslaşmış avtonəqliyyat təmir mütəxəssislərindən alınmış akta əsasən avtomobilin təmirinə 14730 manat tələb olunması, 5 faiz köhnəlmə əmsalı tətbiq edildikdən sonra avtomobilə dəymiş zərərin məbləği (14730-5%) 139993,50 manat, yuvarlaq olaraq 14000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Tətbiq edilən maddi hüquq normaları:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № **, ## ###### 2025-ci il tarixli Qərarı: 4.28. Bununla belə, qanunla nəzərdə tutulmuş hallarda zərərin ödənilməsi vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eyni zamanda təqsir zərərin ödənilməsinin əsas dispozisiya şərtlərindən biri olsa da, zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqazidd əməl üçün) qanunla müəyyən edilmiş hallarda zərərin kompensasiyası nəzərdə tutula bilər. Məsələn, yüksək təhlükə mənbəyinin mülkiyyətçisinin məsuliyyəti, işçinin vurduğu zərərə görə işəgötürənin, təhqiqat orqanının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində dövlətin, uşaqların vurduğu zərərə görə valideynlərin məsuliyyəti, malın istehsal keyfiyyətsizliyinə görə istehlakçıya vurulmuş zərərə görə satıcının məsuliyyəti və s. 4.29. Təqsirsiz məsuliyyət ümumi qaydadan istisnadır və qanunda bəzi xüsusi hallar üçün nəzərdə tutulmuşdur. Bu qayda prinsip etibarilə zərərə səbəb olma düşüncəsinə söykənir. Təqsirsiz məsuliyyətin yaranması üçün zərərlə hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) arasında səbəbli əlaqənin olması yetərlidir. 4.30. Təqsirsiz məsuliyyət hallarında iddiaçı tərəf cavabdehin (təqsirsiz məsuliyyət daşıyan şəxsin) təqsirini sübuta yetirmək yükünü daşımır. Cavabdeh səbəbli əlaqənin kəsilməsi, zərərin qarşısıalınmaz qüvvənin təsiri, yaxud zərərçəkənin qəsdi nəticəsində əmələ gəlməsi kimi halları sübuta yetirməklə məsuliyyətdən azad ola bilər. 4.36. Əmək münasibətlərinin həyata keçirilməsi zamanı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi əsasları və qaydası mülki qanunvericiliyin müvafiq tələblərinə uyğun tənzimlənir. Belə ki, Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən, işçinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərə görə onun işəgötürəni məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Bu maddənin məzmunu baxımından işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən elə fiziki şəxs başa düşülür ki, o, işəgötürənin tapşırığı və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Işəgötürən dedikdə isə əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulur. Işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə işəgötürənin məsuliyyətə cəlb edilməsi üçün üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində işəgötürənin nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın olmasıdır. 4.37. Işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək, qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ehtiva etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, dəymiş zərərin kompensasiyası iddiası zərərçəkənin istəyinə uyğun olaraq birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. 5.1. Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. 5.4. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. 5.6. Əmlak hüquqlarının pozulmasından doğan mənəvi zərərin vurulmasının mümkünlüyü ilə bağlı qeyd edilməlidir ki, qanunvericilikdə bir sıra əşyaların xüsusiyyətlərinə görə qeyri-maddi dəyərə malik olmaları təsbit edilmişdir. Məsələn, Mülki Məcəllənin 1155.1ci maddəsində ailə dəftər-kitabları (və ya yazıları), ailə xronikaları, xatirə və digər ayin predmetləri, “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mədəni sərvətlər və s. Qanunla müəyyən edilmədiyi hallarda isə məhkəmələr zədələnmiş əşyanın qeyri-maddi dəyərə malik olduğunu və ya əşya qeyri-maddi dəyərə malik olmasa da, pozuntunun həmin əşyanın mənsub olduğu şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyini araşdırmalıdırlar. Məsələn, birinci halda ailə üçün xüsusi tarixi-mənəvi dəyərə malik olan fərdi yaşayış evinin sökülməsi, yeganə nüsxədə fotoalbomun, antik rəsm əsəri və ya digər incəsənət nümunəsinin yararsız hala salınması şəxsi toxunulmazlıq hüququnu pozur. Ikinci halda isə xüsusi mənəvi dəyərə malik olmasa da, mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin özbaşına sökülməsi şəxsin təhlükəsiz yaşamaq hüququnu, yaşayış evinin özbaşına sökülməsi isə həm də mənzil toxunulmazlığı hüququnu pozur. Tətbiq edilən prosessual hüquq normaları:
17. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdeh MMC-nin apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
20. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, cavabdeh cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən – mənəvi zərərə dair hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi mənəvi zərər dair hissədə təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Iddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, rayon məhkəməsi ona dəymiş maddi və mənəvi zərərin hər iki cavabdehdən tutulması barədə səhv nəticəyə gəlmişdir, ona dəymiş maddi və mənəvi zərərə görə cəmi 14,820 (on dörd min səkkiz yüz iyirmi) manat məbləğində pul yalnız cavabdeh MMC-dən tutulmalıdır.
22. Məhkəmə qeyd edir ki, iddiaçı apellyasiya şikayətində maddi və mənəvi zərərə görə müəyyən edilmiş məbləğin hər iki cavabdehdən tutulmasını mübahisələndirsə də, o, iddia ərizəsində tələblərini hər iki cavabdehə qarşı irəli sürmüş, cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 9,820 (doqquz min səkkiz yüz iyirmi) manat məbləğində maddi ziyanın, 5,000 (beş min) manat məbləğində mənəvi zərərin, ümumilikdə 14,820 (on dörd min səkkiz yüz iyirmi) manat pul vəsaitinin və ödənilmiş 134,46 (yüz otuz dörd manat qırx altı qəp) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Eləcə də mülki iş materiallarından müəyyən olur ki, iddiaçı cavabdeh cavabdeh1 qarşı iddia tələblərindən imtina etməmiş, apellyasiya baxışı zamanı da iddiaçı ona qarşı tələbindən imtina etmək fikrində olmadığını bildirmişdir. Belə olan halda müəyyən olunur ki, onun apellyasiya şikayətinin dəlilləri anlaşılan olmamaqla yanaşı, həm də əsassızdır və təmin edilə bilməz.
24. Məhkəmə onu da qeyd edir ki, rayon məhkəməsi iddiaçıya dəymiş maddi zərərin məbləğini müəyyənləşdirərkən düzgün nəticəyə gələrək, Mərkəzi Ekspertiza Bürosunun ##.##.2026-cı il tarixli qiymətləndirmə hesabatına əsasən avtomobilə dəymiş maddi zərər 14000 (on dörd min) manat təşkil etdiyindən, “xxxx" ASC tərəfindən iddiaçıya 5000 (beş min) manat sığorta məbləği verilməsini nəzərə alaraq, cavabdehlərdən iddiaçının xeyrinə 9000 (doqquz min) manat tutulmasını müəyyən etmişdir. Cavabdeh MMC qətnamənin həmin hissəsini mübahisələndirməmişdir.
25. Cavabdeh MMC-nin apellyasiya şikayətinin dəlilləri isə cavabdeh cavabdeh1 təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinə işəgötürənin nəzarət imkanları olmadığından MMC-dən maddi və mənəvi zərər tələb edilməsinin əsassız olması və baş verən hadisə nəticəsində iddiaçıya ümumiyyətlə mənəvi zərər dəyməməsidir.
26. Məhkəmə cavabdeh MMC-nin birinci dəlili üzrə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar
27. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli Qərarının 4.37-ci bəndində qeyd edilmişdir ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək, qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ehtiva etmir. Belə ki, qeyd edildiyi kimi, HYPERLINK "https://eqanun.az/framework/46944" \o "Azərbaycan Respublikasının Mülki Məcəlləsi"Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, dəymiş zərərin kompensasiyası iddiası zərərçəkənin istəyinə uyğun olaraq birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.
28. Hazırkı mülki işdə isə iddia tələbi işəgötürən və işçinin hər ikisinə yönəlmişdir. Baş verən yol-nəqliyyat hadisəsi zamanı cavabdeh MMC-nin işçisi olan və hadisə zamanı iş vaxtında əmək fəaliyyətini yerinə yetirən digər cavabdeh cavabdeh1 tərəfindən cəmiyyətin malının qarşılıqlı fəaliyyət göstərdiyi mağazaya təhvil verilməsi ilə əlaqədar mağazaya gedərkən cəmiyyətə məxsus və yol vərəqəsi əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə iddiaçının avtomobilinə zərər vurmuşdur. Göründüyü kimi hadisə ilə bağlı MMC-nin təqsiri olmasa belə o, hazırki tələb üzrə təqsirsiz məsuliyyət daşıyır. Yuxarıda istinad edilən Ali Məhkəmənin Plenum Qərarının 4.28-ci bəndində də göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş hallarda zərərin ödənilməsi vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eyni zamanda təqsir zərərin ödənilməsinin əsas dispozisiya şərtlərindən biri olsa da, zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqazidd əməl üçün) qanunla müəyyən edilmiş hallarda zərərin kompensasiyası nəzərdə tutula bilər. Məsələn, yüksək təhlükə mənbəyinin mülkiyyətçisinin məsuliyyəti, işçinin vurduğu zərərə görə işəgötürənin məsuliyyəti və s.
29. Bu baxımdan rayon məhkəməsi iddiaçıya vurulmuş maddi və mənəvi ziyan ilə bağlı həm işçi olaraq cavabdeh1, həm də işəgötürən cavabdeh2 MMC-nin məsuliyyət daşımalı olması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, cavabdeh MMC-nin apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
30. Məhkəmə cavabdeh MMC-nin digər dəlili – iddiaçıya mənəvi zərər dəyməməsi ilə razılaşaraq qeyd edir ki, rayon məhkəməsi tərəfindən həmin hissədə işin faktiki halları düzgün araşdırılmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
31. Belə ki, rayon məhkəməsi mənəvi zərərlə bağlı öz mövqeyini əsaslandırarkən qüvvədən düşmüş “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2008-ci il tarixli * nömrəli Qərarına istinad etmişdir.
32. Rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilən vaxt qüvvədə olan “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, mənəvi zərərə görə kompensasiya hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.
33. Hazırkı iş üzrə iddia ərizəsində iddiaçı mənəvi zərərə görə tələbini avtomobil gündəlik iş, şəxsi və sosial fəaliyyətlərində vacib vasitə olduğundan, onun istifadəyə yararsız vəziyyətdə olmasının onun üçün əlavə stress, narahatlıq və emosional əziyyət yaratması ilə əsaslandırmışdır.
34. Məhkəmə qeyd edir ki, iddiaçının mənəvi zərər tələbi ilə bağlı əsaslandığı hallar ona mənəvi yox, maddi zərər vurulması ilə bağlı yarana biləcək vəziyyətdir. Belə ki, avtomobilin istifadəyə yararsız olduğu – təmirdə olduğu müddət ərzində iddiaçının digər nəqliyyat vasitələrindən (taksi, avtobus, metro və s.) istifadə etməsi ona yalnız maddi zərər vura bilər. Eləcə də, yuxarıda qeyd edilən Plenum Qərarının 5.6-ci bəndinə əsasən də iddiaçının avtomobilinin qeyri-maddi dəyərə malik olması (yadigar, antikvar və s.) işin hallarından müəyyən edilmədiyindən və iddiaçı tərəfindən buna dair sübutlar təqdim edilmədiyindən həmin əmlaka – avtomobilə zərər dəyməsi ilə iddiaçıya mənəvi zərər vurulması müəyyən edilmir.
35. Eləcə də, onun əmlak hüququnun pozulması ilə şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə edilməsi, bunun nəticəsində onun sarsıntı, iztirab keçirməsi müəyyən edilmir.
36. Odur ki, cavabdeh MMC-nin apellyasiya şikayəti mənəvi zərərə dair hissədə əsaslı olduğundan onun apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən - mənəvi zərərə dair hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbləri mənəvi zərərə dair hissədə təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
37. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
39. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
40. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
42. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
43. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsi mənəvi zərərə dair hissədə maddi hüquq normalarının tətbiqində səhvə yol verdiyindən və həmin hissədə işin faktiki hallarını düzgün araşdırmadığından cavabdeh cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən – mənəvi zərərə dair hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi mənəvi zərərə dair hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
45. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər
46. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilməlidir.
47. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh cavabdeh2 MMC-nin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə qismən – mənəvi zərərə dair hissədə ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbləri “mənəvi zərər” hissəsində təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.