Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1783/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Üçüncü şəxsin nümayəndəsi HYPERLINK "https://icms.courts.gov.az/cases/caseoperations?id=F2kEv2zCV0k=" Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ASC və Bakı şəhəri Nizami Rayon İcra Şöbəsi cəlb edilməklə cavabdeh Cavabdeh qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ASC ilə İddiaçı arasında ##.##.2024-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Sözügedən müqaviləyə əsasən bank tərəfindən iddiaçıya 36 ay müddətinə 5.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh ** saylı notariat ofisi tərəfindən iddiaçıdan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ASC-nin xeyrinə 3607.05 manat pul vəsaitinin tutulmasına dair ##.##.2025-ci il tarixində icra qeydi verilmişdir. Hazırda iddiaçı icra qeydinin ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ASC və Bakı şəhəri Nizami rayon İcra şöbəsi cəlb edilməklə cavabdeh Cavabdeh qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh xüsusi notariusu X1 ## ####### 2025-ci il tarixdə, 8İ-15983 reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xüsusi notariusu X1 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, həmin sənədlər üzrə AZ 1005. ünvan 1 ünvanında yerləşən “xxxx" ASC-nin VÖEN:********** xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AA 5457083, ##.##.2023, Asan 5, Fin:*******: d/t ##.##.1980) TL*EE********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3.607 manat 05 qəpik (üç min altı yüz yeddi manat beş qəpik) tutulsun. Bundan əlavə təklif etmişdir ki, borclu İddiaçı 25 manat (iyirmi beş manat) dövlət rüsumu olmaqla, cəmi 3.632 manat 05 qəpik (üç min altı yüz otuz iki manat beş qəpik) pul tutulsun. Həmin icra qeydi ##.##.2025 tarixdə aparılmışdır. Cavabdeh xüsusi notariusu X1 ## ####### 2025-ci il tarixdə, 8İ-15983 reyestrdə qeyd edilmiş icra qeydi ləğv edilməlidir. Qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə aparılır. Çünki, tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Lakin mübahisələndirdiyi icra qeydindən müəyyən olunmuşdur ki, notariat ofisi borcun ödənilməsi barədə ərizəçiyə yazılı bildiriş göndərməmiş, borclu tərəfindən öhdəliyin icra edilməməsinin səbəbi aydınlaşdırılmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, ona məxsus (xxxxn) 4127 2044 4596 **** saylı bank kartından ##.##.2024cü il tarixdə 3042.94 manat pulun oğurlanması barədə ilk olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1na məlumat vermiş və bununla bağlı Bakı şəhəri Yasamal Polis İdarəsində araşdırma aparılır. Bu oğurluq hadisəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1nın da, payı vardır. Bank təhlükəsizliyini lazımınca təmin etməmiş, yaxud bilavasitə oğurluq cinayətinin iştirakçısıdır. Bu səbəbdən hesab edir ki, Cavabdeh xüsusi notariusu X1 ## ####### 2025-ci il tarixdə, 8İ-15983 reyestrdə qeyd edilmiş icra qeydi ləğv edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən iddiaçıya tam kart vasitəsilə ##.##.2024-cü il tarixində 35 ay müddətinə 5.000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə 3050.33 manat əsas, 556.32 manat faiz borcu yaranmışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ASC tərəfindən iddiaçıya ##.##.2025-ci il tarixində bildiriş göndərilərək 3050.33 manat əsas borc və borca müvafiq hesablanmış faiz borcunun 20 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağına dair xəbərdar edilmişdir. Həmçinin notariusa da icra qeydinin aparılması üçün borca dair mübahisənin olmamasını təsdiq edən bütün zəruri sənədləri (müqavilə, ən azı 20 gün əvvəlki tarixə borcluya təqdim etdiyi bildiriş, həmin bildirişin borclu tərəfindən alınmasını təsdiq edən poçt sənədi və s.) təqdim etmişdir. Notarius isə həmin sənədlərə əsaslanaraq borcun məcburi tutulmasına dair icra qeydi vermişdir. İşdən görünür ki, sözügedən bildiriş ##.##.2025-ci il tarixində iddiaçıya məxsus ünvan 2 ünvanına (iddiaçının iddia ərizəsində göstərdiyi ünvan) göndərilmiş, ##.##.2025-ci ildə imza edilməklə təhvil alnmışdır. Lakin borclu ona qarşı kreditorun tələbini, borc ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirişi almasına baxmayaraq, borcun məbləğinə və ya icra qeydinin aparılmasına dair öz etirazını bildirməmişdir. Nə qədərdə ki, iddiaçı bildirişin ona təqdim edilmədiyini bildirsə də, işdə olan sənədlərlə təsdiq edilir ki, bildiriş iddiaçının ünvanına göndərilmiş və qəbul edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı tərəfindən icra qeydinin mübahisələndirildiyi əsas hal borc məbləğinin onun kart hesabına müdaxilə edilməsi nəticəsində yaranmasına, yəni borc məbləği mübahisəli olmasına baxmayaraq notarius tərəfindən icra qeydinin aparılmasıdır. Məhkəmə qeyd etmişdir ki, "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli, *** saylı qərarı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər üzrə icra qeydinin aparılması üçün a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunur. Göründüyü kimi notarius tərəfindən icra qeydi aparılan zaman borc barəsində mübahisə olub-olmamasını aydınlaşdırmaq üçün notariusa kredit müqaviləsi, hesabdan çıxarış, maliyyə arayışının təqdim edilməsi kifayətdir. Yəni notariusun səlahiyyəti deyildir ki, borcun yaranma əsaslarını yoxlasın və ya borclunun qeyd edilən məzmunlu etirazını nəzərə alsın. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, icra qeydi verilərkən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilmişdir, icra qeydinin qanunsuz hesab edilməsi və ləğv edilməsinə əsas verən hər hansı hal müəyyən edilməmişdir. İddiaçının icra qeydinin ləğvi tələbi əsassızdır. Məhkəmə iddiaçının diqqətinə çatdırmağı zəruri hesab etmişdir ki, iddiaçı ona münasibətdə hüquq pozuntusu törətmiş, ona maddi ziyan vurmuş şəxsə qarşı məhkəmədə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tətbiqi zamanı həmin normanın əsas şərtini borcun mübahisəsiz olmasını düzgün qiymətləndirməmişdir. Qanuna görə icra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparıla bilər. Halbuki iş materiallarından görünür ki, iddiaçı kredit kartından çıxarılmış vəsaitin böyük hissəsinin onun tərəfindən istifadə edilmədiyini, kart hesabına kənar müdaxilə nəticəsində pul vəsaitinin çıxarıldığını və bu faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini göstərmişdir. Hətta iş materiallarında Yasamal Rayon Prokurorluğunun məktubu ilə ilkin qərarın ləğv edilərək materialın əlavə araşdırma üçün göndərilməsi də qeyd edilmişdir. Bu hal artıq borcun yaranma əsasının mübahisəli olduğunu göstərir və belə vəziyyətdə notarius tərəfindən icra qeydi aparılması qanunun məqsədinə uyğun hesab edilə bilməz. Buna baxmayaraq məhkəmə bu mübahisəni hüquqi əhəmiyyətli hal kimi qiymətləndirməmiş və borcun mübahisəli olması faktını araşdırmadan icra qeydinin qanuni olduğu nəticəsinə gəlmişdir. Bu isə “Notariat haqqında” Qanunun 76-cı maddəsinin mahiyyətinin düzgün tətbiq edilməməsi deməkdir. Bundan başqa məhkəmə borcun mübahisəli olub-olmamasını qiymətləndirərkən notariusun səlahiyyətlərini yanlış şərh etmişdir. Qətnamədə göstərilir ki, notarius yalnız kredit müqaviləsi, hesab çıxarışı və maliyyə arayışının təqdim edilməsi ilə kifayətlənməlidir və borcun yaranma səbəblərini araşdırmaq onun səlahiyyətinə daxil deyil. Lakin bu yanaşma normanın məzmununa uyğun deyil. Çünki qanuna görə icra qeydi yalnız mübahisəsiz tələb üzrə aparıla bilər və notarius təqdim edilən sənədlərin borcun mübahisəsizliyini təsdiq edib-etmədiyini yoxlamağa borcludur. Əgər borcun yaranması ilə bağlı mübahisə mövcuddursa və bu mübahisə obyektiv materiallarla təsdiqlənirsə, bu halda icra qeydi aparıla bilməz və məsələ yalnız məhkəmə qaydasında həll edilməlidir. Məhkəmə isə bu hüquqi yanaşmanı nəzərə almamış və notariusun borcun mübahisəli olub-olmamasını araşdırmaq səlahiyyəti olmadığını göstərməklə normanı dar şərh etmişdir. Digər maddi hüquq pozuntusu Mülki Məcəllənin öhdəlik hüququna dair normalarının tətbiqində özünü göstərir. Məhkəmə kredit müqaviləsinə əsasən borclunun borcu qaytarmaq öhdəliyinin yarandığını göstərsə də, həmin borcun faktiki olaraq borclunun iradəsi ilə yaranıb-yaranmadığını araşdırmamışdır. İddiaçı kredit kartından çıxarılmış vəsaitin böyük hissəsinin onun tərəfindən istifadə edilmədiyini, kart hesabından kənar şəxslər tərəfindən vəsait çıxarıldığını bildirmiş və bu faktın araşdırıldığını göstərmişdir. Mülki hüququn ümumi prinsiplərinə görə öhdəliyin yaranması və borcun mövcudluğu yalnız borclunun iradəsi ilə yaranmış hüquqi münasibətlər əsasında müəyyən edilir. Əgər borcun yaranması üçün əsas olan əməliyyatların borclu tərəfindən aparılıb-aparılmaması mübahisəlidirsə, bu hal öhdəliyin həcminə və mövcudluğuna birbaşa təsir edir və məhkəmə bunu araşdırmalıdır. Lakin məhkəmə həmin halı araşdırmadan yalnız kredit müqaviləsinin mövcudluğunu əsas götürərək borcun mövcudluğunu qəbul etmişdir ki, bu da Mülki Məcəllənin öhdəlik münasibətlərinə dair müddəalarının formal tətbiqi deməkdir. Eyni zamanda məhkəmə borcun mübahisəli olması ilə bağlı faktı qiymətləndirərkən faktiki hallarla hüquqi nəticə arasında məntiqi əlaqəni də düzgün qurmayıb. İş materiallarında kredit kartından pulun oğurlanması ilə bağlı polis orqanlarında araşdırma aparıldığı, əvvəlki qərarın prokurorluq tərəfindən ləğv edilərək əlavə araşdırmaya qaytarıldığı göstərilsə də, məhkəmə bu faktın borcun mübahisəli olub-olmamasına təsirini qiymətləndirməmişdir. Halbuki belə araşdırmanın mövcudluğu artıq borcun yaranma əsasının şübhəli olduğunu və mübahisənin mövcudluğunu göstərir. Bu isə icra qeydi institutunun tətbiqi üçün tələb olunan “mübahisəsizlik” meyarının olmadığını göstərir. Beləliklə qətnamənin məzmunundan görünür ki, məhkəmə borcun mübahisəsiz olması meyarını düzgün tətbiq etməmiş, notariusun icra qeydi aparması üçün tələb olunan maddi hüquq şərtlərini dar şərh etmiş, kredit öhdəliyinin faktiki yaranma əsaslarını araşdırmadan yalnız formal sənədlərə əsaslanaraq hüquqi nəticə çıxarmışdır. Bu hallar isə “Notariat haqqında” Qanunun 76-cı maddəsinin, həmçinin Mülki Məcəllənin öhdəlik hüququna dair müddəalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “Notariat haqqında” Qanun: 76-cı maddəsinin 1-ci bəndinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. “İcra qeydi” aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. 76-cı maddəsinin 9-cu hissəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın: 161-ci maddəsinin tələbinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. 162-ci maddəsinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1)əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2)tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısı: II. Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması. 2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. “İcra haqqında” Qanun: 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən iddiaçıya tam kart vasitəsilə ##.##.2024-cü il tarixində 35 ay müddətinə 5.000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə 3050.33 manat əsas, 556.32 manat faiz borcu yaranmışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ASC tərəfindən iddiaçıya ##.##.2025-ci il tarixində bildiriş göndərilərək 3050.33 manat əsas borc və borca müvafiq hesablanmış faiz borcunun 20 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağına dair xəbərdar edilmişdir. Həmçinin notariusa da icra qeydinin aparılması üçün borca dair mübahisənin olmamasını təsdiq edən bütün zəruri sənədləri (müqavilə, ən azı 20 gün əvvəlki tarixə borcluya təqdim etdiyi bildiriş, həmin bildirişin borclu tərəfindən alınmasını təsdiq edən poçt sənədi və s.) təqdim etmişdir. Notarius isə həmin sənədlərə əsaslanaraq borcun məcburi tutulmasına dair icra qeydi vermişdir. Həmçinin sözügedən bildiriş ##.##.2025-ci il tarixində iddiaçıya məxsus ünvan 2 ünvanına (iddiaçının iddia ərizəsində göstərdiyi ünvan) göndərilmiş, ##.##.2025-ci ildə imza edilməklə təhvil alnmışdır. Lakin borclu ona qarşı kreditorun tələbini, borc ödənilmədiyi halda notarius tərəfindən icra qeydi aparılacağı barədə bildirişi almasına baxmayaraq, borcun məbləğinə və ya icra qeydinin aparılmasına dair öz etirazını bildirməmişdir. Göründüyü kimi iş materiallarında olan “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən borcluya göndərilən bildirişə əsasən icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, icra qeydi tələbkar və borclu arasında bağlanmış müqavilə üzrə verilmiş, icra qeydi verilməmişdən öncə borcluya müvafiq bildiriş göndərilmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk olaraq qeyd edir ki, icra qeydinin verilməsi üçün ilk əsas borcun mübahisəsiz olmasının təsdiq edilməsidir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Hazırda iddiaçı tələbində eləcə də apellyasiya şikayətində borc məbləğinin onun kart hesabına müdaxilə edilməsi nəticəsində yaranmasına, yəni borc məbləği mübahisəli olmasına baxmayaraq notarius tərəfindən icra qeydinin aparılmasına istinad etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçıya icra qeydinin aparılacağı barədə bildiriş göndərilməsi və iddiaçının bildirişi alması işin mübahisəsiz halıdır və bu halda bildirişi aldıqdan sonra iddiaçı tələbi mübahisələndirmək hüququndan istifadə edə bilərdi. Lakin iddiaçı bildirişi almasına, məzmunundan xəbərdar olmasına, tələbi qanunsuz olmasına görə mübahisələndirmək hüququnun olmasına, bunun üçün də kifayət qədər vaxtı, imkanı olmasına baxmayaraq mübahisələndirməmiş, nəticədə notarius tərəfindən icra qeydi verilmişdir. Məhkəmə Kollegiyası həmçinin iddiaçının dəlilləri ilə bağlı bildirir ki, icra qeydi verilməzdən əvvəl və ya bildiriş alındıqdan sonra borclunun məbləğlə razılaşmamaq və buna dair etirazını bildirmək hüququ var. Əgər borclu bildirişi aldığı halda məbləği mübahisələndirməyibsə, bu, onun borcun miqdarı ilə (sükut yolu ilə) razılaşması kimi qiymətləndirilir. Bundan başqa iddiaçı borcun mübahisəli olmasını onunla əsaslandırır ki, ##.##.2024-cü il tarixində onun kart hesabından başqa kart hesablarına hər dəfə müəyyən məğləğ olmaqla, hissə-hissə 3042.94 manat məbləğində pul vəsaiti köçürülməsi ilə bağlı, yəni qeyd edilən oğurluq hadisəsi barədə hüquq mühafizə orqanlarına müraciət etmiş, hazırda Bakı şəhəri Yasamal Rayon Polis idarəsi tərəfindən araşdırma aparılır. Digər tərəfdən "Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli, *** saylı qərarı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər üzrə icra qeydinin aparılması üçün a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı təqdim olunur. Qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırda təqdim edilmiş kredit müqaviləsi, maliyyə arayışı kimi sənədlərdə borcun mübahisəli olması və ya ayrılan kredit hesabının iddiaçının iradəsi olmadan istifadə edilməsi müəyyən edilməmişdir. Hаzırki mövcud vəziyyətdə isə notariat tərəfindən icra qeydi verilərkən qüvvədə olan qanunvericilik tələblərinin pozulması halına yol verilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin-icra qeydinin ləğv olunması tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasının icra qeydinin ləğv olunması hissəsində əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən-icra qeydinin ləğv olunması üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.