Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1803/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “xxxx” MMC və cavabdeh1 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənəvi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh “xxxx” MMC-nin vəkili və nümayəndəsi vəkil2, Cavabdeh cavabdeh1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC və cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun ##.##.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında rayon prokurorluğunda toplanmış material “Mərcan” klinikasının həkimlərinin əməllərində hər hansı cinayət tərkibi olmadığından sonuncular barəsində AR CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi haqqında qərar qəbul edilmişdir.
2. Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisinin ##.##.2024-cü il tarixli qərarının surətindən həmçinin görünür ki, araşdırma zamanı təyin edilmiş məhkəmə tibb ekspertizasının KEŞ-976 nörməli rəyində qeyd olunmuşdur ki, İddiaçı üzərində “RM X11”də icra edilmiş cərrahiyyə əməliyyatı zamanı ona hər iki süd vəzilərinə silikon implantlar yerləşdirilmişdir. Əməliyyat texniki cəhətdən düzgün yerinə yetirilmiş və əməliyyat zamanı hər hansı bir ağırlaşma qeyd edilməmişdir. İddiaçı mütəxəssis müayinəsinə əsasən, ona süd vəzilərinin implantasiya əməliyyatından sonra təkrar süd vəzilərindən implantların xaric edilməsinə səbəb orqanizmin yad cismə (silikon implantlara) qarşı cavab reaksiyası olmuşdur. İddiaçı “RM X11”də göstərilmiş tibbi xidmət səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur.
3. X23 ##.##.2024-cü il tarixli “Məmə USM (Bilateral) nəticəsinə görə, hər iki süd vəzisində aşağı-içəri və aşağı-bayır kvadratında saat 6 istiqamətində Areolaya yaxın proyeksiyaya doğru kəsik xətti izləndi. Sağ süd vəzisində saat 6 istiqamətində kəsik xəttində kəsik xətlərinin kəsişməsinə doğru yerləşimli fibroid toxuma 10x5.9 MM ölçüldü. Sol süd vəzisində saat istiqamətində kəsik xətti boyunca məmə parenximasında ödemli sahə izlənilir. Anamnezinə görə məməplastika əməliyyatı olunmuşdur (implant qoyulmuşdur). Hər iki süd vəzisində: sağda 3.2 mm, solda 2.8 mm olmaqla sadə kistlər izlənilir. Hər iki süd vəzisində patoloji solid görüntü izlənmədi. Bilateral aksillalarda patoloji görüntüdə və ölçüdə limfa düyünləri vizualizə olunmadı. Bilateral süd vəzisi bi-rads 2 6 ay sonra kontrol USG müayinə məsləhət görülür.
4. ##.##.2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ## ###### 2024-cü il tarixdə saat 10:40-da ünvan 1 ünvanında yerləşən “RM MEDİCARE” Klinika MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 maddəsini nəzərdə tutan inzibati xəta törətmişdir. Bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin ## ###### 2024-cü il tarixli *** nömrəli Akt ilə təsdiq edilir.
5. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qərarının surətindən görünür ki, “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirli bilinərək 6000 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” Publik hüquqi şəxsinin KEŞ-*** nömrəli ##.##.2025-ci il tarixli ekspertiza rəyindən görünür ki, 1994-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və özünün məhkəmətibbi və mütəxəssis müayinələrə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2 İddiaçı ##.##.2023-cü il tarixdə süd vəzlərinin kiçik olması şikayəti ilə “RM X11” ə müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra ona “Süd vəzinin hipoplaziyası” diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq operativ müalicə taktikası seçilmiş və üzərində “Mammoplastika” cərrahiyə əməliyyatının aparılması qərara alınmışdır. İddiaçı üzərində “RM X11”də icra edilmiş cərrahiyə əməliyyatı zamanı ona hər iki süd vəzilərinə silikon implantlar yerləşdirilmişdir. əməliyyat texniki cəhətdən düzgün yerinə yetirilmiş və əməliyyat zamanı hər hansı bir ağırlaşma qeyd edilməmişdir.
3. İddiaçı ##.##.2024-cü il tarixdə yenidən “RM X11”ə əvvəlki əməliyyatdan sonra süd vəzilərinin böyük olması şikayəti ilə müraciət etmişdir. Bununla əlaqədar onun üzərində “Süd vəzilərindən implantın çıxarılması; Mammoplastika” cərrahiyə əməliyyatının aparılması qərara alınmışdır. əməliyyat icra edilmiş və implantlar süd vəzilərindən xaric edilmişdir. Təkrari əməliyyat texniki olaraq düzgün yerinə yetirilmişdir. Təkrar əməliyyat zamanı cərrahi ağırlaşma qeyd edilməmişdir. İddiaçı mütəxəssis müayinəsinə əsasən, ona süd vəzilərinin implantasiya əməliyyatından sonra təkrar süd vəzilərdən implantların xaric edilməsinə səbəb orqanizmin yad cisminə qarşı cavab reaksiyası olmuşdur. Plastik əməliyyat zamanı qoyulmuş süni implantlardan irin axması müəyyən edildikdən sonra qısa müddət ərzində implantlar xaric edilməsi tibbi göstəriş hesab olunur. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərərvurmanın qiymətləndirilməsində meyar kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamət müəyyən edilmədi.
7. Azərbaycan Respublikası Səhiyyə nazirliyi xxxxnin keş-** saylı, ##.##.2025-ci il tarixli rəyinə iddiaçı tərəfindən verilən etiraza əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin keş-*** saylı, ##.##.2025-ci il tarixli rəyinə etiraz edirlər (rəyin nəticə hissəsinin 6-cı bəndi istisna olmaqla). Belə ki, həmin rəydə qeyd olunub ki, guya əməliyyat və təkrar əməliyyat texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Guya klinikanın və həkimin heç bir təqsiri yoxdur. Bu tamamilə cəfəngiyat və absurddur. Belə ki, əgər əməliyyat düzgün yerinə yetirilsəydi hər hansı axıntı ifrazatı və çürümə olmazdı. Yalnız rəyin nəticə hissəsinin 6-cı bəndi ilə razılaşırlar. Belə ki, 6-cı bənddə qeyd olunmuşdur ki, plastik əməliyyat zamanı qoyulmuş süni implantlardan irin axması müəyyən edildikdən sonra qısa müddət ərzində implantların xaric edilməsi tibbi göstəriş hesab olunur. Lakin iş materiallarından görünür ki, zərərçəkmiş vətəndaş İddiaçı Nizami qızı 5 ay ərzində əziyyət çəksə də, onun implantlarını çıxaran olmamış, hətta o səhhəti ilə bağlı həyati təhlükə yaşayaraq ölüm dərəcəsinə gəlib çıxmışdır. Azərbaycan Respublikası Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il qərarı ilə “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4- cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirli bilinərək 6000 (altı min) manat məbləğində inzibati cərimə edilmişdir. (hakim Solmaz Mustafayeva) Məhkəmə prosesi zamanı məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi vəkil2 tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, zərərçəkmiş xanıma dəymiş ziyan ödənilmişdir. Cərrah cavabdeh1 sonuncu əməliyyatı İddiaçı əməliyyatı olmuşdur. Həmin əməliyyatdan sonra klinika tərəfindən cavabdeh1 sertifikasiyası olmadığından ##.##.2024-cü il tarixdən etibarən cərrahiyyə şöbəsindən uzaqlaşdırılaraq heç bir əməliyyata girməsinə icazə verilməmişdir. Göründüyü kimi cavabdehlərin özləri də təqsirlərini etiraf etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab etmişdir ki, hüquqi şəxs “xxxx” MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Belə ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2024-cü il tarixdə, saat 10:40-da ünvan 2 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti (həkim ümumi cərrah cavabdeh1) aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, cavabdeh1 sertifikasiya şəhadətnaməsindən keçmədən həm ümumi, həm də plastik cərrahiyyə iş və fəaliyyəti ilə məşğul olur (halbuki məşğul ola bilməzdi). “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2024-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciət əsasında rayon prokurorluğunda toplanmış material üzrə “Mərcan” klinikasının həkimlərinin əməllərində hər hansı cinayət tərkibi olmadığından sonuncular barəsində Azərbaycan CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bundan əlavə həm məhkəməyə təqdim olunan sonuncu rəydə, həm də cinayət işinin başlanılmasının rədd olunması barədə qərarın 4-cü səhifəsinin sonu 5-ci səhifəsinin əvvəlində qeyd olunmuşdur ki, “Mərcan Klinikasında müayinə zamanı xəstə icra olunacaq əməliyyat üçün əks göstərişin olduğu qeyd edilməlidir. Sual yaranır. Əgər xəstənin bədəni süni implantı götürmürdüsə, bu necə müayinədir ki, müayinə zamanı əməliyyata əks göstərişin müəyyən olunmadığı yazılmışdır. Buradan məntiqi qanunauyğunluğa əsasən 2 nəticəyə gəlmək olur: 1) Ya Mərcan klinikasının həkimlərinin ilkin müayinəsi səhvdir 2) Ya da Mərcan klinikasının həkimlərinin əməliyyatı səhvdir. Bundan başqa qeyd etmək istərdik ki, cavabdeh1 Azərbaycan Tibb Universiteti X27 müəllimidir və onun yaxınlıqda yerləşən X6 (Semaşko) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin həkim-ekspertləri ilə yaxın əlaqələrinin olması ehtimal olunan haldır. Buna görə də həmin rəyin mötəbərliyini şübhə altına alırıq. Bundan başqa Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Hazırki iş üzrə Məhkəmə Tibbi-Ekspertiza rəyi məcburi hesab olunmamalı və işdə olan bütün sübutların məcmusuna obyektiv qiymət verilməklə ədalətli qərar qəbul edilməli olduğunu düşünürlər. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxxnin keş-*** saylı, ##.##.2025-ci il tarixli rəyinə kəskin şəkildə etiraz edirlər.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı İddiaçı cavabdehlər “xxxx” MMC və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 459cu maddələrini rəhbər tutmaqla keyfiyyətsiz, qanunsuz və qeyri-dəqiq cərrahi müdaxilə nəticəsində sağlamlığına əhəmiyyətli zərər vurulduğuna görə 50.000 AZN pulun cavabdehlər “xxxx” MMC (Mərcan Klinikası) və cavabdeh1 müştərək qaydada tutularaq maddi zərərin əvəzi olaraq iddiaçı İddiaçı ödənilməsi, mülki qanunvericilik normalarını, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2008-ci il tarixli Qərarını, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini rəhbər tutmaqla cavabdehlərin törətdiyi qanunsuz hərəkətin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi, sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməyi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatının normal axarının pozulmasına, 5 ay ərzində sağlamlığına zərər vuran implantların sinəsində saxlanılmasına görə cavabdehlər “xxxx” MMC (Mərcan Klinikası) və cavabdeh1 müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 10.000 AZN pulun tutularaq iddiaçı İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 2023-cü ilin təxminən oktyabr ayının ortalarında “Mərcan” (Hüquqi adı “xxxx” MMC) klinikasında Kamil Məmmədli adlı şəxsin yanında müayinədə olmuş, Kamil Məmmədlini iş yoldaşı Səbinə adlı qızın vasitəsilə tanımışdır. Səbinə bildirmişdir ki, o da Kamil adlı həkimin yanında sinə əməliyyatı olmuşdur. Kamil Məmmədliyə müraciət etməyinə səbəb sinə böyütmə əməliyyatı olmaq istəməsi olmuşdur. O, Kamil Məmmədlinin qəbulunda olarkən sonuncu ona bir ay sonra üçün əməliyyat tarixi vermiş, əməliyyatın uğurla keçəcəyini bildirmişdir. 2023-cü ilin ######ın ##-də o, Mərcan Klinikasına getmiş, əməliyyatdan əvvəl müvafiq analizlər verərək USM müayinəsindən keçmişdir. Əməliyyatın səhər 09:00-da başlayacağını ona desələr də, günorta saat 16:00 radələrində əməliyyata girmişdir. Əməliyyatı 11 saat çəkmiş, əməliyyatdan öncə Mərcan Klinikasının həkimi Kamil Məmmədliyə 4000 AZN pul ödəmişdir. Gecə saat 12:00 radələrində əməliyyatı bitmiş, əməliyyatdan sonra vəziyyəti ağırlaşmışdır. Əməliyyatdan sonra klinikada 2 gün qalmış, daha sonra evə buraxılmışdır. Evə buraxılandan sonra vəziyyəti daha da pisləşmiş, çünki sinə hissəsinə qoyulan tikişlər açılaraq implantlar görsənməyə başlamışdır. O, Kamil Məmmədliyə 10 gün sonra müraciət edərək şikayətlərini bildirmiş, lakin o ölkədə olmadığına görə iddiaçını müxtəlif klinikalarda müxtəlif həkimlərə yönəltmişdir. Onun tikişləri açıldığına görə “Meduara” klinikasında 5 dəfə sağ sinəsinə, 2 dəfə də sol sinəsinə qoyulan tikişlər bərpa olunmuşdur. Lakin tikişlər bərpa olunsa belə sinəsinə implantlar düzgün qoyulmadığı üçün tikişlər bağlanmamış, yaralar açıq qalmışdır. Daha sonra 2024cü ilin yanvar ayında o, “X2” da Babək Qəhrəmanov adlı həkimin qəbulunda olmuş, sonuncu onu müayinə edərək təcili surətdə implantların çıxarılmalı olduğunu, implantların hava ilə təmasda olduğunu, sinəsində çirklərin yarandığını bildirmişdir. Bəxtiyar adlı həkim ondan implantların çıxarılması, yeni implantların qoyulması üçün 18.000 AZN pul istəmişdir. O, isə həmin məbləği verə bilmədiyinə görə yenidən Kamil Məmmədliyə müraciət etmişdir. Əməliyyatdan sonra Kamil Məmmədlinin qəbulunda ola bilməmiş, Kamil Məmmədli ona ölkə xaricində olduğunu, tikişlərin bərpa olunacağını, vəziyyətin düzələcəyini bildirmişdir. O, Bəxtiyar həkimin yanından çıxandan sonra telefonla Kamil Məmmədliyə zəng edərək vəziyyətinin ağır olduğunu bildirəndə Kamil Məmmədli onu təhqir etmişdir. O, buna görə də Mərcan klinikasının baş həkimi Araz Ağayevə zəng etmiş, səhəri gün o, baş həkimin qəbulunda olmuşdur. O, günlərlə həmin klinikaya getmiş, həmin klinikada baş cərrah işləyən cavabdeh1 adlı həkim onu qəbul edərək düzələcəyini, sinəsində problem olarsa implantları çıxaracağını bildirmişdir. Daha sonra onun vəziyyəti pisləşmiş, şiddətli qaşınmalar və bədənində səpgilər yaranmışdır. Şikayətlərlə Mərcan klinikasına gedəndə Araz həkim onu qarşılamış, təcili surətdə ona sistem qoşulmuş, ##.##.2024-cü il tarixdə cavabdeh1 tərəfindən əməliyyata alınmışdır. Həmin gün Kamil Məmmədli də əməliyyata girmiş, lakin o, Kamil Məmmədlinin əməliyyatda iştirakını istəməmişdir. Lakin sonradan Kamil Məmmədli etiraf etmişdir ki, onu iradəsi ziddinə ikinci əməliyyatda da iştirak etmişdir. O, əməliyyatdan çıxanda sinəsinə qoyulan implantlar çıxarılmış, daha sonra onun əməliyyatı düzgün icra olunmadığına görə ödədiyi məbləğin geri qaytarılmasını istəmişdir. Belə ki, iddiaçının əldə etdiyi məlumata görə Kamil Məmmədli tibbi təhsili, lisenziyası olmamışdır. X13 tərəfindən ilkin əməliyyat olunsa da tibbi sənədlərdə cavabdeh1 tərəfindən əməliyyat olunduğu qeyd olunmuşdur. 4000 AZN məbləğində pulu ona X3 Ağayev və cavabdeh1 yanında qaytarmışdır. O, pulu almağı ilə bağlı ərizə yazaraq təqdim etmiş, əməliyyatdan sonra vəziyyəti ağır olduğu üçün işləyə bilməmiş, azyaşlı oğluna baxa bilməmişdir. Habelə iddiaçının yenidən əməliyyat olunmasına zərurət yaranmışdır. Belə ki, iddiaçının əməliyyatdan sonra toxumaları götürülmüş, sinə əzələləri kəsilmiş, sinəsi yararsız hala düşmüşdür. Bundan əlavə Adil Cümşüdov adlı həkim müayinəsinə gedəndə həkim gələcəkdə əməliyyatın başqa fəsadları ola biləcəyini, xərçəng xəstəliyinə düçar olmaq ehtimalının çox olduğunu bildirmişdir. İddiaçını hazırda heç bir həkim yenidən əməliyyata qəbul etmir. Türkiyədə isə həkimlərin qəbulunda olmuş, 30.000 ABŞ dollar ondan pul istənilmişdir. Kamil Məmmədli 2024-cü ilin noyabrında yenidən iddiaçıya müraciət edərək bildirmişdir ki, hazırda “Medistyle” klinikasında işləyir, 2000- 3000 AZN qarşılığında iddiaçını yenidən əməliyyat edə bilər. Lakin iddiaçı başına gələnlərdən sonra bununla razılaşmamışdır. O, yenidən əməliyyat olunmalı olduğunu, ona maddi cəhətdən köməklik etməsini istəmiş, lakin Kamil Məmmədli ona köməklik etməkdən imtina etmişdir. İddiaçının birinci əməliyyatını (implantın qoyulması) Kamil Məmmədli, ikinci əməliyyatını isə (implantın çıxarılması) cavabdeh1 həyata keçirmişdir. X7 vətəndaşı olduğu üçün onu cavabdeh qismində qoya bilmir. Şikayətin olmaması barədə ərizə yazmağının səbəbi 4000 AZN pulun geri alınması məqsədilə Mərcan klinikası və onların həkimlərinin tələb etdiyi məzmunda ərizə yazmaqla əsaslandırır. Aydın məsələdir ki, elə bir ərizə yazmasaydı, heç kim ona 4000 AZN pul qaytarası deyildi. Müalicələrinə çoxlu pul xərclədiyi üçün məcburiyyət qarşısında qalaraq belə bir ərizə yazmışdır. Həmin ərizənin etibarsız olduğu və məcburiyyət qarşısında yazılmasını sübut edən ən mühüm fakt iddiaçının dərhal Azərbaycan Respublikası Nəsimi Rayon Prokurorluğuna rəsmi müraciətinin olmasıdır. Azərbaycan Respublikası Nəsimi Rayon Prokurorluğunun prokuror köməkçisi R Aytən Ramazanlının ##.##.2024- cü il tarixli qərarına əsasən, İddiaçı müraciəti əsasında rayon prokurorluğunda toplanmış material üzrə (258c-24) “Mərcan” klinikasının həkimlərinin əməllərində hər hansı cinayət tərkibi olmadığından sonuncular barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi və İddiaçı pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməsi qərara alınmışdır. Həmin qərarın özünü də mübahisələndirmişlər. Həmin qərarda şahid kimi dindirilən İsmayılova Firəngiz Denqizxan qızı ifadəsi göstərilmişdir. Şahid ifadəsində qeyd etmişdir ki, 2008-ci il tarixdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirmiş, hazırda “ASK” Plazada kosmetoloq kimi fəaliyyət göstərir, İddiaçı onun iş yoldaşı olmuşdur. 2023-cü ilin oktyabr ayında sinə əməliyyatı olunmaq istədiyi bildirəndə o, Aygünə bir neçə həkim məsləhət görmüş, Aygün ona Səbinə adlı iş yoldaşının Mərcan klinikasında Kamil adlı şəxs tərəfindən sinə əməliyyatı olunduğunu, həmin həkimin yanına getmək istədiyini bildirmişdir. O, Aygünün Kamilin yanına getmək istədiyini, sonuncu tərəfindən əməliyyat olunmaq istədiyini bildirəndə o, Aygünə qarışmamışdır. Daha sonra Aygün əməliyyatdan 1 həftə sonra şəkillərini ataraq yaralarının açıq olduğunu, irin axdığını şəkillər ataraq ona bildirmişdir. O, Aygünə həkimə məlumat verməyi, işlədiyi yerə gəlməyini bildirmiş, Aygün ona sinə hissəsini göstərəndə o, əməliyyatın düzgün icra olunmadığını görərək Aygünə təcili Kamil ilə əlaqə saxlamasını söyləmişdir. Aygün Kamilə zəng edəndə həkim Aygündə baş verən prosesin normal olduğunu, iki həftəyə sağalacağını bildirərək fevralmart aylarında Bakıya qayıdacağını bildirmiş, Aygünün sinə nahiyəsində yaralar bitişməyəndə onu müxtəlif həkimlərə yönləndirmişdir. Həmin həkimlər Aygünün tikişlərini bərpa etsə də, hər hansı faydası olmamış, 2024-cü ilin fevral ayında Aygün ona zəng edərək vəziyyətinin pis olduğunu bildirəndə o, X12 Bəxtiyar adlı plastik cərrahın yanına gedəndə həmin həkim implantın çıxarılmasını, yoxsa sinəsini itirəcəyini qeyd etmişdir. Aygünün maddi vəziyyəti yaxşı olmadığına görə o, Aygünlə birlikdə Mərcan klinikasına getmişdir. Mərcan klinikasında ona Kamil adlı həkimin xəstəxanada olmadığını bildirərək baş həkim Araz adlı şəxsin qəbuluna aparmışlar. Araz həkim əməliyyatın nəticəsinin uğursuz olduğunu, lakin onun problemi olmadığını bildirərək məhkəməyə şikayət etməli olduğunu bildirmişdir. Araz həkim onlara Bəxtiyar adlı həkimdən Aygünü əməliyyat etməsi üçün xahiş edə biləcəyini, klinikada plastik cərrah olan Telman adlı həkimin klinikada fəaliyyət göstərdiyini bildirmişdir. Həmçinin, Araz həkim Kamildən şikayətlərin çox olduğunu, həmin xəstələri Telman həkimin müalicə etdiyini, əməliyyatlara Telman adlı həkimin adı altında girdiyini bildirmişdir. Daha sonra Telman adlı həkim Aygünü müayinə edərək təcili əməliyyat olunacağını, implantların çıxaracağını bildirmişdir. 3-4 gün sonra Mərcan klinikasında Aygünün sinəsindən implantların çıxarılması əməliyyatı Telman həkim tərəfindən icra olunmuşdur. Əməliyyatdan 3-4 gün sonra stasionar qaydada Aygün klinikada qalanda sonuncunun yanında o, qalmış, həmin vaxt Kamil adlı şəxs klinikaya gəlmişdir. Aldığı məlumata görə Aygünün sinəsindən implantların çıxarılma əməliyyatında Kamil də iştirak etmişdir. Əməliyyatdan sonra Kamil Aygünü müayinə edərək sonuncu barəsində şikayət etməməsini, himayəsində azyaşlı uşaq olduğunu bildirmişdir. Əməliyyatdan sonra Aygünün vəziyyəti pis olmuş, Telman həkim əməliyyatdan sonra Aygünü müayinə edəndə birinci sinə implantı əməliyyatının düzgün icra olunmadığını, əzələlərinin kəsildiyini, implantların sinə nahiyəsinə yerləşdirə bilmədiyinə görə Aygünün sinəsində tikişlərin cırıldığını, açıq yaralar əmələ gəldiyinə görə sinə nahiyəsinə infeksiyalar yarandığı barədə cümlələr söyləmişdir. Telman həkim onlara Aygünün ölmədiyinə görə şükür etmələrini, vaxtında müraciət etməli olduğunu qeyd etmişdir. Əməliyyatdan sonra Aygün sinə nahiyəsinin toxumalarını itirdiyini görəndə daha da pis olmuş, Araz həkim Aygünün vəziyyətini görəndə sonuncu 4-5 gün xəstəxanada qalmağını, Kamilin də Aygünün xərclərini ödəyəcəyini bildirmişdir. O, Araz həkimə implantların çıxarıldığını, sinə nahiyəsini itirdiyini, implantın pulunun qaytarılmasını bildirmişdir. Araz həkim “implantların pulunu istəyəcəyini bilsəydi, heç Aygünü əməliyyat etdirməyəydim” deyə bildirmişdir. O, Araz həkimə Aygünün sinə nahiyəsinin bərpa olunmayacağını, əməliyyatın düzgün icra olunmadığını söyləmiş, Araz həkim ona hədəqorxu gələrək Mərcan klinikasının X20 məxsus olduğunu, klinikada həkim kimi fəaliyyət göstərdiyini, buna görə başının ağrıyacağını bildirmişdir. O, Oqtay Əsədovdan müvafiq orqanlara şikayət edəcəyini, klinikanın lisenziyasının qeyri-qanuni nəyə görə istifadə olunduğunu bildirmiş, X1 ilə yenidən danışacağını qeyd edərək Kamili çağırmışdır. Təxminən yarım saat sonra Kamil Aygünlə ona yaxınlaşmış, sabah səhər əməliyyat üçün aldığı pulu 4000 manatı qaytaracağını bildirmişdir. Səhəri gün Kamil, klinikada işləyən bir xanım onlara yaxınlaşaraq Aygünün ödədiyi pulu təqdim etmişlər. Həmin klinikada Aygünə ərizə yazmalı olduğunu, şikayəti olmaması ilə bağlı ərizə yazmağı tələb edəndə Aygün həmin sözləri yazaraq əməliyyata ödədiyi pulları geri aldığını qeyd etmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Nəsimi Rayon Prokurorluğunun sorğusuna Mərcan klinikası belə cavab verir ki, guya süd vəzilərinin hipoplaziyası (Mammoplastika) əməliyyatını Kamil Məmmədli deyil, cavabdeh1 həyata keçirmişdir. Eyni zamanda Mərcan klinikası sorğuya cavab olaraq bildirmişdir ki, İddiaçı əməliyyat zamanı qeydə alınmış video görüntüləri silinib. Mərcan klinikası cəsarətli bir şəkildə riskə gedərək Nəsimi rayon Prokurorluğuna tamamilə yalan məlumat vermişdir. Birincisi, X8 klinikasnda çalışır. Əmək müqaviləsi bağlanmadığı üçün böyük məbləğdə cərimə olunmamaq üçün bu yalanı ortaya atmışlar. İkinci yalan isə əməliyyat zamanı çəkilmiş video görüntünün silinməsidir. Əslində heç nə silinməmişdir. Sadəcə videogörüntünü təqdim etsələr, birinci yalanları da üzə çıxmış olacaq. Bundan başqa sual yaranır. Fərz olunur ki, videogörüntü silinibsə, əməliyyat sənədləri hanı? Haradadır? Niyə prokurorluğa təqdim olunmur? Əgər cavabdeh1 dediyi kimi İddiaçı ilk əməliyyatını o etmişdirsə və implantlar onun sinəsinə düşməyibsə niyə İddiaçı düz 5 ay əziyyət verilib və 5 ay ərzində implantlar çıxarılmayıb? Ümumi olaraq əgər cavabdeh1la ilkin əməliyyatın konsultasiyası, əməliyyatın təyin edilməsi günü, ağırlaşmalar haqqında danışıq və mesajlar varsa, cavabdeh1 buyurub sübut etsin. Çünki İddiaçı cavabdeh1 2-ci əməliyyat dövründə (yəni, implantların çıxarılması zamanı) tanımışdır. Özünü plastik cərrah kimi istintaqa təqdim edən cavabdeh1 ifadəsində belə bir söz işlədir: “X8 klinikasında işləmir, həmin şəxsin İnstagram vasitəsilə xəstələri klinikaya cəlb edir. Daha bir yalan... Kamil Məmmədlinin İnstagram səhifəsinə baxdıqda şahidi oluruq ki, həqiqətən də Kamil Məmmədli adlı şəxs var. İkincisi Kamil Məmmədli İnstagramdakı BİO-sunda özünü “PLASTİK XİRURQ” (PLASTİK CƏRRAH) kimi təqdim edir. Üçüncüsü, cavabdeh1 dediyi kimi “Mərcan” klinikasında İnstagram vasitəsilə xəstələri cəlb etməyilə bağlı bir Kamil Məmmədlinin profilində bir dənə də olsun video, reklam yoxdur. Habelə bir həkim işləmədiyi klinikanı niyə reklam etsin ki? Deyilənlər ağlabatan deyil və qarşı tərəfin açıqaşkar yalan dediyinin bariz nümunəsidir: 1) Ya Mərcan klinikasının həkimlərinin ilkin müayinəsi səhvdir 2) Ya da Mərcan klinikasının həkimlərinin əməliyyatı səhvdir. Bundan başqa qərarda qeyd olunmuşdur ki, süd vəzilərinin implantasiya əməliyyatından sonra implantların çıxarılmasına səbəb orqanizmin yad cismə (silikon implantlara) qarşı cavab reaksiyası olmuşdur. Bildiririk ki, burada tək faktor - cavab reaksiyası deyil. Belə ki plastik tibbi əməliyyatlarla bağlı rəsmi tibbi məlumatlara əsasən, əməliyyatın doğru sterilizasiya və üsulla edilməsi infeksiya riskini azaldır, bununla da implantın rədd edilmə riski azalmış olar. Hazırkı işdə cərrahi üsul düzgün seçilməmişdir. İkinci faktor, implantın tərkibidir. Ümumiyyətlə implantlar biouyğunlaşa bilən maddələrdən hazırlanır. Ola bilsin ki, keyfiyyətsiz implantlardan istifadə olunmuşdur. Üçüncü faktor isə infeksiya riskidir. Əgər əməliyyat sonrası infeksiya inkişaf edərsə, bədən implantı rədd etməyə meyilli ola bilər. İş materiallarından görünür ki, İddiaçı əməliyyatdan sonra iltihablaşma prosesi getmişdir. Bu da birbaşa əməliyyatın səhv aparıldığını sübut edir. Daha bir maraqlı hal ondan ibarətdir ki, Nəsimi Rayon prokurorluğu İddiaçı şikayəti üzrə müvafiq orqanlara sorğular vermiş, lakin sorğuların nəticəsini gözləmədən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Belə ki, həmin qərarda aşağıdakı kimi yazılmışdır: “Yuxarıda qeyd olunan xüsusatlar, həmçinin araşdırma üçün digər əhəmiyyətli hallar ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə xidməti yoxlama təyin edilmiş, “Mərcan” klinikasının plastik cərrahiyyə əməliyyatlarının icra olunmasına icazələrinin olubolmamaları, Kamil Məmmədli adlı şəxsin həmin klinikada işləyib-işləməməsi, o cümlədən klinika, həkimlərin fəaliyyəti ilə bağlı məsələlərin aydınlaşdırılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə xidməti yoxlama təyin olunmuş, xidməti yoxlamanın nəticəsi hazırki vaxta kimi rayon prokurorluğuna daxil olmamışdır. Bütün bunlara baxmayaraq cinayət işinin başlanılmasının 7-ci səhifəsində qeyd olunmuşdur ki, həmçinin İddiaçı pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İddia ərizəsinə əlavə etdiyi X23 ##.##.2024-cü il tarixli, R********* saylı Məmə USM (Bilateral) arayışında qeyd olunmuşdur ki, hər iki süd vəzisində kəsik xətti izlənildi. Kəsik xətti boyunca məmə parenximasında ödəmli sahə izlənilir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli 2(006)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim X15).
11. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı əməliyyat zamanı zədələnmə, səhv və ya keyfiyyətsiz cərrahi müdaxilə nəticəsində sağlamlığına zərər dəydiyini iddia etsə də, iş üzrə toplanmış sübutlar və ekspert rəyləri göstərir ki, ilkin və təkrar əməliyyat texniki cəhətdən düzgün aparılmış, əməliyyat zamanı hər hansı qüsur və ya səhv aşkar edilməmişdir. İddiaçının zərər iddiaları, əsasən subyektiv narazılıq və əməliyyatın gözlənilən nəticəsini tam razılaşdırmamasından irəli gəlmişdir, halbuki əməliyyat tibbi göstərişlərə uyğun aparılmış və ekspert rəyinə əsasən, hər hansı təqsirli hərəkət və ya qanunsuzluq müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh “xxxx” MMC tərəfindən törədilmiş inzibati xətalar mövcud olmuş, lakin həmin inzibati xətaların iddiaçının əsas maddi və mənəvi zərərinə səbəb olduğu sübut olunmamışdır. Klinika tərəfindən göstərilən tibbi xidmətlərin icrası ekspert rəyləri ilə dəstəklənmiş və hər hansı hüquqi pozuntu iddiaçının sağlamlığına ciddi ziyan vurduğunu sübut etməmişdir. İddiaçı tərəfin “iddiaçının yenidən əməliyyata ehtiyacının olması, bu əməliyyatın icra edilməsi üçün “30.000 dollar məbləğində pulun tələb olunması və əməliyyatın xaricdə həyata keçiriləcəyi” dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçının cərrahiyyə əməliyyatından sonra onun məhz həkim tərəfindən edilmiş əməliyyata görə daha bir əməliyyata ehtiyacının olması sübut olunmur. Bundan əlavə ilkin əməliyyatdan sonra cavabdeh “xxxx” MMC tərəfindən 4.000 manat məbləğində ödənişin geri qaytarılması ilə bağlı iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, ödənişin həyata keçirilməsi klinikanın hər hansı səhv və ya qanunsuz əməli qəbul etməsi demək deyil. Belə bir ödənişin edilməsi, əksinə, klinikanın işgüzar nüfuzunu qorumaq, iddiaçının narazılığını azaltmaq və “müştəri-xidmət təminatçısı” münasibətlərində etibarlılığı saxlamaq məqsədi daşıyır. Hüquqi baxımdan, mülki münasibətlərdə tərəf bir tərəfə kompensasiya ödəyərkən bunun öz-özlüyündə qəbul edilmiş yanlışlıq və ya məsuliyyət anlamına gəlmədiyi qəbul edilir. Bu baxımdan, ödənişin edilməsi iddiaçının zərər iddialarının hüquqi əsasını yaratmır və iddianın məhkəmə tərəfindən rədd olunmasına səbəb olan obyektiv sübutlarla uyğunluq təşkil edir. Məhkəmə iddiaçının mənəvi zərərlə bağlı tələbini də əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC və cavabdeh1 tərəfindən keyfiyyətsiz, qanunsuz və qeyri-dəqiq cərrahi müdaxilə nəticəsində sağlamlığına əhəmiyyətli zərər vurulduğun təsdiqləyən sübutlar təqdim etmədiyindən, həmçinin iddia maddi ziyan hissəsində də təmin edilmədiyindən, mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi də əsassızdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 14.2.6, 1096, 1097.1-ci; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarı; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli, * saylı qərarı; Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2,77.1, 76.1, 76.2, 80, 217.3, 217.4, 218.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə uyğun əsalandırmış və əlavə olaraq göstərmişdir ki, özünü istintaqa plastik cərrah kimi təqdim edən cavabdeh1 əslində plastik cərrah yox, ümumi cərrahdır. Buradan da bir daha sübut olunur ki, iddiaçı İddiaçı Nizam qızına edilmiş plastik əməliyyat həm keyfiyyətsizqüsurlu, həm də qanunsuzdur. Məhz bu səbəbdən də ona klinika və həkim tərəfindən maddi və mənəvi zərərin əvəzi ödənilməlidir. Bildirir ki, iddiaçının əməliyyat olduğu klinikada ard-arda estetik əməliyyatdan Nəzrin Mansurova, Nərmin İsgəndərova və Nigar Məmmədova adlı şəxslər vəfat etmişdir. Həkimlərin etik davranış qaydaları haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2011-ci il tarixli *** nömrəli əmri ilə təsdiq edilmiş qaydalara əsasən, həkim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində və peşəkarlıq səviyyəsində həyata keçirməli, pasiyenti əsassız riskə məruz qoymamalı, səhiyyənin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Həkim öz qərar və hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıyır. Ekspert rəyində qeyd olunmuşdur ki, süd vəzilərinin implantasiya əməliyyatından sonra implantların çıxarılmasına səbəb orqanizmin yad cismə (silikon implantlara) qarşı cavab reaksiyası olmuşdur. Bildirir ki, burada tək faktor-cavab reaksiya deyil. Belə ki, plastik tibbi əməliyyatlarla bağlı rəsmi tibbi məlumatlara əsasən, əməliyyatın doğru sterilizasiya və üsulla edilməsi infeksiya riskini azaldır, bununla da implantın rədd edilmə riski azalmış olar. Hazırkı işdə cərrahi üsul düzgün seçilməmişdir. İkinci faktor, implantın tərkibidir. Ümumiyyətlə implantlar bio uyğunlaşa bilən maddələrdən hazırlanır. Ola bilsin ki, keyfiyyətsiz implantlardan istifadə olunmuşdur. Üçüncü faktor isə infeksiya riskidir. Əgər əməliyyat sonrası infeksiya inkişaf edərsə, bədən implantı rədd etməyə meyilli ola bilər. İş materiallarından görünür ki, İddiaçı əməliyyatdan sonra iltihablaşma prosesi getmişdir. Bu da birbaşa əməliyyatın səhv aparıldığını sübut edir. Daha bir maraqlı hal ondan ibarətdir ki, Nəsimi Rayon Prokurorluğu İddiaçı şikayəti üzrə müvafiq orqanlara sorğular vermiş, lakin sorğuların nəticəsini gözləmədən cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərar qəbul etmişdir. Belə ki, həmin qərarda aşağıdakı kimi yazılmışdır: “Yuxarıda qeyd olunan xüsusatlar, həmçinin araşdırma üçün digər əhəmiyyətli hallar ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə xidməti yoxlama təyin edilmiş, “Mərcan” klinikasının plastik cərrahiyyə əməliyyatlarının icra olunmasına icazələrinin olubolmamaları, Kamil Məmmədli adlı şəxsin həmin klinikada işləyib-işləməməsi, o cümlədən klinika, həkimlərin fəaliyyəti ilə bağlı məsələlərin aydınlaşdırılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə xidməti yoxlama təyin olunmuş, xidməti yoxlamanın nəticəsi hazırki vaxta kimi rayon prokurorluğuna daxil olmamışdır.” Bütün bunlara baxmayaraq cinayət işinin başlanılmasının 7- ci səhifəsində qeyd olunmuşdur ki, “həmçinin İddiaçı pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir”. İddia ərizəsinə əlavə etdiyi X23 ##.##.2024-cü il tarixli, R********* saylı Məmə USM (Bilateral) arayışında qeyd olunmuşdur ki, hər iki süd vəzində kəsik xətti izlənildi. Kəsik xətti boyunca məmə parenximasında ödemli sahə izlənilir. Tibbi prosedurun aparılması və ağırlaşma: Pasiyentə süd vəzinin hipoplaziyası (yəni inkişaf geriliyi) diaqnozu ilə estetik məqsədli silikon implant yerləşdirilmişdir. Əməliyyatdan sonra silikon implant sahəsində irinləmə, yara infeksiyası, dərinin deşilməsi və nekroz (tənəzzül) kimi ciddi ağırlaşmalar yaranmışdır. Fotoşəkillərdə implant sahəsində qızartı, irinli axıntı, toxuma nekrozu və ikinci dərəcəli yara əlamətləri açıq görünür. Bu, ciddi infeksion ağırlaşma əlamətləridir. Tibbi protokollara əsasən: X21 Cəmiyyəti (ASPS) və Avropa Plastik, Rekonstruktiv və X28 (ESPRAS) kimi nüfuzlu qurumların protokollarına əsasən: Implantla bağlı infeksiya halında dərhal və təxirə salınmadan implantların çıxarılması tibbi göstərişdir. İrinli axıntı və nekroz müşahidə olunan hallarda implantın 5 ay gözlədilərək çıxarılması tibbi baxımdan yolverilməz və təhlükəlidir. Əks göstəriş məsələsi: İlkin müayinədə əməliyyata əks göstərişin olmaması qeyd edilmişdir. Sonradan yaranan fəsadların yalnız orqanizmin yad cismə reaksiyası ilə izah edilməsi kifayət qədər əsaslı deyil. Yad cism reaksiyası olsa belə, həkim qısa müddətdə tədbir görməli və implantı dərhal çıxarmalı idi. Həkim cavabdeh1 ümumi cərrah olaraq fəaliyyət göstərir. Plastik cərrah kimi sertifikasiyası yoxdur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin normativ sənədlərinə və beynəlxalq hüquqi normalara görə: Plastik Rekonstruktiv əməliyyatlar yalnız müvafiq ixtisas üzrə sertifikat almış plastik cərrahlar tərəfindən icra oluna bilər. Beləliklə, ümumi cərrahın estetik əməliyyat aparması etikasız və hüquqa ziddir. Xəstənin haqlı tələbi: İddiaçı İddiaçı Nəsimi Rayon Məhkəməsinə maddi kompensasiya tələbi ilə müraciət etməsi hüquqi baxımdan əsaslıdır. Onun səhhətində yaranmış zərər, həyat keyfiyyətinin pozulması, əməliyyatdan sonrakı uzunmüddətli psixoloji və fiziki əziyyətlər bu məsuliyyətin mövcudluğunu göstərir. Nəticə: Həkim cavabdeh1 tərəfindən ixtisassız plastik əməliyyatın icrası tibbi və hüquqi normalara ziddir. İnfeksiya və irinləmə müşahidə olunduğu halda implantın 5 ay sonra çıxarılması tibbi protokollara zidd və səhlənkarlıqdır. Fotoşəkillərdə qeyd olunan vəziyyət ağır fəsadları sübut edir və tibbi səhlənkarlığın bariz nümunəsidir. Pasiyentin məhkəməyə verdiyi kompensasiya tələbi əsaslı və haqlıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza Və Pataloji Anatomiya birliyinin keş-*** saylı, ##.##.2025- ci il tarixli rəyin 6- cı bəndi ilə razılaşırlar. Belə ki, 6-cı bənddə qeyd olunmuşdur ki, plastik əməliyyat zamanı qoyulmuş süni implantlardan irin axması müəyyən edildikdən sonra qısa müddət ərzində implantların xaric edilməsi tibbi göstəriş hesab olunur. Lakin iş materiallarından görünür ki, zərərçəkmiş vətəndaş İddiaçı Nizami qızı 5 ay ərzində əziyyət çəksə də, onun implantlarını çıxaran olmamış, hətta o səhhəti ilə bağlı həyati təhlükə yaşayaraq ölüm dərəcəsinə gəlib çıxmışdır. İmplantların 5 ay ərzində saxlanılmasını təsdiq edən sübut isə foto şəkillərdir. Foto şəkillərdən görünür ki, implantları çıxarmaq əvəzinə mütəmadi 7 dəfə tikişlər qoyulmuşdur (tikişlər fotoşəkillərdə görünür) halbuki implant dərhal çıxarılmalı idi. İmplantların çıxarılmaması iddiaçının ölümünə səbəb ola bilərdi. habelə əməliyyat sənədlərində tarixlər göstərilmişdir. Məhkəmə cavabdehin vəkili kimi çıxış edərək bildirir ki, cavabdehin iddiaçıya dəymiş zərəri ödəməsi işgüzar nüfuzunu qorumaq məqsədi daşıyır. İddiaçı 1-ci əməliyyatı 2023-cü ilin noyabr ayında olmuşdur. İddiaçı 2-ci əməliyyatı 2024-cü ilin mart ayında olmuşdur. 5 dəfə sağ sinəsinə, 2 dəfə də sol sinəsinə tikişlər qoyulmuşdur. Klinikanın baş həkimi Araz Ağayevin özü belə əməliyyatın nəticəsinin uğursuz olduğunu, lakin onun problemi olmadığını bildirərək demişdir ki, “get həkimdən şikayət et”. Cavabdeh cavabdeh1 özü belə birinci sinə əməliyyatının düzgün icra olunmadığını, tikişlərin cırıldığını, açıq yaralar yarandığını etiraf etmişdir. X2 həkimi Bəxtiyar Qəhrəmanovun müayinəsində olarkən İddiaçı bildirmişdir ki, hava ilə təmas olduğu üçün sinədə çirklər meydana gəlmişdir. İddiaçı əməliyyatı zamanı qeydə alınmış video görüntülər silinmişdir. Mərcan Klinikası prokurorluğun sorğusuna bu cür cavab vermişdir ki, guya video görüntülər silinib. Bundan əlavə həm məhkəməyə təqdim olunan sonuncu rəydə, həm də cinayət işinin başlanılmasının rədd olunması barədə qərarın 4-cü səhifəsinin sonu 5-ci səhifəsinin əvvəlində qeyd olunmuşdur ki, “Mərcan klinikasında müayinə zamanı xəstəyə icra olunacaq əməliyyat üçün əks göstərişin olduğu qeyd edilməmişdir” sual yaranır. Əgər xəstənin bədəni süni implantı götürmürdüsə, bu necə müayinədir ki, müayinə zamanı əməliyyata əks göstərişin müəyyən olunmadığı yazılmışdır? Buradan məntiq qanunauyğunluğuna əsasən 2 nəticəyə gəlmək olur: 1) ya Mərcan klinikasının həkimlərinin ilkin müayinəsi səhvdir 2) ya da Mərcan klinikasının həkimlərinin əməliyyatı səhvdir. Tibbi müayinə sənədlərindən görünür ki, İddiaçı kəsik xətti-ödemli sahə izlənir. Burada tək faktor bədənin cavab reaksiyası deyil. Cərrahi üsul düzgün seçilməmişdir. Cavabdeh cavabdeh1 məhkəmə iclasında qeyd etmişdir ki, guya öz ərizəsi ilə işdən çıxmışdır. Klinikanın vəkili vəkil2 isə izahatında bildirmişdir ki, klinika həkimi uzaqlaşdırmışdır. Əgər burada həkim və ya klinikanın səhvi yox idisə nəyə görə klinikaya verilən 4000 azn pul İddiaçı geri ödənilmişdir? Üstəlik ikinci əməliyyat da pulsuz edilmişdir? İddiaçı bədənində çürümə gedirdisə nəyə görə implantlar dərhal çıxarılmamışdır? Nəsimi Rayon Məhkəməsi tərəfindən işə baxılarkən mübahisəyə qərəzsiz, hərtərəfli və tam şəkildə baxılmamış, həmçinin tətbiq edilməli olan hüquq normaları düzgün tətbiq edilməmişdir. Nəticədə, bu hal iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin ciddi və əsassız şəkildə pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi, iş materialları və mövcud sübutlarla təsdiqlənməyən, qeyri-mötəbər və ziddiyyətli əsaslara söykənmiş nəticələrlə formalaşdırılmışdır. Halbuki iddiaçının irəli sürdüyü mövqelər kifayət qədər əsaslandırılmış və sübutlarla dəstəklənmişdir. Bununla belə, məhkəmə onun hüquqi mövqeyini nəzərə almadan, tamamilə ziyanına olan əsassız və qeyriobyektiv qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il qərarı ilə “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirli bilinərək 6000 (altı min) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə prosesi zamanı məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi vəkil2 tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, zərərçəkmiş xanıma dəymiş ziyan ödənilmişdir. Cərrah cavabdeh1 sonuncu əməliyyatı İddiaçı əməliyyatı olmuşdur. Həmin əməliyyatdan sonra klinika tərəfindən cavabdeh1 sertifikasiyası olmadığından ##.##.2024-cü il tarixdən etibarən cərrahiyyə şöbəsindən uzaqlaşdırılaraq heç bir əməliyyata girməsinə icazə verilməmişdir. Göründüyü kimi cavabdehlərin özləri də təqsirlərini etiraf etmişlər. İş materiallarında olan ##.##.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, ##.##.2024-cü il tarixdə, saat 10:40-da ünvan 2 ünvanında yerləşən «xxxx» MMC-yə məxsus klinikada plandankənar yoxlama zamanı sertifikatsız tibb fəaliyyəti (həkim ümumi cərrah cavabdeh1) aşkar edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025- ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər X10 (sədrlik edən və məruzəçi), X4 və X16 ibarət tərkibdə). c) Kassasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi qismən - cavabdehlər “xxxx” MMC və cavabdeh1 müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 10.000 AZN pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
19. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi də maddi zərər hissəsində haqlı olaraq hesab etmişdir ki, delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı işdə də aparılmış araşdırma və tədqiq edilmiş sübutlardan aydın olur ki, cavabdehlər iddiaçıya münasibətdə delikt törətməmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın maddi ziyan hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası xüsusilə və təkrarən vurğulayır ki, aparılan araşdırma nəticəsində cavabdehin etdiyi əməliyyatlar texniki cəhətdən doğru olmuş, qüsurlu icra edilməmiş və onun sağlamlığına zərər vurulmaması (delikt) müəyyən edilmişdir. Yəni bu araşdırmanın nəticəsində aydın olur ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulmamış, cavabdehdən asılı olmayan səbəblərə görə, yəni orqanizmin implantlara olan reaksiyası səbəbilə həmin silikonlar növbəti dəfə texniki cəhətdən doğru olan əməliyyatla xaric edilmiş və bu əməliyyatlar nəticəsində də iddiaçının sağlamlığına hər hansı maddi ziyan dəyməmişdir. Lakin maddi ziyanın mövcud olmaması halı mənəvi zərərin vurulması hadisəsini istisna etmir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, iddianın mənəvi zərərə aid hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin KEŞ-*** nömrəli ##.##.2025-ci il tarixli ekspertiza rəyinin nəticə hissəsinin 6-cı bəndində qeyd olunmuşdur ki, plastik əməliyyat zamanı qoyulmuş süni implantlardan irin axması müəyyən edildikdən sonra qısa müddət ərzində implantların xaric edilməsi tibbi göstəriş hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına əsasən iddiaçı ilk dəfə ##.##.2023-cü il tarixində əməliyyat olunmuş, orqanizm yad cismə (silikon implantlara) qarşı cavab reaksiyasına görə isə ##.##.2024-cü ildə təkrar əməliyyat edilərək həmin implantlar süd vəzilərindən xaric edilmişdir. Göründüyü kimi plastik əməliyyat zamanı qoyulmuş süni implantlardan irin axması müəyyən edildikdən sonra qısa müddət ərzində implantların xaric edilməsi tibbi göstəriş olsa da, iddiaçıya qoyulmuş implantlar təxminən 4 ay sonra xaric edilmişdir. Bundan başqa iş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin ##.##.2024-cü il tarixli Qərarının surətindən (bax: İ cild, səhifə 19-20) görünür ki, aparılmış araşdırma zamanı izahatı alınmış cavabdeh1 bildirmişdir ki, O, xəstənin süd vəzilərinə implant qoyulması əməliyyatını icra etmiş, əməliyyat uğurla həyata keçirilmiş, hər hansı qanaxma olmamışdır. Əməliyyatdan sonra xəstə sarğılara gəlmiş, hər şey qaydasında olmuşdur. 2 ay sonra xəstə İddiaçı süd vəzisinin yarasından maye gəldiyini ona bildirəndə İddiaçı qəbul edərək xəstənin süd vəzisindən gələn mayenin qoyulan implanta reaksiyasının olduğunu bildirmişdir. Zamanla mayenin gəlməyəcəyini, yaranın sağalacağını bildirmiş, lakin xəstə implantların çıxarılmasını təkidlə istəmiş, mayenin onu narahat etdiyini bildirmişdir. Xəstənin təkidini nəzərə alaraq təxminən 2024-cü ilin mart ayında implantlar İddiaçı sinəsindən çıxarılmışdır. Əməliyyat uğurla həyata keçirilmiş, xəstənin vəziyyəti yaxşı olmuşdur. Həmçinin izahatı alınmış X5 (bildirdiyinə görə 2022-ci ilin dekabrından “Mərcan” klinikasının baş həkimi vəzifəsində işləyir) da cavabdeh1 izahatının məzmununa uyğun izahat vermişdir. Bundan başqa birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli məhkəmə iclas protokolunda (bax: İ cild, səhifə 225-226) cavabdeh cavabdeh1 izahatında bildirmişdir ki, İddiaçı implantı 4 aydan sonra çıxarılmış, hər iki əməliyyatı özü etmişdir... Yuxarıda qeyd edilənlərdən aydın olur ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan izahatları, ekspert rəyində göstərildiyi kimi süni implantlardan irin axması müəyyən edildikdən sonra qısa müddət ərzində implantların xaric edilməsi tibbi göstəriş olsa da, hansı səbəbdən iddiaçıya qoyulmuş implantların təxminən 4 ay sonra xaric edilməsi və irinin gəlməsinin hansı tarixdən başlaması, bu dövr ərzində iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı yaranmış qeyrimüəyyənlik və tibbi müdaxilənin gecikməsi nəticəsində formalaşmış emosional durum, o cümlədən mənəvi iztirab, sarsıntı və psixoloji gərginlik səviyyəsi kimi məsələləri aydınlaşdırmamış, iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə bu kontekstdən yanaşmaqla qiymət verməmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İştirak etdiyi məhkəmə iclasında iddiaçı İddiaçı və hazırkı iclasda iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi və vəkili izahatına əlavə olaraq bildirmişdir ki, iddiaçını Kamil Məmmədli əməliyyat edib. Onun bu qanunsuz əməlinə görə X17 tərəfindən klinika cərimə olunub. Nəsimi Rayon Məhkəməsində baş tutan iclaslardan birində cavabdeh cavabdeh1 Kamil Məmmədlini tanıyıb-tanımaması barədə soruşulduqda, o Kamil Məmmədlini yaxından tanımadığını, lakin ümumilikdə tanış olduqlarını özü etiraf etdi. Həqiqətən də, birinci estetik əməliyyatı Kamil Məmmədli həyata keçirib, lakin sənədləşmə cavabdeh1 adından həyata keçirilib. Sənədləşmə üzərində cavabdeh1 adı çəkildiyi üçün cavabdeh qismində də o çıxış etməlidir. Xanımın əməliyyat şəkillərinə baxanda aydın görünür ki, hər hansı bir estetik görünüş yoxdur. Telman Məmmədli silikonları çıxardığını özü etiraf etmişdir. Lakin onun plastik cərrahiyyə əməliyyatı həyata keçirməyə hüququ yoxdur. O sadəcə estetik cərrahiyyə kursu keçmişdir. Nazirlər Kabinetinin bununla bağlı qərarı vardır. cavabdeh1 ümumi cərrahdır, ümumi cərrahın isə plastik estetik cərrahiyyə həyata keçirmək hüququ yoxdur. Klinikanın plastik estetik cərrahiyyə etmək səlahiyyətləri məhdudlaşdırılmışdır.
21. Məhkəmə iclasında cavabdeh cavabdeh “xxxx” MMC-nin vəkili və nümayəndəsi vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
22. Məhkəmə iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, İddiaçı əməliyyatını, yəni implantların bədənə yerləşdirilməsini o, icra etmişdir. Aygün xanım implantlar yerləşdirildikdən sonra verilən məsləhətlərə baxmayaraq, həkim və xəstəxana ilə heç bir əlaqə saxlamamışdır. Ancaq 4 aydan sonra o irinli halda xəstəxanaya yaxınlaşmışdır. Bu problemi müalicə ilə aradan qaldırmaq olardı, lakin implantların çıxarılması qərarına gəlmişlər. Hakimin sualına cavab olaraq cinayət işinin rədd edilməsi barədə qərarda olan izahatına münasibətdə tam olaraq xatırlamadığını, ola bilər qeyd edilən vaxtda yanına gəldiyini bildirmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir; 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir;
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunması və iddianın təmin edilməsi xahiş olunduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə qətnamə qismən cavabdehlər “xxxx” MMC və cavabdeh1 müştərək qaydada mənəvi zərərin əvəzi olaraq 10.000 AZN pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməklə iş həmin hissədə yeni apellyasiya baxışına göndərildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənəvi ziyanın ödənilməsinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən həmin hissədə qətnamədə əsaslandırılan hallar işin hallarına uyğun hesab edilə bilməz.
29. Məhkəmə kollegiyası işin hallarına istinadən vurğulayır ki, iddiaçı ilk dəfə ##.##.2023-cü il tarixində əməliyyat olunmuş, orqanizm yad cismə (silikon implantlara) qarşı cavab reaksiyasına görə isə ##.##.2024-cü ildə təkrar əməliyyat edilərək həmin implantlar süd vəzilərindən xaric edilmişdir.
30. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin KEŞ-*** nömrəli ##.##.2025- ci il tarixli ekspertiza rəyinin nəticə hissəsinin 6-cı bəndində qeyd olunmuşdur ki, plastik əməliyyat zamanı qoyulmuş süni implantlardan irin axması müəyyən edildikdən sonra qısa müddət ərzində implantların xaric edilməsi tibbi göstəriş hesab olunur.
31. Göründüyü kimi, plastik əməliyyat zamanı qoyulmuş süni implantlardan irin axması müəyyən edildikdən sonra qısa müddət ərzində implantların xaric edilməsi tibbi göstəriş olsa da, iddiaçıya qoyulmuş implantlar təxminən 4 ay sonra xaric edilmişdir. Həmin müddət ərzində implantların xaric edilməsi iş materiallarında olan sənədlərlə də təsdiq edilir.
32. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi RPİ-nin ##.##.2024-cü il tarixli Qərarının surətindən görünür ki, aparılmış araşdırma zamanı izahatı alınmış cavabdeh1 bildirmişdir ki, o, xəstənin süd vəzilərinə implant qoyulması əməliyyatını icra etmiş, əməliyyat uğurla həyata keçirilmiş, hər hansı qanaxma olmamışdır. Əməliyyatdan sonra xəstə sarğılara gəlmiş, hər şey qaydasında olmuşdur. 2 ay sonra xəstə İddiaçı süd vəzisinin yarasından maye gəldiyini ona bildirəndə İddiaçı qəbul edərək xəstənin süd vəzisindən gələn mayenin qoyulan implanta reaksiyasının olduğunu bildirmişdir. Zamanla mayenin gəlməyəcəyini, yaranın sağalacağını bildirmiş, lakin xəstə implantların çıxarılmasını təkidlə istəmiş, mayenin onu narahat etdiyini bildirmişdir. Xəstənin təkidini nəzərə alaraq təxminən 2024-cü ilin mart ayında implantlar İddiaçı sinəsindən çıxarılmışdır. Əməliyyat uğurla həyata keçirilmiş, xəstənin vəziyyəti yaxşı olmuşdur.
33. Həmçinin izahatı alınmış X5 (bildirdiyinə görə 2022-ci ilin dekabrından “Mərcan” klinikasının baş həkimi vəzifəsində işləyir) da cavabdeh1 izahatının məzmununa uyğun izahat vermişdir.
34. Bundan başqa birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli məhkəmə iclas protokolunda (bax: İ cild, səhifə 225-226) cavabdeh cavabdeh1 izahatında bildirmişdir ki, İddiaçı implantı 4 aydan sonra çıxarılmış, hər iki əməliyyatı özü etmişdir...
35. Ekspert rəyində göstərildiyi kimi süni implantlardan irin axması müəyyən edildikdən sonra qısa müddət ərzində implantların xaric edilməsi tibbi göstəriş olsa da, iddiaçıya qoyulmuş implantların təxminən 4 ay sonra xaric edilməsi və irinin gəlməsi yuxarıda qeyd edilən hallarla öz təsdiqini tapmışdır.
36. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, həmin dövr ərzində iddiaçının sağlamlıq vəziyyətində yaranmış qeyri-müəyyənlik və tibbi müdaxilənin gecikməsi nəticəsində formalaşmış emosional durum, o cümlədən mənəvi iztirab, sarsıntı və psixoloji gərginlik keçirməsi halları labüddür, bu isə iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinin qismən təmin edilməsini şərtləndirir.
37. Məhkəmə kollegiyası tutulmuş mənəvi zərərin məbləği ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərmişdir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli Qərarının 4.73-cü bəndində qeyd edilmişdir ki, keyfiyyətsiz tibbi yardıma görə sağlamlığa vurulmuş zərərlə bağlı mənəvi təzminatın ödənilməsi barədə iddia tələbləri araşdırılarkən məhkəmələr aşağıdakı xüsusi bilik tələb edən halları müəyyən etməlidirlər: xəstəyə tibbi yardım göstərilərkən ona düzgün diaqnozun qoyulması, vaxtında və keyfiyyətli bütün zəruri və mümkün olan tədbirlərin görülməsi, müayinə və müalicənin tibbi yardımın göstərilməsi qaydalarına cavab verməsi, tibbi yardımın standartlara və klinik protokollara uyğun olması, tibbi yardımın qüsurlu olubolmaması, qüsurların xəstəliyin davamiyyətinə təsiri (sağlamlığın pisləşməsinə səbəb olması, ağır nəticələrə səbəb olması) və bunun səbəbi kimi onun tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxarması.
39. cavabdeh1 yuxarıda sübuta yetirilən hissədə süni implantları vaxtında, yəni qısa vaxt ərzində çıxarmamaqla iddiaçı məcburən çoxsaylı ağrılara, əziyyətlərə məruz qalmış, nəticədə əsəb, həyəcan keçirməsi, bunun onun şüuraltında ciddi fəsadlar yaranması halı baş vermişdir ki, göründüyü kimi ona mənəvi zərər vurulmuşdur.
40. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi adekvat şəkildə aradan qaldırılmalı və mənəvi tarazlığın bərpa edilməsi gözlənilməlidir. Belə olan halda yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə kollegiyası mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydadda 2000 manat məbləğində pulun tutulmasını daha ağlabatan və ədalətli olduğu qənaətinə gəlir.
41. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər “xxxx” MMC və cavabdeh1 müştərək qaydada 2000 manat məbləğində pul iddiaçı İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər “xxxx” MMC və cavabdeh1 müştərək qaydada 2000 manat məbləğində pul iddiaçı İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən (yalnız iddiaçı İddiaçı) 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.