Məhkəmə qərarları › İş №2(3-6)-183/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-183/2026

14.04.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-183/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Dadaşov İbrahim Elxan oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: sığorta ödənişi, subroqasiya, pul) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh Məmmədov Fuad Nazim oğlunun iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Dadaşov İbrahim Elxan oğluna qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## ##### 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokola və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərara əsasən, Dadaşov İbrahim Elxan oğlu ##.##.2025-cü il tarixdə saat 15.40 radələrində “Mersedes Benz” markalı, 10- PM-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolnəqliyyatı hadisəsi törətmiş, nəticədə o, AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir.

2. “X2” MMC tərəfindən tərtib edilmiş ********* nömrəli servis kartına əsasən “Toyota RAV4” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri və ehtiyyat hissələrinin dəyişdirilməsi üçün cəmi 12479,75 manat vəsait hesablanmışdır

3. İddiaçı ASC tərəfindən verilmiş CM-****/****-AKT-***/** saylı, ##.##.2025-ci il tarixli sığorta aktının surətinə əsasən ##.##.2025-ci il tarixdə “Avtomobil nəqliyyatı vasitələrinin kompleks sığortası” növü ilə sığortalanmış “Toyota RAV4” markalı **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes Benz” markalı, **-PM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə zərər dəymiş və avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair aktına əsasən 12.479,75 manat ziyan dəymişdir.

4. ##.##.2025-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı ASC tərəfindən “X2” MMC-yə Akt- 146/25-55046 (**MZ***) saylı sığorta aktına əsasən 12.479,75 manat sığorta ödənişi ödənilmişdir

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı ASC cavabdeh Dadaşov İbrahim Elxan oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dadaşov İbrahim Elxan oğlundan 11.514,5 manat pul vəsaitinin və 124,54 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə “xxxx” ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” üzrə sığorta təminatı almış “Mercedes Benz” markalı, **-PM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Dadaşov İbrahim Elxan oğlu yol-nəqliyyat hadisəsi törədərək İddiaçı ASC tərəfindən “Avtomobil nəqliyyatı vasitələrinin kompleks sığortası” şəhadətnaməsi ilə sığorta təminatı almış “Toyota RAV 4” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncu nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. AR DİN Binəqədi RPİ-nin ******* nömrəli, ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, cavabdeh Dadaşov İbrahim Elxan oğlu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilmişdir. AZ/MIP/**/**** saylı sığorta şəhadətnaməsinə və CM****/****-AKT***/** saylı sığorta aktına əsasən “Toyota RAV 4” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə bağlı İddiaçı ASC tərəfindən 12479,75 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin 965,25 manat hissəsi “Mercedes Benz” markalı, **-PM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari sığorta” qaydasında sığortalanmış “xxxx” ASC tərəfindən İddiaçı ASC-yə ödənilmişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddianın təmin edilməsi, Dadaşov İbrahim Elxan oğlundan İddiaçı ASC-nin xeyrinə ödənilmiş sığorta ödənişin əvəzi kimi 11.514,50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 124,54 manat, cəmi 11.639,04 manat məbləğində pul tutulması qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, həmin məbləğin 965,25 manat hissəsi “Mercedes Benz” markalı, **-PM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari sığorta” qaydasında sığortalanmış “xxxx” ASC tərəfindən İddiaçı ASC-yə ödənilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən sığorta hadisəsi ilə əlaqədar sığortalıya sığorta ödənişi ödənildiyindən, sığortaçının ödənilmiş ziyanın əvəzi miqdarında geriyə tələb hüququ yaranmışdır.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1099.1, 1108.1, 1114, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 20.6, Mülki Prosessual Məcəlləsinin 119 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayətində göstərilmişdir ki, barəsində şikayət verilən qətnamədən də görünür ki, məhkəmə iclasında izahatı alınmış cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, baş vermiş hadisə ilə əlaqədar real ziyan məbləğini sığorta təşkilatına verməkdən imtina etmir. Qüsur aktı ilə tanış olmuş, qeyri-rəsmi həmin akta göstərilən məbləğlərlə bağlı araşdırma aparmış və müəyyən etmişdir ki, həmin aktda göstərilən hissələrin dəyəri kifayət qədər bazar qiymətindən yuxarıdır. Ona görə də ondan tələb edilən məbləği real ziyan məbləği hesab etmir. Məhkəmə iclaslarında iş üçün əhəmiyyətli olan faktlar barədə izahatları digər sübutlarla yanaşı yoxlanılmamış və düzgün qiymət verilməmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

«İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanunu

15. Maddə 20.6. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz.

16. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 936.1. Subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

20. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

21. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

25. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

26. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apelyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Cavabdeh zərərin vurulmasında təqsirli olmasını mübahisələndirməmiş, yalnız zərərin məbləğinin yüksək təyin olunmasından narazı olduğu bildirmişdir. Odur ki, qətnamə zərərin məbləğinə aid hissədə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

35. İddiaçı ASC zərərin müəyyən edilməsinə dair “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli Servis kartına əsasən, göstərilmiş xidmətlərə görə (usta xidməti) 2976,30 manat, ehtiyyat hissələri və materiallara görə isə 9503,47 manat, cəmi 12479,77 manat dəymiş zərər hesablamışdır.

36. Cavabdehin mülki məsuliyyətinin üçüncü şəxslər qarşısında icbari sığortası tərəfindən iddiaçıya edilmiş ödəniş çıxıldıqdan sonra iddia tələbi 11514,50 manat təşkil etmişdir.

37. Cavabdeh apellyasiya şikayətində avtomobilə dəymiş ziyanın məbləğini mübahisələndirmiş, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə vurulmuş zərərin məbləğin müəyyən etmək məqəsədi ilə Mütəxəssis MMC-dən mütəxəssis rəyinin alınması qərara alınmışdır.

38. Yuxarıda sözügedən Servis kartına əsasən görülən işlərin dəyəri 2950 manat, ehtiyat hissələrinin dəyəri isə 5654,40 manat müəyyən edilmişdir. Dəymiş zərərin cəmi 8604,40 manat müəyyən edilmişdir. Qiymətləndirmə xidmət haqqı cavabdeh tərəfindən tam ödənilmişdir.

39. Kollegiya ehtiyat hissələrinin dəyərinin 5654,40 manat olmasını ağlabatan hesab edərək, qeyd edir ki, avtomobilin təmiri üçün göstərilən ehtiyat hissələri üçün 5654,40 manat müəyyən edilməsi ağlabatan və realdır. Belə ki, avtomobilə dəymiş zərərlə onun təmiri üçün tələb olunan ehtiyat hissələrinin dəyəri mütənasib olmaqla, uyğunluq təşkil edir.

40. Göstərilən xidmətlərin dəyəri isə 2950 manat təşkil etməsi ağlabatandır.

41. İddiaçı tərəf qeyd edilən mütəxəssis rəyini inkar edən edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

42. Odur ki, Kollegiya belə nəticəyə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan vurulmuş ziyanın məbləği 8604,40 manat (2950+5654,40) təşkil edir.

43. Lakin nəzərə alınmalıdır ki, vurulmuş zərəri 965,25 manat hissəsi “Mercedes Benz” markalı, **-PM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini “icbari sığorta” qaydasında sığortalanmış “xxxx” ASC tərəfindən İddiaçı ASC-yə ödənilmişdir.

44. Belə olduqda həmin məbləğ dəymiş zərərdən çıxılmalı və cavabdehdən iddiaçının xeyrinə (8604,40-965,25) 7639,15 manat pul tutulmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025ci il tarixli qətnaməsi cavabdehdən tutulmalı olan sığorta ödənişinin məbləğinə aid hissədə dəyişdirilsin və cavabdeh Dadaşov İbrahim Elxan oğlundan İddiaçı ASC-nin xeyrinə tutulmalı olan sığorta ödənişi 7639,15 manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar