Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1838/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X1 və X2 ibarət tərkibdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçılar ilkin iddia üzrə cavabdehlər cavabdeh3, Mürvətova (Ələkbərova) Fərqanə Fərhad qızı və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh3, Mürvətova (Ələkbərova) Fərqanə Fərhad qızına və cavabdeh1 qarşı “əsassız varlanma ilə bağlı pul” tələbinə dair ilk iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3, Mürvətova (Ələkbərova) Fərqanə Fərhad qızından və cavabdeh1 56468 manat, dövlət rüsumunun əvəzi olaraq 259,4 manat və mütəxəssis xərcinin əvəzi olaraq 600 manat, ümumilikdə 57327,4 manat müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Daha sonra cavabdeh3, Mürvətova (Ələkbərova) Fərqanə Fərhad qızı və cavabdeh1 iddiaçı2 və iddiaçı1 qarşı “qanunsuz olaraq fərdi yaşayış evinin sökülməsi nəticəsində dəymiş maddi və mənəvi zərər” tələbində dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər iddiaçı2 və iddiaçı1 fərdi yaşayış evini və evin əşyalarını məhv etdikləri üçün dəymiş maddi ziyan olaraq 50000 manat, mənəvi ziyana görə 10000 manat və ödənilmiş 270 manat dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən qarşılıqlı iddia üzrə iddiaçılar ilkin iddia üzrə cavabdehlər cavabdeh3, Mürvətova (Ələkbərova) Fərqanə Fərhad qızının və cavabdeh1 ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətləri baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, həmin apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməli və şikayətlər geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə.., dövlət rüsumu ödənilir (108.1-108.1.9). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). Hazırda qüvvədə olan “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə görə iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi qədər dövlət rüsumu ödənilməlidir. Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Qanunda bəhs olunan “iddianın qiyməti” anlayışı MPM-in 112-ci maddəsində izah edilmiş, habelə müxtəlif tələblər üzrə iddianın qiymətinin müəyyən olunmasının meyarları müəyyən edilmişdir. MPM-in 112.1.10-cu maddəsinə görə iddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialarda, bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. Həmçinin 112.3-cü maddəyə əsasən qarşılıqlı iddia da əsas iddia qaydasında ödənilir. İşdən görünür ki, ilkin və qarşılıqlı iddialar qiymətləndirilən iddialara aiddir. Hər bir apellyasiya şikayətindən görünür ki, qətnamə həm ilkin, həm də qarşılıqlı iddia tələblərinə aid hissələrdə mübahisələndirilmişdir. Odur ki, sözügedən qətnamədən apellyasiya şikayəti verilərkən dövlət rüsumu ilk və qarşılıqlı iddialara uyğun ödənilməlidir. (Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qərardadında əks olunmuşdur) Belə olan halda, sözügedən tərəflər apellyasiya şikayəti üzrə ilkin və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün qanunla nəzərdə tutulmuş dövlət rüsumlarının ümumi məbləğinin (259.4+270=529,4 manat) yarısı qədər ödəməli olduğu halda, cavabdeh3 203.50 manat, Mürvətova (Ələkbərova) Fərqanə Fərhad qızı 205 manat və cavabdeh1 205 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından bu hal işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən adıçəkilən tərəflərin verdiyi apellyasiya şikayətləri qeyrimümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 361, 363, 364 və 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçılar ilkin iddia üzrə cavabdehlər cavabdeh3, Mürvətova (Ələkbərova) Fərqanə Fərhad qızı və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətlərinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(3-6)-1838/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1838/2026
12.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver