Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1864/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun özünün və vəkili (nümayəndəsi) vəkil1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat
1. İddiaçı iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMC tərəfindən ona əmək haqqının ödənilməməsi nəticəsində ona dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 5.300 manat, dəymiş mənəvi zərərin ödənilməsi məqsədi ilə 25.000 manat məbləğində pulun MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin oktyabr ayından 2023cü ilin may ayınadək MMC-də işləmiş, MMC ilə Siyəzən Şəhər İnteqrasiya Təlimli İnternat tipli Gimnaziya arasında bağlanmış müqavilə əsasında həmin Gimnaziyanın mühafizəsini həyata keçirən və üç nəfərdən ibarət mühafizəçilərin rəisi vəzifəsini həyata keçirmişdir. İşə qəbul edilən zaman iddiaçı ilə “xxxx” bağlanmamış, MMC-nin mühafizə xidmətinin rəisi Rzayev İlqar Davud oğlu iddiaçıya deyilmişdir ki, müqavilə bir qədər sonra bağlanacaq. İddiaçı ilə İlqar Rzayev arasında əldə olunmuş razılığa əsasən, MMC tərəfindən iddiaçıya hər ay 850 manat məbləğində əmək haqqı ödənilməli idi. Bir müddətdən sonradan İlqar Rzayev MMC-də yaranmış maliyyə çətinliklərinə istinad etmiş və onlar razılaşmışlar ki, iddiaçıya ayda 500 manat əmək haqqı ödəniləcək. İşlədiyi müddət ərzində iddiaçıya cəmi 1.500 manat ödənilmiş, qalan 5.300 manat əmək haqqı isə bu günədək ödənilməmişdir. “xxxx” bağlanmadığından və şifahi qaydada razılaşdırılmış “əmək haqqı” ödənilmədiyindən iddiaçı “işdən” aralanmış və qeyd edilən məsələlər ilə bağlı X3 Xidmətinə məlumat vermişdir. Onun verdiyi məlumat həmin Xidmət tərəfindən müvafiq araşdırma aparılmış, məlumat öz təsdiqini tapdığından MMC-nin rəhbərliyi barəsində tərtib edilmiş “xxxx” protokol əsasında qərar müvafiq qəbul edilmiş və MMC-nin rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Buna baxmayaraq, cavabdeh MMC iddiaçıya ödənilməli olan “əmək haqqını” ödəməmişdir. Bununla da iddiaçıya həm maddi, həm də mənəvi zərər dəymişdir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh MMC-nin bu kimi qanunsuz hərəkətləri iddiaçının yaşlı atasına mənfi təsir göstərmiş, bu səbəbdən iddiaçının atasının səhhətində ciddi problemlər yaranmış və o vəfat etmişdir. b) cavabdehin iddiaya dair mövqeyi haqqında məlumat
3. Cavabdeh MMC-in nümayəndəsi Xalis Talıbov MMC-nin adından iddia tələbinə etiraz ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, iddia tam həcmdə rədd edilməlidir. Belə ki, iddiaçı ilə MMC arasında heç vaxt əmək münasibətləri yaranmamış, iddiaçı ilə “xxxx” bağlanmamış, iddiaçının işə qəbul edilməsi ilə bağlı əmr verilməmiş, iddiaçı cavabdeh MMC-də hər hansı bir işi görməmişdir. İddiaçı iddia ərizəsində və izahatında MMC-də işlədiyini, MMC ilə Siyəzən Şəhər İnteqrasiya Təlimli İnternat tipli Gimnaziya arasında bağlanmış müqavilə əsasında həmin Gimnaziyanın mühafizəsini həyata keçirən və üç nəfərdən ibarət mühafizəçilərin rəisi vəzifəsində işlədiyi bildirsə də, iş üzrə dindirilmiş şahidlərin izahatları, müəssisənin direktoru tərəfindən verilmiş məlumatlar, habelə iş materiallarında olan digər sübutlar iddiaçının cavabdeh cəmiyyətdə işləmədiyini təsdiq edir. İddiaçı tərəfindən adı çəkilən İlqar Rzayev MMC-nin işçisi olsa da, işçilərin işə qəbulu və ya əmək müqavilələrinin bağlanması səlahiyyətinə malik olmamış, buna görə də onun iddiaçını işə qəbul etməsi və ya əmək haqqı barədə hər hansı razılaşma əldə etməsi MMC üçün hüquqi nəticə yarada bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının istinad etdiyi “xxxx” qərarı hazırkı mülki mübahisə üzrə iddia tələbinin avtomatik təmin olunması üçün əsas hesab edilə bilməz. Belə ki, həmin iş üzrə araşdırmanın predmeti yalnız inzibati məsuliyyət məsələsi olmuş, hazırkı mülki iş üzrə isə əmək münasibətlərinin mövcudluğu, əmək haqqının məbləği və digər halların mülki prosessual qanunvericiliyin tələblərinə uyğun sübut edilməlidir. İddiaçının təqdim etdiyi “WhatsApp” yazışmaları, səs yazıları və digər materiallar xxxxnin bağlanmasını, əmək haqqının məbləğini və ya ödənilməmiş əmək haqqının məhz iddia edilən məbləğdə olmasını təsdiq edən mötəbər sübut hesab edilə bilməz. İddiaçının mənəvi zərər tələbi də əsassızdır. Belə ki, iddiaçının maddi zərərlə bağlı iddiası əsassız olduğundan mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb də əsaslı hesab edilə bilməz. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, MMC tərəfindən iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 1.050 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,5 manat məbləğində pulun MMC-dən tutularaq iddiaçıya ödənilməsini qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Həmin qətnamə ilə həmçinin qət edilmişdir ki, iddiaçının maraqlarının dövlət vəsaiti hesabına müdafiə edilməsi üçün təyin edilmiş vəkil vəkil2 göstərdiyi 24 iş saatı həcmdə hüquqi yardıma görə dövlət büdcəsindən 264 manat məbləğində pul tutularaq vəkilin işlədiyi Bakı Şəhəri * saylı Vəkil Bürosuna ödənilsin.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh MMC tərəfindən qeyri-rəsmi olaraq işə cəlb edilməsi işin halları və X3 Xidməti tərəfindən aparılmış araşdırmanın nəticələri olaraq qəbul edilmiş və hətta Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (*(***)-****/**** saylı iş üzrə qəbul edilmiş ##.##.2024cü il tarixli qərar) baxışının predmeti olmuş qərarla təsdiq edilir. Bu baxımdan cavabdeh MMC-nin, onunla iddiaçı arasında ümumiyyətlə əmək münasibətlərinin yaranmaması barədə etirazı əsaslı hesab edilə bilməz. Lakin nəzərə alınmalıdır ki, iddiaçı, 2022-ci ilin oktyabr ayından etibarən 8 ay müddətində cavabdeh MMC-də işlədiyini bildirsə də, işin tədqiq edilən halları onu deməyə əsas verir ki, iddia tələbi bu hissədə qismən, 5 ay (2023-cü ilin yanvar ayından iyun ayınadək) faktiki işə görə ödənilməmiş əmək haqqı miqdarında dəymiş ziyanın cavabdeh MMC-dən tutulması hissəsində əsaslıdır. Belə ki, ilk növbədə işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdeh MMC 2023-cü ilin yanvar ayından Siyəzən Şəhər İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyada fəaliyyət göstərməyə başlamışdır. İddiaçı tərəfindən məhkəməyə onun 2022-ci ilin oktyabr ayından cavabdeh MMCdə fəaliyyət göstərməsinə dair sübut təqdim edilməmişdir. xxxx protokolda iddiaçının 2022-ci ilin oktyabr ayından cavabdeh MMC tərəfindən xxxx hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi qeyd edilsə də, xxxx protokol məhkəmə üçün preyudisial əhəmiyyət daşımır. Nəzərə alınmalıdır ki, cavabdeh MMC barəsində xxxx protokol tərtib edilərkən inzibati orqan tərəfindən faktı təsdiq edən sübut qismində Şəhriyar Kərimov və Xəqani Nuriyev adlı şəxslərin izahatlarına istinad edilmişdir. Hansı ki, cavabdeh MMC barəsində xxxx protokol tərtib edilən zaman, o cümlədən cavabdeh MMC barəsində məhkəmə tərəfindən inzibati tənbeh tətbiq edilən zaman əsas sübut qismində izahatlarına istinad edilən Şəhriyar Kərimov və Xəqani Nuriyev 2023-cü ildən cavabdeh MMC-də fəaliyyət göstərməyə başlamışlar. Həmçinin nəzərə alınmalı digər məqam da odur ki, iddiaçını, Şəhriyar Kərimov və Xəqanini Nuriyev işə cəlb edən İlqar Rzayev da 2023-cü ilin yanvar ayından cavabdeh MMC-də əmək fəaliyyətinə başlamışdır. Belə olan halda müəyyən edilir ki, iddiaçı yuxarıda qeyd edilən işə 2022-ci ilin oktyabr ayıda cəlb edilə bilməzdir. O, həmin işə 2023-cü ilin yanvar ayında, yəni İlqar Rzayev özü cavabdeh MMC-də işləməyə başladığı vaxt cəlb edilmiş və iddiaçının özünün bildirdiyi kimi həmin ilin may ayı daxil olmaqla, yəni 5 ay ərzində MMC-də ayda 500 manata işləmişdir. İddiaçı izahatında bildirir ki, İlqar Rzayev ilə birlikdə işləyən Etibar Qasımov 2022-ci ildə ona 1.000 manat ödəmişdir. Lakin işin hallarından müəyyən edilir ki, İlqar Rzayev kimi Etibar Qasımov da MMC-də 2023-cü ilin yanvar ayından əmək fəaliyyətinə başlamışdır. Buna görə də, qəbul edilməlidir ki, həmin ödəniş iddiaçının cavabdeh MMC-də işləməsinə görə olan ödəniş kimi qəbul edilə bilməz. Bu hal da, onu təsdiq edir ki, iddiaçı 2023-cü ilin yanvar ayına qədər MMC-də işləməmişdir. İddiaçı bildirir ki, 2023-cü ilin əvvəllərində ona əlavə olaraq 1.500 manat ödənilmişdir. Nəzərə alınsa ki, iddiaçıya ödənilməli olan məbləğ 2.550 manat təşkil edir və ona 1.500 manat artıq ödənilmişdir, onda müəyyən edilir ki, iddiaçıya ödənilməmiş qalan məbləğ 1.050 manatdır. Buna görə də, MMC-dən iddiaçının xeyrinə maddi zərərin əvəzzi olaraq 1.050 manat tutulmalıdır. Mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbə gəldikdə isə nəzərə alınmalıdır ki, mənəvi zərərin ödənilməsi üçün hüquqazidd əməl, zərərin mövcudluğu, həmin zərərlə hüquqazidd əməl arasında səbəbli əlaqə və təqsir müəyyən edilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar cavabdeh MMC-nin hərəkətləri ilə iddia olunan mənəvi zərər, o cümlədən iddiaçının atasının vəfatı arasında birbaşa səbəbli əlaqənin mövcudluğunu obyektiv surətdə təsdiq edilmir. Buna görə də bu tələb təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir.
7. Əsasları iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
8. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və iddia ərizəsinin, habelə apellyasiya şikayətin məzmununa uyğun izahat verdilər.
9. Cavabdeh MMC işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verilməmişdir.
10. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat
11. Hazırkı apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmişdir.
12. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı isə iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirmişdir.
13. Bunları nəzərə alan Məhkəmə bildirir ki, MPM-in 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri hüdudlarında yoxlayır.
14. Odur ki, göstərilənləri nəzərə almış Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
15. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalı olan məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə görə, əmək münasibətləri işəgötürənlə işçi arasında xxxxndən irəli gələn qarşılıqlı hüquq və vəzifələrdən ibarətdir (maddə 7.; hissə 2.). xxxx yazılı formada bağlanılır və bu Məcəllə ilə müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minir (maddə 49.; hissə 1.).
17. Bununla yanaşı Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin məqsədi işçinin əmək hüquqlarının müdafiəsini təmin etmək olduğundan, işəgötürənin əmək münasibətlərini qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirməməsi işçinin faktiki yerinə yetirdiyi əmək funksiyasına görə qanunla müəyyən edilmiş hüquqlarını aradan qaldırmır.
18. İş materiallarından görünür ki, iddiaçının cavabdeh MMC tərəfindən “xxxx” bağlanmadan əmək fəaliyyətinə cəlb olunması ilə bağlı X3 Xidməti tərəfindən araşdırma aparılmış, həmin araşdırmanın nəticələri əsasında xxxx protokol tərtib edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.
19. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin dispozisiyasından görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada xxxx (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməkdən ibarət əməl inzibati xəta hesab edilir və bu əməli törətmiş (istər hüquqi, istər vəzifəli, istət fiziki) şəxs(lər) inzibati məsuliyyətə cəlb edilirlər.
20. Göründüyü kimi işdə olan sübutla təsdiq edilir ki, cavabdeh MMC iddiaçını qanunsuz işə cəlb etməyə görə inzibati məsuliyyətə cəlb edilmişdir.
21. Bu səbəbdən Məhkəmə hesab edir ki, cavabdeh MMC iddiaçının yerinə yetirdiyi işə görə haqqı maddi zərər olaraq iddiaçıya ödəməlidir.
22. Belə ki, iddiaçı ilə cavabdeh MMC arasında yazılı sürətdə “xxxx” bağlanmasa da, iddiaçı, MMC-nin ona yerinə yetirilməsini şifahi qaydada tapşırdığı işi yerinə yetirmiş, lakin MMC üzərinə götürdüyü və işin əvəzinin yerinə yetirilməsinə görə haqqın ödənilməsindən ibarət öhdəliyi yerinə yetirməmiş, bununla da iddiaçıya maddi zərə vurmuşdur.
23. Bunu nəzərə alan Məhkəmə bildirir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.). Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2.).
24. Qeyd edilən maddi hüquq normaların tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh MMC, üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən iddiaçıya vurduğu zərəri ödəməlidir.
25. MMC tərəfindən iddiaçıya ödənilməli olan məbləğə gəldikdə isə Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi MMC-dən iddiaçının xeyrinə tutulmalı olan məbləği 1.050 manat məbləğində müəyyən etməkdə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
26. Belə ki, yuxarıda qeyd edilən inzibati xəta ilə bağlı qəbul edilmiş, artıq qanuni qüvvəyə minmiş və hazırkı iş üçün etibarlı sübut hesab edilən qərardan görünür ki, inzibati işə baxmış məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı, cavabdeh MMC tərəfindən “xxxx” bağlanmadan 2022-ci ilin oktyabr ayından etibarən işə cəlb edilmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış və hesab etmişdir ki, iddiaçı həmin işə 2023-cü ilin yanvar ayında, yəni İlqar Rzayev cavabdeh MMC-də işə başladığı vaxtda baş vermişdir.
27. Məhkəmə qeyd edir ki, İlqar Rzayev cavabdeh MMC-də 2023-cü ilin yanvar ayında iş fəaliyyətinə başlasa da, işin hallarından görünür ki, həmin vaxtdan da əvvəl İlqar Rzayevin cavabdeh MMC ilə sıx əlaqəsi olmuş – o, cavabdeh MMC-nin təsisçilərindən biri olmuşdur.
28. Qeyd edilən bu hal və xxxx iş üzrə məhkəmə qərarlarının mövcud olması nəzərə alındıqda müəyyən edilir ki, bunun əksini sübut etmək yükü artıq cavabdeh MMC-nin üzərinə düşür, lakin MMC, bunu sübuta yetirə biləcək dəlillərini məhkəmələrə təqdim etməmişdir.
29. Odur ki, göstərilənləri, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini, iddiaçıya 5 aya görə ödənilməli olan məbləğin 2.550 manat olması barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə cavabdeh MMC-nin razılaşmasını nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 2.580 manat məbləğində müəyyən edilməlidir (2022-ci ilin oktyabr, noyabr və dekabr ayları üçün, hər aya görə (2.550 : 5 ay=) 510 manat olmaqla (510 manat x 3 ay=) 1.530 manat; Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ilə tutulması qət edilmiş və hazırkı apellyasiya baxışının predmeti olmayan məbləğ 1.050 manat; 1.530 manat + 1.050 manat = 2.580 manat).
30. Buna görə də, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri qismən əsaslı hesab edilməlidir.
31. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin digər nəticəsinə, yəni “mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbin təmin edilməməsi” ilə bağlı nəticəsinə gəldikdə isə Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi üçün hüquqazidd əməl, zərərin mövcudluğu, həmin zərərlə hüquqazidd əməl arasında səbəbli əlaqə və təqsir müəyyən edilməlidir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar cavabdeh MMC-nin hərəkətləri ilə iddia olunan mənəvi zərər, o cümlədən iddiaçının atasının vəfatı arasında birbaşa səbəbli əlaqənin mövcudluğunu obyektiv surətdə təsdiq edilmir.
32. Buna görə də, Məhkəmə, MPM-in 14, 76, 77-ci maddələrinin tələblərini, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarında və “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2025-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, Rayon Məhkəməsi bu tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızdır. h) apellyasiya baxışının nəticəsi
33. Beləliklə göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı İddiaçı xeyrinə tutulmalı olan pul məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin və cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən iddiaçı İddiaçı xeyrinə 2.580 (iki min beş yüz səksən) manat tutulsun. Bu tələbin qalan hissəsinin təmin edilməməsi barədə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamənin bu hissəsindən iş üzrə tərəflər kassasiya şikayəti verə bilməzlər və bu hissəsə qətnamə dərhal qüvvəyə minir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamənin “mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin təmin edilməməsi barədə” hissəsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamənin bu hissəsindən iş üzrə iddiaçı İddiaçı qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPMə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh Cavabdeh MMC isə hazırkı qətnamənin bu hissəsindən də kassasiya şikayəti verə bilməz.