Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-189/2026 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (Maraqlı şəxs3, Azərbaycan Respublikası Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxslər qismində cəlb edilməklə) iş üzrə edilən qanunsuzluqlara dair iddia ərizəsinin məhkəmə icraatına mümkünlüyü məsələsinə dair iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (Maraqlı şəxs3, Azərbaycan Respublikası Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxslər qismində cəlb edilməklə) iş üzrə edilən qanunsuzluqlara dair iddia ərizəsinin məhkəmə icraatına mümkünlüyü məsələsinə dair iş üzrə Cavabdeh 30 dekabr 2025-ci il tarixli, 2(003)-5100/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı (Maraqlı şəxs3, Azərbaycan Respublikası Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8(003)-140/2025 saylı mülki işin aparılması zamanı edilən qanunsuzluqlar və rəsmi sənədlərə saxta məlumatların daxil edilməsi hallarının qanuna müvafiq qaydada araşdırılması üçün və bunları öz qanunsuz hərəkətləri (hərəkətsizlikləri) ilə dəstəkləyən şəxslərə qarşı qanuna müvafiq tədbirlərin görülməsi üçün məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh 30 dekabr 2025-ci il tarixli, 2(003)-5100/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır.
3. Qərardadın əsaslarına görə, İddiaçı cavabdehlər Cavabdehnə, Maraqlı şəxs3na, Azərbaycan Respublikası Maraqlı şəxs2na, Maraqlı şəxs1nə qarşı “iş üzrə edilən qanunsuzluqlara” dair iddia ərizəsinə məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, Xəzər Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 8(003)- 140/2025 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, 2(003)-571/2020 saylı qətnaməsi ilə 04 fevral 2008-ci il X4 və 03 may 2009-cu il təvəllüdlü X1 üçün tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli (hər uşağa ayrı-ayrılıqda) misli həddində indeksasiya olunması qərara alınmış və alimentin indeksasiya edilmiş məbləğdə tutulması ərizənin verildiyi xx.xx.2025-ci il tarixdən başlanılmışdır. Borclu İddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixli, 8(003)- 140/2025 nömrəli qərardadından şikayət verərək, Cavabdeh xx.xx.2025-ci il tarixli, 8(003)-140/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Xəzər rayon məhkəməsinin 8(003)-140/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Borclu İddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixli, 8(003)-140/2025 nömrəli qərardadından vermiş olduğu şikayət təmin edilməmiş, Borclu İddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixli, 8(003)-140/2025 nömrəli qərardadından vermiş olduğu şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(103)-692/2025 nömrəli qərardadı ilə borclu İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Xəzər Rayon Məhkəməsinin 8(003)-140/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, İddiaçı şikayətinin dəlillərində qeyd etdiyi sübutlara əsaslanaraq alimentin azaldılması barədə iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Belə ki, İddiaçı ərizəsində 8(003)-140/2025 nömrəli mülki işin aparılması zamanı edilən qanunsuzluqlar və rəsmi sənədlərə saxta məlumatların daxil edilməsi hallarının qanuna müvafiq qaydada araşdırılması üçün və bunları öz qanunsuz hərəkətləri (hərəkətsizlikləri) ilə dəstəkləyən şəxslərə qarşı qanuna müvafiq tədbirlərin görülməsi ilə bağlı tələb qoymuşdur. Ərizəçiyə izah olunmalıdır ki, sözügedən işlə bağlı yekun məhkəmə aktı qəbul olunmuş və Bakı Apellyasiya Məhkəməsi də bu qərardadı dəyişdirilmədən saxlamışdır. Buna görə də bu tələbə məhkəmə icraatı qaydasında baxılmır.
4. Həmin qərardaddan İddiaçı şikayət verərək, qərardadının ləğv edilməsini və apellyasiya instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin baxılması üçün aid olduğu məhkəməyə verilməsini xahiş etmişdir.
5. Şikayətin dəlillərinə görə, qeyd edilən qərardad prosessual normalarının kobud pozulması ilə qəbul edildiyi üçün şərtsiz ləğv olunmalıdır və iddia ərizəsi aid olduğu məhkəməyə verilməsi üçün apelyasiya instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, qanunvericiliyin mütləq tələblərinə görə Cavabdehnə qarşı verilən iddia ərizəmə həmin məhkəmədə baxılması yolverilməzdir və bu məhkəmə onu apelyasiya instansiya məhkəməsinə göndərməlidir, hansı ki, öz növbəsində bu iddia ərizəni baxılması üçün aid olduğu məhkəməyə verir. Əlavə olaraq qeyd edilməlidir ki, iddia ərizəsində guya xx.xx.2025-ci il tarixli qərardaddan şikayət edilməsi barədə hakimin dəlili də yanlışdır – çünki, orada müraciətlərinin qanuna zidd qaydada baxılmasından, rəsmi sənədlərin saxtalaşdırılmasından və istinad edilən o qərardadın mahiyyətinə aid olmayan digər qanunsuzluqlar haqqında bəhs edilir. Beləliklə, prosessual qanunun kobud pozulması nəticəsində cavabdehin özü tərəfindən baxılması ilə hazırki qərardadın qəbul olunması ancaq ədalət mühakiməsinə süni məhdudiyyət qoyulması kimi qiymətləndirilməlidir, bu fakt isə ona qarşı verilən iddia ərizəsinin düzgünlüyünü bir daha təsdiqləyir.
6. Cavabdeh 06 yanvar 2026-cı il tarixli, 2(003)-5100/2025 nömrəli qərardadına əsasən şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Maddə 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Hazırki iş üzrə İddiaçı Cavabdeh 8(003)-140/2025 nömrəli iş üzrə borclu tərəf olmuşdur. Daha sonra isə İddiaçı “Cavabdehndə tərəf olduğu həmin iş üzrə edilən qanunsuzluqlara və saxtakarlıqlara dair” Cavabdehnə qarşı iddia qaldırmış və həmin iddia baxılması üçün sözügedən məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 153.2-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi geri qaytarılmışdır.
9. AR MPM-nin 153.2-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
10. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh işə mahiyyəti üzrə baxmamışdır. İddia tələbinin məzmunundan da görünür ki, qeyd olunan tələblərə nəinki mülki mühakimə, ümumilikdə məhkəmə icraatı qaydasında baxıla bilməz. Bu xüsusat aşkar olduğuna görə məhkəmə kollegiyası gəlinən nəticəni əsaslı hesab edir.
11. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
12. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh 30 dekabr 2025-ci il tarixli, 2(003)-5100/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Cavabdeh 30 dekabr 2025-ci il tarixli, 2(003)-5100/2025 nömrəli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.