Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1894/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı iddiaçı3, X3, İddiaçı iddiaçı1 və onun vəkili nümayəndə3, Cavabdeh cavabdeh2 və onun vəkili nümayəndə1 iştirakı ilə, İddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair və birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh2 cavabdehlər iddiaçı3, iddiaçı2 və iddiaçı1 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə, “bölgü sxemin razılaşdırılması barədə sazişin və bölgü sxeminin ləğv edilməsi, hasarın sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 ilə cavabdeh cavabdeh2 arasında əvvəllər mövcud olmuş paylı mülkiyyət münasibətləri tərəflər arasında bağlanmış ## ##### 2025-ci il tarixli “Payın bağışlanmasının vəd edilməsi” müqaviləsi, həmçinin ## #### 2025-ci il tarixli bağışlama müqaviləsi və ## #### 2025-ci il tarixli bölgü sxeminin razılaşdırılması barədə saziş əsasında aradan qalxmışdır. Nəticədə daşınmaz əmlak üzrə tərəflərin mülkiyyət hüquqları ayrılıqda müəyyən edilmişdir. İddiaçılar hal-hazırda cavabdehlə sərhədi müəyyən edən hasarın xeyli hissədə çəkilməsinə nail olsalar da, mərzlənməni tamamlaya bilmirlər, cavabdeh buna maneə törədir. Buna görə də iddiaçılar Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, giriş 204 ünvanında yerləşən, onlara məxus fərdi evin yerləşdiyi torpaq sahəsinin, cavabdeh cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi evin yerləşdiyi torpaq sahəsinin sərhədi ilə bölgü sxeminə əsasən kəsişdiyi xətt üzrə hasarın (mərzin) çəkilməsini, cavabdeh cavabdeh2 maneəsinə qadağa qoyulmasını tələb edirlər. Eyni zamanda cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 126 (yeni qaydalara əsasən Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, giriş ***) saylı ünvandakı həyətyani torpaq sahəsində cavabdehlər tərəfindən tikilən daş hasarın onların öz maddi vəsaiti hesabına sökülməsi və bölgü sxeminin ləğv edilməsi barədə qətnamə çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat: Iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, giriş 204 ünvanında yerləşən, onlara məxus fərdi evin yerləşdiyi torpaq sahəsinin, cavabdeh cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi evin yerləşdiyi torpaq sahəsinin sərhədi ilə bölgü sxeminə əsasən kəsişdiyi xətt üzrə hasarın (mərzin) çəkilməsi, cavabdeh cavabdeh2 maneəsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, iddiaçı3, iddiaçı2 və iddiaçı1 ilə cavabdeh cavabdeh2 arasında * saylı Bakı “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisində, ## ##### 2025-ci il tarixdə aşağıdakı: Bu müqavilə imzalandıqdan sonra “Birinci tərəf” iddiaçı2, iddiaçı3 və iddiaçı1 paylı mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi *** saylı ünvanda “2-ci tərəf cavabdeh2 öz şəxsi vəsaiti hesabına inşa etdirdiyi layihəyə uyğun 119.85 m2 sənədsiz evin və həmin ünvanda yerləşən 0,029850 ha torpaq sahəsindən 0,074625 ha torpaq sahəsinin onun adına sənədləşməsinə, adına tam mülkiyyət hüququ əsasında çıxarış və texniki pasport verilməsinə razılıq verməklə, cavabdeh2 tərəfindən inşa edilmiş həmin 119,85 m2 həmin evə və 0,074625 ha torpaq torpaq sahəsinə dair gələcəkdə heç bir iddia və pay tələbi qaldıra bilməz.“2-ci tərəf” cavabdeh2 həmin 119,85 m2 evə və 0,074625 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən öz adına çıxarış və texniki pasport aldıqdan dərhal sonra daşınmaz əmlakın dövlət reyestrindən onun adına verilmiş reyestr nömrəsi ************-***** saylı, ##.##.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi *** saylı ünvanda yerləşən (sahəsi 0,029850 ha olan torpaq sahəsinə 1/4 pay hüququ istisna olmaqla) 105,60 m2 evə dair 1/4 payını “1-ci tərəf” iddiaçı2, iddiaçı3 və iddiaçı1 5 iş günü ərzində bağışlamasını vəd edir və gələcəkdə həmin bağışlama müqaviləsinə dair heç bir iddia tələbi irəli sürə bilməz. Müqavilənin notarial qaydada təsdiq edilməsi və müvafiq qeydiyyata alınması xərclərini cavabdeh2 çəkir. Bu müqavilə bağlanıldığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur. Bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur məzmunda “Payın bağışlanmasının vəd edilmə” Müqaviləsi imzalanaraq bağlanılmışdır. Həmin ## ##### 2025ci il tarixli, “Payın bağışlanmasının vəd edilmə” Müqaviləsi üzrə tərəflər (onlar və qarşı tərəf) üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirdikdən sonra cavabdehlə paylı mülkiyyət aradan qalxmışdır və ünvanlar yeni ünvanlarla əvəz edilmişdir. Onu da bildirmişlər ki, mülkiyyətlər arasında olan bölgü sxeminin əldə olunmasına ərizəni aidiyyəti idarəyə məhz cavabdeh özü təqdim etmiş və həmin bölgü əsasında mülkiyyətlər üzrə ayrı-ayrı ünvanlar müəyyən edilmişdir. Belə ki, onlara məxsus əmlakların yerləşdiyi ünvan Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, 204, cavabdehə məxsus əmlakın yerləşdiyi ünvan isə ünvan 3 olaraq qeydiyyatdan keçmişdir. Onlar cavabdehlə sərhədi müəyyən edən hasarın xeyli hissədə çəkilməsinə nail olsalar da, hasarlanmanı tamamlaya bilmirlər. Belə ki, cavabdeh buna mane olur. Baxmayaraq ki, ona aid hissəyə ayrı giriş-çıxış mövcuddur, cavabdeh onlara aid hissədən istifadə edir və həmin səbəblə də aralarında tam sərhədin olmasına (hasarın çəkilməsinə) mane olur. Birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh2 cavabdehlər iddiaçı3, iddiaçı2 və iddiaçı1 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə, “bölgü sxemin razılaşdırılması barədə sazişin və bölgü sxeminin ləğv edilməsi, hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə onun arasında * saylı Bakı “ASAN Xidmət” mərkəzindəki notariat ofisində bağlanmış “bölgü sxeminin razılaşdırılması barədə Saziş”in və Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş bölgü sxeminin ləğv edilməsi, dövlət rüsumuna ödədiyi 100 manat pul vəsaitinin əvəzinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi *** saylı ünvanda yerləşən torpaq sahəsinə dair * saylı Bakı “ASAN Xidmət” mərkəzindəki Notariat ofisində bağlanmış ## #### 2025-ci il tarixli, Reyestr 3M-*** №-li Sazişə dair bölgü sxeminin razılaşdırılması barədə cavabdehlərlə aralarında aşağıdakı məzmunda müqavilə bağlanmışdır: “İ tərəf” (yəni, hazırkı iddia ərizəsi üzrə iddiaçı) cavabdeh2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 126 ünvanında yerləşən torpaq sahəsinə dair təklif edilən bölgü sxemi ilə razılaşaraq həmin bölgü sxeminə əsasən “* saylı sahə” göstərilmiş “A” tikilisi sahəsində qalacaq 0,01803 (180,3 m2) ha torpaq sahəsinin “II tərəf” iddiaçı2, iddiaçı3 və iddiaçı1 mülkiyyətinə verilməsinə etiraz etmir. Həmin torpaq sahəsi iddiaçı2, iddiaçı3 və iddiaçı1 mülkiyyətinə keçir. “II tərəf” (yəni hazırki iddia ərizəsi üzrə cavabdehlər) iddiaçı2, iddiaçı3 və iddiaçı1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 126 ünvanında yerləşən torpaq sahəsinə dair təklif edilən bölgü sxemi ilə razılaşaraq həmin bölgü sxeminə əsasən “* saylı sahə” göstərilmiş “B” tikilisi sahəsində qalacaq 0,01187 (118,7 m2) ha torpaq sahəsinin “İ tərəf” cavabdeh2 mülkiyyətinə verilməsinə etiraz etmirlər. Həmin torpaq sahəsi cavabdeh2 mülkiyyətinə keçir. Qeyd etmişdir ki, həmin saziş bağlanmamışdan qabaq cavabdehlərlə aralarında razılaşma olmuşdur ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 126 ünvanında yerləşən torpaq sahəsinə dair təklif edilən bölgü sxeminə əsasən torpaq sahələri arasında hasar çəkilərkən həmin hasar mülkiyyətlərində olan mövcud tikililərə heç bir maneəçilik törətməyəcək və həmin tikililərdə yerdəyişməyə səbəb olmayacaq. Cavabdehlər bu təkliflə razılaşdıqdan sonra o, onlara inanaraq yuxarıda qeyd etdiyi Sazişə imza etməklə Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahələrinə dair tərtib edilmiş bölgü-sxemi razılıq imzası ilə təsdiqləmişdir. Həmin bölgü sxemini imzaladıqdan sonra cavabdehlər torpaq sahələri arasında daş hasar çəkməyə başlamış, lakin hasarı çəkəndə Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş bölgü-sxemi əldə əsas tutaraq bildirmişlər ki, hasarın tam çəkilməsi üçün ona məxsus tikilinin ikinci mərtəbəsindən həyətə düşmək üçün quraşdırılan pilləkən və ikinci mərtəbənin eyvanını saxlayan dəmir dirək sökülməlidir. O, onlara bildirmişdir ki, əgər həmin dəmir dirək və pilləkən sökülərsə, ikinci mərtəbədə yerləşən eyvan dağılmaqla, ikinci mərtəbədən həyətə düşmək qeyri-mümkün olacaq. Həmdə ona xeyli miqdarda maddi zərər dəyməsi ilə nəticələnəcək. Lakin cavabdehlər qəti şəkildə tələb edirlər ki, pilləkən və dəmir dirək sökülsün. Qeyd etmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahələrinə dair tərtib edilmiş bölgü-sxemə əsasən torpaqlarını böləcək hasarın xətti onun evinin ikinci mərtəbəsindən həyətə düşən pilləkənin üzərinə düşür. O, mütəxəssis olmadığından həmin bölgü sxemin hansı qaydada aparıldığını tam bilə bilməmişdir. Əgər bilsəydi ki, həmin bölgüyə əsasən hasar onun pilləkənlərinin üzərinə düşəcək, buna razılıq verib bölgü sxemi və ona dair razılaşmaya imza atmazdı. Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin əməkdaşı həmin bölgü-sxemi onların iştirakları olmadan və torpaq sahəsinə baxış keçirmədən tərtib etmiş, bölgünün hansı nəticələr doğuracağını əvvəlcədən onlara bildirməmişdir. Lakin bununla belə həmin bölgü sxemə və bununla bağlı sazişə imza etməmişdən qabaq tərəflər arasında olan razılaşmaya əsasən çəkiləcək hasar heç birinin tikilisinə ziyan vurmayacaqdı. Lakin cavabdehlər hazırda həmin razılaşmaya əməl etmək istəmirlər. Ona görə də hesab edir ki, torpaq sahəsinə dair bölgü sxeminin razılaşdırılması barədə saziş və bölgü sxemi ləğv edilməlidir. Daha sonra iddiaçı cavabdeh2 ##.##.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə məhkəməyə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 126 (yeni qaydalara əsasən Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, giriş ***) saylı ünvandakı həyətyani torpaq sahəsində cavabdehlər tərəfindən tikilən daş hasarın onların öz maddi vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair birgə iddia tələbinin təmin edilməsi, ünvan 1 ünvanında yerləşən, iddiaçılara paylı mülkiyyət üzrə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin, cavabdeh cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhədi ilə bölgü sxeminə əsasən kəsişdiyi xətt üzrə hasarın (mərzin) çəkilməsinə maneələrin yaradılması cavabdeh cavabdeh2 qadağan edilməsi, cavabdeh cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh2 cavabdehlər iddiaçı3, iddiaçı2 və iddiaçı1 qarşı "bölgü sxemin razılaşdırılması barədə sazişin və bölgü sxeminin ləğv edilməsi, hasarın sökülməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslanırılımışdır ki, bölgü sxemi cavabdeh cavabdeh2 öz müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilərək tərtib edilmiş, cavabdeh həmin sxemlə razılaşaraq onu imzalamışdır. Mühəndis Mütəxəssis ifadəsindən və ünvana yerli baxış ilə də aydın olmuşdur ki, bölgü sxem üzrə mərzin çəkilməsi tərəflərə maneəçilik törətmir. cavabdeh2 (birinci tərəf) ilə iddiaçı3 (ikinci tərəf), iddiaçı2 (ikinci tərəf) və iddiaçı1 (ikinci tərəf) arasında bağlanmış ## #### 2025-ci il tarixli Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 126 ünvanında yerləşən torpaq sahəsinə dair bölgü sxeminin razılaşdırılması barədə saziş, eləcə də sözügedən bölgü-sxem tərəflərin iştirakı və iradə ifadəsi əsasında hazırlanmışdır. Sözügedən bölgü sxem əsasında iddiaçılar paylı mülkiyyətlərində olan torpaq sahəsi və daşınmaz əmlakı cavabdehin paylı mülkiyyətindən tamamilə ayıraraq, üç iddiaçı olmaqla özlərinə dair hissədə qeydi daşınmaz əmlakın reyestrində qeydə aldırmışlar. Hazırda iddiaçılarla cavabdehlər arasında paylı mülkiyyətə son qoyulmuş, cavabdehlə qonşuluq münasibətlərinin əsası yaranmışdır. İddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsi arasında sərhədlərin müəyyən edilməsi və həmin sərhəd boyunca hasarın çəkilməsi iddiaçıların mülkiyyət hüququnun tərkib hissəsi olmaqla, cavabdeh tərəfindən bu hüququn həyata keçirilməsinə maneələr yaradılması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə ziddir. Cavabdeh cavabdeh2 hasarın çəkilməsinin ona zərər vuracağı, giriş-çıxışı məhdudlaşdıracağı, tikililərə təhlükə yaradacağı barədə arqumentləri iş materialları ilə təsdiqini tapmamışdır. Əksinə, məhkəmə baxışı zamanı sözügedən bölgü sxemi tərtib etmiş mütəxəssisin ifadəsindən müəyyən edilmişdir ki, bölgü sxem üzrə mərzin çəkilməsi tərəflərə maneəçilik törətmir. Sözügedən bölgü-sxem tərəflərin iştirakı və iradə ifadəsi əsasında hazırlanmışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda məhkəmə, birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh2 “bölgü sxeminin razılaşdırılması barədə sazişin və bölgü sxeminin ləğv edilməsi, hasarın sökülməsi” tələbi dair iddiası ilə əlaqədar qeyd etmişdir ki, cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh2 sözügedən sazişləri könüllü şəkildə imzaladığından, onun iradəsinin aldadılma yolu ilə formalaşdığını təsdiq edən sübutlar təqdim etmədiyindən, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış “bölgü sxeminin razılaşdırılması barədə sazişin və tərtib edilmiş bölgü sxeminin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, eyni zamanda qeyd etmişdir ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyi qonşular arasında qarşılıqlı təsirdən yaranması ehtimal olunan bütün mübahisəli məsələlərin həlli ilə bağlı müddəaları özündə əks etdirir. Yuxarıda qeyd olunanlara əsaslanaraq daşınmaz əmlak mülkiyyətçiləri hüquq və vəzifələrini yerinə yetirərkən qonşu mülkiyyətçilərə qarşı əhəmiyyətli təsirlərdən çəkinməli, qanunvericiliyin tələblərinə əməl etməklə əsassız mübahisələrə yol verməməlidirlər. Razılaşdırılmış bölgü sxemə əsasən sözügedən hasarın (mərz) çəkilməsi uzun müddətdir ki, müxtəlif yönümlü mülki mübahisələri davam edən tərəflərin paylı mülkiyyətdən ayrılaraq, sərhədləri müəyyən edərək, tam xüsusi mülkiyyət kimi reyestrdə qeydə alınmaları və qonşu statusuna keçmələri davam edən mübahisələrin də həlli baxımından daha ədalətli hesab olunur. Həmin qətnamədən cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi, cavabdehin qarşılıqlı iddiasının təmin edilməsi, bölgü sxemin razılaşdırılması barədə sazişin və bölgü sxeminin ləğv edilməsi və hasarın sökülməsi tələbinə dair iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “iddiaçılar Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş bölgü sxeminə uyğun olaraq torpaq sahələri arasında hasar çəkilməsini tələb edirlər. Halbuki, faktiki olaraq həmin bölgüyə əsasən hasar çəkilərsə, bu bir sıra problemlərin yaranmasına gətirib çıxara bilər. Belə ki, həm cavabdehin, həmdə ki, ilkin iddiaçı iddiaçı2 və digərlərinin kommunal xətləri bir-birinin torpaq sahəsindən keçir. Məsələn iddiaçı2 kanalizasiya xətti onun evinin yerləşdiyi torpaq sahəsinin altından keçir. Gələcəkdə həmin kanalizasiya xəttində baş verə biləcək qəzaya görə cavabdehin evi və həyətyanı torpaq sahəsi ziyan çəkməklə ona maddi zərər dəyə bilər. Bundan başqa hasarın çəkilməsi, evinin ikinci mərtəbəsindən həyətə düşən piləkənin qarşısını kəsməklə, eləcə də həmin piləkənin sökülməsinə səbəb olmaqla, cavabdehin ikinci mərtəbədən həyətə düşməyinə imkan verməyəcəkdir. Həmdə bu piləkən ikinci mərtəbənin eyvanını saxlayan yeganə sütun olduğundan onun sökülməsi eyvanın uçmasına gətirib çıxara bilər. Həmçinin tikiləcək həmin hasar ona məxsus evin 1-ci mərtəbəsinin mətbəx otağının pəncərəsinə bitişməklə küçəyə çıxışını bağlayacaqdır. Bu vəziyyət isə gələcəkdə yanğın və digər fövqəladə halar nəticəsində qəza xidməti personalının həyətə daxil olmasına maneçilik törədəcəkdir. Həmçinin cavabdehin torpaq sahəsindən küçəyə çıxışını bağlamaqla həyətyanı torpaq sahəsindən normal istifadəsinə maneçilik törədəcəkdir. Məhkəmə tərəfindən qeyd edilən mübahisəli torpaq sahəsinə baxış keçirilərkən bu hallar müəyyən edilmişdir. İlkin iddiaçı iddiaçı2 evindən həm küçəyə, həmdə ki, mübahisəli həyətyanı torpaq sahəsinə çıxışı vardır. İş materiallarından da açıq-aşkar göründüyü kimi iddiaçılar cavabdeh mülkiyyətində olan torpaq sahəsindən kənara çıxmaqla onun mülkiyyətinə qəsd etmişlər. Hasarın tikilməsi cavabdehin pilləkanının üzərinə düşür, o hissədən giriş-çıxış məhdudlaşır. Barışıq sazişində hasarla bağlı heç bir müddəa qeyd olunmamışdır. Öz hissəsinə dair çıxarış almamışdır. Hasar tikildikdə evinin 2-ci mərtəbəsinə keçə bilmir. Əgər hasar tikilərsə, yeganə giriş-çıxış yeri bağlanacaq və mülkiyyətdən istifadə məhdudlaşacaqdır. İddiaçıların 180.4-cü maddənin məqsədləri baxımından nəyə görə “maraqlı tərəf” hesab olunmasını və maneənin nədən ibarət olunması birinci instansiya məhkəməsi tərəfindən tam şəkildə nəzərə alınmamışdır. İddiaçıların tələb etdiyi mərzlənmə işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ######## 2000-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 4.1 və 4.2-ci bəndlərinə zidd olmasına baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan fakta etinasız yanaşmışdır halbuki məhkəmə həqiqəti müəyyən etmək üçün ekspertiza təyin edə bilərdi. Bundan başqa iddiaçının hansı uzunluqda hasarın sökülməsini tələb etmək hüququnun, cavabdehin isə hansı uzunluqda hasarı sökmək vəzifəsinin olduğunun dəqiq müəyyən edilməsi üçün sökülməsi qət olunan hasarın uzunluğu qətnamədə göstərilməli idi, lakin qeyd olunan fakt qətnamədə göstərilməmişdir. Qəbul edilən qətnamə ilə cavabdehin mülkiyyət hüquqları pozulmuşdur ona görə də iddia tələbi rədd olunaraq cavabdehin mülkiyyət hüquqlarının bərpa olunması zərurəti meydana gəlmişdir”. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 və onun vəkili nümayəndə1 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı3, X3, iddiaçı1 və onun vəkili nümayəndə3 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: 6.1.7-ci maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmasıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 176.1-ci maddəsinə əsasən, hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. 176.2-ci maddəsinə əsasən, torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz. 176.3-cü maddəsinə əsasən, əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməl-idir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (əvvəlki) çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 126 paylı mülkiyyət hüququ ilə 1/4 hissədə iddiaçı3 adına ##.##.2018-ci il tarixdə, 1/4 hissədə cavabdeh2 adına ##.##.2021-ci il tarixdə, 1/4 hissədə iddiaçı2 adına ##.##.2018-ci il tarixdə və 1/4 hissədə X2 adına ##.##.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş A-II № ****** saylı, ## #### 2022-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X2 ## #### 2022-ci il tarixdə ölmüşdür Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin (əvvəlki) çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 126 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, giriş 204) paylı mülkiyyət hüququ ilə iddiaçı3 adına “A” tikilisi 1/4 hissədə, torpaq sahəsi ümumi birgə ##.##.2018-ci il tarixdə, cavabdeh2 adına “A” tikilisi 1/4 hissədə və “B” tikilisi, torpaq sahəsi ümumi birgə ##.##.2025-ci il tarixdə, iddiaçı2 adına “A” tikilisi 1/4 hissədə, torpaq sahəsi ümumi birgə ##.##.2018-ci il tarixdə və iddiaçı1 adına “A” tikilisi 1/4 hissədə, torpaq sahəsi ümumi birgə ##.##.2023-cü il tarixdə qeydiyyatdan keçmişdir. iddiaçı3, iddiaçı2 və iddiaçı1 ilə cavabdeh2 arasında bağlanmış ## ##### 2025-ci il tarixli payın bağışlanmasının vəd edilmə müqaviləsinə əsasən bu müqavilə imzalandıqdan sonra “Birinci tərəf” iddiaçı2, iddiaçı3 və iddiaçı1 paylı mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi *** saylı ünvanda “2-ci tərəf” cavabdeh2 öz şəxsi vəsaiti hesabına inşa etdirdiyi layihəyə uyğun 119,85 m2 sənədsiz evin və həmin ünvanda yerləşən 0,029850 ha torpaq sahəsindən 0,074625 ha torpaq sahəsinin onun adına sənədləşməsinə, adına tam mülkiyyət hüququ əsasında çıxarış və texniki pasport verilməsinə razılıq verməklə, cavabdeh2 tərəfindən inşa edilmiş həmin 119,85 m2 həmin evə və 0,074625 ha torpaq torpaq sahəsinə dair gələcəkdə heç bir iddia və pay tələbi qaldıra bilməz. “2-ci tərəf” cavabdeh2 həmin 119,85 m2 evə və 0,074625 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən öz adına çıxarış və texniki pasport aldıqdan dərhal sonra daşınmaz əmlakın dövlət reyestrindən onun adına verilmiş reyestr nömrəsi ************-***** saylı, ##.##.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi *** saylı ünvanda yerləşən (sahəsi 0,029850 ha olan torpaq sahəsinə 1/4 pay hüququ istisna olmaqla) 105,60 m2 evə dair 1/4 payını “1-ci tərəf” iddiaçı2, iddiaçı3 və iddiaçı1 5 iş günü ərzində bağışlamasını vəd edir və gələcəkdə həmin bağışlama müqaviləsinə dair heç bir iddia tələbi irəli sürə bilməz. cavabdeh2 (hədiyyə verən) ilə iddiaçı3 (hədiyyə alan), iddiaçı2 (hədiyyə alan) və iddiaçı1 (hədiyyə alan) arasında bağlanmış ## #### 2025-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 126 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, giriş 204) ünvanında yerləşən, ümumi sahəsi 225,5 kv.m. olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus olan “A” tikilisinin özünə məxsus 1/4 hissəsindən 1/3 hissəni qardaşı (hədiyyə alan) iddiaçı3 mülkiyyətinə, 1/3 hissəni qardaşı (hədiyyə alan) iddiaçı2 mülkiyyətinə və 1/3 hissəni qardaşının arvadı olan (hədiyyə alan) Qurbanov Bağda Musa qızının mülkiyyətinə vermişdir. cavabdeh2 (birinci tərəf) ilə iddiaçı3 (ikinci tərəf), iddiaçı2 (ikinci tərəf) və iddiaçı1 (ikinci tərəf) arasında bağlanmış ## #### 2025-ci il tarixli Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 126 ünvanında yerləşən torpaq sahəsinə dair bölgü sxeminin razılaşdırılması barədə sazişə əsasən “İ tərəf” cavabdeh2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 126 ünvanında yerləşən torpaq sahəsinə dair təklif edilən bölgü sxemi ilə razılaşaraq həmin bölgü sxeminə əsasən “* saylı sahə” göstərilmiş “A” tikilisi sahəsində qalacaq 0,01803 (180,3 m2) ha torpaq sahəsinin “II tərəf” iddiaçı2, iddiaçı3 və iddiaçı1 mülkiyyətinə verilməsinə etiraz etmir. Həmin torpaq sahəsi iddiaçı2, iddiaçı3 və iddiaçı1 mülkiyyətinə keçir. “II tərəf” iddiaçı2, iddiaçı3 və iddiaçı1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi 126 ünvanında yerləşən torpaq sahəsinə dair təklif edilən bölgü sxemi ilə razılaşaraq həmin bölgü sxeminə əsasən “* saylı sahə” göstərilmiş “B” tikilisi sahəsində qalacaq 0,01187 (118,7 m2) ha torpaq sahəsinin “İ tərəf” cavabdeh2 mülkiyyətinə verilməsinə etiraz etmirlər. Həmin torpaq sahəsi cavabdeh2 mülkiyyətinə keçir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 126 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, giriş 204) paylı mülkiyyət hüququ ilə iddiaçı3 adına 1/3 hissədə fərdi ev və torpaq sahəsi ümumi birgə, iddiaçı2 adına 1/3 hissədə fərdi ev və torpaq sahəsi ümumi birgə və iddiaçı1 adına 1/3 hissədə fərdi ev və torpaq sahəsi ümumi birgə ##.##.2025ci il tarixdə qeydiyyatdan keçmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin iddiaçı2 ünvanladığı cavab məktubuna əsasən onlar “münaqişəli ailə” kimi qeydiyyatdadırlar və müqafiq qanunvericiliyə əsasən qeyd olunan xüsusatlarla bağlı məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin yerquluşu üzrə mühəndisi, bölgü sxemi tərtib etmiş mütəxəssis qismində dindirilmiş Mütəxəssis izahat verərək bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 126 ünvanına cavabdeh2 müraciəti əsasında baxış keçirilmişdir. Tərəflər bölgü sxemin tərtib edilməsini və ayrı-ayrı çıxarışların alınmasını, qonşu statusuna keçilməsini istəyirdilər. Onun və digər mühəndisin iştirakı ilə tərəflərin iradə ifadəsi ilə bölgü sxemi tərtib edilmişdir. Cavabdeh cavabdeh2 özü göstərdiyi, tələb etdiyi hissələrdən ölçülmüşdür. Həmin vaxt ünvanda cavabdeh olmuşdur və onun razılığı əsasında bölgü sxemi tərtib edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, razılıqdan əlavə, tərəflərə hər hansı maneə olmadığı təqdirdə bölgü sxemi tərtib edilir. Bölgü sxemdən görünür ki, qırıqqırıq xət yox, tam xət çəkilmişdir. Bu o deməkdir ki, tərəf hasarın çəkilməsini istəmişdir, bu işdə də cavabdeh2 özü o cür istəmişdir. Qırıq-qırıq xətt şərtidir, yəni sonradan dəyişmək olar. Lakin hazırki bölgü sxemdə qırıq-qırıq xətt deyildir. cavabdeh2 çıxış üçün yer də verilmişdir. Cavabdehin öz istəyi ilə bölgü sxemi tərtib edilmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən tərəflərin iştirakı ilə mübahisəli ünvana yerində müayinə prosessual hərəkəti keçirərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi, giriş 204, *** saylı ünvanda iddiaçılara məxsus bir fərdi yaşayış evi və cavabdehə məxsus fərdi yaşayış evi vardır. İddiaçılar və cavabdehin fərdi yaşayış evlərini və torpaq sahəsini ayıran bölgü sxemə uyğun yeni tikilmiş, lakin tam hazır olmayan hasar çəkilmişdir. Hasarın cavabdeh2 aid olan həyətyanı hissədən çölə girişçıxış vardır. Eləcə də iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 mülkiyyətində olan fərdi yaşayış evi olan həyətyanı hissədən çölə giriş-çıxış vardır. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, bölgü sxemi cavabdeh cavabdeh2 öz müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilərək tərtib edilmiş, cavabdeh həmin sxemlə razılaşaraq onu imzalamışdır. Mühəndis Mütəxəssis ifadəsindən və ünvana yerli müayinə ilə də aydın olmuşdur ki, bölgü sxem üzrə mərzin çəkilməsi tərəflərə maneəçilik törətmir. cavabdeh2 (birinci tərəf) ilə iddiaçı3 (ikinci tərəf), iddiaçı2 (ikinci tərəf) və iddiaçı1 (ikinci tərəf) arasında bağlanmış ## #### 2025-ci il tarixli Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 126 ünvanında yerləşən torpaq sahəsinə dair bölgü sxeminin razılaşdırılması barədə saziş, eləcə də sözügedən bölgü-sxem tərəflərin iştirakı və iradə ifadəsi əsasında hazırlanmışdır. Sözügedən bölgü sxem əsasında iddiaçılar paylı mülkiyyətlərində olan torpaq sahəsi və daşınmaz əmlakı cavabdehin paylı mülkiyyətindən tamamilə ayıraraq, üç iddiaçı olmaqla özlərinə aid hissədə qeydi daşınmaz əmlakın reyestrində qeydə aldırmışlar. Hazırda iddiaçılarla cavabdehlər arasında paylı mülkiyyətə son qoyulmuş, cavabdehlə qonşuluq münasibətlərinin əsası yaranmışdır. Göründüyü kimi iddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin istifadəsində olan torpaq sahəsi arasında sərhədlərin müəyyən edilməsi və həmin sərhəd boyunca hasarın çəkilməsi iddiaçıların mülkiyyət hüququnun tərkib hissəsi olmaqla, cavabdeh tərəfindən bu hüququn həyata keçirilməsinə maneələr yaradılması işin halları ilə müəyyən edilmişdir və bu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə ziddir. Eyni zamanda cavabdeh cavabdeh2 hasarın çəkilməsinin ona zərər vuracağı, girişçıxışı məhdudlaşdıracağı, tikililərə təhlükə yaradacağı barədə arqumentləri iş materialları ilə təsdiqini tapmamışdır. Əksinə, birinci instansiya məhkəməsi baxışı zamanı söüzgedən bölgü sxemi tərtib etmiş mütəxəssisin ifadəsindən müəyyən edilmişdir ki, bölgü sxem üzrə mərzin çəkilməsi tərəflərə maneəçilik törətmir. Sözügedən bölgü-sxem tərəflərin iştirakı və iradə ifadəsi əsasında hazırlanmışdır. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında yerləşən, iddiaçılara paylı mülkiyyət üzrə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin, cavabdeh cavabdeh2 istifadəsində olanfərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin sərhədi ilə bölgü sxeminə əsasən kəsişdiyi xətt üzrə hasarın (mərzin) çəkilməsinə maneələrin yaradılması cavabdeh cavabdeh2 qadağan edilməli, cavabdeh cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Bununla yanaşı Məhkəmə Kollegiyası hesab edir ki, birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh2 iddia tələbinin təmin edilməməsi barədə də düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh2 sözügedən sazişləri könüllü şəkildə imzaladığından, onun iradəsinin aldadılma yolu ilə formalaşdığını təsdiq edən sübutlar təqdim etmədiyindən, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda tərəflər arasında bağlanmış “bölgü sxeminin razılaşdırılması barədə sazişin və tərtib edilmiş bölgü sxeminin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş tərəflər arasında bağlanmış əvvəlki “bölgü sxemindən” fərqli olaraq yeni “bölgü sxemi” tərtib edilsə də, iddiaçılar tərəfindən təqdim edilmiş ## #### 2026-cı il tarixli məktub əsasında müəyyən edilmişdir ki, həmin idarə tərəfindən sonuncu, yəni ikinci “bölgü sxemi” ləğv edilmişdir. Bu isə əvvəlki, yəni, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilən “bölgü sxeminin” qüvvədə olması deməkdir. Kollegiya xüsusilə vurğulayır ki, cavabdeh2 tərəfindən kollegiyaya təqdim edilən fotolardan aydın grünür ki, 1-ci “bölgü sxem” əsasında hasar səkildiyi halda belə, onun 2-i mərtəbələ yerləşən mətbəxinə giriş-çıxışa əhəmiyətli dərəcədə maneə olması müşahidə olunmur. Öz mənzilinə giriş-çıxışa isə ümumiyyətlə maneə yoxdur. Həmçinin birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh2 mübahisəli ünvan üzrə keçən illərdə qəbul edilmiş icra vərəqələrinin icra edilməməsinə istinad edərək onların da icra olunmalı olmasına dair kollegiyanın iclasında verdiyi izahatla bağlı kollegiya qeyd edir ki, qeyd edilən icra vərəqələri üzrə məsələlər hazırki iş üzrə predmet olmadığından onlara hüquqi qiymət verilə bilməz və bu icra qaydasında həll edilən məsələlərə aiddir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh2 apellyasiya şikayətinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən apellyasiya şikayəti göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- ****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.