Məhkəmə qərarları › İş №2(3-6)-1902/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1902/2026

24.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1902/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı6, iddiaçı4 və iddiaçı5 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsində camaşırxana və kimyəvi təmizləmə məntəqəsinin fəaliyyətinin dayandırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X9 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 katibliyi, Iddiaçılar iddiaçı6 və iddiaçı4, Iddiaçı iddiaçı5 nümayəndəsi və vəkili vəkil2, Cavabdeh cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili vəkil1 iştirakları ilə, Iddiaçılar iddiaçı6, iddiaçı4 və iddiaçı5 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ** nömrəli mənzil ##.##.2012-ci il tarixdə tam mülkiyyət hüququ üzrə iddiaçı5 adına qeydiyyata alınmışdır.

2. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən **a nömrəli mənzil ##.##.2015-ci il tarixdə tam mülkiyyət hüququ üzrə iddiaçı4 adına qeydiyyata alınmışdır.

3. Icarəyə verən cavabdeh4 ilə icarəçi cavabdeh1 MMC arasında bağlanmış ##.##.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verir, icarəçi isə aylıq 7.000 manat icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilə 5 il müddətinə bağlanmışdır.

4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-Istintaq Idarəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli qərarına əsasən ##.##.2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 18 ünvanında 4 mərtəbəli binanın 1 ci mərtəbəsində yerləşən, cavabdeh1 MMC tərəfindən icarəyə götürülmüş qeyriyaşayış sahəsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar direktor mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, direktor mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatında “xxxx" MMC-nin icarəyə götürdüyü qeyri-yaşayış sahəsində geyim və digər əşyaların kimyəvi, quru təmizlənməsi xidmətini göstərdiyini bildirmişdir.

5. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, «“Yaşayış binaları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının ##.##.2021-ci il tarixli * nömrəli Qərarının 4.11-ci bəndinə əsasən yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində digər obyektlərlə yanaşı camaşırxana və kimyəvi təmizləmə müəssisələrinin (qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanaları istisna olmaqla) yerləşdirilməsinə yol verilmir.

6. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2024-cü il tarixli məktubunda monitorinq çərçivəsində Nəsimi rayonu, Azadlıq prospekti, ev 18 ünvanında yerləşən cavabdeh1 MMCnin camaşırxanasına keçirilən baxış zamanı camaşırxananın hava ventilyasiya sisteminin binanın dam örtüyünə qədər quraşdırıldığının müəyyən edilməsi, yaşayış binasının həyətində camaşırxanaya məxsus spesifik iy-qoxu hiss olunması, monitorinq müddətində sözügedən ərazidə atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını təyin etmək məqsədilə BOSEAN səyyar cihazı vasitəsilə ölçmə işləri aparılması, nəticələrə əsasən CO-1.2 mq/m3 (norma 5 mq/m3), SO2-0,0 mq/m3 (norma 0,5 mq/m3), NO2-0,0 mq/m3 (norma 0,085 mq/m3) təşkil edərək ətraf mühit üçün yolverilən hədd norması daxilində olmasının müəyyən edilməsi göstərilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ##.##.2024-cü il tarixli məktubdan görünür ki, ##.##.2024-cü il tarixdə Nəsimi rayonu, Azadlıq prospekti, ev 18 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus camaşırxanaya baxış zamanı müəyyən edilmişdir ki, yaşayış binasının birinci mərtəbəsində camaşırxana yerləşən sahədə eyni zamanda kimyəvi təmizləmə sahəsi də fəaliyyət göstərir. Camaşırxanada iki giriş sahəsi nəzərdə tutulsa da, çirkli camaşırların yuyulması və kimyəvi təmizlənməsi üçün gətirilmiş camaşırların qəbulu, çeşidlənməsi, yuyulması, kimyəvi təmizləməsi, qurudulması, ütülənməsi, müvəqqəti saxlanması və istehlakçıya təhvil verilməsi sanitariya norma və qaydaların tələblərinə zidd olaraq eyni sahədə aparılır, burada texnoloji proses zamanı sanitariya tələblərinə uyğun “çirkli” və “təmiz” axın ardıcıllığı gözlənilmir. Camaşırxana və kimyəvi təmizləmə sahəsində mexaniki havalandırma sistemi mövcuddur ki, bu sistem texnoloji proseslərə uyğun təşkil olunmamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ##.##.2021-ci il tarixli, * nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış binaları. Layihələndirmə normaları”nın 4.11-ci bəndinə əsasən yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində camaşırxana və kimyəvi təmizləmə müəssisələrinin (qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanaları istisna olmaqla) yerləşdirilməsinə yol verilmir. Buna baxmayaraq, sözügedən camaşırxana və kimyəvi təmizləmə obyekti yaşayış binasının 1-ci mərtəbəsində yerləşdirilmişdir. Eyni zamanda, iddiaçı iddiaçı6 yaşadığı ünvan 3 ünvanında mənzilin yaşayış otaqlarında səs səviyyəsinin ölçülməsi ilə bağlı onunla telefon əlaqəsi yaradılmış (+*** ** *** ** **), lakin o, mənzildə müvafiq laboratoriya müayinələrinin keçirilməsinə icazə verməmişdir.

8. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Monitorinq Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda, monitorinq zamanı obyektin havalandırma sisteminin yaşayış binasının giriş hissəsinə tərəf quraşdırıldığının müəyyən olunması, atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını və ətraf mühitə yayılan səs-küy və vibrasiya səviyyəsini müəyyən etmək məqsədilə sabit hava şəraitində, saat 11:40-12:00 radələrində quru təmizləmə işlək vəziyyətdə olan zaman SKY-2000 R 5 və SVANTEK SV 977 D cihazları vasitəsilə ölçmə işləri aparılması, nəticələrə əsasən dəm qazı (CO)-2.2 mq/m3 (norma:5 mq/m3), azot 4 oksid qazı (NO2)-0.00 mq/m3 (norma: 0,085 mq/m3), hidrogen sulfid qazı (H2S)-0,0 mq/m3 (norma 0,008 mq/m3), səs-küy səviyyəsi 59.2 dBA (norma-70 dBA), vibrasiya səviyyəsi isə 60.9 dB (norma 72 dB) təşkil edərək qeyd olunan göstəricilərin ətraf mühit üçün yol verilən norma daxilində olduğunun müəyyən edilməsi, ölçmə işlərinin Azərbaycan Respublikası Prezidentinin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında ## #### 2008-ci il tarixli, *** nömrəli fərmanına əsasən aparılması qeyd edilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., 18 ünvanında yerləşən cavabdeh1 MMC-nin camaşırxanasının fəaliyyət göstərməsi zamanı meydana gələn səsküyün, rütubətliliyin və titrəmənin iddiaçıların səhhətlərinə vura biləcək mənfi təsirlərin olubolmamasının müəyyən edilməsi üçün həmin binanın 45 və **A saylı mənzillərində camaşırxana tam işlək vəziyyətdə olduğu zaman səsin səviyyəsi, titrəmə və rütubətin laboratoriya müayinəsi aparılmışdır. Müayinələrin nəticələrinə görə həmin binanın 45 və **A saylı mənzillərinin yataq və qonaq otaqlarında nisbi rütubət normativ texniki standartın tələblərinə uyğun olmuşdur. Səs və titrəmənin müayinələrinin nəticələrinə görə ** saylı mənzilin qonaq otağında səsin səviyyəsi 41,5 dBA olmuş, həmin mənzilin qonaq, yataq və digər qonaq otaqlarında titrəmənin səviyyəsi dB=92 və dB=88, **A saylı mənzilin yataq otağında titrəmənin səviyyəsi dB=90 olaraq, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2008-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları” ilə müəyyən edilən yol verilən səviyyələrdən (səs üçün 40 dBA, titrəmə üçün dB=77) yüksək olmuşdur. Mənzillərin digər otaqlarında səsin və titrəmənin səviyyələri yol verilən hədd daxilində olmuşdur. Həmçinin, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., 18 ünvanında yerləşən cavabdeh1 MMC-nin camaşırxana fəaliyyəti göstərməsi zamanı camaşırların qəbulu, yuyulması, qurudulması, ütülənməsi, kimyəvi təmizlənməsi və müvəqqəti saxlanılmasından ibarət texnoloji proses üzrə xidmət sahəsinin 2 giriş qapısının olmasına baxmayaraq, onların birindən istifadə edilməklə iş prosesi zamanı “təmiz” və “çirkli” camaşırların ayrı-ayrılıqda axın ardıcıllığı sanitariya norma və qaydalarının tələblərinə uyğun tam gözlənilmir. Məktuba səs və titrəmənin ##.##.2025-ci il tarixli, *** nömrəli müayinə protokolu və bağlı yerlərdə havanın ##.##.2025-ci il tarixli, *** nömrəli müayinə protokolu əlavə edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçılar iddiaçı6, iddiaçı5, iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) cavabdehlər cavabdeh4, cavabdeh3 və cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** saylı ünvanda yerləşən iddiaçıların mülkiyyətində olan 45, 49, 69, 70/73, **A saylı mənzillərin altında 1-ci mərtəbədə Azadlıq prospekti, ** saylı ünvanda yerləşən cavabdeh cavabdeh4, cavabdeh3 və cavabdeh2 məxsus qeyri-yaşayış sahəsində fəaliyyət göstərən cavabdeh1 MMC-nin quru paltar təmizləmə (camaşırxana) məntəqəsinin fəaliyyətinin dayandırılması və gələcəkdə həmin ünvanda həmin fəaliyyətə və digər sənaye istehsalatlarının yerləşdirilməsinə qadağa qoyulması və cavabdeh4 ilə cavabdeh1 MMC arasında ##.##.2023-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** saylı ünvanda yerləşən müxtəlif mənzillərin mülkiyyətçiləridir. Onların mənzillərinin altında, 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi cavabdehlərin mülkiyyətində olmaqla, onlar tərəfindən quru təmizləmə şirkəti olan cavabdeh1 MMC-yə icarəyə verilmişdir. Həmin qeyri-yaşayış sahəsi çirkli paltarların yuyulması və qurudulması məntəqəsi (camaşırxana) kimi fəaliyyət göstərir. Uzun müddətdir ki, bu məntəqə işləyir. MMC həmin ünvanda fəaliyyət göstərdiyi dövrdə dəfələrlə yanğın olmuş və yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Sonuncu dəfə ##.##.2024-cü il tarixdə yanğın zamanı kimyəvi maddələrin iyi-qoxusu və yanan materialların acı tüstüsü iddiaçıların mənzilinə daxil olaraq, onları və ailə üzvlərini zəhərlənmə dərəcəsinə çatdırmışdır. Iddiaçılar dəfələrlə həmin məntəqənin bağlanması, işlədilməsinin qadağan edilməsi barədə 102 xidmətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, ərazi üzrə sahə müvəkkilinə rəsmi və şifahi şəkildə müraciət etsələr də, iddia ərizəsi verilən günə qədər heç bir tədbir görülməmişdir. Sonuncu dəfə yanğın olarkən Fövqəladə Hallar Nazirliyinin Yanğın Söndürmə Idarəsinin Nəsimi Filialının əməkdaşları tərəfindən yanğın söndürülmüş və baş vermiş hadisə ilə əlaqədar tədqiqat işi aparılmışdır. Yanğın zamanı çəkilmiş video iddia ərizəsinə əlavə edilmişdir. Əlavə olaraq, bina çox köhnə olmaqla, döşəmələri və taxta konstruksiyaları taxta materiallarından inşa edilmişdir. Binanın birinci mərtəbəsindəki camaşırxanada qazın istismarı qadağan olunduğu halda, cavabdeh həmin sahəyə qaz xətti çəkmişdir. Camaşırxana da həmin xətt vasitəsilə qazdan istifadə edərək fəaliyyət göstərir. Cavabdehlər həmin qeyri-yaşayış sahəsini cavabdeh1 MMC-yə müqavilə əsasında icarəyə vermişlər, MMC-nin icraçı direktoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2dur, telefon nömrəsi 055-220-80-90-dır. Məntəqə gecə-gündüz işləyir və bunun nəticəsi olaraq iddiaçılar və ailə üzvləri çox əziyyət çəkir. Belə ki, əsasən gecələr paltaryuyan maşınların səsi– fışıltısı onların beyinlərinə çox pis təsir göstərir, iddiaçıları yatmağa qoymur. Onlar daim stress içində yaşayırlar. Bu da iddiaçıların sağlamlığına çox pis təsir göstərir. Buna görə də məntəqənin fəaliyyəti dayandırılmalı və bu sahə üzrə fəaliyyət və digər sənaye istehsalatlarının həmin ünvanda yerləşdirilməsinə qadağa qoyulmalıdır. Sözügedən obyekt iddiaçıların mənzillərinin altında olmaqla, ara məsafəni birinci mərtəbə ilə taxta konstruksiyadan inşa olunmuş döşəmə ayırır. Obyektdən gələn səs-küy, vıbirasiya, kimyəvi dərmanların iyi, paltarların qurudulması zamanı müxtəlif iyli, qoxulu, par şəklində boğucu hava axını onların mənzilinə daxil olur və rahat yaşamağa imkan vermir, iddiaçıların sağlamlığına ziyan vurmaqda davam edir. Yuxarıda göstərilənlərə və müvafiq qanunvericilik aktlarının normalarına əsasən, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsində quru paltar təmizləmə fəaliyyəti (camaşırxana kimi işlədilən) dayandırılmalı, gələcəkdə həmin fəaliyyətə və digər sənaye istehsalatlarının yerləşdirilməsinə qadağa qoyulmalıdır.

12. Iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh1 MMC-ni də iş üzrə cavabdeh qismində cəlb etmişlər.

13. Cavabdeh cavabdeh4 nümayəndəsi və vəkili iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, iddia əsassızdır. Belə ki, iddiaçılar cavabdehə qarşı cavabdeh1 MMC ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsini tələb edirlər. Amma müqavilənin ləğvi ilə bağlı ona məhkəməyədək olan müddətdə heç vaxt xəbərdarlıq, pretenziya verməmişlər. Iddiaçılar cavabdehə və ailə üzvlərinə qarşı onlara məxsus olan qeyri-yaşayış sahəsində quru təmizləmə ilə bağlı fəaliyyətin qadağan olunmasını istəyirlər. Halbuki, həmin fəaliyyətin qadağan olunmasına əsas verən heç bir sübut təqdim etmirlər. Yalnız şəxsi mülahizələrini irəli sürürlər. Iddianı qeyri-müəyyən şəkildə təqdim edib cavabdehlərdən onlara məxsus olan qeyri-yaşayış sahəsində digər istehsalat fəaliyyəti ilə məşğul olunmasına qadağa qoyulmasını məhkəmədən xahiş edirlər. Axı həmin qeyri yaşayış sahəsində heç bir istehsalat sahəsi yoxdur.

14. Cavabdeh cavabdeh1 MMC-nin direktoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddiaya qarşı etiraz təqdim edərək, qeyri yaşayış sahəsində 4 dəfə yanğın baş vermədiyini, bunun bir şər və məhkəməyə yalan məlumat verməkdən başqa bir şey olmadığını, bütün dövlət qurumlarının müəssisəyə yoxlama ilə gəldiyini və tam qanuni şəkildə fəaliyyət göstərmələri qənaətinə gəlindiyini bildirmiş, şikayətçi insanların öz xəbis fikirləri ilə bu müəssisənin fəaliyyəti üçün dayanmadan maneələr törətməsini və bütün qurumları məşğul etməsini, çünki bu qeyri-yaşayış obyektini icarədar tərəfindən boş saxlanılaraq dəyər-dəyməzinə almaq fikirləri olduğunu, amma bu xəbis fikirlərinə dövlət qurumlarını alət etmələrinin onları narahat etdiyini, müəssisənin saat 09:00-dan 20:00-a qədər fəaliyyət göstərdiyini əlavə etmişdir.

15. Son olaraq iddiaçılar iddiaçı6, iddiaçı5 və iddiaçı4 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr təqdim edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** saylı evin iddiaçıların mülkiyyətində olan 45, **A saylı mənzillərinin altında 1-ci mərtəbədə Azadlıq prospekti, ** saylı ünvanda yerləşən cavabdeh cavabdeh4, cavabdeh3 və cavabdeh2 məxsus qeyri-yaşayış sahəsində fəaliyyət göstərən cavabdeh1 MMC-nin quru paltar təmizləmə (camaşırxana) məntəqəsinin fəaliyyətinə və gələcəkdə həmin ünvanda həmin fəaliyyətə və digər sənaye istehsalatlarının yerləşdirilməsinə qadağa qoyulması, cavabdeh4 ilə cavabdeh1 MMC arasında ##.##.2023-cü il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

16. Iddiaçı iddiaçı6 mülahizə təqdim edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçının mülahizəsi belə əsaslandırılmışır ki, ekspert tərəfindən paltaryuyan maşınların neçə kq-lıq olmasının müəyyən edilmədiyindən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2024-cü il tarixli məktubu əsas götürülərək qərar qəbul edilməlidir.

17. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə iş üzrə kompleks məhkəmə ekspertizası (fiziki-kimyəvi) təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və xxxxnin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli məktubu ilə ekspertiza aparılmasından imtina olunaraq iş üzrə materiallar icrasız geri qaytarılmışdır.

19. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə təkrar kompleks məhkəmə ekspertizası (fiziki-kimyəvi) təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (Xəzər rayonu üzrə bölməsi istisna olmaqla) və xxxxnin mütəxəssisləri cəlb edilməklə) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, */*** nömrəli ekspert rəyindən görünür ki, ##.##.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 18 ünvanında yerləşən binanın ** nömrəli mənzilinin qonaq otağında (qonaq otağı 1) səs-küyün səviyyəsi tələb olunan normadan artıqdır, digər qonaq və yataq otağında isə səs-küyün səviyyəsi tələb olunan normalara uyğundur. Həmin binanın **a nömrəli mənzilinin yataq otağında səs-küyün səviyyəsi tələb olunan normalara uyğundur. Səs-küyün səviyyəsinin tələb olunan normalardan artıq olduğu hallarda tikilinin ümumi izolyasiyasının gücləndirilməsi kimi tədbirlər görülə bilər.

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ##.##.2021-ci il tarixli, * nömrəli qərarının 4.11-ci bəndinə əsasən, yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində digər obyektlərlə yanaşı, camaşırxana və kimyəvi təmizləmə müəssisəsinin (qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanaları istisna olunmaqla) yerləşdirilməsinə yol verilib-verilməməsinin dəqiqliklə müəyyən edilməsi mümkün olmadı. cavabdeh1 MMC-nin camaşırxana fəaliyyətinin qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanalarına aid olub-olmadığı müəyyən edildikdən sonra camaşırxananın yerləşdirilməsinə yol verilib-verilməməsinin dəqiqliklə müəyyən edilməsi mümkün ola bilər.

22. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh4 və digərlərinə qarşı “müqavilənin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

23. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində cavabdeh cavabdeh1 MMC-nin fəaliyyətinin qadağan edilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh cavabdeh1 MMC-dən alınaraq iddiaçı iddiaçı5 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 200 manat məbləğində pulun cavabdeh cavabdeh1 MMCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

24. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Belə ki: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2024-cü il tarixli məktubu ilə mübahisəli binanın həyətində camaşırxanaya məxsus spesifik iy-qoxu hiss olunması; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ##.##.2024-cü il tarixli məktubu ilə binanın birinci mərtəbəsində camaşırxana yerləşən sahədə eyni zamanda kimyəvi təmizləmə sahəsinin də fəaliyyət göstərməsi, camaşırxanada iki giriş sahəsi nəzərdə tutulsa da, çirkli camaşırların yuyulması və kimyəvi təmizlənməsi üçün gətirilmiş camaşırların qəbulu, çeşidlənməsi, yuyulması, kimyəvi təmizləməsi, qurudulması, ütülənməsi, müvəqqəti saxlanması və istehlakçıya təhvil verilməsinin sanitariya norma və qaydaların tələblərinə zidd olaraq eyni sahədə aparılması, burada texnoloji proses zamanı sanitariya tələblərinə uyğun “çirkli” və “təmiz” axın ardıcıllığının gözlənilməməsi, camaşırxana və kimyəvi təmizləmə sahəsində mexaniki havalandırma sisteminin texnoloji proseslərə uyğun təşkil olunmaması; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ##.##.2025-ci il tarixli məktubu ilə binanın 45 və **A saylı mənzillərində camaşırxana tam işlək vəziyyətdə olduğu zaman aparılmış müayinənin nəticələrinə görə ** saylı mənzilin qonaq otağında səsin səviyyəsinin 41,5 dBA olması, həmin mənzilin qonaq, yataq və digər qonaq otaqlarında titrəmənin səviyyəsinin dB=92 və dB=88, **A saylı mənzilin yataq otağında titrəmənin səviyyəsinin dB=90 olaraq, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin2008-ci il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Nüfuzedən səsküyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları” ilə müəyyən edilən yol verilən səviyyələrdən (səs üçün 40 dBA, titrəmə üçün dB=77) yüksək olması, cavabdeh1 MMC-nin camaşırxana fəaliyyəti göstərməsi zamanı camaşırların qəbulu, yuyulması, qurudulması, ütülənməsi, kimyəvi təmizlənməsi və müvəqqəti saxlanılmasından ibarət texnoloji proses üzrə xidmət sahəsinin 2 giriş qapısının olmasına baxmayaraq, onların birindən istifadə edilməklə iş prosesi zamanı “təmiz” və “çirkli” camaşırların ayrı-ayrılıqda axın ardıcıllığının sanitariya norma və qaydalarının tələblərinə uyğun tam gözlənilməməsi; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ekspert rəyi ilə binanın ** nömrəli mənzilinin qonaq otağında (qonaq otağı 1) səs-küyün səviyyəsinin tələb olunan normadan artıq olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbinin “Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ** saylı ünvanda iddiaçılara məxsus mənzillərin altında yerləşən cavabdehlərə məxsus qeyri-yaşayış sahəsində fəaliyyət göstərən cavabdeh1 MMC-nin quru paltar təmizləmə (camaşırxana) məntəqəsinin fəaliyyətinə, gələcəkdə həmin ünvanda həmin fəaliyyətə və digər sənaye istehsalatlarının yerləşdirilməsinə qadağa qoyulması” hissəsi qismən– “ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində cavabdeh cavabdeh1 MMC-nin fəaliyyəti qadağan edilsin” formasında təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən halların mövcudluğunun müvafiq dövlət orqanları tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyləri tipli məktublarla müəyyən edilməsi onu deməyə əsas verir ki, cavabdeh MMC-nin iddiaçılara məxsus mənzillərin yerləşdiyi binadakı qeyri-yaşayış sahəsində fəaliyyət göstərməsi zamanı yol verdiyi pozuntular nəticəsində iddiaçıların konstitusion qaydada təminat verilən mülkiyyət, sağlam ətraf mühitdə yaşamaq və digər hüquqları pozulur. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin həmin qeyri-yaşayış sahəsində fəaliyyət göstərməsinə qadağa qoyulmalıdır. Iş materiallarında olan bir sıra dövlət orqanları tərəfindən məhkəməyə təqdim edilmiş məktublarda səs-küyün səviyyəsinin qanunla yol verilən normalar daxilində olmasının göstərilməsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin məktublarda MMC-nin normal fəaliyyətdə olduğu zaman müayinə aparılması qeyd edilməmişdir. Bundan fərqli olaraq, məhz səs-küyün və titrəmənin səviyyəsinin normadan artıq olduğu müəyyən edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ##.##.2025-ci il tarixli məktubunda müayinənin MMCnin tam işlək vəziyyətdə olduğu zaman aparılması qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhz sözügedən məktubda göstərilənlər həqiqi vəziyyəti əks etdirmişdir. Tələbin “gələcəkdə həmin ünvanda həmin fəaliyyətə və digər sənaye istehsalatlarının yerləşdirilməsinə qadağa qoyulması” hissəsinin təmin edilməməli olması qənaətində olan məhkəmə bu qənaətini onunla əsaslandırır ki, hazırda iddiaçıları narahat edən və hüquqlarını pozduğu mübahisəsiz olaraq müəyyən edilən MMC-nin fəaliyyətinə qadağa qoyulması onların həqiqi niyyətləri olan hüquq pozuntularının qarşısının alınması ilə nəticələnəcək. Gələcəkdə baş verib-verməyəcəyi hazırkı vəziyyətdə qeyri-müəyyən olan bir fəaliyyətlə bağlı qadağa qoyulması məhkəmənin mövqeyinə görə düzgün ola bilməz. Əgər gələcəkdə mübahisəli ünvanda analoji hallar təkrarlansa, iddiaçıların yenə də bu barədə məhkəməyə müraciət etmək hüquqları da olacaqdır. Buna görə də məhkəmə hesab edir ki, tələbin qalan hissəsi təmin edilməməlidir.

25. Iddia tələbinin “icarə müqaviləsinin ləğv edilməsi” hissəsi ilə bağlı məhkəmə hesab etmişdir ki, iddiaçılar belə bir tələblə çıxış etmək üçün subyektiv hüquqa malik deyillər. Belə ki, qeyd olunur ki, müqavilənin bağlanması kimi ləğv edilməsi də ilk öncə, mülki qanunvericiliyin tərəflərin bərabərliyi və könüllük prinsiplərinə əsaslanır. Bu o deməkdir ki, müqavilənin ləğv edilməsi üçün də əvvəla tərəflərin qarşılıqlı razılaşması, yəni hər iki tərəfin iradə ifadəsi zəruridir. Əgər tərəflər müqavilənin ləğvi ilə bağlı razılığa gələ bilməzlərsə, bu zaman məsələyə məhz onlardan birinin tələbi ilə məhkəmə qaydasında baxılır. Hazırkı işdən də müəyyən edilir ki, mübahisələndirilən icarə müqaviləsinin tərəfləri cavabdehlər cavabdeh4 və cavabdeh1 MMC-dir, yəni iddiaçıların müqavilənin tərəfi olmamaları mübahisəsizdir. Beləliklə, müqavilə tərəfi olmayan şəxslərin “müqavilənin ləğv edilməsi barədə” olan tələbə subyektiv hüququ olmaması səbəbindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

26. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində cavabdeh cavabdeh1 MMC-nin fəaliyyəti qadağan edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

27. Məhkəmə mülki prosessual qanunvericiliyin xərclərin bölüşdürülməsi barədə tələbinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab etmişdir. Belə ki, xərclərin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən bu məsələyə qiymət verilməsi üçün tərəflərin tələbinə zərurət yoxdur. Məhkəmə hesab etmişdir ki, iddia qismən cavabdeh cavabdeh1 MMC-yə münasibətdə təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh cavabdeh1 MMC-dən alınaraq iddiaçı iddiaçı5 verilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 200 manat məbləğində pul cavabdeh cavabdeh1 MMCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 152.1, 52.5, 157.4, 157.8, 158.1.2, 158.4, 169.1, 170.1, 170.2, 171.1, 171.2, 421.1, 700.1-ci maddələrinə, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 6, 37 və 46-cı, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 5, 16-cı maddələrinə, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2006-cı il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1-76.2, 77.1, 80, 88, 101.7, 103.1, 106.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

29. Cavabdeh cavabdeh1 MMC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, monitorinq müddətində sözügedən ərazidə atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını təyin etmək məqsədilə BOSEAN səyyar cihazı vasitəsilə ölçmə işləri aparılmışdır. Nəticələrə əsasən CO-1.2 mq/m3 (norma 5 mq/m3), SO2-0,0 mq/m3 (norma 0,5 mq/m3), NO2 0,0 mq/m3 (norma 0,085 mq/m3) təşkil edərək ətraf mühit üçün yolverilən hədd norması daxilində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 Monitorinq Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını və ətraf mühitə yayılan səs-küy və vibrasiya səviyyəsini müəyyən etmək məqsədilə sabit hava şəraitində, saat 11:40-12:00 radələrində quru təmizləmə işlək vəziyyətdə olan zaman SKY-2000 R 5 və SVANTEK SV 977 D cihazları vasitəsilə ölçmə işləri aparılmış, nəticələrə əsasən dəm qazı (CO)-2.2 mq/m3 (norma:5 mq/m3), azot 4 oksid qazı (NO2)-0.00 mq/m3 (norma: 0,085 mq/m3), hidrogen sulfid qazı (H2S)- 0,0 mq/m3 (norma 0,008 mq/m3), səs-küy səviyyəsi 59.2 dBA (norma 70 dBA), vibrasiya səviyyəsi isə 60.9 dB (norma 72 dB) təşkil edərək qeyd olunan göstəricilərin ətraf mühit üçün yol verilən norma daxilində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Nəsimi rayonu, Azadlıq prospekti, ev 18 ünvanında cavabdeh1 MMC-nin camaşırxana fəaliyyəti göstərməsi zamanı sanitariya norma qaydalarına riayət olunması ilə bağlı MMC-nin rəhbərliyi tərəfindən yerində sanitariya müayinəsinin aparılmasına ## ### 2025-ci il tarixdə mütəxəssislərə şərait yaradılmamışdır. Qərardada əsasən “xxxx” PHŞ-nin mütəxəxəssisləri tərəfindən iddiaçılar iddiaçı5 ** nömrəli mənzilinin və qonşusu iddiaçı4 **a nömrəli mənzilinin yataq və qonaq otaqlarında saat 12:30-dan 13:00 müddətində aparılan ölçmələrin nəticələrinə görə səsin səviyyəsi 39 dBA və 38 dBA olaraq, Azərbaycan Respublikası Prezidentinin ## #### 2008-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” ilə müəyyən edilmiş norma (maksimum 40 dBA) daxilində olmuşdur. müayinə Protokolu məktuba əlavə edilmişdir. Səs və Titrəmənin ##.##.2025-ci il tarixli *** nömrəli Belə olan halda ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsində cavabdeh cavabdeh1 MMC-nin fəaliyyətin qadağan edilmasi tam məntiqsiz və əsassızdır. Bundan başqa iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, */*** nömrəli ekspert rəyindən görünür ki, ##.##.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 18 ünvanında yerləşən binanın ** nömrəli mənzilinin qonaq otağında (qonaq otağı 1) səs-küyün səviyyəsi tələb olunan normadan artıqdır, digər qonaq və yataq otağında isə səs-küyün səviyyəsi tələb olunan normalara uyğundur. Həmin binanın **a nömrəli mənzilinin yataq otağında səs-küyün səviyyəsi tələb olunan normalara uyğundur. Səs-küyün səviyyəsinin tələb olunan normalardan artıq olduğu halarda tikilinin ümumi izolyasiyasının gücləndirilməsi kimi tədbirlər görülə bilər. Rəydən göründüyü kimi yalnız ** nömrəli mənzilinin qonaq otağında (qonaq otağı 1) səs-küyün səviyyəsi tələb olunan normadan artıq olmuşdur ki, bunu da izolyasiya aparmaqla aradan qaldırmaq mümkündür. Bu isə özlüyündə ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində cavabdeh cavabdeh1 MMC-nin fəaliyyətin qadağan edilmasi üçün əsas deyildir. Həmçinin iş materialarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ko legiyasının ##.##.2021-ci il tarixli, * nömrəli qərarının 4.11-ci bəndinə əsasən, yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində digər obyektlərlə yanaşı, camaşırxana və kimyəvi təmizləmə müəssisəsinin (qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanaları istisna olunmaqla) yerləşdirilməsinə yol verilib-verilməməsinin dəqiqliklə müəyyən edilməsi mümkün olmadı. cavabdeh1 MMC-nin camaşırxana fəaliyyətinin qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanalarına aid olub-olmadığı müəyyən edildikdən sonra camaşırxananın yerləşdirilməsinə yol verilib-verilməməsinin dəqiqliklə müəyyən edilməsi mümkün ola bilər. cavabdeh1 MMC-nin camaşırxana fəaliyyətinin qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanalarına aid olub-olmadığı ekspert tərəfindən müəyyən edilmədiyi, eləcə də bununla bağlı iddiaçılar tərəfindən məhkəməyə heç bir sübut təqdim edilmədiyi halda məhkəmə ehtimalara əsaslanaraq tam qanunsuz və əsassız olaraq ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində cavabdeh cavabdeh1 MMC-nin fəaliyyətin qadağan edilmasi ilə bağlı qətnamə qəbul etmişdir. Birinci instansiya Məhkəməsi öz qətnaməsini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158, 169, 170 və 171-ci maddələrinə istinad etsə də, həmin maddələrin hazırki iddiaya tətbiq edərkən səhvə yol vermiş, iddiaçılar üçün cavabdeh cavabdeh1 MMC-nin fəaliyyəti nəticəsində əhəmiyyətsiz, cüzi narahatlıq yarandığı halda ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində cavabdeh cavabdeh1 MMC-nin fəaliyyətinin qadağan edilmasi ilə bağlı yanlış nəticəyə gəlmişdir. Göründüyü kimi iş materialarına əlavə edilmiş mütəxəssis və ekspert rəylərinə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində cavabdeh cavabdeh1 MMC-nin fəaliyyət in qadağan edilmasi üçün əsas yoxdur. Birinci instansiya Məhkəməsi bu prosessual normanı pozmuşdur. Belə ki, məhkəmə hazırki mülki işə baxarkən mütəxəssis və ekspert rəylərini öz qətnaməsində sadalasa da, onlara obyektiv, qərəzsiz qiymət verməmişdir. Hətta Məhkəmə araşdırmaları zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsi tərəfindən iddiaçı iddiaçı6 ünvanlanmış ##.##.2025-ci il tarixli məktubda monitorinq zamanı sözügedən obyektin daxilindəki yuma, qurutma qurğularının borularının yaşayış binasının keçid hissəsinə tərəf quraşdırıldığının müəyyən edilməsi, quru təmizləmə fəaliyyətdə olan zaman ətraf ərazisində atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını və səs-küy səviyyəsini təyin etmək məqsədilə ölçmə işləri aparılması, nəticəyə əsasən atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarının norma daxilində, lakin səs-küy səviyyəsinin ətraf mühit üçün yol verilən norma daxilindən artıq olduğunun müəyyən edilməsi, beləliklə, araşdırma nəticəsində cavabdeh1 quru təmizləmə obyektinin fəaliyyəti zamanı “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu müəyyən edilərək MMC barəsində akt və protokol tərtib olunaraq baxılması üçün məhkəmə orqanlarına göndərilməsi və qanun pozuntusunun aradan qaldırılması məqsədilə MMC-nin sahibinə (qanuni təmsilçisi) icrası məcburi olan müddətli “məcburi tələb” verilməsi qeyd edilmiş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə cavabdeh1 MMC barəsində Azərbaycan Respublikası Inzibati Xətalar Məcələsinin 275.2-ci maddəsi ilə tərtib edilmiş ## ###### 2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Həmin qərar da bir daha onu göstəriri ki, xxxx MMC tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Amma məhkəmə qeyd olunan qərarı da iş materia larına əlavə etməsinə baxmayaraq, qətnamə qəbul edərək həmin qərarın preyudisial əhəmiyyətini nəzərə almamışdır. Məhkəmə bu maddi hüquq normasını pozmuşdur. Belə ki, birinci instansiyası məhkəməsi öz qətnaməsində cavabdeh tərəfindən təqdim olunmuş və iş materialarına əalvə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı, eləcə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli məktublarını, mütəxəsis rəylərini sadalasa da, həmin sübutları digər sübutlarla əlaqəli şəkildə qiymətləndirməmişdir. Nəyə görə yalnız səhiyyə nazirliyinin mütəxəssislərinin gəldikləri qənaəti mötəbər hesab etməsini əsaslandırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Iddiaçı iddiaçı5 nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, aşağıdan otaqların içinə dolan isti və kimyəvi tərkibli hava axını, dəzgahların fılşıltısı, vibrasiyası onu və ailəsini mülkiyyətimdə olan mənzildə sərbəst yaşamağa qoymurdu. Müvəqqəti təminat tədbiri barədə verdiyi ərizə Nəsimi Rayon Məhkəməsi tərəfindən təmin olunmasa da, qərardaddan verdiyi şikayət Bakı Apelyasiya Məhkəməsinin **(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilərək - “ünvan 1 ünvanındakı yaşayış binasının birinci mərtəbəsində camaşırxana fəaliyyətinin həyata keçirilməsi cavabdeh1 MMC-yə və digər şəxslərə müvəqqəti qadağan edilmişdir. Qərardad üzrə icra vərərsi Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən dərhal icra edilərək, cavabdeh1 MMC-nin camaşırxana fəaliyyətinə qadağan qoyulmuşdur. Artıq xeyli müddətdir ki, cavabdeh1 MMC həmin ünvanda olan camaşırxana fəaliyyəti üçün işlədilən bütün texnikasını və qurğularını, paltaryuyan maşınlarını söküb çıxarıb aparmışdır. Artıq bir neçə müddətdir ki, həmin ünvanda yaşayan ailələr rahat nəfəs alır. Eyni zamanda adı çəkilən mübahisəli ünvanda yerləşən qeyriyaşayış sahəsinin mülkiyyətçisi olan cavabdeh cavabdeh4 qətnamədən apelyasiya şikayəti verməmiş, cavabdeh1 MMC isə öz əmlakını həmin qeyri-yaşayış sahəsindən çıxartmış, mülkiyyətçi qeyri-yaşayış sahəsini icarəyə vermək üçün elanları qeyri yaşayış sahəsinin pəncərələrinə yapşdırmışdır. Yəni artıq qeyri yaşayış sahəsinin mülkiyyətçisi olan cavabdeh cavabdeh4 və cavabdeh cavabdeh1 MMC-nin rəhbərliyi birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmış, cavabdeh cavabdeh1 MMC isə apelyasiya şikayətini formal olaraq vermişdir. Bildirir ki, camaşırxasnada 3 ədəd 90 kq-lıq paltar yuyan maşın fasiləsiz olaraq işləyirdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ** saylı Regional Ekologiya və X11 ##.##.2024-cü il tarixli məktubu ilə mübahisəli binanın həyətində camaşırxanaya məxsus spesifik iy-qoxu hiss olunmasının müəyyən edilməsi əsas sübutlardandır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ##.##.2024-cü il tarixli məktubunda texnoloji prosesin pozulması ilə bağlı sübutlar öz əksini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 Nəsimi rayon icra şöbəsinə ünvanladığı ## #### 2025-ci il tarixli, *-**-**/*-****/**** saylı rəyində göstərilmişdir: Səs və titrəmənin müayinələrinin nəticələrinə görə ** saylı mənzilin qonaq otağında səsin səviyyəsi 41,5 dBA olmuş, həmin mənzilin qonaq yataq və qonaq otaqlarında titrəmənin səviyyəsi dB=92 və dB=88, **-A saylı məlnzilin yataq otağında titrəmənin səviyyəsi dB=90 olaraq, “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında AR-sı Prezidentinin 2008-ci il, 08 iyul tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yoverilən normaları”nın müəyyən edilən yol verilən səviyyələrdən (səs üçün 40dBA, titrəmə üçün dB=77) yüksək olmuşdur”. Sanitariya norma və qaydalarının tələblərinə əməl olunmur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları 32.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı5 nümayəndə və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, həmin bina 100 il bundan qabaq tikilən binadır, qoruq elan olunub. Həmin binanın mərtəbələri taxta materiallar ilə qapanıb, orada beton yoxdur. 4 dəfə yanğın baş verib. Məhkəmə yerli baxışa gedəndə səs-küydən içəridə dayanmaq olmurdu, 75 kiloqramdan çox 3- 4 paltaryuyan maşın var idi. Mənzilə altdan o qədər isti vurub ki, qabarmalar, çökmələr, çatlar olub, qapılar örtülmür. Mülkiyyətçi artıq elan verib ki, obyekti icarəyə verir. Hazırda orada heç bir əmlak yoxdur. Cavabdehlər MMC-nin həmin sahədə heç bir fəaliyyətə razı deyillər.

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar iddiaçı6 və iddiaçı4 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və həmin qeyri-yaşayış sahəsində cavabdeh1 MMC-nin bütün fəaliyyətlərinin qadağan edilməsini xahiş etdilər.

35. Iddiaçı iddiaçı4 əlavə olaraq bildirdi ki, o, 1969-cu ildən həmin binada yaşayır. Metropolitendə zərərli işdə işləmişdir. Pensiya vaxtında dincəlmək istəyir. Yoldaşı astma xəstəsidir, nəvəsinin biri əlildir. 2 ildən artıqdır ki, bu zülmü çəkirlər. Hər yerə şikayət etmişlər.

36. Iddiaçı iddiaçı6 həmçinin bildirdi ki, qanunla deyilir ki, yaşayış binasının birinci mərtəbəsində, zirzəmisində bu cür fəaliyyət göstərmək olmaz, obyekt onların yaşadığı binanın birinci mərtəbəsindədir.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1098.1. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Maddə 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Maddə 1098.3. Məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir.

38. “Yaşayış binaları. Layihələndirmə normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ##.##.2021-ci il tarixli * nömrəli Qərarı: Bənd 4.11. Insanlara zərərli təsir göstərən aşağıdakı obyektlər istisna olmaqla, yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində ictimai təyinatlı obyektlərin yerləşdirilməsinə yol verilir: - camaşırxana və kimyəvi təmizləmə müəssisələri (qəbul məntəqələri və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanaları istisna olmaqla);

39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Apellyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə iş üzrə cavabdeh cavabdeh1 MMC tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən iddiaçıların mülkiyyətində olan mənzillərin yerləşdiyi yaşayış binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi ##.##.2023-cü il tarixli icarə müqaviləsi əsasında cavabdeh cavabdeh4 tərəfindən digər cavabdeh cavabdeh1 MMC-yə icarəyə verilmişdir.

44. Iş materialları ilə müəyyən edilir ki, cavabdeh MMC həmin qeyri-yaşayış sahəsində camaşırxana və kimyəvi təmizləmə fəaliyyətini həyata keçirir.

45. Belə ki, həmin sahədə ##.##.2024-cü il tarixində baş vermiş yanğın hadisəsi ilə əlaqədar araşdırma zamanı MMC-nin direktoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 izahatında “xxxx" MMC-nin icarəyə götürdüyü qeyri-yaşayış sahəsində geyim və digər əşyaların kimyəvi, quru təmizlənməsi xidmətini göstərdiyini bildirmişdir.

46. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ##.##.2024-cü il tarixli məktubdan görünür ki, ##.##.2024-cü il tarixdə Nəsimi rayonu, Azadlıq prospekti, ev 18 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus camaşırxanaya baxış zamanı müəyyən edilmişdir ki, yaşayış binasının birinci mərtəbəsində camaşırxana yerləşən sahədə eyni zamanda kimyəvi təmizləmə sahəsi də fəaliyyət göstərir. Camaşırxanada iki giriş sahəsi nəzərdə tutulsa da, çirkli camaşırların yuyulması və kimyəvi təmizlənməsi üçün gətirilmiş camaşırların qəbulu, çeşidlənməsi, yuyulması, kimyəvi təmizləməsi, qurudulması, ütülənməsi, müvəqqəti saxlanması və istehlakçıya təhvil verilməsi sanitariya norma və qaydaların tələblərinə zidd olaraq eyni sahədə aparılır, burada texnoloji proses zamanı sanitariya tələblərinə uyğun “çirkli” və “təmiz” axın ardıcıllığı gözlənilmir.

47. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının ##.##.2021-ci il tarixli * nömrəli Qərarının 4.11-ci bəndinə əsasən yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində insanlara zərərli təsir göstərən camaşırxana və kimyəvi təmizləmə obyektlərin yerləşdirilməsinə yol verilmir.

48. Göründüyü kimi, qanunvericilik bu qadağanı həmin obyektlərin insanlara zərərli təsir göstərməsi ilə əlaqələndirir.

49. Həmçinin nəzərə alınmalıdır ki, artıq həmin sahədə cavabdehin fəaliyyəti nəticəsində yanğın hadisəsi də baş vermişdir və bu halın özlüyü də cavabdehin fəaliyyətinin insanların həyatı və sağlamlığı üçün təhlükəli olduğunu təsdiq edir.

50. Lakin birinci instansiya məhkəməsi qeyri-yaşayış sahəsində cavabdeh MMC-nin fəaliyyətini bütövlükdə qadağan edərkən nəzərə almamışdır ki, qeyd olunan Qərarda cavabdehin camaşırxana və kimyəvi təmizləmə fəaliyyəti ilə məşğul olmadan yalnız qəbul məntəqəsi kimi fəaliyyət göstərməsi qadağan edilməmişdir. Bundan başqa, həmin sahədə növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanasının təşkil edilməsi qadağan edilməmişdir.

51. Bununla belə, özünəxidmət camaşırxanasının təşkili zamanı da qanunvericiliklə müəyyən edilmiş insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları nəzərə alınmalıdır.

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində cavabdeh cavabdeh1 MMC-nin camaşırxana və kimyəvi təmizləmə fəaliyyəti (qəbul məntəqəsi və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanası istisna olmaqla) qadağan edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 384.0.3, 392, 393, 402.1, 405, 406.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilsin ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində cavabdeh cavabdeh1 MMC-nin camaşırxana və kimyəvi təmizləmə fəaliyyəti (qəbul məntəqəsi və növbədə 75 kq-a qədər istehsal gücü olan özünəxidmət camaşırxanası istisna olmaqla) qadağan edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar