Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-193/2026 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X12 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, X1, İddiaçı X3 iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-101/2025 nömrəli 07 noyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1118/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, məhkum edilmiş şəxs Cavabdeh və onun müdafiəçisi X11 tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 1(101)-210/2021 nömrəli hökmünün dəyişdirilməsi, Cavabdeh əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsindən, Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinə tövsif edilməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minmişdir.
2. Həmin hökmdən görünür ki, iş materiallarındakı Rusiya Federasiyasında aparılmış istintaq zamanı X4 barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasının 10 avqust 2016cı il tarixli 5562 nömrəli rəyindən görünür ki, 1. Təqdim olunmuş tibbi sənədlərə əsasən 1989-cu ildə anadan olmuş vətəndaş İddiaçı başın, boynun, bədənin, qasıq nahiyəsinin, yuxarı və aşağı ətrafların 68 (50%) 2-3-cü dərəcəli kimyəvi yanığı, gözün buynuzlu qişasının və konyunktivinin 2-3- cü dərəcəli kimyəvi yanığı, septikotoksemiya mərhələsində yanıq xəstəliyi, son dərəcə ağır yanıq şoku, gözlərin 2-3-cü dərəcəli yanığı müəyyən olunmuşdur. 2. Müayinənin nəticələrini, tibbi sənədlər və işin halları haqqında məlumatları nəzərə alaraq xəsarətlərin sulfat turşusu ilə təqdim olunmuş qərarda qeyd edilən vaxtda, yəni 02 iyul 2016-cı ildə yetirildiyini istisna etmək üçün əsas yoxdur. 3. Xəsarətlərin yaranma mexanizminin və vaxtının ümumiliyini nəzərə alaraq sağlamlığa vurulmuş ziyanın vahid kompleks (məcmu) halında qiymətləndirilməsi məqsədəuyğundur. Xəsarətlər barədə məlumatlar insan həyatı üçün təhlükəlilik əlamətinə görə həyat üçün birbaşa təhlükə yaradan sağlamlığa AĞİR zərər vurma kateqoriyasına aid edilir (Əsas: Rusiya Səhiyyə və sosial inkişaf nazirliyinin xx.xx.2008-ci il tarixli 194 saylı “İnsan sağlamlığına vurulmuş zərərin ağırlıq dərəcəsini müəyyən etmənin tibbi meyarlarının təsdiq edilməsi haqqında” Əmrinin 6.1.28-ci bəndi). 4. Xəsarətlərin yetirilmə hallarının müəyyən edilməsi, habelə həm istintaq orqanlarının, həm də cinayət məhkəmə icraatının digər iştirakçılarının göstərdiyi bu və ya digər hallarda xəsarətlərin yaranmasının qiymətləndirilməsi məhkəmə-tibb ekspertinin səlahiyyətinə daxil deyil.
3. Həmin hökmdən, həmçinin görünür ki, iş materiallarındakı Rusiya Federasiyasında aparılmış istintaq zamanı təyin edilmiş materialların, maddələrin və məmulatların məhkəmə-kriminalistik ekspertizasının 15 iyul 2016-cı il tarixli №1189/3-1 rəyindən görünür ki, 1.2. Tədqiqata “X18-Klükva” etiketli şüşə qabda təqdim olunmuş sıyığabənzər maddə və çəhrayımtılboz rəngli maye kükürd turşusudur. 3.4. Üzərində “Vertimek” etiketi olan polimer qabda təqdim olunmuş maye kükürd turşusudur. İş materiallarındakı Rusiya Federasiyasında aparılmış istintaq zamanı təyin edilmiş Materialların, maddələrin və məmulatların məhkəmə-kriminalistik ekspertizasının 14 sentyabr 2017-ci il tarixli 1879/3-1proç nömrəli rəyindən görünür ki, hadisə yerinə baxış zamanı götürülən şüşə bankadakı maye azot turşusudur. Hadisə yerinə baxış zamanı götürülən şüşə bankadakı maye daha öncə “X18-Klükva” etiketli şüşə qabdakı və üzərində “Vertimek” etiketi olan polimer qabdakı tədqiq olunmuş mayedən fərqlidir.
4. Həmin hökmdən, həmçinin görünür ki, iş materiallarına əlavə edilmiş iş üzrə təyin edilmiş kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli 1672 nömrəli rəyindən görünür ki, Cavabdeh hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Cavabdeh həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Cavabdeh törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Cavabdeh məcburi müalicəyə ehtiyacı yoxdur.
5. Həmin hökmdən, həmçinin görünür ki, hazırkı apellyasiya baxışı zamanı təyin edilərək keçirilmiş məhkəmə-tibbi ekspertizasının 29 avqust 2024-cü il tarixli, 434/MEŞ nömrəli ekspert rəyindən görünür ki, cinayət işi materiallarında adı qəkilən kükürd (sulfat) turşusu aşındırıcı xüsusiyyətə malik kimyəvi maddədir. İnsan orqanizmi ilə təmasda olarkən təmas nöqtəsində olan zülallarla kimyəvi reaksiyaya girərək zülalların dedaturasiyası (parçalanması) fonunda kimyəvi yanıq əmələ gətirir. Belə ki, həmin kimyəvi yanıqlar vaxt keçdikcə bərpa olunmayan, geridönməz və onları aradan qaldırılması üçün kosmetik əməliyyatlar tələb edən izisilinməz patoloji dəyişikliklərə səbəb olur. Kükürd (sulfat) turşusu alovlandırma (termiki) faktorlarla təsiretmə xüsusatlara malik olmadığından iztirab verə bilən maddələrə aid deyil. Sulfat turşusu və onun hər hansı kimyəvi analoqunun adı Azərbaycan Respublikasının 2016-cı il 18 mart tarixli Qanunu ilə təsdiq fedilmiş “Güclü təsir edən maddələr və onların külli və xüsusilə külli miqdarının “Siyahısı”na və L “Zəhərli maddələrin siyahısı’na daxil deyil.
6. Həmin hökmdən, həmçinin görünür ki, məhkəmə kollegiyası məhkum Cavabdeh əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək, onun əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsindən həmin Məcəlləsinin 126.1ci maddəsinə tövsif edilməsi üçün əsas görmür, lakin bununla belə onun əməlinin Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə tövsif edilməsi ilə də razılaşmır və hesab edir ki, onun aşağıdakılara əsasən Cinayət Məcəlləsinin 29,120.2.4- cü madddəsindən 126.2.3-cü maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi isə eyni əməlləri xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası kükürd (sulfat) turşusunun alovlandırma (termiki) faktorlarla təsiretmə xüsusatlara malik olmadığından iztirab verə bilən maddələrə aid olmamaması barədə ekspertin mövqeyi ilə razılaşmır və zərərçəkmiş şəxsin almış olduğu xəsarətlər fonunda, yəni xəsarətlərin sayı, lokalizasiyası və dərəcəsini (Z.Z.İskenderovada başın, boynun, bədənin, aralığın, aşağı və yuxarı ətrafların 2-3-cü dərəcəli kimyəvi yanığı 68% (50%); gözün buynuz təbəqəsinin və konyuktivasının 2-3-cü dərəcəli kimyəvi yanığı, septikotoksemiya mərhələsində yanıq xəstəliyi; son dərəcə ağır yanıq şoku, gözün 2-3 dərəcəli yanığı xəsarətləri) hesab edir ki, Cavabdeh qəsdən zərərçəkmiş şəxs X5 ağır iztirablar verməklə qəsdən onun sağlamlığına ağır zərər vurmuş və bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.
7. Həmin hökmdən, həmçinin görünür ki məhkəmə kollegiyası zərərçəkmiş şəxsin mülki iddiası məsələsini də müzakirə edərək hesab edir ki, birinci instansiya məsələsi mülki iddia üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. İş materiallarından göründüyü kimi cinayət işi üzrə zərərçəkmiş şəxs X9 tərəfindən verilmiş mülki iddia 1.000.000 manat məbləğindədir.
8. İş materiallarına əlavə edilmiş zərərçəkmiş X3 mülki iddia ərizəsindən görünür ki, ərizə prosessusual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, yəni iddia ərizəsinin icraata qəbul edilib baxılması üçün qanunvericliklə nəzərdə tutulan təsdiqlənmiş halda zəruri sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, zərərçəkmiş şəxs X6 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinin tələblərinə uyğun şəkildə mülki məhkəmə icraatı qaydasında iddia vermək hüquqları izah edilməlidir.
9. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X3 xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə ölkə sərhədlərinə giriş və çıxışı olmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı X9 Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh cinayət əməli ilə iddiaçı X3 sağlamlığını pozması nəticəsində iddiaçıya vurduğu maddi zərərin əvəzi kimi 165.695 manat və mənəvi zərərin əvəzi kimi isə 73.965 manat olmaqla, cəmi 239.660 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddələri ilə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 5 oktyabr tarixli hökmü dəyişdirilmiş, L.Q. Babayevanın əməlləri dəyişdirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzalandırılıb. O, bu cinayət işi üzrə zərərçəkmişdir və ona qarşı cinayət törədilibdir. Hesab edir ki, cinayət işi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barəsində məhkəmə hökmü çıxarılan şəxsin hərəkətlərinin mülki-hüquqi nəticələrinə dair işə baxan məhkəmə üçün bu hərəkətlərin olub-olmaması məsələlərinə dair məcburidir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir ki, bu da aşağıdakı kimi ifadə edilir. Maddi ziyan dəymiş xərclərdə ifadə edilmişdir: pariklər üçün 50.000 rubl, davamlı olaraq təyin olunan dərmanlar üçün (ayda dərmanların sayı), 3 ədəd Okomistin -1 ədədin qiyməti 350 rubl, 3 ədəd Maxidex - 1 ədəd qiyməti 390 rubl, 3 ədəd Balarpan - qiyməti 1 əd - 1000 rubl, 4 ədəd Vizomitin - 1 ədəd qiyməti 650 rubl, 5 ədəd Hipromelloza (göz yaşları) - 1 ədəd qiyməti 450 rubl, 3 ədəd Vita - pos - qiymət 1 ədəd 250 rubl, 2 ədəd Oftan katahrom - 1 ədəd qiyməti 600 rubl, 2 ədəd Azarqa - 1 ədədin qiyməti 1366 rubl, 2 ədəd Maxitrol - 1 ədəd qiyməti 795 rubl, 8 ədəd Acyclovir - 1 ədəd qiyməti 183 rubl, 3 ədəd Mikofenolat mofetil - 1 ədəd qiyməti 2700 rubl. Aylıq cəmi: 25906 rubl qəpik. Beləliklə, 2016-cı ilin iyul ayından indiki 2023-cü ilin yanvar ayına qədər o, aylıq istifadə üçün dərmanlara sərf etdiyi məbləğ 78 ay x 25906.00 = ******* rubldur. 422.500.00 rubl pullu tibbi xidmətin göstərilməsi üçün xərclənmişdir, sıxılma paltarları üçün 26.080 rubl rubl, ona lazım olan aylıq yaşayış və yemək xərci və 2023-cü il üçün Moskva şəhərində yaşayış minimumuna uyğun olaraq uzunmüddətli qayğı ilə təmin edən pensiyaçı anası; adambaşına - 21718 rubl; pensiyaçılar üçün - 16257 rubl. Cəmi 37975,00 rubl, beləliklə, 2016-cı ilin iyul avından 2023-cü ilin yanvar ayına qədər məbləğ 78 ay x 37975=2962050 rubl təşkil etdi. Nəqliyyat xərcləri üçün: sərnişin taksisindən istifadəyə görə ödənişin ümumi məbləği 70.200 manat olan qəbzlərlə (6 ədəd) təsdiqlənən taksi xidməti, nəqliyyat xərclərinə: X2q edən anası X16 və övladlarına 22 ədəd, ümumi dəyəri 109508,44 ədəd aviabiletin alınması, kirayə mənzil, yəni Smolensk vilayətində yaşayış, Duxovşçinski rayonu, pos. Ozerny, xx.xx.2016-cı ildən xx.xx.2022-ci ilə qədər olan müddətdə icarə müqaviləsinə əsasən Smolensk vilayətindəki Favorit otelində yerləşmə ilə yanaşı 829.550 rubl, poçt haqqı 60.000 rubl, hüquqi xidmətlər 170.000 rubl. Dəymiş maddi ziyanın ümumi məbləği 6720556,44 rubl 44 qəpik təşkil edib ki, bu da 165695 manat məbləğinə ekvivalentdir. Bundan əlavə, baxılan işin mürəkkəbliyi və müvafiq hüquqi ixtisasın olmaması səbəbindən o ixitsaslı hüquqi yardıma müraciət etmək məcburiyyətində qalmışdır ki, bu da vəkilin məsləhətləşmələri, müraciətlər, sorğular, sənədlərin tərtib edilməsi və şikayətlərin verilməsi üçün əlavə xərclərə səbəb oldu, birinci və ikinci instansiya məhkəmələrinin cinayət işi , iddia ərizəsi tərtib etmək, həmin dövr üçün bütün xərclər onun tərəfindən çəkilmişdir. Cinayət nəticəsində dəymiş maddi ziyan qeyrimütənasib mənəvi zərər təşkil edib. Gənc yaşında müttəhimin cinayət əməlləri ucbatından ən vacib şeyi artıq qaytarılması mümkün olmayan sağlamlığını itirərək İ qrup əlil olmuşdur. Faktiki olaraq çarəsiz vəziyyətə düşdüyü üçün işləyə və özünü təmin edə, maaş ala bilmir, 1 qrup əlildir, görmə qabiliyyətini itirmişdir, daimi kənar qayğıya ehtiyacı var, çoxsaylı mənəvi iztirablar yaşayır, uzun illər çarəsiz vəziyyətdə qalmış, daim fiziki ağrı və stress yaşamış, müalicə bu günə qədər dayanmamışdır. Bir sıra ağrılı və bahalı cərrahiyyə əməliyyatları keçirməli olmuş, bəzi zaman donor materialları rədd edilmişdir. Onun yaşaması üçün güclü təsir göstərən dərmanlar qəbul etmək lazımdır, bu da sağlamlığına mənfi təsir göstərir, buna görə də qayğısına tam qala bilmir, böyük əziyyət çəkir. Cinayət işilə bağlı xərclər onun üzərinə, onları öz hesabına çəkir və bundan əlavə səhhətində problemlər vardır. Hərəkətlə bağlı riskləri var, daimi və ağrılı göz və plastik əməliyyatlarına ehtiyacı var, bir neçə saat yolda qalma müddətini və ehtiyacı nəzərə alaraq sağlamlığının pisləşməsinə təsir edən müalicə üçün Moskvaya daimi səyahət ehtiyacı var. Moskvada daimi monitorinq və müalicə istənilən vaxt donor materialının rədd edilməsini proqnozlaşdıran həkimlərin məyusedici nəticələri olur. Eyni zamanda mütəmadi olaraq bahalı dərmanlara ehtiyacı var, həmçinin ixtisaslaşdırılmış qidalanma, reabilitasiya, sanatoriya müalicəsinə ehtiyacı var. Cinayət ailəsindəki ruhi tarazlığı əbədi olaraq pozdu, kədərləndirdi, onun nəticələrindən heç vaxt sağalmayacağı və ömrünün sonuna qədər sağlamlıqdan və həyat sevincindən məhrum olacağı, mənzil əldə etmək perspektivinin olmaması, çünki sağlamlıq vəziyyəti, heç bir bank ipoteka təsdiq və ev yoxdur. Müttəhimin ona qarşı törətdiyi cinayət çox qəddar idi. Mənəvi zərər daha çox Cavabdeh davranışı ilə ağırlaşdırılmışdır. Təqsirləndirilən şəxs uzun müddət ədalətdən fərari idi, o, uzun illər onunla əlaqə saxlamağı lazım bilməyib, nəinki bu faciəvi hadisə nəticəsində dəymiş ziyana görə heç olmasa bir növ kompensasiya təklifi ilə, hətta üzrxahlıq belə etməmişdir. Hesab edir ki, məhkəmə mənəvi zərərin ödənilməsinin məbləğini müəyyən edərkən təqsirkarın təqsirinin dərəcəsini və digər diqqətəlayiq halları nəzərə almalı, şəxsin fərdi xüsusiyyətləri ilə bağlı fiziki və mənəvi iztirab dərəcəsini nəzərə almalıdır. Cavabdehin təqsiri üzündən dəymiş mənəvi ziyana görə tələb olunan kompensasiyanın məbləğini ağlabatanlıq və ədalətlilik tələblərini nəzərə alaraq, ******* qəpik məbləğində müəyyən edir ki, bu da məbləğinə ekvivalent 73 965 manatdır.
12. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-101/2025 nömrəli 07 noyabr 2025-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pulun tutularaq iddiaçı X6 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh 180 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X17)
13. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyə istinadən toplanmış sübutlara hüquqi qiymət verərək, qeyd etmişdir ki, iddia tələbi maddi zərərin tutulması hissəsində rədd edilməlidir. Belə ki, hazırkı mübahisədə cinayət əməli nəticəsində iddiaçıya maddi ziyan dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin törətdiyi cinayət əməli nəticəsində iddiaçı X8 mənəvi zərərin vurulması hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə vermişdir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan qeyri-hüquqi hərəkətdə (cinayət hüquq pozmasında) ifadə olunmuşdur. X7 sağlamlığına xəsarət yetirilməsi isə müvafiq hökmlə və fotoşəkillərlə təsdiqini tapmışdır. Bu işin mübahisəsiz halıdır. Belə ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə hesab etmişdir ki, iddiaçının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. nəzərə alınmaqla, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi ədalətli və ağlabatandır.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci, 127-ci, 129-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096.1-ci, 1097.1-ci, 1099-cu, 1112-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 11-ci, 14.2-ci, 77.1-ci, 76-cı, 78-ci, 80-cı, 82-ci, 88-ci, 89-cu, 184-cü, 209-cu, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şəxsiyyətini xarakterizə edən halları, himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşaqlarının olmasını, cavabdeh olaraq onun təqsiri olmağının səbəblərini, hazırda həbsdə olmağını, əmlak vəziyyətini əks etdirən hallara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan, müəyyən etdiyi mənəvi ziyanının məbləğini ödəmək imkanının olmamasını nəzərə almamış ədalətsiz qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh Laura həm istintaq, həm də məhkəmə dövründə öz təqsirini etiraf edib. Hər bir halda iddiaçı xəsarət alıb. Maddi zərərlə bağlı iddiaçı heç bir sübut təqdim etmədiyi üçün onun maddi zərər dair hissəsi təmin edilməyib. Fazil Lauranın əri olub, onun təkidi nəticəsində hansı kislota növündə olduğunu bilmədən gedib onu üzünə atıb və qaçıb. İddiaçı özü üzünü yuyub, qonşular gəlib onu sodalı su ilə yuyub. Kükürd turşusunun tərkibi su ilə o alovlanır, yanıqlar artır. Yəni Lauranın birbaşa qəsdi olmayıb ki, bu əməl xüsusi amansızlıqla törədilmiş olsun, həmçinin Laura hansı xəsarət yetirəcəyini də əvvəlcədən fikirləşməyib, sadəcə onu atıb. Son nəticəyə görə əməlinin tövsif olunması lazım idi. Cavabdeh hazırda da iddianı qəbul etmir, hazırda həbsdədir, hər hansı məbləği ödəmək imkanı belə yoxdur, bir azyaşlı uşağı da var. Qətnamənin özündən də görünür ki, qətnamədə məhkəmənin sübut kimi qəbul etdiyi Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hökmündə yəni cavabdehin şəxsiyyətimi xarakterizə edən halları, himayəmdə bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşaqlarının olmasını, cavabdeh olaraq onun təqsiri olmağının səbəblərini, hazırda həbsdə olmağını, əmlak vəziyyətini əks etdirən hallara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan, müəyyən etdiyi mənəvi ziyanının məbləğini ödəmək imkanının olmamasını nəzərə almamış ədalətsiz qətnamə qəbul etmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iddiaçı X9 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, o, birinci instansiya məhkəməsinin cavabdehdən tutduğu məbləği belə az hesab edir. İddia ərizəsinə çəkdiyi xərclərə dair sənədlər, qəbzlər də əlavə olunub. Ona həm maddi həm də mənəvi zərər dəyib. O, ömürlük gözdən əlil olmuşdur. Hər dəfə müalicəsi ilə bağlı xərc çəkməlidir. Ondan fərqli olaraq cavabdeh hər məhkəmə prosesində vəkillə müqavilə bağlayır. O, bildirir ki, cavabdehin himayəsində azyaşlı uşağı var. Onun dda himayəsində iki azyaşlı uşağı var. Ona təyin edilmiş əlilliyə görə müavinət çox azdır. Onun heç dərman xərcini qarşılamır. Tam olmasa belə bərpa olmaq üçün o cərrahi əməlliyatlar keçirmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
23. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli, 7 saylı qərarının: 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər; 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər; 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Hazırda Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
28. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən mülki qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müddəalarına istinadən ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi dörd əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) zərərin mövcud olması, 2) zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və 4) zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
29. Məhkəmə kollegiyası işin hallarına istinadən vurğulayır ki, cavabdehin törətdiyi cinayət əməli nəticəsində iddiaçı X8 mənəvi zərərin vurulması hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması, fəal ictimai həyat tərzindən məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə vermişdir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan qeyri-hüquqi hərəkətdə (cinayət hüquq pozmasında) ifadə olunmuşdur. X7 sağlamlığına xəsarət yetirilməsi isə müvafiq hökmlə və fotoşəkillərlə təsdiqini tapmışdır. Bu işin mübahisəsiz halıdır.
30. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün tibb sahəsi üzrə xüsusi bilik tələb olunan suallar meydana çıxdığından iş üzrə alınan ekspert rəyləri həlledici rol oynayır. Belə ki, həmin sualların cavabı yalnız ekspert rəyi əsasında müəyyən oluna bilər. Mülki prosessual qanunvericiliyə əsasən ekspert rəyləri ilə müəyyən edilmiş məlumatlar sübut hesab olunmasına və digər sübutlarla birlikdə qiymətləndirilməsinə baxmayaraq, bu qəbildən olan işlər üzrə həmin məlumatların həlledici əhəmiyyəti var. Bu baxımdan məhkəmənin qeyd edilən rəylərdən fərqli mövqedən çıxış etməsi üçün həmin rəyləri təkzib edən mötəbər sübutlar olmalıdır. Hazırkı vəziyyətdə isə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
31. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri, o cümlədən iş materiallarında olan sübutları, habelə cavabdehin zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirə bilməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində onun sağlamlığına zərər dəyməsi, iddiaçının hazırki sağlamlıq vəziyyəti ilə iddiaçının təqsirli hərəkətləri arasında səbəbli əlaqənin olması, nəticədə iddiaçının səhhətinə zərər dəyməsi faktı öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq iddiaçıya qarşı delikt törədildiyi və iddiaçının məsuliyyətinin yarandığı qənaətinə gəlmişdir.
32. Məhkəmə kollegiyası tutulmuş mənəvi zərərin məbləği ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərmişdir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Həmçinin, İnsan hüquqları üzrə Avropa Məhkəməsi Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində isə qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
34. Məhkəmə kollegiyası tutulmuş mənəvi zərərin məbləği ilə bağlı qeyd edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçı hər gün adət etdiyi gündəlik yaşayış tərzindən məhrum olmuş və əmək qabiliyyətini itirmişdir. Eyni zamanda iddiaçı onun üzünə atılan kislota nəticəsində bir qadın olaraq ona məxsus olmuş gözəlliyindən, üz nahiyəsinə dair hissələrindən məhrum olmaqla hazırki həyatını yaşamağa, o cümlədən mövcud əziyyətləri çəkməyə məcbur olmuşdur. Cavabdehin isə etdiyi hərəkətlərinin xüsusi amansızlıqla olmadığını, həbsdə olmasını və himayəsində azyaşlı uşaqlarının olduğunu nəzərə alaraq iddianın rədd edilməsini məhkəmə kollegiyası əsassız hesab edir və iddiaçının məruz qaldığı hər cür məhrumiyyətlərlə müqayisədə şikayətdə irəli sürülən dəlillərin hansısa birinin təmin edilməsinə ümumiyyətlə zərurət görmür.
35. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənəvi zərər ilə bağlı mövqeyini əsaslı hesab edir və belə qənaətə gəlir ki, cavabdeh tərəfindən baş vermiş cinayət nəticəsində iddiaçı mənəvi sarsıntı və istirab keçirmiş, onun bu halı hələ də davam edir və istisna deyil ki, ömrünün sonuna kimi davam edəcəkdir.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-101/2025 nömrəli 07 noyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə edilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-101/2025 nömrəli 07 noyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh X19 tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.