Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1933/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “qaz sayğacının quraşdırılması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı cavabdehin imtinasının əsassız hesab edilməsi, Abşeron rayon, Məmmədli kəndi 0,17 ha torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə yazılı etiraz ilə müraciət edərək bildirmişdir ki, iş üzrə məhkəmə aidiyyatı pozulmuşdur. Qeyd olunan iş üzrə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş ## ### 2023-cü il tarixli, ***-VIQD nömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10-1-ci bəndə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq *(***)-****/**** saylı işin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin icraatı zamanı müəyyən edilmişdir: - Cavabdeh İstehsalat Birliyinin **-*-*/*-Ə-****-*/**** saylı, ##.##.2025-ci il tarixli məktubuna əsasən, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qazlaşdırılması üçün müvafiq sənədlərlə (tikilinin çıxarışı və ya tikintiyə icazə) Azərbaycan Respublikası Prezidenti yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin “Asan Xidmət” və ya “Asan Kommunal” mərkəzlərinə müraciət olunmalıdır; - Bələdiyyələrə məxsus torpaqların icarəyə verilməsi haqqında ** saylı, ##.##.2021-ci il tarixli müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən 0,17 ha torpaq sahəsi 11 ay müddətinə aylıq 50 manat olmaqla İddiaçı icarəyə verilmişdir; - Azərbaycan Respublikası Abşeron Rayon Məmmədli Bələdiyyəsinin ** saylı, ##.##.2026-cı il tarixli məktubuna əsasən, Məmmədli bələdiyyəsinin ## ###### 2021-ci il tarixli ** nömrəli “Bələdiyyələrə məxsus torpaqların icarəyə verilməsi haqqında müqavilənin” surəti göndərilmişdir. Fiziki şəxs İddiaçı ilə bağlanmış ##.##.2021-ci il tarixli ** nömrəli icarə müqaviləsi bağlandığı gündən 11 ay müddətinə Bələdiyyə mülkiyyətində olan 0.17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən təyinatı üzrə istifadə üçün nəzərdə tutulmuşdur. İcarə müqaviləsinin hüququ ##.##.2022-ci il müddətində başa çatmışdır. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə nəticəsində müəyyən edilmişdir ki, ünvan 1ndə yerləşən 0.17 ha torpaq sahəsində 2 mərtəbəli tikili inşa edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh İB-nin ünvan 1ndə yerləşən 0.17 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə qaz sayğacının quraşdırılmasından imtina edilməsinə dair məktub ləğv edilmiş, İddiaçı məxsus ünvan 1ndə yerləşən 0.17 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması öhdəliyi Cavabdeh İB-nə həvalə edilməsi, Cavabdeh İB-dən 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh şikayət vermiş, Xətai rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı Abşeron rayon Məmmədli Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Abşeron rayon Məmmədli Bələdiyyəsi tərəfindən təqdim edilmiş ## #### 2026-cı il tarixli məktuba əsasən müəyyən edilir ki, ##.##.2021-ci il tarixli ** nömrəli müqaviləyə əsasən İddiaçı kənd təsərrüfatı maldarlığın inkişafı məqsədi ilə ayrılmış 0.17ha torpaq sahəsi örüş məqsədi üçün ayrılmışdır. Ayrılmış torpaq sahəsində fərdi yaşayış evinin və ya digər tikinti işlərinin aparılması qadağandır. Məmmədli bələdiyyəsinin hüdudları daxilində yerləşən mübahisələndirilən ##.##.2021-ci il tarixli ** nömrəli müqaviləyə əsasən ayrılmış 0.17ha və ya 1700 kvadratmetr sahəli torpaq sahəsi boşdur hər hansı tikili mövcud deyil. Əlavə olaraq, İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi həmin 0.17ha torpaq sahəsi ilə fərqlilik təşkil edir. Qeyd edilənləri nəzərə alaraq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə Məmmədli bələdiyyəsinin kənd təsərrüfatı örüş (icarə) məqsədi ilə ayrılmış torpaq sahəsinə yerində baxış təyin edilməsi məqsədə uyğun hesab edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanına Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli məktuba əsasən müəyyən edilir ki, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı (VÖEN: **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində uçotda olması barədə məlumat mövcuddur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 işin mülki kollegiyada baxılmasının mümkün olmadığını bildirmiş və işin aidiyyəti məhkəməyə göndərilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II.Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III.Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV.Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən: İ.Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1.Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; 384.0.4. İşə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; 387.2.9. Şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli, ** nömrəli qərarının tələblərinə əsasən: MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır; (13-cü bəndinə əsasən) əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir; (20- ci bəndinə əsasən) məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər; (25-ci bəndinə əsasən) kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanına Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli məktuba əsasən müəyyən edilir ki, İddiaçı (VÖEN: **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və ##.##.2021-ci il tarixli ** nömrəli müqaviləyə əsasən İddiaçı kənd təsərrüfatı maldarlığın inkişafı məqsədi ilə ayrılmış 0.17ha torpaq sahəsi örüş məqsədi üçün ayrılmışdır. Belə olan halda kollegiya hesab edir ki, iddia ərizəsi ilə həll edilməsi xahiş edilən mübahisə həmin şəxsin kommersiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuş, lakin birinci instansiya məhkəməsi qeyd edilən bu halları nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 398-400, 402, 409-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin və iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “qaz sayğacının quraşdırılması” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-1933/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1933/2026
06.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver