Məhkəmə qərarları › İş №2(3-6)-1934/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1934/2026

30.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1934/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «əmrin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəyə bərpa, mənəvi zərərin və xərclərin ödənilməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “əmrin ləğv edilməsi və s.”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Iddiaçı Iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:

1. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğvi və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx” MMC ilə bağlanmış əmək müqaviləsinin xitamı əsasını qanunsuz olduğuna, sözügedən əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin A bəndinə ilə əvəz edilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, müvafiq olaraq ## #### 2025-ci il tarixli ***/****K nömrəli əmrin ləğv edilməsi, iddiaçıya ödənilməmiş əmək haqqı məbləğinin qalıq hissəsinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MMC arasında ## ##### 2025-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Sözügedən əmək müqaviləsi 3 aylıq sınaq müddəti ilə ümumilikdə 7 ay müddətinə bağlanmışdır və iddiaçı xxxx vəzifəsinə işə qəbul olmuşdur. Işlədiyi müddət ərzində heç bir səhv, qanun pozuntusu etməmişdir, əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini lazımi qaydada icra etmiş, işi ilə bağlı heç bir neqativ rəy almamışdır. ## #### 2025-ci il tarixdə gözləmədiyi halda sınaq müddətində özünü doğrultmadığına dair xəbərdarlıq verilmişdir. Xəbərdarlıqda iddiaçının bilavasitə rəhbəri Anastasiya Belinska tərəfindən verilən təqdimata istinad edilmişdir. Həmin təqdimatda iddiaçının xxxx vəzifəsinin tələblərinə cavab vermədiyi, iş məktublarına gec cavab verdiyi, verilmiş tapşırıqları vaxtında və tam şəkildə icra etməməyi bildirilmişdir. Həmin xəbərdarlıq və təqdimatda qeyd edilən məsələlərin hamısı əsassızdır. Əsl səbəb Anastasiya Belinska məzuniyyətdə olduğu zaman promokod yayımlanması və iddiaçının bu promokoda uyğun promo səhifə yaradılması üçün Marketinq şöbəsi ilə danışıq aparmamağı olmuşdur. Ümumiyyətlə bu məsələ həmişə onun özü tərəfindən yerinə yetirilir, onun öhdəliyində olur, Kateqoriya menecerləri yalnız onun seçdiyi kateqoriyalara uyğun məhsulları seçir, müvafiq şöbəyə göndərir. Yəni bu onu əvəz etmə tələbi idi, iddiaçının öhdəliyi deyildi, iddiaçının onu əvəz etməyinə dair heç bir əmr olmayıb. ##.##.2025-ci ildə iddiaçıya rəhbəri Anastasiya Belinska tərəfindən bildirildi ki, iddiaçı işdən ayrılmalıdır "Biz eyni dalğada deyilik" və bildirdi ki, iddiaçının hazırladığı məhsul matrisası əvvəldən onun xoşuna gəlməyibmiş (bu haqda daha öncədən heç bir qeydi olmamışdır). Iddiaçı matrisanı da onunla birlikdə buludda yerləşən bir excel faylında düzəliş edirdi. O digər "Makeup" kateqoriyasını, iddiaçı isə "Baxım" kateqoriyasını işləyirdi. Buludda yerləşən faylın dəyişiklik tarixçəsinə nəzər yetirilsə, görmək mümkündür ki, iddiaçıya irad olaraq bildirdiyi məsələlərdə özü də korrektələr etmiş, iddiaçıdan da ona uyğun korrektələr etməyi xahiş etmişdir və iddiaçı bütün korrektələri zamanında etmişdir. Daha sonrasında iddiaçıya bildirmişdir ki, öz sistemlərindən matrisa üçün məhsul çeşidini yükləsin və faylı yenidən işləsin. Iddiaçı yenidən işlədiyi halda, buludda da digər işlədiyi matrisa dururdu. Iddiaçıya Teams tədbiqindən açıb yazışmaları göstərir ki, sanki iddiaçı vaxtında təhvil verməmişdir. Amma buluddakı faylda hər şey daha əvvəldən onun göstərişinə uyğun hazırlanmış və tapşırığın son icra tarixindən əvvəl hazır idi. Sonra isə, Anastasiya Belinska məzuniyyətdə olanda Olivianı FBU-ya qoşmaq üçün Vüqar Əliyevdən (Layihə meneceri) heç olmasa bir brendlə başlamağı üçün geri dönüş tələb etməyini qabaqcadan iddiaçıya tapşırdığını, iddiaçının heç nə etmədiyini bildirdi. Iddiaçı bu barədə Vüqar Əliyevə 3 dəfə sorğu göndərmişdir. Amma geri dönüş olmayıb (Olivia tərəfdən). Bütün yazışma Teams tətbiqi üzərindən aparılıb. Iddiaçı sifarişi artıq ##.##.2025-ci il tarixində vermişdir, ##.##.2025ci il tarixində təkrar göndərmişdir. Iddiaçının vəzifə öhdəliyi Layihə menecerini tələsdirmək deyil, öz tərəfindən sadəcə sifarişi göndərməkdir. Olivia məsələsi artıq 4 aydır asılı qalmışdır. Iddiaçı özü həm FBU, həm 3P üçün gedib Olivia ilə görüşlərdə iştirak etmişdir və onlar razılaşmışlar, stoklarını göndərmişlər. Bu mövzuda iddiaçının böyük dəstəyi olduğu halda işdən çıxma səbəbləri arasında bu səbəb ümumiyyətlə göstərilə bilməzdi. Əsl səbəb Qurban bayramı kampaniyası çərçivəsində promo səhifəyə seçdiyi məhsulların xoşuna gəlməməsi olmuşdu. Iddiaçı bildirəndə ki, sizin seçdiyiniz kateqoriyalara uyğun ən top məhsulları seçmişdir, cavab vermişdir ki, siz bu ölkədə yaşayırsınız, mənim qurban bayramında hansı kateqoriyaların aktual olduğunu bilməməyim normaldır, siz mənə deməlisiniz. Bu mövzudan sonra iddiaçı ilə bir neçə gün danışmamış, ünsiyyəti kəsmişdir. Halbuki, promolara qadın üçün ülgüclərin daxil edilməsinin lazım olmadığını, ölkədə bunun aktual olmadığını bildirdikdə, "sən mənim dediyimi et" cavabı verilmişdi. Burada çalışdığı müddətdə iddiaçıya heç bir xəbərdarlıq olunmamışdır. Umicoda iddiaçıya Baxım kateqoriyasını idarə etdiyi bildirilsə də, qeyd şərtsiz hər zaman parfüm, makyaj kateqoriyalarına da aid işləri görmüşdür. Yəni öz öhdəliyindən əlavə işləri iddiaçıya tapşırırdı və iddiaçı da edirdi. Iddiaçı narazılığını bildirmişdir, Insan Resursları şöbəsindən Cəmaləddin Rzayev ilə görüşdə olmuş, bütün səbəbləri sübutlar ilə birlikdə təqdim etmişdir. Anastasiya Belinska ilə danışıb, geri dönüş etmişdir ki, heç bir faydası yoxdur, qərar qətidir. Kommersiya rəhbəri Konstantin Maslov da onun işindən narazıdır. Iddiaçı Kommersiya rəhbəri ilə birbaşa işləmədiyini, onun iddiaçının işini qiymətləndirə bilməyəcəyini bildirmişdir. Cəmaləddin Rzayev "Bəlkə oradan keçəndə görüb" kimi bir absurd fikri səsləndirmişdir. Iddiaçı yenidən etiraz edib icraçı direktorla görüş tələb edəndə, iddiaçını onunla görüşdürməmişlər. Yenidən HR Cəmaləddin Rzayev, Kommersiya rəhbəri Konstantin Maslov və Anastasiya Belinska ilə görüş təşkil olunmuş, bu dəfə iddialara sübutları ilə birlikdə cavab vermiş və Anastasiya Belinska yeni bir səbəb bildirmişdir ki, Layihə meneceri Vüqar Əliyev ##.##.2025ci il tarixində email yazıb, ##.##.2025-ci il tarixində mail-lə bağlı sual verib ki, "məhsul sifariş edəcəyik ya yox? Iddiaçı ##.##.2025-ci il tarixində, X2 üzərindən, hal-hazırda Rebrending ilə bağlı aksiyalara hazırlaşdığını, sifarişi gələn həftə verəcəyini bildirmişdir. ##.##.2025- ##.##.2025-ci il tarixi bayramla əlaqəli qeyri-iş günləri olduğu nəzərə alınsa, ##.##.2025-ci il tarixində göndərilən mailin məzmunu olmadığını, ##.##.2025-ci il tarixində sual verdiyini əsas götürərək bildirə bilər ki, mail-ə bir gün sonra cavab vermişdir. Elektron poçtların cavablandırılma müddəti ilə bağlı şirkət daxilində heç bir reqlament həmin müddətdə mövcud olmayıb. Bütün bu sadalananlar qarşısında öz sübutlarını ortaya qoyduqda, Kommersiya rəhbəri Konstantin Maslov iddiaçıya "Siz 100% haqlı olsanız belə, rəhbəriniz Anastasiya Belinska ilə münasibətlər artıq pozulub bir-birinizə qarşı çıxmısınız, yenidən bir yerdə çalışmağınız nə dərəcədə real görə bilərsiniz" fikrini səsləndirmişdir. Daha sonra Anastasiya Belinska bildirmişdir ki, "Əgər sən belə narazılığını bildirən biri idinsə, nəyə görə mən ilk dəfə sənə işdən çıxmağın barədə məlumat verəndə, burada dediklərini mənə bildirmədin?" Cavab olaraq iddiaçı bildirmişdir ki, siz mənə sual vermədiniz, bildirdiniz ki, "Qərar artıq verilib, seçim et, ya bu həftə ya da gələn həftə sonuna kimi işdən çıxmalısan". Anastasiya Belinskanın verdiyi sualdan da bilinir ki, işdən çıxarılmağı şəxsi münasibətlər zəminində olmuşdur. Əgər iddiaçı həqiqətən öhdəliyini yerinə yetirə bilməsə idi, ona etirazını bildirməyi heç nəyi dəyişdirməməli idi. Bütün bu müzakirələrə rəğmən, ##.##.2025-ci il tarixində iddiaçıya yazılı xəbərdarlıq verildi, ##.##.2025-ci il tarixində isə Əmək Məcəlləsinin 70-ci maddəsinin d) bəndi ilə işdən azad edilmişdir. Iddiaçı işdən çıxmağına etiraz etmir, artıq belə münasibətdən sonra özü də həmin şirkətdə işləmək Istəmir. Sadəcə tətbiq olunan maddənin iddiaçının peşəkarlığına, iş təcrübəsinə və şirkətdə faktiki gördüyü işə ziddir. Iddiaçının bu maddə ilə, yəni sınaq müddəti ərzində özünü doğrultmamağına heç bir sübut təqdim edilməyib, təqdim edilə belə bilməz, çünki belə hal heç zaman baş verməyib. Dediyinin bariz nümunəsi olaraq Mediasiya prosesi zamanı Şirkətin heç bir sübut təqdim edə bilməməsi və işdən çıxma maddəsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin A bəndinə dəyişdirilməsinə şirkətin razılığı və bu təklifi etmələridir. Lakin iddiaçı bu təkliflə razı olmamışdır, çünki şirkət tərəfindən belə ədalətsiz, ölkədə bərqərar olmuş mövcud əmək praktikasına zidd, əmək qanunvericiliyinin ciddi şəkildə pozuntusu və iddiaçının peşəkarlığının şübhə altına alınmasıdır ki, belə qeyri-peşəkar davranışa heç vaxt layiq olmamışdır. Iddiaçının Cavabdeh MMC-yə qədər olan iş stajı bunun əyani sübütudur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ## #### 2025-ci il tarixli, ***/****K nömrəli əmrin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçı Iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi, həmçinin iddiaçının məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi 500 (beş yüz) manat məbləğində xərcin və iddiaçıya dəymiş 2026 (iki min iyirmi altı) manat məbləğində mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Vüsalə Musayeva) ilə iddia qismən təmin edilmiş, iddiaçı Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli ***/****K saylı əmrin ləğv edilməsi və iddiaçı Iddiaçı “xxxx" MMC-də Kommersiya bloku/Gözəllik sahəsi üzrə xxxx vəzifəsinə bərpa edilməsi, cavabdeh "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məcburi buraxılmış iş günləri üçün əmək haqqı hesablanıb iddiaçı Iddiaçı ödənilməsi, cavabdeh "xxxx” MMC-dən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, iddiaçı Iddiaçı tərəfindən vəkilə hüquqi xidmət haqqı kimi ödənilmiş 500 (beş yüz) manat vəsait alınaraq iddiaçı Iddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi müəyyən edilmişdir.

4. Iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Rayon məhkəməsi sınaq müddətinin hüquqi mahiyyətini – yəni işəgötürənin işçinin peşəkar uyğunluğunu qiymətləndirmək üzrə müstəsna səlahiyyətini nəzərə almamışdır. Məhkəmə iddiaçının "keçmiş iş təcrübəsi" və "işin çoxluğu" kimi subyektiv bəhanələrini əsas götürərək, cavabdehin təqdim etdiyi maddi sübutlara (kurator rəyi, Teams yazışmaları, satış hesabatları) hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi işçinin birbaşa rəhbərinin qanuni göstərişlərini icra etməkdən yayınması kimi mühüm faktlara hüquqi qiymət verməmişdir. Bununla da məhkəmə, işəgötürənin işçinin peşəkar uyğunluğunu qiymətləndirmək üzrə qanunla tanınmış müstəsna diskresion səlahiyyətinə müdaxilə etmiş, təqdim olunmuş sənədləşdirilmiş performans uğursuzluqlarını əsassız olaraq inkar edərək işdə olan sənəd və sübutları hərtərəfli araşdırmadan yekun qətnamə çıxarmışdır. Sınaq müddətində özünü doğrultmama faktıCavabdeh tərəfindən sənədləşdirilmiş (Teams yazışmaları, gecikmə qeydləri və s.) olsa da, məhkəmə bu sübutları"kifayət deyil" kimi qiymətləndirmişdir. Lakin qanunvericilik sınaq müddəti üçün "şərtlərin ağırlığı" meyarınımüəyyən etmir; işçinin peşəkar çatışmazlığının kiçik bir sənədləşdirilmiş faktı belə bu maddənin tətbiqi üçün hüquqi əsasdır. Rayon məhkəməsi iddiaçının 11-## #### 2025-ci il tarixlərindəki gecikmələrini "Qurban bayramı ilə əlaqədar qeyriiş günləri" kimi xarakterizə etsə də, rəsmi təqvimə əsasən bayram günləri iyunun 9-da başa çatmışdır; bu tarixlərin rəsmi iş günləri olduğunun aydınlaşdırılmaması intizam pozuntusuna yanlış hüquqi qiymət verilməsinə səbəb olmuşdur. Habelə, məhkəmə iddiaçının bir neçə sahəyə menecerlik etməsini "iş çoxluğu" kimi qəbul etsə də, iş qovluğunda bu yüklənməni və ya əlavə funksiyaları təsdiq edən heç bir rəsmi sənəd mövcud deyil. Sübut olunmayan "iş çoxluğu" mülahizəsini əsas götürən məhkəmə, Cavabdehin sənədləşdirilmiş performans hesabatlarını əsassız inkar etmiş, tərəflər arasındakı yazışmaların yalnız mövcudluğu faktına istinad edərək həmin yazışmalarda əks olunan konkret qüsurları (yanlış qiymət tətbiqi, gecikmiş hesabatlar) nəzərə almamışdır. Həmin detalların araşdırılmaması işin faktiki halları barədə qeyri-dəqiq qənaətin formalaşmasına səbəb olmuşdur. Nəhayət, məhkəmə iddiaçının əvvəlki iş stajını əsas götürərək sınaq müddətinin mahiyyəti olan "yeni iş yerində özünü doğrultma" meyarlarını nəzərdən qaçırmış, işçinin konkret olaraq bu işəgötürənin tələblərinə cavab verib-verməməsi faktını aydınlaşdırmamaqla işəgötürənin kadr heyətini formalaşdırmaq üzrə qanuni qiymətləndirmə hüququnu inkar etmişdir. Odur ki, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi O.Əhmədzadə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu bildirdi və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:

9. Tərəflər arasında ##.##.2025-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, ilk 3 ayı sınaq müddəti müəyyən edilməklə 7 ay müddətinə əmək müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı Kommersiya bloku/Gözəllik sahəsi üzrə xxxx vəzifəsində işə qəbul edilmişdir. Əmək müqaviləsinə əsasən işçinin əmək funksiyaları kimi aşağıdakılar göstərilmişdir: 3.1.1. Gözəllik məhsulları üçün kateqoriya strategiyaları hazırlayıb və həyata keçirmək; 3.1.2. Qiymətləri təhlil etmək, rəqabətli qiymətləri təyin etmək; 3.1.3. Promosyonları idarə etmək; 3.1.4. Çeşid və marjalara nəzarət etmək; 3.1.5. GMV-ni artırmaq; 3.1.6. Ehtiyata nəzarət etmək və ən yaxşı tərəfdaşlarla əlaqə saxlamaq; 3.1.7. Trendləri, müştəri ehtiyaclarını və imkanları müəyyən etmək üçün bazarı təhlil etmək; 3.1.8. Inventar planlaması, qiymətlər və promosyonlar daxil olmaqla məhsul çeşidini idarə etmək; 3.1.9. Təchizatçılar və istehsalçılarla əməkdaşlıq edin, müqavilələr bağlayıb və əlaqələri idarə etmək; 3.1.10. Bazar payını artırmaq üçün innovativ strategiyalar tətbiq etmək; 3.1.11. Kateqoriya performansını qiymətləndirmək və məlumatlara əsaslanan qərarlar qəbul etmək üçün hesabatlar hazırlayıb və təhlil etmək; Məhsulun səmərəli idarə edilməsini təmin etmək üçün digər şöbələrlə əlaqə yaratmaq.

10. X4 “xxxx" MMC-nin direktoru Rauf Qulaməliyevə ünvanlanmış sınaq müddətindən keçilməməyə dair məlumatdan göstərilmişdir ki, Aygün Tahirli sınaq müddəti ərzində promo, promo kodun aktivləşdirilməsi, FBU-nin idarə olunması, matrisa, hesabatlılıq və təşəbbüskarlıq meyarları üzrə tapşırıqları ləng və icra tarixləri pozulmaqla icra etmişdir. Təqdimatda göstərilən meyarların açıqlamasına əsasən promosəhifələrin doldurulması 30 dəqiqə əvəzinə yarım gün təşkil etmiş, Qurban bayramında promosəhifəyə analoji olaraq 12 manat dəyərində məhsul müəyyən edildiyi halda 18 manat dəyərində məhsul daxil edilmişdir.##.##.2025- ci il tarixdə məzuniyyətdə getdiyi ərəfədə ##.##.2025-ci il tarixdən promokodun istifadəyə verilməsi ilə bağlı göstəriş versə də, ##.##.2025-ci il tarixdə səhifəyə promokod aktivləşdirilməmiş, bununla bağlı suala isə işçi bu barədə məlumatsız olduğunu bildirmişdir.Icra müddəti ##.##.2025-ci il tarixədək müəyyən edilmiş tapşırıq yalnız sorğudan sonra ##.##.2025-ci il tarixdə qüsurlu icra edilmiş, digər kateqoriya menecerlərində belə problemlər olmamışdır. Mütəmadi olaraq hesabatları son anda və izahsz təqdim etmişdir. Kateqoriyanın inkişaf etdirilməsində təşəbbüskarlıq nümayiş etdirilməmişdir.

11. “xxxx" MMC-nin ##.##.2025-ci il tarixli xəbərdarlığından görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış ##.##.2025-ci il tarixli müddətli əmək müqaviləsində peşəkarlıq səviyyəsini və əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə 3 aylıq sınaq müddəti müəyyən edilmişdir. Iddiaçının işinə bilavasitə rəhbərliyi həyata keçirən vəzifəli şəxsin işəgötürənə ünvanlanmış ##.##.2025-ci il tarixli təqdimatından görünür ki, sınaq müddətində əmək müqaviləsi üzrə vəzifə öhdəliyinə daxil olan (xxxx vəzifəsinin tələblərinə cavab verməməyi, iş məktublarına gec cavab vermək, verilmiş tapşırıqları vaxtında və tam şəkildə icra etməmək və s.) işləri qənaətbəxş yerinə yetirə bilməmisdir. Əmək funksiyasının icra edildiyi sınaq müddətində aparılmış müşahidələr göstərmişdir ki, əmək müqaviləsi üzrə tutduğu vəzifədə peşəkarlıq səviyyəsi kifayət dərəcədə deyildir və əmək funksiyaları iddiaçı tərəfindən peşəkarlıqla tam icra olunmur. Bu səbəbdən müəyyən olunmuş sınaq müddəti ərzində işəgötürən tərəfindən özünü doğrultmamış hesab edilir və əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin d) bəndi ilə xitam veriləcəyi barədə xəbərdarlıq edilir.

12. Cavabdeh MMC-nin ##.##.2025-ci il tarixli ***/****K saylı əmrindən görünür ki, "Kommersiya bloku/Gözəllik sahəsi" bölməsində "xxxx" vəzifəsində işləyən Iddiaçı sınaq müddəti ərzində özünü doğrultmadığına görə təqdimat və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən "Kommersiya bloku/Gözəllik sahəsi" bölməsində "xxxx" vəzifəsində işləyən Iddiaçı ilə bağlanılmış *******001100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70."d" - sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən ##.##.2025 tarixindən xitam verilmiş, işçinin ##.##.2025-ci il tarixindən ##.##.2025-ci il tarixinə qədər istifadə edilməmiş 7.4 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Insan Resursları əməliyyatları və əmək haqqı hesablanması şöbəsinə həvalə edilmişdir.

13. Hüquqi yardımın göstərilməsi üçün “xxxx” vəkil bürosu ilə Iddiaçı arasında bağlanmış ##.##.2025-ci il tarixli EM-****VK-*****/** saylı müqavilədən görünür ki, iddiaçıya hüquqi yardım göstərilməsi üçün haqq 500 manat məbləğində müəyyən edilmiş, həmin vəsait iddiaçı tərəfindən ödənilmişdir.

14. Tərəflər arasında elektron poçt və müvafiq tətbiqlər üzərindən aparılmış yazışmalara əsasən müəyyən edilir ki, rəhbər şəxs N.Anastasiya tərəfindən işçi Aygül Tahirliyə tapşırıqlar verilmiş, tapşırıqların icrası ilə rəhbər şəxs tərəfindən işçiyə sorğular edilmiş, işçi tərəfindən müəyyən edilən hallara dair rəhbər şəxsə məlumatlar verilmişdir.

15. Həmçinin təqdim edilən yazışmaların ekran görüntüsündən müəyyən edilir ki, X1 Əliyev, Elmira Balayeva adlı əməkdaşlarla da işlə bağlı yazışmalar aparmışdır.

16. Cavabdeh tərəfindən təqdim edilmiş diaqrama əsasən 2025-ci ilin aprel, may və iyun aylarında satışın mart ayından daha az olması və satışın avqust ayından etibarən yüksəlişə doğru gedərək noyabr ayında göstəricinin ən yüksək həddə çatdığı müəyyən edilir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası:

17. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin II, IV, VI hissələri). Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

18. Maddə 2. Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

19. 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir.

20. Maddə 51.1. Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir.

21. Maddə 52.2. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. Işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.

22. Maddə 53.1. Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

23. Maddə 53.2. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. Işçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

24. Maddə 53.4. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə həmin müddət ərzində işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə xitam verilə bilər.

25. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

26. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;

27. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

28. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

33. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

34. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

39. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

41. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətlərinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

44. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Hazırkı işin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh MMC arasında ##.##.2025-ci il tarixli Əmək müqaviləsi bağlanmışdır. Sözügedən əmək müqaviləsi 3 aylıq sınaq müddəti ilə ümumilikdə 7 ay müddətinə bağlanmışdır və iddiaçı xxxx vəzifəsinə işə qəbul olmuşdur. Iddiaçıya ## #### 2025-ci il tarixdə sınaq müddətində özünü doğrultmadığına dair xəbərdarlıq verilmiş, işəgötürənin ##.##.2025-ci il tarixli ***/****K saylı əmri ilə iddiaçının (işçinin) sınaq müddəti ərzində özünü doğrultmaması əsas gətirilərək onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" bəndinə əsasən ##.##.2025-ci il tarixdən xitam verilmişdir.

46. Rayon məhkəməsi həmin əmri qanunsuz hesab edərək, iddiaçının işə bərpa edilməsini, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsini qərara almışdır.

47. Rayon məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti verən cavabdehin dəlillərindən biri rayon məhkəməsinin cavabdehin təqdim etdiyi maddi sübutlara (kurator rəyi, Teams yazışmaları, satış hesabatları) hüquqi qiymət verməməsidir.

48. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyinin əksinə olaraq, rayon məhkəməsi kurator rəyinin bəndlərinə ayrı-ayrılıqda, eləcə də Teams tətbiqindəki yazışmalarına, satış hesabatları cədvəlinə münasibətini bildirmiş və bu mövqeyini kifayət qədər əsaslandırmışdır.

49. Məhkəmə iddia tələbini qismən təmin edən rayon məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, hazırkı iş materiallarına əsasən iddiaçının əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi müəyyən olur. Odur ki, ##.##.2025-ci il tarixli əmrin əsası kimi istinad edilən - iddiaçının sınaq müddətində özünü doğrultmamasına dair təqdimatda qeyd edilənlərin əsaslı olması, mötəbər sübutlarla öz təsdiqini tapmadığından, həmin təqdimatda qeyd edilənlərin sınaq dövründə olan işçinin özünü doğrultmaması kimi qiymətləndirilməsi əsassız olduğundan, həmin təqdimat əsas götürülərək iddiaçının əmək müqaviləsinə xitam verilməsi əsassız və qanunsuz olmuşdur.

50. Məhkəmə onu da qeyd edir ki, əmək qanunvericiliyinə əsasən altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Cavabdeh tərəfindən əmək müqaviləsi 6 (altı) aydan çox müddətə - 7 (yeddi) ay müddətinə bağlanmış, üç ay sınaq müddəti müəyyən edilmişdir ki, bu da tərəflərin razılığı olsa belə, qeyri-mütənasib olmuşdur.

51. Cavabdehin digər dəlili isə rayon məhkəməsinin iddiaçının 11-## #### 2025-ci il tarixlərindəki gecikmələrini "Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri" kimi xarakterizə etsə də, rəsmi təqvimə əsasən bayram günləri iyunun 9-da başa çatması, bu tarixlərin rəsmi iş günləri olduğunun aydınlaşdırılmamasıdır.

52. Məhkəmə bu dəlilə münasibətdə qeyd edir ki, qeyd edilən yanlışlıq texniki məsələ olmaqla, mahiyyət etibarı ilə düzgün olan məhkəmə qətnaməsinin ləğvinə əsas ola bilməz.

53. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

55. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

56. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

57. Beləliklə də, aparılmış məhkəmə araşdırmalarına əsasən Məhkəmə belə qənəatə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.

58. MPM-in 385.2-ci maddəsinə əsasən də birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

59. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir” Nəticə:

60. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı mübahisələndirilən hissədə təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

62. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

63. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar