Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1959/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ilkin iddia üzrə iddiaçı İddiaçı ilkin iddia üzrə cavabdehlər cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mülkiyyəti hüququnun bərpa edilməsi və sair” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Adi l qızına, qarşılıqlı iddia üzrə cavabdeh3, qarşılıqlı iddia üzrə cavabdeh2 və Bakı Şəhər Icra Hakimiyyətinin Köçürülmə üzrə Qəbul Komissiyasına qarşı “maneələrin aradan qaldırılması və sair” tələbinə dair qarşılılıqlı iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X9 və X24 oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil/Nümayəndə, Ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh8, cavabdeh3 və onların nümayəndəsi-vəkili Vəkil, Ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh6, Qarşılıqlı iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə cavabdeh3 və qarşılıqlı iddia üzrə cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh8, cavabdeh3, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4 və cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanda yerləşən yaşayış sahəsi üzərində 17/72 hissədə İddiaçı ##.##.2010-cu il tarixdə, 17/72 hissədə qarşılıqlı iddia üzrə cavabdeh2, 17/72 hissədə qarşılıqlı iddia üzrə cavabdeh3, 21/72 hissədə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs xüsusi mülkiyyət hüququ ##.##.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
2. ##.##.2025-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 6 ünvanda yerləşən yaşayış evində ## ######## 2002-ci il tarixdən cavabdeh6, X6, cavabdeh1, cavabdeh4, cavabdeh7, qarşılıqlı iddia üzrə cavabdeh2, cavabdeh8, X16, X17, cavabdeh5 X10, cavabdeh3, X18, X7, X11, X2, qarşılıqlı iddia üzrə cavabdeh3, X8 qeydiyyatdadırlar.
3. ##.##.2026-cı il tarixli mülki iş üzrə yerli baxış protokolundan görünür ki, yerli baxış zamanı ünvan 6 ünvanda yerləşən paylı mülkiyyətdə olan yaşayış evinin iddiaçı İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh2, qarşılıqlı iddia üzrə cavabdeh3 və digər mülkiyyətçi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs payını özgəninkiləşdirdiyi şəxsin paylarına mütənasib surətdə ayrıldığı, paylı mülkiyyətçilər arasında hər hansı mübahisənin olmadığı müəyyən edilmişdir. Belə ki, mübahisəli ərazidə 4 ayrı yaşayış evi mövcuddur, hər bir ev faktiki olaraq mülkiyyətçisinin sahibliyindədir. Ilkin iddia üzrə iddiaçı İddiaçı payına müvafiq sahədə isə cavabdehlərin yaşadığı müəyyən edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) " mülkiyyəti hüququnun bərpa edilməsi və sair” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 3 ünvanında yerləşən *** saylı evin iddiaçı İddiaçı paylı mülkiyyətinə aid hissəsində iddiaçının pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, bütün maneələrin aradan qaldırılması, cavabdehlərin özlərinə məxsus əşyaları ilə birlikdə ünvan 3 ünvanında yerləşən *** saylı evin iddiaçı İddiaçı paylı mülkiyyətində olan hissəsindən çıxarılması və sözügedən mənzilin iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, *** saylı ev, ##.##.2010-cu il tarixli, ************-***** nömrəli reyestrli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər uzun illərdir ki, kirayəşin kimi iddiaçının babasının icazəsi ilə, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, *** saylı evdə yaşayırlar. Yaşadıqları müddət ərzində vaxtı ilə babasının razılığı ilə pasport qeydiyyatına alınmışlar. Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, *** saylı evi vərəsəlik payı ilə bölüşdürülən zaman, ##.##.2010-cu il tarixdə qəbz yazaraq cavabdehlərdən cavabdeh8, arvadı cavabdeh7, oğulları cavabdeh6 və Səmədov Əli köhnə adı ilə qeyd olunan ünvan Mustafa Sübhi indiki Nabat Aşurbəyova küçəsi, 161 ünvanda yaşayırlar. Iddiaçı ilə qohumluq əlaqələri yoxdur, və bu mülkə heç bir iddiaların olmadığını bildirmişlər. Eyni qaydada ##.##.2010-cu il tarixli qəbzlə o biri cavabdehlər də, yəni X3, həyat yoldaşı cavabdeh4 oğlum cavabdeh3 və cavabdeh2 eyni ünvanda yaşayırlar, iddiaçı ilə heç bir qohumluq münasibətləri yoxdur və heç bir iddialarının olmadıqlarını bildirmişlər. Cavabdehlərin ona məxsus əmlakda yaşamaları onun mülkiyyət hüququnuz pozur. Ona görə də, cavabdehlərin yaratdığı maneələrin aradan qaldırılması, mülkiyyətində olan əmlakdan çıxarılmasını tələb edir.
6. Daha sonra, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh3, cavabdeh2, cavabdeh4, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5 qeydiyyatda olduqları və sahibliklərində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Bakı şəhərinin "Sovetski" məhəlləsində aparılan söküntü işləri ilə bağlı onlara ayrılmış kompensasiyanın ödənilməsinə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə cavabdeh3 və qarşılıqlı iddia üzrə cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması və kompensasiyanın ödənilməsi öhdəliyinin qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri Yasamal rayon icra hakimiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh8 atası, eyni zamanda ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar- cavabdeh3, cavabdeh2, cavabdeh6 babası, cavabdeh4 və cavabdeh7 qaynatası cavabdeh6 Səməd oğlu 1946-cı ildə ünvan 4 ünvanında yerləşən, hazırkı iş üzrə mübahisəli hesab edilən evi alqı-satqı yolu ilə əldə etmişdir. Həmin vaxt evlərin hüquqmüəyyəneici sənədləri olmadığından alqı satqını rəsmiləşdirmək mümkün olmamışdır. Yasamal rayon icra hakimiyyətinin Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ** saylı Mənzil Kommunal Istismar Sahəsinin verdiyi ## ######## 2025-ci il tarixli **/*** saylı arayışla təsdiq olunur ki, mərhum cavabdeh6 Səmədoviç ünvan 5 ünvanında 1951-ci il tarixindən bu ünvanda qeydiyyatda olub, ##.##.1976-cı il tarixində vəfat etmişdir. Yasamal rayon icra hakimiyyətinin Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ** saylı Mənzil Kommunal Istismar Sahəsinin verdiyi ## ######## 2025-ci il tarixli **/*** saylı arayışla təsdiq olunur ki, mərhum cavabdeh2 Mehdi qızı ünvan 5 ünvanında 1949-cu il tarixindən bu ünvanda qeydiyyatda olub, ##.##.2000-cı il tarixində vəfat etmişdir. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin verdiyi ********** qeydiyyat nömrəli ##.##.2010-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 17/72 hissəsi üzərində ilkin iddia üzrə iddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, 17/72 hissəsi üzərində qarşılıqlı iddia üzrə cavabdeh Quliyeva, Natiqə Adil qızının, 17/72 hissəsi üzərində qarşılıqlı iddia üzrə cavabdeh X4, 21/72 hissəsi üzərində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mülkiyyət hüququ tanınmışdır. işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh6 Səməd oğlu arvadı cavabdeh2 Mehdi qızı ilə həmin ünvanda qeydiyyatda olmaqla 1946-cı ildən ölən günə kimi orada yaşamışlar. Onların birgə nikahından həmin ünvanda Gülağa, Hacıağa, Səmədağa, Adilə və Aidə adlı uşaqları doğulub, böyüyüb boya başa çatmışlar. X20 Nərgiz Xudayat qızı ilə həmin ünvanda evlənmiş, birgə nikahlarından ərizəçilər Rüfət və Əzizə Səmədovlar həmin ünvanda doğulmuşlar və hazırda həmin ünvanda yaşayırlar. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 ## #### 2002-ci il tarixdən hazırki günə kimi Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi ev 161-də qeydiyyatdadır. Habelə, həmin arayışa əsasən cavabdeh4, X3, cavabdeh1, qarşılıqlı iddia üzrə cavabdeh3, cavabdeh5, cavabdeh7 Mirzəğa qızı, X12, X1, X13, cavabdeh8, X10, X8, X2, X17, X7 Aliyə Əliyevna, cavabdeh2, cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi ev 161-də qeydiyyatdadırlar. Hacıağa Səmədov 2-ci qrup əlil olmaqla hazırda qeyd olunan ünvanda yaşayır. Komissiya tərəfindən ərizəçilərə kompensasiya hesablanıb ödənilməsi zamanı mübahisəli evin 51/72 hissəsi üzərində mülkiyyət hüququ tanınmış qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh3 və qarşılıqlı iddia üzrə cavabdeh2 ərizəçilərə kompensasiya ödənilməsinə maneəçilik yaratmışlar. Belə ki, İddiaçı “Sovetski" məhəlləsində aparılan söküntü işləri barədə məlumat aldıqdan sonra mübahisəli evin 17/72 hissəsi üzərində mülkiyyət hüququnun olmasından istifadə edərək həmin ünvana gəlmiş və bacılarının evində yaşamağa başlamışdır. Ərizəçilərin baba və nənəsindən başlayaraq bütöv nəslin 80 il ərzində həmin ünvanda yaşamalarına və qeydiyyatda olmalarına baxmayaraq İddiaçı Köçürmə Komissiyasına müracət edərək ərzəçilərə ödənilməli olan kompensasiyanın ona ödənilməsini tələb etmişdir. Halbuki, onun Bakı şəhəri Yeni Yasamal yaşayış sahəsində mülkiyyətində olan və daimi yaşadığı mənzili vardır. Köçürmə Komissiyası yaranmış mübahisə ilə əlaqədar tərəflər arasında barışıq əldə edilməsi üçün təşəbbüslər göstərsələr də, İddiaçı inadkarlıq göstərməsi səbəbindən həmin ünvanda yaşayan sakinlərə kompensasiya ödənilməsi dayandırılmış və məhkəməyə müraciət olunması tövsiyə edilmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) ilkin iddianın təmin edilməsi, cavabdehlər cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 tərəfindən iddiaçı İddiaçı mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, cavabdehlər cavabdeh8, cavabdeh7, cavabdeh6 (azyaşlı uşaqları X10, X14 və X6 ilə birgə), cavabdeh5, cavabdeh4, cavabdeh3 və cavabdeh2 özlərinə məxsus olan əşyaları ilə birlikdə ünvan 3 ünvanında yerləşən *** saylı evin iddiaçı İddiaçı paylı mülkiyyətinə aid hissəsindən çıxarılması və sözügedən evin iddiaçı İddiaçı təhvil verilməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, mübahisəli yaşayış sahəsi paylı mülkiyyətdə olmaqla, 17/72 hissəsi iddiaçı İddiaçınn mülkiyyətindədir. Digər payçılar arasında paylı mülkiyyət üzərində istifadə barədə hər hansı mübahisə yoxdur. Məhkəmə tərəfindən həmin yaşayış evinə yerli baxış keçirilmiş, bütün paylı mülkiyyətçilər öz istifadələrində olan 4 ayrı yaşayış evinin hansı olduğunu sərbəst surətdə göstərmişdir. Paylı mülkiyyətçilərdən biri, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs özünə məxsus sahəni özgəninkiləşdirmiş, həmin sahə də hazırda sökülmüşdür. Cavabdehlər uzun müddətdir ki, iddiaçıya məxsus yaşayış evində yaşamaqdadır, həmçinin onlar həmin mənzildə qeydiyyatdadırlar. Qeyd olunan hallar işin mübahisəsiz halıdır. Cavabdehlərin yaşayış sahəsinə dair olan iddiaları onların həmin mənzildə razılıq əsasında yaşamaları və mülkiyyətçinin razılığı ilə həmin yaşayış evinə qeydiyyata düşmələri ilə bağlıdır. Beləliklə, iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olan sahə cavabdehlərin qanunsuz sahibliyində və istifadəsindədir. Iddiaçı hazırda həmin yaşayış sahəsindən istifadə edə bilmir, iddiaçı bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkəti nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin hazırda hər hansı hüquqi əsas olmadan iddiaçıya məxsus mübahisəli yaşayış evindən istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehlərin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalıdır. Çünki cavabdehlərin mübahisəli yaşayış evinə mülkiyyətçinin razılığı il qeydiyyata alınması onların hər hansı əmlak hüquqlarının mövcudluğu mənasına gəlmir. Cavabdehlərlə yaşayış evinin hazırki mülkiyyətçilərinin hər hansı qohumluq əlaqələri və ya mənzilə istifadə hüququnun yaranmasını şərtləndirən digər əsaslar da mövcud deyildir.
11. Həmçinin məhkəmə hesab etmişdir ki, ünvan 3 ünvanında yerləşən *** saylı yaşayış evi paylı mülkiyyətdə olmaqla, 17/72 hissədə İddiaçı ##.##.2010-cu il tarixdə, 17/72 hissədə qarşılıqlı iddia üzrə cavabdeh2, 17/72 hissədə qarşılıqlı iddia üzrə cavabdeh3, 21/72 hissədə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs xüsusi müıkiyyət hüququ ##.##.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı cavabdehlərin ona məxsus hissədə məskunlaşdığından oradan çıxarılmasını tələb etməkdə haqlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan yaşayış evi üzrə hüquqların müdafiə edilməsi üçün payların naturada bölgüsünün aparılmasına da zərurət yoxdur. Çünki məhkəmə araşdırması ilə mübahisəli hissənin məhz iddiaçı İddiaçı məxsus olması öz təqsidini tapmışdır. Buna görə də ilkin iddia tələbi təmin edilməlidir.
12. Qarşılıqlı iddia tələbini əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 ünvan 3 ünvanında yerləşən *** saylı yaşayış evinə dair hər hansı mülkiyyət və ya məhdud əşya hüquqlarının mövcudluğuna dair hər hansı sənəd müəyyən edilməmişdir. Əksinə, işin mübahiəsiz halları ilə yaşayış evinin iddiaçı və digər payçıların ümumi mülkiyyətində olduğu, onların atalarının razılığı ilə qarşılıqlı iddia üzrə iddiaçıların mənzilə qeydiyyata alınmaları öz təsdiqini tapmışdır. Hər hansı mülkiyyət və ya istifadə hüququ mövcud olmadığı halda, kompensasiya tələbinin irəli sürülməsi əsassız olmaqla, hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu; Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Insan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinin 1-ci bəndi; "Marks Belçikaya qarşı" "Mançini Italiyaya qarşı" və “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa Insan Hüquqları məhkəməsinin qərarlarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Qarşılıqlı iddia üzrə iddiaçılar apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd, qarşıqlıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin qət etdiyi qətnamə qeyri-obyektiv olmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə məhkəmə qərarında göstərilmiş nəticə işin faktiki halarına uyğun deyildir, işə baxılarkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyindən irəli gələn maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Cavabdehlərin illər uzunu yaşadıqları, öz mülkiyyətləri kimi vicdanla, fasiləsiz və mübahisəsiz istifadə etdikləri evin hansı əsasla iddiaçının mülkiyyətində olmasına daır məhkəmənin mülahizəsi aydın deyildir, tam əsassız və qanunsuzdur. Iddiaçının mülkiyyətində olan 17/72 hissənin hansı sahəyə düşməsi qeyri müəyyəndir, bu məqsədlə naturada bölgü aparılmamışdır. Iddiaçının bir gün də yaşamadığı mənzilə mülkiyyət hüququnun tanınması absurddur, ağlabatan deyildir. Birinci instansiya məhkəməsinin bu qənaəti də tam əsassızdır, belə ki, yerli baxış zamanı da tam təsdiq olundu ki, qeyd olunan ünvan illər uzunudur ki, faktiki olaraq 2 hissəyə bölünmüş, bölünmüş hissələr arasında giriş-çıxış qapısı qoyulmuş, iddiaçı öz ailə üzvləri ilə yuxarı hissədə, cavabdehlər isə girişdə yaşayırlar. Hakimin, mübahisəli hissənin məhz iddiaçı İddiaçı məxsus olmasının öz təqsidini tapması barədə dedikləri hansı sübutlara əsaslanır və haradan qaynaqlanır bu məlum deyildir. Digər tərəfdən, birinci instansiya məhkəməsinin cavabdehlərlə yaşayış evinin hazırki mülkiyyətçilərinin hər hansı qohumluq əlaqələri və ya mənzilə istifadə hüququnun yaranmasını şərtləndirən digər əsasların da mövcud olmaması barədə göstərdikləri də tam əsassız və qanunsuz olmaqla 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcələsinin tələblərinə ziddir. Belə ki, həmin Məcələnin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcələnin 121-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər ; istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcələnin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həl edilir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
17. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh8, cavabdeh3 və onların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
18. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh6 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə cavabdeh3 və qarşılıqlı iddia üzrə cavabdeh2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini xahiş etdilər.
20. Məhkəmə kollegiyasının əvvəlki iclasında qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh8 və cavabdeh3 nümayəndəsi və vəkili Vəkil izahatında və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, 1946-cı ildən bu nəsil həmin evdə yaşayır. Həmin yaşayış sahəsi iki yerə bölünüb, aşağı tərəfdə ilkin iddia üzrə cavabdehlər, yuxarıda isə qarşı tərəf yaşayır. Indiyə qədər aralarında hər-hansı bir problem olmayıb. Təmsil etdiyim tərəfin babası qarşı tərəfin babasına pul verərək, oranı almış və 80 ildir ki, həmin ərazidə yaşayırlar. Qarşı tərəf bütün sahənin pulunu almaq istəyir. Komissiya gələrək hər iki tərəfə görə kompensasiya hesablayıb, lakin qarşı tərəf razılaşmadığı üçün həmin kompensasiya ödənilmir. Real bölgü aparılmayıb. Məhkəmə gəldiyi qənaəti əsaslandırmamışdır. Təmsil etdiyim tərəf uzun müddətdir ki, həmin sahədə qeydiyyatdadır, başqa yaşayış yerləri yoxdur. Ətraf ərazilər sökülüb. Tərəflər orada qeydiyyatdadır. Mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur. Həmin ərazidə 80-90 faiz evin sənədi yoxdur. Zərurət olmadığından onlar da evə sənədin alınması üçün təşəbbüs göstərməyib.
21. Məhkəmə kollegiyasının əvvəlki iclasında qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh3 izahatında qeyd etmişdir ki, onlar həmin yerdə artıq 4-cü nəsildir ki, yaşayırlar. Babası 1946-cı ildə onların hazırda yaşadığı evi alıb. 80 ildir ki, bütün kommunal ödənişlər onların adına gəlir. Əgər onlar iddiaçılara evi kirayəyə vermiş olsaydılar kirayə haqqı ödənilməli idi. Bundan əlavə evin təmiri və artırma işlərini o və əmisi etmişdir.
22. Məhkəmə kollegiyasının əvvəlki iclasında qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh8 izahatında qeyd etmişdir ki, o, 68 ildir ki, həmin evdə yaşayır. Bütün təmir və artırma işlərini o görmüşdür. Qarşı tərəf orada bir gün belə yaşamayıb.
23. Məhkəmə kollegiyasının əvvəlki iclasında qarşılqlı iddia üzrə iddiaçı cavabdeh6 oğlu deyilənlərlə razı olduğunu bildirmiş, izahatında və ona verilən suala cavab olaraq qeyd etmişdir ki, qarşı tərəf sübut edə bilmir ki, onlar orada kirayədə qalmışdır. Bu günədək belə bir məsələ olmayıb. Çıxarışdan onların xəbəri olmayıb. Kommunal xərclər onların adına gəlir. O vaxt onun babası pul verib həmin evi almışdır. Evə sənədin əldə edilməsi üçün müraciət etməmişlər, çünkü indiyə qədər aralarında belə bir problem olmamışdı. Qohum kimi yaşamışlar və heç kim də onların qohum olmadığını bilməyib. Tərəflər arasında mübahisə olmadığından indiyə qədər onların həmin evdən çıxarılmaları ilə bağlı tələbi olmayıb. Indiki halda isə İddiaçı mülkiyyətində olan əmlakdan artıq qarşı tərəf pay istəyir. İddiaçı bunu vermirsə, bu onun qanunla qorunan hüququdur. Qarşı tərəfə kompensasiya ödənilməsi məsələsi bu işlərlə məşğul olan dövlət komissiyasının üzərinə qoyulmalıdır. Qarşı tərəf İddiaçı dövlət tərəfindən veriləcək kompensasiyadan pay istədikləri üçün belə bir iddia qaldırılıb.
24. Məhkəmə kollegiyasının əvvəlki iclasında ilkin iddia üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil/Nümayəndə izahatında və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, 1946-cı ildən həmin evdə yaşadıqlarını bildirirlər. Indiyə qədər evlə bağlı sənədləşmə üçün heç bir tədbir görülməyib. Tərəflər arasında mübahisə olmadığından indiyə qədər onların həmin evdən çıxarılmaları ilə bağlı tələbi olmayıb. Indiki halda isə İddiaçı mülkiyyətində olan əmlakdan artıq qarşı tərəf pay istəyir. İddiaçı bunu vermirsə, bu onun qanunla qorunan hüququdur. Qarşı tərəfə kompensasiya ödənilməsi məsələsi bu işlərlə məşğul olan dövlət komissiyasının üzərinə qoyulmalıdır. Qarşı tərəf İddiaçı dövlət tərəfindən veriləcək kompensasiyadan pay istədikləri üçün belə bir iddia qaldırılıb.
25. Məhkəmə kollegiyasının əvvəlki iclasında ilkin iddia üzrə iddiaçı İddiaçı izahatında və ona verilən suala cavab olaraq qeyd etmişdir ki, 161-ci ünvan bütün həyətə aiddir. Onların yaşadıqları evin də texniki pasportunda ünvan 161-dir. Onların babaları bizə vaxtilə kirayə pulu veriblər. Sonradan 1985-ci ildən onlardan kirayə pulu almamışlar. Əgər həmin evlər sökülməsəydi, yenə də orada yaşayacaqdılar. Bu ev onun ata-baba mülküdür, söküləndə də bunun üçün veriləcək kompensasiyanı almaq istəyir. Onların heç bir sənədi yoxdur. Onlarla heç bir qohumluq əlaqəsi olmayıb. 1946-cı ildən orada yaşamırlar. Onun babası 1953-cü ildə vəfat edib, o, vəfat edəndə qarşı tərəf orada yaşamayıb.
26. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir..
Tətbiq edilən hüquq normaları:
27. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının ilkin iddianın, təmin qarşılıqlı iddianın təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Çünki qarşılıqlı iddia üzrə iddiaçılar qətnaməni həmin hissədə mübahisələndirmişdir.
Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
32. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, iş materiallarının tədqiqi ilə müəyyən edilir ki, mübahisəli yaşayış sahəsi paylı mülkiyyətdə olmaqla, 17/72 hissəsi iddiaçı İddiaçı mülkiyyətindədir. Digər payçılar arasında paylı mülkiyyət üzərində istifadə barədə hər hansı mübahisə yoxdur. Məhkəmə tərəfindən həmin yaşayış evinə yerli baxış keçirilmiş, bütün paylı mülkiyyətçilər öz istifadələrində olan 4 ayrı yaşayış evinin hansı olduğunu sərbəst surətdə göstərmişdir. Paylı mülkiyyətçilərdən biri, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs özünə məxsus sahəni özgəninkiləşdirmiş, həmin sahə hazırda sökülmüşdür. Ilkin iddia üzrə cavabdehlər uzun müddətdir ki, iddiaçıya məxsus yaşayış evində yaşamaqdadır, həmçinin onlar həmin ünvanda qeydiyyatdadırlar.
34. Ilkin iddia üzrə iddiaçı cavabdehlərin vaxtı ilə mərhum babasının icazəsi ilə həmin evdə yaşadıqlarını və qeydiyyata düşdüklərini bildirmiş, hazırda onunla heç bir qohumluq əlaqəsi olmayan cavabdehlərin paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan evdə yaşamasının onun mülkiyyət hüquqlarını pozduğunu bildirərək cavabdehlərin həmin evdən çıxarılmasını xahiş etmişdir.
35. Qarşılıqlı iddia üzrə iddiaçılar isə mübahisəli evin cavabdeh8 atası, eyni zamanda ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar- cavabdeh3, cavabdeh2, cavabdeh6 babası, cavabdeh4 və cavabdeh7 qaynatası cavabdeh6 Səməd oğlu tərəfindən 1946-cı ildə alqı-satqı yolu ilə əldə edildiyinə, Köçürmə Komissiyası tərəfindən ərizəçilərə kompensasiya hesablanıb ödənilməsi zamanı mübahisəli evin 51/72 hissəsi üzərində mülkiyyət hüququ tanınmış qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh3 və qarşılıqlı iddia üzrə cavabdeh2 ərizəçilərə kompensasiya ödənilməsinə maneəçilik yaratdığına və ilkin iddia üzrə iddiaçı İddiaçı Köçürmə Komissiyasına müracət edərək ərzəçilərə ödənilməli olan kompensasiyanın ona ödənilməsini tələb etməsi bildirərək qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş, kompensasiyanın ödənilməsinə yaradılan maneələrin aradan qaldırılmasını və kompensasiyanın ödənilməsi öhdəliyinin qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri Yasamal rayon icra hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmişdir.
36. Məhkəmə kollegiyası ilkin iddianın təmin edilməsi üzrə birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçıya paylı mülkiyyət hüququ ilə məxsus olan sahə cavabdehlərin istifadəsindədir. Evin mülkiyyyətçiləri əvvəllər cavabdehlərin evdən istifadəsinə etiraz etməmişlər. Lakin artıq həmin evin ətrafında söküntü işləri aparıldığından evin mülkiyyətçisi evin sökülməsi ilə əlaqədar ona ödənilməli olan kompensasiyanı almaq istəyir. Ilkin iddia üzrə cavabdehlər isə evin mülkiyyətçisinə ayrılmış kompensasiyanın onlara ödənilməli olduğunu bildirirlər. Ilkin iddia üzrə iddiaçı bu səbəbdən hazırki iddia tələbini irəli sürmüşdür. Cavabdehlər isə evin sökülməsi ilə əlaqədar mülkiyyətçiyə ödənilməli olan kompensasiyanın onlara verilməsi ilə bağlı qarşılıqlı iddia tələbi irəli sürmüşlər.
37. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» ## #### 2001-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il ########ın #-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
38. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
39. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
40. Kollegiya qeyd edir ki, ilkin iddia üzrə cavabdehlərin ailə üzvləri mübahisə predmeti olan evdə 2000-ci ildən də qabaq yaşasalar belə, evin icarədarı ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmamışlar. 41.Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dayısı qızıdır. ünvan 6 ünvanda yerləşən yaşayış sahəsinin 17/72 hissəsi İddiaçı mülkiyyətindədir. Ilk iddia üzrə cavabdehlər Səmədovlar ailəsi uzun müddətdir ki, ilk iddia üzrə iddiaçıya məxsus yaşayış evində yaşayırlar. X21 özünə məxsus olan hissəni Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satmışdır. Həmin hissə anasına məxsus olmuş və vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Anasının vəfatından sonra həmin hissədə bir müddət yaşamışdır. Həmin hissə 3 otaqdan ibarət olmuşdur. Paylı mükiyyətçilərin payı naturada ayrılmamışdır. Ilk iddia üzrə cavabdehlər ilk iddia üzrə iddiaçıya məxsus hissədə əvvəllər kirayəçi olaraq yaşamışlar. Ilk iddia üzrə cavabdeh cavabdeh8 tərəfindən həmin hissədə heç bir tikinti işləri aparılmamışdır.
42. ## ###### 2026-cı il tarixli iclas protokolundan görünür ki, ilkin iddia üzrə cavabdeh cavabdeh3 suala cavab olaraq bildirir ki, X3 onun atasıdır. O, vəfat etmişdir. Ilkin iddia üzrə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi, atası və əmisi tərəfindən yazılmış ərizələr qarşılıqlı iddia üzrə cavabdeh3 qıza məxsus olan hissə ilə bağlıdır.
43. Istinad olunan 2010-cu il tarixdə imzalanmış ərizələrə nəzər saldıqda müəyyən olunur ki, Səmədov Gülağa və cavabdeh8 bildirir ki, Mustafa Sübhi 161 ünvanında ailə üzvləri ilə yaşayırlar. Bu ünvanda yaşayan Hüseynova Səliməxanımın qızları İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh2, qarşılıqlı iddia üzrə cavabdeh3 ilə heç bir qohumluq əlaqələri yoxdur və bu mülkə heç bir iddiaları yoxdur (ı cild, i.v. 75-77).
44. O cümlədən, # #### 2026-cı il tarixli iclas protokolundan müəyyən olunur ki, qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh2 izahatında qeyd etdi ki, qarşılıqlı iddianı qəbul etmir. Ailəsi ilə birlikdə həmin evdə yaşayır. Ona məxsus olan hissə 2 otaqdan ibarətdir.
45. # #### 2026-cı il tarixli iclas protokolundan müəyyən olunur ki, qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh3 izahatında qeyd etdi ki, qarşılıqlı iddianı qəbul etmir. Həmin evdə yaşayır. Ona məxsus olan hissə 3 otaqdan ibarətdir. Bibisi qızı özünə məxsus olan hissəni Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs satmışdır. Həmin hissə artıq sökülüb. Ilkin iddia üzrə iddiaçıya məxsus olan hissə giriş çıxışları ayrı olan bir və iki otaqdan ibarətdir.
46. Məhkəmə kollegiyasının əvvəlki iclasında qarşılıqlı iddia üzrə iddiaçılar cavabdeh8 və cavabdeh3 nümayəndəsi və vəkili Vəkil izahatında qeyd etdi ki, yaşayış sahəsi iki yerə bölünüb, aşağı tərəfdə ilkin iddia üzrə cavabdehlər, yuxarıda isə qarşı tərəf yaşayır.
47. Göründüyü kimi paylı mülkiyyətçilər öz aralarında paylarına uyğun olaraq yaşayış evini ayırıblar. qarşılıqlı iddia üzrə cavabdeh3 və qarşılıqlı iddia üzrə cavabdeh2 yaşayış evinin özlərinə aid olan hissəsində yaşayırlar. Digər paylı mülkiyyətçi İddiaçı isə mülkiyyət hüququnun bərpa edilməsi üçün ilkin iddia üzrə cavabdehlərə qarşı hazırki iddia tələbini irəli sürmüşdür.
48. # #### 2026-cı il tarixli iclas protokolundan o da müəyyən olunur ki, Bakı şəhər Icra Hakimiyyətinin köçürülmə üzrə Qəbul Komissiyasının nümayəndəsi ilkin və qarşılıqlı iddia tələblərinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxmışdır.
49. Kollegiya qeyd edir ki, cavabdehlərin ailə üzvləri illər öncə mübahisə predmeti olan evdə yaşasalar da onlar icarədarla ümumi təsərrüfat aparmadıqları üçün onların evdən istifadə hüququ yaranmamışdır. Daha sonra, münasibətlər davam etmiş və mübahisə predmeti olan evə ilkin iddia üzrə iddiaçı və onun bacılarının mülkiyyət hüquqları qeydə alınmışdır. Mülkiyyətçi ilə cavabdehlər arasında evdən istifadə hüququ ilə bağlı notariat qaydasında yazılı müqavilə bağlanmamışdır. Hətta 2010-cu il tarixli ərizələrlə də Səmədov Gülağa və cavabdeh8 təsdiq etmişlər ki, Mustafa Sübhi 161 ünvanında ailə üzvləri ilə yaşayırlar. Bu ünvanda yaşayan Hüseynova Səliməxanımın qızları İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh2, qarşılıqlı iddia üzrə cavabdeh3 ilə heç bir qohumluq əlaqələri yoxdur və bu mülkə heç bir iddiaları yoxdur.
50. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
51. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorların özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov