Məhkəmə qərarları › İş №2(3-6)-2010/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2010/2026

04.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2010/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər: X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Əhməd oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “şifahi borc müqaviləsi üzrə pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları, iş üzrə məhkəmə icraatı:

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 14500 manat məbləğində pul vəsaiti, 330 manat hüquqi yardım, 135 manat dövlət rüsumu olmaqla, ümumilikdə 14965 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi 2012-ci ildən tanıyır, həmin vaxt tikinti işləri ilə məşğul olurmuş, tikinti obyektinin mebellərini cavabdeh hazırlamış, münasibətləri bu formada yaranmış, bundan sonrakı dövrdə də şəxsi və işi ilə bağlı mebel sifarişlərini cavabdeh Cavabdeh yerinə yetirmişdir. Bu şəkildə yaxın münasibət yarandığından 2025-ci ilin aprel ayında cavabdeh ona zəng edərək onunla görüşmüş, təcili 11000 manat məbləğində pula ehtiyacı olduğunu, 10-15 günə qaytaracağını bildirmişdir. O, isə özündə olmadığı üçün yaxın dostu ilə danışaraq 10000 manat pulu dostundan almış və 1000 manat da özü düzəldərək, ümumilikdə 11000 manat məbləğində pul vəsaitini ## ##### 2025-ci il tarixdə cavabdeh Cavabdeh vermişdir. Borcun 15-20 gün müddətinə geri qaytarılması barədə cavabdehlə razılığa gəlmiş olsalar da, cavabdeh öhdəliyini müəyyən olunmuş müddətdə icra etməyərək borcunu qaytarmamışdır. Cavabdehin götürmüş olduğu öhdəliyi vaxtında icra etməməsi səbəbindən borc aldığı şəxsin pulunu bağlaması üçün başqalarından faizə pul götürməklə borcu ödəmişdir. Bu da ona birbaşa əlavə maddi zərər vurmuşdur. Cavabdehə görə əlavə zərərə məruz qaldığını, 3500 manat faiz ödədiyini bildirdikdə o, bütün zərəri qarşılayacağını, kimlərdənsə alacağının olmasını, qısa müddətdə pulu alaraq ümumi zərəri, yəni 14500 manatı bağlayacağını bildirmişdir. Artıq beş aydır ki, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınır. Hər dəfə zəng etdikdə işi uzatmaq üçün əlində yaxşı sifariş olduğunu, həmin sifarişi bitirərək aldığı pul vəsaiti ilə borcunu ödəyəcəyini bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim P.Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 11.000 (on bir min) manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı xeyrinə tutulması, iddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 135 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 330 manat vəsaitinin 76%-i, yəni 386 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 24%-i, yəni 79 manatının iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki işin materialları, iddiaçının nümayəndəsinin və cavabdehin məhkəmə iclasında verdikləri izahatlarla təsdiq edilir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 11.000 manat məbləğində pul vəsaiti vermişdir. Bununla yanaşı, iddiaçının 3500 manat məbləğində dəymiş zərərin ödənilməsi tələbinə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı “cavabdeh Cavabdeh borcuna görə əlavə 3500 manat məbləğində zərərin ödənilməsi” hissəsində tələbini əsaslandırılmadığından və həmin hissə sübutlarla təsdiq edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə mülki işdə olan sübutları və işin faktiki hallarını qiymətləndirib, belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh 11.000 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:

5. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin dəyişdirilərək, iddianın qismən təmin edilməsi və cavabdehdən 6000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmə iclasları olana qədər Binəqədi Rayon Polis Idarəsinin 5-ci Polis Bölməsinin əməliyyatçıları tərəfindən aparılıb, belə ki, polis bölməsində olduğu zaman iddiaçının bank kartı olmadığına görə ona çatdırılması üçün 5000 manat məbləğində pul vəsaitini polis əməkdaşının kartına köçürmüşdür. Pulun köçürülməsinə dair qəbzlər onda mövcuddur. Bu fakt özü təsdiq edir ki, o, öhdəlikdən yayınmamış, əksinə, mövcud imkanlar daxilində borcun qaytarılması istiqamətində real və konkret addımlar atıb. Digər tərəfdən, İddiaçı tərəfindən heç bir hüquqi əsas olmadan əlavə faiz hesablanması həyata keçirilmişdir ki, bu da qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir və borcun məbləğinin süni şəkildə artırılmasına səbəb olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

7. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

8. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.

Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən iddia tələbinin təmin edilən 5000 manat hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı mübahisələndirilən hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

16. Işin mübahisələndirilməyən halı odur ki, tərəflər arasında borc münasibətləri olmuş, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 11000 manat məbləğində pul vəsaiti vermişdir.

17. Iddiaçı hazırkı iddia tələbində 11000 manat məbləğində borcun və puldan istifadə etmədiyi müddət üçün ona dəymiş zərərin ödənilməsini cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən - 11000 manat məbləğində borcun tutulması qət edilmiş, qətnamə cavabdeh tərəfindən həmin məbləğin 5000 manat hissəsində mübahisələndirilmişdir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işə əlavə edilmiş CD diskdə olan video çəkilişdən məlum olur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh məxsus telefon mobil nömrəsi ilə telefon danışığı apararaq, ondan borcun qaytarılmasını tələb etmiş, Cavabdeh isə ona 11000 manat məbləğinə pul vəsaitinin verildiyini etiraf etmiş, işi ilə bağlı alacaqlarının olduğuna əsaslanaraq yaxın vaxtlarda borcunu qaytaracağını bildirmişdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh tərəfindən iddiaçıya ödənilməli 11000 manat məbləğində borcunun olması həmçinin işə birinci instansiya məhkəməsində baxılması zamanı təqdim edilmiş ## ###### 2025-ci il tarixli ərizə ilə də təsdiq edilir.

21. Göründüyü kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etmişdir.

22. Mülki Məcəllənin 739.2-cü maddəsinin tələbinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

23. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2026-cı il tarixli qərarında qeyd edilir ki, “...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bir çox ölkələrin qanunvericiliyində borc müqaviləsi üçün yazılı forma tələbi məhz sübutetmə şərti olaraq qəbul edilmiş, tərəflərin məhkəmə mübahisəsi halında sübutetmə imkanları yazılı sübutlarla məhdudlaşdırılmışdır. X3 Qanunu da borc müqaviləsi üçün hər hansı forma şərti nəzərdə tutmamış, məhkəmə təcrübəsində sübutetmənin asanlaşdırılması baxımından yazılı sənədlərin olması uyğun görülmüşdür. Qazaxıstan Respublikası Mülki Məcəlləsinin 716-cı maddəsinin birinci hissəsində borc müqaviləsinin forma tələbinə istinad edilsə də, ikinci hissəsində müvafiq yazılı sübutların mövcudluğu tələb olunan yazılı əqdə bərabərləşdirilir. Bu yanaşmaların ortaq məntiqi ondan ibarətdir ki, borc müqaviləsi üzrə əqdin forması sübutetmənin asanlığını, mötəbərliyini və hüquqi müəyyənliyi təmin edən vasitədir, lakin bu onu heç bir halda real iqtisadi münasibətləri inkar edən hüquqi mexanizmə çevirmir. O da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Bu maddənin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## ###### tarixli Qərarı). Azərbaycan Respublikasının 2023-cü il ## ###### tarixli Qanunu ilə yeni məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmiş Mülki Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Göründüyü kimi, artıq qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə (sadə yazılı forma) yanaşı, onun elektron və ya digər müasir texniki vasitələrlə bağlanması imkanları müəyyən edilmişdir. Beləliklə, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır”.

24. Cavabdeh apellyasiya şikayətində ümumi borcdan 5000 manat məbləğində olan hissəsini Binəqədi Rayon Polis Idarəsinin 5-ci Polis Bölməsində polis əməkdaşının 5522 0993 6259 **** nömrəli kartına göndərdiyi, bu pulun da iddiaçıya verilməli olduğunu qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

25. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).

26. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tələb olunan borcun bir hissəsi (5000 manat) iddiaçı tərəfindən məhkəməyə müraciət etməzdən əvvəl ona qaytarıldığı halda cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı 11000 manat borcun bütövlükdə etiraf etməsi barədə ərizə verilməsi anlaşılan deyildir. Bununla bağlı cavabdehə məhkəmə iclasında suallar verilməsinə baxmayaraq, sonuncu tərəfindən qeyd olunan halın aydınlaşdırılması üçün tutarlı cavab verilə bilməmişdir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili olaraq qeyd etdiyi hallar şikayətin təmin olunmasına əsas vermir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar