Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2038/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə (Açar sözlər: mənzil verilməsi barədə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə, oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzil verilməsi barədə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Iddiaçının valideynləri Həsənov Nazim Səftər oğlu ilə X11 ##.##.1989-cu il tarixində nikaha daxil olmuşlar, nikah rəsmiləşdirildikdən sonra arvada “Həsənova” soyadı verilmişdir. Həmin nikahdan Səftər, Elmir, Nihad və Tural adlı övladları doğulmuşlar.
2. ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 29,50 kv.m olan mənzil Həsənov Nazim Səftər oğlu tərəfindən ##.##.1992-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzil Həsənov Nazim Səftər oğlunun adına qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi Dövlət Yanğın Nəzarəti Idarəsinin Yanğın haqqında ##.##.2018-ci il tarixli aktından görünür ki, ##.##.2018-ci il tarixdə baş vermiş yanğın nəticəsində Sübhi Salayev küçəsi - 61 (köhnə 49) ünvanda yerləşən, Həsənov Nazim Səttar oğluna məxsus 3 otaqlı evin 70 kv.m sahəsi içərisində olan ev əşyaları və geyim əşyaları ilə birlikdə tamamilə yanaraq yararsız hala düşmüşdür.
4. Həsənov Nazim Səftər oğlu ##.##.2019-cu il tarixində ölmüşdür.
5. ##.##.2024-cü il tarixdə notarial qaydada təsdiqlənmiş ərizələrdən müəyyən olunur ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iddiaçı Həsənov Nazim Səftər oğluna məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,5 kv.m olan mənzilin satılmasına, sökülməsinə, yerində yeni bina tikilməsinə heç bir etirazları yoxdur.
6. “xxxx” MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ##.##.2024-cü il tarixli, ** nömrəli müqaviləyə əsasən “xxxx” MMC ünvan 2 ünvanında yerləşən, “Mülkiyyətçi” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsus fərdi yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının (“X8” yaşayış kompleks layihəsinin) tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan evi (faktiki 61,50 kv.m) “Mülkiyyətçi”-dən almağı və qarşılığında 150.000 manat məbləğ ödəməyi, “Mülkiyyətçi” isə mülkiyyətində olan mənzili söküntü üçün “xxxx” MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür.
7. Işdə olan aktlara əsasən ünvan 5 ünvanında yerləşən, faktiki sahəsi 61,50 kv.m olan evin “xxxx” MMC-yə satılması hesabına vətəndaş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 150.000 manat ödənilmişdir.
8. ##.##.2024-cü il tarixində İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Əhməd qızı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 notariat ofisinə Həsənov Nazim Səftər oğlundan miras qalmış əmlak – mənzilin qəbul edilməsi ilə bağlı yazılı ərizə ilə müraciət etmiş, X1 və X2 isə mirası qəbul etməmələri ilə bağlı ərizələr təqdim etmişlər.
9. ##.##.2024-cü il tarixli “Miras payın bağışlanması müqaviləsi”nə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Həsənov Nazim Səftər oğlundan miras qalmış əmlaklardan onlara düşən payı İddiaçı bağışlamışlar.
10. ##.##.2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2019-ci il tarixdə vəfat etmiş Həsənov Nazim Səftər oğlunun vərəsəsi İddiaçıdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlaka ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 29,5 kv.m olan mənzildən ibarətdir.
11. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 29,50 kv.m olan mənzil ##.##.2024-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
12. ** saylı MKIS-in ##.##.2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, MKIS-də olan sənədlərə əsasən S.Salayev küçəsi, ** saylı ünvan mərhum Həsənov Nazim Səftər oğlunun adına olmuşdur. Şəxsi hesab vərəqəsinə əsasən sözügedən mənzil 2 otaq olmaqla, 21,88 kv.m yaşayış sahəsindən, 37,88 kv.m ümumi sahədən ibarət olmuşdur. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestrinin ##.##.2024-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli Çıxarışına əsasən isə İddiaçı adına olmaqla 29.50 kv.m ümumi sahədən ibarətdir. Mənzilin kim tərəfindən ölçülməsi barədə MKIS-də heç bir məlumat yoxdur.
a) Birinci instansiya məhkəməsində icraat
13. Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus mənzili sökərək maddi ziyan vurmuş “xxxx” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu ərazisində iddiaçını mənzillə təmin etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının ünvan 3 ünvanında şəxsi mülkiyyəti cavabdeh “xxxx” MMC tərəfindən icazəsi olmadan sökülmüşdür. Belə ki, ümumilikdə ev 90 kv.m olmuş, 29,50 kv.m, 2 otaqlı sahənin ona məxsus olmasını şirkət nümayəndəsinə bildirmiş, sənədləşmə və razılaşmadan sonra mülkiyyətin sökülməsinə icazə verəcəyini qeyd etmişdir. Onun və ailəsinin evdə olmamasından istifadə edən şirkət onunla razılaşmadan mülkiyyətini sökmüşdür. Dəfələrlə şirkətlə əlaqə saxlasa da, onun şifahi müraciətlərinə baxılmır. Şirkətin bu özbaşınalığı onu ağır duruma salmış və kirayə yaşamağa məcbur olmuşdur.
15. Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
16. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, evin ümumi sahəsi 90 kv.m olmuşdur. 2018-ci ildə evdə yanğın hadisəsi baş vermişdir. Ev yandıqdan sonra balkon əlavə edilmiş, balkonun qıraqları örtülmüş, evin sahəsinə daxil edilmiş, arxa qapısı dəyişdirilmişdir. Ev atasının adına olmuş, atası isə dünyasını dəyişmişdir. 60 kv.m sahənin ödənişi anasına edilmiş, qalan hissəyə münasibətdə isə MMC tərəfindən bildirilmişdir ki, ev adına keçirildikdən sonra digər 30 kv.m hissəyə görə pul ona ödəniləcək. O isə onlara inanaraq yazılı müqavilə bağlamamış, sökməyə icazə vermişdir. Onunla sonra müqavilə bağlanacağından mənzil sökülərkən notarial qaydada razılığı da alınmamışdır. Sökülməyə 1-2 ay qalmış evdən çıxmış, qaynatası xəstə olduğundan Salyanda onun yanında qalmağa getmişlər. O, çıxarış alanda mənzil artıq sökülmüşdü. Ona heç bir pul məbləği ödənilməmişdir. Onun əsas tələbi sökülmüş mənzilin əvəzinə mənzillə təmin edilməsindən ibarətdir.
17. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, yanğın aktı 2018-ci ilə aiddir, “xxxx” MMC isə 2020-ci ildə bu lahiyəyə qoşulub və baş verən yanğının ona aiddiyyatı yoxdur. Evin 38 kv.m sahəsi olub, lakin MMC həyətdəki sanitar qovşağı da ölçərək, ümumilikdə 61 kv.m hesablayıb. 60 kv.m-ə 2.500 manatdan razılaşaraq, 150.000 manat ödənilmişdir. İddiaçı şifahi razılıq vermiş, evin sökülməsindən məlumatlı olmuşdur. Ev 90 kv.m olmamışdır.
18. Məhkəmə iclasında üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bildirmişdir ki, mənzilin sahəsi 90 kv.m olmuş, MMC tərəfindən ona 60 kv.m-in pulu ödənilmiş, o da həmin pula yeni mənzil almışdır. İddiaçı isə bildirilmişdir ki, mənzilin adına olmasına dair çıxarış aldıqdan sonra, ona da ev veriləcək.
19. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 оğlu bildirmişdir ki, o, iddiaçı İddiaçılə uşaqlıqdan qonşu olmuş, dəfələrlə sözügedən evə getmişdir. Mübahisəli ev böyük sahəli, 3 otaqlı, pilləkənlər də hesaba qatılsa, ölçüsü 120 kv.m-dən çox olmuşdur. Pilləkənsiz təxminən 90 kv.m. olardı. 2024-cü ilin sonunda söküntü olmuş, hələ iş başlamamışdır. Iddiaçıya nəsə verilməsi barədə məlumatı yoxdur. Hər halda evin ölçüsü 90 kv.m-dən artıq olmuşdur.
20. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 ifadəsində göstərmişdir ki, o, iddiaçı İddiaçı qardaşıdır. Yanğından sonra evdə ciddi artırma olmamış, təxminən 15-20 kv.m ölçülü balkon bağlanmışdır. Pulu onun yoldaşı almış, danışıqları anası aparmışdır. 60 kv.m hissədən əlavə qalan sahəyə münasibətdə şirkət bildirmişdir ki, digər hissə Səftərin adına keçdikdən sonra alğı-satqı həyata keçiriləcəkdir.
21. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim N.N.Tağıyeva) iddia tələbi təmin edilmişdir.
22. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan alğı-satqı müqaviləsinə əsasən, mənzil 1992-ci ildə Həsənov Nazim Səftər oğlu tərəfindən alınmış, mülkiyyət hüququ dövlət qeydiyyatından keçirilmişdir. ##.##.2018-ci il tarixdə orada yanğın hadisəsi baş vermiş, daha sonra mənzil bərpa edilmişdir. Yanğın nəticəsində Həsənov Nazim Səftər oğluna məxsus evin hüquqmüəyyənedici sənədləri məhv olmuş, ##.##.2018-ci il tarixdə yenidən Həsənov Nazim Səftər oğlunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə olunmuşdur. ##.##.2019-cu il tarixdə Həsənov Nazim Səftər oğlu vəfat etdikdən sonra ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə vərəsəsi (övladı) İddiaçı ünvan 4 49) ünvanda yerləşən, ümumi sahəsi 29,5 kv.m olan mənzildən tam hissədə miras payı almışdır. ##.##.2024-cü il tarixdə İddiaçı miras əmlakı öz adına rəsmiləşdirmişdir. Işin hallarından göründüyü kimi, mərhumun arvadı ilə mənzilin tikinti şirkəti tərəfindən sökülməsi barədə müqavilə iddiaçının həmin əmlaka dair vərəsəlik hüquqlarının rəsmiləşdirilməsindən əvvəl bağlanmışdır.
23. Məhkəmə mənzilin ölçüsünə qiymət verərək qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlarda mənzilin ümumi sahəsinin 29,5 kv.m göstərilməsi həmin yaşayış sahəsinin yalnız rəsmiləşdirilmiş hissəsini əks etdirir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, yanğın aktını müqayisəli şəkildə tədqiq edərək hesab etmişdir ki, həmin sahə əmlakın real ölçüsünü tam şəkildə əhatə etmir. Əvvəla, ##.##.2024-cü il tarixli müqavilə və cavabdeh “xxxx” MMC nümayəndələrinin məhkəmə iclaslarında verdikləri izahatlar ilə mənzilin faktiki sahəsinin çıxarışda göstərilən 29,5 kv.m-dən artıq olduğu, təxminən 60 kv.m həcmində təşkil etdiyi qəbul edilmişdir. Iddiaçı tərəfindən yaşayış sahəsinin real ölçüsünün 60 kv.m-dən də böyük, 90 kv.m olduğu irəli sürülmüşdür. Məhkəmə araşdırması zamanı aşkar edilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2018-ci il tarixli yanğın haqqında akta əsasən, ##.##.2018-ci il tarixdə Həsənov Nazim Səftər oğluna məxsus, qeyd olunan ünvanda yerləşən üçotaqlı evin 70 (80?) kv.m sahəsi daxilində yanğın hadisəsi baş vermişdir. Yəni mənzilin ölçüsünün cavabdehin qeyd etdiyi 60 kv.m-dən də artıq olması öz təsdiqini tapır. Əlavə olaraq, iddiaçının izahatına və şahid ifadələrinə əsasən yanğın hadisəsindən sonra mənzildə təmir və artırmalar aparılmış, balkon sahəsi bağlanaraq mənzilə daxil edilmiş, nəticədə söküntüyə məruz qalan tikili yanğın aktında göstərilən 70 kv.m-dən də artıq sahəni əhatə etmişdir. Digər tərəfdən, ##.##.2026-cı il tarixli ** saylı MKIS tərəfindən təqdim olunmuş məktubda mənzilin 2 otaqdan ibarət olmaqla 21,88 kv.m yaşayış sahəsinə və 37,88 kv.m ümumi sahəyə malik olduğu göstərilsə də, yanğın aktında mənzilin 3 otaqdan ibarət olduğu öz təsdiqini tapmışdır. Bu hal mənzildə sonradan artırmalar olduğunu bir daha təsdiq edir.
24. Məhkəmə hazırkı iddia tələbinə məhz bu aspektdən yanaşaraq hesab etmişdir ki, iddiaçı ilə əvəzləşdirmə müqaviləsinin bağlanılması, onun artıq cavabdeh MMC tərəfindən sökülmüş əmlakı üzərində pozulmuş mülkiyyət hüququnun bərpasına xidmət edəcəkdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, mənzilin verilməsi öhdəliyinin MMC-nin üzərinə qoyulması iddiaçının mülkiyyət hüququnun bərpa edilməsinə səbəb olacaq və bu, müqavilə azadlığı prinsipini pozan hal kimi qəbul edilə bilməz.
25. Məhkəmə cavabdeh “xxxx” MMC tərəfindən iddiaçı İddiaçı mülkiyyət hüquqlarının pozulması nöqteyi-nəzərindən qeyd etmişdir ki, mənzilin 60 kv.m hissəsinə dair ##.##.2024-cü il tarixdə müqavilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ilə bağlanmış, ona 150.000 manat pul verilmişdir (cavabdehin nümayəndəsinin bildirdiyinə görə hər kv.m. üçün 2.500 manat ödənilməklə). Müqavilənin 2.1.1-ci bəndində söküntüsü nəzərdə tutulan mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinin alınıb, “xxxx” MMC-yə təhvil verilməsi şərtləşdirilmiş, lakin bu qaydaya əməl olunmayaraq, həmin ünvanda qeydiyyatda olan İddiaçı notarial qaydada təsdiq edilmiş razılığı alınmadan söküntü prosesinə başlanılmışdır. Mənzil tamamilə sökülməsinə baxmayaraq, “xxxx” MMC tərəfindən onun 29,5 kv.m sahəsinin mülkiyyətçisi İddiaçı ödəniş edilməmişdir və bu səbəblə hazırda həmin hissədə cavabdehin iddiaçı qarşısında icra olunmamış öhdəliyi mövcuddur.
26. Bütün sadalanan hallardan göründüyü kimi mülki hüquq münasibətlərinin subyekti, yəni “xxxx” MMC öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduğu halda, mülki qanunvericiliyin prinsiplərinə zidd davranmış, iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və III hissələrinə, 29-cu maddəsinə, “Avropa Insan Hüquqları Konvensiyasının” * saylı Protokolunun 1-ci maddəsinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Sporrong və Lönnroth Isveçə qarşı” iş üzrə, “Brumaresku Rumıniyaya qarşı” iş üzrə və “Scordino Italiyaya qarşı” iş üzrə qərarlarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 390.3, 425-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
28. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi araşdırarkən cavabdeh tərəfindən təqdim edilmiş sübutları, onun mövqeyini araşdırmış, eyni zamanda evin söküntüsü ilə bağlı xronologiyanı düzgün vermiş, lakin bunlara baxmayaraq, araşdırmadan çıxan nəticə işin hallarına uyğun gəlmir. Belə ki, iş materiallarından da görünür ki, cavabdeh evin söküntüsü ilə bağlı zəruri kompensasiya məbləğini ödəmişdir və tərəflər arasında evin sahəsi ilə bağlı hər hansı mübahisə olmamışdır. Sonradan isə iddiaçı kompensasiya alan ailə üzvlərinin miras payından imtinası əsasında, artıq sökülmüş evə mülkiyyət hüququ əldə etməklə, iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən hallar məhkəmədə araşdırılmış, məhkəmə tərəfindən cavabdehin vəsatəti əsasında (MPM-in 78.2-ci maddəsinə əsasən) həm Dövlət Notariat Arxivinə, həm də Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğular ünvanlanmışdır. Təəssüf ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sorğuya lazımınca cavab verilməmiş və həmin sorğu ilə aydınlaşdırılmalı məsələ yarımçıq saxlanılmışdır, halbuki işin ədalətli həlli üçün həmin sorğuya cavab müstəsna əhəmiyyət kəsb edirdi. Bundan əlavə iş üzrə əhəmiyyətli kəsişmə nöqtələrindən biri sökülmüş evin faktiki sahəsi ilə bağlıdır. Bunula bağlı işə əlavə edilmiş ** saylı MKIS tərəfindən verilmiş arayışda evin sahəsinin 37.88 kvadrat metr olduğu görünür. Iddiaçı tərəfindən isə yanğın barədə tərtib edilmiş aktda sahənin 80 kv m və ya 70 kv m (qətnamənin mətnindən hansı rəqəmin əsas götürüldüyü aydın olmur) olduğu iddia edilir. Iddiaçının məhkəmə iclasında iştirakını təmin etdiyi şahidlər isə gözəyarı ölçü ilə evin sahəsinin 90 kv.m olduğunu iddia etmişdir. Eyni zamanda, məhkəmə qərarını əsaslandırarkən işgüzar adətlərə istinad edir (qətnamənin 6-cı səhifəsinin 5-ci abzası). Lakin bu istinad da yarımçıqdır. Sökülmüş evin sahəsi ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş sübutların mötəbərliyi ciddi sual doğurur, belə ki, yanğın aktında adi gözlə belə müşahidə edilən düzəliş var və nə təsadüfdürsə düzəliş əmlakın sahəsi ilə bağlıdır, eyni zamanda həmin akt 2018-ci ilə aiddir və söküntü zamanı evin sahəsi ilə bağlı mötəbər sübut kimi qəbul edilə bilməz və qəribəsi odur ki, həmin sənədin nüsxəsini sorğu vasitəsilə əldə etmək mümkün olmamışdır. Şahidlərin ifadələri isə ziddiyyətli olmaqla yanaşı, onların iddiaçı ilə yaxınlığa görə mötəbər sayıla bilməz və ifadələr dinlənilərkə həmin ifadələrin “əzbərlənmiş” xarakter daşıması məhkəmənin diqqətindən yayınmışdır, halbuki bununla bağlı cavabdehin vəkili mövqe bildirmiş, diqqəti bu məqama yönəltmişdir. Işgüzar adətlərlə bağlı isə bildirir ki, evlərin söküntüsü zamanı, mülkiyyətçilər evin sahəsinin çox göstərilməsində maraqlıdırlar və bu kompensasiya məbləğinin həcminə birbaşa təsir edən faktordur. Ritorik sual yaranır, kim şifahi bəyanata inanaraq evinin sahəsini az göstərər və daha az kompensasiya alar? Axı sadə məntiqlə düşünəndə belə bu qəbuledilməz faktdır. Göründüyü kimi məhkəmə işin ədalətli həlli üçün müstəsna əhəmiyyət kəsb edən evin sahəsi halını yetərincə araşdırmadan birtərfli qərar qəbul etmişdir. Digər mühüm bir məsələ isə, iddiaçının əmlak hüququnu hansı şəraitdə əldə etməsidir. Sadə ardıcılıqla sıralasaq, digər ailə üzvlərinə kompensasiya verilir, bir ailə üzvü notarial razılığı imzalamaqdan yayınır, kompensasiya verilib ev söküldükdən sonra isə kompensasiya alan ailə üzvləri iddiaçının xeyrinə mirasdan imtina edir, şəxs vərəsəlik şəhadətnaməsini ev söküldükdən iki aydan çox vaxt keçdikdən sonra ##.##.2024-cü ildə əldə edir və mülkiyyət hüquqları ##.##.2024-cü ildə qeydiyyata alınır. Məhz bu məqama görə çıxarış sənədinin verilməsi şəraiti aydınlaşdırılmalı idi və məhkəmə bu hissədə araşdırmanı bitirmədən qərar vermişdir. Iddiaçının mülkiyyət hüququnu əldə etdiyi şərait tam aydınlaşdırılmamışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin çıxarışı verərkənevin mövcudluğu ilə bağlı məsələni araşdırıb-araşdırılmaması məqamı aydınlaşdırılmamışdır Evin sahəsi ilə bağlı təqdim edilmiş sübutlar arasında əlaqə qurulmadan iddiaçının şifahi bəyanatı əsasında qərar verilmişdir Cavabdehin nümayəndəsi Emil Qurbanovun ifadəsi ümumiyyətlə nəzərə alınmamışdır Iş araşdırılarkən, kompensasiya verilməsi prosesində formalaşmış işgüzar adətlər diqqətə alınmamışdır. Evin sahəsinin 90 kv.m olması nəticəsinə nəyə əsasən gəlindiyi qətnamədən aydın olmur və bu nəticə işin halları kompeks analiz olunduqda sübut edilmir. Məhkəmə evin sahəsinin 90 kv.m olması nəticəsinə necə gəlmişdir, aydın deyil, eyni zamanda, evlərin söküntüsü zamanı kompensasiyanın necə formalaşması ilə bağlı praktika məhkəmə tərəfindən görməzdən gəlinmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Iddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, cavabdeh şirkət iddia edir ki, o, rəsmi çıxarışı (mülkiyyət sənədini) ##.##.2024-cü il tarixində əldə etdiyi zaman ev artıq sökülmüşdü və guya mülkiyyət hüququ obyekti olmadığı üçün hüquq bitmişdir. Bu iddia tamamilə yalandır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş video və səs yazıları ilə rəsmən təkzib edilmişdir. Məhkəmə iclasında təqdim olunmuş video qeydlərdən açıq-aşkar görünür ki, əmlak dövlət qeydiyyatına alınıb onun adına çıxarış verildikdən sonra cavabdeh şirkət tərəfindən sökülmüşdür. Şirkət, qanuni mülkiyyətçisi olduğu və əlində rəsmi dövlət sənədi (çıxarış) olan daşınmaz əmlakı, onunla heç bir rəsmi alqı-satqı və ya kompensasiya müqaviləsi bağlamadan, özbaşına sökərək mülkiyyət hüququna qanunsuz müdaxilə etmişdir. Azərbaycan Respublikası mülki qanunvericiliyinə və Konstitusiya Məhkəməsinin presedent qərarlarına görə, mülkiyyətin qanunsuz sökülməsi vətəndaşın hüququnu xitam etmir, əksinə söküntünü aparan tikinti şirkətinin üzərinə mənzillə təminat və ya dəymiş ziyanın əvəzinin ödənilməsi öhdəliyini qoyur. Cavabdeh şikayətində evin cəmi 60 kv.m olduğunu və bu sahəyə görə digər vərəsə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 150.000 AZN ödənildiyini, bununla da öhdəliyinin bitdiyini iddia edir. Bu arqument də əsassızdır. Iş materiallarında mövcud olan Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi Yanğın Aktı sübut edir ki, hələ 2018-ci ildə baş vermiş yanğın zamanı evin sönən sahəsi rəsmən 70 kv.m təşkil etmişdir. Bu, evin ümumi real sahəsinin cavabdehin iddia etdiyindən qat-qat böyük (bütövlükdə 90 kv.m) olduğunu təsdiqləyir. Digər vərəsə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ödənilən vəsait çıxarışda olmayan (artırma) 60 kv.m-lik hissənin kompensasiyası olmuşdur. Onun tələbi isə tamamilə müstəqil, atasından miras qalan və dövlət qeydiyyatından keçərək adına rəsmiləşdirilən 29.50 kv.m-lik qanuni mülkiyyət sahəsinə aiddir. Şirkət sənədsiz artırmanın pulunu ödəməklə, əlində rəsmi dövlət çıxarışı olan qanuni vərəsənin (mənim) payını kompensasiyasız qoymaq və mənimsəmək istəyir. Nərimanov Rayon Məhkəməsi işin faktiki hallarını - video yazıları, dövlət reyestr çıxarışını, FHN-in rəsmi aktını tam və hərtərəfli araşdıraraq, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq sübutlara obyektiv qiymət vermişdir. Məhkəmə cavabdehin "pisniyyətli davranışını" və vətəndaşı aldadaraq mülkiyyətini kompensasiyasız sökdüyünü düzgün müəyyən etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iş başlanarkən həm Dövlət Notariat Arxivinə, həm də DƏDKR PHŞ-yə sorğu ilə müraciət edilib ki, bu daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınma halları ilə bağlı məlumat versinlər. Lakin sorğuya cavab verilmədi. Sonra Mülki Prosessual Məcəllə-in 78.2-ci maddəsinə əsasən məhkəməyə kömək etməsi ilə bağlı müraciət olundu. Məhkəmə vəsatəti təmin etdi və sorğular göndərdi. Lakin işin gedişatı ərzində o sorğulara tam cavab alına bilmədi. Bu məsələ iş üçün çox əhəmiyyətli idi. Orada önəmli olan məqam ondan ibarət idi ki, ailə ilə danışılıb və evin sahəsinə uyğun kompensasiya məbləği danışılır, razılığa gəlinir, bu məbləğ ödənilir, ailə üzvlərindən 1 nəfər kənarda saxlanılır, ondan sonra hər kəs onun xeyrinə imtina edir və sonra yenidən təkrar kompensasiya istənilir. Bu məsələ aydınlaşdırılmalıdır, eyni zamanda hüquqmühafizə orqanlarına da Ilduzə xanımın əməlində cinayət tərkibinin olub-olmamasının araşdırılması ilə bağlı müraciət etmişlər. Ikinci bir məsələ isə evin sahəsi ilə bağlı idi. Məsələ ondan ibarətdir ki, iddiaçı bir arayış təqdim etdi, hansı ki, hakimin özünün də qeyd elədiyi kimi həmin arayışda kvadrat olan hissədə açıq-aşkar müdaxilə izləri görünür. Məhz o məqamı da aydınlaşdırmaq üçün sorğu da verildi, nədənsə o sənədin arxivi heç tapılmadı. Evin sahəsi birdən-birə 90 kv.metrə qalxdı. Məhkəmə qətnaməsindən ümumiyyətlə evin sahəsinin nə qədər qəbul edildiyi aydın olmur. Digər bir tərəfdən də nəzərə almaq lazımdır ki, məhkəmənin istinad etdiyi şahid ifadələrinin hamısı maraqlı şəxslərin ifadələri olmuşdur. Necə olur ki, 90 kv.metrlik evi olan bir şəxs birdən-birə 60 kv.metrlə razılaşdı?!
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin verdiyi aktda 70 kv.metr evin ümumi sahəsi kimi qeyd olunmamışdır, evin tamamilə yanmış hissəsi kimi qeyd olunmuşdur. Evin tamamilə yanan hissəsi 70 kv.metr qeyd olunub. Evin ümumi kvadratı isə 90 kv.metr olub. Iş materiallarında göstərilən sənəddə özü də 70 kv.metr görür. Bütün bu məsələlərdən xəbəri var idi. 4 qardaş, ata, ana, öz övladı və yoldaşı, bir də qardaşının yoldaşı və 2 övladı o evdə yaşamışdır. Ev 3 otaqlı idi, orada balkon və mətbəx var idi. Qayınanası xəstə idi deyə məcburi şəkildə Salyanda onların yanında qalmışdır. Ilkin adlı şəxs evi adına keçirtməyini, 30 kv.metrin də ödənişinin ona olunacağını bildirmişdi. Anası və qardaşının niyə 30 kv.metr sahədən imtina etmələri ilə bağlı ərizə yazıblar sualınıza cavab olaraq deyir ki, özü o alqı-satqı prosesində, hansı ki pul alıb-verəndə iştirak etməmişdir. Alqısatqı prosesləri ilə bağlı ailəlikcə bu barədə danışmışlar. Sonradan ev istəməyinin izahı belədir ki, onlarda sahə ümumi idi, lakin çıxarış bir dənə idi. Anası və qardaşının notariat ofisinə getməklərindən xəbəri olmuşdur. O, rəsmi müqavilə bağlamamışdır. Anası və qardaşı bu barədə razılaşıblar. Bu razılaşma olanda özü o evdə yaşayırdı. Bu danışıqlardan xəbəri olmuşdur, sadəcə olaraq özü iştirak etməmişdir. Onun iştirak etdiyi danışıq o olub ki, Ilkin adlı şəxs ona - anasının və digər qardaşlarının da razılıq verməli olduqlarını və onun da qalan 29.5 kv.metr olan hissəni adına keçirməli olduğunu bildirmişdir.
33. Iddiaçı məhkəməyə yazılı izahat təqdim edərək əlavə etmişdir ki, cavabdeh tərəf məhkəməni çaşdırmaq üçün JEK-in 21 kv.m-lik daxili qeydini əsas gətirməyə çalışır. Lakin həmin JEK öz rəsmi arayışında açıq şəkildə etiraf edir və yazır ki, bu rəqəmin heç bir hüquqi əsası və arxiv mənbəyi yoxdur, sadəcə köhnə reyestr kitabındakı qeyddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarına əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarış mülkiyyəti təsdiq edən yeganə və mütləq sənəddir. Dövlətin rəsmi orqanının mənə verdiyi Çıxarışı (30 kv.m) kənara qoyub, hüquqi arxiv mənbəyi olmadığını sənədin özündə rəsmən etiraf edən JEK qeydlərini araşdırmaq Ali Məhkəmənin Plenum Qərarlarına rəsmi şəkildə qarşı çıxmaq deməkdir. Hakimin “FHN niyə məhz 70-80 kv.m yazıb və bu evin faktiki sahəsini necə sübut edir?” sualına cavab olaraq bildirmək istəyir ki, birinci instansiya məhkəməsi bu sənədi hüquqi cəhətdən tam obyektiv və diqqətlə araşdırmışdır. Birinci instansiya məhkəməsi FHN-in rəsmi aktını sözbəsöz, böyük diqqətlə təhlil etmiş və hüquqi qətnaməsində tam doğru olaraq əks etdirmişdir ki, sənəddə yazılan 70 kv.m evin ümumi sahəsi deyil, yalnız yanğın briqadası tərəfindən söndürülən (yanan) hissədir. Birinci instansiya məhkəməsi tam qanuni şəkildə müəyyən etmişdir ki, əgər evin yalnız yanan və söndürülən hissəsi 70 kv.m-dirsə, deməli, evin içində yanğından zərər çəkməyən, salamat qalan digər otaqlar və sahələr də mövcud olmuşdur. FHN daşınmaz əmlakı ölçən qurum deyil, onların aktı yalnız söndürülən sahənin obyektiv sübutudur. Birinci instansiya məhkəməsi də məhz bu aşkar məntiqə və sübuta əsaslanaraq ədalətli qərar vermişdir. Cavabdeh şirkət tərəfindən heç bir sənədi olmayan 60 kv.m-lik sahə üçün pul ödənilməsi faktı özü də sübut edir ki, onlar evin real sahəsinin JEK-in iddia etdiyi kimi 21 kv.m deyil, çox böyük olduğunu özləri də yaxşı biliblər və qəbul ediblər. Onların ödədiyi 60 kv.m ilə FHN-in söndürdüyü sahəni müqayisə etdikdə aydın görünür ki, şirkət sənədsiz hissənin pulunu verib, lakin məhz mənim adıma rəsmi dövlət çıxarışı (Kupçası) olan 30 kv.m-lik qanuni sahəni mənimsəmək üçün onu ödəməkdən boyun qaçırır və mülkünü qanunsuz şəkildə söküb. Məhkəmə iclasında səsləndirilən “Digər ailə üzvləri 60 kv.m-in pulunu alanda niyə sənədli 30 kv.m-in sökülməsinə etiraz etməyiblər?” yanaşması cavabdeh şirkətin törətdiyi açıq özbaşınalığı ört-basdır etmək, diqqəti hüquqi məsuliyyətdən yayındırmaq cəhdidir və tamamilə əsassızdır. Mülkiyyət hüququ fərdidir və toxunulmazdır (Heç kim başqasının əmlakı barədə qərar verə bilməz): Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyət hüququnun qorunmasına dair müddəalarının məhkəmə təcrübəsində tətbiqi haqqında” Qərarına əsasən mülkiyyət hüququ fərdi xarakter daşıyır. Ailə üzvüm və ya tamamilə kənar bir şəxs — kim olursa-olsun, heç bir şəxsin digər mülkiyyətçinin rəsmi evinin sökülməsinə və ya sökülməməsinə qərar vermək, mülkiyyətçinin əvəzinə hər hansı formada razılıq bəyan etmək hüququ və bunun heç bir hüquqi əsası yoxdur, ola da bilməz. Mübahisəli 30 kv.m-lik çıxarışlı hissənin alqı-satqısının dərhal rəsmiləşdirilə bilməməsinin səbəbkarı elə cavabdeh şirkətin özü olmuşdur. Söküntü ərəfəsində rəsmi mülkün vərəsəlik sənədlərinin yekunlaşmasını gözləmək lazım gəldiyini, əmlak vərəsəliklə onun adına keçdikdən dərhal sonra alqı-satqı müqaviləsi bağlayıb pulunu tam ödəyəcəklərini ona və ailəsinə vəd edən məhz şirkətin rəhbərliyi və hüquq şöbəsi olmuşdur. Ailə üzvləri də məhz şirkətin bu rəsmi vədinə inanaraq və həmin vaxt sənədsiz olan digər 60 kv.m-lik hissənin pulunu alarkən, şirkətin tam mətni özü hazırlayıb diqtə etdiyi notariat sənədinə qol çəkmişlər. Ailə üzvlərinin həmin sənəddəki imzası, gələcəkdə onun adına rəsmiləşəcək çıxarışlı 30 kv.m-lik sahənin satılmasına deyil, məhz şirkətin vəd etdiyi rəsmi prosedurların (gələcək alqı- satqının) icra olunmasına yönəlmiş bir inam addımı olmuşdur. Şirkət isə bu inamdan sui-istifadə edərək, rəsmi alqı-satqı bağlamadan mülkünü özbaşına sökmüş və törətdiyi əməli bu diqtə sənədlə örtbasdır etməyə çalışır. Əsas diqqət yetirilməli məqam cavabdeh şirkətin mülkiyyətçi ilə heç bir rəsmi alqı-satqı müqaviləsi bağlamadan, dövlət qeydiyyatında olan bir əmlakı hansı hüquqi əsasla və hansı maddi maraq çərçivəsində sökməsidir. Şirkət mülkiyyətçiyə ödəniş etmədən, onun qanuni sahəsini özbaşına sökərək mənimsəməkdə birbaşa maddi maraqlı olmuşdur. Bu əməl sadəcə adi mülki mübahisə hüdudlarını aşır; mülkiyyət hüququnun toxunulmazlığına və qanunla qorunan hüquq qaydalarına qarşı törədilmiş kobud, əmlakı qəsdən məhv etmə xarakterli özbaşınalıq aktıdır və hörmətli məhkəmə tərəfindən cavabdehin bu qanunsuz hərəkətlərinə hüquqi müstəvidə obyektiv qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2019-cu il tarixli Qərarında (Mülki Məcəllənin 246-cı maddəsinin şərhinə dair) açıq şəkildə təsbit edilmişdir ki, özəl tikinti şirkətlərinin fəaliyyəti dövlət ehtiyacı hesab oluna bilməz. Həmin ali qərara əsasən, mülkiyyətçi ilə rəsmi alqı-satqı və ya kompensasiya müqaviləsi bağlanmadan əmlakın birtərəfli qaydada sökülməsi Konstitusiyanın 29-cu maddəsinin kobud şəkildə pozulmasıdır. Hörmətli apellyasiya instansiyasının bu mübahisəni həll edərkən Konstitusiya Məhkəməsinin sözügedən imperativ (məcburi) qərarına istinad etməsi və cavabdehin müqaviləsiz söküntü addımını məhz bu qərar prizmasından qanunsuz müdaxilə kimi qiymətləndirməsi hüququn tələbidir.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.
35. Azərbaycan SSR Nikah və Ailə Məcəlləsi: Maddə 23. Ər-arvadın nikah müddətində qazandıqları əmlak, o cümlədən mənzil tikintisi və bağ tikintisi kooperativlərinə verdikləri paylar onların ümumi birgə mülkiyyətidir. Əmlakın ər və ya arvadın qazancı (gəliri) hesabına əldə edilib-edilməməsindən asılı olmayaraq ər-arvad bu əmlaka bərabər sahiblik, istifadə və sərəncam hüququna malikdirlər. Ər-arvadın ikisindən biri ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduqda və ya digər üzrlü səbəbə görə onun müstəqil qazancı olmadıqda da onlar əmlak üzərində bərabər hüquqa malikdirlər. Nikah müddətində qazanılmış əmlakın ər-arvadın birinin adına yazıldığından asılı olmayaraq, həmin əmlak üzərində onların hər ikisinin hüququ hüququ vardır.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
40. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qətnamə qəbul edilmiş, qəbul edilmiş qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir.
41. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdir ki, 90 kv.m sahəsi olan mənzilin ona mülkiyyət hüququ əsasında məxsus 29,50 kv.m sahəsi cavabdeh tərəfindən icazəsi olmadan sökülmüşdür. Birinci instansiya məhkəməsində işə baxılarkən isə iddiaçı bildirmişdir ki, evin 60 kv.m sahəsinə görə cavabdeh tərəfindən ödəniş anasına edilmiş, qalan hissəyə münasibətdə isə cavabdeh tərəfindən ona bildirilmişdir ki, mənzili adına keçirildikdən sonra digər 30 kv.m hissəyə görə ona ödəniş ediləcəkdir. O isə cavabdehə inanaraq yazılı müqavilə bağlamamış, mənzili sökməyə icazə vermişdir.
42. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının bildirdiyi mənzilin ümumi sahəsinin 90 kv.m olub-olmamasına münasibət bildirməyi zəruri hesab edir.
43. Işdə olan rəsmi sənədlərlə müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən mənzilin sahəsi 29,50 kv.m olmuşdur. Lakin iddiaçının özü tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi Dövlət Yanğın Nəzarəti Idarəsinin Yanğın haqqında ##.##.2018-ci il tarixli aktından görünür ki, həmin mənzilin 70 kv.m sahəsi içərisində olan ev əşyaları və geyim əşyaları ilə birlikdə tamamilə yanaraq yararsız hala düşmüşdür.
44. Iddiaçı işə apellyasiya qaydasında baxılarkən həmin aktda mənzilin yalnız yanan hissəsinin 70 kv.metr qeyd olunduğunu, ümumi sahəsinin isə 90 kv.metr olduğunu bildirsə də, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş iddiaçının qardaşı Elmir Həsənov bildirmişdir ki, yanğından sonra mənzildə ciddi artırma olmamışdır, təxminən 15-20 kv.m ölçülü balkon bağlanmışdır.
45. Beləliklə müəyyən edilir ki, mənzildə yanğın baş verənədək əlavə hər hansı sahə mövcud olmamış və sözügedən aktda mənzilin təxmini olaraq ümumi sahəsi qeyd edilmişdir.
46. Bundan başqa, işdə olan ** saylı MKIS-in ##.##.2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçının atası Həsənov Nazim Səftər oğlunun şəxsi hesab vərəqəsinə əsasən sözügedən mənzil 21,88 kv.m yaşayış sahəsindən, 37,88 kv.m ümumi sahədən ibarət olmuşdur.
47. Nəhayət, iddiaçının anası ilə cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli, ** nömrəli müqavilədə də mənzilin faktiki sahəsi 61,50 kv.m qeyd edilmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə şahid qismində ifadə vermiş şəxslərin mənzilin ümumi sahəsinin 90 kv.m olması ilə bağlı bildirdikləri mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, şahidlərdən biri iddiaçının anası, digəri isə qardaşı Elmir Həsənov olmuş, həmin şəxslərin hazırki mübahisənin iddiaçının xeyrinə həll olunmasında maraqlı olmaları aşkardır.
49. Belə ki, iddiaçının anası ilə cavabdeh arasında müqavilə bağlandıqdan sonra mənzilə görə hissə-hissə ödənilən 150.000 manat pulun alınması iddiaçının anası və qardaşı Elmir Həsənovun arvadı tərəfindən həyata keçirilmiş (sonuncu bunu birinci instansiya məhkəməsində ifadə verərkən bildirmiş), məhz müqavilə üzrə cavabdeh tərəfindən ödənilən məbləğ alındıqdan sonra notariusa müraciət edilmiş və vərəsəlik işi açılaraq mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə nail olunmuşdur.
50. Halbuki, Həsənov Nazim Səftər oğlu ##.##.2019-cu il tarixində ölmüş, onün ölümündən sonra bir neçə il mənzilin vərəsələrdən hər hansının adına sənədləşdirilmə aparılmamış, buna ailə üzvlərinin marağı olmamışdır.
51. Digər şahid X12 оğlunun bildirdikləri isə ehtimallara əsaslanmışdır.
52. Iş materialları ilə müəyyən edilir ki, sözügedən mənzil iddiaçının valideynlərinin birgə nikah dövründə alınmış, həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən onların ümumi birgə mülkiyyəti olmuşdur.
53. Iddiaçının atası Həsənov Nazim Səftər oğlu ##.##.2019-cu il tarixində vəfat etdikdən sonra iddiaçı, onun anası və qardaşları mənzilin atasına məxsus olan hissəsini miras əmlak kimi faktiki olaraq qəbul etmişlər, lakin miras vərəsələr arasında bölüşdürülməmişdir.
54. Mülki qanunvericiliyin yuxarıda istinad olan normalarına əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
55. Işdən görünür ki, cavabdehlə müqavilə iddiaçının anası ilə bağlanmış, iddiaçının anası və bir qardaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 notarial qaydada buna etiraz etmədiyi barədə ərizə vermiş, digər qardaş Elmir Həsənovun arvadı cavabdeh tərəfindən ödənilən məbləğin bir qismini qəbul etmiş, Nihad Həsənov isə cavabdehə ümumiyyətlə hər hansı irad bildirməmişdir.
56. Iddiaçının məhkəmə iclasında bildirdiklərinə əsasən, o, bu proseslərdən məlumatlı olmuşdur.
57. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının da anası ilə cavabdeh arasında müqavilənin bağlanmasına və mənzilin sökülməsinə razılığı olmuşdur.
58. Iddiaçı cavabdeh tərəfindən ona ayrıca mənzilin verilməsi ilə bağlı razılıq əldə olunduğu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
59. Məhkəmə kollegiyası belə razılığın əldə olunduğunu da ağlabatan hesab etmir.
60. Bir halda ki, cavabdeh MMC tərəfindən iddiaçının anası ilə rəsmi müqavilə bağlanmış, iddiaçının anası və qardaşından notarial qaydada razılıq ərizələri alınmışdır, iddiaçı ilə hər hansı razılıq əldə olunduğu təqdirdə həmin razılıq da yazılı formada rəsmiləşdirilməli idi.
61. Bundan başqa, iddiaçının anası və qardaşı öz ərizələrində ümumi sahəsi 29,5 kv.m olan mənzilin sökülməsinə razı olduqlarını ifadə etdikləri halda, cavabdeh tərəfindən həmin sahədə mənzilə görə iddiaçıdan yenidən sənədləşdirilmə işlərinin aparılmasının tələb edilməsi məntiqli deyil.
62. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı və onun ailə üzvləri (anası və qardaşları) tərəfindən cavabdehdən mənzilə görə pul alındıqdan, xüsusilə də iddiaçının anası və qardaşı tərəfindən ərizələrində ümumi sahəsi 29,5 kv.m olan mənzilin sökülməsinə razılıq bildirilməsindən sonra vərəsəlik işinin rəsmiləşdirilməsi zamanı mənzilin onlara düşən hissəsini rəsmi qaydada qəbul edərək iddiaçıya bağışlanması, sonradan isə iddiaçı tərəfindən hazırki iddianın irəli sürülməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı mənzil verilməsi barədə müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilsin. Iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.