Məhkəmə qərarları › İş №2(3-6)-2047/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2047/2026

11.08.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2047/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı X11 cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10katibliyi, iddiaçı Iddiaçı X11 iştirakı ilə, iddiaçı Iddiaçı X11 cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ** GK *** dövlət qeydiyyat nişanlı, “Toyota Sienna” minik markalı nəqliyyat vasitəsi ## ####### 2021-ci il tarixdə X9 adına qeydiyyatdan keçmiş, ## ######## 2022-ci il tarixdə alqısatqı müqaviləsi əsasında qeydiyyatdan çıxmışdır, hazırda sahibi “xxxx” ASC-dir.

2. X8 ilə alıcı X9 arasında bağlanan ## ####### 2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən ** GK *** dövlət qeydiyyat nişanlı, “Toyota Sienna” minik markalı nəqliyyat vasitəsi 12000 manata X9.

3. X9 ilə alıcı “xxxx” ASC arasında bağlanan ## ######## 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən ** GK *** dövlət qeydiyyat nişanlı, “Toyota Sienna” minik markalı nəqliyyat vasitəsi 12000 manata “xxxx” ASC-yə satılmışdır.

4. AK-***/** saylı ## ######## 2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı “X4” markalı, buraxılış ili 2013, ban 5TDDK3DC0DS060400, rəngi Ağ mavi olan nəqliyyat vasitəsini bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə alıcıya satmağı, alıcı isə satıcıdan həmin avtomaşını Lizinq obyekti məqsədi ilə alıb 37000 manat hissəsini müqavilə şərtləri üzrə ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı Iddiaçı X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 ABŞ dolları pul vəsaitinin, 2022-ci ilin dekabr ayından hesablanmaqla Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq hesablanmalı olan əldən çıxmış faydanın və ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ilə aralarında 2022-ci ilin sentyabr ayının əvvəllərində şifahi razılaşma olmuş, həmin razılaşma cavabdehin və onun yaxından tanıdığı Fərid ilə birlikdə ətraflı müzakirə edilmişdir. Razılaşmaya uyğun olaraq cavabdeh Cavabdeh ondan, həyat yoldaşının adına olan “Toyota Sienna” markalı, 2013-cü il istehsallı, ban nömrəsi 5TDDK3DC0DS060400 olan, ** GK *** dövlət nömrə nişanlı avtomobili 26000 ABŞ dolları qiymətinə razılaşaraq götürüb 3-cü şəxslərə sataraq, həmin pulla Avropa ölkələrindən avtomobil gətirib sataraq ona aylıq gəlir verəcəyini və 2022-ci ilin dekabr ayının 31-nə kimi ona ödənilməli olan 26000 ABŞ dollarını hissə-hissə tam ödəyəcəyini bildirmişdir. ## ######## 2022-ci il tarixdə avtomobili ondan təhvil alaraq kimə isə satmışdır. Sonradan ona hissə-hissə olmaqla 2022-ci ilin oktyabr-noyabr ayları ərzində 6000 manat, yəni 3500 ABŞ dolları pul vermişdir. Lakin borclu aralarında olan müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, pulu bu günə kimi qaytarmamışdır. Dəfələrlə tərəfindən şifahi xəbərdarlıq edilsə də, heç bir nəticəsi olmamışdır.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 tərəflərin tanışı olmaqla yanaşı, 2022-ci il tarixdə Cavabdeh ona Iddiaçı sözügedən avtomobili alacağını bildirmişdir. Cavabdehla Iddiaçı 25000-26000 ABŞ dolları məbləğində razılaşdıqlarını, avtomobilin pulunu hər ödəyərək qaytaracağını, eyni zamanda hər ay 5000 manat məbləğində gəlir verəcəyini bildirmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2(003)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

9. Qətnamənin əsaslarına görə, ** GK *** dövlət qeydiyyat nişanlı, “Toyota Sienna” minik markalı nəqliyyat vasitəsi ## ####### 2021-ci il tarixdə iddiaçının həyat yoldaşı X9 adına qeydiyyatdan keçmiş və o, həmin avtomobili ## ######## 2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında “xxxx” ASC-yə satmışdır. Həmin müqavilə bağlanarkən Satıcı qismində “Ismayılov- etibarnamə ilə” çıxış etmiş və müqaviləni imzalamışdır. Hazırda iddiaçı Iddiaçı cavabdehlə aralarında şifahi razılaşma olduğunu əsas gətirərək, 22500 ABŞ dolları pul vəsaitinin cavabdeh Cavabdeh alınaraq ona ödənilməsin xahiş etsə də, tərəflər arasında borc münasibətlərinin olmasını, eyni zamanda cavabdeh tərəfindən avtomobilin ona verilməsi nəticəsində hissə-hissə olmaqla 3500 ABŞ dollarının ona verilməsini təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 385.1, 439, 739, 1091, 1092-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Iddiaçı Iddiaçı X12 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına və şahid ifadəsinə düzgün qiymət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Iddiaçı Iddiaçı X12 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

16. Məhkəmədə şahid qismində dinidirilmiş Şahid ifadəsində göstərdi ki, o, turizm sahəsində fəaliyyət göstərir. Cavabdeh onun müştərisi olmuşdur. Anar ona bir avtomobili olduğunu bildirmiş və adına VÖEN olduğu üçün onun adına “xxxx” Leasing şirkətində rəsmiləşdirməyi, 1 həftə - 10 gün sonra adımdan çıxarılacağını təklif etmişdir. O, bununla razılaşmış və lizinq müqaviləsi bağlanmışdır. O, Iddiaçı yalnız sənədləri imzalayarkən görmüşdür, pulu götürüb-götürməsi barədə də məlumatı yoxdur. Cavabdeh “xxxx” Leasing şirkətində tanışları var idi. Ona avtomobil üçün etibarnamə də verilməmişdir. Təxminən 10 gün sonra avtomobilin qeydiyyatı onun adından çıxarılmışdır. Cavabdeh sonuncu dəfə qardaşının problemi ilə əlaqədar olaraq zəng etmişdir, hazırda onunla heç bir əlaqəsi yoxdur, onda olan məlumata görə 4-5 ay olar ki, ölkə xaricindədir. Bundan sonrakı proseslərdən onun xəbəri olmamışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.7. Əsassız varlanma; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın təmin olunması tələb edildiyindən qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

21. Apellyasiya instansiya məhkəməsi cavabdehin iddiaçı qarşısında hər hansı bir öhdəliyinin olmasının sübuta yetirilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır. Belə ki, tələbin əsasını avtomobilin satışından əldə olunmuş pul vəsaitinin qaytarılmaması təşkil edir, lakin nə iddiaçı, nə də cavabdeh avtomobilə dair müqavilənin tərəfi olmamışdır. MPM-nin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır, tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.

22. Apellyasiya şikayətinin digər dəlilini şahid ifadəsinin məhkəmə tərəfindən düzgün qiymətləndirilməməsi təşkil edir.

23. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 tərəflərin tanışı olmaqla yanaşı, 2022-ci il tarixdə Cavabdeh ona Iddiaçı sözügedən avtomobili alacağını bildirmişdir. Cavabdehla Iddiaçı 25000-26000 ABŞ dolları məbləğində razılaşdıqlarını, avtomobilin pulunu hər ödəyərək qaytaracağını, eyni zamanda hər ay 5000 manat məbləğində gəlir verəcəyini bildirmişdir.

24. Apellyasiya instansiyası məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, turizm sahəsində fəaliyyət göstərir. Cavabdeh onun müştərisi olmuşdur. Anar ona bir avtomobili olduğunu bildirmiş və adına VÖEN olduğu üçün onun adına “xxxx” Leasing şirkətində rəsmiləşdirməyi, 1 həftə - 10 gün sonra adımdan çıxarılacağını təklif etmişdir. O, bununla razılaşmış və lizinq müqaviləsi bağlanmışdır. O, Iddiaçı yalnız sənədləri imzalayarkən görmüşdür, pulu götürüb-götürməsi barədə də məlumatı yoxdur. Cavabdeh “xxxx” Leasing şirkətində tanışları var idi. Ona avtomobil üçün etibarnamə də verilməmişdir. Təxminən 10 gün sonra avtomobilin qeydiyyatı onun adından çıxarılmışdır. Cavabdeh sonuncu dəfə qardaşının problemi ilə əlaqədar olaraq zəng etmişdir, hazırda onunla heç bir əlaqəsi yoxdur, onda olan məlumata görə 4-5 ay olar ki, ölkə xaricindədir. Bundan sonrakı proseslərdən onun xəbəri olmamışdır.

25. Hər 2 şahid ifadəsinin də məzmunundan görünür ki, bu ifadələrə əsasən cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyinin yaranması qənaətinə gəlinməsi mümkün deyildir.

26. Lakin alqı – satqı müqaviləsində avtomobilin dəyərinin 12000 manat olaraq göstərilməsi, sonradan həmin avtomobilin lizinq şirkəti tərəfindən 12000 manat satıcıya, 37000 manat isə lizinq şirkətinə ödəmək şərtilə satılması, həmçinin, şahid ifadələri ilə bu qənaətə gəlinir ki, cavabdehin üzərində hər hansı bir öhdəlik olmasa da, bu proseslər onun iştirakı və təşəbbüsü ilə baş vermişdir. Buna görə də onun hüquqa zidd əməl törətməsi təsdiqini tapdığı təqdirdə iddiaçı məhz hüquqa zidd əməl nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürmək hüququna malik olur.

27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar