Məhkəmə qərarları › İş №2(3-6)-2076/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2076/2026

25.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2076/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Şıxəliyeva Çimnaz Heybət qızı, cavabdeh1 qarşı maneənin aradan qaldırılması və evdən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneələrin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Cavabdehlər Şıxəliyeva Çimnaz Heybət qızı və cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Biləcəri bələdiyyəsi tərfindən verilmiş ##.##.2024-cü il tarixli, **/*** saylı arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən 100 kv.metr torpaq, 124 kv.metr əmlak sahəsinə görə ##.##.2025-ci ilə qədər vergi borcu yoxdur. 2.“xxxx” ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli bildiriş xəbərdarlığa əsasən ünvan 6 ünvanında yerləşən mənzilin işıq sayğacı sayğacı İddiaçı adına qeydiyyatdadır. 3.“Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ Binəqədi rayon Sukanal Idarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Hesab fakturadan görünür ki, ünvan 7 ünvanında yerləşən mənzilin su sayğacı İddiaçı adına qeydiyyatdadır.

4. Biləcəri bələdiyyəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli Tədliyə bildirişindən görünür ki, ünvan 4 ünvanında yaşayan cavabdeh1 2025-ci il üçün 84.79 manat məbləğində vergi borcu var.

5. Binəqədi rayon Biləcəri Bələdiyyəsinin ##.##.2026-ci il tarixli **/** saylı sorğuya cavab məktubundan görünür ki, 2001-2019 cu il tarixinə qədər olan Biləcəri bələdiyyəsinin Qərarları bələdiyyə tərəfindən Azərbaycan Respublikası Milli Arxiv Idarəsinin Dövlət Arxivinin Bakı filialına təhvil verildiyindən bələdiyyənin arxivində torpaq sahəsinə məxsus bütün hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi mümkün olmamışdır.

6. Bakı şəhəri ** saylı notariat kontorunda cavabdeh cavabdeh1 ##.##.2018-ci il tarixli vəsiyyətnamə ilə ona məxsus olan, harada və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını İddiaçı vəsiyyət etmişdir.

7. cavabdeh1 ##.##.2026-cı il tarixli ərizə ilə ##.##.2018-ci il tarixində 2V-90 nömrə ilə qeyd olunmuş vəsiyyətnamənin ləğv edilməsini xahiş etmişdir.

8. “xxxx” MMC tərəfindən İddiaçı sifarişi ilə layihələndirilən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evinin memarlıq planlaşdırma sxemi verilmişdir.

9. ##.##.2025-ci il tarixli Binəqədi rayon Icra Şöbəsinin aktından müəyyən olunur ki, Şıxəliyeva Çimnaz Heybət qızı ünvan 1 ünvanına köçürülmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun faktiki sahibliyində və istifadəsində olan ünvan 3 ünvanındakı fərdi yaşayış evinin girişinə cavabdehlər cavabdeh1 və Şıxəliyeva Çimnaz Heybət qızına qadağa qoyulması,cavabdehlər cavabdeh1 və Şıxəliyeva Çimnaz Heybət qızından nümayəndə və vəkilin göstərdiyi yardıma görə ödədiyi 1200 manat, dövlət rüsumuna görə ödədiyi 101 manat, cəmi 1301 manat pul vəsaitinin cavabdehlər cavabdeh1 və Şıxəliyeva Çimnaz Heybət qızından müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərin ünvan 3 ünvanındakı fərdi yaşayış evi iddiaçının şəxsi maliyyəsi hesabına tərəfindən tikilmişdir, fərdi yaşayış evində kommunallar işıq, su və qaz iddiaçının adına qeydiyyata alınmışdır, kommunal xidmətlərə görə ödənişlər tərəfindən ödənilir. Qeyd edir ki, neçə illərdir, həmin ünvandakı fərdi yaşayış evini tikdirib kirayə verir. Binəqədi rayon, Biləcəri bələdiyyəsinin ##.##.2024-cü il tarixli, **/*** saylı arayışı, qaza, işığa, suya ödəniş qəbzləri və iki mərtəbəli fərdi yaşayış evinin eskiz layihəsi iddia ərizəsinə əlavə olunur. Kirayədən aldığı pul vəsaitinin hamısını cavabdeh cavabdeh1 maddi imkanı aşağı olduğu üçün ona bağışlayır. Hələ bu azmış kimi anasını vaxtaşırı olaraq döyən, ona cismani əziyyətlər verən cavabdeh Şıxəliyeva Çimnaz Heybət qızı anasına hədəqorxu gələrək onu məcbur edib ki, ona kömək etsin, Elnarənin qeyd edilən ünvandakı fərdi yaşayış evini əlindən alsınlar. Son vaxtlar iddiaçıya məlumatlar çatır ki, cavabdeh Şıxəliyeva Çimnaz Heybət qızı anası ilə yaşadıqları, anasına məxsus ünvan 5 ünvandakı fərdi yaşayış evini sataraq iddiaçının sahibliyində və istifadəsində olan ünvan 3 ünvanındakı fərdi yaşayış evinə köçmək niyyətindədir, anası da ona köməklik edəcəyinə söz vermişdir.

12. Iddiaçı ##.##.2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək faktiki sahibliyində və istifadəsində olan ünvan 3 ünvanındakı fərdi yaşayış evində iddiaçıya qarşı edilən maneənin aradan qaldırılması, faktiki sahiblik hüququna dair müdaxilələrin qarşısının alınması, fərdi yaşayış evində sahiblik hüququnun qeyri-şərtsiz həyata keçirilməsi və ona məxsus fərdi yaşayış evində ona qarşı maneələr yaradan, faktiki sahibliyinə müdaxilələr edən cavabdehlər cavabdeh1 və Şıxəliyeva Çimnaz Heybət qızına evinin qadağa qoyulması,cavabdehlər cavabdeh1 və Şıxəliyeva Çimnaz Heybət qızından nümayəndə və vəkilin göstərdiyi yardıma görə ödədiyi 1200 manat, dövlət rüsumuna görə ödədiyi 101 manat, cəmi 1301 manat pul vəsaitinin cavabdehlər cavabdeh1 və Şıxəliyeva Çimnaz Heybət qızından müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Iddiaçı və onun nümayəndəsi (vəkili) tələbi müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında izahat verən iddiaçı anasının ona vəsiyyətnamə verməsini və bütün əmlakını ona verməsini bildirmiş, digər övladlara əmlakını bölüşdürdüyünü, lakin ona düşən payı vermədiyini, hazırda isə onun üçün tikdirmiş olduğu evi verməkdən imtina etdiyini bildirmişdir. Məhkəmənin evin təmir və tikintisinə xərclənən pul ilə bağlı suallarını isə iddiaçı müxtəlif rəqəmlər deyərək tam xatırlamadığını bildirmiş, konkret cavablandıra bilməmişdir.

14. Cavabdehlər cavabdeh1 məhkəməyə ##.##.2026-cı il tarixli yazılı izahatında bildirmişdir ki, iddiaçı İddiaçı evləndikdən sonra həmişə Hərbi şəhərcikdə yaşamışdır, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsindəki fərdi yaşayış evini cavabdeh özü tikdirmiş, bütün xərclərini çəkmiş, yalnız evin kommunal kodları iddiaçının adınadır. İddiaçı qeyd olunan ünvanda yaşamadığını, ona məxsus heç bir geyim, əşya olmadığını qeyd etmişdir.

15. Cavabdeh izahatında Elnarənin evə gəlməsinə etiraz etmədiyini, lakin onunla ev və mülk üstündə, pul üstündə münaqişə yaratmasını bildirmişdir. Evi öz hesabına tikmiş, ustaları tapmaqda Elnarənin ona kömək etdiyini, lakin bütün xərcləri özü çəkməsini bildirmişdir. Torpağa 6 min dollar pul verib almışdır. Evə cəmi 60 minə yaxın pul xərcləyib. Məhkəmənin suallarına cavabında isə evin ikinci mərtəbəsində kirayəçi yaşadığını, onunla həmişə kommunal xərclərə görə mübahisə düşdüyünü və bu səbəbdən də kommunal xərcləri Elnarənin hesabladığı, bütün kommunal abunəliyin də bu səbəbdən onun adına olmasını bildirmişdir. Lakin evə dair çertyoj çəkilməsindən xəbəri olmamışdır. Bələdiyyəyə olan borcu hansı səbəbdən Elnarənin ödəməsini bilmir. Verdiyi vəsiyyətnaməni ləğv etmişdir.

16. Cavabdeh Şıxəliyeva Çimnaz Heybət qızı evin anasına məxsus olmasını və həmişə orada anasının yaşamasını, sonradan isə təklikdə qalmaq istəməməsi səbəbindən, həmçinin bir qoca kimi onun qulluğa ehtiyac duyması səbəbindən anası gəlib onun yanında yaşayırdı. Həmin evdə kirayəşin yaşayır, kirayə haqqını Elnarə alıb anasına verir. Kommunal borcların hesablanmasından onların başı çıxmaması səbəbindən Elnarə anasının razılığı ilə öz adına keçirmiş, lakin anası ödəmişdir. Bütün qonşular təsdiq edə bilər ki, həmin ev anasına məxsusdur. Həmin evdən anasının çıxarılmasına etiraz edir, qoca qadındır onun başqa yaşayış evi yoxdur. Hazırki evin təmirində özü də şəxsən əziyyət çəkib, ustaları tapıb.

17. Şahid qismində ifadə verən X3 iddiaçı və cavabdehi tanıdığını, 55 ildir ki, Q.Süleymanov küçəsində yaşadığını qeyd etdi və bildirdi ki, cavabdeh cavabdeh1 mübahisəsi gedən evin torpağını almış və orada ev tikdirmişdir. Həmişə də o evdə yaşamışdır. Cavabdeh Şıxəliyeva Çimnaz Heybət qızı isə anasına qulluq edir. O həmin evdə iddiaçını görməmişdir.

18. Şahid qismində ifadə verən X6 məhkəmə iclasında şahid qismində ifadə verərək bildirdi ki, özü bina evində qalır. Elnarə ilə uşaqları bir məktəbə gedirlər. Mübahisəli ev onun binasının qarşısında yerləşir. Həmin evdə Sevil xanım bir müddət yaşamış, sonra isə həmişə kirayəşinlər yaşamışdır. Elnarə həmişə o evə gəlmiş, anasına qulluq etmişdir.

19. Şahid qismində ifadə verən X4 ifadəsində bildirdi ki, iddiaçı baldızı, cavabdeh Sevil isə qaynanasıdır. Əvvəllər həmişə münaqişəli münasibətləri olmuşdur. Birlikdə yaşadıqları evi qaynanası satıb onun ərinə ev almaq üçün pul vermiş, qalan pula da ünvan 2 ünvanında 6 min dollara torpaq alıb ev tikdirmişdir. Bildiyinə görə də həmişə o evdə yaşamışdır.

20. Şahid qismində ifadə verən X7 ifadəsində bildirdi ki, evin tikilməsi və təmiri üçün onu Elnarə dəvət etmiş və bütün xərclərlə bağlı özü Elnarə ilə danışmış, sifarişləri ona demişdir. Elnarə isə anası Sevilə tapşırmış, Sevil də ona pul vermişdir. Məhkəmənin suallarına cavab olaraq pulun Sevil tərəfindən ona verilməsi bildirsə də pul haqq hesabının Elnarə ilə danışdığını bildirmişdir.

21. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən – Səidə Məmmədova) iddianın qismən təmin edilməsi, ünvan 3 ünvanındakı dövlət qeydiyyatına alınmamış özbaşına tikilidən İddiaçı istifadəsinə cavabdehlər Şıxəliyeva Çimnaz Heybət qızı, cavabdeh1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərcləri təmin olunan hissəyə mütənasib– 50 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməsi, qalan hissədə məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

22. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırda mübahisəsi gedən ev dövlət qeydiyyatına alınmamış özbaşına tikilidir. Təbii ki, özbaşına tikili olmasına baxmayaraq ona xərc çəkmiş şəxslər üçün inşa etdiyi obyektə münasibətdə maddi gözləntiləri və maraqları mövcuddur. Belə olan təqdirdə isə onları bu maraqlarını məhkəmə müdafiəsi ilə təmin etmək hüququndan məhrum buraxmaq mülki qanunvericiliyin dayaq prinsiplərinə zidd hesab olunardı.

23. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş işin faktiki halları, o cümlədən də tərəflərin və şahidlərin izahatlarından belə müəyyən olundu ki, hazırda mübahisəsi gedən özbaşına tikili məhz cavabdeh cavabdeh1 tərəfindən torpağın pulu verilməklə inşa olunmuş və təmir edilmişdir. Təbii ki, cavabdeh ananın bu müddət ərzində evi öldükdən sonra övladı olan iddiaçıya verəcəyi barədə vədlər verməsi halı istisna deyildir. Məhz bundan qaynaqlanaraq, iddiaçı evin yerləşdiyi torpağa dair bələdiyyə orqanına əmlak vergisi ödəməsi, öz adı ilə evin plan və sxemini sifariş etməsi, bütün kommunal ödənişlərin abunəliyini öz adına anasının razılığı ilə keçirməsi bu halı bir daha sübuta yetirir. Məhkəmə araşdırmasının ilkin mərhələsində evin bütün xərclərini özü çəkməsini deyən iddiaçı, konkret nə qədər xərc çəkməsi ilə əlaqədar məhkəmənin suallarını cavablandıra bilməmiş, konkret rəqəmi xatırlamadığını demişdir. Sonrakı izahatlarında isə bu evi anasının əvvəllər satmış olduğu evin puluna inşa etdiyini və bacı-qardaşına pay verdikdən sonra bu evin də onun payı olacağını vəd etmişdir. Lakin sonradan bacısı cavabdeh Çimnaz anasına qulluq adı ilə onun evində yaşamağa başlamış, onu evə buraxmamış və evini əlindən almağa çalışmışdır. Hesab edir ki, hazırki ev ona məxsusdur, anası onun üçün alıb, Çimnaz isə həmin evə yiyələnmək istəyir.

24. Beləliklə, məhkəmə mübahisənin hüquqi qiymətləndirilməsini apararaq belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, mübahisəli fərdi yaşayış evi olan özbaşına tikilidən iddiaçının da istifadə etməyinə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, qalan hissədə isə özbaşına tikiliyə münasibətdə şəxslərin eyni hüquqi statusa malik olmaqla iddiaçının evin yalnız özü tərəfindən inşa edilməklə, təmir edilməsi halları sübuta yetirilməmə əsası ilə rədd edilməlidir.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 139-1.1.1, 159, 164.1, 1651, 165.1, 180.1, 180.4, 158.2.1, 158.2, 158.4-cü maddələri; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006 cı il tarixli qərarın; “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2019 cu il tarixliQərarı və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.7, 88, 217.4, 218.1, maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

26. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də tam təmin edilməsini, yəni iddiaçı olaraq onun mübahisəli fərdi yaşayış evi üzərində hüquqlarının tam və effektiv müdafiəsi təmin olunmaqla, cavabdehlər tərəfindən yaradılan bütün maneələrin aradan qaldırılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamənin təmin edilməmiş hissəsi hüquqi baxımdan ciddi ziddiyyətlər, sübutların selektiv qiymətləndirilməsi və maddi hüquq normalarının natamam tətbiqi ilə müşayiət olunmuşdur. Məhkəmə bir tərəfdən iddiaçı olaraq onun faktiki sahiblik və istifadə hüququna müdaxiləni tanıyaraq onu müdafiə etmiş, digər tərəfdən isə həmin hüququn mənbəyini təşkil edən əsas tələbləri – mübahisəli əmlak üzərində onun üstün hüquqi mövqeyini və cavabdehlərin müdaxilələrinin tam aradan qaldırılması zərurətini rədd etmişdir. Bu isə qətnaməni daxili məntiqində parçalanma yaratmaqla yanaşı, hüquqi müəyyənlik prinsipini də pozmuşdur. Məhkəmə özü müəyyən etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamış özbaşına tikilidir. Lakin bununla yanaşı məhkəmə həmin tikili üzərində tərəflərin faktiki münasibətlərindən irəli gələn hüquqların mövcudluğunu da qəbul etmişdir. Belə olan halda məhkəmə iddiaçının hüquqlarını yalnız qismən tanımaqla kifayətlənmiş, lakin bu hüquqların tam və effektiv müdafiəsini təmin etməmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin iddianın təmin edilməmiş hissəsi yalnız ayrı-ayrı sübutların natamam qiymətləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda iş üzrə tətbiq edilməli olan fundamental hüquqi prinsiplərin nəzərə alınmaması ilə səciyyələnir. Ilk növbədə qeyd edilməlidir ki, məhkəmə mübahisəli hüquq münasibətlərini yalnız formal mülkiyyət prizmasından deyil, həm də faktiki iqtisadi və sosial münasibətlər kontekstində qiymətləndirməli idi. Bu yanaşma həm mili qanunvericiliyin ruhundan, həm də Avropa insan hüquqları sisteminin formalaşdırdığı standartlardan irəli gəlir. Bununla yanaşı, mübahisə predmeti olan əmlak üzərində hüquqların dövlət qeydiyyatında olmaması faktı məhkəmə tərəfindən iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas kimi qəbul edilsə də, bu yanaşma hüquqi baxımdan natamamdır. Çünki, Azərbaycan Respublikasının Mülki Məcələsinin 158.2 və 158.4-cü maddələri açıq şəkildə göstərir ki, mülkiyyətçi olmayan şəxslərin əmlak hüquqları da müstəqil hüquqi müdafiə predmetidir. Məhkəmə bu normanı tətbiq etsə də, onun məntiqi nəticəsini çıxarmamış, iddiaçının hüquqlarını yalnız qismən tanımaqla kifayətlənmişdir. Halbuki hüquqi müdafiə ya effektiv olmalıdır, ya da ümumiyyətlə mövcud sayılmır. Məhkəmə iş üzrə həqiqəti tam müəyyən etmək əvəzinə, ayrı-ayrı faktları selektiv qaydada qəbul etmiş və bu faktlardan natamam hüquqi nəticə çıxarmışdır. Bu yanaşma həm də Avropa Insan Hüquqları Məhkəməsinin formalaşdırdığı ədalətli məhkəmə standartlarına ziddir. AIHM-in“Dombo Beheer B.V. v. Netherlands” işində vurğulanmışdır ki, məhkəmə tərəflərin təqdim etdiyi materiaları formal qaydada deyil, real bərabərlik və obyektivlik prinsipi əsasında qiymətləndirməlidir. Eyni zamanda, “Kraska v. Switzerland” işində qeyd edilmişdir ki, məhkəmə qərarı işin bütün əhəmiyyətli halarını əhatə etməli və onların hər biri üzrə əsaslandırılmış mövqe ortaya qoymalıdır. Hazırkı qətnamədə isə məhkəmə iddiaçının hüquqi mövqeyinin əsasını təşkil edən mühüm halara – onun əmlakla bağlı uzunmüddətli faktiki fəaliyyəti, investisiyaları və idarəetmə funksiyalarına lazımi hüquqi qiymət verməmişdir. Bu isə həqiqətin natamam müəyyən edilməsinə gətirib çıxarmışdır. Xüsusilə vurğulanmalıdır ki, məhkəmə bir tərəfdən iddiaçının hüquqlarının pozulduğunu qəbul etmiş, digər tərəfdən isə bu pozuntunun mənbəyini və miqyasını tam araşdırmadan iddianı qismən təmin etməklə kifayətlənmişdir. Bu isə həqiqətin fragmentar şəkildə müəyyən edilməsi deməkdir ki, belə yanaşma konstitusion prinsipin mahiyyətinə ziddir. Nəticə etibarilə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə həqiqətin tam, obyektiv və hərtərəfli müəyyən edilməməsi qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına alır və həmin qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsini zəruri edir. Məhkəmə iddiaçının əmlakla bağlı faktiki iştirakını və hüquqi marağını qismən qəbul etmiş, lakin bu marağın tam hüquqi müdafiəsini təmin etməkdən çəkinmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutları və izahatları formal olaraq nəzərə alsa da, onların hüquqi nəticələrini tam şəkildə çıxarmamış, cavabdehlərin mövqeyinə əsaslanan haları isə daha üstün və həledici kimi qəbul etmiş, tərəflər arasında sübutların “çəkişməsi”ni təmin etmək əvəzinə, faktiki olaraq selektiv yanaşma nümayiş etdirmişdir. Eyni zamanda, məhkəmə sübutları qiymətləndirərkən onların qarşılıqlı əlaqəsini və sistemli təsirini araşdırmamış, ayrı-ayrı faktları kontekstdən çıxararaq qiymətləndirmişdir. Bu isə MPM-in 14-cü maddəsinin mahiyyətinə ziddir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

29. Məhkəmə kollegiyasının iclasında cavabdeh Şıxəliyeva Çimnaz Heybət qızı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, onlar evlənəndə həmin evdən imtina etmişdilər, ev anasına və qardaşına qaldı. 20 ildən sonra bacısı deyir ki, evdən ona da pay verilməlidir.

30. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, o, qızı Çimnaz Şıxəliyeva ilə birlikdə həmin evi tikmişdir. Qonşulardan heç kim İddiaçı tanımır. Torpağı aldığı gündən ev tikilənə qədər çəkdiyi bütün xərcləri dəftərdə qeyd etmişdir.

31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı İddiaçı məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

32. Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəyə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 13 və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafıə olunur. Hər kəsin mülkiyyət hüququ var. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 37.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmiş, cavabdehlər isə apellyasiya şikayəti verməmişdir.

Məhkəmə kollegiyasının mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Belə ki, işin müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, mübahisə predmeti olan ev dövlət qeydiyyatına alınmamış özbaşına tikilidir. Tərəflərin izahatlarından və iş materiallarından müəyyən edilir ki, hazırda mübahisəsi gedən özbaşına tikili məhz cavabdeh cavabdeh1 tərəfindən torpağın pulu verilməklə inşa olunmuş və təmir edilmişdir.

40. Işdən görünür ki, iddiaçının anası, cavabdeh cavabdeh1 bu müddət ərzində evi vəfat etdikdən sonra övladı olan iddiaçıya verəcəyi barədə vəsiyyət etmiş, sonra vəsiyyətnaməni ləğv etmişdir. Iddiaçının evin yerləşdiyi torpağa dair bələdiyyə orqanına əmlak vergisi ödəməsi, öz adı ilə evin plan və sxemini sifariş etməsi, bütün kommunal ödənişlərin abunəliyini öz adına anasının razılığı ilə keçirməsi bu halı bir daha təsdiq edir.

41. Bununla belə məhkəmə icraatı dövründə əvvəlcə evin bütün xərclərini özü çəkməsini deyən iddiaçı, konkret nə qədər xərc çəkməsi ilə əlaqədar məhkəmənin suallarını cavablandıra bilməmiş, konkret rəqəmi xatırlamadığını demişdir. Sonrakı izahatlarında isə bu evi anasının əvvəllər satmış olduğu evin puluna inşa etdiyini və bacı-qardaşına pay verdikdən sonra bu evin də onun payı olacağını vəd etmişdir. Lakin sonradan bacısı cavabdeh Çimnaz anasına qulluq adı ilə onun evində yaşamağa başlamış, onu evə buraxmamış və evini əlindən almağa çalışmışdır. Hesab edir ki, hazırki ev ona məxsusdur, anası onun üçün alıb, Çimnaz isə həmin evə yiyələnmək istəyir.

42. Iddiaçı mübahisəli evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılmasını və evdən istifadəsinə ona maneələr yaradan cavabdehlərin evdən istifadəsinə qadağa qoyulmasını xahiş etmişdir.

43. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evi olan özbaşına tikilidən iddiaçının da istifadə etməyinə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, qalan hissədə isə məhkəmə qeyd etmişdir ki, özbaşına tikiliyə münasibətdə şəxslərin eyni hüquqi statusa malik olmaqla iddiaçının evin yalnız özü tərəfindən inşa edilməklə, təmir edilməsi halları sübuta yetirilmədiyindən iddia rədd edilməlidir.

44. Iddianın təmin edilməyən hissəsində birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, iddiaçı tələbini mübahisə predmeti olan evi öz şəxsi vəsaiti hesabına tikməsi ilə əsaslandırsa da bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsində izahat verən iddiaçı anasının ona vəsiyyətnamə verməsini və bütün əmlakını ona verməsini bildirmiş, digər övladlara əmlakını bölüşdürdüyünü, lakin ona düşən payı vermədiyini, hazırda isə onun üçün tikdirmiş olduğu evi verməkdən imtina etdiyini bildirmişdir.

45. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

46. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.

47. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.

48. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

49. Hazırkı işdə isə mübahisə predmeti olan evin iddiaçı tərəfindən inşa edilməsi iş materialları ilə öz təsdqini tapmır. 50.Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndiilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbğləği apellyatora aid edilməldir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar