Məhkəmə qərarları › İş №2(3-6)-2083/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2083/2026

22.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2083/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X3 ibarət tərkibdə İddiaçı Baharova İradə Aslan qızının cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, X1, cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Camaləddin oğlu, cavabdeh1 qarşı “əmlakda ½ hissədə payın müəyyən edilməsi, maneə və təcavüzün aradan qaldırılması” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfındən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq Müəyyən etdi: İddiaçı Baharova İradə Aslan qızı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2, X1, cavabdeh2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Camaləddin oğlu, cavabdeh1 qarşı əmlakda ½ hissədə payın müəyyən edilməsi, maneə və təcavüzün aradan qaldırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə mülki işin icraatına “paylı mülkiyyətdə olan xüsusi mülkiyyət hüququna malik torpaq sahəsində iddiaçıya məxsus ½ payın müəyyən edilməsi və pəncərələrin bağlanmasının təmin edilməsi » hissəsində xitam verilmişdir. Qərardaddan iddiaçı Baharova İradə Aslan qızının verdiyi şikayət Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli, şikayətin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Həmin Məcəllənin 108.1.6-cı maddəsinə əsasən iş üzrə icraatın xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin 5-ci bəndinə görə iş üzrə icraata xitam verilməsi barədə qərardaddan şikayət verilməsinə görə 50 manat dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdur. Şikayət və ona əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən iş üzrə icraata xitam verilməsi barədə qərarddandan şikayət verilməsinə görə 19,60 manat rüsum ödənilmişdir. Beləliklə, müəyyən olunur ki, qanunvericiliyin sadalanan normaların əsasən iddiaçı Baharova İradə Aslan qızı Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından şikayət verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, cəmi 19,60 manat məbləğində rüsum ödəyərək qanunvericiliyin həmin şərtinə tam əməl etməmişdir. Azərbaycan Respublikası MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayətə qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumunu ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qərardaddan verilən şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 363.1.2, 400 və 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı Baharova İradə Aslan qızı tərəfındən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Fuad Abdıyev Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar