Məhkəmə qərarları › İş №2(3-6)-2091/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2091/2026

16.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2091/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: "pul tələbi") Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh oğlunun iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin halları:

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində 2 sot torpaq sahəsinin alınaraq ona qaytarılması, qaytarmadığı təqdirdə isə həmin torpaq sahəsinin həmin ərazidə pulunun hazırkı bazar qiymətinə uyğun olaraq cavabdehdən alınaraq ona ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 2005-ci il tarixdə yaşadığı evdə qardaşı Cavabdeh xalası oğlu Şahid iştirakı ilə Şağan qəsəbəsində 10 sot torpaq sahəsi alması üçün 1000 ABŞ dolları məbləğində pul vermişdi. Torpaq sahəsi alındıqdan sonra qardaşı həmin torpaq sahəsini həyat yoldaşı Səidə Musazadənin adına rəsmiləşdirməyi bildirdi, onlara qarşı heç bir məkrli niyyəti olmadığından və onlara özü qədər inandığından torpaq sahəsinin S.Musazadənin adına rəsmiləşdirilməsinə heç bir tərəddüd etmədən razılıq vermişdir. Övladı ## #### 2007-ci təvəllüdlü X1 anadangəlmə kvadroplegik spastik serebral iflic-tetraplegiya xəstəliyindən əziyyət çəkir və İ dərəcəli əlildir. Övladının səhhətinin ağırlaşması səbəbindən onun müalicəsi üçün xeyli miqdarda borca düşdüyündən, pulunu verdiyi torpaq sahəsində tikinti işlərinə başlaya bilməmişdi. Qardaşı ilə söhbət əsnasında qardaşı onu arxayın salaraq bildirirdi ki, narahat olma həmin 2 sot torpaq sahəsi sənindir, halal pulunu verib almısan, nə vaxt imkan etsən, tikintiyə başlayarsan. Həmin vaxt başı övladının müalicəsinə qarışdığından, maddi imkansızlıq ucbatından ona ayrılmış 2 sot torpaq sahəsində heç bir tikinti işləri apara bilmədiyi üçün qardaşı bu fürsətdən yararlanaraq onun üçün ayrılmış 2 sot torpaq sahəsini də hasara alaraq orada tikinti işləri aparmışdır. Bundan sonra cavabdehdən torpaq sahəsinin sənədini və yaxud həmin torpaq sahəsinin indiki bazar qiymətinə uyğun olaraq pulunu qaytarmağı tələb etsə də, cavabdeh ona “get hara istəyirsən şikayət et” deyərək ona pul qaytarmaq kimi bir fikri olmadığını, onun payına düşən 2 sot torpaq sahəsində heç bir hüququnun olmadığını və bununla bağlı aidiyyatı qurumlara şikayət etməyi bildirmişdir. Hazırda cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində 2005-ci il tarixdə aldığı 10 sot torpaq sahəsinin 2 sot torpaq sahəsini ondan aldığı 1000 ABŞ dolları müqabilində ona verəcəyini vəd etməsinə baxmayaraq həmin torpaq sahəsini ona verməkdən imtina edir. Daha sonra o, qardaşının qanunsuz hərəkətlərinə son qoyulması və pulunun indiki bazar qiymətinə uyğun olaraq ona geri qaytarılması məqsədi ilə Xəzər Rayon Polis Idarəsinin 1-ci Polis Şöbəsinə müraciət etmişdir. Xəzər Rayon Polis Idarəsinin 1-ci Polis Şöbəsinin təhqiqatçısı, polis R Rı X2 ## #### 2025-ci il tarixli qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir. Belə olan təqdirdə cari mübahisənin həll edilməsi, pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etməyi qanunamüvafiq hesab edir.

3. Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Nərmin Abiyeva) ilə iddia təmin edilməmişdir.

4. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Iddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılmışdır. Belə ki, rayon məhkəməsi yalnız cavabdehin iddiaya etirazında qeyd etdiyi halları nəzərə almış, iddiaçı tərəfindən təqdim olunmuş sübutları qiymətləndirməmişdir. Iş üzrə şahidin ifadəsi ilə iddiaçı tərəfindən torpaq sahəsinin alınması məqsədilə cavabdehə pulun verilməsinin təsdiq olunmasına baxmayaraq, məhkəmə, iddia tələbinin sübut olunmaması nəticəsinə gəlmişdir. Cavabdeh iddiaçıya məxsus əmlakı (pul vəsaitini) heç bir əsas olmadan əldə etmiş, hazırda isə bu əmlakı qaytarmır. Odur ki, cavabdehin hərəkətləri əsassız varlanma hesab edilməli olduğu halda rayon məhkəməsi bu hala qiymət verməmişdir. Hazırki iş üzrə iddiaçının əmlak hüquqlarının pozulmasına baxmayaraq məhkəmə iddia tələbinə borc münasibətləri kimi yanaşmış və yalnış olaraq Mülki Məcəllənin 373.1-ci maddəsini tətbiq etmişdir. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Bildirdi ki, 2005-ci ildə xalası oğlunun şahidliyi ilə qardaşına – cavabdehə 2 sot torpaq üçün 1000 (min) ABŞ dolları pul verib. Sonradan pula ehtiyacı olduğu üçün qardaşından torpaq sahəsinin və ya torpaq sahəsinin hazırkı dəyərinin ona qaytarılmasını xahiş edib, qardaşı ona pul verilmədiyini bildirərək etiraz edib.

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, eyni zamanda bildirdi ki, iddia tələbi əsassızdır, iddiaçının heç bir sübutu yoxdur. Iddia ərizəsində iddiaçı 2005-ci ildə ona torpaq üçün 1000 (min) ABŞ dolları verdiyini qeyd etsə də, cavabdeh həmin torpaq sahəsini 2003-cü ildə arvadı Səidənin adına alıb (müvafiq sənədləri təqdim edir). Sübutların tədqiqi:

8. Azərbaycan Respublikası Prezidenti Işlər Idarəsi Kənd Təsərrüfatı Müəssisəsinin №**, ## ### 2003-cü il tarixli əmrdən çıxarışından müəyyən olur ki, Abşeron rayon Icra Hakimiyyətinin başçısının ## ##### 1999-cü il tarixli *** saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti Işlər Idarəsi Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının ## ### 2003-cü il tarixli ** saylı protokolunu nəzərə alaraq, əmr edilmişdir ki, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X4 0,10 ha həyətyanı torpaq sahəsi ayrılsın.

9. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin A№ ******, ##.##.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-333 ünvanında yerləşən 0,1 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir.

10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin A№ ******, ##.##.2022-ci il tarixli torpaq sahəsinin planı və ölçüsünə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-333 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətindədir.

11. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ************ reyestr nömrəli çıxarışından müəyyən olur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahə 3-333 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi qeydiyyta nömrəsi 1122002205, qeydiyyat tarixi ##.##.2022-ci il tarixi olmaqla, X4 xüsusi mülkiyyətindədir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə: 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

13. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

14. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

15. Məhkəmə ilk növbədə iddia tələbinin qanuni əsasını yoxlamalıdır. Hazırkı halda iddiaçının iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin birlikdə götürülmüş 1091 və 1092-ci maddələri təşkil edir.

16. MM-in 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.).

17. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.).

18. Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) idda tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur.

19. Hazırkı işin hallarından görünür ki, iddiaçının bildirdiyi işin faktiki halları əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların dispozitiv şərtlərinin təsiri altına düşür.

20. Belə olduqda, növbəti mərhələ iddiaçının istinad etdiyi hallara dair sübutların yoxlanılmasıdır.

21. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Buna görə də hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı cavabdehin ona qeyd edilən torpaq sahəsini və ya onun dəyərini qaytarmalı olduğunu sübut etməlidir, lakin iddia ərizəsinə və apellyasiya şikayətinə iddiaçı tərəfindən buna dair sübutlar əlavə edilməmişdir.

22. Iddiaçı iddiasının əsası və apellyasiya şikayətinin dəlili kimi şahid ifadəsinə əsaslansa da, rayon məhkəməsinin ##.##.2026-cı il tarixli məhkəmə baxış iclasında şahid Şahid verdiyi qeyri-dəqiq ifadə təkbaşına iddia ərizəsində qeyd olunan halı təsdiq etmir, o cümlədən iddia tələbinin əsası kimi istinad edilən halın həqiqiliyini müəyyən etmir.

23. Belə ki, iddiaçı yazılı iddia ərizəsində, eləcə də məhkəmələrdə verdiyi izahatlarında cavabdehə torpaq sahəsinin alınması üçün pulu 2005-ci ildə verdiyini bildirmişdir, iddiaçının təqdim etdiyi şahid də ifadəsində cavabdehə pulun hansı tarixdə və hansı məbləğdə verilməsinə dair hər hansı məlumat verməmişdir.

24. Bununla belə cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçının tələbi əsassızdır, iddiaçı ona istinad edilən tarixdə hər hansı məbləğdə pul verməmiş, ümumiyyətlə isə, iddiaçının istinad etdiyi torpaq sahəsini o, 2005-ci ildə deyil, bundan üç il öncə, yəni 2003-cü ildə almışdır. Mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti Işlər Idarəsi Kənd Təsərrüfatı Müəssisəsinin №**, ## ### 2003-cü il tarixli əmrdən çıxarışından da Abşeron rayon Icra Hakimiyyətinin başçısının ## ##### 1999-cü il tarixli *** saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti Işlər Idarəsi Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının ## ### 2003-cü il tarixli ** saylı protokolunu nəzərə alaraq, əmr edilmişdir ki, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X4 0,10 ha həyətyanı torpaq sahəsi ayrılması müəyyən edilir.

25. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Avropa Insan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı ## #### 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

27. Belə olan halda Məhkəmə hesab edir ki, «affirmanti incumbit probatio – kim nəyi iddia edirsə, onu sübut etməlidir» prinsipinə əsasən, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı «əsaslı şübhə yeri qoymayan» sübutlar təqdim edilmədiyindən iddia tələbi əsassızdır və təmin edilməməlidir.

28. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

29. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

30. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

31. Odur ki, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi ilə bağlı biri digərini tamamlayan, təkzibedilməzlikə bağlı tələblərə cavab verən əsaslı və şübhədənkənar sübutlar təqdim edilmədiyindən rayon məhkəməsi iddia tələbini təmin etməyərək mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəldiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.

32. Məhkəmə rayon məhkəməsinin iddia tələbinin təmin edilməməsi əsası kimi həm iddia müddətinin ötürülməsinə, həm də iddiaçının heç bir sübut təqdim etməməsinə əsaslanmaqla ziddiyyətli qənaətə gəlməsinə baxmayaraq, ümumən iddia tələbini təmin edilməməsi barədə mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini nəzərə alır.

33. Belə ki, MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

35. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarilə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur. Qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

37. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

38. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar