Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2107/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh IB-nə qarşı “fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh IB-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin halları:
1. Iddiaçı İddiaçı Cavabdeh IB-nə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Binə qəsəbəsi, Ramana südçülük sovxozu ünvanında istifadəsində olan torpaq sahəsindəki fərdi yaşayış evinin qazlaşdırılması və adına abonent kodunun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Binə qəsəbəsi, Ramana südçlük sovxozu ünvanında yerləşən 250 m2 torpaq sahəsini 2013-cü ildə almışdır və həmin torpaq sahəsində 2020-ci ildə fərdi yaşayış evi tikdirmiş və ailəsi ilə birgə orada yaşayırlar. Sözügüdən evə elektrik xətti çəkdirmişdir və aidiyyəti orqan tərəfindən sayğac qoyulmuşdur. Bundan sonra evin qaz xətti ilə təmin edilməsi üçün Cavabdeh IB-nə ##.##.2025-ci il tarixində ərizə ilə müraciət etmişdir. Cavabdeh Cavabdeh IB zəng edərək şifahi şəkildə bildirmişdir ki, Cavabdeh IB AR Qanununda ##.##.2023-cü il tarixində qüvvəyə minmiş dəyişikliyə görə AR Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə olan, lakin belə icazə alınmadan inşa edilmiş v tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və tikilməkdə olan tikinti obyektlərinin qaz xətlərinin şəbəkəyə qoşulması qadağan olunmuşdur. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Sözügedən fərdi yaşayış evi şəhərsalma qaydalarına uyğun inşa edilmişdir. Bundan əlavə iddiaçı qeyd etmişdir ki, Cavabdeh IB AR Qanununda ##.##.2023-cü il tarixində qüvvəyə minmiş dəyişikliyə əsasən imtina etməsi də əsassızdır. Belə ki, iddiaçı ev sözügedən dəyişilikdən xeyli əvvəl inşa etdirmiş və orada yaşamışdır. Buna sübut isə evə çəkilmiş işıq xəttidir.
3. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş ## ### 2023-cü il tarixli, ***-VIQD nömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10-1-ci bəndə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Leyla Şövkətli-Mənsimli) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Binə qəsəbəsi, Ramana südçülük sovxozu ünvanında İddiaçı istifadəsində olan torpaq sahəsindəki fərdi yaşayış evinin qazlaşdırılması və İddiaçı adına abonent kodunun verilməsi öhdəliyi cavabdeh Cavabdeh IB-nə həvalə edilməsi, 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh Istehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Binəqəsəbəsi, Ramana südçülük sovxozu ünvanında istifadəsində olan torpaq sahəsindəki fərdi yaşayış evinin qanunvericiliyə uyğun olaraq sənədi yoxdur (çıxarış). Qanunvericiliyə uyğun olaraq sənədsiz mənzilin qazlaşdırılması qanunsuz və təhlükəlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş ## ### 2023-cü il tarixli, ***-VIQD nömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10-1-ci bəndə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Lakin 1-ci instansiya məhkəməsi bu halları nəzərə almamış və qərar qəbul edərkən qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaq təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və bildirdi ki, fərdi yaşayış evinin tikintisinə 2013-cü ildə başlamış, ev həmin vaxt tam hazır olmuş, evi su və işıqla təmin etmək üçün müvafiq müqavilələr bağlamışdır. Evin yalnız təmir işləri qalmışdı, təmir işlərini isə 2022-ci ildə yekunlaşdırmışdır. Eyni zamanda qeyd etdi ki, yaşadığı ərazidə, qonşularında bütün evlər qazla təmin olunmuşdur. Sübuların tədqiqi:
9. Daşınmaz Əmlakın Dövlət Reyestrinin ##.##.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Binə qəsəbəsi, Ramana südçülük sovxozu ünvanında yerləşən 0,50 ha torpaq sahəsi X1 ##.##.2010-cu il tarixdən 99 il müddətinə icarəyə verilmişdir.
10. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2013-cü il tarixli arayışından müəyyən olur ki, X1 Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisi ünvanında yerləşən torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının 26-cı vərəqində qeydiyyata alınmışdır.
11. Torpaq sahəsinin icarə hüququnun satılmasına dair ##.##.2013-cü tarixli alqı-satqı müqaviləsindən görünür ki, X1 icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Binə qəsəbəsi, Ramana südçülük sovxozu ünvanında yerləşən 0,50 ha torpaq sahəsindən 0,025 ha torpaq sahəsinin icarə hüquqları İddiaçı satılmışdır.
12. “xxxx” ASC-nin ********* nömrəli, ##.##.2014-cü il tarixli qəbzinə əsasən İddiaçı Ağabala oğlu abonent kodu 090600401650104 olan ünvan 1 ünvanında elektrik enerjisi sərfiyyatına görə 54 (əlli dörd) manat borcunu ödəmiş, qalıq borcu 0,06 (altı qəpik) manat qalmışdır.
13. Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin ##.##.2014-cü il tarixli ****** nömrəli qəbzindən müəyyən olur ki, İddiaçı Ağabala oğlu Ramana qəsəbəsi 2-ci sahə ünvanı üçün 3.00 (üç) manat torpaq vergisi, 67.00 (altmış yeddi) manat əmlak vergisi ödəmişdir.
14. Mülki iş materiallarında olan ##.##.2014-cü il tarixli müqavilədən müəyyən olur ki, telekommunikasiya xidmətlərinin göstərilməsi üçün “Rabitə operatoru” ilə abunəçi - İddiaçı Ağabala oğlu arasında bağlanmışdır.
15. “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə” bağlanan ##.##.2016-cı il tarixli, № ******** müqaviləyə əsasən “xxxx” ASC-nin Sabunçu rayon Sukanal Idarəsi ilə İddiaçı Ağabala oğlu (abonent kodu 0138800470010) arasında “Su təchizatı və tullantı sualrı haqqında” Qanuna və “Sudan istifadə Qaydaları”na uyğun olaraq bu müqavilə bağlanmışdır.
16. Iddiaçının Cavabdeh IB-nə ünvanladığı ##.##.2025-ci il tarixli ərizədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Binə qəsəbəsi, Ramana südçülük sovxozu ünvanında yerləşən 250 m2 torpaq sahəsinə qaz xəttinin çəkilməsi üçün dəfələrlə Cavabdeh IB-nə müraciət etmiş, lakin müraciətləri cavabsız qalmışdır. Bu səbəbdən sözügedən fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi üçün göstəriş verilməsini xahiş etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
18. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının ##.##.2025-ci il tarixli Qanunu:
20. 3.1. Bu Qanun qaz təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına (qurumlarına), o cümlədən tənzimləyiciyə şamil olunur.
21. 12.1. Qazın topdansatışı topdan satıcı tərəfindən, pərakəndə satışı pərakəndə satıcı tərəfindən həyata keçirilir.
22. 12.3. Istehlakçılara qazın pərakəndə satışı pərakəndə satıcı ilə istehlakçı arasında bağlanılmış alqı-satqı müqavilələri əsasında həyata keçirilir.
23. 13.1. Istehlakçılara qazın satışı qaz satıcıları tərəfindən həyata keçirilir.
24. 13.2. Istehlakçılara qazın satışının xüsusiyyətləri qazdan istifadə qaydaları ilə tənzimlənir.
25. 14.1. Tikinti obyektlərinin qaz şəbəkələrinə qoşulması şəffaf və ayrı-seçkiliyə yol verilmədən həyata keçirilir.
26. 14.2. Tikinti obyektlərinin qaz təchizatı üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə onların qaz şəbəkəsinə qoşulması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi və qaz təchizatı sisteminə dair qaydalarla tənzimlənir.
27. 14.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:
29. 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Agentlik tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır.
30. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. «Istehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu:
31. 3. Istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdir.
32. Maddə 8. Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. Icraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur.
33. Maddə 13.8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
34. Maddə 17. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «Istehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Tətbiq edilən prosessual hüquq normaları:
22. Mülki Prosessual Məcəllə
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
40. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
41. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
45. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
47. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır,
49. Hazırkı halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
50. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
51. Hazırkı mülki işin faktiki halları ondan ibarətdir ki, iddiaçı qazla təmin edilməsini xahiş etdiyi fərdi yaşayış evinin tikildiyi torpaq sahəsinə icarə hüququnu 2013-cü ildə əldə etmişdir. Kommunal xidmətlərə dair bağlanmış müqavilələrdən və ödəniş qəbzlərindən isə görünür ki, fərdi yaşayış evi 2014-2016-cı illərdə elektrik enerjisi, telefon-rabitə xidməti və su təhcizatı ilə təmin edilmişdir.
52. Cavabdeh apellyasiya şikayətini “Qaz təchizatı haqqında” Qanuna edilmiş ## ### 2023-cü il tarixli, ***-VIQD nömrəli dəyişikliyinə əsasən əlavə olunmuş 10-1-ci bəndə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulmasının qadağan olması ilə əsaslandırmışdır.
53. Rayon məhkəməsi müəyyən etmişdir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının ##.##.2025-ci il tarixli Qanunu ##.##.2026-cı il tarixdən qanuni qüvvəyə minmişdir və Qanunun 14.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Analoji qadağa köhnə “Qaz təchizatı haqqında” Qanuna ## ### 2023-cü il tarixli dəyişikliklə daxil edilmiş və həmin dəyişiklik ##.##.2023-cü il tarixdən qüvvəyə minmişdir.
54. Məhkəmə iddia tələbini təmin edən rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarındakı sübutlarla və iddiaçının izahatları ilə onun istifadəsində olan fərdi yaşayış evinin qanunvericilikdə qeyd edilən qadağanın tətbiq edilməsindən daha əvvəl inşa edildiyi müəyyən olur.
55. Odur ki, fərdi yaşayış evinin qazlaşdırılmasını tələb edən iddiaçıya hazırkı əsaslarla etiraz edən cavabdehin imtinası əsassız olmuşdur və bu imtina MM-in 390.3-cü maddəsinin, eləcə də «Istehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələblərinə zidd olmuşdur.
56. Belə ki, həmin maddənin tələbinə görə bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. Icraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur.
57. Məhkəmə onu da qeyd edir ki, hazırkı işin hallarına uyğun olaraq, iddiaçının fərdi yaşayış evini 2014-2016-cı illərdə elektrik enerjisi, telefon-rabitə xidməti və su təhcizatı ilə təmin etdiyi halda cavabdehin fərdi yaşayış evinin qazlaşdırılmasından imtinası Azərbaycan Respublikası vətəndaşının layiqli həyat səviyyəsinin, mülkiyyətə gözlənti hüququ, mənzil hüququ, şəxsi və ailə həyatına, yaşayış yerinə hörmət hüququnun məhdudlaşdırılmasına və eyni zamanda iddiaçının Birliyə ##.##.2025-ci il tarixli müraciətində və apellyasiya baxışı zamanı məhkəmə iclasındakı izahatında bildirdiklərinə əsasən yaşadığı ərazidəki digər evlərin qazla təmin edildiyi halda ona qarşı ayrı-seçkiliyə gətirib çıxarır.
58. Beləliklə də, müəyyən olur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
59. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
60. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. MPM-in 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
62. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
63. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
65. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
66. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Cavabdeh Cavabdeh IB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.