Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2113/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi vəkil vəkil1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı cavabdeh Cavabdeh maddi zərərə görə 35304 manat, iddiaçıya məxsus əşyalara görə 15000 manat, mənəvi zərərə görə 40000 manat, cəmi 90304 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi və “Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobilinin dövlət nömrə nişanlarının cavabdehdən alınaraq ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2024cü il tarixli qətnaməsi ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh cavabdeh İddiaçı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı "yalan əqdin etibarsız hesab edilməsi və doğurduğu nəticələrin ləğvi" tələbinə dair ilkin iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin olunaraq, “Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobilin işlək vəziyyətdə Cavabdeh alınıb İddiaçı qaytarılması qət edilmişdir. Yuxarıda göstərilən qətnamənin icrası zamanı, “Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobil tələbkara təhvil verilərkən, işlək vəziyyətdə olmamışdır. Nəqliyyat vasitəsinin dövlət nömrə nişanları da cavabdeh tərəfindən çıxarılmışdır. Bu fakt, icra məmurunun tərtib etdiyi aktla da öz təsdiqini tapmışdır. “xxxx” MMC tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli qüsur aktına əsasən “Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobilinin ehtiyat hissələrinin dəyişdirilməsi və təmir işlərinin görülməsi üçün 35304 manat pul vəsaiti tələb olunduğu göstərilmişdir. Bundan başqa, iddiaçı İddiaçı məxsus, dəyəri 15000 manat olan əşyalar (yataq dəsti-çarpayı, tumbalar, məxbəx əşyaları-divan, stol, stullar, soyuducu, paltaryuyan maşın, elektrik soba, mikrodalğalı soba, qonaq dəsti (böyük balaca olmaqla iki dolab, kamod, stol, jurnal masası) da cavabdeh Cavabdeh qalmış və həmin əşyalar sonuncu tərəfindən iddiaçıya qaytarılmamışdır. İddiaçı İddiaçı öz atası, hazırkı iş üzrə cavabdeh Cavabdeh tərəfindən ona qarşı hazırkı mübahisə predmeti ilə bağlı iddia tələbləri irəli sürülməsi, ona məxsus nəqliyyat vasitəsinin yararsız vəziyyətə salınması, iddiaçıya son dərəcə mənfi təsir göstərmiş və onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. İddiaçının qənaətinə görə, cavabdehdən mənəvi zərər kimi 40000 manat pul tutularaq ona ödənilməlidir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ## ###### 2026cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh "Lexus NX 200" minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobilinə vurulmuş zərərə görə 17025 manat, ödənilmiş dövlət rüsumuna görə 142 (bir yüz qırx iki manat) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, "Lexus NX 200" minik markalı, **-SJ- *** dövlət nömrə nişanlı minik avtomobilin dövlət nömrə nişanlarının cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1, 1091.2, 1092.1, 1096.1, 1097.1; Mülki Prosessual Məcəllənin 9.3, 14.1, 14.2, 76.1, 88, 101.7, 217.3, 220.4-cü maddələrinə istinadən məhkəmə qətnamədə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi əsasında “Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobili işlək vəziyyətdə Cavabdeh alınıb İddiaçı qaytarılması qət edilmişdir. Sözügedən avtomobil iddiaçıya geri qaytarılmışdır. İddiaçı iddia edir ki, avtomobil tələbkara təhvil verilərkən, işlək vəziyyətdə olmamışdır. Avtomobil sürətlər qutusu və mühərrikin bəzi detalları üstündə olmadan təhvil verilmişdir. Cavabdeh iddia tələbi ilə qismən razılaşır, belə ki, o bildirir ki, imzalanmış iltizamda “avtomobilin sürətlər qutusu və mühərrikin bəzi detalları üstündə olmaması” ifadəsi sürətlər qutusunun bütöblükdə olmamasını deyil, onun bəzi hissələrinin olmamasını nəzərdə tutur. İddiaçı isə iddia tələbinə etirazın bu hissəsi ilə razılaşmır və bildirir ki, avtomobil təhvil verilərkən sürətlər qutusu avtomobilin üzərində olmamışdır. Məhkəmə xatırladır ki, yuxarıda adı çəkilən iltizamda qeyd edilib: Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə mənə məxsus olan "Lexus NX 200" minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobilini təhvil aldım. Avtomobili təhvil alarkən avtomobilin açar və texniki şəhadətnaməsi mənə verilmiş, eyni zamanda avtomobili təhvil alarkən dövlət nömrə nişanları üstündə yox idi. Bundan əlavə avtomobilin sürətlər qutusu və mühərrikin bəzi detalları üstündə yox idi. Avtomobil işlək vəziyyətdə olmadığı üçün evakuator vasitəsilə dayanacaqdan icra məmurunun iştirakı ilə götürdüm.” Məhkəmə sözügedən iltizamda əks olunmuş ifadələri avtomobilin təhvil verilməsi zamanı üzərində ümumiyyətlə surətlər qutusunun olmaması kimi qiymətləndirir və bu nəticəyə gəlməyə əsas verən isə avtomobilin evakuator vasitəsilə gətirilməsi, surətlər qutusunun avtomobil təhvil verilərkən maşının üzərində olmasını cavabdehin sübuta yetirə bilməməsi əsas olur. Eləcə də, məhkəmə vurğulayır ki, azərbaycan dilinin qramatik qaydaları nöqteyi nəzərindən də, qeyd edilən (avtomobili təhvil alarkən dövlət nömrə nişanları üstündə yox idi) ifadənin avtomobilin surətlər quturunun bütövlükdə avtomobilin üzərində olmaması qənaətinə gəlməyə imkan verir. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı xüsusi mülkiyyətində olan "Lexus NX 200" minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobilini cavabdehin faktiki sahiblik və istifadəsinə vermiş, lakin sonra geri tələb etmişdir. Məhkəmə həmçinin müəyyən edir ki, avtomobil geri qaytarılan zaman sürətlər qutusu və mühərrikin bəzi detalları avtomobilin üzərində olmamışdır. Eləcə də, məhkəmə iş materiallarına əsasən avtomobilin dövlət nömrə nişanlarının da avtomobilin üzərində olmadığını müəyyən etmişdir. İddiaçı mülkiyyətində olan avtomobilinə cavabdeh tərəfindən vurulan zərərin 35304 manat dəyərində olduğunu iddia edir, cavabdeh isə bu məbləğlə razılaşmır. Məhkəmə ilk növbədə qeyd edir ki, minik avtomobillərinin bir illik istismarına görə aşınma dərəcəsi orta hesabla 2–6% təşkil edir, dəyişdirilməli ehtiyat hissələrinin dəyəri müəyyən edilərkən isə avtomobilin istismar olunmuş olması nəzərə alınaraq həmin hissələrə adətən 50% amortizasiya tətbiq olunur. Məhkəmə nəzərə alır ki, avtomobilin istehsal ili 2018-ci ildir. Bu yanaşmanın tətbiqinin məqsədi köhnə avtomobilə yeni ehtiyat hissələrinin quraşdırılması nəticəsində tələbkarın əsassız varlanmasının qarşısını almaqdan ibarətdir. Məhkəmə bu nəticəyə gələrkən sözügedən avtomobilin iddiaçının azad iradəsi əsasında cavabdehin faktiki sahiblik və istifadəsində olmasını nəzərə almışdır. Məhkəmə iş materiallarında olan mütəxəssis rəyinə mötəbər sübut kimi qiymət verərək qəbul edir ki, “Lexus NX 200” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin cavabdeh tərəfindən istismarı nəticəsində dəyişilməli ehtiyat hissələrinin yenisi və orijinal versiyasının ümumi dəyəri 31430 manat, həmin avtomobilin təmiri ilə bağlı işçilik xərcləri 1310 manatdır. Bu halda ehtiyat hissələrinin dəyəri 31430 manat təşkil etdiyindən, onlara münasibətdə 50% amortizasiya tətbiq edildikdə, ehtiyat hissələri üzrə real zərər: 31430 × 50% = 15715 manat təşkil edir. İşçilik xərcləri isə faktiki yerinə yetirilmiş xidmətə görə ödənilən məbləğ olduğundan amortizasiyaya məruz qalmır və 1310 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, ehtiyat hissələrinə tətbiq edilmiş amortizasiya və işçilik xərcləri nəzərə alınmaqla avtomobilə dəymiş real zərərin ümumi məbləği 17025 (15715 + 1310) manat təşkil edir. Bundan başqa, iş materiallarına əsasən müəyyən edilir ki, "Lexus NX 200" minik markalı avtomobilin dövlət nömrə nişanları da avtomobil təhvil verilərkən üzərində olmamışdır. Belə olan halda, iddiaçı həmin dövlət nömrə nişanlarının qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. İddia tələbinin iddiaçıya məxsus olan əşyalara görə 15000 manat pul tələbi ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin əşyaların cavabdeh tərəfdə olması işin halları ilə sübut olunmur. Belə ki, cavabdehin izahatından, iddiaçının da bu halı mübahisələndirməməyindən məlum olur ki, iş materiallarına əlavə edilmiş fotoşəkillər iddiaçının nikahı pozulana kimi yaşadığı mənzildə çəkilmişdir. İddiaçı yalnız şəkillərlə kifayətlənmiş, həmin əşyaların cavabdehə məxsus evdə olmasını təsdiq edə biləcək sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəf, tərəflər arasında olan məhkəmə mübahisəsi zamanı (Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi ilə bağlı) iddiaçının nümayəndəsinin bu fikirləri (iddiaçının cehiz əşyalarının cavabdehə məxsus evdə olması) səsləndirdiyini və bu halın məhkəmə prosesində müəyyən olunduğunu bildirsə də, iş materiallarında olan müvafiq məhkəmə aktında qeyd edilən halın məhkəmə tərəfindən müəyyən edilmədiyi aşkar olunur. Beləliklə, məhkəmə o qənaətə gəlir ki, iddiaçı ona məxsus mebellərin cavabdehdə olmasını sübuta yetirə bilmədiyindən onların geri qaytarılmasına dair iddiası təmin edilməməlidir. İddia tələbinin 40000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" ## ###### 2008-ci il tarixli * saylı qərarında göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərarda həmçinin göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Bundan başqa, sözügedən Qərarda vurğulanır ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, iddiaçı atasının faktiki sahibliyi və istifadəsinə vermiş olduğu avtomobilə vurulmuş zərərə görə, eləcə də ona məxsus mebellərin qaytarılmamasına görə 40000 manat məbləğində mənəvi zərər tələb etsə də, bununla kifayətlənmiş, cavabdehin təqsirli hərəkətləri nəticəsində keçirdiyi fiziki və mənəvi sarsıntıların nədən ibarət olmasına aydınlıq gətirməmiş, buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə o qənaətə gəlir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli Qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə yeni qətnanmə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1091.1, 1091.2; Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 76.1, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadən istinadən qeyd edilmişdir ki, məhkəmənin əsaslandırması ilə razılaşmır və məhkəməyə təqdim olunmuş əsaslandırılmış sübutlar əsasında yeni əsaslandırılmış qətnamə qəbul edilməsinin tərəfdarıdır. Belə ki, məhkəmə tərəfin iddia etdiyi, lakin əsaslı sübutlarla əsaslandıra bilmədiyi halları tərəfin xeyrinə qiymətləndirmiş və iş üzrə cavabdeh qismində çıxış etməyinə baxmayaraq, tərəfin iddia etdiyi halları sübutetmə vəzifəsinin onun üzərinə qoyulması əvəzinə, cavabdehin həmin halları təkzib edə bilməsi üçün sübutların məhkəməyə təqdim olunmasını tələb etmiş, bu olmadıqda isə halın iddiaçının iddia etdiyi formada olması qənaətinə gəlmişdir. Bu hallar özünü avtomobilin təhvil alınarkən sürət qutusunun (bütövlükdə) və mühərrikin bəzi hissələrinin olmamasını iddia etməsində göstərir, halbuki avtomobilə tərəfindən zərər yetirilməmiş, sürət qutusu bəzi hissələri əksik şəkildə tərəfə verilmişdir. Bununla yanaşı qətnamədə qeyd olunmuş cümlənin məzmunu da tərəfindən tam anlaşılan olmamış, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində bu halları əsaslanıran sübut kimi “Eləcə də, məhkəmə vurğulayır ki, azərbaycan dilinin qramatik qaydaları nöqteyi nəzərindən də, qeyd edilən (avtomobili təhvil alarkən dövlət nömrə nişanları üstündə yox idi) ifadənin avtomobilin surətlər quturunun bütövlükdə avtomobilin üzərində olmaması qənaətinə gəlməyə imkan verir.“ Qeyd edək ki, dövlət nömrə nişanlarının avtomobilin üzərində olmamasının (bununla bağlı haqlı səbəblərimiz mövcud olduğu halda) məhkəmə tərəfindən sürət qutularının avtomobilin üzərində olmaması kimi qiymətləndirilməsi, eləcə də bu əsasla hakimin daxili inamının formalaşdırılması anlaşılan deyildir. Nəticə etibarilə, göstərilən ifadə yalnız dövlət nömrə nişanlarının mövcud olmamasına aiddir və onun əsasında avtomobilin texniki hissələrinin, o cümlədən sürət qutusunun olmaması barədə nəticəyə gəlmək nə qrammatik, nə də məntiqi baxımdan mümkündür. Bununla yanaşı, sözügedən avtomobilin qeydiyyat nişanının qaytarılmasına əsas kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi çıxış edir. Belə ki ,cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh cavabdeh İddiaçı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “yalan əqdin etibarsız hesab edilməsi və doğurduğu nəticələrin ləğvi” tələbinə dair ilkin iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin olunaraq, “Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobilin işlək vəziyyətdə Cavabdeh alınıb İddiaçı qaytarılması qət edilmişdir. Lakin göründüyü kimi burada qeydiyyat nişanının qaytarılmasından yox, onun təyin etdiyi, müəyyən etdiyi avtomobildən bəhs edilir (bir növ fərdlə müəyyən edilən əşyaya çevrilməsi üçün). Yəni, əslində sözügedən qeydiyyat nişanının qaytarılmasına əsas yoxdur. Məhkəmə bu hissədə nəzərə almalı idi ki, dövlət qeydiyyat nişanı müəyyən kateqoriyaya aid əşyalar kimi qeydiyyata alınır. Belə ki, dövlət qeydiyyat nişanı DİN-in Baş Dövlət Yol Polisi tərəfindən şəxsin adına qeydiyyata alınır və onun mülkiyyəti hesab olunur. Bu halda məhkəmə həmin əşyanın – qeydiyyat nişanının kimin mülkiyyətində olması məsələsini araşdırmalı idi. Belə ki, hazırda həmin qeydiyyat nişanı nə Cavabdeh, nə də İddiaçı mülkiyyətində deyildir. Bununla yanaşı, iddianın əsası avtomobilin sürət qutusu və mühərrikin bəzi hissələrinin olmaması ilə əsaslandırılsa da, ekspert rəyi nəticə etibarilə bu hallar ilə bilavasitə əlaqəsi olmayan (ehtiyat təkər, güzgü, altlıq və s. kimi) digər hissələri də qiymətləndirmə predmetinə daxil etmişdir. Bu isə məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş sualın ümumi xarakter daşıması ilə bağlı olmuşdur. Belə ki, məhkəmə iddianın faktiki əsasını təşkil edən sürət qutusu və mühərrikin bəzi detallarının olmamasına baxmayaraq, sualı ümumi şəkildə formalaşdıraraq bütün mümkün çatışmazlıqların qiymətləndirilməsini tələb etmiş və bununla da qiymətləndirmə predmetini əsassız olaraq genişləndirmişdir. Halbuki, iltizam aktında tərəf açıq şəkildə yalnız qeydiyyat nişanının, sürət qutusunun və mühərrikin bəzi detallarının mövcud olmadığını göstərmişdir. ##.##.2024-cü il tarixdə Əsgərov Elza tərəfindən verilmiş iltizamda qeyd edilmişdir: “Bakı Apellyasiya Məhkəməsinin *(***)****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə mənə məxsus olan "Lexus NX 200" minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobilini təhvil aldım. Avtomobili təhvil alarkən avtomobilin açar və texniki şəhadətnaməsi mənə verilmiş, eyni zamanda avtomobili təhvil alarkən dövlət nömrə nişanları üstündə yox idi. Bundan əlavə avtomobilin sürətlər qutusu və mühərrikin bəzi detalları üstündə yox idi. Avtomobil işlək vəziyyətdə olmadığı üçün evakuator vasitəsilə dayanacaqdan icra məmurunun iştirakı ilə götürdüm.” Qeyd edək ki, təqdim olunmuş rəydə yalnız aşağıdakı hissələr tərəfin üzərinə götürdüyü iltizamla uyğunluq təşkil edir: bublik daxil sürətlər qutusu (23 000 AZN), mühərrikin üst qoruyucusu (650 AZN), hava filtri korpusu və borular (950 AZN), mühərrik yağını göstərən şup (20 AZN). Bu halda ümumi məbləğ 24.620 AZN təşkil edir ki, amortizasiya tətbiq edildikdə və müvafiq işçi xərcləri çıxıldıqdan sonra tərəfimizə yüklənə biləcək maddi öhdəliyin təqribən 12.000–13.000 AZN həddində olacağı müəyyən olunur. Eyni zamanda, məhkəmə ümumilikdə sürət qutusunun olmaması kimi qiymətləndirmə aparmış və bu əsasla avtomobilin təmir xərclərinə nisbətən artıq məbləğ müəyyən etmişdir. Belə ki, təqdim olunmuş rəyə əsasən, sürət qutusunun olmamasına görə 23 000 (iyirmi üç min) manat, əlavə olaraq 700 (yeddi yüz) manat təmir xərci müəyyən edilmişdir. Qeyd edildiyi kimi, qanunvericilik zərərin əvəzinin tam həcmdə ödənilməsini nəzərdə tutur. Lakin zərərçəkmiş tərəfin ona faktiki dəymiş zərərdən artıq tələblər irəli sürməsi əsassız varlanmaya səbəb ola bilər. Məhz bu səbəbdən tərəfindən təqdim olunmuş ekspert rəyində müəyyən edilmiş məbləğə əlavə olaraq amortizasiya tətbiq edilməklə real zərərin müəyyən edilməsi məqsədilə hesablamalar aparılmışdır.Lakin buna baxmayaraq, hesablanmış məbləğ belə faktiki dəymiş zərəri aşmışdır. Belə ki, iddiaçı öz tələblərini əsaslandırarkən avtomobil təhvil verilərkən yalnız sürət qutusunun və mühərrikin bəzi hissələrinin təqdim edilmədiyini bildirmişdir. Buna baxmayaraq, avtomobilə dəymiş zərər müəyyən edilərkən ümumilikdə nəqliyyat vasitəsində mövcud olan bütün çatışmazlıqlar qiymətləndirilmiş və onların hamısının cavabdehdən tutulması məqsədi güdülmüşdür. Məhkəmə də bu yanaşmanı davam etdirərək ekspert qarşısında qoyduğu sualları ümumi formada ifadə etmiş və nəticədə avtomobilə aid bütün mümkün çatışmazlıqların dəyərinin hesablanmasına şərait yaratmışdır. Halbuki həmin dövrdə avtomobil artıq 4-5 ay ərzində iddiaçının istifadəsində olmuşdur və bu müddət ərzində yaranmış çatışmazlıqların cavabdehin məsuliyyətinə aid edilməsi hüquqi baxımdan əsassızdır. Qeyd edək ki, təqdim olunmuş rəydə yalnız aşağıdakı hissələr tərəfin üzərinə götürdüyü iltizamla uyğunluq təşkil edir: bublik daxil sürətlər qutusu (23 000 AZN), mühərrikin üst qoruyucusu (650 AZN), hava filtri korpusu və borular (950 AZN), mühərrik yağını göstərən şup (20 AZN)Digər hissələr, yəni ön sağ və sol qanadlar, akkumulyator və tutacağı (elektrik sisteminə aid olmaqla mühərrikin birbaşa detalı sayılmır), ön sol traversdən şvellerə gedən dəmir (kuzov şassisinə aid element), salondakı orta güzgü, ayaqaltılar, siqnallar, ehtiyat təkər, domkrat və təkər söküb-yığma aparatları, baqaj pərdəsi, ön buferin buksir qapaqları, günlüyün altında yerləşən işıqlar, habelə sürətlər qutusu başlığının yanındakı gizli cib (salon aksesuarı olmaqla) ümumilikdə mühərrik və sürətlər qutusu ilə birbaşa əlaqəli hissələr hesab olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə prinsipi, tərəflərin prosessual bərabərliyi və təqdim olunmuş sübutların obyektiv qiymətləndirilməsi əsasında həyata keçirilməlidir. Bu norma məhkəmənin tərəflərdən hər hansı birinə üstünlük vermədən, bütün sübutları eyni hüquqi meyarlarla araşdırmasını və qiymətləndirməsini tələb edir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi bu prinsipə əməl etməmişdir. Belə ki, məhkəmə iddiaçı tərəfindən irəli sürülən və mötəbər sübutlarla tam təsdiq olunmayan halları sübut olunmuş fakt kimi qəbul etmiş, cavabdehin təqdim etdiyi izahat və etirazları isə yetərli səviyyədə qiymətləndirməmişdir. Məhkəmə sübutların qiymətləndirilməsində obyektivlik prinsipindən kənara çıxaraq, ekspert rəyini yalnız iddiaçının mövqeyini təsdiq edən hissələrdə əsas götürmüş, lakin həmin rəyin iddia predmeti ilə birbaşa bağlı olmayan hissələrini də cavabdehin üzərinə əlavə maddi öhdəlik kimi yönəltmişdir. Eyni zamanda qətnamədə sübutlar arasında məntiqi əlaqə düzgün qurulmamış, “dövlət nömrə nişanlarının olmaması” kimi halın “sürət qutusunun olmaması” kimi nəticəyə gətirib çıxardığı barədə əsaslandırma verilməklə cavabdehin mövqeyi faktiki olaraq nəzərə alınmamışdır. Bu isə sübutların obyektiv və hərtərəfli qiymətləndirilməsi tələbini pozmuşdur. Nəticə etibarilə, məhkəmə araşdırması zamanı tərəflərin prosessual bərabərliyi təmin edilməmiş, iddiaçının mövqeyinə üstünlük verilməklə cavabdehin təqdim etdiyi sübutlar ya nəzərə alınmamış, ya da düzgün qiymətləndirilməmişdir ki, bu da MPM-in 9.1 və 9.3-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymət verməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və bütün sübutlar onların məcmusu əsasında qiymətləndirilməlidir. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Lakin hazırkı iş üzrə qəbul edilmiş qətnamə bu tələblərə cavab verməmişdir. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən zəruri olan sübutları hərtərəfli və obyektiv şəkildə qiymətləndirməmiş, təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Xüsusilə, iş materiallarına əlavə edilmiş ekspertiza rəyində məhkəmə iddianın predmetindən kənara çıxaraq yalnız sürət qutusu və mühərrik hissələri ilə bağlı iddia tələbi ilə məhdudlaşmalı olduğu halda, ümumilikdə avtomobildə mövcud olan bütün çatışmazlıqları qiymətləndirmə predmetinə daxil etmiş və həmin rəyə əsaslanaraq düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Hətta amortizasiyanın tətbiq edilməsi üçün təqdim olunmuş ekspertiza rəyi də tərəfindən məhkəməyə təqdim edilmişdir. Bununla yanaşı, məhkəmə qəbul etdiyi qətnamənin icra oluna bilmə perspektivlərini ümumiyyətlə araşdırmamışdır. Belə ki, məhkəmə “**-SJ-***” dövlət qeydiyyat nişanının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə nəticəyə gəlsə də, həmin əmlakın faktiki olaraq cavabdehin mülkiyyətində olub-olmamasını heç bir sübut əsasında müəyyən etməmişdir. Halbuki qeydiyyat nişanı cavabdehin mülkiyyətində və ya faktiki sahibliyində olmadığından, onun naturada qaytarılması obyektiv olaraq mümkün deyildir. Bu halı nəzərə almadan məhkəmənin belə bir öhdəlik müəyyən etməsi qətnamənin icra imkanlarını əvvəlcədən araşdırmadığını göstərir. Nəticədə, məhkəmə icrası faktiki olaraq mümkün olmayan bir qərar qəbul etmiş, bununla da mübahisəyə real və effektiv şəkildə son qoymaq imkanını təmin etməmişdir. Bu isə həm prosessual hüquq normalarının, həm də ədalətli məhkəmə baxışının mahiyyətinə ziddir. Məhkəmə Qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı 24 Noyabr 2005-ci il 9.2. Əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Qeyde etməlidir ki, bununla bağlı tərəfindən DİN BDYİ-nə sorğu ünvanlanımış və mövcud qeydiyyat nişanının dəyəri müəyyən edilərək məhkəməyə təqdim ediləcəkdir. Bu hissədə məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməlidir. Məhkəmə tərəfindən iddiaçının əsas sübutu olan icra məmurunun aktı düzgün qiymətləndirilməmişdir. Həmin aktda iddiaçı öz sərbəst iradəsi ilə avtomobili təhvil alarkən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının, sürət qutusunun və mühərrikin bəzi hissələrinin avtomobil üzərində olmadığını göstərmişdir. Bu hal iddia tələbinin faktiki əsasını təşkil etdiyi halda, məhkəmə həmin sənədin məzmununu genişləndirərək ona fərqli hüquqi nəticə vermişdir. Belə ki, məhkəmə ekspert qarşısında qoyulmuş sualı ümumi şəkildə formalaşdıraraq ““Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir xərci nə qədər təşkil edir (əldə edilməli ehtiyat hissələri və işçilik xərci ayrılıqda göstərilməklə)” kimi müəyyən etmişdir. Lakin iddia tələbinin hüdudları konkret olaraq sürət qutusu və mühərrikin müəyyən hissələri ilə məhdudlaşdığı halda, ekspert rəyində bütün ehtiyat hissələri üzrə qiymətləndirmə aparılmışdır. Nəticə etibarilə, məhkəmə iddianın həcmini aşmış, real və faktiki zərərin dəqiq müəyyən edilməsini təmin etməmiş, bununla da iddiaçının əsassız varlanmasına hüquqi zəmin yaratmışdır. Məhkəmə dövlət qeydiyya nişanının hüquqi statusunu,onun sahiblik və qeydiyyat əsasının hazırda kimə mənsub olmasınını araşdırmamışdır.Eyni zamanda dövlət qeydiyyat nişanı DİN-in Baş Dövlət Yol Polisi tərəfindən qeydiyyata alınaraq müvafiq şəxsə verilir və həmin şəxsin mülkiyyəti hesab olunduğu üçün hansı əsasla İddiaçı tərəfindən tələb edildiyini araşdırmamışdır. Belə ki, yuxarıda qeyd etdiyi kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi **-SJ-*** qeydiyyat nişanına avtomobilin fərqəndirici nişanı kimi qeyd etmişdir. Belə olduğu halda qeydiyyat nişanının hazırkı mülkiyyətçisindən alınması hüquqi əsas olmadan mümkün deyildir, qeyd edir ki, qeydiyyat nişanı hazırda 3-cü şəxsin adına qeydiyyata alınıb. 1. Məhkəmə nəqliyyat vasitəsinə dəymiş zərəri iddia tələbinin hüdudlarından kənara çıxaraq ümumi şəkildə qiymətləndirmiş, lakin bunun hüquqi və faktiki əsaslarını qətnamədə göstərməmişdir. 2. Eyni zamanda, dövlət qeydiyyat nişanının hansı hüquqi əsasla iddiaçı İddiaçı mənsub olması və hansı əsasla ona qaytarılması məsələsi məhkəmə tərəfindən araşdırılmamış və tərəf bunu sübut etməmişdir.
3. İş üzrə iddiaçı tərəfindən təqdim edilmiş iltizam aktında yalnız sürət qutusunun və mühərrikin bəzi hissələrinin mövcud olmaması göstərilmişdir. Buna baxmayaraq, məhkəmə həmin məhdud çatışmazlıqlara əsaslanaraq avtomobilin ümumilikdə bütün ehtiyat hissələri üzrə zərərin müəyyən edilməsi üçün mütəxəssis rəyinə istinad etmişdir. Halbuki, ekspert qarşısında qoyulmuş sual ümumi xarakter daşıdığından, iddia tələbinin hüdudlarından kənar olaraq avtomobilin bütün mümkün çatışmazlıqları qiymətləndirilmiş və bu da sübutetmə predmetini genişləndirmişdir. Nəticə etibarilə, iltizam aktında nəzərdə tutulmayan və iddia tələbinin predmetinə daxil olmayan çatışmazlıqlar əsassız olaraq cavabdehin üzərinə maddi öhdəlik kimi yüklənmişdir. 4. Bundan başqa, nəqliyyat vasitəsinin iddiaçıya təhvil verilməsinin 4-5 gün sonra həyata keçirilməsi faktı nəzərə alınsa da, bu müddət ərzində yaranmış vəziyyətin cavabdehə aidiyyəti və hüquqi səbəb-nəticə əlaqəsi məhkəmə tərəfindən əsaslandırılmamışdır. Məhkəmənin gəldiyi nəticə işin faktiki halları ilə uzlaşmır və bu qənaət yanlış şərhə əsaslanır. Məhkəmə tərəfindən qətnamənin ‘qət etdi’ hissəsində müəyyən edilmiş 15.715 manat məbləğ, amortizasiya tətbiq edilmiş mütəxəssis rəyində göstərilən 31.430 manatlıq zərər məbləğini ifadə edir. Bu isə o deməkdir ki, məhkəmə iş üzrə gəldiyi nəticədə ekspert rəyində göstərilən bütün ehtiyat hissələrinə münasibətdə zərər məbləğini müəyyən etmişdir. Halbuki, iddia tələbi yalnız sürət qutusu və mühərrikin müəyyən hissələri ilə məhdudlaşmışdır. Belə ki, iddiaçı iddiasının əsası kimi istinad etdiyi icra məmurunun aktında da yalnız bu iki hissəyə vurğu edilmişdir. Bu hal məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını təsdiq edən bir göstəricidir. Bununla yanaşı, məhkəmə iltizamda əks olunmuş ifadələri geniş və əsassız şəkildə yozaraq, avtomobil təhvil verilərkən üzərində ümumiyyətlə sürətlər qutusunun olmaması nəticəsinə gəlmişdir. Halbuki, həmin ifadələrin məzmunu birbaşa olaraq sürətlər qutusunun mövcud olub-olmamasını deyil, konkret olaraq müəyyən elementlərin (o cümlədən dövlət qeydiyyat nişanının) üzərində olmamasını ifadə edir. Məhkəmənin bu nəticəyə gəlməsi üçün əsas kimi göstərdiyi hallar – avtomobilin evakuator vasitəsilə gətirilməsi və cavabdehin sürətlər qutusunun avtomobil üzərində olmasını sübut edə bilməməsi – özü-özlüyündə belə bir qəti nəticəyə gəlmək üçün kifayət etmir. Avtomobilin evakuatorla daşınması onun texniki cəhətdən hərəkətsiz olmasını göstərə bilər, lakin bu hal sürətlər qutusunun ümumiyyətlə mövcud olmaması kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, məhkəmənin Azərbaycan dilinin qrammatik qaydalarına istinad etməsi də düzgün hüquqi nəticəyə gətirmir. “Avtomobili təhvil alarkən dövlət nömrə nişanları üstündə yox idi” ifadəsi yalnız dövlət qeydiyyat nişanlarının olmamasını bildirir və bu ifadədən avtomobilin digər əsas avadanlıqların, o cümlədən sürətlər qutusunun mövcud olmaması nəticəsini çıxarmaq məntiqi və hüquqi baxımdan əsaslı deyil. Apellyasiya icraatında müəyyən edilən hallar Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İddiaçı apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2023ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddiaçı Cavabdeh cavabdeh İddiaçı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə qarşı "yalan əqdin etibarsız hesab edilməsi və doğurduğu nəticələrin ləğvi" tələbinə dair ilkin iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin olunmuş və “Lexus NX 200” minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobili işlək vəziyyətdə Cavabdeh alınıb İddiaçı qaytarılması qət edilmişdir. Qeyd edilən qətnaməyə nəzər saldıqda məlum olur ki, hazırki iş üzrə iddiaçı artıq hazırki iddianın qaldırılmasına əsas olmuş əvvəlki mübahisəyə baxıldıqda mübahisə predmeti olan nəqliyyat vasitəsində çatışmazlıqların mövcudluğunu bilmiş və məhz bu hallar adı çəkilən mülki işin müzakirə predmeti olaraq avtomobilin işlək vəziyyətdə qaytarılması qət edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil1 Fazil oğlu apellyasiya şikayətini müdafiə etmiş, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, işə məhkəmədə baxılmalı deyil, mübahisələndirilən hissənin Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2024-cü il tarixli qətnaməsinin icrası ilə bağlı olduğunu hesab edir.Qeyd etmişdir ki, cavabdeh tərəf qeyd edilən qətnamənin icrasından yayınmamış, lakin iddiaçı tərəf buna şərait yaratmamışdır. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Qeyd edilməlidir ki, iddiaçı tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmədiyindən yalnız cavabdeh tərəfindən mübahisələndirilən - "Lexus NX 200" minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobilinə vurulmuş zərərə görə 17025 manat, ödənilmiş dövlət rüsumuna görə 142 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməi və "Lexus NX 200" minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobilin dövlət nömrə nişanları cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası, ilk olaraq münasibətlərin səciyyəsin nəzərə alaraq, işin məhkəmənin (mülki icraatın) səlahiyyətlərinə aid olmasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin tələblərinə əsasən: III. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə , onun izah edilməsinə yol verilir. 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 384.0.5. Apellyasiya instansiyası məhkəməsi: birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə kollegiyası müəyyən edir k, tərəflər arasında əvvəl baxılmış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1870\**** saylı işi üzrə ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən avtomobilin işlək vəziyyətdə Cavabdeh alınıb İddiaçı qaytarılması qət edilmişdir. Hazırda iddiaçı yenidən məhkəməyə müraciət edərək avtomobilin işlək vəziyyətdə verilməməsi səbəbindən yaranmış maddi ziyanın tutulmasını tələb edir. Lakin qeyd edilməlidir ki, iddiaçının iddia tələbinin bu hissəsi mahiyyət etibarilə məhz qüvvədə olan məhkəmə qətnaməsinin icrasından irəli gəlir və hazırki prosessual vəziyyətdə müstəqil mübahisə predmeti ola bilməz. Belə ki, borclunun üzərinə qoyulmuş müəyyən hərəkətlərin icrasını təmin etmək icra məmurunun səlahiyyətlərinə aid İcra haqqında Qanunun (82.1, 82.3, 87.1ci maddələrinin) tələblərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən mütləq icra edilməli olan qanuni qüvvəyə minmiş məhkəmə aktına görə avtomobilin işlək vəziyyətdə qaytarılması qət edildiyi təqdirdə onun “işlək vəziyyətdə” olmaması, məhz həmin qərarın icrasının məcburi icra tədbirləri, habelə izahı, icra üsul və ya qaydalarının dəyişməsi vasitələri ilə aradan qaldırılması mümkün hallardır ki, bunların mümkünsüzlüyünü müəyyən edən əsaslar müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələbinə (mübahisələndirilən hissədə) mülki mühakimə (iddia) icraatı qaydasında baxılmalı deyildir. Belə ki, qətnamənin təmin edilməyən hissəsindən iddiaçının şikayət verməməsi səbəbindən apellyasiya baxışı predmeti olan komplektsiz əşyanın (avtomobilin) tələbkara təhvil verilərkən işlək vəziyyətdə olmalı olması, habelə avtonəqliyyat vasitəsinin müvafiq dövlət qeydiyyatında olması nəzərə alınaraq dövlət nömrə nişanının nəqliyyat vasitəsinin ayrılmaz komplekt hissəsi olması, mübahisəyə əsas olmuş icra sənədinin icrası qaydasında (qanunvericiyin müddəalarına müvafiq) prosedur imkanların tükənmədiyini və icra icraatı qaydasında məhkəmə qətnaməsinin icrasının təmin edilməsinə yönəlik hərəkətlərin həyata keçirilməsi mümkünlüyünün istisna edilmədiyini müəyyən edir. Diqqətə çatdırılmalıdır ki, bütövlükdə bu iddianın verilməsi prosessual qanunvericilik normalarının dispozitiv imkanından sui-istifadə şəraitini və formal olaraq fərqli tələb irəli sürmək görüntüsünü yaradır. Bunu iddiaçının təmin edilməyən hissədən şikayət verməməsi bir daha təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu əsaslardan araşdırma aparmadan formal tələblərə mahiyyəti üzrə qiymət vermiş, yeni mübahisə olmadığını və iddianın əsas qayyəsinin qanuni qüvvəsini almış məhkəmə qərarının icrası ilə bağlı olduğunu müəyyən etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli, Lexus NX 200" minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobilinə vurulmuş zərərə görə 17025 manat, ödənilmiş dövlət rüsumuna görə 142 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi və "Lexus NX 200" minik markalı, **-SJ-*** dövlət nömrə nişanlı minik avtomobilin dövlət nömrə nişanları cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi hissəsində iş üzrə icraata xitam verilməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcləri onları ödəyən tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 398-402, 406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və apellyasiya baxışı predmeti olan hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (“Elekton Məhkəmə” İnformasiya Sistemi) vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.