Məhkəmə qərarları › İş №2(3-6)-2247/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2247/2026

22.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2247/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (“xxxx” MMC üçüncü şəxs qismində cəlb edilməklə) ilk iddiası; İddiaçılar “X1” MMC və Yaqubova Fəridə İlya qızının cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiasına dair mülki iş (Açar sözlər: «müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində vurulmuş mənəvi zərərin və dəbbə pulunun ödənilməsi; işgüzar nüfuzun müdafiəsi, mənəvi zərər») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh “X1” MMC-nin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh “X1” MMC-nin apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: “xxxx” MMC-nin direktoru Yaqubova Fəridə İlya qızı ilə İddiaçı arasında ## #### 2022-ci il tarixdə bağlanmış **/** saylı xidmət müqaviləsinə əsasən, sifarişçi İddiaçı xaricdə təhsil xidmətlərinin göstərilməsini sifariş verib İcraçı “xxxx” MMCnin direktoru Yaqubova Fəridə İlya qızına razılaşdırılmış xidmət haqqını ödəməyi, icraçı isə bu müqavilənin 3.2-ci bəndində qeyd olunan vəzifələri yerinə yetirməyi öhdəsinə götürüb.

2. "X1" MMC-nin təqdim etdiyi ## ##### 2023-cü il tarixli ****** saylı kassa mədaxil orderinin qəbzində göstərilib ki, İddiaçı Kanadada təhsil üzrə sənədləşmə işləri üçün "X1" MMCnin hesabına 1700 manat ödəyib.

3. “xxxx” MMC tərəfindən təqdim edilmiş Viza xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əlavə qeydlərdən göstərilib ki, Kanada ailə birləşməsi vizasının dəyəri 100 manat, Kanada iş vizasının dəyəri 90 manat, Kanada təhsil vizasının dəyəri 120 manat olaraq müəyyən edilir.

4. İddiaçı xarici ölkədə təhsil almaq üçün viza almaqdan ötrü "X1" şirkətinin baş direktoru işləyən Yaqubova Fəridə İlya qızına 7600 manat verib aldanılması ilə bağlı polisə müraciət etmiş, Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı, R Anar ƏIizadə tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və şikayətçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

5. ##.##.2023-cü il tarixli elektron qaimədə göstərilib ki, "X1" MMC tərəfindən "xxxx" MMCyə 915 manat ödəniş edilib.

6. Dickinson və Kanada Vest universitetlərinə və Centennial kollecinə müraciətlərin qeydiyyatına dair ödənişlərin məbləği barədə çıxarışlarda göstərilib ki, müvafiq olaraq ərizələrin qəbulu üçün qaytarılmayan 100 ABŞ dolları, qəbul uğurlu olacağı təqdirdə qaytarılan 150 Kanada dolları və qaytarılmayan 125 ABŞ dolları məbləğ müəyyən edilmişdir.

7. Yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri ilə bağlı tərtib edilmiş cədvələ dair ekran görüntüdə göstərilib ki, Kanada ailə birləşməsi vizası, iş vizası və təhsil vizası xidməti üçün xidmət haqqı 310 manat müəyyən edilir(Lakin xidmətin kim tərəfindən göstərilməsi qeyri-müəyyəndir.)

8. İnternet Vergi İdarəsi portalından çıxarışdan göstərilib ki, Viza xidmətlərinin göstərilməsi haqqında haqqında müqaviləyə əsasən “xxxx” MMC tərəfindən təqdim edilən qaiməyə əsasən cəmi 310 manat xidmət haqqı müəyyən edilir.

9. ##.##.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən 250 manat ödəniş Yaqubova Fəridə İlya qızının kart hesabına (son 4 rəqəmi 0218) köçürülmüşdür.

10. ##.##.2023-cü il tarixli ödəniş barədə məlumatdan görünür ki, İddiaçı tərəfindən 310 manat ödəniş Yaqubova Fəridə İlya qızının kart hesabına (son 4 rəqəm 0938) köçürülmüşdür.

11. “xxxx” MMC-nin arayışında göstərilib ki, İddiaçı ##.##.2022-##.##.2022-ci il tarix aralığında mərkəzdəki ingilis dili üzrə dərslərdə iştirak etmişdir və qeyd olunan müddət ərzində ingilis dili dərsləri 12 dərs üçün 140 manat olmaqla, ümumilikdə 560 manat məbləğində ödəniş etmişdir.

12. ## ##### 2023-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi X2 tərəfindən İddiaçı əri X4 bağışlanmışdır.

13. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı və X4 X5 və X7 adlı iki övladları vardır.

14. İddiaçı ##.##.2022-ci il tarixdə “xxxx” MMC-yə “İELTS” imtahanı üçün 370 manat ödəniş etmişdir.

15. Kart hesabından çıxarışdan görünür ki, İddiaçı Duolingo sertifikatı alınması üçün 83.30 ABŞ dolları vəsait ödəmişdir.

16. Ödəniş barədə məlumatda göstərilib ki, İddiaçı Kanadada yerləşən Centennial College adlı təhsil müəssisəsinə qəbul edildiyi üçün müəssisəyə ## #### 2023-cü il tarixdə 2.650 CAD (2.034 ABŞ Dolları), ## ###### 2023-cü il tarixdə 6.300 CAD (8.354 manat) ödəniş etmişdir.

17. ##.##.2023-cü il tarixdə İddiaçı Kanadada təhsillə bağlı viza müraciətinə rəsmi olaraq Kanada Hökuməti tərəfindən rədd cavabı verilmişdir. Kanada Hökumətinin İddiaçı ünvanlanmış ##.##.2023-cü il tarixli məktubunda viza üçün imtinanın əsasları olaraq şəxsin Kanadaya səfərinin müvəqqəti xarakter daşımaması, təhsil sonunda Kanadanı tərk etməməsinə dair ehtimalların olması öz ölkəsində ailə bağlarının zəif qalması və ölkəsində iş imkanlarının məhdudluğundan irəli gəlməsi göstərilmişdir.

18. Kanada hökumətinə göndərilmiş İddiaçı şəxsi məlumatlarını əks etdirən blankdan görünür ki, onun xarici dil biliyinin olmasına “xeyr” cavabı verilmiş, yaşadığı ünvanın poçt indeksi göstərilməmişdir. İddiaçı Türkmənistan Respublikasında doğulsa da, blankda onun Azərbaycan Respublikasında doğulduğu, İddiaçı 2015 və 2016-cı il təvəllüdlü övladlarının məktəbli olmalarına baxmayaraq, onların işləməyən (unemployed) şəxs olmaları qeyd edilmişdir. Onun ailə üzvləri ilə bağlı hissədə blank imzalanmamışdır.

19. İddiaçı Centennial College adlı təhsil müəssisəsinə ödədiyi vəsaitin əvəzi olaraq 6.300 CAD (7.779,61 manat) və 2.450 CAD (1.778,75 ABŞ Dolları) ## ### 2024-cü il tarixdə ona geri qaytarılmışdır.

Birinci instansiya məhkəməsində icraat:

20. İddiaçı İddiaçı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun qaytarılması, müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi nəticəsində vurulmuş dəbbə pulu və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi, sonradan bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə, o cümlədən 4-cü dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək yekun olaraq məhkəmədən: 1) ##.##.2022-ci il tarixdə Müqavilə üzrə 3400 (üç min dörd yüz manat) AZN müqavilə üzrə ödəniş; 2)##.##.2023-cü il tarixdə (Fəridənin tələbi ilə şəxsi Ekspress bank 4724 9414 2820 0218 kartına) Kanada ofis rüsumu - 915 (doqquz yüz on beş manat, sıfır qəpik) AZN (bu Kanada ofis rüsumuna ailə birləşməsi, təhsil vizası, uşaqların icazə vizası, iddiaçı və həyat yoldaşı üçün viza üçün müraciət); 3)##.##.2022-ci il tarixdə FEE (qəbul sorğusu) 3 universitetə qəbul sorğusunun göndərilməsi üçün 1007,15 (bir min yeddi manat, on beş qəpik) AZN ödəniş: VCW 250 CAD340,61 (üç yüz qırx manat altmış bir qəpik) AZN, Dikinson 238 CAD-324.18 (üç yüz iyirmi dörd manat, on səkkiz qəpik) AZN, Canadian college 244 CAD-332,36 (üz yüz otuz iki manat otuz altı qəpik) AZN; 4) Kanadanın səfirlik pulu 775 CAD-1007,50 (bir min yeddi manat, əlli qəpik) AZN; 5)##.##.2023-cü il tarixdə 310 (yüz yüz on manat, sıfır qəpik) AZN (Fəridə Yaqubovanın tələbi ilə özünə məxsus olan 5239 1515 1185 0938 kapital kartına ödəmişdir) Kanada ofis rüsumu (ailə birləşməsi, təhsil rüsumu, uşaqlar və böyüklər üçün viza müraciəti); 6)##.##.2023-cü il tarixdə FEE (qəbul sorğusu) Centelian college müraciət sorğusu (Fəridə Yaqubovanın tələbi ilə ona məxsus şəxsi ekspress bank 4724 9414 2820 0218 kartına) 250 (iki yüz əlli manat) AZN; 7) ##.##.2023-cü il tarixdə Kanada səfirlik pulu 777 (yeddi yüz yetmiş yeddi manat, sıfır qəpik) AZN; 8) Sənədlərinin düzgün tərtib edilərək təqdim edilməməsi, səfirlik və kollecə natamam yollaması nəticəsində, habelə Fəridə Yaqubovanın tələbi ilə öz ailəsinə məxsus olan kartından ##.##.2023-cü il tarixdə 2650 CAD-3457,80 (üç min dörd yüz əlli yeddi manat, sıfır qəpik) AZN və ##.##.2023-cü il tarixdə 6300 CAD-8354 (səkkiz min üç yüz əlli dörd manat, sıfır qəpik) AZN üzrə 1009 (bir min doqquz manat, sıfır qəpik) AZN, habelə universitet tərəfindən pulun geri qaytarılması zamanı Centennial college tərəfindən 256 USD - 435.20 (dörd yüz otuz beş manat, iyirmi qəpik) AZN məbləğində komissiya; 9) Dualingo (universitet və kollecə hər biri 50 USD (əlli) dollar olmaqla 2 dəfə imtahan) 100 USD (dollar) -170 (bir yüz yetmiş manat, sıfır qəpik) AZN; əmlakın bəyan edilməsi üçün notariat ofisində mənzilin bağışlama edilməsi və digər məcburi rüsumlar - 250 (iki yüz əlli manat, sıfır qəpik) AZN; İELTS imtahanın verilməsi üçün 380 (üç yüz səksən manat, sıfır qəpik) AZN ödəniş; 4 aylıq fərdi qaydada İELTS imtahanına hazırlıq üçün müəllimlə hazırlığının aylıq ödənişi 400 (dörd yüz manat, sıfır qəpik) AZN təşkil etməklə, ümumilikdə 1600 (bir min altı yüz manat, sıfır qəpik) AZN ödəniş; 10) cavabdeh “X1” MMC-dən xeyrinə 20.000 AZN (iyirmi min manat, sıfır qəpik) AZN məbləğində mənəvi ziyanın əvəzi olaraq, ümumi yekun olaraq isə 30.068,15 (otuz min altmış səkkiz manat, on beş qəpik) AZN pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddada göstərilib ki, İddiaçı 2022-ci il tarixdə Kanada Respublikasının Toronto şəhərində online imtahan verib tələb olunan keçid balını toplayıb 2023-cü il tədris ilində "Maliyyə Xidmətləri" ixtisası üzrə təhsilini davam etdirmək məqsədi ilə Kanada Respublikasına ailə üzvləri ilə birlikdə həyat yoldaşı ##.##.1988-ci ildə anadan olmuş T.F.Axundov, oğlu ##.##.2015-ci ildə anadan olmuş Ü.T.Axundzadə, ##.##.2016-cı ildə anadan olmuş F.T.Axundzadə və iddiaçı İddiaçı gediş-gəliş təhsil vizasının alınması ilə əlaqədar Bakı şəhəri Nəsimi rayonu AZ1014 Bülbül prospektində yerləşən (VÖEN **********) (X1) Baş direktoru xanım F.İ.Yaqubovaya müraciət etmişdir. Belə ki, iddiaçının gediş-gəliş vizasının alınmasını danışıqlar yolu ilə bu müqaviləni cavabdehlə təsdiq etmişlər və imzalamışlar. "İcraçı"-nın fəaliyyət göstərdiyi Nəsimi rayonu Bülbül prospekti ** saylı ünvanında Gülüstan Rezidence binasının 3-cü mərtəbəsində hazırlanmasını rəsmiləşdirmişlər. Müraciətinə əsasən (bundan sonra "Sifarişçi" adlanacaq) iddiaçı İddiaçı "X1" MMC (The xxxx) "İcraçı" (bundan sonra "İcraçı") adlanacaqdır. Azərbaycan Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və "İcraçı"-nın nizamnaməsinə görə iddiaçı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun Mülki Məcəllə əsasında fiziki şəxs "Sifarişçi" olaraq "İcraçı" ilə birlikdə (“Tərəflər" adlanacaq) Yaqubova Fəridə İlya qızı ilə Bakı şəhərində "İcraçı" tərəfindən iddiaçı olmadan mətni hazırlanmış ## #### 2022-ci il tarixində № **/** bu saylı xidmət müqaviləsini bağlamışlar və imza etmişlər. Bu müqavilənin müddəti haqqında 5.3-cü bəndində qeyd olunmuşdur- tərəflər öz öhdəliklərini yerinə yetirmə tarixinə qədər qüvvədə olur. Lakin "icraçı" isə bu günədək tam yerinə yetirməmişdir və hal-hazırda da danışıqlar, mübahisələr davam edir. Bu müqavilənin mətnini oxuyub tanış olmağa iddiaçıya şərait yaratmamışdır. Elə qol çəkməyini və sənədlərin hazırlanması və ödənişin tez bir zamanda ödənilməsinə başlamışdır. "İcraçı" F.İ.Yaqubova müqavilənin bütün səhifələrini aşağı hissəsində özü imza etmişdir. Lakin iddiaçı bu müqavilənin heç bir səhifəsi ilə tanış olmağına imkan verməyən cavabdeh tərəfindən oxumadan imza etməyinə nail olmuşdur. Müqavilə bağlanarkən bir tərəfli "İcraçı"-nın özünə sərf edən gələcəkdə məsuliyyətdən yayınmasına uyğun formada özü tərəfindən tərtib edilməyinə çalışmışdır. Müqavilədə X1 MMC-nin hüquqi ünvanı və bankdakı hesablaşma hesabı göstərilməmişdir və iş icra edilmədiyi halda vergidən yayınma hallarına da yol vermişdir. Xidmətlərin göstərilməsi qaydasının Qeyd 4-də təqaüdlərə müraciətlər tələbinin nəticəsindən asılı olaraq həyata keçirilir. Tələbənin nəticələrinin təqaüd şərtlərinə uyğun olduğu təqaüd olmadığı halda alternativlər təklif olunur. Lakin Sifarişçi qəbul etmədiyi halda ilkin ödənilmiş məbləğin 30%-i Sifarişçiyə geri qaytarılır və bundan əlavə 4-cü bənd hesablama qaydasında, 4.10-cu bəndində qeyd olunur ki, "İcraçı" bu müqavilənin 3.2.1, 3.2.2, 3.2.3, 3.2.4-cü bəndlərində göstərilən xidmətləri yerinə yetirmədiyi, lakin heç bir təhsil müəssisəsindən qəbul olmadığı halda alternativ variantlar təklif olunur. "Sifarişçi” buna razı olmadığı halda ödənilən ilkin məbləğin 50% Sifarişçiyə 30 iş günü müddətində geri qaytarır. Lakin "İcraçı" bu müqavilədə bugünədək etdiyi səhvləri qəbul etmir, eyni zamanda müqavilədə qeyd olunan bəndlərə əməl etmir və ödənişləri geriyə qaytarmır. Bu Müqavilədə "İcraçı" işinə 30-50 %-ni geri qaytarmağı əlavə bəndlərdə başqa halda "icraçı" işini icra edilmədikdə isə müqavilənin ayrı bəndində isə qeyd olunmuşdur ki, yerdə qalan məbləğini "Sifarişçi” tərəfindən ödəməlidir qeyd edilmişdir. İş yerinə yetirilməyibdirsə, əlavə yerdə qalan məbləğ hansı səbəbdən ödənilməlidir? Bu qeyd olunan imzalanmış hazırkı **/** saylı, ##.##.2022-ci il tarixli müqavilənin 5.3-cü bəndinə davamlı ödənişlərə telefon yazışmalarına və danışıqlara əsasən xidməti müqavilə tərəflər arasında müqavilənin 5.3-cü bəndinə davamlı ödənişlərə telefon yazışmalarına və danışıqlara əsasən qüvvədədir. Müqavilənin 1.7-ci bəndindəki şərtlərə görə xidmət xərci 3.400 (üç min dörd yüz) manat mötərizədə isə 2.000 USD məbləğində qeyd edilmişdir və tərəflər müqaviləni imzalamışdır. Müqavilə hansı əsasa görə 2.000 USD (iki min dollar) xarici valyuta ilə qeyd edilmişdir? Ölkə daxilində bütün ödənişlər, əməliyyatlar, köçürmələr və müqavilələr qanunla Azərbaycan manatı ilə rəsmiləşdirilir və həyata keçirilir və icra edilir. Müqavilənin 1.7-ci bəndinə uyğun olaraq və müqavilənin 4.3-cü bəndinə əsasən 850 (səkkiz yüz lli) manat (500 USD) xidmətlərin yerinə yetirilməsi işə başlamazdan öncə, 850 manat (500 USD) aprel ayının 20-dək, məbləğin qalan hissəsi isə təhsil müəssisəsinin hər hansı birindən qəbul alındıqdan sonra 3-5 iş günü müddətində ödənilməsi müqavilədə qeyd edilmişdir. Lakin iddiaçı universitetə qəbul olundu, ancaq "icraçı"nın işinə məsuliyyətsizlik nəticəsində viza işi təmin edilməmişdir, imtina gəlmişdir və universitet təhsilindən məhrum olunmuşdur. Bu bəndə cavab olaraq bildirir ki, iş icra edilmədiyi halda əvvəlcədən "İcraçı" ödənişi iddiaçıdan tələb etmişdir və tərəfindən ödənişlər zamanında həyata keçirilmişdir. Bu bəndə cavab olaraq bildirir ki, iş icra edilmədiyi halda əvvəlcədən vəsaitin ödənilməsini "İcraçı" iddiaçıdan bu bəndə əsasən tələb etmişdir, tərəfindən ödənişlər həyata keçirilmişdir. Fəridə Yaqubova ilə whatsapp tədbiqi üzərindən ##.##.2023-cü il tarixdə danışaraq ofisə yaxınlaşıb ödəniş etmək istədiyini, lakin vəsaitin dollar şəklində olduğunu bildirmişdir. Lakin özünün işdə olmadığını bildirdi və bu səbəbə F.İ.Yaqubovanın göstərişinə əsasən 500 (beş yüz) USD-ni ofis əməkdaşına təhvil verməyini xahiş etdi. Fəridə Yaqubovadan bu ödəniş üçün qəbz tələb etdikdə, iddiaçıya "yox, heç nə verilməyəcək” söylədi və bildirdi ki, kontrakda qeyd olunur və sual edir qəbzin kontrakta nə aidiyyəti vardır ki, bildirilir (Bu whatsapp yazışmasının surəti işə əlavə olunur). Xarici valyuta ilə ödəniş qəbul etməsi qanun pozuntusudur. “X1” MMC Azərbaycan Respublikasının Milli Bankı tərəfindən xarici valyuta aparılması haqqında lisenziya almamışdır. Lakin 500 (beş yüz) USD-ni qeyri-qanuni tələb etmişdir. Eyni zamanda “X1” MMC-nin heç bir bankdan xarici valyuta hesablaşma hesabı yoxdur. Qanunla bu ödənişə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməlidir və bu haqda xarici valyutanın ödənilməsi haqqında yazışmalar vardır. Ödənişin digər hissəsi Azərbaycan manatı ilə kassa mədaxil qəbzi seriyası ƏXZ/2 № ****** nömrəsi ilə ## ##### 2023-cü ildə 1700 (bir min yeddi yüz) manat tərəfindən ödənilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən "Sifarişçi"-nin xaricdə xidmətlərin göstərilməsini "Sifarişçi" sifariş verir, "İcraçıya razılaşdırılmış xidmətlərin haqqını ödəməyə “İcraçı” isə bu müqavilənin 3.2-ci bəndində "İcraçı"nın vəzifələrində qeyd olunan vəzifələri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Lakin öhdəlik yerinə yetirilməmiş, sənədlər natamam doldurulub səfirliyə göndərilmişdir. Nəticədə 1 (birinci) müraciətdə iddiaçıya imtina cavabı gəlmişdir. Yenidən sənədləri hazırlayıb qanunla tələb olunan sənədləri “İcraçı”-ya təhvil vermişdir ki, yenidən vizanın alınması üçün səfirliyə 2-ci (ikinci) dəfə müraciət edilsin. Yenidən 2-ci (ikinci) müraciəti "İcraçı" etmişdir, lakin yenə də "İcraçı" öz öhdəliyini tam yerinə yetirmədiyinə görə, təkrar səhvlər etdiyi üçün 2 (ikinci) cavabına da da eyni təkrar formada imtina gəlmişdir. Bütün viza sənədlərinin tam təhvil verilməyinə baxmayaraq, "İcraçı" səfirliyə sənədləri tam göndərməmişdir və tələb olunan blanklardakı sualların cavablarını yetərincə icra etməmişdir. Sonradan əlavə aldığı imtinalar iddiaçını şübhəyə salmışdır, buna görə də araşdırmağa başlamışdır. Kanada Respublikasına rüsum qarşılığında ATIP (vizadan nəyə görə imtina alındığına dair sənəd) qəbz sənədini almağa qərar vermişdir. Bu sənədi 1-ci (birinci) imtinadan sonra "İcraçı" özündə məsuliyyət hiss edib özü ATIP-dən cavab almağı iddiaçıya təklif etməlidir, ancaq bunu etməmişdir. Eyni zamanda iddiaçı özü 2-ci (ikinci) imtinadan sonra bu sənədi ATIP-dən cavab almaq qərarına gəldiyini bildirəndə hətta iddiaçını fikrindən döndərmək belə istəmişdir. "İcraçı" F.İ.Yaqubova tanımadığı başqa bir adamın səsini öz telefon nömrəsi ilə whatsapp üzərindən iddiaçıya göndərmişdir və səsdə ATIP-in lazımsız olduğu qeyd olunmuşdur. Burada da əhəmiyyətsiz olduğunu bildirmişdir. "İcraçı" tam əmin idi ki, ATIP-dən cavab gələrsə "İcraçı"nın bütün səhvləri iddiaçıya tam aydın görüləcəkdir və bu səbəbdən iddiaçının ATIP-ə müraciət etməyinə mane olmuşdur. Bu da iddiaçını şübhəyə salmış, iddiaçıda icraçıya inamsızlıq yaranmışdır. Buna baxmayaraq, ATIP-ə müraciət edib və etdiyi cavabı almış, 2 ay sonra gələn ATIP sənəd cavablarında heç də yanılmadığını görmüş və aldığı imtina səbəblərini bir başqa mütəxəssislə araşdırmışdır. "İcraçı" F.İ.Yaqubova ilə yenə də təkrar araşdırıb müzakirə etmişdir və iddiaçıya məlum olmuşdur ki, icranın saysız-hesabsız səhvlər etdiyini görmüşdür. "İcraçı"- ya sual etmişdir ki, bəs bu işdə nə əhəmiyyətlidir, nədir, hansı əhəmiyyətlidir və məqsədə uyğun bu yolu niyə seçməmisiniz? İcraçını etdiyi hər bir səhvi açıqaydın sonradan ona və iddiaçıya görünmüşdür. ATIP-dən imtinanın cavabını "İcraçı" F.İ.Yaqubovaya göstərəndə yenə də faktdan yayınmağa çalışdı və bildirdi ki, araşdırıb sizə əlavə məlumat verəcəyik. Sonra da bunu yalandan aydınlaşmağa ehtiyac yoxdur. Faktlar göz qabağındadır. "İcraçı" öz səhvlərinin aydın işıq üzünə çıxmasını istəmirdi ki, bu faktlar məlum olunsun və "İcraçı"-nın etdiyi bu səhvlərin nəticəsində hər dəfə müraciətlərində "İcraçı”-ya bu işə görə əlavə ödənişlər etmişdir. Bu da iddiaçıya iqtisadi ziyan vurmaq deməkdir və özünün varlanmasına əlavə şərait yaratmışdır. Bu "İcraçı" F.İ.Yaqubovanın səhvlər haqqında aşağıdakıları qeyd edir: "İcraçı" bu faktlardan yayınmışdır və araşdıracağını bildirmişdir. 1. Atasının doğum yeri səhv qeyd olunmuşdur. Şəxsiyyət vəsiqəsində doğulduğu Türkmənistan Respublikası olduğu halda Azərbaycan Respublikası yazılmışdır. Bu ciddi bir səhvdir. 2. Motivasiya məktubunu çox zəif, ətraflı dolğun olmayan bir şəkildə yazıldığını bildirsə də "İcraçı" bunu qəbul etməmişdir, lakin bunu tanıdığı bu işlə fəaliyyət göstərən digər mütəxəssislərlə məsləhətləşib göstərmişdir və bunun zəif bir motivasiya məktubu olduğunu təsdiq etdilər. 3. "İcraçı" F.İ.Yaqubova 2 (ikinci) müraciətdə özləri qeyd etmişdirlər ki, 1-ci (birinci) müraciətdə sənədləri tam göndərməmişdir bu işləri edibdir. Çatışmayan sənədlər olduğu üçün 2-ci (ikinci) müraciəti edir. Bu bir növ etirafdır ki, bunu özləri qeyd edib. Sual yaranır ki, iddiaçıdan tələb etdiyi bütün sənədləri təqdim etdiyi halda niyə çatışmayan sənədlər var? Və səfirliyə göndərmişdir? İş niyə düzgün icra edilməmişdir? 2-ci dəfə niyə müraciət edilməlidir və nəticədə yenə də səhvlərə yol vermişdir. 2-ci (ikinci) imtinaya da səbəb olmuşdur. Göründüyü kimi "İcraçı" işinə məsuliyyətsiz yanaşmışdır və ara yollarla vəsait əldə etməyi planlaşdırmışdır və hər bir müraciətdən əlavə vəsait tələb etmişdir. Əsassız varlanma mövqeyini tutmuşdur. Bu faktlara əsasən görünür "İcraçı" bir növ işini yalanlar üzərində qurmuşdur. Burada da 2 (iki) müraciətə imtina gəlmişdir. Ailə haqqında mütləq şəkildə dəqiq məlumat verilməli olduğu halda 7-8 yaşlı oğullarının işsiz olduğu qeyd olunmuşdur. Qəbul edilməyən səhvlərdən biri də budur. İddiaçı İddiaçı haqqında xarici ölkədə olmadığı qeyd edilmişdir. Lakin ölkə xaricində olmuşdur. Ümumvətəndaş pasportunda Türkiyə Respublikasına giriş-şıxış qeyd olunmuşdur. Ümumvətəndaş pasportunun sürəti işə əlavə olunur. Bu səhvə cavab olaraq cavabdeh şəxs "İcraçı" F.İ.Yaqubova şengen vizası ölkələri sualı verildiyini söylənilmişdir, lakin sual ümumiyyətlə bir başa xarici ölkədə olmusunuzmu soruşulmuşdur. "İcraçı" işi təhlil edib araşdıra bilmədiyi və konkret sual nədən ibarət olduğunu başa düşmür, bu səbəbdən də yanlışlıqlara yol verilmişdir. Sonradan səfirliyi günahlandırır ki, guya ki, səfirlik düzgün başa düşməmişdir. "İcraçı" özü qeyd etmişdir. "İcraçı" başa düşmür ki, öz yalanlarını səfirliyin üzərinə şamil edir və faktlardan yayınır. Vizada mülk göstərilməsi tələb olunduğu halda, bu ev sənədlərini bunu təqdim etdiyi halda motivasiya məktubunda ev haqqında heç bir yazı yazılmamışdır və heç bir məlumat yoxdur. Halbuki mülkün olması və ölkəyə bağlı olmağı sübutudur ki, evsiz deyil və daimi qeydiyyatı vardır. Mütləq şəkildə təhsilini bitirdikdən sonra ölkəyə geri dönəcəyinə inandırmalı olduğu halda, "İcraçı" müraciətdə bununla əlaqədar hər hansı bir məlumat göstərməmişdir. Guya daimi orada yaşayacaqdı. Bu faktlara nə ad vermək olar. Hansı səbəbdən müraciəti dəqiq yazıb yerinə yetirməmişdir. Bu aydın deyildir? "İcraçı" tərəfindən iddiaçının və həyat yoldaşı T.F.Axundovun xarici pasportlarının yalnız ilk səhifələrinin nüsxəsi yüklənilmişdir, halbuki xarici ümumvətəndaş pasportların hər iki üzü və möhürlü hissələri viza müraciət sənədləri arasında öz əksini tapmalıdır və xarici pasportların bütün səhifələrinin sürətləri işə yüklənib səfirliyə göndərilməsi tələb olunmuşdur və bunu da etməmişdir. Sual olunur ümumvətəndaş pasportların bütün səhifələrinin hansı səbəbə görə surətlərini çıxarıb işə əlavə etməmişdir? Viza məsələsində hər bir səhv imtinaya səbəbdir və bunlar birinci (1) və ikinci (2) müraciətdə "İcraçı"-nın etdiyi səhvlərdən bəziləri olmuşdur və iddiaçı bu səhvlərə görə vizadan 2 (iki) dəfə imtina cavabı almışdır, maddi-mənəvi cəhətdən sarsıntı keçirməklə bərabər iqtisadi ziyan vurulmuşdur. "İcraçı"-ya dəfələrlə xatırlatmışdır ki, ikinci (2) vizanın göndərilməsində məsuliyyətli olsun birinci (1) vizanın göndərilməsində etdiyi səhvlərə təkrar yol verilməsin. Lakin yenə "İcraçı"ya səhvləri təkrarladı, nə faydası oldu bu təklif və iradların öz bildiyi tərzdə fəaliyyət göstərmişdir. İddiaçı İddiaçı tərəfindən tərcümeyi-hal doldurulduqdan sonra, yekunda məlumatların doğruluğunun təsdiqi üçün imza qoyulmalı olduğu halda imza qoyulmayıb. İmzasız səfirliyə göndərilmişdir. Başqa halda iddiaçının yerinə imza etmişdir. Bu da viza imtinasına səbəblərindən biri kimi hesab olunmuşdur. İddiaçı İddiaçı şəxsiyyət vəsiqəsinin surəti "İcraçı" F.İ.Yaqubovada olduğu halda səfirliyə şəxsiyyət vəsiqəsinin surətinin tam yazışmalarını göndərməmiş müraciət şəklində də göndərməmişdir. İddiaçı İddiaçı sənədlərdə guya bəzi işləri qeyd etməmişdir. Sual olunur hansı sənədlərdir çatışmayan. İddiaçı İddiaçı səfirliyə göndərilmiş müraciətdən iddiaçının ixtisası qeyd olunmamışdır. İddiaçı İddiaçı səfirliyə göndərilmiş müraciətdəki imza iddiaçının deyil və oxşamır səfirlik tərəfindən irad bildirilmişdir ki, bu imza İddiaçı aid deyildir. İddiaçının imzasının ekspertizaya verilməsini haqqında qərar qəbul edilməsini xahiş edir. İddiaçı İddiaçı səfirliyə göndərilmiş müraciətində imzası yoxdur. Lakin "İcraçı" F.İ.Yaqubova müraciəti imzasız göndərmişdir. İddiaçı İddiaçı Türkiyə Respublikasında olmuşdur və xarici pasportundan giriş-çıxış qeyd olunmuşdur. Lakin "İcraçı" F.İ.Yaqubova səfirliyə müraciət edibdir ki, xarici ölkədə olmamışdır. Xarici pasportunda Türkiyə Respublikası xarici dövlət sayılır, lakin səfirliyə göndərilmiş müraciətdən xarici dövlətdə olmadığını icraçı qeyd etmişdir. Səfirliyə ##.##.2023-cü il tarixində "İcraçı" F.İ.Yaqubova tərəfindən göndərilmiş "Motivation Letter" müraciətində yanlışlığa yol verilmiş və səriştəsiz blankı hazırlayıb göndərmişdir. Səfirliyin cavabında izah olunur ki, ailənin eyni zamanda ölkəyə geri qayıtdığına dair heç bir məlumat qeyd edilməmişdir və sanki təsdiq edir ki, Kanadada ömürlük qalacaqdırlar. Eyni zamanda "İcraçı" qeyd etmişdir evi (mülkü) haqqında heç bir məlumat verməmişdir. Səbəbini "İcraçı" izah etməmişdir. Bank hesabında kifayət qədər pul olandan sonra iş vizasını istəmək əks fikir yaradır sanki yaşaması üçün pulları da yoxdur. Qaimə 310 (üç yüz on) manat müqavilə ##.##.2022-ci il 1 (birinci) müraciətdə ailə bağının zəifliyi imtina səbəblərindən biri idi. Yəni ailə haqqında daha dolğun və düzgün məlumat verilməmişdir. Əlavə olaraq ilk görüşdə heç bir əlavə ödənişlər, rüsumlar olmadığının xəbərdarlığını etdiyi halda da bu rüsumlardan başqa dolayı yolla əlavə qeyri-qanuni ödənişlər tələb etdiyi vəsaitlərin tərəfindən ödənişlərinin izahatını verə bilməmişdir, haraya ödənilmişdir və məsələlərini araşdırmamış, əlavə rüsumlar tələbini də etmişdir, işin xatirinə zamanında da ödənişlərini etmişdir. İşin icra edilmədiyini görəndə də ödədiyi vəsaitlərin təyinatlarını araşdırmışdır. Belə ki, "İcraçı" Kanada ofis adı ilə yalandan rüsumu tələb edib vəsaiti almışdır. Bir neçə mütəxəssisdən və bu işlə məşğul olan şirkətlərdən də soruşmuş, belə bir rüsum olmadığını öyrənmişdir. Lakin "İcraçı" F.İ.Yaqubova yenə də yalan danışmaqla iddiaçını yola vermişdir və bildirmişdir ki, işi araşdırıb ödənişlərin təyinatları haqqında məlumat verəcəkdir. Ödəniş çekləri də göstəriləcəkdir. Bu günədək cavab gözləyir, hələ də nəyi araşdırır özü də bilmir. Bu faktın məhkəmə gedişində araşdırılmasını xahiş edir. Bu ödənişlər viza gəldikdən sonra sənədlərin Ankaradakı Kanada səfirliyinə gedib qayıtması üçün guya ki, bu rüsum ödənilməli imiş və "İcraçı” düz etmişdir, bildirmişdir. Bu pullar Kanada adı ofisi Apply rüsumu və poçt rüsumu 915 (doqquz yüz on beş) manat adı ilə ödəniş tərəfindən F.Yaqubovanın Kapital bankda şəxsi öz adına olan hesablaşma hesabına (5239 1515 1185 0938) göndərilmişdir. Lakin vizadan imtina cavabı gəlmişdir və sənədlərin Ankaradakı Kanada səfirliyinə getməsinə ehtiyac olmamışdır və burada da aldatma yolu ilə 915 manat pul almışdır. Bundan sonra ödəniş etdiyi poçt rüsumunu vəsaitin və ödəniş qəbzini geri tələb edib istəməyinə cavab olaraq F.Yaqubova bu rüsumun poçt pulu olmadığını söyləmişdir. Bunu öz yazıları ilə sübut etməyə hazırdır ki, bu rüsumu poçt pulu adı altında iddiaçıdan qeyriqanuni yolla bu vəsaiti alıbdır. Bu fakta nə ad vermək olar? Ancaq fəaliyyəti iddiaçıya qarşı yalanlar üzərində qurulmuşdur. Bəzi rüsumlar var ki, şəxsi kartına göndərilməsini tələb etmişdir. Halbuki, iddiaçı öz kartı ilə təyinatı üzrə lazım olan yerlərə ödəniş etmək istədikdə, F.Yaqubova razılıq verməmişdir. Bunlardan biri də universitet sorğuları üçün göndərdiyi 1007 (bir min yeddi) manat vəsaitdir. Bu vəsaiti də F.Yaqubovanın 2-ci Express Bank hesabına (4724 9414 2802 1937 və 4724 9414 2820 0213) göndərmişdir. Bütün ödənişləri qeyri-qanuni yolla əldə etmişdir. Bu faktların hamısını dəqiq araşdırmaq məqsədə uyğundur və araşdırılsın. Əlavə olaraq, qeyriqanuni tələb etdiyi və qəbz təqdim edə bimədiyi sonra da qəbz verilməsindən yayındığı Kanada ofis rüsumu, bir uşaq üçün (120 Kanada dolları) 156 manat yəni 312 manat, (195 Kanada dollari) 253 manat yoldaşı üçün, (275 Kanada dolları) 357 manatı özünün Kapital bank hesabına göndərilməsini xahiş etmişdir və tərəfindən ödənilmişdir. Qeyri-rəsmi mənbələrdən, eləcə də bu işlə məşğul olan şirkətlərdən və mütəxəssislərdən yenə də əlavə əldə etdiyi məlumata görə bu işlə əlaqədar belə bir ödəniş mövcud deyil və bu ödəniş növü tələb olunmur. Bunu da araşdırmaq lazımdır. Lakin hər dəfə yalandan vəsait tələb edib məcbur olub işin xatirinə ödənişi reallaşdırırdı. Hətta universitet sorğularında 1 (birinci) müraciətdə 3 (üç) universitetə sorğu göndərmişdir, bunlara görə iddiaçıdan aldığı məbləğlərin artıq əlavə qeyri-qanuni olduğunu dedikdə hər birinin üzərinə (90 Kanada dolları) 117 manat sığorta pulu aldığını demişdir. Lakin bu yalandır. "İcraçı" bu vəsaiti təyinatı üzrə ödəyibdirsə və yenə də əgər aldığı qədər ödəyibsə niyə qəbz vermir? Niyə özünün şəxsi kartına göndərilməsini tələb edir? və ödənişi tələb olunan yerə birbaşa ödəməyinə iddiaçıya mane olur. "İcraçı” təyinatı üzrə ödənişləri tələb olunan yerlərə keçiribdirsə, hansı səbəbə görə qəbzi təqdim etmir? Ən önəmli səbəblərdən faktlardan biri də prosesin başından sonuna qədər iddiaçı İddiaçı üçün təhsil vizasına hara, hansı qurumun hesablarına, nə zaman, nə qədər ödəniş etdiyinə dair qəbzləri dəfələrlə tələb etdiyi halda bunları təqdim edilməmişdir. İddiaçıya belə məlum olur ki, tərəfindən şəxsi kartına ödənilmiş vəsaitləri gizli qeyri-qanuni yollarla iddiaçı mənimsəyibdir. Səfirlik tərəfindən imtina gəldiyinə görə universitetə ödədiyi 11,812 (on bir min səkkiz yüz on iki) manat pulu geri tələb etmiş, lakin 10803 (on min səkkiz yüz üç) manat geri qayıtmışdır. Əlavə 1009 (bir min doqquz) manat bank xərcləri və konvertasiya xərcinə bu məbləğ çıxılmışdır. Tərəfindən ödənilmiş bu vəsaiti iddiaçı bankdan kredit vasitəsi ilə götürmüşdür və əlavə artıq ödənişlərə səbəb olmuşdur. Burada da maddi, iqtisadi ziyana məruz qalmışdır. Müqavilə bağlandığı gündən "İcraçı"-ya bir başa tərəfindən 7.660 (yeddi min altı yüz altmış) manat pul hissə-hissə ödənilmişdir. Bu 7.660 (yeddi min altı yüz altmış) manat vəsaitdən əlavə görüləcək və görülmüş vəsait işlərinə dair "İcraçı"nın xidməti xərcinə, universitetlərin qəbul sorğusuna ödənişlər, Kanada ofis rusumuna, ailə birləşməsi və “İcraçı”-nın əlavə olaraq 2 (iki) müraciət ərəfəsində toplanmış bütün sənədlərin tərcüməsinə, universitet üçün verilən imtahan rüsumlarına, tərcümə pullarına, notarius rüsumları həmin ərəfədə getdiyi ingilis dili kurslarına ödədiyi məbləğlər və s. rüsumlar iddiaçıya birbaşa 2350 (iki min üç yüz əlli) manat məbləğində maddi mənəvi və iqtisadi ziyan vurmuşdur. Bunlara səbəb F.İ.Yaqubovanın işinə məsuliyyətsiz yanaşmasıdır. "İcraçı" F.İ.Yaqubova analoqu olmayan yalan danışıqlarla və vədlərlə fəaliyyət göstərib, bu işlə əlaqədar ödənişlər tələb olunmayan vəsaitləri tələb edib bir başa mənfəət əldə etməklə bərabər dövriyyədən vergi ödənişlərindən yayınaraq iz itirmək məqsədi ilə bütün ödənişləri öz şəxsi bankdakı kartına köçürülmüşdür. Sual olunur "xxxx GROUP" MMC-nin bankda olan hesablaşma hesabı haradadır və bu ödənişlər hansı səbəbdən təyinatı üzrə "Sifarişçi” tərəfindən göstərilən manat və xarici valyuta hesablaşma hesablarına köçürülməmişdir. Bu hesablaşma hesabı yoxdur. "İcraçı" F.İ.Yaqubova ilə bağlanmış müqavilənin 1.7.1-ci bəndində bu müqavilənin ayrılmaz hissəsi sayılan əlavə 1-dən nəzərdə tutulmayan bütün xidmətlər və əlavə xərclər "Sifarişçi" tərəfindən ayrıca xidmətlərin göstərildiyi və xərclərin çəkdiyin yer üzrə ödənilməsi qeyd olunmuşdur. Lakin "İcraçı" göstərilən xərclərin təyinatı üzrə xarici dövlətin hesablaşma hesabına vəsaitləri köçürülməsinə şərait yaratmamışdır, ancaq öz şəxsi kartına vəsaitlərin köçürülməsinə nail olmuşdur və tələb etmişdir. Hansı səbəbdən bu müqavilənin bu şərtlərinə "İcraçı" əməl etməmişdir. İşin icrasına mane olan səbəblər olmamışdır və tələb olunan sənədlər vaxtı vaxtında təqdim olunmuşdur. Bu müqavilənin 1.8-ci bəndində ödəniş müqavilənin imzalandığı andan sonra 1-3 (bir-üç) təqvim günü ərzində həyata keçirilir. "İcraçı"nın hesablaşma hesabına pulların daxil olduğu tarix ödəniş tarixi sayılır. "İcraçı"nın müqavilədə hesablaşma hesabı yoxdur. İşin gedişini hallarını təhlil etdikdə görünür ki, "İcraçı” bu məcəlləyə uyğun vicdansızlığa yol vermişdir və işi sonadək icra etməmişdir. İcraçı ilə bütün danışıqlara baxmayaraq, bu işin həll edilməməsi səbəblərini qanunla aydınlaşdırıb göstərə bilmir və ödənişi geriyə qaytarmaq fikrindən tam yayınmaq qərarına gəlməklə əsassız varlanma mövqeyini tutmuşdur. Bu müqavilədə müqavilənin ayrılmaz hissəsi olan digər əlavə xidmətlərin həcmi miqdarı və ödənişlərin istiqaməti haqqında razılaşdırılmış protokolu və ya işin gedişində nəzərdə tutulan işlə əlaqədar qiymətlərə dair əlavə müqaviləyə əlavə razılaşma qiymətlər xərcləri və tələb olunan vəsaitlər hansı xidmətə aid olunacağı və bu işlə əlaqədar hansı sənədlər tələb olunacaq hansı işlə əlaqədar ödəniləcək haqqında qiymətlərin, ödənişlərin razılaşdırılma protokolu tərtib edilib imzalanmamışdır. Müqavilənin mühüm şərtlərinə dair xüsusi ilə qeyd edir ki, bu bağlanmış müqavilənin heç bir şərti iddiaçı ilə müzakirə edilməmişdir. "İcraçı” tərəfindən hazırlanmışdır və iddiaçı oxumadan imza etmişdir. Sonra da evdə oxuyub müqavilə ilə tanış olmuşdur və "İcraçı”ya bu müqavilənin bir neçə bəndlərinə irad bildirdikdə "İcraçı" qeyd etmişdir ki, “təki sizin işiniz düzəlsin bu bizim aramızda olan sadəcə müqavilədir”. Ölkə daxilində bütün əməliyyatlar manatla olduğu halda 500 (beş yüz) ABŞ dollarını hansı səbəbdən xarici valyuta ilə qəbul etmişdir? Bu birbaşa qanun pozuntusu olmaqla cinayət əməlidir və məsuliyyətə cəlb olunmalıdır. Bundan əlavə bütün ödənişləri hansı səbəbə görə öz şəxsi kartına köçürtdürür? Nəyə görə “X1” MMC-nin bankdan hesablaşma hesabına köçürtmür və nəyə görə müqavilədə hesablaşma hesabını və hüquqi ünvanını qeyd etmir? Və buradan məlum olur ki, dövriyyədən və vergi ödənişlərindən yayınmaqla özünə əlavə mənfəət və qazanc əldə etmiş olsun. Əlavə olaraq, bildirir ki, bu haqsızlığa görə hüquqların pozulduğuna və maddi-mənəvi iddiaçıya ziyan vurduğuna görə toplanmış materiallar məhkəmə orqanlarına təqdim edir. Gələcəkdə xarici valyuta ilə vəsaiti qəbul etdiyinə görə bütün ödənişləri şəxsi kartına qanunsuz köçürtdüyünə görə aydınlaşdırıb hüququ mühafizə və vergi xidmətinə toplamış materialları təqdim edəcək. Bu müqavilənin 1.7.1-ci bəndinə əsasən nəzərdə tutulmayan bütün xidmətlər əlavə xərclər "Sifarişçi" tərəfindən ayrıca xidmətlərin çəkildiyi yer üzrə ödənilməlidir. Lakin iddiaçı tərəfindən tələb olunduğu halda ödənişlərin hara, hansı məbləğdə, hansı xidmətə aid olduğunu, bankdakı hesablaşma hesabını göstərməsini tələb etmiş, yenə də "İcraçı” iddiaçının şəxsi kartına bu vəsaitləri köçürməsi lazımdır belə bildrib tələb etmişdir, tərəfindən ödənişlər həyata keçirilmişdir, yenə də ödəniş qəbzlərinin iddiaçıya təqdim etməsindən yayınır. Bir neçə dəfə təyinatı üzrə ödənilmiş çeklərin ardıcıllıqla əslini tələb etmiş, heç birində qəbzlərini əldə etməyə nail ola bilməmişdir. Bu müqavilənin 1. Predmetinin 1.7.1-ci bəndində qeyd edilmişdir ki, müqavilənin ayrılmaz hissəsi sayılan əlavə 1-də nəzərdə tutulmayan bütün xidmətlər və əlavə xərclər "Sifarişçi" tərəfindən ayrıca, xidmətlərin göstərildiyi və xərclərin çəkildiyi yerə ödənilir. Lakin "İcraçı" F.İ.Yaqubova ödəniləcəyi xərcləri haraya və nə üçün ödəniləcək haqqında məlumat verməmişdir, ancaq bu ödənişləri şəxsi öz adına olan bank kartlarına köçürülməsini tələb etmişdir və köçürmüşdür. "İcraçı" bu müqavilənin 1.7.1-ci əsasən bəndində göstərilən "Sifarişçi" tərəfindən ödənişləri birbaşa təyinatı üzrə tələb olunan yerlərə xidməti rüsumları ödənilməsini reallaşdırmadı, öz şəxsi kartına köçürməyi tələb etmişdir və nəticədə müqavilənin şərtlərini pozmaqla əlavə gəlir əldə etmişdir. Bu müqavilənin xidmətlərin göstərilməsi 2-ci qaydasının şərtinə uyğun * №-li qeyd bəndinə əsasən iş icra edilmədikdə ilkin ödənilmiş 500 ABŞ dolları və 850 manat müqavilənin 3. bənd tərəflərin öhdəliklərinin "Sifarişçi"- nin vəzifələrinə aid 3.1.6-cı bəndində qeyd olunan qəbul məktubu aldıqdan sonra ödənişin qəbzini "İcraçı"-ya təqdim etməlidir. Sual olunur bu günə qədər tərəfindən ödənilmiş məbləğlərin qəbzini israrla dəfələrlə tələb etmiş, lakin iddiaçıya təqdim etməmişdir. Səbəbi nədir aydınlaşdıra bilməmişdir. Sonradan iş həll olunmayanda iddiaçıya tam bəlli oldu ki, ödəniş məbləğlərinin izini itirmiş olsun və təyinatı bəlli olmasın bank hesablarına ödənişlərin təyinatı və qəbzləri onda fakt kimi olmasın, həmişə də sualdan yayınmışdır və müqavilədə də buna aid heç bir bənd göstərilməmişdir. Eyni zamanda 3.1.6-cı bəndinə uyğun olaraq iddiaçı tərəfindən bütün ödənişlərin 1 (bir)-dən başqa heç bir mədaxil və məxaric çekləri iddiaçıya təqdim edilməmişdir. Tələb etdikdə həmişəki kimi təqdim edilməkdən yayınılmışdır, məqsədi aydın olunub bilinməmişdir. "İcraçı" işi qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra etmədiyinə görə həmin "İcraçı"-ya ödədiyi məbləğlər rüsumların və "İcraçı"nın səbəb olduğu bütün daxili və xarici ödənişlərindən düşdüyü bütün zərərlərin tam geriyə ödənilməsini məhkəmə yolu ilə tələb edir. Bununla bərabər, iddiaçıya vurduğu maddi-mənəvi zərərdən başqa iqtisadi zərər və dəbbə puluna görə də əlavə vəsait də ödəməyə borcludur. Bu müqavilədə "İcraçı" "Sifarişçi"nin bütün hüquqlarını nəzərə alınmamışdır. Bu haqda müqavilənin şərtlərində özünə sərf edən formada bir tərəfli məsuliyyətdən və geriyə ödənişdən yayınmaq məqsədi ilə heç bir bənddə bu haqda əlavə şərtlər qeyd edib aparmamışdır və çalışmışdır ki, bütün məsuliyyət "Sifarişçi"-nin öhdəliyində və üzərində bir tərəfli qalmasını nəzərdə tutmuşdur. Bu müqaviləni heç bir hüquqa malik olmayan müqavilə hesab edir - başdan sovdu bəndlərlə yazılmışdır. Tərəflərin öhdəliyinin 3.1.3-cü bəndi ilə əlaqədar göstərilir ki, zəruri xərclərin əvəzini "İcraçı"-ya ödənməlidir. 3.2.11-ci maddəsində nəzərdə tutulmuş "İcraçı" işi yerinə yetirmədikdə 10 gün müddətinə işi araşdıracaq və sifarişçiyə məlumat veriləcəkdir. Sual olunur müqavilədə göstərilən imtina gəldikdə qeyd olunub 1-ci imtinada niyə təklif olunmadı işi məsuliyyətli yenidən icra etsin, yenə də əlavə sual yaranır sənədləri "İcraçı" səfirliyə düzgün göndərmiş olsa idi hansı səbəbdən imtina gəlməlidir. İddiaçı ATIP-dən alıb imtina səbəblərini "İcraçı”ya bilib yenə də aldadıb düzəliş edib yenidən müraciət edək bildirmişdir. "İcraçı" F.İ.Yaqubovaya səhvləri haqqında müraciət etmiş və faktlara irad bildirmişdir. Bildirmişdir ki, 3-cü (üçüncü) dəfə yenidən səfirliyə müraciət etsin və məsələ həllini tapacaqdır. İddiaçı da "İcraçıya" olan etibar və güvənini itirdiyinə görə imtina etmişdir. Çünki bu iddiaçıya maddi iqtisadi ziyan vurur və bununla bərabər təhsilinin başlama müddəti bitirmişdir və imtina səbəblərini bir daha xatırlatmaq istəyir. Bunlar təqdim etdiyi səbəblərdən bəziləridir. ATIP-də hər bir sualın cavabı qeyd olunub və səfirlik tərəfindən imtinanın bütün səbəbləri aydın göstərilmişdir. "İcraçı" sənədləri müraciət edilmə qaydalarına və blankları düzgün hüquqi formada tələb olunan formada tərtib edib göndərməmişdir. Bu müqavilənin 4.4-cü bəndi heç bir hüquqi parametrlərə ölçüyə və qanunvericiliyin tələblərinə uyğun olmayan şərtlər ilə müqaviləni "İcraçı" tərtib etmişdir və iddiaçı oxuyub tanış olmadan imza etmişdir, sonradan müqaviləyə irad bildirmişdir. Vizanın düzgün tələb olunan formada səfirliyə təqdim etmədiyinə görə imtina gəlmişdir və imtinanın səbəblərini düzgün qiymətləndirmək əvəzinə bütün ödənilmiş məbləğdən imtina edilməsinə nail olmağı nəzərdə tutmuşdur və bəzi maddələrdə 30%-ni 50%-ni geriyə qaytarılması nəzərdə tutulmuşdur. Hətta bu müqavilənin 4. hesablaşma qaydasının 4.11-ci bəndinə əsasən "İcraçı" qeyd etmişdir 3.2.1, 3.2.2, 3.23. 3.24-cü bəndlərində göstərdiyi xidmətlər yerinə yetirdiyi və "Sifarişçi" xidməti dayandırmaq istədiyi halda ilkin ödənilmiş depozit qaytarılmır və əlavə olaraq "Sifarişçi ümumi məbləğin yerdə qalan hissəsini tam olaraq "İcraçı"ya 3-5 gün müddətinə vəsaiti ödəyir. "İcraçı" müqavilənin bəndində işi icra etmədikdə 30%, ödənilmiş məbləğə 30%, başqa bənddə isə ödənilmiş məbləğinin 50% geri qaytarır. İşi icra etmədiyi halda hansı səbəbdən ümumi məbləğin yerdə qalan hissəsini tələb edir və buna əlavə olaraq da yuxarıda qeyd olunan məbləğin 30%-50% geri qaytarmağı nəzərə almışdır. İş icra olmasa da əlavə bəndlərdə işə vəsaitin tam ödənilməsini nəzərə almışdır. Əlavə sual yaranır "İcraçı" işi tam icra etmədikdə müqavilədə hansı səbəbdən "Sifarişçi"-nin ödənilmiş vəsaiti geriyə qaytarması nəzərə alınmışdır. Beləliklə görünür "İcraçı" özü də bilmir hansı anlama gəlsin ki, işi icra edə bilməsə vəsaiti geri qaytarmasın və əlavə vəsait tələb etsin və məsuliyyətdən yayına bilsin. Bu müqavilənin şərhinə və təhlilinə görə bəndlər və maddələr bir-birini hüquqi cəhətdən tamamlamayıb məntiqə uyğun deyil və işi yerinə yetirməkdən yayınmağa zəmin yaratmışdır ki, məsuliyyətdən yayınsın və ödənilmiş vəsaiti geriyə qaytarılmasından azad oluna bilsin. Hesablaşma qaydalarının 4.7-ci bəndində qeyd olunan şərhlərdə "İcraçı" müqavilədə bildirir ki, imza ilə təsdiq edir ki "Sifarişçi" heç bir halda iddia qaldıra bilməz. Bu qanunvericiliyin tələblərinə və hüquqi qanunlara uyğun olmayan şərtlərdir, belə ki, müqavilənin hər bir vərəqəsində özü imza edir, lakin iddiaçı tərəfindən heç bir vərəqədə imza edilib tanış olmadan müqavilənin sonuncu səhifəsində "Sifarişçi" adlanacaq yerində iddiaçının tərəfindən imza edilmişdir. Lakin bu müqavilənin 8-ci bəndində mübahisələrin həll edilməsi qaydalarının 8.2-ci bəndində qeyd olunur ki, 8.1-ci bəndi göstərilmiş qaydada həll edilmədikdə münasibətlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyin normaları ilə tənzimlənməli və hüquqi yolla məhkəməyə müraciətlə həllini tapmalıdır. "İcraçı özü də bu müqaviləni hansı anlamda şərhlərdə qeyd olunmasının mahiyyətinə və hüquq forma fərqinə baxmadan və işin icrasının məsuliyyətinə baxmadan imza edib, maddələri bir biri ilə tamamlanmamış uzlaşmamış hüquqi iqtisadi formada tərtib etmişdir və qeyd edir ki, "Sifarişçi" heç bir iddia qaldırıb hər hansı bir tələb edə bilməz. Lakin yuxarıda 8.2-ci bəndində qeyd olunur ki, mübahisələr tərəflər arasında razılığa əldə olunmasa qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə yolu ilə həll edilməlidir. "İcraçı"-nın özü də bu müqavilənin bəzi bəndlərində öz yazdığın təkzib edir və müqavilənin hansı hüquqi formada olduğunun fərqində deyil. Bu müqavilənin 5.3-cü bəndində qeyd olunmuşdur ki, tərəflərin öz öhdəliklərini yerinə yetirmə tarixinədək qüvvədədir. "İcraçı" "Sifarişçi"-nin seçim etdiyi Toronto şəhərində ali təhsil universitetinə qəbul olunub və tədris ilinin 2023-cü il sentyabr tarixindən başladığını bildiyi halda bu bəndin müddətinin illərlə qüvvədə olmasını nəzərə alır və gələcəkdə işin qeyri-müəyyən zamana buraxılmasına çalışır və məsuliyyətdən azad olunmasını özündə reallaşdırmışdır. "İcraçı" işi düzgün yerinə yetirmədiyi üçün yenidən imtinadan sonra təhsil sessiyasının başlanma tarixini uzatmağını xahiş etdi və səfirliyə viza alınmasını hazırlayıb göndərmişdir. İddiaçı məcburiyyət qarşısında qalıb təhsil sessiyasının başlanmasını may ayına keçirtmiş və əlavə xərclərə səbəb olmuşdur. "İcraçı" yenidən işin düzgün icra edib görmədiyi üçün 2-ci (iki) imtina almış və açıqlama tələb etdikdə iddiaçıya viza işi ilə bağlı xəbəri olmayan başqa bir xxxx MMC ilə müqavilə bağladığını bildirmişdir ki, bu yaxın günlərdə işi həll edəcəyinə söz vermişdir. Lakin "İcraçı” hələ də həllini tapa bilmir, çünki həlli sıfıra bərabərdir və həlli yoxdur. İddiaçıya tam aydındır "İcraçı" işini yalan üzərində qurmuşdur və səfirlikdən gələn imtinada faktlar göz qabağındadır. “İcraçı" işin gedişində iddiaçıya bildirməmişdir ki, 3-cü (üçüncü) tərəflə olan xxxx MMC ilə iddiaçıya aid vizanın alınması üçün iş birliyi qurmuşdur. Aydın görünür ki, vəsaiti hər iki tərəfdən əlavə xərcləri tələb edə bilər. "İcraçı" işi həll etməmişdir, vəsaiti geriyə qaytarmaqdan boyun qaçırır, əvvəllər yalan vədlər vermişdir, sonradan bildirmişdir ki, işi düzgün icra etmişdir yekunda "İcraçı" imtina edir və "Sifarişçi"-nin ödənilmiş vəsaiti hesabına əsassız varlanma mövqeyini tutmuşdur. İddiaçının israrla müraciətindən sonra F.İ.Yaqubova bildirmişdir ki, “Sizin viza işinizlə bağlı “X1” MMC ilə xxxx MMC arasında müqavilə bağlanmışdır.” Bu haqda iddiaçıya sonradan elektron qaimə (seriya: EBDJ №****** ##.##.2023) təqdim etmişdir. "İcraçı" F.İ.Yaqubovaya irad bildirmişdir ki, “Sizinlə müqavilə bağlamışam ki, işi bir başa siz həll edəsiniz hansı səbəbdən ona bildirmədən, icazəm olmadan 3-cü tərəflə iddiaçının viza məsələsi ilə bağlı müqavilə bağlamışdır, iş birliyi qurmuşdur” və iddiaçıya bildirdi ki, təki sizin iş həll olunsun. Nəticədə iş həll olunmamışdır. "İcraçı" bu 3-cü tərəflə iş birliyi qurduğuna görə iddiaçıya əlavə xərclərə ödənişlərə səbəb olmuşdur, burada da iddiaçıya sonradan aydın oldu və gələcəkdə iş həll olunmayanda bildirsin ki, iddiaçının tərəfindən iş icra edilib 3-cü tərəf işi icra etməyib və "İcraçı" özü məsuliyyət daşımır, qeyd edib bildirmişdir. İddiaçı qeyd etmişdir ki, “sizinlə müqavilə bağlamışam, işi siz icra etməlisiniz və məsuliyyət daşıyırsınız.” İddiaçıya təqdim olunmuş 915 manat elektron qaimənin iddiaçıdan 4 nəfərlik ailə üzvlərinin poçt pulu adı altında tələb etmişdir və iddiaçı tərəfindən ödənilmişdir. Lakin VFS.GLOBAL (Kanada viza müraciət mərkəzindən) öyrənmişdir ki, poçt rüsumuna uşaqlar daxil deyil. X8 irad etdikdə sonuncu etiraz edərək "mənim işimi məndən yaxşı bilməyəcəksiniz" deyərək cavab bildirmişdir. Sonradan yenə iddiaçıya tam aydın oldu ki "İcraçı"-nın iş metodu budur. Bu cavaba görə xahiş edir bu məbləğin təyinatı xüsusi ilə araşdırılsın, ekspertiza təyin edilsin və qərar qəbul olunması təmin edilsin, bilinsin ki, hansı fəaliyyətlə məşğul olur. İddiaçının təhsilinin vaxtı tamam olduqdan sonra və bu dövrədək viza təmin olunmursa demək ki, bilərəkdən müqavilədə qeyri-müəyyən əlavə etmişdir ki, məsuliyyətdən yayınmağa gələcəkdə nail olsun və iddiaçının təhsili yarımçıq qalmasına səbəb olmuşdur. İddiaçıya və ailəsinə maddi mənəvi iqtisadi ziyan vurmuş və işgüzar nüfuzuna xələl gətirmişdir. Bu iki viza müraciəti ərəfəsində "İcraçı" iddiaçıdan tələb etdiyi ayrı-ayrı vaxtlarda 7660 (yeddi min altı yüz altmış) manat məbləği ödəmişdir. Bu məbləğə "İcraçı"-nın xidmət haqqı, xidməti xərcləri iddiaçıdan kartına göndərməyini istədiyi məbləğlər rüsum adı ilə vəsaitlər, viza rüsumları, universitet müraciəti və s. ödənişlər daxildir. "İcraçı"-nın etdiyi səhvlər səbəbindən düşdüyü ziyanı tələb etdiyində hər dəfə ödənişin təmin edilməsinə min bir bəhanələr gətirib işin sonunda bildirdiyi 3-cü tərəf olan xxxx MMCnin üzərinə atır və bildirir ki, 3-cü (üçüncü) tərəfdən alıb on ödəyəcəyini demişdir, sonradan isə bildirdi ki, onlar işi düzgün icra edib, lakin səfirlik vizanın verilməsindən imtina etmişdir. Qeyd etmişdir ki, səfirliyə tələb olunan sənədləri tam düzgün təqdim etmədiyinə görə imtina gəlmişdir və əlavə ATIP-dən aldığı imtina səbəbi sorğunun cavabını "İcraçı"-ya göstərəndə yenə də məsuliyyətdən yayınmışdır və burada səhvləri boynuna almır, inkar edir və bu səbəblərdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir ki, məhkəmə qaydasında faktlar sübuta yetirilsin və ödədiyi vəsait haqqında iddiaçının xeyrinə qərar çıxarılsın. F.İ.Yaqubovaya imtinanın səbəbləri onlara aydın deyil demiş və irad bildirmişdir ki, iddiaçının xəbəri olmayan 3-cü tərəflə birgə bu imtinanın səbəblərini qərəzsiz məsuliyyətlə araşdırılsın və iddiaçıya ətraflı məlumat yazılı formada imtinanın səbəbləri haqqında məlumat verilsin. "İcraçıya"-ya dəfələrlə izah etmişdir ki, Səfirliyin iddiaçı ilə hansı ədavəti var ki, imtina etmişdir. "İcraçı"-ya bildirmişdir ki, “siz səfirliyə dəqiq tamamlanmamış tələb olunan yetərincə tələb olunan formada sənədlər göndərdiyinizə rəğmən imtina edilmişdir.” "İcraçı" yenə də bu işi araşdırıb iddiaçıya məlumat verməmişdir. İddiaçıya səfirlikdən gələn imtinanın səbəblərini indiyə kimi göstərməmişdir. İddiaçı bildirmişdir ki, qarşılıqlı anlaşma şəraitində işi tam icra etmədiyinə görə iddiaçıya vurduğu ziyanı təmin etsin və bildirmişdir ki, vəsaiti hissə-hissə zaman verməklə ödənişi həyata keçirsinlər. Əks halda müqavilə şərtlərini yerinə yetirmədiyi əsaslara rəğmən və qanunvericiliyin tələblərinə görə məhkəməyə müraciət ediləcəkdir. Fəridə Yaqubova bildirdi ki, işi xxxx MMC ilə araşdıracaq, səhv varsa ödənişi geri tam qaytaracağına söz vermişdir. Lakin təsdiq olunmuş bu qədər səhvə baxmayaraq, etdiyi səhvləri boynuna almırlar, iddiaçının ödədiyi vəsaiti geri ödəməkdən imtina edirlər və bildirdilər ki, səfirlik işi tam araşdırmamışdır. Cavabdehin qanuna zidd hərəkətləri və müqavilə öhdəliklərinə əməl etməməsi nəticəsində aralarında bu zəmində yaranmış mübahisə və münaqişələr, pulunun qaytarılması, əldə edə biləcəyi gəlirlərdən məhrum olmağı iddiaçıda əsəb gərginliyi yaratmış, nəticədə fiziki və mənəvi sarsıntılar keçirmişdir. Artıq 2 (iki) ildir iztirablar keçirir və bu da sağlamlığının pozulmasına, mədəsində və ürəyində xəstəliklərin, həmçinin gözlərində təzyiqin yaranmasına səbəb olmuşdur. Nəticədə isə xəstəlikləri ilə əlaqədar ölkədə uzun müddət müalicələr almağa məcbur olmuşdur. Hesab edir ki, cavabdeh “X1” MMC-nin və 3- cü tərəf olan xxxx MMC-nin iddiaçıya geriyə ödəniləcək bütün xərclərin, vəsaitlərin zərərin ödənilməsi qanuna uyğundur. “İcraçı" iddiaçını illərdir aldatmışdır maddi, mənəvi, iqtisadi ziyan vurmuşdur. Dəbbə pulunu 10.000 (on min) manat civarında olmasını tələb edir. Bu və qeyd edilən məsələlərlə əlaqədar "İcraçı heç bir faktdan yayına bilməz. "İcraçı"nın bunu etiraf eməkdən başqa çıxış yolu yoxdur. Belə ki, bütün yazışmalar bunu sübut edir və vizadan da imtina səbəblərindən aydın olmuşdur ki, işi məsuliyyətlə icra etməmişdir. İddiaçının ödədiyi vəsaiti illərlə özündə saxlamışdır. Bu vəsaiti istədiyi kimi xərcləmişdir. İddiaçı isə hər bir imtiyazdan mərhum olunmuşdur. Cavabdehlə (icraçı) aralarında bağlanmış ## #### 2022-ci il tarixli 02/43 müqaviləsinə əsasən, əgər borc məbləği göstərilən müddət ərzində qaytarılmazsa və ya digər mübahisələr Azərbaycan Respublikasının müvafiq qanunericiliyinə əsasən həll edilir. Göründüyü kimi iddiaçının 7660 (yeddi min altı yüz altmış) manat borc, əlavə xərclərinə görə 2350 (iki min üç yüz əlli) manat bank xidmətinə görə 1009 (bir min doqquz) manat bank xərclərinin silinməsinə görə borcu cavabdehdən məhkəmə qaydasında bütün xərcləri ödənişləri iddiaçıya ödənilməmiş, dəbbə pulunu və mənəvi ziyanın vurulmasını tələb etmək, ona qarşı iddia qaldırmaq qanunla hüququ vardır. Lakin cavabdeh iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı öz pulu ilə əldə edə biləcəyi gəlirlərdən məhrum olmuş və nəticədə iddiaçıya cavabdeh tərəfindən yekunda cəmi 11.510 (on bir min beş yüz on) manat məbləğində iqtisadi və maddi zərər dəymişdir. Belə ki, cavabdehə gedişgəliş viza işlərə görə bu işlər bəzi xərclərə aid verdiyi işlərə görə bu işlər başlayan gündən halhazırkı vaxtadək, 11.510 (on bir min beş yüz on) manat məbləğində pul məbləği fayda əlindən çıxmışdır. İddiaçıya dəymiş maddi mənəvi zərəri 10.000 (on min) manat, dəbbə pulu 10.000 (on min) manat məbləğində qiymətləndirir və həmin məbləğin də cavabdeh "xxxx Group” MMC-nin baş direktoru F.İ.Yaqubovadan iddiaçının xeyrinə tutulmasını tələb edir və bu haqda qərardad çıxarılmasını xahiş edir. “İcraçı" vəsaiti geri qaytarmaq fikrində deyil. Ancaq "İcraçı” ilə hüquq müstəvisində məhkəmə yolu ilə işi həll etməyi məqsədə uyğun hesab edir. Bu qeyd olunan faktlara əsasən MPM və MM maddələrinin tətbiq edilməsini və qətnamə çıxarılmasını xahiş edir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, cavabdeh "xxxx Group” MMC-nin birbaşa ödənilmiş iddiaçıya olan, 7660 (yeddi min altı yüz altmış) manat borcu, 2350 (iki min üç yüz əlli) manat, 1009 (bir min doqquz) manat, həmçinin onun tərəfindən iddiaçıya dəymiş maddi və mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 10.000 (on min) manat məbləğində borc, əldən çıxmış faydaya görə, dəbbə puluna görə 10.000 (on min) manat, cəmi 31.019 (otuz bir min on doqquz) manat məbləğində pul vəsaiti, həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 191 (bir yüz doxsan bir) manat məbləğində dövlət rüsumu, yekun cəmi 31.210 (otuz bir min iki yüz on) manat tutulmalıdır və bu haqqında cavabdeh F.İ.Yaqubovadan tutulub iddiaçının xeyrimə qətnamə çıxarılıb qəbul edilməsi məqsədə uyğundur.

22. İddiaçılar “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti və Yaqubova Fəridə İlya qızı cavabdeh İddiaçı qarşı işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin işgüzar nüfuzuna zərər vurduğu üçün 5.000 (beş min) manat və Yaqubova Fəridə İlya qızına vurduğu mənəvi ziyana görə isə 3000 (üç min) manat, cəmi 8.000 (səkkiz min) manat məbləğində pul və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, cəmi 8100 (səkkiz min yüz) manat məbləğində pulun cavabdeh İddiaçı tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

23. Qarşılıqlı iddiada göstərilib ki, iddia tələbi ilə razılaşmadıqları üçün qanunvericiliyin tələblərinə əsasən İddiaçı qarşı hazırkı qarşılıqlı iddia tələbini irəli sürür. Belə ki, iddiaçı İddiaçı ilə ##.##.2022-ci il tarixində "X1" MMC arasında təhsil və viza dəstəyi üzrə müqavilə bağlamış, müqavilə şərtlərinə uyğun olaraq ümumilikdə 3.400 (üç min dörd yüz) manat xidmət haqqı ödənilmişdir. Müqavilə üzrə şirkət bütün öhdəliklərini vicdanla və tam şəkildə yerinə yetirmiş, müştəriyə tələb olunan məlumat, məsləhət və sənədlərin hazırlanması üzrə xidmətlər təqdim etmişdir. Eyni zamanda Ontarionun ilk İcma Kolleci olan Centennial və X9-də biznesin İdarəedilməsi fakültələrinə qəbul alınmışdır. Göstərilənlərə baxmayaraq İddiaçı iddia ərizəsində əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayaraq, guya “X1” MMC tərəfindən aldadıldığını, əsassız olaraq pul alındığını, müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyini, şirkətin qeyri-peşəkar fəaliyyət göstərdiyini iddia etmişdir. Müqavilədə göstərilmişdir ki, əlavə xərclər (rüsum, tərcümə, notariat, bank köçürmə və s.) sifarişçinin üzərinə düşür. Cavabdeh isə yalnız 3.400 manat xidmət haqqını almışdır. Bağlanmış xidmət müqaviləsinin hazırkı mübahisəyə heç bir aidiyyəti yoxdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1.7-ci bəndinə əsasən sifarişçinin seçdiyi və bu Müqavilənin ayrılmaz hissəsi sayılan Əlavə 1-də sadalanan xidmətlərin dəyəri 3400 manat (iki min USD) təşkil edir. Bu məbləğə konsulluq rüsumları və seçilmiş proqramın dəyəri (təhsil haqqı) daxil deyil. İddiaçı əsassız olaraq müqavilə predmeti və öhdəliklərdən kənar xərcləri, şəxsi qərarlarını və subyektiv mülahizələrini əsas gətirərək cəmi 31.210 (otuz bir min iki yüz on) manat tələb edir. Halbuki, imtinanın səbəbi şirkətin fəaliyyəti ilə bağlı olmayıb, yalnız və yalnız səfirliyin suveren qərarından irəli gəlmişdir. İddiaçı tərəfindən yalan məlumatlar ictimaiyyətə açıq yayıldığı üçün “X1” MMC-nin işgüzar nüfuzu ləkələnmiş, nəticədə müştəri etibarında azalma və maddi zərər baş vermişdir. İddiaçı müraciəti əsasında aparılmış prosessual yoxlamalar nəticəsində ## ###### 2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda qeyd olunur ki, müraciətdə göstərilən "aldadılaraq 7600 manat pulun verilməsi" barədə iddialar cinayət tərkibini təsdiqləyən kifayət qədər sübutlarla əsaslandırılmamışdır. Bu fakt cavabdehin “X1” MMC-yə qarşı irəli sürdüyü ittihamların əsassızlığını sübut edir. Bundan başqa, cavabdeh iddia ərizəsində qeyd edir ki, guya xidmət müqaviləsini bir tərəfli qaydada bağlanması barədə xəbərsiz olub və tələsik imza atıb. Bu iddia hüquqi əsası olmayan və əsassız bəyanatdır. Çünki tərəf qeyd olunan müqaviləni bəyənmiş, həmin müqavilə üzrə onun Kanada Respublikasından qəbul almışdır. Müqavilə icra olunanadək də, heç bir etirazı olmamışdır. Heç bir sübut yoxdur ki, müqavilə məcburi qaydada, təzyiq və ya aldatma yolu ilə imzalanıb. Bundan əlavə, cinayət təqibi ilə bağlı aparılmış araşdırma nəticəsində də bu istiqamətdə heç bir qanun pozuntusu təsdiqlənməmişdir. Bu faktlar müqavilənin tam hüquqi qüvvəyə malik olduğunu təsdiqləyir. Onu da göstərir ki, guya müqavilə müddətsiz olub, şirkət yeni müraciətlərə icazə verməyib. Lakin WhatsApp yazışmaları sübut edir ki, cavabdeh yeni müraciətə mane olmamış, əksinə iddiaçıya təkrar müraciət etmək üçün sadəcə yenilənmiş dil imtahanı (Duolingo) təqdim etməyi xatırladılmışdır. Çünki 2024-cü ilin ## ###### tarixindən sonra Kanada İmmiqrasiya naziri Mark Millerin qərarına əsasən ailəvi müraciətlər üzrə qaydalarda dəyişiklik edilmiş və yeni qaydalar üzrə imtahan verilməsi bildirilmişdir. İddiaçı həmçinin motivasiya məktubunun yetərsiz olduğunu iddia etmişdir. Təqdim edilmiş motivasiya məktubu isə (mətn sübutlara əlavə olunub) beynəlxalq ali təhsil müraciətlərində tələb olunan struktur və formata tam uyğundur, təhsil məqsədi, gələcək karyera planları, maliyyə təminatı və ailə vəziyyəti barədə detallı məlumat təqdim edir, Kanada universitet və kollec müraciətləri üçün qəbul edilmiş standartlara tam cavab verir. Kanada hökumətinin rəsmi saytında (canada.ca) təsdiqlənir ki, motivasiya məktubları üçün xüsusi format tələbi yoxdur məktub fərdiləşdirilmiş formada yazılır. IRCC sistemindən gələn bildirişlərdə də qeyd olunub ki, sənədlər tam təqdim olunub və əlavə sənəd tələbi olmayıb. Pasport surətlərinə gəldikdə, IRCC qaydalarına əsasən yalnız əsas səhifə və mövcud vizalar təqdim olunmalıdır, bu da yerinə yetirilib. Motivasiya məktubu onun razılığı ilə təqdim edilmişdir. Viza qərarları isə Kanada hökumətinin daxili mülahizələri əsasında qəbul edilir və xidmət təminatçısı heç bir halda nəticəyə zəmanət vermir. Buna görə də bu arqument xidmətin keyfiyyətsizliyinə dair sübut sayıla bilməz. Vizadan imtina cavabdehin fəaliyyəti ilə bağlı deyil. Kanada vizaları yalnız səfirliyin və IRCC-nin qərarı ilə verilir və heç bir şirkət nəticəyə zəmanət verə bilməz. Kanada hökumətinin rəsmi qaydalarına görə (canada.ca, VFS Global) tələbə vizası ilə müraciət edən şəxsin ailə üzvləri (həyat yoldaşı, uşaqları) eyni zamanda müraciət edə bilərlər. Bundan əlavə, iddia ərizəsində göstərilir ki, şirkət başqa vasitəçilərlə işləyib, müştərinin xəbəri olmayıb. "X1" MMC yalnız rəsmi müqavilə əsasında xidmət göstərir. Hansı tərəflə müqavilə imzalanıbsa, yalnız həmin tərəf şirkətin müştərisi hesab olunur. Müqavilə hüquqi qüvvəyə malikdir və üçüncü şəxslərə hesabat verilməsi öhdəliyi mövcud deyil. Cavabdeh İddiaçı tərəfindən irəli sürülən əsassız iddialar, guya “X1” MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətsizliyi, müştərinin aldadılması və pulun əsassız alınması barədə yayılan yanlış məlumatlar şirkətin işgüzar nüfuzuna ciddi zərər vurmuşdur. Halbuki, şirkətin fəaliyyət göstərdiyi dövrdə onlarla tələbəyə müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul və viza alınması proseslərində uğurla yardım göstərmiş, peşəkar reputasiyaya malik olduğunu dəfələrlə sübut etmişdir. "X1" MMC-nin təhsil xidməti göstərdiyi tələbələrdən bir çoxu Azərbaycan Respublikasının Möhtərəm Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi "X10"nın qalibləri olmuşdur. Bu uğurlar dövlətin rəsmi saytlarında və aparıcı televiziya kanallarında işıqlandırılmışdır. Belə uğurlu tələbələrdən: - Gülarə Hüseynli - ABŞ-ın X11 universitetində magistr təhsili üçün dövlət təqaüdü qazanmışdır; - İlham Musayev - X12 University universitetində magistr təhsili üçün dövlət təqaüdü qazanmışdır. Bu faktlar bir daha təsdiq edir ki, şirkət ölkə miqyasında etibarlı və uğurlu fəaliyyət göstərir. İddiaçının əsassız iddiaları isə şirkətin nüfuzunu ləkələyir və həmin şirkətin direktoru olaraq həm mənəvi, həm də sağlamlıq baxımından zərər çəkməyinə səbəb olur. Bu cür əsassız və faktlara söykənməyən məlumatların yayılması şirkətə etimadı azaldaraq, potensial müştərilərin sayının azalmasına, mövcud müştərilərlə münasibətlərin pozulmasına və maddi ziyanın yaranmasına səbəb olmuşdur. Hüquqi şəxsin işgüzar nüfuzunun qorunması Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə təmin olunduğundan, cavabdehin bu hərəkətləri hüquqi məsuliyyət doğurur və vurulmuş ziyanın ödənilməsini zəruri edir. İddiaçının dəfələrlə əsassız iddialar qaldırması nəticəsində "X1" MMCnin direktoru yəni Yaqubova Fəridə İlyas qızının işgüzar nüfuzu zərər görmüş, davamlı stress və mənəvi gərginlik onun səhhətinə mənfi təsir göstərmiş, ciddi xəstəliklərin yaranmasına səbəb olmuşdur. Halbuki iddiaçı hər zaman öz işinə vicdanla yanaşmış, tələbələrin hər bir müraciətini dəqiqliklə və şəffaf şəkildə nəzarətdə saxlamışdır. Şirkətin fəaliyyət nəticələri araşdırıldıqda bu fakt aydın şəkildə öz təsdiqini tapacaqdır. Bir daha qeyd edir ki, “X1” MMC-nin göstərdiyi xidmətlər nəticəsində İddiaçı həm Centennial College, həm də X9-ə qəbul olunmuş və müvafiq depozit ödənişlərinin edilməsini tələb etmişdir. Centennial College-də birinci semestr üçün 2,650 CAD depozit ödənilməsi tələb olunmuş, X9-də isə şərti qəbul əsasında depozit ödənişi tələb edilmişdir. Bu faktlar sübut edir ki, şirkətin təqdim etdiyi xidmətlər peşəkar və effektiv olmuş, tələbəyə təhsil planlarını reallaşdırmaq üçün bütün zəruri məlumat və imkanlar təqdim edilmişdir. Qarşı tərəfin yaydığı əsassız iddialar guya xidmət keyfiyyətsiz olub və ya müştəri aldadılıb - bu sübutlarla tam təkzib olunur və işgüzar nüfuzumuza vurulan ziyanın əsasını təşkil edir.

24. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) ilk iddia tələbi qismən təmin edilərək cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2.482,15 (iki min dörd yüz səksən iki manat on beş qəpik) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 44 (qırx dörd) manatı alınaraq iddiaçı İddiaçı ödənilməsi, dövlət rüsumunun qalan 147 (bir yüz qırx yeddi) manatı iddiaçı İddiaçı özünə aid edilməsi, ilk iddia tələbinin qalan hissədə rədd edilməsi; iddiaçılar “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Yaqubova Fəridə İlya qızının cavabdeh İddiaçı qarşı “işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

25. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə toplanmış və tərəflərin iştirakı ilə tədqiq edilmiş sübutlara hərtərəfli qiymət verərək və verilmiş izahatlarla müqayisə edərək belə qənaətə gəlir ki, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Məhkəmə hazırkı iddia tələblərinə ayrılıqda qiymət verilməsini zəruri hesab edir. İlk iddia tələbinə münasibətdə məhkəmə belə hesab edir ki, ilk iddia qismən təmin edilməlidir. İlkin iddia tələbi maddi və mənəvi zərərin ödənilməsi tələbləri olmaqla iki hissədən ibarətdir. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı Kanadada təhsil almaq üçün “X1” MMCnin direktoru Yaqubova Fəridə İlya qızı ilə xidmət müqaviləsi bağlamış, tərəflər müqavilə şərtləri barədə razılığa gələrək üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. İlk iddia üzrə iddiaçı İddiaçı cavabdeh tərəfindən pul tələbi bir neçə meyarla əsaslandırmışdır. 1) İlkin olaraq iddiaçı, cavabdehlə aralarında bağlanmış müqavilə üzrə sonuncu tərəfindən xidmətlərin tam şəkildə həyata keçirilmədiyini bildirərək müqavilədə göstərilən xidmətin dəyəri olaraq ödədiyi 3400 manat vəsaiti tələb etmişdir. Müqavilə şərtlərinə görə İddiaçı xaricdə təhsil xidmətlərinin göstərilməsini sifariş verib İcraçı “xxxx” MMC-nin direktoru Yaqubova Fəridə İlya qızına razılaşdırılmış xidmət haqqını ödəməyi, icraçı isə bu müqavilənin 3.2-ci bəndində qeyd olunan vəzifələri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən sifarişçinin seçdiyi və müqavilənin ayrılmaz hissəsi sayılan * saylı Əlavədə sadalanan xidmətlərin dəyəri 3.400 manat (2000 ABŞ Dolları) təşkil edir. Bu məbləğə konsulluq rüsumları və seçilmiş proqramın dəyəri (təhsil haqqı) daxil deyil. Məhkəmə həmin məbləğə münasibətdə iddianı əsaslı saymır. Belə ki, işin hallarından müəyyən edilir ki, cavabdeh müqavilə üzrə razılaşdırılmış xidmətləri görməklə öhdəliyini icra etmişdir. Yəni icraçının yerinə yetirməli olduğu iş sifarişçinin Kanadanın bu və ya digər ali təhsil müəssisəsinə qəbulunu əldə etməkdən ibarət olmuşdur ki, qəbul da baş tutmuşdur. Odur ki, iddiaçı həmin vəsaiti cavabdehdən tələb edə bilməz. Məhkəmə ilk iddia üzrə iddiaçının icraçı tərəfindən viza sənədləşməsini düzgün icra etməməsi əsası ilə onun viza qeydiyyatının baş tutmamasına dair dəlillərini əsassız hesab edir. O baxımdan ki, vizadan imtina edilməsinə dair əsaslarda təqdim edilmiş sənədlərin qeyridüzgün tərtibatı deyil, həmin dövlətin miqrasiya qaydalarının tələblərinə və ilk iddia üzrə iddiaçının öz ölkəsindəki faktiki vəziyyətinə (ölkəsində ailə bağlarının zəif olması, ölkəsinə qayıtmaq ehtimalının olmaması və s.) istinad edilmişdir. 2) İlk iddia üzrə iddiaçı ##.##.2023-cü il tarixdə cavabdehin tələbi ilə sonuncunun kart hesabına Kanada ofis rüsumu (ailə birləşməsi, təhsil vizası, uşaqların icazə vizası, iddiaçı və həyat yoldaşı üçün viza üçün müraciət) olaraq göndərdiyi 915 manat vəsaitin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə həmin məbləğə münasibətdə qeyd edib ki, tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmişdir ki, "İcraçı" "Sifarişçi” üçün viza üzrə müraciətdə səfirliyin təqdim etdiyi formatda sənədlərin düzgün şəkildə toplanmasını təşkil edir. İcraçı vizanın hər hansı səbəbdən verilməməsinə görə məsuliyyət daşımır. Eləcə də, İcraçı müvafiq konsulluğun qərarına heç bir şəkildə təsir göstərə bilməz. Viza müraciəti üçün Konsulluğun müəyyən etdiyi ödənişlər "İcraçı"nın göstərdiyi xidmət paketinə daxil deyildir və birbaşa Sifarişçinin özü tərəfindən həyata keçirilməlidir. Göründüyü kimi, viza üçün sənədlərin təqdim edilməsi İddiaçı, viza üçün səfirliyin təqdim etdiyi formatda sənədlərin düzgün şəkildə toplanmasını təşkil etmək isə cavabdehin öhdəliyi olmuşdur. "X1" MMC-nin direktoru Yaqubova Fəridə İlya qızı məhkəmə iclasında həmin xidmətlərin göstərilməsinin üçüncü şəxs “xxxx” MMC tərəfindən həyata keçirildiyini bildirmişdir. Lakin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə viza proseduru ilə bağlı öhdəliyin icrasının hər hansı üçüncü şəxsə həvalə edilməsi şərtləşdirilməmiş, bu barədə sifarişçi olan İddiaçı ümumiyyətlə məlumat verilməmişdir. Buna baxmayaraq həmin xidmətlərin göstərilməsi ilə bağlı iddiaçıdan 915 manat vəsait tələb edilmiş və iddiaçı da həmin məbləği ödəmişdir. Qeyd edilən xidmət ilk iddia üzrə cavabdehin 3400 manat məbləğində gördüyü xidmətlərə aid edilməli və onun əlavə olaraq üçüncü şəxsə bu işin görülməsini həvalə etməsinə görə iddiaçıdan qeyd edilən pulu alması əsassız olmuşdur. Yəni ödənilən məbləğ hər hansı rəsmi rüsumu deyil, üçüncü şəxsə ötürülən xidmətin haqqı kimi görünməkdədir. Bu səbəbdən məhkəmə 915 manat vəsaitin ilk iddia üzrə cavabdehdən ilk iddia üzrə iddiaçının xeyrinə tutulmasını qanuni hesab edir. 3) İddiaçının tələb etdiyi digər vəsait ##.##.2022-ci il tarixdə FEE (qəbul sorğusu) 3 universitetə qəbul sorğusunun göndərilməsi üçün ödədiyi 1007,15 manatdır (VCW 250 CAD340,61 (üç yüz qırx manat altmış bir qəpik) manat, Dikinson 238 CAD-324.18 (üç yüz iyirmi dörd manat, on səkkiz qəpik) manat, Canadian college 244 CAD-332,36 (üz yüz otuz iki manat otuz altı qəpik) manat). Məhkəmə belə hesab edir ki, iddia bu məbləğə münasibətdə təmin edilməlidir. Belə ki, ilk iddia üzrə cavabdeh həmin məbləği iddiaçının təhsili ilə bağlı universitetlərə göndərilmiş müraciətlərin qeydiyyatı üçün tələb edildiyini bildirsə də, etirazının hüquqi və qanuni əsasını sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilən məbləğ məhz ilk iddia üzrə iddiaçı tərəfindən ilk iddia üzrə cavabdehin kartı hesabına göndərilmişdir. İlk iddia üzrə cavabdehin dəlili ondan ibarət olmuşdur ki, əgər ki, universitetlərə qəbul baş tutmuşdursa, bu hal həmin universitetlərə qəbul üçün müraciətlərin də qeydə alınması deməkdir. Lakin ilk iddia üzrə cavabdehin ona ödənilmiş məbləğin həmin universitetlərə müraciət üçün qeydiyyat rüsumu olaraq ödənilməsinə dair qəbzləri məhkəməyə təqdim etməmişdir. Bu isə hüquqi müəyyənlik baxımından həqiqətən də qeydiyyat üçün məhz həmin məbləğin ödənilməsini təsbit etməyə imkan vermir. Bu səbəbdən həmin vəsait də ilk iddia üzrə cavabdehdən ilk iddia üzrə iddiaçının xeyrinə tutulmalıdır. 4) Digər bir tərəfdən ilk iddia üzrə iddiaçı Kanadanın səfirlik pulu olaraq 775 CAD-1007,50 manat vəsaitin onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə İddiaçı bu hissədə iddiasını əsaslı hesab etmir. Çünki iş materiallarında olan ödəniş barədə məlumatdan görünür ki, İddiaçı İmmigration Canada Online vasitəsilə 775 CAD ödəniş etmişdir. Sözügedən vəsait ilk iddia üzrə cavabdeh olan Yaqubova Fəridə İlya qızının vasitəçiliyi olmadan, ilk iddia üzrə iddiaçı tərəfindən birbaşa olaraq səfirliyə ödəniş etmişdir. Odur ki, həmin vəsait ilk iddia üzrə cavabdehdən tələb edilə bilməz. 5) Bundan başqa, ilk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehin ondan ##.##.2023-cü il tarixdə iş vizası adı altında aldığı və özünə məxsus kart hesabına göndərdiyi 310 manat Kanada ofis rüsumunun (ailə birləşməsi, təhsil rüsumu, uşaqlar və böyüklər üçün viza müraciəti) cavabdehdən tutulmasını tələb etmişdir. Məhkəmə iddianı bu hissədə əsaslı sayır. Belə ki, iş materiallarında olan ##.##.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən 310 manat ödəniş Yaqubova Fəridə İlya qızının kart hesabına köçürülmüşdür. Yaqubova Fəridə İlya qızı həmin vəsaitin hansı xidmətin qarşılığında İddiaçı alındığını sübuta yetirə bilməmiş, həmin vəsaitin sonuncudan alınmasında haqlı olduğunu təsdiq edəcək hər hansı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, həmin vəsait də ilk iddia üzrə cavabdehdən alınaraq ilk iddia üzrə iddiaçıya ödənilməlidir. 6) Bundan əlavə, iddiaçı ##.##.2023-cü il tarixdə Centelian college üçün FEE (qəbul sorğusu) müraciət sorğusunun əvəzi olaraq Fəridə Yaqubovanın tələbi ilə sonuncuya məxsus şəxsi kart hesabına ödədiyi 250 manat vəsaiti tələb edərək qeyd etmişdir ki, onlar 2023-cü ildə müraciət edən zaman kollecə müraciət ödənişsiz olmuşdur, buna baxmayaraq Fəridə Yaqubova əsassız olaraq ondan həmin vəsaiti tələb etmişdir. Məhkəmə iddiaçının tələbini həmin məbləğə münasibətdə də əsaslı hesab edir. Belə ki, təqdim edilmiş ##.##.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən 250 manat ödəniş Yaqubova Fəridə İlya qızının kart hesabına köçürülmüşdür. Yaqubova Fəridə İlya qızı həmin vəsaitin hansı xidmətin qarşılığında İddiaçı alındığını sübuta yetirə bilməmiş, həmin vəsaitin sonuncudan alınmasında haqlı olduğunu təsdiq edəcək hər hansı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, həmin vəsait də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. 7) Eyni zamanda ilk iddia üzrə iddiaçı ##.##.2023-cü il tarixdə Kanada miqrasiya pulu olaraq ödədiyi 777 manat vəsaitin onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən məbləğdə vəsaitin də birbaşa olaraq ilk iddiaçı tərəfindən online qaydada aidiyyəti üzrə ödənilməsini nəzərə alaraq həmin vəsaitin ilk iddia üzrə cavabdehdən tutulmasını əsaslı hesab etmir. 8) Həmçinin, iddiaçı sənədlərinin düzgün tərtib edilərək təqdim edilməməsi, səfirlik və kollecə natamam yollaması nəticəsində, habelə Fəridə Yaqubovanın tələbi ilə ailəsinə məxsus olan kartdan ##.##.2023-cü il tarixdə 2650 CAD-3457,80 manat və ##.##.2023-cü il tarixdə 6300 CAD8354 manat üzrə 1009 manat Centennial college altı aylıq ödənişin konvertasiya zamanı itirdiyi, habelə universitet tərəfindən pulun geri qaytarılması zamanı Centennial college tərəfindən tutulmuş 256 USD - 435.20 manat məbləğində komissiyanı cavabdehdən tələb etmişdir. Məhkəmə həmin məbləğlərə münasibətdə belə qənaətə gəlir ki, sözügedən məbləğlər ilk iddia üzrə cavabdehdən tutula bilməz. Belə ki, işin araşdırılması zamanı həm tərəflərin izahatları, həm də iş materialları əsasında müəyyən edilmişdir ki, müraciət əsasında İddiaçı xarici universitetə qəbul olunmuşdur, lakin viza məsələsi ilə əlaqədar təhsilə başlaya bilməmişdir. Bu zaman təhsil haqqı olaraq ödədiyi vəsait həmin təhsil müəssisəsi tərəfindən ona geri qaytarılmışdır. Vəsaitin qaytarılan zaman konvertasiya olunması, o cümlədən pul köçürməsinə görə iddiaçının ödədiyi vəsaitdən müəyyən məbləğdə komissiyanın tutulması nəticəsində ilk iddia üzrə iddiaçıya ziyan dəyməsi ilk iddia üzrə cavabdehin hər hansı təqsirli hərəkəti ucbatından baş verməmişdir. Həmin komissiya məbləği vəsaitin ödənildiyi təhsil müəssisəsinin özünün müəyyən etdiyi şərtlərə uyğun olaraq tutulmuşdur. Eyni zamanda, həmin vəsait İddiaçı tərəfindən təhsil müəssisəsinə birbaşa olaraq ödənilmişdir. Odur ki, ilk iddia üzrə iddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlı deyildir. 9) Həmçinin, ilk iddia üzrə iddiaçı iddia tələbinin 2400 manat hissəsində xərcləri əsaslandırarkən Dualingo imtahanı (universitet və kollecə hər biri 50 USD (əlli) dollar olmaqla 2 dəfə imtahan) üçün ödədiyi 100 USD (dollar) -170 manat, əmlakın bəyan edilməsi üçün notariat ofisində mənzilin bağışlama edilməsi və digər məcburi rüsumlar üçün ödədiyi 250 manat, IELTS imtahanın verilməsi üçün ödədiyi 380 manat, 4 aylıq fərdi qaydada IELTS imtahanına hazırlıq üçün müəllimlə hazırlığının aylıq ödənişi 400 manat olmaqla, ümumilikdə 1600 manat vəsaitin onun xeyrinə tutulmasını tələb etmişdir. Məhkəmə iddia tələbini bu hissədə əsaslı saymır. Belə ki, ilk iddia üzrə iddiaçı şəxsi inkişafı məqsədilə müəyyən kurslar keçmiş və imtahanlar vermiş, buna uyğun olaraq pul vəsaiti ödəmişdir. İlk iddia üzrə iddiaçı həmin vəsaiti öz seçimi əsasında azad iradəsinə uyğun olaraq ödəmiş və imtahanlar vermişdir. Bu səbəbdən həmin vəsaiti tələb edə bilməz. Eyni zamanda hazırkı ilk iddia tələbində bağışlanmış əmlaka dair çəkilmiş xərcin də ilk iddia üzrə cavabdehdən tələb edilməsinin qanuni əsaslarının olmaması qənaətinə gələrək məhkəmə çəkilmiş xərclər və məcburi rüsumların ilk iddia üzrə cavabdehdən tutulmasını ağlabatan hesab etmir. 10) Məhkəmə cavabdeh “X1” MMC-dən iddiaçının xeyrinə 20.000 manat məbləğində mənəvi ziyanın əvəzinin tutulması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X19rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Hazırki halda məhkəmə ilk iddia üzrə iddiaçının gələcək təhsili üçün planlarının hazırki mərhələdə uğursuz nəticələnməsinə anlayış göstərək hamıya bəlli olan hal kimi qeyd etməyi zəruri hesab edir ki, bir çox vətəndaşların xaricdə təhsillə bağlı və ya turist kimi viza əldə edilməsi üçün müraciətlərinin nəticələrinin uğursuz olması cəmiyyətdə rast gəlinən haldır və hal heç də həmişə xidmət göstərən subyektin səriştəsizliyindən deyil, müraciət olunan ölkənin miqrasiya siyasətindən də irəli gəlir. Odur ki, hazırki halda ilk iddia üzrə iddiaçının viza ala bilməməsinə səbəb olaraq məhz xidmət göstərən subyektin sənədləşmədə yol verdiyi hər hansı pozuntuya istinad etmək mümkün deyildir. Məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verərək qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət edərkən İddiaçı tərəfindən iddia ərizəsində əsassız və həqiqətə uyğun olmayan məlumatların yayılması, Cavabdeh MMC tərəfindən aldadıldığı, əsassız olaraq pul alındığı, müqavilə üzrə öhdəliklərin yerinə yetirilmədiyi, şirkətin qeyri-peşəkar fəaliyyət göstərdiyi qeyd edilməklə, dəfələrlə əsassız iddialar qaldırması nəticəsində "X1" MMCnin direktoru Yaqubova Fəridə İlya qızının işgüzar nüfuzunun zərər gördüyünü, davamlı stress və mənəvi gərginliyin onun səhhətinə mənfi təsir göstərdiyini, ciddi xəstəliklərin yaranmasına səbəb olduğunu bildirmişlər. Məhkəmə əvvəla qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdehin istinad etdiyi məlumatlar onun şəxsi məlumatları olmaqla şirkətlə arasında bağlanmış müqaviləyə əsaslanır. Məhkəmə tərəflər arasında mövcud olan hazırkı mübahisəyə münasibətdə qeyd edir ki, cavabdeh İddiaçı aldadılaraq pulunun ələ keçirilməsi ilə bağlı polisə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin pozulmuş hüquqlarının bərpası üçün müvafiq orqanlara müraciət etməsi onun iddiaçının işgüzar nüfuzuna zərər vurması kimi qəbul edilə bilməz. Nəzərə alınsa ki, hüquq mühafizə orqanlarına müraciət edərkən vətəndaşlar tərəfindən onlara qarşı qanunazidd hərəkətlərin həyata keçirildiyi ehtimal olunaraq məhz bu hərəkətlərin araşdırılması ilə bağlı müraciətlər edilir. İstinad olunan ərizələrin mətnində qarşılıqlı iddia üzrə iddiaçının törətdiyi əməlin adının alternativ ifadə ilə qeyd oluna bilməsi məhkəmə tərəfindən mümkünsüz hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında hər bir vətəndaşın müraciət etmək hüququnun olması təsbit edilmişdir. Hazırkı tələb üzrə cavabdeh olan İddiaçı öz konstitusion hüququndan istifadə edərək hüquq-mühafizə orqanlarına müraciət etmiş və törədilməsini güman etdiyi əməllərin araşdırılmasını xahiş etmişdir. Bu kontekstdə cavabdehin ərizədə qeyd etdiyi məlumatların iddiaçının işgüzar nüfuzuna zərər vuran məlumatlar kimi qəbul edilməsi məhkəmə tərəfindən ağlabatan hesab edilmir. Odur ki, qarşılıqlı iddia “X1” MMC-nin işgüzar nüfuzuna zərər vurduğu üçün 5.000 (beş min) manat pulun İddiaçı qarşılıqlı iddia üzrə iddiaçıların xeyrinə tutulması hissəsində rədd edilməlidir. Eyni zamanda məhkəmə qarşılıqlı iddia tələbinə qiymət verilərkən ilk iddia tələbində məhkəmə tərəfindən gəlinmiş nəticənin nəzərə alınmasını zəruri hesab edir. Nə qədər ki, “X1” MMC-nin işgüzar nüfuzuna zərər vurulması öz təsdiqini tapmamışdır, bu səbəbdən qarşılıqlı iddia tələbi Yaqubova Fəridə İlya qızına vurulmuş mənəvi ziyana görə 3000 (üç min) manat pulun İddiaçı iddiaçıların xeyrinə tutulması hissəsində də təmin edilə bilməz. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən (915 +1007,15 + 310 + 250 =2482,15) 2.482,15 manat pul vəsaiti alınaraq iddiaçı İddiaçı ödənilməli, ilk iddia qalan hissədə rədd edilməli, qarşılıqlı iddia üzrə iddiaçılar “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Yaqubova Fəridə İlya qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “işgüzar nüfuzun müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilməlidir.

Apellyasiya şikayətlərinin və olarna qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətlərinin dəlilləri

26. Qətnamədən iddiaçı İddiaçı və cavabdeh “X1” MMC apellyasiya şikayəti verib.

27. İddiaçı İddiaçı (və vəkili vəkil2) apellyasiya şikayətində qətnamənin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın həmin hissədə də təmin edilməsini xahiş edərək göstərib ki, məhkəməyə iddia tələbinini tam əsaslı olması barədə sübutlar təqdim edilmiş, məhkəmə isə həmin sənədlərə heç bir hüquqi qiymət verməmiş və iddia tələblərini qismən təmin edərkən heç bir əsaslandırma apara bilməmişdir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Birinci instansiya məhkəməsində iddiaçı vəsatət verərək iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Ekspert qarşısında aşağıdakı sualların araşdırılması xahiş edilmişdir. İddiaçı adından səfirliyə göndərilmiş müraciətdə olan imza İddiaçı tərəfindən icra edilmişdirmi? Birinci müraciətdəki imza ilə ikinci müraciətdəki İddiaçı tərəfindən icra edilmişdirmi? Lakin birinci instansiya məhkəməsi heç əsas olmadan vəsatəti təmin etməmiş və təmin edilməməsini belə əsaslandırmamışdır.

28. Cavabdeh “X1” MMC (nümayəndəsi və vəkili vəkil1) isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, ilk iddianın təmin olunan hissədə rədd edilməsi, qarşılıqlı iddianın isə tam təmin edilməsini xahiş edərək göstərib ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr bir-biri ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə 3400 manat məbləğində xidmət haqqına münasibətdə qeyd edib ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, sifarişçinin xaricdə təhsil müəssisəsinə qəbulunu təmin etmiş və bununla da müqavilənin predmeti icra olunmuşdur. Lakin eyni zamanda məhkəmə həmin qəbulun əldə edilməsi prosesinin ayrılmaz tərkib hissəsi olan 915 manat, 1007,15 manat, 310 manat və 250 manat məbləğində ödənişlərin cavabdehdən tutulmalı olduğu nəticəsinə gəlmişdir. Bu yanaşma hüquqi baxımdan ziddiyyətlidir. Belə ki, əgər məhkəmə tərəfindən qəbul edildiyi kimi müqavilənin predmeti sifarişçinin xaricdə təhsil müəssisəsinə qəbulunun təmin edilməsidirsə və bu nəticə faktiki olaraq əldə olunmuşdursa, həmin nəticənin əldə olunmasına yönəlmiş və onun ayrılmaz tərkib hissəsini təşkil edən xərclərin ayrıca olaraq əsassız hesab edilərək geri tələb edilməsi hüquqi məntiqə uyğun deyildir. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 1.7-ci bəndinə əsasən, xidmət haqqı 3400 manat məbləğində müəyyən edilmiş və bu məbləğə konsulluq rüsumları və təhsil haqqı daxil edilməmişdir. Bu isə onu göstərir ki, qəbul prosesində yaranan əlavə xərclərin sifarişçi tərəfindən qarşılanması tərəflərin əvvəlcədən razılaşdırdığı şərt olmuşdur. Belə olan halda, məhkəmənin bir tərəfdən müqavilənin icra olunduğunu qəbul etməsi, digər tərəfdən isə həmin icranın təmin edilməsi üçün edilmiş ödənişləri əsassız hesab etməsi hüquqi müəyyənlik prinsipinə və müqavilə münasibətlərinin mahiyyətinə ziddir. Yəni məhkəmə həmin xərcləri xidmət haqqını bir hissəsi kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsi eyni hüquqi münasibət çərçivəsində həm xidmətin göstərildiyini, həm də həmin xidmətin həyata keçirilməsi üçün zəruri olan ödənişlərin əsassız olduğunu qəbul etməklə daxili ziddiyyətə yol vermişdir ki, bu da qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün müstəqil əsasdır. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə ümumiyyətlə hüquqi qiymət verməmiş və həmin şərtlərin mahiyyətini nəzərə almamışdır. Halbuki, müqavilənin xüsusi qeyd hissəsində tərəflərin hüquq və vəzifələri aydın və konkret şəkildə müəyyən edilmişdir. Belə ki, müqavilənin qeyd hissəsində açıq şəkildə nəzərdə tutulmuşdur ki, sifarişçi viza müraciəti üçün tələb olunan sənədləri tam və vaxtında təqdim etməlidir və bu öhdəliyin yerinə yetirilməməsi vizanın verilməsinə birbaşa təsir göstərə bilər, bu halda isə icraçı heç bir məsuliyyət daşımır. Eyni zamanda müqavilə ilə müəyyən edilmişdir ki, icraçı yalnız sənədlərin düzgün şəkildə hazırlanmasını və təqdimini təşkil edir, lakin vizanın verilib-verilməməsinə görə məsuliyyət daşımır və konsulluq orqanlarının qərarına təsir etmək imkanına malik deyildir. Bundan başqa, müqavilənin 3-cü qeyd hissəsində göstərilir ki, viza müraciəti rüsumları, konsulluq ödənişləri və digər əlaqədar xərclər xidmət paketinə daxil edilməmiş və birbaşa sifarişçinin üzərinə qoyulmuşdur. Bu hal tərəflər arasında bağlanmış müqavilənin ayrılmaz hissəsi olmaqla, sifarişçi tərəfindən könüllü və məlumatlı şəkildə qəbul edilmişdir. Belə olan halda, iddiaçının sonradan həmin xərclərin cavabdehdən tələb edilməsi nəinki müqavilə şərtlərinə, həm də mülki hüququn əsas prinsiplərindən biri olan müqavilə azadlığı və tərəflərin razılığına əsaslanan öhdəliklərin dəyişdirilməzliyi prinsipinə açıq şəkildə ziddir. Məhkəmənin isə bu açıq müqavilə müddəalarını nəzərə almadan, həmin ödənişlərin cavabdehdən tutulması barədə nəticəyə gəlməsi maddi hüquq normalarının kobud şəkildə pozulması, habelə müqavilə münasibətlərinin mahiyyətinin düzgün qiymətləndirilməməsi kimi qiymətləndirilməlidir. Nəticə etibarilə, tərəflər arasında bağlanmış müqavilə ilə aydın şəkildə sifarişçinin üzərinə qoyulmuş xərclərin sonradan cavabdehin üzərinə keçirilməsi hüquqi baxımdan yolverilməzdir və bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə tutulmuş 1007,15 manat məbləğində vəsaitin hüquqi əsası mövcud deyildir və bu nəticə işin faktiki halları ilə açıq şəkildə ziddiyyət təşkil edir. Belə ki, iş materialları ilə də təsdiq olunur ki, iddiaçının adından 2 universitet və 2 kollecə müraciət həyata keçirilmiş və nəticə etibarilə qəbul əldə olunmuşdur. Beynəlxalq qəbul təcrübəsinə əsasən isə hər bir ali təhsil müəssisəsinə müraciətin tamamlanması üçün müvafiq “xxxx” ödənilməsi məcburi şərtdir və bu ödəniş həyata keçirilmədən müraciət prosesi tamamlanmış hesab edilmir. Hazırkı dövrdə belə müvafiq ali təhsil müəssisələrinin rəsmi internet səhifələrinə daxil olduqda aşağıdakı məbləğlərin “xxxx” kimi tələb olunduğu açıq şəkildə görünür: • Dickinson College – 65 ABŞ dolları • Centennial College – 150 ABŞ dolları • X9 – 150 ABŞ dolları • The University of British Columbia – 168,25 ABŞ dolları Bu fakt özü-özlüyündə sübut edir ki, iddiaçının qəbul əldə etməsi üçün həmin ödənişlər mütləq qaydada həyata keçirilmişdir və qəbul faktının mövcudluğu özü-özlüyündə onu göstərir ki, həmin ali təhsil müəssisələrinə müraciət prosesi tam şəkildə tamamlanmış və bu prosesin ayrılmaz tərkib hissəsi olan “xxxx” ödənişləri faktiki olaraq həyata keçirilmişdir. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilədə açıq şəkildə müəyyən edilmişdir ki, bu cür müraciət və konsulluq xərcləri xidmət paketinə daxil deyil və sifarişçi tərəfindən qarşılanmalıdır. Buna baxmayaraq, faktiki olaraq həmin ödənişlər cavabdeh tərəfindən həyata keçirilmiş və bununla bağlı iddiaçıya elektron poçt vasitəsilə ödəniş təsdiqləri təqdim edilmişdir. Digər tərəfdən iddiaçı iş materiallarında “xxxx” ödənişlərinin rəsmi qayda ödənildiyini, lakin daha yuxarı məbləğdə ödəniş etdiyini bildirmişdir. Məhkəmənin isə yalnız formal olaraq “qəbz təqdim edilməmişdir” əsasına istinad etməklə həmin məbləğin cavabdehdən tutulması barədə nəticəyə gəlməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə zidd olaraq sübutların hərtərəfli və obyektiv qiymətləndirilməməsi deməkdir. Çünki hətta qəbz təqdim edilmədiyi halda belə, rəsmi mənbələrdə əks olunan “xxxx” məbləğləri və qəbul faktının özü həmin ödənişlərin həyata keçirildiyini təsdiq edir. Bundan əlavə, xüsusi olaraq qeyd olunmalıdır ki, iddiaçının özü də yuxarıda qeyd edilən kimi məhkəməyə təqdim etdiyi izahatlarda “xxxx”nin ödənildiyini qəbul etmiş, yalnız onun guya daha az məbləğdə tələb edilməli olduğunu iddia etmişdir. Bu isə birbaşa olaraq həmin ödənişlərin mövcudluğunu və cavabdeh tərəfindən həyata keçirildiyini təsdiqləyir. Belə olan halda, məhkəmənin həm bu ödənişlərin mövcudluğunu faktiki olaraq qəbul edib, həm də eyni zamanda həmin məbləği cavabdehdən tutaraq iddiaçıya ödənilməsini qət etməsi hüquqi məntiqə zidd olmaqla yanaşı, əsassız varlanmaya şərait yaradan nəticəyə gətirib çıxarır. Belə ki, məhkəmənin gəldiyi nəticə faktiki olaraq iddiaçının əsassız varlanmasına şərait yaradır. Belə ki, iddiaçı xarici ali təhsil müəssisələrinə qəbul əldə etmiş, bu qəbul üçün zəruri olan müraciət xərcləri faktiki olaraq həyata keçirilmiş, lakin eyni zamanda həmin xərclərin cavabdehdən tutulması qət edilmişdir. Bu isə nəticə etibarilə iddiaçının heç bir xərc çəkmədən qəbul əldə etməsi ilə nəticələnir. Halbuki, mülki hüququn ümumi prinsiplərinə əsasən heç bir şəxs digərinin hesabına əsassız olaraq varlana bilməz və bu cür nəticə hüquqi baxımdan yolverilməzdir. Çünki bu halda bir tərəfdən “xxxx” ödənişləri faktiki olaraq cavabdeh tərəfindən həyata keçirilmiş olur və həmin məbləğ yenidən iddiaçıya ödənilir. Nəticədə isə iddiaçı heç bir xərc çəkmədən 2 universitet və 1 kollecə qəbul əldə etmiş olur ki, bu da müqavilə şərtlərinin kobud şəkildə pozulması ilə yanaşı, mülki hüququn əsas prinsiplərinə, o cümlədən ədalətlilik və tərəflərin bərabərliyi prinsipinə ziddir. Eyni zamanda bildirilir ki, “xxxx” bir universitet və ya kollec üzrə cəmi bir dəfə ödənilir. Bir dəfə ödənildirkdən sonra tələbə tərəfindən həmin üniversitetə dəfələrlə müraciət oluna bilər. Bundan əlavə, iş materialları ilə müəyyən olunur ki, Kanada səfirliyi və ya viza mərkəzi tərəfindən təqdim edilmiş imtina səbəblərində iddiaçının ali təhsil müəssisələrinə qəbul sənədlərinin saxta olması və ya qəbul prosesində hər hansı qanunsuzluğa yol verilməsi ilə bağlı heç bir qeyd mövcud deyildir. Bu hal xüsusi hüquqi əhəmiyyət kəsb edir. Belə ki, əgər qəbul sənədləri saxta və ya qeyri-qanuni yollarla əldə edilmiş olsaydı, bu hal mütləq şəkildə imtina əsaslarında öz əksini tapmalı idi. Belə bir qeydın olmaması isə birbaşa onu göstərir ki, iddiaçının xarici ali təhsil müəssisələrinə qəbulu rəsmi və qanuni əsaslarla həyata keçirilmişdir. Qəbulun rəsmi qaydada əldə olunması isə öz növbəsində həmin qəbulun zəruri mərhələsi olan müraciət (application) prosesinin tam şəkildə icra edildiyini, o cümlədən “xxxx” ödənişlərinin faktiki olaraq həyata keçirildiyini təsdiq edir. Bu baxımdan, bir tərəfdən qəbulun mövcudluğunu və onun qanuni əsaslarla əldə olunduğunu qəbul edib, digər tərəfdən isə həmin qəbulun əldə olunması üçün zəruri olan ödənişlərin edilmədiyini iddia etmək və ya bu məbləğlərin cavabdehdən tutulmasını qət etmək hüquqi məntiqə və işin faktiki hallarına açıq şəkildə ziddir. Bundan başqa, yuxarıda qeyd olunan ali təhsil müəssisələrinin rəsmi məlumatlarına əsasən “xxxx” məbləğləri Dickinson College üçün 65 ABŞ dolları, Centennial College üçün 150 ABŞdolları, X9 üçün 150 ABŞ dolları və The University of British Columbia üçün 168,25 ABŞ dolları olmaqla, ümumilikdə “xxxx” məbləği 533,25 ABŞ dolları, yəni təxminən 906 manat təşkil edir.(Qeyd olunur ki, həmin vaxtı “xxxx”-nin qiyməti göstərildiyi kimi olmuşdur). Halbuki, birinci instansiya məhkəməsi tərəfindən bu istiqamətdə 1007,15 manat məbləğində vəsaitin cavabdehdən tutulması qət edilmişdir. Bu isə onu göstərir ki, məhkəmə tərəfindən müəyyən edilmiş məbləğ faktiki “xxxx” xərclərindən təxminən 101 manat artıqdır. İmtinanın səbəbi isə şirkətin fəaliyyəti ilə bağlı olmayıb, yalnız və yalnız səfirliyin suveren qərarından irəli gəlmişdir. İddiaçı tərəfindən yalan məlumatlar ictimaiyyətə açıq yayıldığı üçün “xxxx” MMC-nin işgüzar nüfuzu ləkələnmiş, nəticədə müştəri etibarında azalma və maddi zərər baş vermişdir. Qeyd edilir ki, İddiaçı müraciəti əsasında aparılmış prosessual yoxlamalar nəticəsində ## ###### 2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda qeyd olunur ki, müraciətdə göstərilən “aldadılaraq 7600 manat pulun verilməsi” barədə iddialar cinayət tərkibini təsdiqləyən kifayət qədər sübutlarla əsaslandırılmamışdır. Bu fakt cavabdehin “xxxx” MMC-yə qarşı irəli sürdüyü ittihamların əsassızlığını sübut edir. Bundan başqa, cavabdeh iddia ərizəsində qeyd edir ki, guya xidmət müqaviləsini bir tərəfli qaydada bağlanması barədə xəbərsiz olub və tələsik imza atıb. Bu iddia hüquqi əsası olmayan və əsassız bəyanatdır. Çünki tərəf qeyd olunan müqaviləni bəyənmiş, həmin müqavilə üzrə onun Kanada Respublikasından qəbul almışdır. Müqavilə icra olunandək də, heç bir etirazı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324-cü maddəsinə görə, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə bağlanır və imza ilə təsdiqlənir. Müqavilə azad iradə əsasında imzalanmışdır, bu barədə cavabdehin özünün imzası, müqavilə üzrə ödənişlərin həyata keçirilməsi, tərəflər arasında yazışmalar və xidmətlərin faktiki göstərilməsi sübut kimi təqdim olunur. müqavilənin məcburi qaydada, təzyiq və ya aldatma yolu ilə imzalanmağına dair heç bir sübut yoxdur. Bundan əlavə, cinayət təqibi ilə bağlı aparılmış araşdırma nəticəsində də bu istiqamətdə heç bir qanun pozuntusu təsdiqlənməmişdir. Bu faktlar müqavilənin tam hüquqi qüvvəyə malik olduğunu təsdiqləyir. Onu da göstərir ki, güya müqavilə müddətsiz olub, şirkət yeni müraciətlərə icazə verməyib. Lakin WhatsApp yazışmaları sübut edir ki, cavabdeh yeni müraciətə mane olmamış, əksinə iddiaçıya təkrar müraciət etmək üçün sadəcə yenilənmiş dil imtahanı (Duolingo) təqdim etməyi xatırladılmışdır. Çünki 2024-cü ilin ## ###### tarixindən sonra Kanada İmmiqrasiya naziri Mark Millerin qərarına əsasən ailəvi müraciətlər üzrə qaydalarlarda dəyişiklik edilmiş və yeni qaydalar üzrə imtahan verilməsi bildirilmişdir. İddiaçı həmçinin motivasiya məktubunun yetərsiz olduğunu iddia etmişdir. Təqdim edilmiş motivasiya məktubu isə (mətn sübutlara əlavə olunub) beynəlxalq ali təhsil müraciətlərində tələb olunan struktur və formata tam uyğundur, təhsil məqsədi, gələcək karyera planları, maliyyə təminatı və ailə vəziyyəti barədə detallı məlumat təqdim edir, kanada universitet və kollec müraciətləri üçün qəbul edilmiş standartlara tam cavab verir. Kanada hökumətinin rəsmi saytında (canada.ca) təsdiqlənir ki, motivasiya məktubları üçün xüsusi format tələbi yoxdur – məktub fərdiləşdirilmiş formada yazılır. IRCC sistemindən gələn bildirişlərdə də qeyd olunub ki, sənədlər tam təqdim olunub və əlavə sənəd tələbi olmayıb. Pasport surətlərinə gəldikdə, IRCC qaydalarına əsasən yalnız əsas səhifə və mövcud vizalar təqdim olunmalıdır, bu da yerinə yetirilib. Motivasiya məktubu onun razılığı ilə təqdim edilmişdir. Viza qərarları isə Kanada hökumətinin daxili mülahizələri əsasında qəbul edilir və xidmət təminatçısı heç bir halda nəticəyə zəmanət vermir. Buna görə də bu arqument xidmətin keyfiyyətsizliyinə dair sübut sayıla bilməz. Qeyd edilir ki, vizadan imtina cavabdehin fəaliyyəti ilə bağlı deyil. Kanada vizaları yalnız səfirliyin və IRCC-nin qərarı ilə verilir və heç bir şirkət nəticəyə zəmanət verə bilməz. Kanada hökumətinin rəsmi qaydalarına görə (canada.ca, VFS Global) tələbə vizası ilə müraciətedən şəxsin ailə üzvləri (həyat yoldaşı, uşaqları) eyni zamanda müraciət edə bilərlər. Bundan əlavə, İddiaçı tərəfindən göstərilir ki, şirkət başqa vasitəçilərlə işləyib, müştərinin xəbəri olmayıb. Qeyd edilir ki, “Thexxxx Group” MMC yalnız rəsmi müqavilə əsasında xidmət göstərir.

b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

29. Məhkəmə iclasında cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili vəkil1 iddiaçının apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, eləcə də MMC-nin apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Həmçinin yazılı izahatında göstərib ki, sözügedən müraciətlər 2022-ci ildə həyata keçirilmişdir və universitetlərin “xxxx” məbləğləri illər üzrə dəyişə bilər. Hazırda universitetlərin rəsmi internet səhifələrində göstərilən məbləğlər həmin tarixdə qüvvədə olmuş məbləğlərlə eyni olmaya bilər. Bununla belə, istənilən halda yuxarıda qeyd olunan universitetlərin müraciət haqqı tətbiq etməsi mübahisəsiz faktdır və həmin ödənişlər müqaviləyə əsasən sifarişçi tərəfindən qarşılanmalı olan xərclər kateqoriyasına daxildir. Zərurət yarandığı halda, müraciətlərin həyata keçirildiyi dövrün üzərindən təxminən dörd il keçməsinə baxmayaraq, cavabdeh tərəf həmin dövrdə universitetlərə edilmiş müraciətlər, qəbul prosesləri və “xxxx” ödənişləri ilə bağlı əlavə məlumatların və təsdiqləyici sənədlərin əldə olunması üçün aidiyyəti təhsil müəssisələrinə müraciət edə bilər. Bundan əlavə, iş materiallarında mövcud olan qəbul məktubları, təqaüd sənədləri, “defer” müraciətləri və universitetlərlə aparılmış yazışmalar müraciət prosesinin faktiki həyata keçirildiyini və xidmətlərin icra olunduğunu bir daha təsdiq edir.

30. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Maddə 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Maddə 786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Maddə 1132. Malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur.

32. “Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 №li, ## ###### 2025-ci il tarixli Qərarı: Bənd 1.5. Bu hüquqlar fiziki şəxslə yanaşı, bəzi hallarda hüquqi şəxslərə də aiddir. Hüquqi şəxsin öz adından şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ qanunda nəzərdə tutulmuşdur. Ad hüququ, işgüzar nüfuzun qorunması, kommersiya sirrinin qorunması, unudulmaq hüququ, olduğu yeri seçmək azadlığı və s. hüquqi şəxsin qeyri-əmlak hüquqları sayılır. Odur ki, şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı təminatlar mahiyyətinə uyğun gəldiyi halda hüquqi şəxslərə də şamil olunur. Bənd 2.2.4. İşgüzar nüfuz - fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəydir. Bənd 2.2.5. Şəxsin şərəfinin və işgüzar nüfuzunun ləkələnməsi onun barəsində həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, təhqiramiz ifadə və hərəkətlərin yayılması ilə şərtləndirildiyi halda, ləyaqətin alçaldılması üçün belə məlumatların, ifadələrin və hərəkətlərin üçüncü şəxslərin iştirakı olmadan da bilavasitə həmin şəxsə bildirilməsi və ya edilməsi yetərli hesab edilir. Odur ki, hətta yayılma halı olmadıqda da, həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, habelə təhqiramiz ifadələrin ünvanlandığı şəxsə bildirilməsinin və ya hərəkətlərin edilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması qənaətinə gəlinməsi üçün yetərlidir. Bənd 2.2.6. Bu baxımdan məhkəmələr şərəfin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalıdırlar: məlumatın, ifadənin və ya hərəkətin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi; məlumatın doğru olmaması; yayılmanın mövcudluğu. Ləyaqətin alçaldılması ilə bağlı işlərə baxılarkən isə yayılmanın mövcudluğunun araşdırılması istisna edilir. Bununla yanaşı, qiymətləndirmə həyata keçirilərkən bu qərarın 4.24-cü bəndində qeyd edilən əməlin hüquqazidliyini aradan qaldıran halların mövcudluğu da araşdırılmalıdır. Bənd 2.2.7. Odur ki, şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlara münasibətdə onların həqiqətə uyğun olduğunu sübut etməlidir. Bənd 2.2.8. Şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar dedikdə, şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan yazılı (mətn, şəkil, karikatura, audio, video və s.), habelə şifahi informasiyalar başa düşülür. İşgüzar nüfuzu ləkələyən məlumatlar dedikdə isə bu qərarın 2.3.5-ci bəndində göstərilən məlumatlar başa düşülür. Hər hansı məlumatın şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməsi üçün sadalanan iki şərt birlikdə mövcud olmalıdır. Bənd 2.2.9. Şəxsin şərəf, ləyaqət və ya işgüzar nüfuzunu ləkələyən məlumatlardan fərqli olaraq, ifadələr və hərəkətlər şəxsin barəsində təhqiramiz sözlərin işlədilməsi və hərəkətlərin edilməsini ehtiva edir. Bənd 2.2.14. Özünün pozulmuş hüquqlarının bərpası məqsədilə qarşı tərəfin qanunsuz, o cümlədən cinayət əməlləri barədə ittiham xarakterli şikayət və ya digər məzmunlu müraciətlərin səlahiyyətli aidiyyəti orqana ünvanlanması bu müraciətlərin məzmunlarının aşkar surətdə şəxsin şərəf və ləyaqətini alçaldan tərzdə, yəni təhqiredici formada ifadə edilmədiyi halda, şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab edilməyəcəkdir. Belə ki, şəxsin dövlət orqanına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi əməlin hüquqazidlik əlamətini aradan qaldıran hal hesab olunur. Lakin nəzərə alınmalıdır ki, bu müraciətlərin məzmunlarının onların ünvanlandığı orqanın səlahiyyətlərinə aid olan məsələlərin dairəsindən kənara çıxmamalı, şəxsin şərəf və ləyaqətinə və ya digər şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə etməməlidir. Məsələn, şəxs öz hüquqlarının müdafiəsi məqsədilə qonşusunun barəsində hüquq mühafizə orqanlarına şikayət edərək, onun qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi və bu əməllərə görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmiş, bununla yanaşı, müraciətinə onun nikahdan kənar münasibətləri barədə yalan məlumatlar da daxil etmişdir. Müraciətin birinci hissəsi ilə bağlı şəxsin məsuliyyəti istisna olunsa da, digər hal qarşı tərəfin şərəf və ləyaqətinə hüquqazidd müdaxilə hesab olunacaqdır. Bənd 2.3.1. Bu qərarın 2.2.4-cü bəndində müəyyən edilən anlayışdan göründüyü kimi, qeyri-əmlak hüquqlarından biri olan işgüzar nüfuz həm sahibkarlıq, həm də digər peşəkar fəaliyyəti əhatə etdiyindən onun subyektləri dairəsinə kommersiya, qeyri-kommersiya hüquqi şəxsləri və fiziki şəxs qismində fərdi sahibkarlarla yanaşı, publik şəxslər, vəkillər, notariuslar, auditorlar, qiymətləndiricilər, elm, tədris və sair peşəkar fəaliyyətlə məşğul olan digər şəxslər də aiddir. Bənd 2.3.2. İşgüzar nüfuzun müdafiəsi, habelə mənəvi zərərin kompensasiyası əsasları bu qərarda əks olunmuş şərəf və ləyaqətin müdafiəsi ilə bağlı ümumi qaydalara (hüquqi əsasları, dispozisiya şərtləri, əməlin hüquqazidliyini aradan qaldıran hallar, prezumpsiya və sübutetmə, hüquqların müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulları və s.) uyğun həyata keçirilməli, habelə işgüzar nüfuza aid aşağıdakı özünəməxsus xüsusiyyətlər də nəzərə alınmalıdır. Əlavə olaraq qeyd edilməlidir ki, işgüzar nüfuzun ləkələnməsindən doğan maddi zərərin tutulması əsasları da bu qərarda əks olunmuş ümumi qaydalara tabedir. Bənd 2.3.3. Hüquqi şəxslərdən fərqli olaraq, fərdi sahibkarlar, habelə vəkillər, notariuslar, auditorlar, qiymətləndiricilər, elm, tədris və sair peşə sahibləri də işgüzar nüfuzlarını ləkələyən məlumatların yayılmasına görə mənəvi zərərin kompensasiyasını tələb etmək hüququna malikdirlər. Hüquqi şəxslərin işgüzar nüfuzlarının pozulması isə yalnız maddi zərərlə nəticələnə bildiyindən, onlar işgüzar nüfuzun müdafiəsinə yönəlmiş tələblərlə yanaşı, Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan real zərərin və əldən çıxmış faydanın ödənilməsini tələb edə bilərlər. Bənd 2.3.5. İşgüzar nüfuzu ləkələyən məlumatlar - üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş və həqiqətə uyğun olmayan məlumatlardır. Bu baxımdan qeyd edilməlidir ki, hər hansı məlumatın işgüzar nüfuzu ləkələyən hesab edilməsi üçün sadalanan bu iki şərt birlikdə mövcud olmalıdır. Bənd 4.10. Odur ki, şəxsiyyət hüquqlarının müdafiəsi tələblərinə baxarkən məhkəmələr aşağıdakı ardıcıllıq üzrə yoxlama aparmalıdırlar: hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizlik) mövcudluğu, əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), şəxsiyyət hüquqlarının pozulması və hüquqazidd əməllə bu pozuntu arasında səbəbli əlaqənin olması. Bənd 5.1. Mənəvi zərər - fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Bənd 5.4. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

34. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

35. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

37. Apellyasiya şikayətlərinin nəticə hissəsindən, eləcə də, şikayətlərin məzmunundan görünür ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edildiyi üçün ilk iddiaçının şikayətinin obyektini qətnamənin bir hissəsi, yəni iddiasının təmin edilməyən hissəsi, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin isə ilk iddianın təmin edilən və qarşılıqlı iddiasının təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

38. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

39. Əvvəla, ilk iddanın təmin edilən hissəsinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından, ancaq ilk iddianın təmin edilməyən hissəsinin və qarşılıqlı iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi gəldiyi nəticə düzgün olub.

40. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə ilk iddianın təmin edildiyi hissəsi ilə bağlı faktiki hallar maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından haqlı sayılır, lakin ilk iddianın təmin edilməyən hissəsi və qarşılıqlı iddia ilə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından qarşılıqlı iddia haqlı sayılmır.

41. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

42. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

43. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hər iki iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, hər iki iddianın və apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

44. Əvvəla, iddiaçı iddia tələbinini tam əsaslı olması barədə sübutlar təqdim edildiyini, məhkəmə isə həmin sənədlərə heç bir hüquqi qiymət vermədiyini və iddia tələblərini qismən təmin edərkən heç bir əsaslandırma apara bilmədiyini göstərsə də, təqdim etdiyi sübutlar təmin edilməyən hissədə iddiasının əsaslı olduğunu təsdiq etmir. İddiaçı bu cür düşünə bilər, ancaq bu cür düşünmək hələ iddianın tam əsaslı olduğu qənaətinə gəlməyə əsas vermir. Əksinə birinci instansiya məhkəməsi təqdim edilən sənədlər üzrə iddia tələbini hissələr üzrə bölməklə hər bir tələb üzrə ayrıca geniş hüquqi dəyərləndirmə apararaq hansı hissələr əsaslı idisə o hissələrdə iddianın təmin edib, əsaslı olmayan hissələrdə isə rədd edib. Məhkəmə əsaslandırma aparmasaydı iddianı qismən təmin etməzdi yaxud ümumiyyətlə rədd edərdi. Demək ki, qismən təmin edilmə elə əsaslandırma üzrə gəlinən yekun nəticədir ki, bu da məhkəmənin qənaəti olub. O başqa məsələ ki, iddiaçını bu cü nəticə qane etməyə bilər, lakin apellyasiya instansiyası məhkəməsi də təmin edilməyən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

45. Bundan əlavə, həqiqətən də iddiaçı birinci instansiya məhkəməsindəki icraat zamanı vəsatət verərək adından səfirliyə göndərilmiş müraciətdə olan imzanın onun tərəfindən icra edilib-edilməməsini müəyyən etmək üçün məhkəmə xətşünaslıq ekspertizanının keçirilməsini xahiş edib(cild1; i.v;191-196). Ancaq məhkəmə vəsatəti protokol üzrə qəbul etdiyi qərardadla rədd edərkən əsas olub və mövqeyini də əsaslandırıb. Belə ki, cavabdeh tərəf vəsatətə münasibət bildirərək ekspertizanın keçirilməsinə zərurət olmadığını göstərib. Məhkəmə də cavabdeh tərəfin imzanın iddiaçı tərəfdən icra edilmədiyini, yəni imzanın iddiaçı tərəfə məxsus olmadığını qəbul etdiyi üçün ekspertizanının keçirilməsi barədə vəsatəti rədd edib(cild1; i.v;201- 203). Apellyasiya şikayətində yenidən bu dəlilin göstərilməsi isə anlaşılan deyil. Çünki bu halın yəni sözügedən sənəddəki imzanın iddiaçı tərəfə məxsus olmaması iddianın təmin edilməyən hansısa hissəsini uğurlu və əsaslı etmir. Başqa sözlə, cavabdeh tərəfindən bu cür nöqsana yol verilsə belə bu hal iddiaçı tərəfə viza verilməsindən imtinaya hansısa formada əsas olmamışdır. Ona görə bu dəlil də iddianı təmin edilməyən hissədə uğurlu edə bilmir.

46. Məhkəmə tərkibi cavabdeh tərəfin apellyasiya şikayətinin bəzi dəlilləri üzrə də hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyini, sifarişçinin xaricdə təhsil müəssisəsinə qəbulunu təmin etdiyini və bununla da müqavilənin predmeti icra olunduğunu, lakin həmin qəbulun əldə edilməsi prosesinin ayrılmaz tərkib hissəsi olan 915 manat, 1007,15 manat, 310 manat və 250 manat məbləğində ödənişlərin cavabdehdən tutulmalı olduğu nəticəsinə gəlməklə məhkəmənin hüquqi baxımdan ziddiyyətli yanaşma sərgilədiyini göstərsə də, əvvəla yuxarıda da qeyd olunduğu kimi birinci instansiya məhkəməsi iddia tələbinin həm təmin, həm də təmin edilməyən hissələri üzrə ayrıca, geniş və hərtərəfli hüquqi dəyərləndirmə aparmaqla yekun nəticəyə gəlmişdir. Əlbətdə ki, iddiaçını təmin edilməyən, cavabdehi isə təmin edilən hissələr qane etməyə bilər yaxud bundan narazı ola bilərlər. Ancaq məhkəmə bu nəticəyə gələrkən işin hallarını, tərəflər arasındakı münasibətlərin xarakterini və müqavilə şərtlərini qanunvericiliyin tələbləri nəzərə alınmaqla dəyərləndirməklə mövqeyini əsaslandırıb.

47. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış müqavilənin predmetini xaricdə təhsil xidmətlərinin göstərilməsi təşkil etsə də yekunda müraciət edilən ölkə viza və yaşayış icazəsi vermədiyi üçün iddiaçı məqsədinə nail ola bilməyib. Qeyd olunan müqavilənin şərtlərində tərəflərin hüquq və vəzifələri, eləcə də digər hallar razılaşdırılmışdır. Burada cavabdehin viza icazəsinin verilməməsinə görə heç bir öhdəlik daşımadığı da xüsusi olaraq göstərilib(bənd.4.4.).Ancaq məhkəmənin iddianı təmin etdiyi hissə viza icazəsinin verilməməsinə yaxud xaricdə təhsil müəssisəsinə qəbulun təmin edilməməsinə görə olmayıb. Təmin edilən hissə müqavilədə nəzərdə tutulmayan və onun ayrılmaz tərkib hissəsini təşkil etməyən xərclər olub ki, o hissədə də məhkəmənin mövqeyi haqsız olmayıb.

48. Belə ki, müqavilənin 1.7-ci bəndində tərəflər sifarişçinin seçdiyi və bu Müqavilənin ayrılmaz hissəsi sayılan Əlavə 1-də sadalanan xidmətlərin dəyərinin 3400 manat(iki min USD) təşkil etməsini və bu məbləğə konsulluq rüsumları və seçilmiş proqramın dəyəri (təhsil haqqı) daxil edilmədiyini konkret razılaşdırıblar. Müqavilənin 1.7.1-ci bəndində isə göstərilib ki, bu Müqavilənin ayrılmaz hissəsi sayılan Əlavə 1-də nəzərdə tutulmayan bütün xidmətlər və əlavə xərclər, sifarişçi tərəfindən ayrıca, xidmətlərin göstərildiyi və xərclərin çəkildiyi yer üzrə ödənilir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır(MM.m.404.1). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır(MM.m.404.2).Göründüyü kimi, müqavilədə qeyd olunan şərtlərin, xüsusən də əlavə xərclərlə bağlı şərtin nəzərdə tutulması o demək deyil ki, cavabdeh tərəf özünün göstərməli olduğu və xidmətin dəyərinə daxil olan işi üçüncü şəxs(lər)ə həvalə etməsinə görə sonuncuya ödədiyini iddia etdiyi məbləği də iddiaçıdan tələb etməli və şəxsi kart hesabına köçürülməsinə nail olmalıdır. Başqa sözlə, cavabdehin iddiaçıdan 915 manat əlavə vəsait tələb edilməsinin əsası olmamışdır. Birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi sözügedən xidmət cavabdehin 3400 manat dəyəri olan xidmətlərə aid idi və bu xidmətin göstərilməsinin üçüncü şəxsə həvalə edilməsinə görə iddiaçıdan “əlavə xərc” adı ilə bu məbləğ tələb edilə bilməzdi. Çünki 915 manat əlavə xidmətlərə və xərclərə görə deyil, cavabdehin göstərməli olduğu və dəyərini aldığı xidmətin tərkibinə aid idi. Bu xidmətlərin göstərilməsini üçüncü şəxsə həvalə edirdisə belə, bunun dəyərini iddiaçıdan əlavə xərc kimi deyil, özünün xidmətin dəyəri kimi aldığı vəsait hesabına ödəməli idi. Cavabdeh tərəf bu ödənişi müqavilənin 3-cü qeyd hissəsində göstərilən ödənişlərə aid etməyə cəhd etsə də aldığı 915 manatın həmin ödənişlərə aid olmasına dair məhkəməyə heç bir sübut təqdim etməyib. Beləliklə də, bu hissədə məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur.

49. Bundan əlavə, iddia tələbinin 1007,15 manat hissəsinin təmin edilməsi hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olub. Belə ki, cavabdeh tərəf bu məbləği iddiaçının təhsili ilə bağlı universitetlərə göndərilmiş müraciətlərin qeydiyyatı üçün alındığını göstərsə də, əvvəla bu məbləğ də cavabdehin şəxsi kart hesabına köçürülmüş və məbləğin universitetlərə müraciət üçün qeydiyyat rüsumu olaraq ödənilməsinə dair sübutlar təqdim edilməyib. İkincisi, beynəlxalq qəbul təcrübəsinə əsasən hər bir ali təhsil müəssisəsinə müraciətin tamamlanması üçün müvafiq “xxxx” ödənilməsi məcburi şərt idisə və bu ödəniş həyata keçirilmədən müraciət prosesi tamamlanmış hesab edilmirdisə, cavabdeh tərəf isə bu sahədə uzun müddət peşəkar fəaliyyət göstərən şəxs olaraq həmin ödənişlərin məcburiliyini bilirdisə, həmin ödənişlərin məcburiliyini də müqavilə şərtlərinə daxil edilməsinə nail ola bilərdi, ancaq müqaviləyə belə bir şərt daxil edilməyib. Əks halda belə məna hasil olur ki, müraciətlərin qeydiyyatı üçün ödənişlər həqiqətən edilmişdirsə, onda bu göstərilən xidmətin dəyərinə aid olub, xidmətin dəyərinə aid olmadığını sübut etmək yükü isə cavabdeh tərəfin üzərinə düşür ki, onlar da bu halı sübuta yetirə bilməyib. Demək ki, bu hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olub.

50. Bunlardan başqa, “Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 №li, ## ###### 2025-ci il tarixli Qərarının 2.2.14cü bəndində qeyd olunub ki,... Özünün pozulmuş hüquqlarının bərpası məqsədilə qarşı tərəfin qanunsuz, o cümlədən cinayət əməlləri barədə ittiham xarakterli şikayət və ya digər məzmunlu müraciətlərin səlahiyyətli aidiyyəti orqana ünvanlanması bu müraciətlərin məzmunlarının aşkar surətdə şəxsin şərəf və ləyaqətini alçaldan tərzdə, yəni təhqiredici formada ifadə edilmədiyi halda, şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab edilməyəcəkdir. Belə ki, şəxsin dövlət orqanına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi əməlin hüquqazidlik əlamətini aradan qaldıran hal hesab olunur. Lakin nəzərə alınmalıdır ki, bu müraciətlərin məzmunlarının onların ünvanlandığı orqanın səlahiyyətlərinə aid olan məsələlərin dairəsindən kənara çıxmamalı, şəxsin şərəf və ləyaqətinə və ya digər şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə etməməlidir. Göründüyü kimi, iddiaçı cavabdeh barəsində cinayət təqibi üzrə araşdırılma aparılması üçün “aldadılaraq 7600 manat pulun verilməsi” ifadəsindən istifadə etməsi işgüzar nüfuzu ləkələyən məlumatlar hesab edilə bilməzdi. Çünki işgüzar nüfuzun ləkələnməsi barəsində həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, təhqiramiz ifadə və hərəkətlərin yayılması ilə şərtlənir. İddiaçı isə cavabdeh tərəf barədə bu cür hallara yol verməmişdir. Eyni zamanda iddiaçı cinayət təqibi qaydasında səlahiyyətli dövlət orqanlarına müraciət etmək hüququndan məhrum edilə bilməzdi. Cinayət təqibi üzrə araşdırmanın nəticəsi olaraq cinayət işinin başlanmasının rədd edilməsi də cavabdehə əsas vermir ki, iddiaçının qeyd olunan müraciətinə görə ona qarşı hazırkı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş olsun. Ona görə də qarşılıqlı iddianın təmin edilməməsi hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

51. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayətləri təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar