Məhkəmə qərarları › İş №2(3-6)-2267/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2267/2026

10.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2267/2026 10.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, *(***)-****/**** saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamədən iddiaçı İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı irəli sürdüyü “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödəniləsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Həmin qətnamədən cavabdeh MMC-nın verdiyi apellyasiya şikayəti Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) ##.##.2026-ci il tarixli qərardadla həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatını mümkün hesab etmiş və şikayət üzrə apellyasiya baxışı iclasını təyin etmişdir. İş apellyasiya baxışına qəbul edildikdən sonra apellyasiya baxışı zamanı işin baxılmasına üçüncü şəxs qismində cəlb edilmiş, cavabdeh Klinikada həkim işləyən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs da həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qəbulu məsələsinə baxılması üçün Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi “işin icraata qəbul edilməsi barədə” ##.##.2025-ci il tarixli qərardad ləğv edilməli və iş apellyasiya baxışından çıxarılaraq Rayon Məhkəməsinə göndərilməlidir. Çünki MPM-in 384.0.6-cı maddəsinin mənasına görə, apellyasiya şikayəti icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan MPM-in 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “işin icraata qəbul edilməsi barədə” ## #### 2026-cı il tarixli qərardad ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinin müzakirə edilməsi üçün iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar