Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2277/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı
1. ##.##.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Şura xanımın zaminliyi ilə Leyla xanımdan 200 manat məbləğində pul vəsaiti götürmüşdür.
2. ##.##.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Şura xanımın zaminliyi ilə Ema xanımdan 300 manat məbləğində pul vəsaiti götürmüşdür.
3. ##.##.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Şura xanımın zaminliyi ilə Ema xanımdan 200 manat məbləğində pul vəsaiti götürmüşdür.
4. ##.##.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı və Əliyeva Fəridə xanımın zaminliyi ilə Fatma xanımdan 400 manat məbləğində pul vəsaiti götürmüşdür.
5. ##.##.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Şura xanımın zaminliyi ilə Fatma xanımdan 300 manat məbləğində pul vəsaiti götürmüşdür.
6. ##.##.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Şura xanımın zaminliyi ilə X3 300 manat məbləğində pul vəsaiti götürmüşdür.
7. ##.##.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Şura xanımın zaminliyi ilə Məhəbbət xanımdan 300 manat məbləğində pul vəsaiti götürmüşdür.
8. ##.##.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Şura xanımın zaminliyi ilə Kamilə xanımdan 300 manat məbləğində pul vəsaiti götürmüşdür.
9. ##.##.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Şura xanımın zaminliyi ilə Sahibə xanımdan 500 manat məbləğində pul vəsaiti götürmüşdür.
10. ##.##.2020-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Şura xanımın zaminliyi ilə X5 300 manat məbləğində pul vəsaiti götürmüşdür.
11. ##.##.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Şura xanım vəFəridə xanımın zaminliyi ilə X9 400 manat məbləğində pul vəsaiti götürmüşdür.
12. ##.##.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Şura xanımın zaminliyi ilə Emma xanımdan 200 manat məbləğində pul vəsaiti götürmüşdür.
13. ##.##.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Şura xanımın zaminliyi ilə Arzu xanımdan 200 manat məbləğində pul vəsaiti götürmüşdür.
14. ##.##.2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Şura xanımın zaminliyi ilə Arzu xanımdan 700 manat məbləğində pul vəsaiti götürmüşdür.
15. ##.##.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh Şura xanımın zaminliyi ilə Fatma xanımdan 300 manat məbləğində pul vəsaiti götürmüşdür.
16. Iddiaçı tərəfindən cavabdehə ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, Cavabdeh İddiaçı olan borcunu qaytarmayacağı təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
17. Sabunçu RPI-nin 12-ci PŞ-nin təhqiqatşısı tərəfindən qəbul edilmiş ##.##.2025ci il tarixli qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
18. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdiyi 6.000 manat borc pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
19. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehin qaynanası Qurbanxanımla uzun illərdir ki, dostluq münasibətləri vardır. Onların bu münasibətindən istifadə edərək, Cavabdeh, təxminən 5-6 il bundan qabaq ona müraciət edərək, bankdan götürdüyü kreditin ödənməsində müəyyən problemləri yarandığını, bu vəziyyətdən çıxarılmasına kömək göstərməsini xahiş etmiş və bildirmişdir ki, bu yaxınlarda ona külli miqdarda – 100.000 manata qədər pul gələcək, borcu qaytaracaqdır. Cavabdehin qaynanası ilə yaxın münasibətlərinin olmasını nəzərə alaraq, ##.##.2020-ci il tarixdə cavabdehə 300, sonradan ##.##.2021-ci il tarixdə 700 manat, ##.##.2021-ci ildə 400 manat, ##.##.2021-ci ildə 400 manat, 2022 ci ildə 200 manat, ##.##.2022-ci ildə 900 manat, ##.##.2022-ci ildə 300 manat, ##.##.2022-ci ildə 300 manat, ##.##.2022-ci ildə 500 manat, ##.##.2022-ci il tarixdə 500 manat, ##.##.2022-ci ildə 200 manat, ##.##.2022-ci ildə 500 manat, ##.##.2022-ci ildə 300 manat və ##.##.2024-cü il tarixdə 500 manat, cəmi 6.000 cavabdehə borc pul vermişdir. Dəfələrlə cavabdehə müraciət edərək, verdiyi pulun qaytarılmasını bildirsə də, hər dəfə hələ qeyd etdiyi 100.000 manatı almadığını bildirərək, borcun qaytarılmasından boyun qaçırmışdır. Bununla bağlı Sabunçu rayon Polis Şöbəsinə müraciət etsə də, borc verdiyi pulun cavabdehdən alınması təmin edilməmiş və ona bildirilmişdir ki, bu mülki münasibətdir, ona görə də cavabdehin yaşadığı ərazinin məhkəməsinə müraciət etsin. Mülki qanunvericilik tələbinə uyğun olaraq, ##.##.2025-ci il tarixdə cavabdehin yaşadığı ünvana rəsmi qaydada pretenziya məktubu göndərərək, borc verdiyi pulun qaytarılmasını qeyd etmişdir. Lakin cavabdeh tərəfindən onun məktubuna belə cavab verilməmiş və pulun ödənilməsini təmin etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir.
20. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, onun iddiaçıya cəmi 800 manat borcu var.
21. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 800 manat məbləğində borcun iddiaçı Hüseynova Şura Nəriman qızının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
22. Məhkəmə qeyd etmişdir ki, hazırda iddiaçı cavabdehdən 6.000 manat pulu tələb etsə də, cavabdehin iddiaçıya 6.000 manat məbləğində borcu olduğu öz təsdiqini tapmamış, onun iddiaçıya cəmi 800 manat məbləğində borcu olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Belə ki, iddiaçı cavabdehə 6.000 manat məbləğində pul vəsaitini verdiyini qeyd etsə də, iş materiallarında olan iltizamlardan görünür ki, cavabdeh pul vəsaitini iddiaçının zaminliyi ilə başqa şəxslərdən götürmüşdür. Həmçinin, cavabdeh də məhkəmə iclasında iştirak etdiyi zaman iddiaçıya cəmi 800 manat borcunun olmasını etiraf etmişdir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 448.1-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2019-cu il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 191.1, 191.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
24. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iş üzrə cavabdeh Cavabdeh borc verdiyi 6.000 manat pulun ona qaytarılmasını xahiş etmişdir. Bütün bunları təsdiq etmək üçün məhkəməyə şifahi vəsatət verərək şahidlərin məhkəmə iclasında çağrılıb şahid ifadələrinin alınmasını xahiş etdi. Lakin birinci instansiya məhkəməsi vəsatəti təmin etməyərək şahidləri məhkəmə iclasına çağırıb dindirməmişdir. Iş üzrə cavabdeh həqiqəti məhkəmədən gizlədərək iddianı qismən qəbul edərək yalnız 800 manatın borc almağını etiraf etmişdir. Həmin sözügedən 6.000 manat pulu o, öz qohumlarından borc alaraq cavabdehə borc vermişdir. Borc aldığı şəxslər məhkəmədə şahid qismində çağırılıb ifadələri alınmadı. Eyni zamanda cavabdehin özünün yazdığı sənəddə qeyd olunur ki, kimdən nə qədər pul alıb. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iş materiallarında olan qəbzlərdə göstərilən məbləğlər ona məxsus deyil, o, həmin şəxslər tərəfindən borcun cavabdehə verilməsində vasitəçi kimi iştirak etmişdir. Onlar hamısı cavabdehi tanıyır. Onların çoxundan cavabdeh gedib özü pulu götürmüşdü. Hazırda həmin şəxslər ondan pulu tələb edirlər.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, o, iddiaçıdan cəmi 800 manat məbləğində borc götürmüşdür. Iddiaçının tələb etdiyi məbləğ həmin pula hesablanmış faizlərdi. Öz kartından cavabdehin kartlarına dəfələrlə ödənişlər etmişdir. Iddiaçı hamıya faizlə pul verir.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı işdə iddia qismən təmin edilmədiyindən, apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. Iş materiallarından görünür ki, cavabdehə borca verilmiş pulun iddiaçıya məxsus olması sübuta yetirilməmiş, əksinə, pul vəsaitlərinin iddiaçının zaminliyi ilə başqa şəxslərdən götürüldüyü barədə iltizamlar məhkəməyə təqdim edilmişdir.
35. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçı ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, iltizamlarda qeyd olunan məbləğlər ona məxsus deyil və o, həmin məbləğləri orada qeyd olunan şəxslərə qaytarmamışdır. Həmin şəxslər cavabdehi tanıyır, çoxlarından iddiaçı özü pulu götürmüşdür.
36. Göründüyü kimi, cavabdehə borca verilən vəsaitlər iddiaçıya məxsus olmamış, həmçinin iddiaçı həmin vəsaitləri borc verən şəxslərə geri qaytarmamışdır.
37. Odur ki, hazırki iddianı qaldırmağa iddiaçının subyektiv hüququ yoxdur.
38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehdən həmin vəsaitləri ona borc vermiş şəxslər tələb edə bilərlər. Iddiaçı isə cavabdehin borclarını həmin şəxslərə özü ödədiyi təqdirdə cavabdehdən tələb edə bilər.
39. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
40. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.