Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2278/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Babayev Fuad Fikrət oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cavabdeh Cavabdeh qarşı su çəninin götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042/60 ünvanında yerləşən * nömrəli evin damının lift şaxtasının üzərinə qanunsuz olaraq qoyulmuş su çəninin götürülməsi öhdəliyinin qoyulması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə əsl olmayan iddiaçının yazılı razılığı nəzərə alınmaqla əsl olmayan iddiaçı əsl iddiaçı – İddiaçı ilə əvəz edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən, iddiаçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) su çəninin götürülməsi tələbinə dаir iddia ərizəsinin baxılmamış saxlanılması, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (##.##.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzi) dövlət büdcəsindən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qaytarılması qərara alınmış və iddiaçı İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasına səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardaddan iddiaçı şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi, iş üçün müstəsna əhəmiyyət kəsb edən, lakin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmayan ##.##.2024-cü il tarixli sökülmə aktı, Suraxanı Rayon MKTBnin ##.##.2025-ci il tarixli (polisə müraciət) və ##.##.2025-ci il tarixli (FHN-ə cavab) rəsmi məktubları yeni və həlledici sübutlar kimi qəbul edilsin və bu sənədlərə hüquqi qiymət verilməsi üçün iş mahiyyəti üzrə baxılması məqsədilə geri qaytarılması, məhkəmə tərəfindən ##.##.2025 və ##.##.2025-ci il tarixli sənədlərin (MKTB-nin özbaşına tikilini kəsməsi və polislə əməkdaşlıq xahişi) məzmunu nəzərə alınaraq, binanın lift şaftı üzərindəki su çəninin "təxirəsalınmaz qəza riski" yaratması faktı təsbit edilməsi və işə baxılarkən bu təhlükənin aradan qaldırılmasına dair konkret göstəriş verilməsi, onun ##.##.2026-cı il tarixli vəsatətində qeyd olunan, dövlət əmlakının qorunmasına məsul olan MKTB-nin əsl iddiaçı statusunun bərpası təmin edilməsi və vətəndaşın üzərinə qanunsuz olaraq yüklənmiş "məcburi iddiaçı" statusuna xitam verilməsi, vətəndaşın təhlükə barədə dövlət orqanlarına etdiyi müraciətlərin hakim tərəfindən yanlış olaraq "prosessual razılıq" kimi qiymətləndirilməsi ilə yol verilmiş kobud hüquq pozuntusuna və məhkəmənin obyektivliyi prinsipinin pozulmasına hüquqi qiymət verilməsi, birinci instansiya məhkəməsinin iş materiallarında olan ##.##.2025-cü il tarixli rəsmi aktı (balans mənsubiyyətini sübut edən sənədi) qəsdən görməzdən gəlməsi və mülkiyyət mənsubiyyətini səhv müəyyən etməsi səbəbindən işin başqa hakim tərkibində araşdırılması məsələsi həll edilməsi, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılması barədə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının dam hissəsində, lift şaftının düz üzərində cavabdeh Cavabdeh tərəfindən qanunsuz olaraq su çəninin quraşdırılması ilə bağlıdır. Həmin su çənindən mütəmadi sızan sular binanın yeganə liftinin elektrik sisteminə və maşın şöbəsinə dolaraq ciddi texniki nasazlıqlar yaradır. Bu hal həm dövlət mülkiyyətinə ziyan vurur, həm də binadakı onlarla sakinin, o cümlədən yaşlı və xəstə şəxslərin həyat və sağlamlığı üçün real təhlükə (elektrik vurması, liftin qəzaya uğraması) formalaşdırır. İş üzrə faktiki hallar göstərir ki, cavabdeh qanuni tələblərə və dövlət qurumlarının qərarlarına qəsdən tabe olmur: ## ###### 2024-cü il tarixdə MKTB tərəfindən vətəndaş İddiaçı # ###### 2024-cü ildə ünvanladığı elektron ərizənin araşdırılması ilə bağlı verilmiş tapşırığa baxılmış və görülən tədbirlər nəticəsində binanın dam örtüyündə quraşdırılmış su çəni götürülərək şikayət aradan qaldırılmışdır. Lakin, üzərindən iki ay keçməmiş cavabdeh yenidən su çənini gətirərək lift şaxtasının üzərinə yerləşdirmişdir. Sonrakı dövrlərdə edilən şikayətlərə baxmayaraq, cavabdeh dövlət qurumlarının xəbərdarlıqlarına əməl etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuş, onun yazılı razılığı və hüquqi əsası olmadan ona məcburi qaydada 'əsas iddiaçı' statusu verilmişdir. Binanın dam hissəsi və lift şaxtası onun fərdi mülkiyyəti deyil, Suraxanı rayon MKTB-nin balansında olan ümumi istifadəli dövlət əmlakıdır. Məhkəmə mülkiyyət mənsubiyyətini araşdırmadan, dövlət qurumunun üzərinə düşən məsuliyyəti qanunsuz olaraq onun üzərinə yıxmışdır. Məhkəmənin diqqətinə çatdırdığı bu rəsmi sənədlər sübut edir ki, MKTB bu çəni artıq iki dəfə kəsmişdir. Əgər bir dövlət qurumu özü gəlib çəni kəsirsə, deməli, o, həmin ərazinin sahibi olduğunu rəsmən qəbul edir. Belə olan halda, hakimin MKTB-ni kənara çəkib iddiaçı kimi vətəndaşı irəli verməsi, dövlət qurumunu vəzifə borcundan qaçırmaq və məsuliyyəti sakinə yükləməkdir. Vətəndaşın məhkəmə müdafiəsi hüququnun tapdalanması: O, ## #### 2026-cı il tarixli vəsatətində də bildirmişdir ki, tələbi müdafiə edir, lakin 'iddiaçı' deyil, 'zərərçəkmiş' kimi iştirak etməlidir. Məhkəmənin bu haqlı etirazını 'iddianı müdafiə etməmək' kimi qiymətləndirib icraata xitam verməsi, onun konstitusion məhkəmə müdafiəsi hüququnu qərəzli şəkildə əlindən almaqdır. Bu yanaşma sübut edir ki, birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll etmək və qəza təhlükəsini aradan qaldırmaq əvəzinə, cavabdehin qanunsuzluqlarına və MKTB-nin fəaliyyətsizliyinə hüquqi qalxan olmuşdur. 12 mart tarixli vəsatətin hüquqi mahiyyətinin təhrif edilməsi: O, ## #### 2026-cı il tarixində məhkəməyə rəsmi vəsatət təqdim edərək, iddiaçı qismində yenidən MKTB-nin bərpa olunmasını, özünün isə prosesdə zərərçəkmiş “üçüncü şəxs” kimi iştirakını tələb etmişdir. Hakim bu vəsatəti işin mahiyyəti üzrə araşdırmaq əvəzinə, orada qeyd olunan “əvəzlənməyə etiraz” faktını subyektiv şəkildə “iddianı müdafiə etməmək” kimi qiymətləndirmişdir. İddia tələbinin müdafiə olunması faktı: Hakim qərardadda onun iddia tələbini müdafiə etmədiyini iddia edir. Lakin, o, hər bir müraciətində və 12 mart tarixli vəsatətində su çəninin təcili götürülməli olduğunu, əks halda liftin partlayacağını bildirmişdir. Onun etirazı tələbə deyil, ilkin iddia ərizəsini MKTB yazdığı halda, sanki həmin sənədi o yazmış kimi rəsmiləşdirilməsinə olmuşdur. 25 noyabr tarixli residiv (təkrar) qanunsuzluğun gözardı edilməsi: Məhkəmə materiallarında ##.##.2025-ci ildə dövlət tərəfindən sökülən çənin, cəmi 4 gün sonra — ##.##.2025-ci ildə cavabdeh tərəfindən yenidən quraşdırılması faktı mövcuddur. Məhkəmə cavabdehin bu qərəzli və dövlət aktına meydan oxuyan hərəkətini araşdırıb qəti qərar vermək əvəzinə, prosesi formal maddələrlə bağlamışdır. 32-ci Polis Bölməsinin rəsmi sənədlərinə qiymət verilməməsi: MKTB-nin ##.##.2025-ci il tarixdə polisə müraciəti və cavabdehin qanunsuz hərəkətlərinə polisin müdaxiləsi faktı işin ictimai təhlükəli xarakter daşıdığını sübut edirdi. Məhkəmə bu sənədləri araşdırmayaraq məsələni sadəcə “fərdi şikayət” səviyyəsinə endirmişdir. Mütəxəssis rəyi və davam edən qəza riski: ##.##.2026-cı il tarixli yerində baxış zamanı mütəxəssis tərəfindən lift şaxtasındakı suyun mühərrik şöbəsini sıradan çıxaracağı təsdiq olunmuşdur. Hakim bu texniki təhlükəni aradan qaldıracaq (çənin götürülməsi) qərar vermək əvəzinə, MPM-nin 259-cu maddəsini tətbiq etməklə sakinləri real qəza təhlükəsi ilə baş-başa buraxmışdır. Məhkəmə müdafiəsi hüququnun faktiki məhdudlaşdırılması: Məhkəmə onu çıxılmaz vəziyyətə salmışdır: həm balanssaxlayıcının məsuliyyətini ona yükləməyə çalışmış, həm də o, bu hüquqi nizamsızlığa etiraz etdikdə, iddianı baxılmamış saxlamışdır. Bu Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təmin olunan effektiv məhkəmə müdafiəsi hüququnun kobud pozulmasıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, iddiaçı Məhəmmədli İlkin Nazir oğlu məhkəməyə vəsatət ünvanlayaraq, şikayətə şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı Məhəmmədli İlkin Nazir oğlunun vəsatətini nəzərdən keçirərək, vəsatətin təmin edilməsini məqsədəuyğun hesab etməmişdir. Məhkəmə kollegiyası tərəfindən işə yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 259.0-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; 259.0.2. ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə; 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda; 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa; 259.0.5. qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; 259.0.8. qanuna, digər normativ hüquqi akta və müqaviləyə əsasən bank və kredit müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka, yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə; 259.0.10. hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Birinci instansiya məhkəməsi ərizəni baxılmamış saxlayarkən ona istinad etmişdir ki, əsl iddiaçının su çəninin götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarət iddia tələbini müdafiə etməməsi səbəbindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, əsl olmayan tərəfin əvəz edilməsi həyata keçirildikdən sonra keçirilmiş məhkəmə iclasları zamanı əsl iddiaçı, İddiaçı iddia ərizəsinin onun tərəfindən tərtib edilmədiyini, iddia ərizəsinin onun tərəfindən məhkəməyə təqdim edilmədiyini onun iddia tələbinin hazırkı iddia tələbindən tamamilə başqa tələb olmasını iddia tələbinin əsl olmayan iddiaçı tərəfindən müdafiə edilməsinin zəruri olduğunu məhkəmənin diqqətinə çatdırmış və iddia tələbini müdafiə etmədiyini bildirmişdir. Həmçinin, əsl iddiaçı əsl olmayan tərəfin əvəz edilməsi zamanı onun razılığının alınmadığını bildirmiş və məhkəmənin müvafiq prosessual hərəkətinə etiraz etmişdir. Digər tərəfdən isə cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsini baxılmamış saxlayarkən gəlmiş olduğu əsas mülki prossesual qanunvericilikdə nəzərdə tutulmamışdır. Yəni əvəz edilmiş əsl iddiaçının iddia tələbini müdafiə etməməsi həmin iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas vermir. Belə ki, iddianın baxılmamış saxlanılması əsaslarında yalnız iddiaçının iddianın geri qaytarılması barədə ərizəsinin olması və cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi halında baxılmamış saxlanılması göstərilmişdir. Halbuki, iddiaçının bununla bağlı ərizəsi (iddianın geri qaytarılması) olmamışdır. Eyni zamanda qanunverici iddianın baxılmamış saxlanması halında məhz cavabdehin də həmin işin mahiyyəti üzrə baxılmasını tələb etməməsi barədə müraciətinin olmasını zəruri olduğunu göstərmiş, cavabdehin baxılmasını tələb etdiyi halda işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini özündə ehtiva etmişdir. Hazırki halda da cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməsini bəyan etmişdir. Əgər iddiaçı iddianın müdafiəsindən imtina etmək istəyərdisə, iddiadan imtina barədə ərizə yazması istisna edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərinə riayət etməməklə iddianın baxılmamış saxlanılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmamışdır. Bu səbəbdən iddiaçı iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-2278/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2278/2026
10.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver