Məhkəmə qərarları › İş №2(3-6)-2279/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2279/2026

09.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2279/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Bakı şəhər Icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin *** saylı Mənzil Kommunal Istismar sahəsinin rəisi M.Məmmədli, mühəndis B.Məhərrəmov və mühasib S.Hüseynova tərəfindən tərtib olunmuş ##.##.2022-cii l tarixli aktdan görünür ki, Alatava küçəsi, ev 153-də yaşayan İddiaçı şikayəti əsasında həmin ünvana baxış keçirilmiş, məlum olmuşdur ki, tikinti şirkəti tərəfindən həmin evin tikinti sahəsi 12 kv.m olan hissə uçurulmuşdur.

2. Yasamal rayon Prokurorluğunun ##.##.2022-ci il tarixli qərarına əsasən Q.Ismayılovun və “Melissa Park” YK-si vəzifəli şəxslərinin əməlində Cinayət Məcəlləsinin 162 və 222-ci maddəsndə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri müəyyən edilməyidindən cinayət işinin başlanması hissəvi rədd edilmiş və Q.Ismayılovun N.Məmmədyarovaya xəsarət yetirməsi faktında Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkib əlamətlərinin olubolmamasına Cinayət Prosessual Məcəlləsinin 207.5-ci maddəsinə əsasən hüquqi qiymət verilməsi üçün materialın aidiyyəti üzrə Yasamal RPI-yə göndərilməsi qərara alınmışdır.

3. Qərarın təsviri hissəsindən görünür ki, araşdırma zamanı X1 izahatında göstərmişdir ki, Melissa Park YK-də 2021-ci ildən CSB 330 tipli ekskavator idarə edir. Onun çalovunun tutumu 06 kv.m-dir. Uzun müddətdir ekskavator sürücüsü kimi çalışır, bu sahədə təcrübəsi vardır. Həmin ekskavatorla tikinti kompleksinin ərazisində qazıntı işlərinin aparılması, qumun, müxtəlif tikinti vasitələrinin daşınması işini həyata keçirir. ##.##.2022-ci il tarixdə səhər saat 10:00-da tikinti ərazisində zibilləri torpaq səthə yayıb qayıdarkən həmin ərazi biraz yoxuşlu olduğundan ekskavatorun stirellası, yəni hündürlüyə uzanan qolunu biraz aşağı endirmişdi ki, yoxuşu keçə bilsin. Həmin vaxt stirellanın ucunda olan çalovun sonluğu gözləmədiyi halda sonradan adını öyrəndiyi İddiaçı və ailəsinin yaşadığı evin çöl hissəsinin qapı üzərində olan təzəlikcə quraşdırılmış, köhnə materialdan olan dam örtüyünə dəymiş və həmin 2 hissəli kiçik dam örtüyünün bir hissəsi yerə düşmüşdür. Bundan sonra o ətrafa həmin yerə baxmış, lakin hər hansı insan, zərər xəsarət görmədiyindən işinə qayıtmışdır. Daha sonra bilmişdir ki, İddiaçı bu barədə müxtəlif qurumlara şikayət edərək guya orada həmin vaxt qızının olmasını, şiferi bilərək tökdüyünü, qızına göz görə-görə xəsarət yetirdiyini qeyd etmişdir. Lakin onun dedikləri yalandır, orada həmin vaxt hər hansı şəxs olmamışdır. O şifer də hadisədən bir gün əvvəl qoyulduğundan hesablamanı düz apara bilməmiş, çünki daha əvvəlki çoxsaylı həmin ərazidən keçişlərində şifer olmadığından heç yerə dəyməmişdir. Həmçinin hadisə olan yer ağaclıqla əhatə olunduğundan oranı birbaşa görmək mümkün deyil. Bundan başqa texnikanın hərəkət istiqaməti də həmin ərazidəndi deyə məcbur o yolla gedib gəlmişdir. Hadisə zamanı onun hər hansı qərəzi olmayıb. Hadisə yerində nə Nüşabə Məmmədyarova, nə də qeyri bir şəxs olmuşdur. Əgər belə olsaydı o texnikadan düşər, zərər olub olmadığını soruşardı. Oranı uçurtmaq kimi bir fikri də olmamışdır. Kovuş ora yalnız bir dəfə dəymişdir. Onun hərəkət etdiyi istiqamət İddiaçı evinin qarşısı demək olmaz, çünki orada bir yol vardır və hər kəs həmin yerdən hərəkət edir. İddiaçı məqsədi evini Melissa Parka baha qiymətə satmaqdır. Qızının kovuşun dəyməsi nəticəsində aşmış dam örtüyünün altında qalıb xəsarət alması barədə dedikləri yalandır, cəfəngiyyatdır, bu yolla şirkətdən pul almağa çalışır. Hadisədən sonra İddiaçı ona yaxınlaşmamış, heç bir şey deməmişdir. Sadəcə polisə şikayət ediləndən sonra bilmişdir. Əgər ilkin olaraq ona şikayət etsəydi zərərini qarşılayardı. Şiferin düşməsi ilə ona 100 manatlıq da olsa zərər dəyməmişdir. Lakin hüquq mühafizənin əli ilə təzyiq göstərib evini baha qiymətə satmaq istəyir.

4. Araşdırma zamanı N.Məmmədyarova barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE PA ETTB-nin Yasamal rayon şöbəsindən daxil olmuş ##.##.2022-ci il tarixli, **/*** nömrəli rəydən görünür ki, X11 almış olduğu xəsarətlər: sağ bazunun, hər iki budun və sol dizin sıyrıqları, sağ dizin əzilmiş yarası küt əşyanın təsirindən törənmişlər, törənmə müddəti müayinə olunanın dediyi ##.##.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.

5. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının * saylı Bölməsinin ##.##.2022-ci il tarixli, ** nömrəli cavabından görünür ki, ##.##.2022-ci il tarixdə saat 13:24-də 1-ci Alatava ev 153 ünvanına X9 adına çağırış daxil olmuşdur. Çağırışı * saylı bölmənin həkimi Hüseynova Sevinc yerinə yetirmiş və həmin xəstəyə hər iki dizin cızılmış sıyrılmış yaraları, sağ budun ön səthinin çoxsaylı sıyrıntıları diaqnoz təyin edilərək müvafiq ilkin tibbi yardım göstərilmişdir.

6. Cavabdeh MTK ilə X6 arasında bağlanmış ##.##.2017-ci il tarixli podrat müqaviləsinə əsasən sifarxxxx sifarişi verir və razıalşdırılmış qiymətlər əsasında icra edilmiş xidmətin dəyərini podratçıya ödəməyi öhdəsinə götürür. Podratçı isə verilmiş sifaişə uyğun olaraq sifarişçıya xidmət göstərməyi öhdəsinə götürür.

7. X7 ilə X1 arasında bağlanmış ##.##.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, xxxx X1 ekskavator operatoru olaraq işə qəbul edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinə baxış zamanı həmin fərdi yaşayış evində zədələrin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, təqdim edilən fərdi yaşayış evinin tavan və divarlarında çatlar, boya qatında qabarmalar, giriş hissənin divarında aralanmaların mövcud olduğu müəyyən olunmuşdur. Həmçinin baxış zamanı tədqiq olunan fərdi yaşayış evinin giriş hissəsinin pəncərələrinin və ön hissəsinin dam örtüyünün faktiki olaraq mövcud olmadığı dağıdıldığı müəyyən olunmuşdur.

9. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, CC/***/**-**** nömrəli rəyindən görünür ki, ünvan 2 ünvanına dəymiş zərər ümumilikdə 14797 manat müəyyyən edilmişdir.

10. Yerli baxış zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan ərazidə yaxın ərazidə çoxmərtəbli yeni inşa edilmiş binalar mövcuddur. Hazırda ərazidə inşaat işləri aparılmaqdadır. Hazırda tikinti ərazisi hasara alınmış, ev ilə tikinti ərazisi arasında ağac və kolluqlardan ibarət boş sahə mövcuddur. Evin zərər görmüş hissəsinin qarşısında olan həmin sahə hər hansı texnikanın işlədiyi və ya işləyə biləcəyi ərazi və ya yol deyil. Ərazi ilə kifayət qədər ara məsafəsi mövcuddur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14797 manat zərər, 12160 manat əldən çıxmış fayda, 5000 manat məbləğdə mənəvi zərər və ekspertizanın keçirilməsi üçün 200 manat məbləğdə pul olmaqla, ümumilikdə 32157 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Iddia tələbi belə əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixdə cavabdeh tərəfindən ekskavatora ünvan 1 ünvanında yerləşən evinin eyvanında çıxıntı olması və evdən çıxandan sonra evin həmin çıxıntı olan hissəsinin vurub sökülməsi ilə bağlı əmr verilmiş, ##.##.2022-ci il tarixdən bu günə kimi mənzil yararsız vəziyyətdə saxlanılaraq ona xeyli miqdarda ziyan vurulmuşdur. Həmin mənzil hər zaman 300-350 manat aralığında məbləğə kirayə verilmişdir. Hadisə baş verən həftəyə qədər elə məhz Cavabdeh MTK-nın fəhlələri 4 nəfər olmaqla 350 manata orada kirayəyə qalmışlar. Lakin həmin ərəfədə Melissanın həmin evin sökülməsi ilə bağlı təkidlərindən mənzili boşaltmışlar. Hazırda 41 aydır ki, həmin mənzil yaşayış üçün yararsız olduğu üçün ondan istifadə edərək gəlir əldə edə bilmir. Həmin ərazi üzrə kirayə mənzillərin qiyməti mütəxəssis rəyi ilə dəqiqləşdirilə bilər. Yuxarıda sadalananlara əsaslanaraq həmin mənzilin 38 aylıq ayda 320 manat olmaq ümumilikdə 12160 manat məbləğində pulun iddiaçının hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülməsini və cavabdehdən tutulmasını xahiş edir. Qızının baş verən hadisədən bilavəsitə xəsarət alması, hadisənin törədilmə səbəblərini sorğulayarkən bilavəsitə Cavabdeh MTK-nın rəhbərli tərəfindən böhtan dolu şikayətlərlə Polis Bölməsinə aparılmağı (həmin şikayətdə göstərilənlər təsdiqini tapmadığı üçün izahatı alınmaqla azad edimişdir) və verdiyi şikayətlərin şirkəti tərəfindən nüfuzlarından və digər yollardan istifadə edilməklə cavabsız qalması, birbaşa qəsdlə törədilmiş hadisəyə ehtiyatsızlıq obrazı verilməsi və 3 il ərizində bütün müraciətlərinin şirkətin nümayəndələri tərəfindən kinayə ilə küçümsənilməsi bir valideyin kimi, bir vətəndaş kimi, hərbiçi kimi onu dərindən sarsıtmışdır. Bu ona vurulmuş mənəvi zərərin baris nümunəsidir. Vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.

13. Cavabdeh etirazla məhkəməyə müraciət edərək iddia tələbinin əsassız olmaqla təmin edilməməsini xahiş etmişdir.

14. Etirazın əsaslarına görə, iddia ərizəsində göstərilən faktlar reallığı əks etdirmir və heç bir sübuta əsaslanmır. Qeyd olunanlar şəxsi mülahizə xarakteri daşıyır. Iddia ərizəsi əsaslandırılmış olmalı və tələbin kifayət qədər əsaslılığına dair ilkin sübutlar mövcud olmalıdır. Iddiaçı hadisənin baş verdiyini sübut edən video, foto, şahid ifadəsi və digər sübutlar təqdim etməmiş, iddianı təsdiqləyə biləcək hüquqi sənədlər göstərməmişdir. Bu iddiaçının sübutetmə borcunu yerinə yetirmədiyini göstərir. Hüquq müstəvisində sübutlanmamış iddialar hüquqi nəticələr doğura bilməz. Iddiaçı iddia edir ki, hadisə ##.##.2022-ci il tarixində baş vermişdir, lakin təqdim edilmiş sənədlərdən məlum olur ki, *** saylı MKIS aktı ##.##.2022-ci il tarixinə, yəni 3 ay sonrakı tarixə aiddir. Bundan başqa, həmin aktda ziyanın konkret məbləği göstərilməmiş və əmlakın 12 kv.m olan sahəsinin uçurulduğu qeyd edilmişdir, halbuki, iddiaçı iddia edir ki, 50 kv.m ev və 12 kv.m giriş hissəsi olan əmlakı sökülmüş, nəticədə ona 50000 manat məbləğində ziyan vurulmuşdur. Göründüyü kimi, iddia ilə təqdim edilmiş materiallar arasında ciddi şəkildə ziddiyyət mövcuddur və bu da onu göstərir ki, belə bir hadisə baş verməmişdir. Digər tələb mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Belə ki, iddiaçı iddia edir ki, söküntü zamanı qızına xəsarət yetirilmiş və ekspertiza rəyi mövcuddur. Lakin, iddiaçı bununla bağlı məhkəməyə sübut əhəmiyyətli hüquqi sənəd təqdim etməmişdir. Bundan başqa, iddiaçı iddia edir ki, hadisə 2022-ci ilin avqust ayında baş vermişdir və ona mənəvi ziyan dəymişdir. Bu halda belə bir sual yaranır ki, iddiaçı 3 il ərzində hansı səbəbdən fəaliyyətdə olan şirkətdən ona dəymiş zərərin ödənilməsini tələb etməmişdir? Belə çıxır ki, iddia tələbi yalnız formal xarakter daşıyır və hüquqi baxımdan nəticə doğuracaq heç bir əsasla təmin olunmamışdır. Beləliklə, iddia ərizəsi heç bir hissədə əsaslandırılmamışdır. Iddiaçı nə MTK tərəfindən söküntü həyata keçirildiyini, nə də söküntü zamanı qızına xəsarət yetirildiyini təsdiq edəcək hüquqi sənəd təqdim etmişdir. Hadisə ilə bağlı Bakı Şəhər Yasamal Rayon Prokurorluğunun ##.##.2025-ci il tarixli qərarı ilə iş üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bu qərar hadisənin qəsdən törədilmiş, ağır nəticələr doğuran bir əməl olmadığını, cinayət tərkibinin olmadığını təsdiq edir. Qərarda hadisə zamanı dəymiş zərərin ekskavator sürücüsünün ehtiyatsızlığı nəticəsində yarandığı bildirilir. Həmin qərara əsasən, ekskavator sürücüsünün ifadəsindən aydın olur ki, o, hadisə günü ümumi istifadədə olan yoldan istifadə etmiş və həmin yol artıq uzun müddətdir ki, vətəndaşlar tərəfindən keçid üçün istifadə olunur. Yolun hərəkət istiqamətində iddiaçının evinin birbaşa qarşısı yer almır, sadəcə ev yolun yaxınlığında yerləşir. Bu da göstərir ki, ekskavator sürücüsünün hərəkəti qeyri-qanuni və ya məqsədyönlü şəkildə evə zərər vurmaq niyyəti ilə olmayıb. O, əvvəllər də həmin yoldan qum daşımaq üçün istifadə etmiş, heç bir təhlükəli hal baş verməmişdir. Zərər görən dam örtüyü hadisədən cəmi bir gün əvvəl quraşdırılmış və kifayət qədər möhkəmləndirilməmişdir. Bu isə həmin örtüyün tikinti normalarına və təhlükəsizlik standartlarına cavab vermədiyini, qeyri-peşəkar şəkildə quraşdırılmasını göstərir. Hadisə nəticəsində iki hissədən ibarət olan dam örtüyünün yalnız bir hissəsi zərər görmüşdür. Struktur elementlərə, daimi tikiliyə və ya evin dayanıqlığına hər hansı ciddi zərər dəyməmişdir. Hadisə baş verən zaman heç kəsə xəsarət yetirilməmişdir. Belə olan halda iddiaçının 50000 manatlıq zərər iddiası həddən artıq şişirdilmiş və real vəziyyətlə uyğun gəlməyən məbləğdir. Bu cür az əhəmiyyətli və təsadüfi zərər mülki məsuliyyətin yaranması üçün kifayət etmir və əgər məsuliyyət yaradırsa belə, bu, yalnız zərəri birbaşa törədən şəxsekskavator sürücüsü ilə məhdudlaşır. Burada tikinti şirkətinin hər hansı iştirakı və ya göstəriş verməsi ilə bağlı sübut yoxdur. MTK-nın vəzifəli şəxsləri öz ifadələrində bildirir ki, hadisədən sonra ekskavator sürücüsü 500 manat toplayaraq zərər yetirdiyi şeferi təmir etdirməsi üçün iddiaçıya vermişdir. Həmin 500 manat dəymiş zərərdən çoxdur. Lakin, iddiaçı bununla bağlı dəfələrlə ekskavator sürücüsündən əlavə pul istəmişdir. Bundan sonra da iddiaçı evinin alınmağını və ya təmiri üçün əlavə pul verilməli olduğunu bildirmişdir. MTK evi öz tikinti briqadasıyla təmir etdirəcəklərini dedikdə iddiaçı buna razılıq verməmiş və dəymiş zərərə görə pul vermələrini bildirmişdir. MTK isə əsassız olduğundan və həddindən artıq böyük məbləğdə pul istədiyindən iddiaçıya hər hansı ödəniş etməmişdir. Göründüyü kimi, iddiaçının ilkin mərhələdə 500 manat məbləğini qəbul edərək razılaşması, lakin sonradan bu razılaşmadan dönərək yüksək məbləğdə pul istəməsi və qeyri-real zərər iddiası qaldırması açıq-aşkar MTKnın xeyirxah niyyətindən sui-istifadə halıdır. MTK z r rin vurulmasına görə heç bir məsuliyyət daşımasa belə, humanist yanaşaraq iddiaçıya təmir təklifi etmiş, lakin o, bu təklifi qəbul etməmiş, yalnız nağd ödəniş tələbində israr etmişdir. Halbuki zərərin aradan qaldırılması üçün təmir yolu daha məqsədəuyğun və effektiv bir həll idi. Iddiaçının bu təklifi rədd etməsi bir daha onu göstərir ki, onun məqsədi zərərin bərpası deyil, maddi qazanc əldə etmək olmuşdur. Ifadələrdə bildirilir ki, evin dam örtüyünün artırıldığı sahə iddiaçıya məxsus olmayıb. Bu barədə müvafiq dövlət orqanları tərəfindən ona xəbərdarlıq da edilib. Belə olan halda, iddiaçının özünə məxsus olmayan sahədə tikinti aparması qanunsuz sayılır və bu sahəyə dəyən zərər üçün kompensasiya tələb etmək hüququnu onun əlindən alır. Həmçinin, Yasamal Rayon Prokurorluğu sözügedən qərarında qeyd edir ki, hadisə əməyin mühafizəsi, tikinti, söküntü prosesləri zamanı deyil, ekskavator sürücüsü Q.Ismayılov tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması səbəbilə baş vermişdir. Qeyd edilir ki, material üzrə hadisə yerinə baxış keçirilməklə təyin edilmiş məhkəmə təhlükəsizlik texnikası ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş ##.##.2025-ci il tarixli məktubla təyin edilmiş ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumat verilmişdir. Həmin məlumatda aparılmış araşdırma zamanı qeyd olunan hadisənin ekskavator sürücüsü Q.Ismayılovun avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə etən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması səbəbilə ehtiyasızlıqdan törədilməsi və hadisə yerində söküntü, tikinti işləri aparılmadığının müəyyən edildiyi göstərilmişdir. Göründüyü kimi, hazırkı vəziyyətdə əmək mühafizəsi və tikinti sahəsində məsuliyyət yaradan normalar tətbiq oluna bilməz. Hadisə sırf yol hərəkəti zamanı baş vermiş, yəni sürücünün ehtiyatsızlığı ilə bağlı olmuşdur. Yol hərəkəti qaydalarının pozulması inzibati məsuliyyət doğura bilər, lakin mülki hüquqi baxımdan tikinti şirkətinin məsuliyyəti bu çərçivədə müəyyən edilə bilməz. Bundan başqa, tikinti şirkətinin hadisə baş verən ərazi ilə heç bir hüquqi və ya faktiki bağlılığı olmamışdır, hazırda da yoxdur. Şirkət həmin yerdə nə tikinti aparır, nə də bu əraziyə məsuliyyət daşıyır. Hadisə baş verən əraziyə ən yaxın tikinti şirkəti MTK-dır, lakin onun fəaliyyəti iddiaçının evinin yerləşdiyi zonanı əhatə etmir. Buna görə, həmin əraziyə şirkət tərəfindən müşahidə kameraları da yerləşdirilməmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, MTK-nın vəzifəli şəxsləri ifadələrində bu məsələni dəqiqliklə izah etmiş və MTK- nın həmin əraziyə nəzarət etmədiyini bildirmişlər. Mövcud hallardan tam şəkildə bəlli olur ki, iddiaçıya dəymiş ziyan birbaşa olaraq ekskavator sürücüsünün təsadüfi ehtiyatsızlığı nəticəsində baş vermişdir. Tikinti şirkətinin isə bu hadisəyə heç bir aidiyyəti və marağı olmayıb. Ərazi onların balansında və istifadəsində deyil, nəzarət mexanizmləri- müşahidə kameraları da orada qurulmamışdır. Bu baxımdan iddiaçının tələbi hüquqi cəhətdən əsassızdır. Beləliklə, iş üzrə cavabdeh şəxs MTK deyil, çünki zərərin törədilməsində onun hər hansı bir hüquqi və ya faktiki iştirakı mövcud deyil. MTK bu hadisəyə nə göstəriş vermiş, nə də bu hərəkətləri icra etdirmişdir. MTK-nın hadisə baş verən əraziyə hüquqi və ya texniki nəzarəti olmamış, burada heç bir tikinti və ya söküntü işi aparılmamışdır. MTK bu hadisəyə nə göstəriş vermiş, nə də bu hərəkətləri bilə-bilə icra etdirmişdir. MTK-nın hadisə baş verən əraziyə nə hüquqi, nə də texniki nəzarəti olmuş, burada heç bir tikinti və ya söküntü prosesi aparılmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən, dəymiş ziyanla bağlı MTK cavabdeh şəxs olmadığından və onun iş üzrə cavabdeh olması öz təsdiqini tapmadığından mənəvi ziyana görə də MTK hər hansı öhdəlik və ya məsuliyyət daşımır.

15. Şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, iddiaçı onun qonşusudur. 2022-ci il tarixdə Ceyhun ona zəng etmişdir ki, evdə hadisə olmuş, texnika gəlmişdir. O, hadisə yerinə çıxanda görmüşdür ki, texnika artıq qayıdır, şiferlər dağılmışdır. Evdən qışqırıq səsləri gəlir, keçib baxanda görmüşlər ki, qız uşağıdı üstünə şiferlər dağılıb. Iddiaçının evi ümumi istifadə yolunun üstündə yerləşmir. Texnika ora gəlmək üçün dərəni keçib getməlidir, həmin vaxt da texnika dərəni keçib özü gəlmişdi.

16. Şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, iddiaçı ilə qonşuluqda yaşayır. Hadisə vaxtı evdə olmuşdur. Küçədən səs gəldiyini eşidib, çölə çıxmışdır. Nüşabənin əzildiyini eşitmiş, lakin evə keçməmişdir. Həmin vaxt evi “Melissa park”da işləyən traktor dağıtdığını bilmişdir.

17. Şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, hazırda “Melissa Park”ın binasında yaşayır. Iddiaçını 2016 cı ildən tanıyır. O “Melissa Park”ın binasına köçəndə tanış olmuşlar. Qapısının ağzında onun mühafizə ofisi olmuşdur. Iddiaçının evi ilə onun iş yerinin arası 15-20 metr olmuşdur. 2022-ci ilin avqust ayında iş görən zaman iki nəfərin iddiaçının evinə yaxınlaşaraq əl qollarını hərəkət etdirərək nəsə danışdığının şahidi olmuşdur. Təxminən 40 dəqiqə sonra tünd qəhvəyi rəngli ekskavator gəlmiş, Ceyhunun evinin yanında dayanmış, çalovunu qaldırmışdır. O bu mənzərəyə təəcüblənərək, Ceyhunun evi satdığını fikirləşmişdir. Ekskavator çalovu ilə 2 dəfə evi vurmuş, daha sonra arxaya hərəkət edərək digər istiqamətdən də evi vurmuşdur. Həmin vaxt qadın qışqırıq səslərini eşitmişdir. O hadisə yerinə yaxınlaşdıqda məlum olmuşdur ki, Ceyhun evi satmamış, evi uçurtmuşlar. Ekskavator sürücüsü ordan uzaqlaşmışdır. Ceyhunun qızına birbaşa zərər dəydiyini öz gözləri ilə görməmişdir. Ceyhunun evi ilə “Melissa Park” ərazisi arasında təxminən 150 metr məsafə var. Hazırda Ceyhunun evinin qabağında yeni tikinti gedir, lakin Ceyhunun evinə heç kim dəymir.

18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim – Aytəkin Əsədzadə) iddianın qismən təmin edilməsi, maddi zərərin əvəzi olaraq 14797 manat və mənəvi zərərin əvəzi olaraq 1000 manat olmaqla, ümumilikdə 15797 manat məbləğdə pulun Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, qiymətləndirmə xidmətinin dəyəri olaraq 200 manat məbləğdə pulun Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğdə pulun Cavabdeh Mənzil Tikinti Kooperativindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

19. Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, ünvan 1 iddiaçı İddiaçı istifadəsində və sahibliyində olmuş, həmin evdə iddiaçı və ailə üzvləri yaşamışlar. Evə dair hüquq müəyyənedici sənədlər təqdim edilməsə də, evin yaşayış sahəsi olaraq mənzil ehtiyaclarını qarşıladığı mübahisəsizdir. Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Alatava 1 ünvanında “Melissa Park” adlı yaşayış kompleksinin inşa edilməsi də mübahisəsizdir. ##.##.2022-ci il tarixdə iddiaçıya məxsus evə cavabdeh MTK-nın tikinti kompleksinin ərazisində fəaliyyət göstərən ekskavator sürücüsü Qahir Islamov tərəfindən müdaxilə edildiyi də iş materialları təsdiqini tapır. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, izahatı alınmış ekskavator sürücüsü Qahir Islamov fəaliyyəti zamanı ekskavatorun çalovunun evin çöl hissəsinin qapı üzərində olan dam örtüyünə dəydiyi barədə izahat vermiş, lakin sonuncu bu hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər də evə ekskavator sürücüsü tərəfindən müdaxilə edildiyini təsdiq etmişlər ki, sürücün öz izahatından fərqli olaraq şahid ifadələri hadisənin ehtiyatsızlıqdan baş vermədiyi yönündə olmuşdur. Iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərardan görünür ki, ilkin araşdırma zamanı izahatı alınan Qahir Islamovun ##.##.2024-cü il tarixdə Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində yerləşən Şüşə zavodunda özünü asaraq intihar etdiyi müəyyən edilmişdir.

20. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyi ilə ünvan 2 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinə baxış zamanı həmin fərdi yaşayış evində zədələrin mövcud olduğu, təqdim edilən fərdi yaşayış evinin tavan və divarlarında çatlar, boya qatında qabarmalar, giriş hissənin divarında aralanmaların mövcud olduğu müəyyən olunmuşdur. Həmçinin baxış zamanı tədqiq olunan fərdi yaşayış evinin giriş hissəsinin pəncərələrinin və ön hissəsinin dam örtüyünün faktiki olaraq mövcud olmadığı dağıdıldığı müəyyən olunmuşdur.

21. Göründüyü kimi evə zərər dəydiyi ekspert rəyi ilə təsdiq olunur. Ekspert qarşısında zərərin (zədələrin) böyük ölçülü texnikaların istifadəsi nəticəsində yaranıb yaranmaması barədə qoyulmuş suala cavab verilməsə də, iddiaçının evinə dəyən zərərin ekskavator sürücüsü Qahir Islamov fəaliyyəti və hərəkəti nəticəsində yarandığı barədə qənaətə iş materiallarında olan sübutlarla və işin ümumi halları ilə gəlmək mümkündür. Ekspert rəyində sadalanan zədələrin xarakteri- giriş hissənin divarında aralanmaların olması, pəncərələrinin və ön hissəsinin dam örtüyünün dağıdıldığı, bunun yalnız böyük ölçülü texnikanın müdaxiləsi və təsiri nəticəsində yarana biləcəyi barədə mühakimə yürütməyə əsas verir.

22. Məhkəmə qeyd etmişdir ki, hazırkı işin halları baxımından əsas mübahisəli məqam ekskavator sürücüsünün təqsirindən yaranmış zərərin ödənilməsi ilə bağlı cavabdeh MTK-nın məsuliyyət daşıyıb-daşımaması ilə bağlıdır.

23. Işin hallarından müəyyən edilir ki, sürücü Qahir Islamovla MTK arasında rəsmi qayda xxxx- işəgötürən münasibəti mövcud olmamışdır. Belə ki, MTK ilə fiziki şəxs X7 arasında ##.##.2017-ci il tarixli podrat müqaviləsi bağlanmış, H.Əliyev ilə X1 arasında isə ##.##.2021-ci il tarixli əmək müqaviləsi bağlanmış, sürücü Qahir Islamov podratçı fiziki şəxsin xxxxsi olaraq MTK-nın tikinti ərazisində işə cəlb olunmuşdur.

24. Qanunvericiliyə əsasən hüquqi şəxsin öz xxxxsinin törətdiyi mülki hüquq pozuntusuna və vurduğu zərərə görə təqsirsiz məsuliyyət daşıması mümkündür. Mülki Məcəllənin 1097.3cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz xxxxsinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz xxxxsinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı xxxxsinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, xxxx əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

25. Hazırkı halda MTK və sürücü arasında birbaşa rəsmi xxxx-işəgötürən münasibətinin olmaması, başqa sözlə desək bu münasibətin kağız üzərində rəsmiləşdirilməməsi və sürücünün işəgötürəni qismində podartçı fiziki şəxsin çıxış etməsi MTK-nın sürücünün törətdiyi əmələ görə məsuliyyətini istisna etmir. Əvvəla, Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs də maddənin dispozisiya şərtləri baxımından xxxx hesab edilir, bu şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

26. Adıçəkilən maddənin dispozisiya şərtləri baxımından işəgötürən qismində kimin nəzərdən keçirilə biləcəyi ilə bağlı isə Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının– xxxxnin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.

27. Qeyd edilən şərhdən və işin faktiki hallarından göründüyü kimi, ekskavator sürücüsü mülki-hüquqi müqavilə əsasında MTK-nın tikinti ərazisində fəaliyyətə cəlb olunmuş şəxs olmuş və MTK-nın tapşırığı və təlimatları ilə işlər görməklə MTK-nın mənfəəti üçün çalışmışdır. Bu şərtlər daxilində isə MTK-nın vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmış olur.

28. Işin bu faktiki halı ilə bağlı əlavə olaraq, həmçinin qeyd edilməlidir ki, sürücü Prokurorluğa vermiş olduğu izahatda hadisənin ehtiyatsızlıqdan, irəliləmək üçün ekskavatorun çalovundan istifadə edərkən baş verdiyini bildirsə də işdəki sübutlarla hadisənin ehtiyatsızlıqdan daha çox iş prosesində hansısa göstərişin və ya tapşırığın icrası fonunda baş verdiyini deməyə əsas verir.

29. Dinlənilmiş hər üç şahid bu məzmunlu ifadələr vermiş, tikinti ərazisi və texnikaların gediş-gəliş yolundan ev arasındakı məsafənin ekskavatorun çalovunun təsadüfən evə dəyməsinə şərait yaradacaq məsafədən çox olduğunu, ekskavatorun məqsədli şəkildə evə yaxınlaşdığını bildirmişlər. Bu nüansın araşdırılması məqsədi ilə yerli baxış keçirilmiş, hazırda tikinti ərazisinin hasara alındığı, ev ilə tikinti ərazisi arasında ağac və kolluqlardan ibarət boş sahə olduğu, evin zərər görmüş hissəsinin qarşısında olan həmin sahənin hər hansı texnikanın işlədiyi ərazi və ya yol olmadığı, ərazi ilə kifayət qədər ara məsafəsinin olduğu müşahidə edilmişdir.

30. Digər tərəfdən, yuxarıda da qeyd edildiyi kimi ekspert rəyində sadalanmış zədələrin xarakteri də bu zədələrin ekskavatorun çalovunun bir dəfə, təsadüfən dəyməsi nəticəsində yarana bilməsini istisna edir.

31. Bundan əlavə, şahid ifadələri ilə hadisə zamanı evdən qadın səsi eşidildiyi ifadə edilmişdir. Bu da iddiaçının qızı Nüşabə Məmmədyarovanın hadisə vaxtı evdə olması və ona fiziki zərər yetirilməsi ilə bağlı dəlillərini dəstəkləyir. Bu fakt işdəki digər sübutlarla ##.##.2022-ci il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə qərar və Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının * saylı Bölməsinin ##.##.2022-ci il tarixli, ** nömrəli cavabı ilə isə tam təsdiqini tapır.

32. Cavabdehin etirazının əsas dəlillərindən biri– iddiaçının şikayəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi, MTK-nın əmək təhlükəsizliyi barədə təqsirinin müəyyən edilməməsi barədə dəlillərdir ki, bu dəlillərlə bağlı məhkəmə qeyd etmişdir ki, şəxsin cinayət hüquq müstəvisində məsuliyyətə cəlb edilməməsi mülki hüquq pozuntusuna görə məsuliyyət daşımasının qarşısını alan hal kimi nəzərdən keçirilə bilməz.

33. Zərərin məbləğinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iş materiallarına 2023-cü il tarixli, 6000 manat zərər məbləği müəyyən edilmiş mütəxəssis rəyi əlavə edilsə də, məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizasının nəticələrinə dair təqdim edilmiş hesabatdan görünür ki, evə dəymiş zərərin məbləği 14797 manatdır. Bu hesabat daha yeni olmaqla, cari bazar qiymətlərini əks etdirdiyindən məhkəmə həmin hesabatdakı məbləğə uyğun zərər məbləğinin müəyyənləşdirilməsini daha doğru hesab etmişdir.

34. Iddiaçı, eyni zamanda 5000 manat məbləğdə mənəvi zərərin tutulmasını xahiş etmişdir ki, məhkəmənin tələbi 1000 manat hissədə təmin edərək qeyd etmişdir ki, qarşılaşdığı mülki hüquq pozuntusu nəticəsində iddiaçının mənzil toxunulmazlığı hüququnun pozulduğu, qızının sağlamlığına zərər dəydiyi təsdiq olunduğundan, bunların nəticəsində onun mənəvi sarsıntı keçirməsi, neqativ emosional vəziyyətə düşməsi də mümkün və başa düşüləndir, bunun üçün iddiaçının üzərinə əlavə sübutetmə yükü qoyula bilməz. Işin hallarını, baş vermiş hadisənin işdən görünən tərəflərini, hadisədən müəyyən müddət keçməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mənəvi zərərin kompensasiyası 1000 manat həddində müəyyən edilməlidir.

35. Məhkəmə qeyd etmişdir ki, iddiaçı əlavən çıxmış fayda olaraq 12610 manat məbləğdə pul tutulmasını xahiş etsə də, əldən çıxmış fayda formasında zərərə uğradığının əsasları, zərər məbləğinin özünün hesablanma qaydası və əsasları və barədə hər hansı sübut təqdim etməmişdir ki, bu səbəblə bu hissədə iddia tələbi rədd edilməlidir.

36. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2, 1108.1, 1115-ci; maddələri; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2022-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 88, 106.1, 119.1, 121.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

37. Qətnamədən cavabdeh Cavabdeh MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamənin motiv hissəsindən görünür ki, birinci instansiya məhkəməsi mübahisəni delikt məsuliyyəti, işəgötürənə bənzər məsuliyyət və yüksək təhlükə mənbəyi ilə bağlı hüquqi yanaşmalar fonunda qiymətləndirməyə çalışmış, lakin sübutların qiymətləndirilməsi, səbəbli əlaqənin müəyyən edilməsi, maddi hüquq normalarının tətbiqi və nəticənin əsaslandırılması hissəsində ciddi pozuntulara yol vermişdir. Iş materialarından görünür ki, məhkəmə ##.##.2022-ci il tarixdə ekskavator sürücüsü Qahir Islamovun iddiaçıya məxsus evin dam örtüyünə müdaxilə etməsi barədə prokurorluq materialarına, şahid ifadələrinə, sonradan aparılmış yerli baxışa və ##.##.2025-ci il tarixli ekspert rəyinə istinad etmişdir. Həmin ekspert rəyi ilə fərdi yaşayış evində çatlar, qabarmalar, aralanmalar, dam örtüyünün və pəncərələrin faktiki olaraq mövcud olmaması təsvir edilmiş, qiymətləndirmə hesabatı ilə isə zərərin məbləği 14.797 manat göstərilmişdir. Birinci instansiya məhkəməsi həmin məlumatlar əsasında belə nəticəyə gəlmişdir ki, ekskavator sürücüsünün hərəkəti nəticəsində evə zərər dəymiş, sürücü formal olaraq MTK-nın xxxxsi olmasa da, MTKnın tikinti sahəsində onun maraqları naminə işlədiyi üçün MTK zərərin əvəzini ödəməlidir. Məhkəmə, həmçinin, şahid ifadələrini və yerli baxışı əsas götürərək hadisənin “ehtiyatsızlıqdan daha çox hansısa göstərişin və yatapşırığın icrası fonunda” baş verməsi qənaətinə gəlmiş, daha sonra həmin nəticədən çıxış edərək maddi və mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul etmişdir. Mülki Prosessual Məcələyə görə hər bir tərəf öz tələbinin və ya etirazının əsası kimi istinad etdiyi haları sübut etməlidir; Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verməlidir; qətnamə isə qanuni və əsaslı olmalıdır. Eyni zamanda, apelyasiya instansiyası məhkəməsi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam hüquqlu məhkəmə kimi baxır. Bu baxımdan mübahisələndirilən qətnamə sübutlarla nəticə arasında zəruri məntiqi və hüquqi körpü qurmadığına, ehtimalı sübut səviyyəsinə qaldırdığına və cavabdehin məsuliyyətini natamam faktiki əsaslarla müəyyən etdiyinə görə ləğv edilməlidir. MM-in 1099-cu maddəsi düzgün tətbiq edilməmiş, faktiki işəgötürən münasibəti yetərincə sübut olunmamışdır. Hazırkı işdə birinci instansiya məhkəməsi formal olaraq doğru normaya müraciət etsə də, həmin normanın faktiki tərkib elementlərini tam müəyyən etməmişdir. Məhkəmə yalnız bunu göstərmişdir ki, MTK ilə podrat müqaviləsi, podratçı ilə sürücü arasında əmək müqaviləsi vardır və sürücü MTK-nın tikinti ərazisində fəaliyyətə cəlbolunmuşdur. Lakin bunun özü hələ həmin konkret epizodun MTK-nın tapşırığı, təlimatı və nəzarəti altında başverdiyini sübut etmir. Işdə belə bir hal sübut olunmamışdır ki, məhz ##.##.2022-ci il tarixində, məhz mübahisəli epizod zamanı, sürücü MTKnın konkret göstərişi ilə iddiaçının evinə yaxınlaşmış, həmin sahədə hərəkət etmiş və həmin hərəkət MTK-nın Azərbaycan Respublikası Mülki Məcələsinin 1096.2-ci,1097.1-ci,1099.1 və1099.2 ci maddələri müəyyən edilmiş istehsalat tapşırığının tərkib hissəsi olmuşdur. Beləliklə, MM-in 1099.1 və1099.2-ci maddələrinin tətbiqi üçün zəruri olan funksional bağlılıq tam sübuta yetirilmədən MTK-nın məsuliyyəti qəbul edilmişdir. Yasamal rayon məhkəməsi öz qətnaməsində qeyd edir ki, sürücü Qahir Islamovla MTK arasında rəsmi qaydada xxxxişəgötürən münasibəti mövcud olmamışdır. Belə ki, MTK ilə fiziki şəxs X7 arasında ##.##.2017-ci il tarixli podrat müqaviləsi bağlanmış, H.Əliyev ilə Islamov Qahir arasında isə ##.##.2021-ci il tarixli əmək müqaviləsi bağlanmış, sürücü Qahir Islamov podratçı fiziki şəxsin xxxxsi olaraq MTK-nın tikinti ərazisində işə cəlb olunmuşdur. Qanunvericiliyə əsasən hüquqi şəxsin öz xxxxsinin törətdiyi mülki hüquq pozuntusuna və vurduğu zərərə görə təqsirsiz məsuliyyət daşıması mümkündür. Mülki Məcələnin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz xxxxsinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcələnin 1099.1ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz xxxxsinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (quluq, mənsəb) vəzifələrinin icrası zamanı xxxxsinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcələnin 1099.2-ci maddəsinə müvafiq olaraq, xxxx əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.Göründüyü kimi, məhkəmənin özünün də qeyd etdiyi kimi, sürücü Qahir Islamov ilə MTK arasında hər hansı əmək və ya digər birbaşa hüquqi münasibət mövcud olmamışdır. Əksinə, iş materiaları ilə sübuta yetirilir ki, sözügedən şəxs podratçı fiziki şəxs Hacıbaba Əliyevin xxxxsi olmuş, onunla bağlanmış əmək müqaviləsi əsasında fəaliyyət göstərmiş və məhz podratçının təşkilati-hüquqi nəzarəti altında işə cəlb edilmişdir. Belə olan halda, məhkəmənin sürücü ilə MTK arasında guya mülki-hüquqi münasibətlərin mövcud olması və bu münasibətlərdən irəli gələrək MTK-nın məsuliyyət daşıması barədə gəldiyi nəticə həm işin faktiki halarına, həm də tətbiq edilməli olan hüquq normalarına zidd olmaqla hüquqi cəhətdən əsassız və məntiqsizdir. Belə ki, Mülki Məcələnin 1099.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətin tətbiqi üçün zəruri şərtlərdən biri zərərvuran şəxslə məsuliyyət daşıyan subyekt arasında əmək (quluq, mənsəb) münasibətlərinin mövcudluğu və zərərin məhz həmin münasibətlər çərçivəsində, işəgötürənin nəzarəti və göstərişi altında törədilməsidir. Eyni zamanda, 1099.2-ci maddənin dispozisiyasından da aydın olur ki, mülki-hüquqi müqavilə əsasında fəaliyyət göstərən şəxsin hərəkətlərinə görə sifarxxxxnin məsuliyyət daşıması üçün həmin şəxsin birbaşa sifarxxxxnin tapşırığı ilə və onun işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyətgöstərməsi mütləq şərt kimi çıxış edir. Hazırkı iş üzrə isə məhkəmə bu mühüm hüquqi meyarların heç birini araşdırmadan və qiymətləndirmədən, sadəcə ehtimalara və iddiaçının subyektiv mülahizələrinə əsaslanaraq sürücünün guya MTK-nın göstərişi və nəzarətialtında fəaliyyət göstərdiyi qənaətinə gəlmişdir. Halbuki, iş materialarında belə bir nəzarətin və ya göstərişin mövcudluğunu təsdiq edən hər hansı sübut yoxdur. Bundan əlavə, MTK ilə podratçı arasında bağlanmış podrat müqaviləsinin hüquqi mahiyyəti də nəzərə alınmalıdır. Həmin podrat münasibətlərinin mahiyyətinə görə podratçı işlərin icrasında müstəqil subyekt kimi çıxış edir və öz xxxxlərinin hərəkətlərinə görə müstəqil şəkildə məsuliyyət daşıyır. Bu cür münasibətlərdə sifarxxxx (MTK) yalnız işin nəticəsini qəbul edən tərəf qismində çıxış edir və podratçının xxxxlərinin konkret əməli fəaliyyətinə birbaşa rəhbərlik etmir. Beləliklə, mövcud vəziyyətdə məhkəmə heç bir obyektiv və hüquqi əsas olmadan sürücünün MTK-nın nəzarəti və göstərişi altında fəaliyyət göstərməsi barədə nəticəyə gəlmişdir. Bu isə öz növbəsində iddiaçının “MTK tərəfindən göstəriş verilməsi” barədə sübuta yetirilməmiş iddiasının məhkəmə tərəfindən əsassız olaraq qəbul edilməsidir. Məhkəmə öz qətnaməsində qeyd edir ki, işin faktiki halarından göründüyü kimi, ekskavator sürücüsü mülki hüquqi müqavilə əsasında MTK-nın tikinti ərazisində fəaliyyətə cəlb olunmuş şəxs olmuş və MTK-nın tapşırığı və təlimatları ilə işlər görməklə MTK-nın mənfəəti üçün çalışmışdır. Bu şərtlər daxilində isə MTKnın vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmış olur.Burada söhbət işin hansı faktiki halarından gedir? Qətnamədə bu nəticəyə gəlmək üçün istinad edilən konkret və mötəbər sübutlar göstərilməyib, belə bir qənaətin hansı sübutlar və faktiki halar əsasında formalaşdığı əsaslandırılmayıb. Halbuki, sübutların qiymətləndirilməsi prinsipi tələb edir ki, məhkəmə hər bir nəticəsini iş materialarında mövcud olan sübutlarla əlaqələndirsin və aydınşəkildə göstərsin. Bu baxımdan, məhkəmənin sözügedən nəticəsi deklarativ xarakter daşıyır və əsaslandırılmır. Iş materialarında ekskavator sürücüsünün birbaşa MTK tərəfindən verilmiş hər hansı konkret tapşırıq və ya təlimat əsasında hərəkət etdiyini təsdiq edən nə yazılı, nə də digər sübut mövcuddur. Əksinə, müəyyən edilmişdir ki, sürücü podratçı ilə bağlanmış mülki-hüquqi müqavilə çərçivəsində fəaliyyət göstərmiş və MTK ilə onun arasında birbaşa hüquqi münasibətlər mövcud olmamışdır. MM-in 1108-ci maddəsi qətnamədə istinad gətirilsə də, onun hüquqi rejimi ayrıca əsaslandırılmamışdır. Qətnamədə yüksək təhlükə mənbəyi ilə bağlı MM-in 1108.1-ci maddəsinə istinad olunsa da, məhkəmə məsuliyyəti konkret olaraq bu norma əsasında, yoxsa 1099-cu maddə əsasında qurduğunu aydın şəkildə fərqləndirməmişdir. Halbuki yüksək təhlükə mənbəyi üzrə məsuliyyət üçün həmin mənbəyə mülkiyyət, sahiblik vəya digər qanuni əsasla malik olma halı ayrıca müəyyən edilməlidir. Hazırkı işdə isə ekskavatorun hüquqi sahibi, istifadəçisi, texniki balans mənsubiyyəti və ona hansı hüquqi əsasla kimin sahiblik etdiyi qətnamədə dəqiq müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə bir tərəfdən formal əmək münasibətinin olmamasını qeyd edir, digər tərəfdən isə cavabdehi həm işəgötürənə bənzər məsuliyyət, həm də yüksək təhlükə mənbəyi məntiqi ilə faktiki olaraq məsul sayır. .«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2008-ci il tarixli, * №-li PlenumununQərarıPlenum izahedir ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Mənəvi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi yalnız o halda mümkündür ki, zərərçəkmiş şəxsin fiziki və ya mənəvi sarsıntılar keçirməsi faktı ilə yanaşı, həmin sarsıntıların bilavasitə cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu hərəkət və ya hərəkətsizliklə yaranmış nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə zərərvuran şəxsin təqsiri məhkəmə tərəfindən dəqiq sübutlarla müəyyən edilmiş olsun. Hesab edir ki, iş üzrə maddi zərərin cavabdeh tərəfindən dəyməsi sübut olunmadığından mənəvi zərərlə bağlı hissə də rədd olunmalıdır. Birinci instansiya məhkəməsi mənəvi zərəri onunla əsaslandırmışdır ki, iddiaçının mənzil toxunulmazlığı hüququ pozulmuş, qızının sağlamlığına zərər dəymiş və nəticədə iddiaçının mənəvi sarsıntı keçirməsi anlaşılandır. Xəsarət alan şəxs bilavasitə iddiaçının özü deyil, onun qızıdır; iddiaçının şəxsi mənəvi zərərinin həcmi, intensivliyi və konkret təzahürü isə ayrıca müəyyənləşdirilməmişdir. Birinci instansiya məhkəməsi mənəvi zərər hissəsində qənaətə gələrkən maddi hüququn tətbiqində iki mühüm səhvə yol vermişdir. Birincisi, məhkəmə iddiaçının qızının sağlamlığına zərər dəyməsini iddiaçının öz şəxsi-qeyriəmlak hüququnun pozulması ilə eyniləşdirmişdir. Halbuki iş materialarından görünür ki, tibbi sənədlər və məhkəmə tibbi rəy birbaşa X11 xəsarət almasına aiddir; deməli, bu epizod üzrə şəxsi qeyri-əmlak hüququnun birbaşa daşıyıcısı da məhz həmin şəxsdir, iddiaçı İddiaçı deyil. Qətnamənin özündə də tibbi yardım çağırışının və ekspertiza rəyinin Nüşabə Məmmədyarovaya aid olduğu göstərilir. Bu səbəbdən, qızın bədən toxunulmazlığına və sağlamlığına müdaxilə ilə bağlı mənəvi zərər tələbi üzrə subyektiv hüquq iddiaçıya deyil, bilavasitə zərər çəkmiş şəxsə mənsub ola bilər.Ikincisi, mənəvi zərər tələbi bu işdə əsas delikt iddiasından törəmə xarakter daşıyır və ondan ayrılıqda mövcud ola bilməz. Delikt məsuliyyəti üçün hüquqa zidd əməl, zərər, təqsir və səbəbli əlaqə müəyyən edilməlidir.Hazırkı işdə isə apelyasiya şikayətində ayrıca əsaslandırıldığı kimi, maddi zərərin məhz cavabdeh Cavabdeh MTK tərəfindən vurulması, habelə zərər ilə cavabdehin davranışı arasında birbaşa səbəbli əlaqə sübuta yetirilməmişdir. Belə olan halda, əsas delikt tərkibi formalaşmadığından, həmin deliktdən törədilən mənəvi zərər tələbinin də hüquqi əsası qalmır. Başqa sözlə, cavabdeh tərəfindən vurulmuş maddi zərər sübut olunmayıbsa, həmin cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçının mənəvi sarsıntı keçirdiyi barədə hüquqi nəticə də çıxarıla bilməz. Birinci instansiya məhkəməsi bu zənciri pozaraq əvvəlcə cavabdehin məsuliyyətini ehtimalar əsasında qəbul etmiş, sonra isə həmin ehtimala söykənərək iddiaçının mənəvi zərərini “mümkün və başa düşülən” saymışdır. Halbuki “mümkünlük” və “anlaşıqlılıq” mənəvi zərərin kompensasiyası üçün yetərli hüquqi meyar deyildir. Əvvəlcə cavabdehin konkret hüquqazidd əməli və həmin əməl ilə iddiaçının məhz öz şəxsi qeyri-əmlak hüququnun pozulması arasında birbaşa əlaqə sübuta yetirilməli idi. Qətnamədə isə belə sübut və fərdiləşdirilmiş əsaslandırma yoxdur. Əksinə, məhkəmə iddiaçının qızına aid olan xəsarət epizodunu iddiaçının özünün müstəqil mənəvi zərər hüququ ilə qarışdırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi formal olaraq çoxsaylı sübutlara istinad etsə də, həmin sübutların qarşılıqlı əlaqəsi, sübut gücü və predmetlə bağlılığı baxımından tam, obyektiv və qərəzsiz qiymətləndirmə aparılmamışdır. Qətnamənin motivlərindən görünür ki, məhkəmə sübut olunmuş faktlarla ehtimal xarakterli mülahizələri qarışdırmış, nəticə etibarilə isə ehtimala əsaslanan qənaəti hüquqi nəticəyə çevirmişdir. Bu isə MPM insübutların hərtərəfli və obyektiv qiymətləndirilməsi, eləcə də qətnamənin qanuni və əsaslı olması tələblərinə ziddir.Məhkəmə özü göstərir ki, ekspert qarşısında qoyulmuş “zədələrin böyük ölçülü texnikaların istifadəsi nəticəsində yaranıbyaranmaması” sualına cavab verilməmişdir. Buna baxmayaraq, qətnamədə sonradan “zədələrin xarakterindən” çıxış edilərək onların yalnız böyük ölçülü texnikanın müdaxiləsi ilə yarana bilməsi barədə nəticə formalaşdırılmışdır. Bu isə xüsusi bilik tələb edən texniki məsələdə ekspertin yerinə məhkəmənin özü tərəfindən nəticə verilməsi deməkdir. Məhkəmə sübutu qiymətləndirmək əvəzinə, sübutda olmayan texniki səbəbiyyət nəticəsini özü qurmuşdur. Bu, məhkəmənin sübutu qiymətləndirməsi həddini aşaraq, xüsusi bilik tələb edən texniki məsələ üzrə ekspertin yerinə keçməsi deməkdir. Məhkəmə xüsusi bilik tələb edən texniki səbəbiyyət məsələsində ekspert rəyində mövcud olmayan nəticəni özü formalaşdırmaqla ehtimalı sübut səviyyəsinə qaldırmış, bununla da qətnamənin əsaslandırma qaydasını pozmuşdur. Halbuki texniki səbəb, zədənin yaranma mexanizmi, böyük ölçülü texnikanın təsir imkanları və zədələrin məhz həmin müdaxilə ilə yaranması kimi məsələlər sırf xüsusi bilik predmetidir və məhkəmənin sərbəst mühakiməsi ilə tamamlanması yolverilməzdir. Səbəbli əlaqə lazımi səviyyədə sübuta yetirilməmişdir. Delikt məsuliyyətinin yaranması üçün hüquqa zidd əməl, zərər və zərərlə əməl arasında birbaşa səbəbli əlaqə sübuta yetirilməlidir. Konstitusiya Məhkəməsi Plenumu da açıq şəkildə göstərir ki, zərər məhz törədilmiş hüquqazidd əməl nəticəsində əmələ gəlməlidir. Hazırkı işdə isə məhkəmə zərərin mövcudluğunu sübut edən hal ilə həmin zərərin məhz cavabdehin fəaliyyətindən yarandığını sübut edən halı eyniləşdirmişdir. Ekspert rəyi yalnız baxış zamanı evdə müəyyən qüsur və zədələrin mövcudluğunu təsbit edir; lakin həmin zədələrin hansı vaxtda, hansı şəraitdə, hansı hərəkət nəticəsində və hansı şəxs tərəfindən törədildiyini müəyyən etmir. Cavabdeh olaraq etirazlarında da haqlı olaraq vurğulanmışdır ki,ekspertiza zədələrin yaranma səbəbini, vaxtını, mexanizmini və cavabdehin fəaliyyəti ilə əlaqəsini təsdiq etmir. Birinci instansiya məhkəməsi isə bu boşluğu “işin ümumi halları” anlayışı ilə doldurmuşdur. Lakin “ümumi halar” ifadəsi sübut standartını əvəz etmir. Xüsusən, ekspert səbəbi müəyyən etmədiyi, zədələrin hamısının eyni vaxtda və eyni müdaxilə nəticəsində yarandığını göstərmədiyi halda, səbəbli əlaqə ehtimala deyil, qəti sübutlarla qurulmalı idi. Qətnamədə həmin qəti sübut zənciri mövcud deyildir. Real zərərin mövcudluğu ilə həmin zərərin məhz cavabdehin davranışından doğması eyni şey deyil; məhkəmə bu iki mərhələni qanunsuz şəkildə birləşdirmişdir.2025-ci ildə qeydə alınmış ümumi texniki vəziyyət 2022-ci il hadisəsinin nəticəsi kimi əsassız şəkildə qəbul edilmişdir. Iş materialarından görünür ki, əsas tikinti-texniki baxış və ekspert rəyi ##.##.2025-ci il tarixlidir, hadisə isə ##.##.2022-ci il tarixində baş vermiş sayılır. Yəni arada üç ildən artıq müddət mövcuddur. Ekspert bu müddət ərzində yaranmış, dərinləşmiş və ya sonradan baş vermiş qüsurları ayırmır; sadəcə baxış anındakı ümumi texniki vəziyyəti təsvir edir. Belə olan halda, tavan və divarlardakı çatların, boya qatındakı qabarmaların, giriş hissəsində aralanmaların, pəncərələrin və dam örtüyünün olmamasının hamısının məhz ##.##.2022-ci il hadisəsinin birbaşa nəticəsi kimi qəbul olunması hüquqi baxımdan əsassızdır. Bu nəticə nə ekspertin rəyindən, nə başqa obyektiv texniki sübutdan irəligəlir. Əksinə, cavabdehin etirazında haqlı olaraq qeyd olunmuşdur ki, qiymətləndirmə rəyi yalnız cari anda ehtimal olunan bərpa xərclərini göstərir, zərərin nə vaxt və hansı səbəbdən yarandığını göstərmir. Bu zədələrin hamısının ##.##.2022 hadisəsində yarandığını, sonradan artmadığını, başqa təsirlərdən əmələ gəlmədiyini, baxımsızlıq, hava şəraiti, sonrakı müdaxilələr və köhnəlmə ilə əlaqəli olmadığını müəyyən etmir. Məhkəmə isə sanki 2025-də görünən bütün zədələri 2022 hadisəsinin nəticəsi kimi paket şəklində cavabdehin üzərinə qoyub. Üç ildən artıq müddət sonra qeydə alınmış ümumi texniki qüsurların hamısının bir konkret hadisəyə aid edilməsi sübuta deyil, fərziyyəyə əsaslanır. Məhkəmə bu ciddi zaman fərqini və onun sübut gücünə təsirini təhlil etmədən, 2025ci ilin ümumi texniki vəziyyətini 2022-ci il hadisəsinin nəticəsi kimi cavabdehin üzərinə yükləmişdir. Bu isə maddi zərərin həcmi və tərkibi üzrə nəticəni etibarsız edir. Yerli baxışın nəticələri hadisə tarixindəki faktiki vəziyyəti əks etdirmədiyi halda həledici sübut kimi qəbuledilmişdir. Qətnamədə yerli baxışa istinad edilərək qeyd olunur ki, “hazırda” tikinti ərazisi hasara alınmış, evlə tikinti sahəsi arasında ağac və koluqlardan ibarət boş sahə mövcuddur, həmin sahə texnikanın işlədiyi ərazi və ya yol deyildir və kifayət qədər ara məsafəsi vardır. Məhkəmə bu müşahidələrdən çıxış edərək ekskavatorun təsadüfən dəyməsi versiyasını qəbul etməyib. Lakin yerli baxış hadisə tarixindəki faktiki planlamanı deyil, sonrakı dövrün vəziyyətini əks etdirir. Qətnamənin özündə “hazırda” ifadəsinin işlədilməsi də bunu təsdiq edir. Sonrakı dövrdə dəyişmiş, hasarlanmış və yenidən qurulmuş ərazi vəziyyətindən istifadə etməklə 2022ci il hadisəsinin trayektoriyasını, məsafəsini və mexanizmini müəyyən etmək prosessual baxımdan etibarlı üsul hesab edilə bilməz. Deməli, məhkəmə zaman baxımından uyğun olmayan müşahidəni hadisənin başvermə mexanizmini müəyyən edən əsas sübut kimi qəbul etmiş, bununla da sübutların aidiyyəti və etibarlılığı tələblərini pozmuşdur. Şahid ifadələri ziddiyyətsiz və qəti sübut kimi qəbul edilsə də, onların sübut gücü buna imkan vermir. Iş üzrə dindirilmiş şahidlərin ifadələri eyni sübut çəkisinə malik deyildir. Şahidlərdən biri hadisə anını yox, nəticəni görmüşdür; digəri eşitdiyi məlumat əsasında danışmışdır; üçüncü şahid isə daha detallı təsvir versə də, iddiaçının qızına zərərin birbaşa dəydiyini öz gözləri ilə görmədiyini açıq şəkildə bildirmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu ifadələrdən “məqsədli yaxınlaşma”, “ehtiyatsızlığın istisnası” və hətta “tapşırığın icrası fonu”kimi ağır hüquqi nəticələr çıxarmışdır.Halbuki MPM-ə görə iş üçün əhəmiyyətli olan izahat və ifadələr digər sübutlarla birlikdə yoxlanılmalı və qiymətləndirilməlidir. Şahid ifadələrinin bir hissəsi birbaşa müşahidəyə əsaslanmadığı, bir hissəsi isə yalnız sonrakı vəziyyəti əks etdirdiyi üçün onlar texniki səbəbiyyət, məqsədli hərəkət və konkret göstəriş verilməsi kimi halları təkbaşına sübut edə bilməzdi. Beləliklə, məhkəmə şahid ifadələrinin sübut gücünü həddindən artıq genişləndirmiş ki, bu da onların mötəbərliliyini şübhə altına alır. “Tapşırıq” və ya “göstəriş” barədə nəticə sübuta deyil, qeyri-müəyyən ehtimala əsaslanır. Qətnamədə məhkəmə belə nəticəyə gəlmişdir ki, hadisə “ehtiyatsızlıqdan daha çox iş prosesində hansısa göstərişin və ya tapşırığın icrası fonunda” baş vermişdir. Bu ifadənin özü göstərir ki, məhkəmə konkret müəyyənedilmiş faktı deyil, qeyri-müəyyən ehtimalı əsas götürmüşdür. “Hansısa göstəriş” hüquqi baxımdan müəyyən fakt deyil; nə verən şəxs məlumdur, nə göstərişin məzmunu, nə də onun verilmə qaydası. Iş materialarında cavabdeh MTK tərəfindən konkret göstəriş verildiyini təsdiq edən sənəd, texniki tapşırıq, video,audio, yazışma və ya birbaşa şahid ifadəsi mövcud deyildir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi bu ehtimalı fakt kimi qəbul etmiş və nəticə etibarilə məsuliyyətin dairəsini genişləndirmişdir. Məhkəmə “hansısa tapşırıq” kimi qeyri-müəyyən fərziyyəni hüquqi məsuliyyətin faktiki əsası kimi qəbul etməklə qətnamənin əsaslandırılması standartını ciddi şəkildə pozmuşdur. Bundan başqa, məhkəmə 2023-cü il tarixli 6000 manatlıq rəyi deyil, 2025-ci il tarixli 14.797 manatlıq qiymətləndirməni əsas götürmüş və bunu “daha yeni” olması ilə əsaslandırmışdır. Lakin yeni olması həmin məbləğin mübahisəli hadisədən doğan zərəri daha düzgün göstərdiyini avtomatik sübut etmir. Qiymətləndirmə sənədi ümumi bərpa dəyərini göstərir; amma zədələrin hansı hissəsinin hadisədən əvvəl mövcud olduğu, hansı hissəsinin sonradan yarandığı, hansı hissəsinin təbii köhnəlmə və ya baxımsızlıqla bağlı olduğu ayrılmamışdır.Cavabdehin etirazında haqlı olaraq qeyd olunmuşdur ki, qiymətləndirmə nəticəsində müəyyən olunan məbləğ yalnız hazırkı vəziyyətdə təmir-bərpa üçün ehtimal olunan xərcləri əks etdirir və zərərin cavabdeh tərəfindən vurulduğunu sübut etmir. Birinci instansiya məhkəməsi bu arqumenti hüquqi baxımdan cavablandırmadan, “yeni qiymət” yanaşması ilə maddi zərərin tam məbləğini cavabdehin üzərinə qoymuşdur. Qanunsuz və ya iddiaçıya məxsus olmayan tikili hissəsinə dəymiş zərər barədə cavabdehin arqumenti cavabsız buraxılmışdır. Cavabdeh etirazında açıq göstərmişdir ki, dam örtüyünün artırıldığı hissə iddiaçıya məxsus olmamış, bu barədə xəbərdarlıq verilmişdir və belə olan halda həmin sahəyə dəyən zərər üzrə kompensasiya tələb etmək hüququ da mübahisəlidir. Bu arqument işin predmeti üçün əhəmiyyətli idi; çünki kompensasiya yalnız hüquqi qorunan obyektə vurulmuş zərərə görə tələb oluna bilər. Lakin məhkəmə həmin arqumenti nə təsdiq, nə təkzib etmiş, nə də hüquqi nəticəsini ayrıca qiymətləndirmişdir. Bu,sübutların seçməli araşdırılması və mühüm etirazın cavabsız qoyulması deməkdir. Əgər zərər qanunsuz artırmaya vəya iddiaçının hüququ ilə əhatə olunmayan hissəyə dəymişdirsə, ən azı kompensasiyanın dairəsi və məbləği ayrıca müəyyən edilməli idi. Yuxarıda göstərilənlərdən aydın görünür ki, birinci instansiya məhkəməsi ekspertin cavab vermədiyi texniki məsələ üzrə özü nəticə formalaşdırmış, zərərin mövcudluğu ilə onun məhz cavabdehin fəaliyyətindən irəli gəlməsini eyniləşdirmiş, 2025-ci ildəki ümumi texniki vəziyyəti 2022-ci il hadisəsinin nəticəsi kimi sübutsuz qəbul etmiş, sonrakı dövrə aid yerli baxışı hadisənin başvermə mexanizmini müəyyən edən sübut kimi istifadə etmiş, şahid ifadələrinin real sübut gücünü aşan nəticələr çıxarmış, MM-in 1099 və 1108-ci maddələrinin tətbiqi üçün zəruri faktiki elementləri tam müəyyən etməmiş, cavabdehin mühüm etirazlarını ayrıca hüquqi təhlilə cavablandırmamışdır. Bu qüsurlar MPM-in sübutetmə,sübutların qiymətləndirilməsi və qətnamənin qanuni və əsaslı olması tələblərinin pozuntusunu təşkil edir. Delikt məsuliyyəti üzrə hüquqa zidd əməl, zərər, səbəbli əlaqə və cavabdehin məsuliyyətinin hüquqi əsası tam sübut olunmadan qətnamə qəbul edilmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

40. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkməməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Izahatında qeyd etdi ki, onun evi sökülməmişdən əvvəl də MTK ilə bağlı bir neçə hadisə olmuşdu. MTK-nın onun evinə müdaxilə etmək hüququ yoxdur, onların arasında başqa bir şirkət var. Birinci dəfə iddiaçının evi söküldü, səkkizinci ev söküləndə artıq onların rəhbərlərini həbs etdilər. Onun yaşadığı ərazi Cavabdeh MTK-nın ərazisi deyil. Iddiaçı onlardan dəfələrlə evinə dəymiş zərəri qarşılamaqlarını tələb etmişdir. Cavabdeh MTK-nın həmin ərazini ələ keçirmək niyyəti var idi. Həmin ərazidə nə isə tikməyə, ağac əkməyə belə icazə vermirdilər.

41. Iş üzrə cavabdeh Cavabdeh MTK-ya işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

42. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68. III bənd. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz xxxxsinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı xxxxsinin vurduğu zərərin əvəzini ödəməlidir.

44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

48. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyi və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

50. Iş materiallarının tədqiqi ilə müəyyən olunur ki, ünvan 1 iddiaçı İddiaçı istifadəsində və sahibliyində olmuş, həmin evdə iddiaçı və ailə üzvləri yaşamışlar. Evə dair hüquq müəyyənedici sənədlər təqdim edilməsə də, ev iddiaçı və ailəsi tərəfindən yaşayış sahəsi olaraq mənzil ehtiyaclarını təmini üçün istifadə edilirdi. Cavabdeh MTK tərəfindən isə Bakı şəhəri, Yasamal rayonu, Alatava 1 ünvanında “Melissa Park” adlı yaşayış kompleksi inşa edilmişdir.

51. “Melissa Park” adlı yaşayış kompleksi inşa edilən dövrdə ##.##.2022-ci il tarixdə iddiaçıya məxsus evə cavabdeh MTK-nın tikinti kompleksinin ərazisində fəaliyyət göstərən ekskavator sürücüsü Qahir Islamov tərəfindən müdaxilə edildiyi də iş materialları ilə təsdiqini tapır.

52. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş ##.##.2022-ci il tarixli cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, izahatı alınmış ekskavator sürücüsü Qahir Islamov fəaliyyəti zamanı ekskavatorun çalovunun evin çöl hissəsinin qapı üzərində olan dam örtüyünə dəydiyi barədə izahat vermiş, lakin sonuncu bu hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər də evə ekskavator sürücüsü tərəfindən müdaxilə edildiyini təsdiq etmişlər ki, sürücün öz izahatından fərqli olaraq şahid ifadələri hadisənin ehtiyatsızlıqdan baş vermədiyi yönündə olmuşdur. Iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərardan görünür ki, ilkin araşdırma zamanı izahatı alınan Qahir Islamovun ##.##.2024-cü il tarixdə Sumqayıt şəhər Kimyaçılar qəsəbəsində yerləşən Şüşə zavodunda özünü asaraq intihar etdiyi müəyyən edilmişdir.

53. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyi ilə ünvan 2 ünvanında yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinə baxış zamanı həmin fərdi yaşayış evində zədələrin mövcud olduğu, təqdim edilən fərdi yaşayış evinin tavan və divarlarında çatlar, boya qatında qabarmalar, giriş hissənin divarında aralanmaların mövcud olduğu müəyyən olunmuşdur. Həmçinin baxış zamanı tədqiq olunan fərdi yaşayış evinin giriş hissəsinin pəncərələrinin və ön hissəsinin dam örtüyünün faktiki olaraq mövcud olmadığı dağıdıldığı müəyyən olunmuşdur.

54. Beləliklə iş materialları əsasında iddiaçının yaşadığı mənzilə ekskovator sürücüsu tərəfindən zərər dəydiyi müəyyən edilir.

55. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi ekskavator sürücüsünün MTK-nın rəsmi xxxxsi olmadığını (müstəqil podratçının xxxxsi olduğunu) və hadisənin MTK-nın konkret göstərişi və ya nəzarəti altında baş verdiyini təsdiqləyən sübutların yoxluğunu nəzərə almayaraq MM-in 1099 və 1108-ci maddələrini yanlış tətbiq etmişdir. Şikayətdə həmçinin qeyd olunur ki, 2022-ci ildə baş vermiş hadisə ilə 2025-ci il tarixli ekspert rəyi arasındakı 3 illik zaman fərqi təhlil edilmədən baxış anındakı bütün zədələr əsassız olaraq cavabdehin üzərinə yüklənmiş, məhkəmə ekspertin cavabsız qoyduğu texniki səbəbiyyət məsələsini öz mülahizəsi ilə tamamlayaraq səlahiyyət həddini aşmış və ərazinin dəyişmiş hazırkı vəziyyətinə əsaslanan yerli baxışa, eləcə də fərziyyə xarakterli şahid ifadələrinə qəti sübut gücü vermişdir. Bundan başqa, məhkəmə sağlamlığına zərər dəymiş qızının şəxsi hüququ ilə iddiaçının mənəvi zərər tələbini səhvən eyniləşdirmişdir.

56. Şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, qanuna əsasən hüquqi və ya fiziki şəxs öz xxxxsinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı xxxxsinin vurduğu zərərin əvəzini ödəməlidir.

57. Qanunvericiliyə əsasən hüquqi şəxsin öz xxxxsinin törətdiyi mülki hüquq pozuntusuna və vurduğu zərərə görə təqsirsiz məsuliyyət daşıması mümkündür. Mülki Məcəllənin 1097.3cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz xxxxsinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz xxxxsinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı xxxxsinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, xxxx əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

58. Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs də maddənin dispozisiya şərtləri baxımından xxxx hesab edilir, bu şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli Qərarında şərh olunur ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması– ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi– təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması– qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır;- zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması– zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 60.Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz xxxxsinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz xxxxsinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı xxxxsinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, xxxx əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 61.Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının– xxxxnin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.”

62. Bu baxımdan kollegiya qeyd edir ki, sürücü Q.Islamovla cavabdeh MTK arasında birbaşa əmək müqaviləsinin olmaması MTK-nın delikt məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, mülki-hüquqi müqavilə (podrat) əsasında fəaliyyətə cəlb olunan və başqasının tapşırığı, nəzarəti altında onun mənfəəti üçün çalışan şəxslər də MM-in 1099.2-ci maddəsinin mənasına görə "xxxx" hesab olunur. Ekskavator sürücüsü mülki-hüquqi müqavilə əsasında MTK-nın tikinti ərazisində fəaliyyət göstərdiyi və onun istehsalat maraqlarına xidmət etdiyi üçün MTK faktiki işəgötürən qismində zərərin əvəzini ödəməyə borcludur.

63. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sürücünün birtərəfli ifadəsinin əksinə olaraq, işdəki digər sübutlar (şahid ifadələri və yerli baxış protokolu) hadisənin təsadüfən deyil, iş prosesində "konkret tapşırıq və ya göstərişin icrası fonunda" baş verdiyini tam təsdiq edilir. Belə ki, tikinti sahəsi ilə zərər dəymiş ev arasındakı məsafənin çoxluğu və arada maneələrin (ağac və kolluqların) mövcudluğu digər sübutlarla yanaşı qiymətləndirildikdə texnikanın təsadüfi toxunma ehtimalı tamamilə istisna edən hal kimi qiymətləndirilir.

64. Bu hissədə şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində mülahizələr irəli sürməklə kifayətlənərək dəlillərini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh hadisənin törədilməsindən yerli baxış vaxtınadək keçən müəddət ərzində ərazinin dəyişikliyə uğramasını bildirmiş, lakin konrket olaraq məhkəmənin mövqeyinin əsassızlığını təsdiq edəcək sübutlar təqdim etməmişdir.

65. Eləcə də dəymiş zərərin məbləği ilə bağlı ekspert rəyini mübahisələndirən cavabdeh zərərin sonradan baxımsızlıq və ya köhnəlmə nəticəsində artdığını iddia etsə də, bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, hadisə 2022-ci ildə baş versə də iddiaçıya ödəniş edilməmişdir. Məhkəmə də düzgün olaraq zərərin aradan qaldırılması üçün 2023-cü il tarixdə olan qiymətləri deyil, 2025-ci ildə verilmiş rəyi əsas götürmüşdür. Rəyə əlavə edilmiş foto şəkillərdən, habelə ekspert rəyindən də müəyyən olunur ki, fərdi yaşayış evinin tavan və divarlarında çatlar, boya qatında qabarmalar, giriş hissənin divarında aralanmaların mövcuddur, fərdi yaşayış evinin giriş hissəsinin pəncərələri və ön hissəsinin dam örtüyü dağıdılmışdır.

66. Qeyd edilənlərə əsasən kollegiya da hesab edir ki, məhkəmə tərəfindən təyin edilmiş və cari bazar qiymətlərini əks etdirən daha yeni tarixli (##.##.2025-ci il) ekspertizanın müəyyən etdiyi 14 797 manatlıq real zərər məbləği əsas götürülməlidir.

67. Kollegiya həmçinin qeyd edir ki, baş vermiş delikt nəticəsində iddiaçının mənzil toxunulmazlığı hüququnun pozulması və övladının sağlamlığına yüngül bədən xəsarətlərinin yetirilməsi faktının özü iddiaçının mənəvi zərərə məruz qalmasını sübut edir.

68. Mülki Kollegiya cavabdehin iddiaçının qızının şəxsi hüququ ilə iddiaçının özünün mənəvi zərər tələbinin eyniləşdirilməsinə dair şikayət dəlilini əsassız hesab edir. Belə ki, mənəvi zərər təkcə zərərçəkənin birbaşa özünün fiziki ağrıları ilə məhdudlaşmır, həm də onun yaxın ailə üzvlərinin (övladının) həyat və sağlamlığına qəsd edilməsi nəticəsində keçirdiyi psixi sarsıntıları, daxili iztirabları və mənəvi əzabları əhatə edir. Hazırkı işin hallarına görə, Nüşabə Məmmədyarova iddiaçının doğma övladı və onunla eyni mənzildə yaşayan ailə üzvüdür. Hər bir valideynin öz övladının fiziki toxunulmazlığı və sağlamlığı barədə narahatlıq hissi keçirməsi, xüsusilə də ailənin sığınacağı olan mənzilə ağır texnika ilə hüquqa zidd müdaxilə edilməsi və bu zaman övladının bədən xəsarətləri alması ilə nəticələnən qorxu, həyəcan və stress şəraitində yaşaması mülki hüquq kontekstində müstəqil mənəvi zərər tərkibini yaradır.

69. Digər tərəfdən, cavabdeh tərəfindən törədilmiş delikt nəticəsində iddiaçının təkcə əmlakına ziyan vurulmamış, eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi və Insan Hüquqlarının və X13 haqqında Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan mənzil toxunulmazlığı və şəxsi həyata hörmət hüququ kobud şəkildə pozulmuşdur. Şəxsin öz ailəsi ilə birgə dinc və təhlükəsiz yaşamaq hüququnun bu cür qabaqcıl formada pozulması onun neqativ emosional vəziyyətə düşməsinə və psixoloji diskomfort keçirməsinə birbaşa səbəb olduğundan, mənəvi zərərin mövcudluğu faktı subut olunmuş sayılır və iddiaçının üzərinə bu barədə əlavə sübutetmə yükü qoyula bilməz.

70. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarixli Qərarında qeyd edilir da qeyd edilir ki, HYPERLINK "http://e-qanun.az/framework/46944" \o "Azərbaycan Respublikası Mülki Məcəlləsi"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.

71. Prokurorluqda araşdırma zamanı Nüşabə Məmmədyarova barəsində təyin edilmiş məhkəmə tibbi ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE PA ETTB-nin Yasamal rayon şöbəsindən daxil olmuş ##.##.2022-ci il tarixli, **/*** nömrəli rəydən görünür ki, X11 almış olduğu xəsarətlər: sağ bazunun, hər iki budun və sol dizin sıyrıqları, sağ dizin əzilmiş yarası küt əşyanın təsirindən törənmişlər, törənmə müddəti müayinə olunanın dediyi ##.##.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.

72. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının * saylı Bölməsinin ##.##.2022-ci il tarixli, ** nömrəli cavabından görünür ki, ##.##.2022-ci il tarixdə saat 13:24-də 1-ci Alatava ev 153 ünvanına X11 adına çağırış daxil olmuşdur. Çağırışı * saylı bölmənin həkimi Hüseynova Sevinc yerirnə yetirmiş və həmin xəstəyə hər iki dizin cızılmış sıyrılmış yaraları, sağ budun ön səthinin çoxsaylı sıyrıntıları diaqnoz təyin edilərək müvafiq ilkin tibbi yardım göstərilmişdir.

73. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin kompensasiyası məbləğinin 1000 (bir min) manat həddində müəyyən edilməsi ağlabatanlıq, mütənasiblik və ədalətlilik prinsiplərinə tamamilə uyğundur. Belə ki, bu məbləğ baş vermiş hadisənin törədilmə xarakterinə, cavabdehin hüquqa zidd hərəkətlərinin dərəcəsinə, habelə iddiaçının keçirdiyi ruhi sarsıntıların ağırlığına mütənasib olmaqla, mənəvi iztirabların müəyyən qədər kompensasiya olunması məqsədinə xidmət edir və təmin edilməməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir.

74. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. 75.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar