Məhkəmə qərarları › İş №2(3-6)-2298/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2298/2026

30.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2298/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2, iddiaçı3, iddiaçı4 və iddiaçı1 cavabdehlər cavabdeh2, cavabdeh1 və Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı “miras mənzilə dair şəhadətnamənin, çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Cavabdeh cavabdeh1 iştirakı ilə, Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçılar iddiaçı2, iddiaçı4 və iddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Birinci instansiya məhkəməsində icraat:

1. Iddiaçılar iddiaçı2, iddiaçı3, iddiaçı4 və iddiaçı1 cavabdehlər cavabdeh2, cavabdeh1 və Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı “miras mənzilə dair şəhadətnamənin, çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi (keçmiş Dəmiryol küçəsi), ev 12, mənzil 22 ünvandakı, ümumi sahəsi 54 kv.m olan miras əmlakın cavabdeh cavabdeh2 və cavabdeh1 adına hüquqi qeydiyyata alınmasının, cavabdeh cavabdeh2 və cavabdeh cavabdeh1 cavabdeh ** saylı Notariat Kontoru tərəfindən miras əmlaka dair verilmiş vərəsəlik şəhadətnaməsinin, çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab olunması, mənzilin ataları X12 adına hüquqi qeydiyyatının bərpa olunması, miras əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi, həmin paylara hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırmışdırlar ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi (keçmiş Dəmiryol küçəsi), ev 12, mənzil 22 ünvandakı, ümumi sahəsi 54 kv.m. olan mənzil (miras əmlak) onların məhrum ataları X12 xüsusi mülkiyyətində olan daşınmaz əmlakı olmuş, atalarının vəfatından sonra vərəsələrinə miras qalmışdır. Mərhum atalarının vəfatından sonra 11 vərəsəsi qalmışdır. Həmin əmlaka dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Reyestr Xidməti tərəfindən hüquqi qeydiyyata alınmaqla mərhum atalarına mənzilin onun xüsusi mülkiyyətinə verilməsinə dair ##.##.2021-ci il tarixində Çıxarış verilmişdir. Mərhum ataları X12 ##.##.2017-ci il tarixində hipertyonuya xəstəliyindən vəfat etmişdir. Atalarının vəfatından sonra onlar vərəslər faktiki olaraq mirası qəbul etmişlər, miras payları bölünməsinə dair vərəsəlik işinin açılması üçün notariat kontoruna müraciət etsələr də, sonra sənədləri geri almışlar. Belə ki, faktiki mirası qəbul etdiklərindən və qardaşları cavabdeh2 həmin evdə ailəsi ilə yaşadığından, onlar razılaşmışdırlar ki, cavabdeh2 özünə ev alana kimi həmin mənzildə yaşasın və sonra miras paylarını bölüşsünlər. Bu səbəbdən də vərəslik işinin açılmasını dayandırmışdırlar. Lakin cavabdeh cavabdeh1 və cavabdeh2 onların məlumatları olmadan cavabdeh ** saylı Notariat Kontoruna müraciət edərək vərəslik işi açdırmışlar və miras əmlakı öz aralarında bərabər paylara bölmüşlər. Belə ki, mübahisəli mənzili ilkin olaraq qardaşları cavabdeh cavabdeh1 öz adına rəsmiləşdirmişdir. Sonra digər cavabdeh cavabdeh2 həmin miras paydan payını tələb etmiş və qeyd etdikləri kimi miras kütləsi cavabdehlər arasında bərabər paylara bölüşdürülmüşdür. Hər iki cavabdeh miras payı bölüşdürərkən, digər vərəsələrin olmasa barədə məlumatı ** saylı Notariat ofisindən gizlətmişlər. Cavabdeh ** saylı Notariat ofisi isə öz növbəsində digər vərəsələri olması faktını araşdırmamış, qanunsuz olaraq onların miras paylarını cavabdeh cavabdeh2 və cavabdeh1 arasında bölüşdürmüşdür. Bu fakt onlara yalnız hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında olan cavabdeh cavabdeh2 ilə cavabdeh1 arasında “mənzilə köçürülmə, mənzilin naturada bölünməsi tələbinə dair” mülki iş üzrə məhkəmə mübahisəsi zamanı aşkar olunmuşdur. Belə ki, onlar cavabdeh2 tərəfindən şahid qismində məhkəməyə çağırıldıqda onlara məlum olmuşdur ki, miras əmlak qeyd etdikləri kimi həmin iki cavabdeh vərəslər arasında bölüşdürülüb. Hesab edirlər ki, məhkəmə qaydasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi (keçmiş Dəmiryol küçəsi), ev 12, mənzil 22 ünvandakı, ümumi sahəsi 54 kv.m olan mənzilin cavabdeh cavabdeh2 və cavabdeh1 adına hüquqi qeydiyyata alınmasının, cavabdeh cavabdeh2 və cavabdeh cavabdeh1 miras əmlaka dair verilmiş vərəsəlik şəhadətnaməsinin, çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab olunması, mənzilin ataları X12 adına hüquqi qeydiyyatının bərpa olunması, miras əmlakın vərəsələr arasında bərabər paylara bölünməsi, həmin paylara hüquqlarının tanınması barədə qətnamə qəbul edilməlidir.

3. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Rəşad Qoşqarlı) ilə iddia tələbi təmin edilməmişdir.

4. Iddiaçılar B.Bəhmənov, iddiaçı4, iddiaçı1 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Apellyasiya instansiyasında birinci icraat:

5. Iddiaçılar B.Bəhmənov, iddiaçı4, iddiaçı1 qətnamədən ayrı-ayrılıqda eyni mənzmunlu apellyasiya şikayətləri verərək qeyd etmişlər ki, qətnamə maddi və proessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, iddiaçılar miras əmlakın bir hissəsini qarşılıqlı razılaşma əsasında bölüşdürərək faktiki sahiblənmiş və bununla da mirası bütövlükdə qəbul etmişlər. Buna baxmayaraq, məhkəmə işin bu faktiki hallarına lazımi hüquqi qiymət verməmiş, Azərbaycan Respublikasının Mülki Məcəlləsi-nin 1133.1, 1133.2, 1134.1, 1159.1 və 1159.1.1-ci maddələrini formal olaraq tətbiq etsə də, onları düzgün şərh etməmişdir; halbuki qeyd olunan normalar iddianın təmin olunmasını şərtləndirir və əqdlərin etibarsızlığına əsas verən hal mövcud deyildir. Eyni zamanda, 1243.1, 1243.2 və 1255-ci maddələr düzgün tətbiq olunsa da, işin faktiki hallarına uyğun nəticə çıxarılmamış, 1202.1-ci maddə isə vərəsəlikdən imtina və ya mirasın qəbul edilməməsini təsdiq edən sübutlar olmadığı halda düzgün tətbiq edilməmiş, habelə 1274, 1276 və 1281-ci maddələr tətbiq edilməli olduğu halda məhkəmə tərəfindən nəzərə alınmamışdır. Odur ki, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025ci il tarixli qətnaməsi ilə (hakimlər Akif Isgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Məhəmməd Rüstəmli) Binəqədi Rayon Məhkəməsinin # #### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək və iş üzrə yeni qətnamə çıxarılaraq, Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, *V-* nömrəli və ##.##.2024-cü il tarixli, *V-** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş, ünvan 1 ünvanında yerləşən ** saylı mənzil (Yeni qaydalarla: AZ 1054 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, 58, M1, m3) barədə cavabdehlər cavabdeh2 və cavabdeh1 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazıları və çıxarışlar ləğv edilmiş, mərhum X12 qanun üzrə birinci növbədə vərəsə olan bütün övladlarına mirasdan bərabər pay verilməsinin rəsmiləşdirilməsi, yəni onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi Bakı şəhəri ** saylı notariat ofisinə həvalə olunmuşdur.

7. Kassasiya instansiyasında icraat:

8. Cavabdeh cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələblərinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə (hakimlər X11 (məruzəçi), X2 və X1) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

10. Apellyasiya instansiyasında ikinci icraat: Tərəflərin izahatı:

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətləri ilə razılaşmayaraq təmin edilməmələrini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq da göstərdi ki, mərhum ataları iddiaçıların hər birini sağlığında mənzillə təmin etmişdir və bu mənzilin də məhz evin sonbeşiyi və bu evdə yaşayan övladı kimi məhz ona qalmalı olduğunu bildirmişdir, iddiaçılar da bunu yaxşı bilirdilər, necə deyərlər, rəhmətlik hər kəsin payını ayrılıqda vermişdir, iddiaçıların müddət keçəndən sonra etdikləri bu hərəkətləri sui-istifadədir.

12. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçılar və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Bakı şəhəri ** saylı Notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynov ##.##.2026-cı il tarixli məktublar məhkəməyə müraciət edərək, iş çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

13. Belə olan halda Məhkəmə kollegiyası (bundann sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

14. İ-ЗЖ seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.1958-ci il təvəllüdlü X14 atası X12, anası X15r.

15. İ-ЗЖ seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.1971-ci il təvəllüdlü X13 atası X12, anası X15r.

16. İ-ЗЖ seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.1965-ci il təvəllüdlü X22 atası X12, anası X15r.

17. İ-ЗЖ seriyalı ****** nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.1969-cu il təvəllüdlü cavabdeh2 atası X12, anası X15r.

18. X12 ərizəsinin surətindən görünür ki, onun adına olan mənzili qeydiyyatdan çıxardıb öz oğlu cavabdeh1 adına qeydiyyata dəyişdirilməsini xahiş etmişdir. Buna bütün ailə üzvləri öz razılıqlarını bildirmiş, imzaları ilə təsdiqləmişlər.

19. AZ-II seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ##.##.2017-ci il tarixdə ölmüşdür.

20. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ** saylı mənzil xüsusi mülkiyyət kimi ##.##.2021-ci il tarixdə X12 adına qeydiyyatdan keçmişdir.

21. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ##.##.2024-cü il tarixli arayışından görünür ki, cavabdeh2, X4, X5, X6, X7, cavabdeh1, X8, X9, Bəhrəmova Namirə Kərəm qızı ünvan 1, mənzil 22 ünvanında qeydiyyatdadırlar.

22. cavabdeh3 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2017-ci il tarixdə vəfat etmiş X12 vərəsələri: ünvan 3 ünvanında qeydiyyatda olan cavabdeh1 miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2021 tarixdə X12 verilmiş 001011001529-05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1, mənzil 22 ünvanında yerləşən ümumi sahəsi 54 kv/m olan mənzildən ibarətdir.

23. cavabdeh3 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2017-ci il tarixdə vəfat etmiş X12 vərəsələri: ünvan 1, mənzil 22 ünvanında qeydiyyatda olan cavabdeh2 miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2021 tarixdə X12 verilmiş 001011001529-05101-****** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1, mənzil 22 ünvanında yerləşəm ümumi sahəsi 54 kv/m olan mənzildən ibarətdir.

24. cavabdeh2 cavabdeh3 ünvanladığı ##.##.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmuş, həmin ünvanında yaşamış və ##.##.2017-ci il tarixdə vəfat etmiş X12 miras qalmış əmlakları qəbul etmişdir.

25. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ** saylı mənzil (Yeni qaydalarla: AZ 1054 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, 58, M1, m3) xüsusi mülkiyyət kimi ##.##.2024-cü il tarixdə ½ hissədə cavabdeh1, ##.##.2024-cü il tarixdə ½ hissədə cavabdeh2 adına qeydiyyatdan keçmişdir.

26. Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-2(001)- ****/**** saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı cavabdeh2 cavabdehlər cavabdeh1, Bakı şəhəri ** saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri ** saylı notariat ofisini tərəfindən ##.##.2021-ci il tarixdə verilmiş, reyestrdə 2V-182 nömrə ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ünvan 1, mənzil 22 barədə cavabdeh cavabdeh1 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2023-cü il tarixli, 2(103)- ****/**** saylı qərardadından görünür ki, iddiaçı cavabdeh2 cavabdehlər cavabdeh1, Bakı şəhəri ** saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilmiş, iddiaçı cavabdeh2 cavabdehlər cavabdeh1, Bakı şəhəri ** saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin * saylı Bakı Ərazi Idarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə apellyasiya icraatına xitam verilmişdir.

28. Bakı şəhəri ** saylı Notariat Ofisinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ##.##.2017-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi cavabdeh1 ##.##.2021-ci il tarixdə vərəsəlik işinin açılması üçün Bakı şəhəri ** saylı notariat ofisinə ərizə ilə müraciət etmiş və tərəflərindən vərəsəlik işi açılmışdır. Lakin iddiaçılar: iddiaçı2, iddiaçı4, iddiaçı3 və iddiaçı1 vərəsəliyin qəbulu ilə bağlı ərizə ilə müraciətləri həqiqəti əks etdirmir, yalnız şifahi şəkildə onlara müraciət etmişlər və onlara vərəsələr arasında yaranmış mübahisəni məhkəmə qaydasında həll edilməsi tövsiyyə edilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

30. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

31. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

32. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır

33. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

34. 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

35. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

36. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

37. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

38. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

39. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

40. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

41. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.

42. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

43. 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Tətbiq edilən prosessual hüquq normaları:

45. Mülki Prosessual Məcəllə

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

50. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

51. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

52. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

53. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

55. Maddə 376.2. Işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

56. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

57. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

58. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

59. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

60. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

61. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

63. Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıların apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

64. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

66. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

67. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra Ali Məhkəmənin Mülki kollegiyasının) Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, Məhkəmə həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

68. Apellyasiya instansiya məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Ali Məhkəmənin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında qeyd edilir:

69. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarına əsasən qüvvədən düşsə də, qeyd edilən qərarın mətnində bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və qərar qəbul edilən vaxt məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməli olduğu qeyd edilmişdir.

70. Apellyasiya məhkəməsi hesab etmişdir ki, bu qərar qəbul edilərkən miras mənzilə dair vərəsəlik işi üzrə tərəflər arasında yaranmış məhkəmə mübahisəsi həmin vaxt məhkəmənin icraatında olduğundan qeyd edilən qərar hazırkı mübahisə üzrə tətbiq edilməlidir.

71. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılaşır ki, qeyd edilən qərar hazırkı mübahisə üzrə tətbiq edilə bilməzdi. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar cavabdehlərə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişlər. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarı qəbul edilərkən hazırkı iş məhkəmənin icraatında olmamışdır.

72. Apellyasiya məhkəməsinin qətnaməsində istinad etdiyi mülki mübahisə isə yalnız cavabdehlər arasında olmuş, həmin iş üzrə iddiaçılar tərəf olmamış və qeyd edilən mübahisə üzrə Binəqədi rayon Məhkəməsi tərəfindən ##.##.2023-cü il tarixdə qəbul edilmiş qətnamədən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edildiyindən Bakı Apellyasiya Məhkəməsinin MK-nın ##.##.2023-cü il tarixli *(***)-****/**** saylı qərardadı ilə apellyasiya icraatına xitam verilmişdir.

73. Kollegiya hesab edir ki, əvvəlki mülki mübahisə hazırkı işin tərəfləri arasında olmadığından, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarı qəbul edilən vaxt məhkəmənin icraatında olmadığından apellyasiya instansiyası məhkəməsinin mövqeyi düzgün olmamışdır.

74. Məhkəmə Ali Məhkəmənin göstərişləri ilə razılaşaraq qeyd edir ki, aparılmış araşdırmalarla müəyyən edildiyi kimi B.Dünyamalıyev ərizə ilə onun adına olan mənzili qeydiyyatdan çıxardıb öz oğlu cavabdeh1 adına qeydiyyata dəyişdirilməsini xahiş etmiş, buna da bütün ailə üzvləri öz razılıqlarını bildirmişlər. B.Dünyamalıyevin ölümündən sonra cavabdehlər cavabdeh2 və cavabdeh1 miras qoyanın qanun üzrə birinci dərəcəli vərəsələri olaraq mirası qəbul etmiş, miras əmlakın qəbulu ilə bağlı notariat kontoruna rəsmi müraciət etmişlər və onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Hazırkı iş üzrə iddiaçılar miras qoyanın qanun üzrə birinci dərəcəli digər vərəsələri olaraq, heç biri məcburi payın qəbulu ilə bağlı notariat kontoruna rəsmi müraciət etməmiş, məcburi payın faktiki qəbulu ilə bağlı hər hansı bir hərəkət etməmişlər.

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

76. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.

77. Mülki iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ##.##.2017-ci il tarixdə ölmüşdür.

78. Göründüyü kimi, mirasın açılması ##.##.2017-ci ildə baş vermişdir. Vərəsələrdən cavabdeh1 ##.##.2021-ci il tarixdə mirasın qəbulu və vərəsəlik şəhadətnaməsi verilməsi barədə ərizə ilə Bakı şəhəri ** saylı notariat ofisinə müraciət etmiş və ##.##.2021-ci il tarixdə notarius tərəfindən yalnız ona miras mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən mübahisəli mənzil üzərində cavabdeh1 tam mülkiyyət hüququ qeydə alınmışdır. Iddiaçılar həmin miras əmlakı həmin vaxt qüvvədə olan Qanunun tələblərinə uyğun olaraq nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etməmişdir.

79. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023cü il tarixli qərarına əsasən, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.

80. Göründüyü kimi, Ali Məhkəmə öz qərarında xüsusi olaraq müəyyən etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarı hazırkı mübahisəyə tətbiq edilə bilmir.

81. Beləliklə, müəyyən olur ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 verilmiş vərəsəlik şəhadətnamələri əsaslı olmuşdur və iddia tələbləri əsassızdır, hazırkı vəziyyətdə cavabdehlərin adına verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur.

82. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”.

83. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, qüvvədə olan qanunun tələbinə əsasən, iddiaçılar 6 ay ərzində miras əmlakı nə faktiki, nə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə qəbul etmədiyindən, eləcə də mirasın qəbulu müddətinin uzadılmasına dair ərizə vermədiyindən, rayon məhkəməsi hazırkı iddia tələbini təmin etməməkdə, mahiyyət etibarı ilə haqlı olmuşdur, apellyasiya şikayətləri əsassızdır və təmin edilə bilməz.

84. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

85. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

87. Göstərilənlərə əsasən, Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətlərinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayətlər təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

89. Məhkəmə hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları şikayətləri vermiş iddiaçıların özünə aid edilməlidir.

90. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDI:

Iddiaçılar iddiaçı2, iddiaçı4 və iddiaçı1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumları iddiaçıların özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar