Məhkəmə qərarları › İş №2(3-6)-2323/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2323/2026

09.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2323/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Bank “xxxx” ASC və Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X6 və X10 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, cavabdeh Bank “xxxx” ASC-nin nümayəndəsi X9 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. İddiaçı tərəfindən Bank “xxxx” ASC-yə ünvanlanmış ##.##.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o yaşayış təyinatlı əmlakın tikintisi məqsədilə 36 ay müddətinə 47000 manat kredit ayrılmasını xahiş etmişdir. Həmin tarixli kreditin alınması üçün Sifarişdən görünür ki, İddiaçı 47000 manat məbləğində 36 aylıq, illik 19 faiz dərəcəsi ilə kredit sifarişi qeydə alınmışdır.

2. ##.##.2022-ci il tarixli, DEN-*****-**/**A saylı əsas Kredit müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı ilə Bank “xxxx” ASC-nin “Sənaye” filialı arasında 72 ay müddətinə, illik maksimal faiz dərəcəsi 35% hesablanmaqla kreditin maksimal məbləği 96 000 manat olan kredit ayrılmışdır.

3. ##.##.2024-cü il tarixli, FN-*****-**/**A nömrəli Əlavə Razılaşmanın surətindən müəyyən olunur ki, İddiaçı 54 ay müddətinə, illik 22% hesablanmaqla 51 000 manat məbləğində kredit verilmişdir.

4. ##.##.2022-ci il tarixli, DENGZ-*****-**/**A saylı ipoteka müqaviləsinin surətindən müəyyən olunur ki, X3 məxsus olan ünvan 2 ünvanındakı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.

5. ##.##.2025-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin surətindən müəyyən olunur ki, ipoteka predmeti olan ünvan 2 ünvanındakı fərdi yaşayış evinə tutma yönəldilmişdir. Öhdəlik FN-*****-**/**A saylı müqaviləyə əsasən vaxtında ödənilməmiş 48908.50 manat əsas borc, 1453.66 manat faiz borcu, 175.30 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 48537.46 manat təşkil edir. Həmin icra qeydi ##.##.2025-ci il tarixdə aparılmışdır.

6. Bakı şəhər Binəqədi rayon Icra şöbəsinin böyük icra məmuru X4 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən icra sənədi üzrə X7 və İddiaçı 48537.46 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Bank “xxxx” ASC-nin xeyrinə ödənilməlidir.X5 məxsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka yönəldilməlidir. X7 və İddiaçı icranı 10 gün müddətində könüllü olaraq icra etməsi, edilmədiyi təqdirdə borclu barəsində məcburi icra tədbirlərinin görülməsi qərara alınmışdır.– qərarla bildirişi iddiaçı ##.##.2025-ci il tarixdə imza etməklə əldə etmişdir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-16(001) ***/**** saylı qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə qismən təmin edilmiş, iddiaçı İddiaçı cavabdehlər Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı “cavabdeh2 *İ-**** saylı, ##.##.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi” tələbinə dair *(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, F.Məlikov küçəsində yerləşən *V saylı evin ** saylı 69.53 kv metr sahədən ibarət qeydiyyat nömrəsi 1122141798 olan mənzilin hərraca çıxarılması ilə bağlı əməliyyatların aparılmasının qadağan edilməsi qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin **(***)-***/**** saylı qərardadına əsasən maraqlı şəxs Bank "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-16(001)- ***/**** nömrəli qərardadı ləğv edilsin və İddiaçı müvəqqəti təminat tədbiri barədə ərizəsi rədd edilməsi qərara alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçı cavabdehlər Bank “xxxx” ASC və Bakı şəhəri ** saylı Dövlət Notariat Kontoruna qarşı icra qeydinin ləğv edilməsi barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri ** saylı Notariat ofisində qəbul edilmiş 8i-2126 nörməli, ##.##.2025-ci il tarixli icra qeydinin tam ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ** saylı Notariat ofisində *i-**** nömrəli, ##.##.2025-ci il tarixli icra qeydi üzrə iddiaçıdan və X3 ##.##.2022-ci tarixli DEN-*****- **/**A saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ##.##.2024-cü il tarixli FN- *****-**/**A nömrəli əlavə razılaşmaya və ##.##.2022-ci il tarixli DENGZ-*****-**/**A saylı "Ipoteka" müqaviləsinə əsasən 46908.50 manat əsas borc, 1453.66 manat faiz borcu və 175.30 manat dəbbə pulu olmaqla, cəmi 48537.46 manat pul tutularaq tələbkar Bank"xxxx" ASC nin xeyrinə ödənilməlidir. Borc tələbi üzrə X5 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR F.Məlikov küçəsində yerləşən *V saylı evin ** saylı mənzilinə yönəldilməlidir. Bakı şəhəri ** saylı Notariat ofisinin mübahisələndirilən "Icra qeydi" ilə razı deyil. Mübahisəli tələb üzrə Notariat orqanı icra qeydi çıxara bilməz. Məhkəmənin nəzərinə çatdırır ki, qeyd edilən müqavilə üzrə borc öhdəliyi olsa da, hazırda digər cavabdeh Bank "xxxx" ASC qarşısında gecikdirilmiş borc öhdəliyi yoxdur. Barəsində Icra qeydinin çıxarılmasıdan icra məmuru tərəfindən “qiymətləndiricinin dəvət edilməsi haqqında" ##.##.2025-ci il tarixli qərara əsasən qiymətləndirmə eksperti iddiaçıya zəng etdikdən sonra xəbərdar olmuşdur. Dərhal da bununla bağlı dəqiqləşdirmə aparmaq üçün ##.##.2025-ci il tarixində Ədliyyə Nazirliyinin Binəqədi Rayon Icra Şöbəsində icra məmuruna yaxınlaşaraq barəsində çıxarılmış icra qeydinin surətini götürmüşdür. Icra məmuru tərəfindən ##.##.2025-ci il tarixində "Icraata başlama haqqında" qərar qəbul edilsə də, lakin bu qərardan da xəbərdar olmamışdır, ünvanına rəsmi göndərilməyib, nə də ki "Elektron Icra Informasiya xidməti" vasitəsi ilə iddiaçıya sms bildiriş də daxil olmayıb. Hesab edir ki, barəsində çıxarılan icra qeydi tam qanunsuz və əsassızdır. Notariat orqanı icra qeydi çıxarılmadan öncə tələbin mübahisəsiz olmasına əmin olmalı və icra qeydinin çıxarılması üçün tələbkarın elektron müraciətinə baxarkən qanunun tələbinə əsasən zəruri sənədlərin olub-olmamasını müəyyən etməli idi. Lakin ** saylı Notariat ofisi bu müraciətə formallıqla yanaşmış və tələbin mahiyyətini və faktiki əsaslarını bilmədən qeyri-qanuni icra qeydi çıxarmaqla iddiaçının hüquq və mənafelərini kobud surətdə pozmuşdur. Məhz bu icra qeydi əsasında da barəsində icra tədbirləri görülməkdədir. ## ####### 2022-ci il tarixli DEN- *****-**/**A saylı Əsas Kredit Müqaviləsinin 5.6-cı bəndinə əsasən, bu müqavilə üzrə yaranan bütün mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll ediləcəyi ilə bağlı müqavilə şərtidə müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən Bakı şəhəri ** saylı Notariat ofisində *i-**** nömrəli, ##.##.2025-ci il tarixli icra qeydi qanunsuz və əsassızdır. Əlavə olaraq qeyd edir ki, ##.##.2025-ci il tarixdə “Icra qeydinin ləğvi” haqqında iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etsə də, cavabdeh ** saylı Notariat ofisinin Ədliyyə Nazirliyinin rəsmi portalında hüquqi və faktiki ünvanı ünvan 1rizəsini ərazi aidiyyəti pozulduğu üçün geri qaytarmışlar. Iddianın geri qaytarılması barədə qərardaddan məlumatı olmamışdır.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim – Məmmədova Səidə) iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bank “xxxx” ASC-nin icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişi ##.##.2025-ci il tarixdə göndərmiş, ##.##.2025-ci il tarixdə bildiriş əmlak komitəsində qeydiyyata alınmış, xəbərnamələrdə iddiaçı şəxsən imza etmişdir. Hazırda iddiaçı əvvəlcə icra qeydindən məlumatlı olmamasını bildirsə də sonradan borcun məbləğini, cərimə və faizlərin həddən artıq şişirdilməsini bildirmiş, ekspertizanın təyin edilməsini xahiş etmişdir. Göründüyü kimi hazırki tələb iddiaçının cavabdeh tərəfindən pozulmuş hüquqlarına əsaslanmır, yalnız bank qarşısında olan öhdəliyinin icrasından yayınmaq və ya icra sənədinin icrasını süni yubatmaq məqsədi daşıyır. Sadalanan hallar və münasibətləri tənzimləyən qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Icra haqqında Qanunun 17.1.4, 21.1-ci; Azərbaycan Respublikası Ipoteka Haqqında Qanunun 34, 36.2-ci; “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi; Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi; Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II hissələri və 62-ci maddəsi baxımından “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41 və 76 cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2025-ci il tarixli Plenum Qərarı və Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.2, 77.1, 78.1, 88, 217.4, maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin və Bakı şəhəri ** saylı dövlət notariat kontorunun *i-**** nömrəli, ##.##.2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən iş materiaları üzrə olan sübutları düzgün qiymətləndirməmiş və işə mahiyyəti üzrə düzgün və obyektiv baxmamışdır. Iş üzrə icraatda məhkəmənin çəkişmə prinsipinə formal tələblər əsasında aparılması ilə qənaətlənmişdir. Belə ki, tərəfindən mübahisələndirilən Bakı şəhəri ** saylı Notariat ofisində *i-**** nömrəli, ##.##.2025-ci il tarixli icra qeydinə əsasən ondan və X3 ##.##.2022-ci tarixli DEN-*****-**/**A saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ##.##.2024-cü il tarixli FN-*****-**/**A nömrəli əlavə razılaşmaya və ##.##.2022-ci il tarixli DENGZ-*****-**/**A saylı "Ipoteka"müqaviləsinə əsasən 46908.50 manat əsas borc, 1453.66 manat faiz borcu və 175.30 manat dəbbə pulu olmaqla, cəmi 48537.46 manat pul tutularaq tələbkar Bank"xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borc tələbi üzrə X5 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci MKR F.Məlikov küçəsində yerləşən *V saylı evin ** saylı mənzilinə yönəldilməlidir.Cavabdehlər “xxxx” ASC-yə və ** saylı notariat orqanına qarşı iddia qaldırmaqla işə mahiyyəti üzrə baxan Binəqədi Rayon Məhkəməsindən tərəfindən mübahisələndirilən icra qeydinin qanunsuz və əsassız olma hallarını iddia ərizəsində əsaslandırılmış formada nəzərinə çatdırmışdır, Notariat orqanı icra qeydi çıxarılmadan öncə tələbin mübahisəsiz olmasına əmin olmalı və icra qeydinin çıxarılması üçün tələbkarın elektron müraciətinə baxarkən qanunun tələbinə əsasən zəruri sənədlərin olub-olmamasını müəyyən etməli idi. Lakin ** saylı Notariat ofisi bu müraciətə formalıqla yanaşmış və tələbin mahiyyətini və faktiki əsaslarını bilmədən qeyri-qanuni icra qeydi çıxarmaqla iddiaçının hüquq və mənafelərini kobud surətdə pozmuşdur.Icra qeydinin çıxarılacağı barədə qanunun nəzərdə tutduğu qaydada rəsmi məlumatı olsaydı, təbii ki vaxtında tələbkarın məhz bu bildirişi əsasında tərəfindən əsaslandırılmış formada etiraz edər və müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı mübahisələrin araşdırılması və hüquqi qiymət verilməsi üçün pozulmuş olan hüquq və mənafelərinin bərpası və təmin edilməsi üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etmiş olardı. Lakin işə mahiyyəti üzrə baxan Binəqədi Rayon Məhkəməsi işin hallarını araşdırmadan, iş üzrə olan mülki icraat materiallarına lazımı diqqət yetirmədən, hətta cavabdeh “xxxx” tərəfindən məhkəməyə təqdim edilən xəbərdarlıq (pretenziya) məktubunun tərəfindən rəsmi qaydada qəbul edilməsi ilə bağlı işin ən vacib faktiki məqamını, yəni mövcud poçt qəbzindəki imzaların onlara aid olub-olmaması araşdırmamış, məhkəmə iclasında iştirak edərkən də bu məsələni hakimin nəzərinə dəfələrlə çatdırmışdır ki, bu xəbərdarlıqdan xəbərdar deyil.Tərəfindən işə baxan məhkəməyə ##.##.2026-cı il tarixində ona məxsus “Elektron məhkəmə kabineti” vasitəsi ilə “Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi” və “Azərbaycan Kredit Bürosuna sorğu” göndərilməsi barədə vəsatətlər təqdim edilsə də, işə baxan məhkəmə onun bu vəsatətlərinə vaxtında məhəl qoymamış və ciddi prosessual pozuntuya yol verərək, MPM-nin 78-ci maddəsinin tələbinə əsasən xahiş etdiyi vəsatətə iş üzrə qətnamə qəbul edilən qədər heç bir fikr və mülahizə bildirməmiş, vəsatətin təmin edilibedilməməsi naməlumdur. Digər vəsatətə isə əsaslandırılmadan təmin edilməməsi barədə qərardadı məhz qətnamə qəbul edilən tarixdə, yəni ##.##.2026-cı il tarixində qəbul etmişdir. Sual olunur ki, işə baxan məhkəmə iddiaçı tərəfindən təqdim edilən ##.##.2026-ci il tarixli vəsatətlərə niyə 2 (iki) ay müddətində baxmamışdır. Mülki Prosessual Məcələnin tələbinə əsasən tərəfindən verilən vəsatətlər işin mahiyyəti üzrə baxılaraq həl edilməsinə və işin faktiki halarına aiddir. Məhkəmə əgər onun vəsatətlərinə vaxtında baxaraq təmin etməklə Azərbaycan Kredit Bürosuna sorğu göndərsəydi və sorğu əsasında əldə edilən məlumata əsasən, onun banka mübahisəli kredit müqaviləsi üzrə öhdəliyinin hansı müddətdə pozulmasına aydınlıq gətirilsəydi, bu hal əsasında mötəbər sübut əldə edilə bilərdi ki, onun cavabdeh “xxxx”ASC-yə ##.##.2022-ci tarixli DEN-*****-**/**A saylı əsas kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ##.##.2024-cü il tarixli FN-*****-**/**A nömrəli əlavə razılaşmaya və ##.##.2022-ci il tarixli DENGZ-*****-**/**A saylı "Ipoteka" müqaviləsinə əsasən Mülki Məcəllənin və “Ipoteka haqqında” qanunun tələbinə əsasən 90 (doxsan) gün müddətinə gecikmələrin olub-olmaması müəyyən olunacaqdır. Hansı ki, məhkəmə ümumiyyətlə bu vəsatətə baxmamış və mübahisələndirilən qətnaməsində belə buna münasibət bildirməmişdir. Qanunun tələbi isə iş üzrə iştirak edən tərəflərin məhkəməyə təqdim etdikləri yazılı və şifahi qayda olan vəsatətlərinə hər bir halda münasibət bildirilməli və əgər vəsatət təmin edilməzsə tərəfindən qəbul edilən qərardadda bunu əsaslandırmalıdır. Mülki mühakimə icraatını aparan Binəqədi Rayon Məhkəməsi prosessual tələbləri kobud surətdə pozmuş və işə mahiyyəti üzrə düzgün baxmamışdır. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Işə baxan məhkəmə Mülki məcəllənin bu tələbinin mülki hüquq münasibətinin iştirakçısı olaraq cavabdeh “xxxx” ilə münasibətlər zəmnində riayət edilib edilməməsini müəyyən etməmişdir. Yəni cavabdeh tərəf müqaviləyə vaxtından əvvəl öz mülahizəsinə əsasən bitərəfli qaydada xitam verməklə, borclu tərəf olaraq onu ağır vəziyyətə salmış və bunu öz subyektiv hüququ kimi əsaslandırmağa çalışsa da, qanunun tələbi odur ki, müqavilənin əhəmiyyətli formada pozulması, kreditora dəymiş əhəmiyyətli ziyanla əlaqədardır. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Iddiaçının öhdəlik münasibətlərində vicdanlılıq nümayiş etdirməsi aşkardır. Bunun faktiki əsası odur ki, tərəfindən 2025-ci ilin mart ayının əvvəlindən etibarən müqavilə üzrə göstərilən aylıq ödənişlər vaxtlıvaxtında icra edilmiş və cavabdehi heç bir maddi itkiyə məruz qoymamışdır, tam əksinə hesablanmış cərimə və gecikmə faizlərini belə könüllü ödəyərək, tam vicdanla öhdəliyi icra etməkdə davam etmişdir. Hal-hazırdada cavabdeh “xxxx” qarşısında icra edilməyən heç bir öhdəliyim yoxdur.Borcumu tam olaraq ödəmişəm. Ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi hesab olunur. Qanun bu tələbinə əməl olunub-olunmaması məhkəmə tərəfindən araşdırılmamış və cavabdehin subyektiv mülahizəsinin qanuni olmasına heç bir münasibət bildirilməmişdir.Çünki tərəfindən müqavilə üzrə öhdəlik 90 gün müddətinə gecikdirilməmişdir ki, cavabdehin belə bir subyektiv hüququ yaransın ki, müqaviləni birtərəfli qaydada ləğvini tələb etsin. Mübahisələndirilən məhkəmə qətnaməsində məhkəmə işə baxarkən ədalətlilik nümayiş etdirməmiş, tərəflərin hüquq bərabərliyi təmin edilməmişdir. Binəqədi rayon məhkəməsi tam hüquqlu məhkəmə olaraq, işə mahiyyəti üzrə baxarkən işin nəticəsinə təsir edən subutların əldə edilməsi əvəzinə,tam əksinə olaraq əsaslandırmadan, işə baxıb, iddia tələbinin mahiyyətindən kənara çıxmışdır. Işə baxan məhkəmə iddiaçı tərəfin o olmasına rəğmən, aşkar surətdə onun tərəfindən işin mahiyyəti üzrə baxılaraq, həllində mühüm əhəmiyyət kəsb etməsinə zəmin yaradacaq vəsatətlərini təmin etməmiş və tərəfindən müstəqil olaraq işə baxan məhkəmə təqdim edə bilmədiyi subutların əldə edilməsində ona köməklik göstərilməsindən əsassız olaraq yayınmış və işin faktiki ha ları üçün zərurət kəsb etməyəcəyi qənaətinə gəlmişdir.Cavabdeh ondan şişirdilmiş və müqavilə şərtlərinə uyğun əlavə faiz və cərimə tələb etməsinə rəğmən, məhkəmənin gəldiyi nəticə o olmuşdur ki, ərizəsinə vizual olaraq baxmaqla kifayətlənmiş, iddia ərizəsinə əlavə edilmiş pretenziya məktubuna və maliyyə cədvəlinə diqqət yetirmiş olsaydı iddia tələbinin həcminin iddiaçı tərəfindən düzgün olmadığını aşkar edərdi. Əgər bu halı aşkar etmiş olsaydı, öz təşəbbüsü ilə mühasibatlıq ekspertizasının keçirilməsini həyata keçirərdi.Məhkəmə tərəfindən faktların, haların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Mübahisələndirilən məhkəmə qətnaməsinin əsaslandırma hissəsində məhkəmənin mövqeyi belədir: Beləliklə, iş materialarından müəyyən olunur ki, Bank “xxxx” ASC-nin icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişi ##.##.2025-ci il tarixdə göndərmiş, ##.##.2025-ci il tarixdə bildiriş əmlak komitəsində qeydiyyta alınmış, xəbərnamələrdə iddiaçı şəxsən imza etmişdir. Hazırda iddiaçı əvvəlcə icra qeydindən məlumatlı olmamasnı bildirsə də sonradan borcun məbləğini, cərimə və faizlərin həddən artıq şişirdilməsini bildirmiş, ekspertizanın təyin edilməsini xahiş etmişdir.Göründüyü kimi hazırki tələb iddiaçının cavabdeh tərəfindən pozulmuş hüquqlarına əsaslanmır, yalnız bank qarşısında olan öhdəliyinin icrasından yayınmaq və ya icra sənədinin icrasını süni yubatmaq məqsədi daşıyır. Sadalanan halar və münasibətləri tənzimləyən qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin belə bir qanuni və faktiki mövqeyinin formalaşması işə baxan hakimin şəxsi mülahizəsi əsasındadır. Məhkəmə birmənalı qeyd edir ki, cavabdeh tərəfindən göndərilən bildiriş ona çatdırılmış və hətta məhkəmə cavabdeh tərəfindən təqdim edilən poçt xəbərnaməsindəki, imzalar iddiaçıya aiddir. Bu fikrinin faktiki və hüquqi əsası qeyd edilməlidir.Əgər tərəflərin ifadələri arasından ziddiyyət varsa məhkəmə bunu araşdırmalı və mötəbər subutlar əsasında bu ziddiyyət aradan qaldırılmalıdır. Imzanın ona məxsus olması fikrinə işə baxan hakim necə və hansı müqayisəli tədqiqat nəticəsində gəldiyini qətnamədə göstərmir.Çünki bunu təsdiq edən prezumpsiya yoxdur. Ümumiyyətlə yuxarıda məhkəmənin gəldiyi son mövqe işin hallarına aid deyil, heç bir faktiki və hüquqi əsası yoxdur. Qanunla hakim daxili inamına əsaslana bilər, amma daxili inamda işdə olan iş materialları,subutlar əsasında formalaşmalıdır. Qətnamə hakimin şəxsi mülahizəsinə və mövcud qanunvericiliyin şəxsi hüquqi tövsifinə əsasən qəbul edilməli deyil.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

17. Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında iştirak edən cavabdeh Bank “xxxx” ASC-nin nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, iddiaçının hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair digər bir məhkəmə işi mövcud idi. Həmin mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Iddiaçı özü Banka yaxınlaşaraq borcunu ödəmiş və bank tərəfindən ona təmizlik haqqında kağız verilmişdir. Iddianı əsassız hesab edirlər. hazırda borc mövcud deyil, Onların ##.##.2025-ci il tarixli icra qeydi üzrə başlanılmış işə xitam verilməsi ilə bağlı ##.##.2026-cı il tarixdə Binəqədi rayon icra şöbəsinə ünvanlanmış məktubları var. Çünkü borc şəxsən iddiaçı tərəfindən bağlanmışdır. Ipotekaya qoyulmuş əmlak satılmışdır.

19. Iş üzrə iddiaçı İddiaçı və digər cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəməyə gəlməmiş, iddiaçı gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, cavabdeh isə məhkəmə iclasının onların nümyəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:

20. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Maddə 79. Icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və xüsusi icra məmurlarının icraatına yönəldilməsi üçün tələbkara verildiyi hal istisna olmaqla icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “Icra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmdən saxlanlmalıdır. 26.Işin müəyyən edilmiş halları odur ki, İddiaçı tərəfindən Bank “xxxx” ASC-yə ünvanlanmış ##.##.2022-ci il tarixli ərizənin surətindən görünür ki, o yaşayış təyinatlı əmlakın tikintisi məqsədilə 36 ay müddətinə 47000 manat kredit ayrılmasını xahiş etmişdir. Həmin tarixli kreditin alınması üçün Sifarişdən görünür ki, İddiaçı 47000 manat məbləğində 36 aylıq, illik 19 faiz dərəcəsi ilə kredit sifarişi qeydə alınmışdır.

27. ##.##.2022-ci il tarixli, DEN-*****-**/**A saylı əsas Kredit müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı ilə Bank “xxxx” ASC-nin “Sənaye” filialı arasında 72 ay müddətinə, illik maksimal faiz dərəcəsi 35% hesablanmaqla kreditin maksimal məbləği 96 000 manat olan kredit ayrılmışdır.

28. ##.##.2024-cü il tarixli, FN-*****-**/**A nömrəli Əlavə Razılaşmanın surətindən müəyyən olunur ki, İddiaçı 54 ay müddətinə, illik 22% hesablanmaqla 51 000 manat məbləğində kredit verilmişdir.

29. ##.##.2022-ci il tarixli, DENGZ-*****-**/**A saylı ipoteka müqaviləsinin surətindən müəyyən olunur ki, X3 məxsus olan ünvan 2 ünvanındakı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. 30.##.##.2025-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin surətindən müəyyən olunur ki, ipoteka predmeti olan ünvan 2 ünvanındakı fərdi yaşayış evinə tutma yönəldilmişdir. Öhdəlik FN-*****-**/**A saylı müqaviləyə əsasən vaxtında ödənilməmiş 48908.50 manat əsas borc, 1453.66 manat faiz borcu, 175.30 manat dəbbə pulu olmaqla, cəmi tutulmalı məbləğ 48537.46 manat təşkil edir. Həmin icra qeydi ##.##.2025-ci il tarixdə aparılmışdır.

31. Qeyd olunan icra qeydini mübahisələndirən iddiaçı əvvəlcə icra qeydindən məlumatlı olmamasını bildirsə də sonradan borcun məbləğini, cərimə və faizlərin həddən artıq şişirdilməsini bildirmiş, ekspertizanın təyin edilməsini xahiş etmişdir.

32. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi Bank “xxxx” ASC-nin icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişi ##.##.2025-ci il tarixdə göndərmiş, ##.##.2025-ci il tarixdə bildiriş əmlak komitəsində qeydiyyata alınmış, bildirişlərin ünvan üzrə çatdırılması təsdiq olunur (i.v.64).

33. Borc məbləğinin şişirdilməsi ilə bağlı dəlillər hər hansı bir mötəbər sübutla təsdiq edilmədiyindən kollegiya hesab edir ki, həmin dəlillər mülahizə xarakterli olmaqla məhkəmənin iş üzrə gəldiyi nəticənin ləğvinə səbəb ola bilməz.

34. Cavabdeh Bankın nümayəndəsi məhkəmə kollegiyasının iclasında iddiaçının özünün Banka yaxınlaşaraq borcunu ödədiyini və bank tərəfindən ona təmizlik haqqında kağız verildiyini, hazırda borcun mövcud olmadığını, Bank tərəfindən ##.##.2025-ci il tarixli icra qeydi üzrə başlanılmış işə xitam verilməsi ilə bağlı ##.##.2026-cı il tarixdə Binəqədi rayon icra şöbəsinə məktub ünvanladıqlarını bildirmişdir.

35. Iş materiallarında əlavə edilmiş “xxxx” ASC-nin idarə Heyətinin sədrinin müavini tərəfindən Binqəədi rayon icra şöbəsinə ünvanlanmış ##.##.2026-cı il tarixli, 2026/1394 nörməli məktubdan görünür ki, borclular İddiaçı və X3 48537.46 AZN məbləğində pul vəsaiti tutularaq “xxxx” ASC-yə ödənilməsinə dair Bakı şəhəri ** saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 8i-2126 nörməli icra qeydi üzrə icraata “Icra haqqında” AR Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinin tələblərinə əsasən xitam verilməsi xahiş edilmişdir. 36.Kollegiya hesab edir ki, qeyd edilən hal işin baxılmasına mane olmur. Çünki, məhkəmə icra qeydinin verilməsi zamanı qanunun tələblərinə əməl olunub-olunmamasını yoxlayır.

37. Qeyd edilənlərə əsasən kollegiya iddia tələbinin əsassız olması üzrə birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edir. 38.Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, ödənilmiş rüsum tərəfin özünə aid edilməlidir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar