Məhkəmə qərarları › İş №2(3-6)-2341/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2341/2026

12.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2341/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, cavabdeh3, X1 və cavabdeh1 oğluna qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, cavabdeh3, X1 və cavabdeh1 oğluna qarşı (İbrahimova Gültəkin Murtuza qızı və maraqlı şəxs1 oğlu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) payın naturada ayrılması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadından iddiaçının hüquqi varisi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, cavabdeh3, X1 və cavabdeh1 oğluna qarşı (İbrahimova Gültəkin Murtuza qızı və maraqlı şəxs1 oğlu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, 2(005)- **/**** nömrəli qərardadı ilə (hakim K.Əmirxanova) iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır.

3. İddiaçının hüquqi varisi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmənin ##.##.2022-ci il tarixli qərardadının ləğv edilməsini və işin yenidən məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(005)- **/**** nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır.

5. Qərardad onunla əsaslandırılmışdır ki, Nümayəndə mülki iş üzrə icraatın yenilənməsi üçün əsas olaraq iddiaçı olan mərhum atasının ölümünü göstərmişdir. Halbuki iddia ərizəsi ##.##.2022-ci il tarixli qərardadla baxılmamış saxlanılmış, iddiaçı İddiaçı isə ##.##.2022-ci il tarixdə vəfat etmişdir. İddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas məhz tərəflərin məhkəmədə iştirak etməməsi və iştirak etməməsinin üzrlü səbəbdən olması barədə məlumat verməməsi göstərilmişdir.

6. Daha sonra iddiaçının hüquqi varisi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərardadının ləğvinə dair ərizə ilə yenidən məhkəməyə müraciət etməklə, göstərilən səbəbləri üzrlü hesab edərək ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsi və işin yenidən məhkəmə baxışına təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- **/**** nömrəli qərardadı ilə (M.Əfəndizadə) ərizə təmin edilməmişdir.

8. Qərardad onunla əsaslandırılmışdır ki, Nümayəndə mülki iş üzrə icraatın yenilənməsi üçün əsas olaraq iddiaçının səhhəti ilə bağlı narahatlılıq olduğunu, ambulator şəraitdə həkim nəzarəti altında müalicə aldığı göstərmişdir. Lakin bununla bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda, iddiaçının hüquqi varisi daha öncə də eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmiş və ərizə rədd edilmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

9. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və işin yenidən məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda qeyd olunanlarla razı deyil və aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, qərardad ləğv edilməlidir. Belə ki, qeyd edilən məsələ ilə bağlı məhkəmə tərəfindən ümumiyyətlə heç bir araşdırma aparılmamışdır. İşin faktiki hallarını məhkəmənin nəzərinə çatırır. Bununla bağlı bildirilir ki, iş üzrə iddiaçı İddiaçı ürəyində yaranmış narahatlığa görə məhkəmə proseslərinə gəlib-getmək imkanına malik olmamış, bu səbəbdən sözügedən proseslərdə iştirak etməmişdir. İddiaçı ambulator şəraitdə həkim nəzarəti altında müalicə aldığı üçün iclaslarda iştirak etməyəcəyi barədə məhkəməyə məlumat verə bilməmişdir. Bundan başqa, sözügedən iş üzrə iddiaçının hüquqi varisi Nümayəndə maddi imkansızlığı səbəbindən Bakı şəhərində keçiriləcək proseslərə gəlib-getmək imkanına malik olmamasına görə məhkəmə iclaslarında nümayəndə vasitəsilə təmsil olunmasının təmin edilməsi baxımından, ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə ona dövlət hesabına vəkil təyin edilməsi qərara alınmışdır. Şəxsin dövlət hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin edilərkən onun maddi imkansızlığı nəzərə alınmışdır. Daha öncəki icraatın təzələnməsinə dair ərizələrin təmin edilməməsi barədə məhkəmə qərardadlarında əsaslandırma hissəsində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə istinad edilərək iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməsi hüququ izah edilmişdir, lakin bununla bağlı iddiaçı öz ərizələrində dəfələrlə qeyd etmişdir ki, maddi imkanının aşağı olması səbəbindən yenidən ümumi qaydada məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulan dövlət rüsumunu ödəyə bilməyəcəkdir. Bu səbəbdən o, mövcud iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bu məsələni şəxsin vəkili də ərizəyə baxış iclası zamanı özşifahi nitqində bildirmişdir. Bundan başqa, qərardadda üzrlü səbəblərə dair sübutların təqdim edilmədiyi bildirilsə də, bununla bağlı məhkəmə baxışı zamanı məhkəmə tərəfindən heç bir fikir bildirilməmiş, yalnız məhkəmə qərardadının nəticə hissəsi elan olunmuşdur.

11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

12. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

13. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 259.0.6. İşə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Maddə 260.5. Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

15. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli ** saylı qərarı: Bənd 9.2. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

17. Belə ki, Mülki Prosessual Məcəllənin 260.5-ci maddəsinə görə, məhkəmə iclasına gəlməmiş iddiaçının və ya cavabdehin məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəblərdən baş verməsi haqqında sübut təqdim etməsi tələb olunur.

18. İddiaçının hüquqi varisi atasının müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini, ambulator şəraitdə həkim nəzarəti altında müalicə aldığı göstərsə də, bu barədə məhkəməyə sübut təqdim etməmiş, ərizəçinin dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən ətraflı hüquqi qiymət verilmişdir.

19. Kollegiya həmçinin nəzərə alır ki, iş materiallarında olan ****** nömrəli, ##.##.2015-ci il tarixli etibarnaməyə əsasən Nümayəndə nümayəndə qismində ##.##.2025ci il tarixinədək iddiaçını (atasını) məhkəmədə təmsil etmək, onun prosessual hüquqlarını həyata keçirmək səlahiyyətləri olmuş, lakin nümayəndə qismində bu imkandan istifadə etməmişdir.

20. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli

Fuad Abdıyev

Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar