Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2355/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Firmasının cavabdeh Cavabdeh qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı Firmasının cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı Firması cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh firmanın xeyrinə dəymiş ziyanın əvəzi olaraq 6544 manatın, məhkəməyə ödənilmiş dövlət rüsumunun, cəmi 6644 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
3. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
4. Iddiaçı tərəfindən elektron kabinet vasitəsilə ərizə təqdim edilərək verilən apellyasiya şikayətindən imtina edildiyi bildirilmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Maddə 369.1. Işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
6. Ərizənin məzmunundan göründüyü kimi, iddiaçı mahiyyət etibarı ilə apellyasiya şikayətindən imtina etməsi barədə iradə ifadəsini bildirmişdir. Beləliklə, hazırda iddiaçının apellyasiya şikayəti üzrə mülki işə apellyasiya qaydasında baxılmasının davam etdirilməsi üçün prosessual əsaslar yoxdur.
7. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindən imtina olunması barədə ərizə təmin edilməli, iddiaçı İddiaçı Firmasının cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
8. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı İddiaçı Firmasının cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin. Iddiaçı İddiaçı Firmasının cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: