Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2358/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında baxaraq, m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cəlb olunmaqla) “ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC-nin ##.##.2023- cü il tarixli ümumi yığıncağının qərarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh MMC arasında heç bir əmək münasibətləri olmamış, iddiaçının cavabdeh MMC ilə heç bir əlaqəsi olmamışdır. 2026-cı ilin fevral ayında iddiaçı Xəzər rayon Icra Şöbəsinə dəvət olunmuş və ona tələbin könüllü icrası haqqında bildiriş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin *-**-*-*/*- *******/**** nömrəli, ##.##.2025-ci il tarixli tələbin icraya yönəldilməsi haqqında qərarı təqdim olunmuş, eyni zamanda iddiaçıdan Cavabdeh MMC-nin rəhbəri (qanuni təmsilçisi) kimi yaranmış 89719,34 manat məbləğində vergi borcunun ödənilməsi təlb olunmuşdur. Bundan sonra iddiaçı X1” MMC-nin rəhbəri olması barədə sənədlərin ona təqdim olunması üçün Dövlət Vergi Xidmətinə müraciət etmiş, ona kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizənin, kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizənin davamının, seriya BÖO ****** nömrəli kassa mədaxil orderinin qəbziin, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin, Cavabdeh MMC-nin ##.##.2023-cü il tarixli ümumi yığıncağının qərarının, yerli investisiyalı mhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyat ərizələrinin və X1” MMC-nin nizamnaməsinin təsdiq edilmiş surətləri təqdim olunmuşdur. Təqdim edilən sənədlərdən məlum oldmuşdur ki, cavabdeh Cavabdeh MMC X2 tərəfindən təsis edilmiş, MMC-nin ##.##.2023-cü il tarixli ümumi yığıncağının qərarına əsasən Cavabdeh MMC-nin rəhbəri dəyişdirilərək iddiaçı İddiaçı təyin edilmiş, həmçinin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət edilməsi, bununla bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarış və digər hazrı sənədlərin götürülməsi qanuni təmsilçi İddiaçı həvalə edilmidir. Bu qərar təsisçşi X2 tərəfindən izalanmışdır. Işin faktiki hallarından görünür ki, iddiaçının şəxsiyyət vəsiqəsinin surəti əldə edilməklə, onunla hər hansı bir əmək müqaviləsi bağlanılmadan, eyni zamanda onun məlumatı və razılığı olmadan saxtakarlığa yol verilərək cavabdeh Cavabdeh MMC-nin ##.##.2023-cü il tarixli ümumi yığıncağının qərarına əsasən Cavabdeh MMC-nin rəhbəri dəyişdirilərək iddiaçı İddiaçı təyin edilmiş, bu sənəd əsasında iddiaçı cavabdeh Cavabdeh MMCnin rəhbəri (qanuni təmsilçisi) kimi müvafiq reyestrdə qeydiyyata alınmışdır. Göstərilən səbəblərlə əsasən, cavabdeh Cavabdeh MMC-nin ##.##.2023-cü il tarixli ümumi yığıncağının qərarı qanuna uyğun qaydada qəbul edilmədiyindən etibarsız hesab edilməlidir. Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Iddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul edilməsini barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, rayon məhkəməsi mübahisə predmetinin tərəflərin bağlı olduqları bir kommersiya hüquqi şəxsin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gələn korporativ mübahisə olmasını hesab etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə iddianın əsaslarını düzgün qiymətləndirməmişdir. Iddianın əsasları isə ondan ibarətdir ki, hansısa bir üsulla iddiaçının şəxsiyyət vəsiqəsinin surəti əldə edilməklə onun məlumatı olmadan guya cavabdeh MMC tərəfindən ümumi yığıncaq keçirilmiş və bu yığıncağın qərarı əsasında iddiaçının cavabdeh MMC-nin rəhbəri (qanuni təmsilçisi) təyin edilmişdir. Iddiaçının cavabdeh MMC-lə hər hansı bir hüquqi əsaslı bağlantısı mövcud olmamış və hazırda da mövcud deyil. Cavabdehin MMC-nin (və ya onun təsisçisinin) bu hərəkətində cinayət xarakterli əməl movcüddur ki, bu mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən və ya kommersiya hüquqi şəxsin korporativ münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilməsi mümkün deyil. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti mümkün hesab edilmişdir. Hazırda Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayət qeyri-mümkün hesab olunmalıdır. Belə ki, MPM-in tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. (Maddə 366.1, 366.2, 366.3.) Istinad olunan normanın mahiyyətindən da bəlli olur ki, hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş ədalət mühakiməsinin səmərəliliyi, hüquqi müəyyənlik və prosessual qənaət prinsipi də bunu tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Hazırkı halda müəyyən olunur ki, işin ümumi və ya kommersiya məhkəməsinə aidiyyətinə dair ixtilaf vardır. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il qərarının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. MPM-in 269.3-cü maddəsinə əsasən, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. Rayon məhkəməsi öz qərardadında da bu maddəyə istinad etsə də, iddiaçının şikayətini baxılması üçün səhvən Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından verilmiş şikayətə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılmalı olduğundan hazırkı vəziyyətdə onun şikayətinə baxılması mümkün deyil, bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iddiaçının şikayəti qeyri-mümkün hesab edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 366, 397, 400, 402, 405, 406-cı maddələrinin tələbini rəhbər tutaraq q ə r a r a a l d ı: Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin, Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Məhkəmə qərarları › İş №2(3-6)-2358/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2358/2026
16.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver