Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2377/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri * saylı notariat ofisinə, cavabdeh2 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Borc verən “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli ************* nömrəli kredit müqaviləsinə əsasən BOKT tərəfindən İddiaçı illik 59.98 % olmaqla, 04 ay müddətinə ##.##.2025-ci il tarixədək 2.770 manat məbləğində kredit verilmiş, borcalan isə müəyyən edilmiş müddətdə əsas borcu faizi ilə birgə qaytarmağı öhdəsinə götürmüşdür. Sonradan bütün hüquqlar cavabdeh2 keçmişdir. Bakı şəhəri * saylı notariat ofisi tərəfindən borcun ödənilməsi ilə bağlı ##.##.2025-ci il tarixli 8İ-**** reyestr nömrəli icra qeydi verilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, icra qeydinin ləğv edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdehlər Bakı şəhəri * saylı notariat ofisinə, cavabdeh2 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, * saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən aparılmış, reyestrdə 8İ **** nömrəsi ilə qeyd edilmiş, ## ###### 2025-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC Bank Olmayan Kredit Təşkilatından 1.447 manat məbləğində kredit götürmüş, həmin məbləğdən 600 manat hissəsini ödədikdən sonra krediti tam ödəyə bilməmişdir. Bundan sonra isə onun borcu cavabdeh cavabdeh2 keçmiş, bu barədə isə ona heç bir məlumat verilməmişdir. Krediti ödəyə bilməməsi ilə əlaqədar ona * saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən ## ###### 2025-ci il tarixli icra qeydi göndərilmiş və həmin icra qeydinə əsasən ondan ümumilikdə 3244,75 manat pul vəsaitinin tutulması təklif edilmişdir. Həmin məbləğin 1755,25 manat hissəsi vaxtında ödənilməmiş kredit kimi, 1489.50 manat hissəsi isə cərimə penya kimi göstərilmişdir. Göründüyü kimi ## ###### 2025-ci il tarixdə icra qeydi kredit ödənişi ilə əlaqədar olmasına baxmayaraq, həmin icra qeydi ilə cərimə penya tutulması da təklif edilmişdir. Bildirmək istəyir ki, o, cəmi 1.447 manat məbləğində kredit götürmüş, həmin kredit məbləğinə cavabdeh cavabdeh2 tərəfindən həddindən artıq faiz hesablanmış, bu azmış kimi həmin məbləğ cərimə də hesablanmışdır. Belə hesab edir ki, cavabdeh cavabdeh2 tərəfindən kredit faizi düzgün hesablanmamış, cərimə məbləği isə tam əsassız hesablanmışdır. Əslində isə ilk əvvəl tələbkar borclulara borcun ödənilməsi barədə bildiriş göndərməli, bundan sonra icra qeydinin verilməsi üçün notariusa müraciət etməli idi. İcra qeydi yalnız mübahisəsiz tutulmalı olan borclar barədə verilə bilər. Əgər borc məbləğini cərimə və faiz təşkil edirsə, artıq bu mübahisə təşkil edir və bu məbləğlərə dair icra qeydi verilə bilməz. Göründüyü kimi tələbkarın tələbi mübahisəli olduğuna görə, yəni borc verilmiş məbləğdən artıq əsas borc məbləği tələb edildiyinə görə notarius həmin borc barədə icra qeydi verə bilməzdi. Qanunun tələbindən də görünür ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə ona tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli idi. Lakin cavabdeh2 ona heç bir bildiriş göndərməmiş, bu baxımdan onun icra qeydini mübahisələndirmək hüququ yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Qanunvericiliyin tələbindən göründüyü kimi tələbkarın tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmək öhdəliyi müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi cavabdeh2 tərəfindən bu tələbə əməl edilmiş, borcalana ##.##.2025-ci il tarixdə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, 20 gün müddətində 3244.75 manat borc ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı, tələb haqqında məhkəməyə müraciətin notariusun icra qeydi aparmasını dayandırmadığı barədə xəbərdarlıq edilmişdir. Bildiriş kuryer vasitəsi ilə göndərilmiş, ##.##.2025-ci il tarixdə “cavab verilmədi” qeydi ilə qaytarılmışdır “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsində qeyd edilir ki, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə qeyd etmişdir ki, iddiaçı icra qeydinin aparılacağı barədə bildirişi aldıqdan sonra heç bir etiraz bildirmədiyi, icra qeydinin aparılmasına səbəb olan tələbi mübahisələndirmədiyi halda, ##.##.2025-ci il tarixdə icra qeydinin ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Notariat haqqında qanunvericiliyə görə tələbkarın üzərinə icra qeydinin aparılacağı barədə bildiriş göndərmək vəzifəsi qoyulmuşdur. Məhkəmə icra qeydinin verilməsinə qədər qanunvericilikdə göstərilən qaydada icra qeydinin aparılacağı barədə bildirişin göndərilməsi və bildirişin alınmasını yoxlayır. Borclu borcun məbləğini icra qeydinin aparılacağı barədə bildirişi aldıqdan sonra mübahisələndirmək imkanına malik olur. Əgər borclunun icra qeydinin aparılacağı barədə bildirişi alması sübut olunmursa o zaman icra qeydinin ləğvi tələbinə məhkəmədə baxılır. Çünki borclu icra qeydinin aparılacağı barədə bildirişi almadığı halda icra qeydi verilirsə, o zaman borclunun hüquqi müdafiə imkanı tükənmiş olur. Bu halda məhkəmə icra qeydinin ləğvi tələbinə baxır. Məhkəmə iclasında iddiaçının özün verdiyi ifadədən məlum olmuşdur ki, ünvan 1 ünvanında yaşayır. Həmin ünvana göndərilmiş bildirişi almaması inandırıcı deyildir. Məhkəmə hesab etmişdir ki, iddiaçının banka olan borcun tələb hüququnun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürülməsindən, icra qeydinin icraya yönəldilməsindən məlumatı olmuşdur. Hazırkı işdə isə iddiaçıya icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş və iddiaçının bildirişi alması sübut olunur. Bildirişi aldıqdan sonra iddiaçı tələbi mübahisələndirə bilərdi. Lakin iddiaçı bildirişi almış və tələbi mübahisələndirməmişdir. Nəticədə notarius tərəfindən icra qeydi verilmişdir. İcra qeydi verildikdən sonra iddiaçı tələbi mübahisələndirir. Belə olan halda məhkəmə hesab etmişdir ki, icra qeydinin ləğvi əsassızdır. Hazırda iddiaçının ümumi kredit borcunun məbləğinin icra qeydi ilə müəyyənləşməsinin mümkün olmaması əsası ilə icra qeydinin ləğv edilməsini tələb etməsi əsassızdır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı İddiaçı barəsində Bakı şəhəri * saylı notariat ofisi tərəfindən borcun ödənilməsi ilə bağlı ##.##.2025-ci il tarixli 8İ-**** reyestr nömrəli icra qeydi verildiyi halda, onun tərəfindən sözügedən icra qeydinin mübahisələndirilməsi müddəti ötürülərək ##.##.2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, borcun əsas məbləği ilə müqayisədə həddindən artıq yüksək olan penya məbləğinin azaldılmasını və gələcəkdə icra zamanı maaşdan tutulma faizinin borclunun maddi vəziyyəti nəzərə alınmaqla 25%-dən artıq müəyyən edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən borcun əsas məbləği ilə (1755.25 manat) penya məbləğinin (1489,50 manat) qeyri-mütənasibliyi nəzərə alınmamış, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən penyaların azaldılması təmin edilməmişdir. Həmçinin, kreditorun borcun artmasına şərait yaratması (Maddi hüquq norması 445.2) faktına hüquqi qiymət verilməmişdir. Həmçinin borcu hissə-hissə ödəməyi təklif etsə də, kredit təşkilatı bundan imtina edərək borcun süni şəkildə artmasına şərait yaratmışdır. Maaşdan 50% tutulma barədə qərar çıxarılıb, amma icra olunmayıb. Maaşdan tutulma olsa, onu yaşayış minimumundan məhrum edir. "İcra haqqında" Qanunun 65-ci maddəsinə görə bu faiz 25%-ə endirilməlidir və buna mütənasib icra pulu (7%) yenidən hesablanmalıdır. Həmçinin 1489.50 manat penya məbləği əhəmiyyətli dərəcədə azaldılmalıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1. (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
“Notariat haqqında” Qanun:
76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın:
162-ci bəndinə əsasən icra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## ######## tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısının:
2. Borclular və onlara tapşırıq verənlər tərəfindən kredit idarələrinin kredit əməliyyatları üzrə ödəniş müddətinin keçirilməsinə yol verilməsi ilə əlaqədar sənədlər. İcra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, borcverən “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli ************* nömrəli kredit müqaviləsinə əsasən BOKT tərəfindən İddiaçı illik 59.98 % olmaqla, 04 ay müddətinə ##.##.2025-ci il tarixədək 2.770 manat məbləğində kredit verilmiş, borcalan isə müəyyən edilmiş müddətdə əsas borcu faizi ilə birgə qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri * saylı notariat ofisi tərəfindən borcun ödənilməsi ilə bağlı ##.##.2025-ci il tarixli 8İ-**** reyestr nömrəli icra qeydi verilmişdir. Məhkəmə Kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, notariusun verdiyi icra qeydindən şikayət verildikdə şikayətin əsasını yalnız icra qeydinin verilməsi prosedurunun pozulması təşkil edir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən tələbkar borclunun olduğu yerin notariat kontoruna (ofisində) müraciət etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən sənədləri və notariusa müraciət etmədən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsi ilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin göndərilməsini təsdiq edən sənədləri təqdim edir, tələb üzrə iddia müddəti keçmədiyi halda notarius icra qeydi aparır. Göründüyü kimi, notariusun vəzifəsi borcun mübahisəsiz olmasını təsdiq edən sənədin təqdim olunmasını yoxlamaqdan ibarətdir və qanunvericilik notariusun üzərinə borcun məbləğinin müəyyən edilməsi ilə bağlı hər hansı vəzifə qoymamışdır. İş materiallarından göründüyü kimi cavabdeh2 tərəfindən bu tələbə əməl edilmiş, borcalana ##.##.2025-ci il tarixdə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, 20 gün müddətində 3244.75 manat borc ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı, tələb haqqında məhkəməyə müraciətin notariusun icra qeydi aparmasını dayandırmadığı barədə xəbərdarlıq edilmişdir. Bildiriş kuryer vasitəsi ilə göndərilmiş, ##.##.2025-ci il tarixdə “cavab verilmədi” qeydi ilə qaytarılmışdır. Bununla belə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə iclasında iddiaçının özünün verdiyi izahatdan məlum olur ki, ünvan 1 ünvanında yaşayır Göründüyü kimi iddiaçının banka olan borcun tələb hüququnun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürülməsindən, icra qeydinin icraya yönəldilməsindən məlumatı olmuşdur. Hazırkı işdə isə iddiaçıya icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş və iddiaçının bildirişi alması sübut olunur. Bununla belə Məhkəmə Kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdehin üzərinə sözügedən bildirişin sifarişli poçt vasitəsilə iddiaçıya göndərilməsi öhdəliyi qoyulmuşdur ki, bu öhdəlik cavabdeh tərəfindən icra edilmişdir. Şərh olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, icra qeydi aparılarkən qanunvericiliyin yuxarıda göstərilən tələbləri pozulmamışdır. Lakin iddiaçının hazırki iş üzrə əsas tələbi iddia ərizəsində “icra qeydinin ləğv edilməsi” kimi göstərilsə də, iddia ərizəsinin məzmununa əsasən iddiaçı mahiyət etibarilə icra qeydini deyil, icra qeydi aparılmış tələbi mübahisələndirir. Belə ki, iddiaçının əsas dəlili ondan ibarətdir ki, icra qeydi əsasında ondan tutulmalı olan borc üzrə dəbbə pulu məbləğləri düzgün hesablanmamışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə görə icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Göründüyü kimi, icra qeydi aparıldıqdan sonra da qanunvericilik borcluya icra qeydi aparılmış tələbi mübahisələndirmək hüququnu verir. Qeyd edildiyi kimi, iddiaçının çatmaq istədiyi hüquqi nəticə kredit müqaviləsi üzrə ondan tutulmalı olan borc məbləğinin düzgün müəyyən edilməsidir. İş materiallarından görünür ki, cavabdeh2 tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025ci il tarixli bildirişin surətindən görünür ki, 20 gün müddətində 3244.75 manat borc ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı, tələb haqqında məhkəməyə müraciətin notariusun icra qeydi aparmasını dayandırmadığı barədə xəbərdarlıq edilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh2 iddiaçıdan öz öhdəliyini əhəmiyyətli dərəcədə pozması səbəbindən müqavilə üzrə yaranmış bütün borcu ##.##.2025-ci il tarixdə göndərilmiş bildirişlə tələb etməklə müqaviləyə xitam vermə niyyətini ifadə edərək, qanunvericiliklə ona verilən hüququndan istifadə etmişdir. Başqa sözlə, tərəflər arasında bağlanmış kredit müqaviləsi həmin tarixdə cavabdeh2 tərəfindən ləğv edilmişdir və icra qeydi ilə tələb edilən borcun tələbi də də məhz həmin bildirişə uyğun olmuşdur. Kollegiya hesab edir ki, icra qeydi üzrə iddiaçıdan tələb edilən dəbbə pulunun məbləği əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və əsas borc məbləğinin təqribən yarısını təşkil edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarında olan ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ##.##.2023-cü il tarixli kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə banka 1447.88 manat əsas, 69.73 manat faiz borcu, 237.64 manat birdəfəlik komissiya borcu, 1489.5 cərimə borcu olmaqla, cəmi 3244.75 manat borcu vardır. İşin hallarını nəzərə alan kollegiya belə qənaətə gəlir ki, icra qeydi üzrə tələb edilən dəbbə pulunun məbləği azaldılaraq 200 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq Məhkəmə Kollegiyası belə nətiəyə gəlir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri * saylı notariat ofisinin ##.##.2025-ci il tarixli 8İ-**** reyestr nömrəli icra qeydində göstərilən dəbbə pulunun məbləği 200 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri * saylı notariat ofisinin ##.##.2025-ci il tarixli 8İ-**** reyestr nömrəli icra qeydində göstərilən dəbbə pulunun məbləği 200 manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, şikayət verilə bilməz.