Məhkəmə qərarları › İş №2(3-6)-238/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-238/2026

09.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-238/2026 09.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh İsmayılova Rəna Ələkbər qızına qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçı vəkili Vəkil İlqar oğlu, cavabdeh İsmayılova Rəna Ələkbər qızının iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. * saylı xxxxnın HMK-nın rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı irsiyyəti ruhi-əsəb xəstəlikləri ilə ağırlaşmayıb. Təhsili 9 sinifdir. Subaydır. Kafedə işləyir. Vaxtaşırı evdə gecələmir. Deməyinə görə psixoaktiv maddələr qəbul edir. İlk dəfə ##.##.2015-ci il tarixdə Bakı şəhər * saylı Kliniki Psixiatriya Xəstəxanasına “Kəskin psixotik hal” diaqnozu ilə yerləşdirilib. ##.##.2015-ci il tarixdə atasının ərizəsi əsasında xəstəxanadan evə yazılıb. Xəstəxanaya yerləşdirilməsinə səbəb kimi bildirilir ki, “evə gec gəldi, atası onu döydü, o da polisə şikayət etdi.” İkinci dəfə ##.##.2016-cı il tarixdən ##.##.2016-cı il tarixədək həmin xəstəxanada müalicədə olub. – “Həkimlərdən şikayət etmişdir ki, niyə onu 1 gün xəstəxanada saxlayıblar.” Professor G.Gəraybəyli tərəfindən baxılıb. Diaqnoz: “Üzvi şəxsiyyət pozuntusu, ifadə olunmuş davranış pozuntuları ilə ifadə olunmuş davranış pozuntuları ilə” ##.##.2017-ci il tarixdə AR SNnin * nömrəli RPX-na göndərilib, lakin qəbuldan imtina edib. ##.##.2019-cu il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin məktubu və * saylı X2 göndərişi əsasında AR SN-nin * nömrəli RPX-na qəbul olub. ##.##.2018-ci il tarixdə anasının ərizəsi əsasında tam müayinə olunmadan evə yazılıb. Əldə olan sənədlərdən – müxtəlif instansiyalara, əsasən də AR DİN-nin 102 xidmətinə, digər hüquq mühafizə orqanlarına, habelə Respublika Rəhbərliyinə telefon vasitəsilə və yazılı şəkildə həqiqətə uyğun olmayan məlumatlar verir, əsassız şikayətlər yazır, iş prosesinin pozulmasına səbəb olur. Xəstəxanaya düşməzdən əvvəl Nəsimi RPİ-nin 7ci PB-də, Bakı şəhəri Prokurorluğunda səs-küy salmış, iş rejimini pozmuşdir. ##.##.2019-cu il tarixdə o həkim məsləhət komissiyası tərəfindən müayinə olunub. HMK-nın baxış zamanı xəstənin psixi vəziyyəti düşüncəsi kobud pozulmayıb. Bələdliyi saxlanılıb. Narahatdır, əsəbidir. Çox sözlüdür, distansiya saxlamır. Uca səslə danışır. Cavabları ətraflıdır. Özünün ruhi xəstə olmadığını deyir. Evə buraxılmasını tələb edir. Hansı hüquq müfahizə orqanlarına və necə müraciət etməsi barədə təfərrüatı ilə danışır, etdiyi şikayətləri əsaslandırmağa çalışır. Əgər evə buraxılmazsa və ona sağlam olması barədə arayış verilməzsə yenidən şikayət edəcəyi ilə hədələyir. Danışdıqca aqressivlik nümayiş etdirir. PAM qəbul etməsini inkar etmir – “Kruqa düşmüşəm deyir”. Yuxarıda göstərilənlərə əsasən onun Komissiya belə qərar gəlmişdir ki, İddiaçı “Üzvi şəxsiyyət pozuntusu, ifadə olunmuş davranış pozuntuları ilə, dekompensasiya halı. Anamnezində PAM qəbulu” diaqnozu aşkar edilir.

2. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Binəqədi rayon Plis İdarəsi 7-ci Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin * nömrəli xxxxna ünvanlanmış ##.##.2019-cu il tarixli **** nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanında yaşayan psixi cəhətdən xəstə olan İddiaçı dəfələrlə, heç bir əsas olmadan psixi pozğunluqdan irəli gələn səbəblərdən müxtəlif instansiyalara, əsasən də Azərbaycan Respublikası DİN-n 102 xidməti-zəng mərkəzinə, həmçinin digər hüquq mühafizə orqanlarına, habelə Respublika rəhbərliyinə telefon vasitəsilə və yazılı şəkildə müraciətlər ünvanlayaraq öz psixi pozğun təxəyyülündə canlandırdığı hadisələr barəsində, həqiqətə uyğun olmayan məlumatlar verməklə barələrində əsası olmayan məlumatlar verdiyi şəxslərin rahatlığını pozmuş və müraciət etdiyi orqanların iş fəaliyyətinə dəfələrlə maneçilik yaradaraq qəbul edilmiş normalardan artıq sayda iş proseslərinin pozulmasına səbəb olmuşdur. Vətəndaş İddiaçı qeyd eidlən əməllərinin qarşısının alınması, gələcəkdə bir daha anoloji hallara yol verməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə onun müvafiq müalicə mərkəzlərinə yerləşdirilməsi üçün bir neçə dəfə müvafiq orqanlara müraciət edilmiş olsa da, bu müxtəlif səbəblərdən mümkün olmamış, sonuncu dəfə vətəndaş İddiaçı barəsində verilmiş sorğuya əsasən * nömrəli Kliniki psixiatriya xəstəxanasından alınmış məktubda sonuncuda “Üzvi şəxsiyyət pozuntusu, ifadə olunmuş davranış pozuntuları ilə” diaqnozu müəyyən olunduğu və bu diaqnoz ilə onun evə yazıldığı göstərilmişdir. Bütün bu qeyd edilənlərlə yanaşı, vətəndaşı İddiaçı əsassız, həqiqətə uyğun olmayan məlumatları əsasında sonuncunun sakini olduğu ünvan üzrə daxil olan məlumatlar Binəqədi RPİ-nin 7-ci PB-nin aidiyyəti əməkdaşlarının iş yükünün lüzumsuz yerə artmasına şərait yaradır və əməkdaşları digər zəruri işlərindən ayıraraq məşğul edir. Bununla belə, İddiaçı barəsində onun valideynləri və onun yaxın qohumları tərəfindən sonuncunun müvafiq müalicə müəssisələrinə yerləşdirilməsi barədə dəfələrlə müraciətlər olunsa da, bu müraciətlər də nəticəsiz qalmışdır. Sonuncu dəfə ##.##.2019-cu il tarixdə də İddiaçı eyni əməllərini təkrar edərək, Bakı şəhər Prokurorluğunda əsassız yerə səs-küy salmaqla qurumun iş prosesini pozmuş və prokurorluq əməkdaşlarının narahatlıq və narazılığına səbəb olmuşdur.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyini Tibbi Yardımın təşkili şöbəsinin müdirinə göndərilmiş məktubdan görünür ki, ##.##.1990-cı il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ##.##.2018-ci il tarixdə, saat 18:25 radələrində Nəsimi rayon 21-ci polis böləmsinin və BŞT və TTYS * saylı yardımçı stansiyasının göndərişi əsasında xəstəxanaya qəbul olunub. Xəstə qəbul olarkən bədənində çoxsaylı göyərmələr aşkarlanıb, akt tərtib olunub. Əldə olan məlumata əsasən o, əvvəllər 2 dəfə * saylı Kliniki Psixiatriya xəstəxanasında müalicədə olub. ##.##.2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatri professor G.Gəraybəylinin məsləhəti olmuş və “Üzvi şəxsiyyət pozuntusu, ifadə olunmuş davranış pozuntuları ilə” diaqnozu təyin olunmuşdur. ##.##.2018-ci il tarixdə 09:30 radələrində xəstənin valideynlərinə telefon onun xəstəxanada olması barədə məlumat verilib. Xəstənin anası qızının stasionar şəraitində müalicə olunmasından qəti imtina etdiyini bildirib. Bu səbəbdən onun ərizəsi əsasında həmçinin xəstənin müalicəyə ehtiyacı olmadığı üçün “Psixiatriya haqqında qanunun” 10.2- ci maddəsinə əsasən ##.##.2018-ci il tarixdə saat 13:30 radələrində xəstə anasının və bacısının müşayiəti ilə evə buraxılıb. Şöbədə olduğu müddətdə xəstəyə güc tətbiq olunmayıb və çarpayıya bağlanılmayıb.

4. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, qətnaməyə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin * nömrəli xxxxnın ərizəsi təmin edilərək İddiaçı psixiatriya stasionarında müayinə və müalicə üçün qeyri-könüllü yerləşdirilməsi qət edilmişdir.

5. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-8312/2019-nörməli, ##.##.2019cu il tarixldi qətnaməsindən görünür ki, qətnaməyə əsasənAzərbaycan Respublikasının Səhiyyə Nazirliyinin * nömrəli xxxxnın ərizəsi təmin edilərək İddiaçı psixiatriya stasionarında müayinə və müalicə üçün qeyri-könüllü yerləşdirilməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən İddiaçı tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2019cu il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən verilən şikayəti təmin edilməmiş və qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

7. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-3811/2024 nörməli, ##.##.2024-cü il tarixldi qətnaməsindən görünür ki, qətnaməyə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” Publik hüquqi şəxsin ərizəsi təmin edilərək İddiaçı “xxxx” Publik hüquqi şəxsinin psixiatriya stasionarında müayinə və müalicə üçün qeyri-könüllü yerləşdirilməsi qət edilmişdir.

8. * nömrəli klinik psixiatriya xəstəxanası tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, */**** nömrəli məlumata əsasən İddiaçı təyin olunmuş diaqnoz psixi xəstəlik hesab edilmir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin ##.##.2025ci il tarixli, **** nömrəli məlumatı ilə İddiaçı sərhədli şəxsiyyət pozuntusu, uzunmüddətli kompensasiya halı F60.3 diaqonuzu qoyulduğu, Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli, ** nömrəli qərarında göstərilən peşələr istisna olmaqla digər peşələrdə işləyə biləcəyi göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat maddi ziyan, mənəvi ziyanın əvəzi olaraq 15000 manat olmaqla, ümumilikdə 25000 manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 11.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hələ 2015-ci il tarixdə evdə atası X1 ilə yaranan münaqişədə onu döydüyü üçün Binəqədi Rayon 7-ci Polis Bölməsinə müraciət etmişdir. Buna baxmayaraq, sonradan həmin polis bölməsinin işçiləri tərəfindən və X2 Stansiyasının göndərişi ilə o məcburi qaydada ##.##.2015-ci il tarixdə * nömrəli Kliniki Psixiatriya Xəstəxanasına stasionar müəlicə üçün göndərilmiş, orada 1 gün qaldıqdan sonra atasının ərizəsi ilə evə yazılsa da daha sonra ##.##.2016-cı il tarixdən ##.##.2016-cı il tarixə kimi (8 gün) həmin Xəstəxanada yenidən məcburi qaydada müalicəyə alınmışdır. Lakin * nömrəli Kliniki Psixiatriya Xəstəxanası nəticədə onu psixi xəstə kimi qiymətləndirmədiyinə və onu qəbul etmədiyinə görə sonradan 2017-ci ildə 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən döyülərək və zorakılıqla * saylı Respublika Psixatriya Xəstəxanasına məcburi qaydada aparılmışdır. * saylı xxxxna gətirildiyində onun heç bir psixi xəstəliyi olmamasına və bu barədə hər hansı qanuni qiymətləndirilmə aparılmamasına görə etirazını bildirmişdir. Lakin həmin qurumun qadın şöbəsinin işçiləri onu vəhşicəsinə döyüb alçaldıcı hərəkətlər edərək onu çarpayıya bağlamışlar. Onlar başına və bədəninə çoxsaylı xəsarətlər yetirmişlər, ona naməlum iynələr vuraraq 3 gün o vəziyyətdə ac-susuz saxlayıb, ayaq yoluna belə getməyə icazə verməyərək qeyri-insani münasibət göstərmişlər. * saylı Respublika Psixatriya xəstəxanasının qadın şöbəsinin müdüri İsmayılova Rəna Ələkbər qızı dəfələrlə bildirmişdir ki, dəli olmasa da onu dəli edəcək və məhkəmə qərarı ilə xəstəxanada saxlanılmağına nail olacaqdır. Sonra isə onu məcburi müalicə şöbəsinə yerləşdirmişlər. Orada Natiq və Qadir adlı həkim işçilər onun əlini-qolunu çarpayıya geyimsiz vəziyyətdə bağlayaraq 1 gün o vəziyyətdə saxlamışlar. Qeyriinsani rəftarlarla 1 ay həmin xəstəxanada qaldıqdan sonra o, evə buraxılmışdır. Sonradan 2018- 2023-cü illərdə dəfələrlə * saylı xxxxna məcburi aparılmış, orada yenə qadın şöbəsinin işçiləri tərəfindən işgəncə və zorakılığa məruz qalmışdır. 2023-cü ildə isə Nəsimi rayonu 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən * nömrəli Kliniki Psixatriya Xəstəxanasına aparılan zaman xəstəxanada ona professor B.M.Əsədov tərəfindən baxış keçirilmiş və psixi xəstəliyinin olmaması rəsmi qaydada müəyyən olunmuşdur. Xəstəxananın Baş Həkimi İlqar Əfəndiyevin Səhiyyə Nazirliyi Tibb Xidmətləri şöbəsinin müdiri Fazil Hüseynbeyova ünvanladığı müraciətində barəsində aparılan müayinə və ona təyin olunmuş diaqnozun psixi xəstəlik hesab edilmədiyi vurğulanmışdır. Aparılan müayinənin nəticəsinə və həmin rəsmi müraciətə baxmayaraq, * saylı Respublika Psixatriya Xəstəxanasının qadın şöbəsinin müdiri İsmayılova Rəna Ələkbər qızı yalandan “üzvi şəxsiyyət pozuntusu, ifadəli davranış pozuntuları” diaqnozu ilə qanunsuz və əsassız olaraq, o cümlədən şəxsi toxunulmazlıq hüququnu pozaraq məcburi şəkildə və qeyri-insani rəftarlarla onu dəfələrlə həmin xəstəxanada müalicəyə qəbul edib. O cinayət işinin başlanması haqqında Sabunçu Rayon Prokurorluğuna müraciət etsə də, prokurorluğun ##.##.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Sonuncu dəfə Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən * saylı xxxxnda 2024-cü ilin may-avqust ayı ərzində 3 aylıq məcburi müalicəyə yerləşdirilmiş, xəstəxananın qadın şöbəsinin işçiləri tərəfindən yenidən işgəncələrə məruz qalmışdır. Artıq psixi xəstəxanada qeydiyyatı olduğuna görə və əsassız diaqnozlara görə o heç bir yerdə işə düzələ bilmir. Göründüyü kimi bu hadisələrlə əlaqədar işsiz qaldığına görə ona maddi olaraq da ziyan dəymişdir. Həmçinin qeyri-insani rəftar nəticəsində fiziki və mənəvi izdirablara məruz qalmışdır. Hazırda da İsmayılova Rəna Ələkbər qızı onu məhkəmə qərarı ilə daimi olaraq həmin xəstəxanaya yerləşdirəcəyi ilə hədələyir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (sədrlik edən-Aytəkin Əsədzadə) iddianın təmin edilməməsi qət edilmişdir. 13.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin * nömrəli xxxxnda 2018-2023-cü il tarixlərdə dəfələrlə müalicə almaq üçün qeyri-könüllü yerləşdirilmişdir. İş üzrə cavabdeh Rəna İsmayılova isə həmin xəstəxanada qadın şöbəsinin müdiri vəzifəsində çalışır. Hazırda iddiaçı ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. 14.Məhkəmə mövqeyini əsaslandıraraq qeyd edir ki, iddiaçının tələbinin əsasını ümumən iki əsas təşkil edir ki, bunlardan birinci onun psixi vəziyyətinin sağlam olması, qeyri-könüllü psixatriya stasionarına yerləşdirilməsi üçün əsasların olmamasıdır. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, şəxsin qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilməsində hazırkı iş üzrə cavabdeh Rəna İsmayılovanı məsul tutmaq mümkün deyil. Çünki, şəxsi qeyri-könüllü psixiatriya stasionarına yerləşdirmək hazırda psixiatriya xəstəxanasında şöbə müdiri olan cavabdehin şəxsi iradəsinə bağlı deyil. Məhkəmə bununla bağlı qeyd edir ki, şəxsin qeyrikönüllü psixiatriya stasionarına yerləşdirilməsində hazırkı iş üzrə cavabdeh Rəna İsmayılovanı məsul tutmaq mümkün deyil. Çünki, şəxsi qeyri-könüllü psixiatriya stasionarına yerləşdirmək hazırda psixiatriya xəstəxanasında şöbə müdiri olan cavabdehin şəxsi iradəsinə bağlı deyil. Göründüyü kimi, şəxsin psixiatriya stasionarına yerləşdirmək üçün əsas qeyrikönüllü hospitallaşdırma zamanı məhkəmənin qətnaməsidir. Şəxsdə psixi pozuntunun olması və stasionar şəraitində müayinə və müalicə aparılmasına ehtiyacının olması isə həkim-psixiatr komissiyasının rəyi ilə müəyyən olunur. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya psixiatriya stasionarında qaldığı müddət ərzində şiddət göstərildiyi, fiziki zor tətbiq edildiyi, nəticədə iddiaçının mənəvi zərərə uğradığı qeyd olunur ki, hazırkı işin mövcud sübutları ilə bu halların heç biri öz təsdiqini tapmır. Bu barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin14.2, 14.2.3, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1115-ci; “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 22.1-ci; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2002-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Apellyasiya şikayətinin dəlilləri

16.İddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh İsmayılova Rəna Ələkbər qızı dəfələrlə ona qarşı kobud və zorakı davranışı davranışı ilə onu döymüş, əsassız olaraq ona “üzvü şəxsiyyət pozuntusu, ifadəli davranış pozuntusu” diaqnozu qoymasına görə özünə iş tapa bilməmiş, onu əsassız yerə xəstəxanada müalicəyə cəlb etməsini əsaslandırılmadığından – məhkəmə tərəfindən MPM-in 217-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmədə cavabdeh İsmayılova Rəna Ələkbər qızı dəfələrlə ona qarşı kobud və zorakı davranışı ilə onu döymüş, əsassız olaraq ona “üzvü şəxsiyyət pozuntusu, ifadəli davranış pozuntusu” diaqnozu qoymasına görə özünə iş tapa bilməmiş, onu əsassız yerə xəstəxanada müalicəyə cəlb etmiş nəticədə ona maddi və mənəvi zərər dəymişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil İlqar oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, iddiaçı bildirir ki, o, xəstəxanada qaldığı müddətdə döyülüb və işgəncələrə məruz qalıb. İradəsinə zidd olaraq ona dərmanlar verilib. Həmin dərmanları qəbul etdikdən sonra saçı tökülməyə başlayıb. Bu səbəbdən hesab edir ki, ona dəymiş maddi və mənəvi zərər ödənilməlidir. O, iddiaçının xəstəxanaya nə vaxt qeyri könüllü yerləşdirilməsi ilə bağlı sorğu vermişdi. Məhkəmə qətnamələri ilə ayrı-ayrı vaxtlarda 3 dəfə xəstəxanaya yerləşdirilib. Rəydə iddiaçının barəsində şəxsiyyət pozuntusu olması qeyd edilib. Onun xəstəliyi iddiaçının stasionar müalicəsini tələb etmirdi, onu ambulator şəraitdə də müalicə etmək mümkün idi. İddiaçı psixiatrik qeydiyyatda olduğu üçün işə düzələ bilmir. Döyülmə ilə bağlı tək sübut xəstəxanada olan xəstələrdir. Lakin, həmin şəxslərin şahid kimi ifadələri nə dərəcədə mötəbər sübut kimi qəbul ediləcək. Tək sübutu özünün bəyanatıdır. Başqa sübut yoxdur. Özü bildirir ki, məhkəməyə gəlməkdən qorxur. Çünkü yenidən xəstəxanaya yerləşdiriləcəyini düşünür.

20. Əvvəlki məhkəmə kollegiyasının iclasında cavabdeh İsmayılova Rəna Ələkbər qızı izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, iddiaçı onlardan əvvəl * saylı X13 müalicə olunub. 2015-ci ildə ora qəbul olunub, 1 gün sonra atası tərəfindən aparılıb, 2016-cı ildə yenidən xəstəxanaya yerləşdirilib, 8 gün orada qalıb və ona baş psixiatr tərəfindən üzvi şəxsiyyət pozuntusu diaqnozu qoyulub. 2018-ci ildə * saylı Respublika Xəstəxanasına yerləşdirilib, daxil olarkən bədənində olan xəsarətlər növbətçi həkim tərəfindən qeyd edilib. Anası onu götürməyə gəldikdə ona da göstərilib və bununla bağlı ərizəsi də var. 2 gün sonra onu Sabunçu rayon prokurorluğuna çağırdılar, guya ki, o, onu döymüşəm. Lakin belə bir hal öz təsdiqini tapmadı, belə bir şey olmamışdı. Atasının öz ərizəsi olub, xahiş edib ki, qızını müalicəyə götürək. Onu döyən və incidən olmayıb. Öz-özünü döyüb, üzünü cırıb, saçlarını yolub. 2 il bundan əvvəl əlində bıçaqla Səhiyyə Nazirliyinə gedib. Heç kim əsassız olaraq onu xəstəxanada saxlamayıb. 2023-cü ildə xəstəxanada stasionar müalicədə olub. 9 gün, 46 gün və 54 gün ayrı-ayrı vaxtlarda xəstəxanada olub. * saylı şəhər poliklinikasının göndərişinə əsasən gəlib. Fləşkart təqdim etmək istəyirəm, həmin videogörüntülərə baxış keçirilməsini xahiş edir. Həmin videogörüntülərdən də onun vəziyyəti aşkar görünür.Təcili yardımla gəlirsə, onların həmin xəstəni geri göndərmək ixtiyarı yoxdur. Qəbul şöbəsinə gətirilirlər və sonra şöbəyə yerləşdirilirlər. Bir gün növbətçi olmuşdur, həmin gün gətirilib. Covid-19 pandemiyası olduğu üçün ona dedi ki, xəstəxanada qalmasın. O, isə müalicə olunmaq istədiyini bildirib. Qalan bütün vaxtlarda başqa həkimlər tərəfindən qəbul edilib. Onunla heç kimin qərəzi olmayıb. Dəfələrlə şikayət verilib, lakin öz təsdiqini tapmayıb. O, müalicə həkimidir, şöbə müdiridir. 21.Məhkəmə kollegiyasının iclasında cavabdeh İsmayılova Rəna Ələkbər qızı izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, şəxs ilk dəfə xəstəxanaya qəbul edildikdə, bədənində xəsarətlər var idi. Növbətçi həkim onun bədənində olan xəsarətlərin hər birini qeyd edib. O, ilk dəfə xəstəxanaya qəbul edilərkən o, heç işdə olmamışdır. Anası çağrılıb, anası ərizə yazıb və bildirib ki, xəstənin bədənində olan xəsarətlərlə tanış oldu. İddiaçı şəxsiyyət pozuntusu var və bu da ruhi xəstəliklər qrupuna aiddir. İddiaçı özünü döyən bir insandır. O, Səhiyyə Nazirliyinin qarşısına bıçaqla gedib, səs-küy salıb. Bununla bağlı olan videogörüntüləri məhkəməyə təqdim etmişdir. Şəxsiyyət pozuntusu olan xəstələrdə kompensasiya və dekompensasiya vəziyyətləri olur. Kompensasiya vəziyyətində həmin xəstələr sakitləşirlər. Dekompensasiyada isə aqressiv olurlar. Belə olanda ətrafdakılar üçün də təhlükəli ola bilirlər. Müalicəsi üçün davamlı şəkildə dərman qəbul edilməlidir. Bu xəstəlikdə sağalma olmur. * saylı Xəstəxanada konsultasiyada olub. Həmin konsultasiya olan zaman xəstəliyin kompensasiya dövründə olub.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.2.Mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir. Maddə 1112.Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.”

24. Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 24 ” dekabr 2025-ci il tarixli qərarının 2.5.3-cü bəndində qeyd olunur ki, cinayət mühakimə, inzibati xətalar, mülki, inzibati və digər icraatlar çərçivəsində istənilən şəxsin tutulması, həbsə alınması, barəsində ev dustaqlığı, başqa yerə getməmək və ya polisin nəzarətinə, komandanlığın müşahidəsi altına vermək qismində qətimkan tədbirlərinin tətbiqi, azadlığın məhdudlaşdırılması, azadlıqdan məhrumetmə, intizam xarakterli hərbi hissədə saxlama, əcnəbilərə münasibətdə Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılma cəzalarının, tibbi xarakterli məcburi tədbirlərin, ölkədən çıxışına qadağanın qoyulması, psixiatriya stasionarına məcburi yerləşdirilmə, karantin rejiminin tətbiqi ilə bağlı azad hərəkət etmək hüququnun məhdudlaşdırılması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamağına icazənin verilməməsi, habelə əcnəbilərin öz ölkəsinə qayıtmaq hüququnun məhdudlaşdırılması və s. tədbirlərin müvafiq dövlət orqanları tərəfindən qanunsuz tətbiqi azadlıq hüququnun pozulması hesab olunur.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 27.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının şikayətin dəlilləri üzrə tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını tədqiq edərək, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Belə ki, iddiaçı onun əsassız və qanunsuz olaraq Psixiatriya Xəstəxanasında yerləşdirilməsi, xəstəxananın qadın şöbəsinin işçiləri tərəfindən işgəncələrə məruz qalması, artıq psixi xəstəxanada qeydiyyatı olduğuna görə və əsassız diaqnozlara görə heç bir yerdə işə düzələ bilməməsi ilə əlaqədar ona maddi və mənəvi zərərin ödənilməsini tələb edir.

30. Kollegiya qeyd edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” ## #### 2008-ci il tarixli Qərar və sair).

31. Hazırki işdə iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmır.

32. Belə ki, “Psixiatriya yardımı haqqında” qanunun 22.1-ci maddəsinə əsasən psixiatriya stasionarına yerləşdirmək üçün əsas şəxsdə psixi pozuntunun olması və stasionar şəraitində müayinə və müalicə aparılması haqqında həkim-psixiatrın (həkim-psixiatr komissiyasının) rəyi, qeyri-könüllü hospitallaşdırma zamanı isə məhkəmənin qətnaməsidir.

33. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 2 nörməli Kliniki Psixiatriya Xəstəxanası tərəfindən Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin sorğusuna cavab olaraq ##.##.2017-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, 9-cu mkr, Həmzə Babayev küçəsində yaşayan, ##.##.1990-cı il təvəllüdlü İddiaçı X2 Stansiyasının göndərişinə əsasən “Kəskin psixotik hal” diaqnozu ilə ##.##.2015-ci il tarixə Bakı şəhəri * №-li Kliniki Psixiatriya Xəstəxanasında stasionar müalicəyə qəbul olunmuş və atasının ərizəsinə əsasən ##.##.2015-ci il tarixdə evə yazılmışdır. Təkrarən İddiaçı ##.##.2016-cı il tarixdə X2 Stansiyasının göndərişinə əsasən “Kəskin psixotik hal” diaqnozu ilə Bakı şəhəri * №-li Kliniki Psixiatriya Xəstəxanasında stasionar müalicəyə qəbul olunmuşdur. ##.##.2016-cı il tarixdə AR Səhiyyə Nazirliyinin Baş Psixiatrı professor Gəray Gəraybəylinin məsləhəti olmuş və “Üzvi şəxsiyyət pozuntusu, ifadə olunmu davranış pozuntuntuları ilə” diaqnozu təyin olunmuşdur. ##.##.2016-cı il tarixdə xəstə İddiaçı evə yazılmışdır.

34. AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 2 nörməli Kliniki Psixiatriya Xəstəxanasının AR Səhiyyə Nazirliyi Tibb Xidmətləri Şöbəsinin sorğusuna cavab olaraq ##.##.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı Səhiyyə Nazirliyinə ünvanladığı ərizəsinə baxılmışdır. Nəzərə çatdırılır ki, İddiaçı və bacısı ilə telefon əlaqəsi saxlanıldı. Şikayətləri ətraflı olaraq dinlənildi. Ərizəçiyə qeydiyyatda olduğu sahə poliklinikasından göndəriş alaraq xəstəxanaya müraciət edilməsi tövsiyyə olundu. Nəzərə çatdırılır ki, ##.##.2023-cü il tarixdə İddiaçı X2 Stansiyasının göndərişi ilə * №-li Kliniki Psixiatriya Xəstəxanasına qəbul olunub. Müayinə və müaliyə tədbirləri həyata keçirilib. ##.##.2023-cü il tarixdə professor B.M.Əsədov tərəfindən baxış keçirilib. Diaqnoz “Sərhədyanı şəsxiyyət pozuntusu, kompensasiya vəziyyəti”. ##.##.2023-cü il tarixdə ərizəsi ilə evə yazılmışdır.

35. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, qətnaməyə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin * nömrəli xxxxnın ərizəsi təmin edilərək İddiaçı psixiatriya stasionarında müayinə və müalicə üçün qeyri-könüllü yerləşdirilməsi qət edilmişdir.

36. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-8312/2019-nörməli, ##.##.2019cu il tarixldi qətnaməsindən görünür ki, qətnaməyə əsasənAzərbaycan Respublikasının Səhiyyə Nazirliyinin * nömrəli xxxxnın ərizəsi təmin edilərək İddiaçı psixiatriya stasionarında müayinə və müalicə üçün qeyri-könüllü yerləşdirilməsi qət edilmişdir.

37. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən İddiaçı tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2019cu il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən verilən şikayəti təmin edilməmiş və qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

38. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-3811/2024 nörməli, ##.##.2024cü il tarixldi qətnaməsindən görünür ki, qətnaməyə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” Publik hüquqi şəxsin ərizəsi təmin edilərək İddiaçı “xxxx” Publik hüquqi şəxsinin psixiatriya stasionarında müayinə və müalicə üçün qeyri-könüllü yerləşdirilməsi qət edilmişdir.

39. İş materiallarında əlavə edilmiş İddiaçı tərəfindən yazılmış ərizələrin surətindən görünür ki, İddiaçı ərizədə tibb işçiləri və həkim tərəfindən onu döyən təhqir edən olmadığını, bədənində heç bir xəsarət olmadığını qeyd etmişdir.

40. 2-ci qadın Şöbəsinin müdiri İsmayılova Rəna xanıma ünvanlanmış ərizədə qeyd edir ki, şöbədə qaldığı 2 ay ərzində onu döyən təhqir edən olmayıb. Heç bir bədən xəsarəti yoxdur. Həkimdən və tibb işçilərindən, xəstəxananın müdriyyətindən heç bir şikayəti və narazılığı yoxdur. Evdə müalicəsini davam etdirəcək. Söz verir ki, heç bir polis bölməsinə səbəbsiz getməyəcək. 41.İş materialında olan videogörüntüyə baxış keçirilərkən iddiaçının cavabdehi onu əsassız olaraq xəstəxanaya qəbul edib orada saxlaması ilə bağlı ittiham etməsi, onun polis bölməsində döyüldüyünü bildirməsi və öz saçlarını yolması müşahidə olunur.

42. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, **** nömrəli məlumatı ilə İddiaçı sərhədli şəxsiyyət pozuntusu, uzunmüddətli kompensasiya halı F60.3 diaqonuzu qoyulduğu, Nazirlər Kabinetinin ##.##.2003cü il tarixli, ** nömrəli qərarında göstərilən peşələr istisna olmaqla digər peşələrdə işləyə biləcəyi göstərilmişdir.

43. Göründüyü kimi iddiaçının qeyri könüllü psixiatriya stasionarına yerləşdirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında həyata keçirilmişdir. Bu yerləşdirmənin zəruriliyi isə ixtisaslaşmış tibb müəssisəsinin müvafiq rəyləri ilə təsdiq olunmuşdur. 44.Mülki Qanunvericiliyin əsasən zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. 45.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 46.İş materiallarından göründüyü kimi, cavabdeh Rəna İsmayılovanın hərəkətlərində iddiaçıya qarşı hər hansı hüquqa zidd əməlin törədilməsi, ona fiziki və ya mənəvi işgəncə verilməsi, yaxud vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktı öz təsdiqini tapmamışdır. 47.Qeyd olunanlara əsasən kollegiya iddianın təmin edilməməsi ilə bağlı məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 48.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar